Məhkəmə qərarları › İş №2(102)-481/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-481/2022

25.01.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Mane
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-481/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-481/22 (Açar sözlər: maneələrin aradan qaldırılması, köçürülmə) Bakı şəhəri, 25 yanvar 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı2 və vəkili X7 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində istifadə hüquqlarının həyata keçirilməsinə cavabd ehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və fərdi yaşayış evinə köçürülmə” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-647/2021 nömrəli, 15.07.2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Minac oğlu ər-arvaddılar. Cavabdeh1 onların oğlu, digər Cavabdeh2 isə keçmiş gəlinləridir. Quba rayonu İ Nügədi kəndində 0,18 ha torpaq sahəsi və üzərində olan torpaq sahəsi mübahisə predmetidir. Həmin ev və torpaq sahəsi əvvəllər İddiaçı1 anası X4 məxsus olmuş və ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Bibixanım 1973-cü ildə vəfat etmişdir. İddiaçı1 orada ya şamaqda davam etmişdir. Həmin mülkün miras kütləsi kimi vərəsələrə keçməsi məsələsi vaxtında həll edilməmişdir. Əmlaklar müvafiq icra hakimiyyəti orqanlarının qərarları ilə iş üzrə Cavabdeh1 adına rəsmiləşmişdir. Cavabdeh1 arvadı Cavabdeh2 ilə 2017-ci ildə boşandıqdan sonra sonuncunun evə köçməsi ilə tərəflər arasında məhkəmə mübahisələri başlamış, hal-hazırda iddiaçılar evdə yaşamırlar.

2. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26.09.2018-ci il tarixli, 2(105)-2852/2018 nömrəli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 13 mart 2018ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh1 adına verilmiş JN1032F KOD 30319018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və onun əsasında verilmiş reyestr çıxarışının etibarsız hesab edilməsi, mərhum anası X2 miras qalmış ünvan 1 ünvanda yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsinə dair mirasın onun tərəfindən qəbul edilməsi faktının, eləcə də, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə faktının müəyyən edilməsi, Cavabdeh2 uşaqları X18, X16, X17 və X13 ilə birlikdə RX seriyalı, 099732 saylı, ********** qeydiyyat nömrəli, 11.07.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyət hüququ əsasında ona məxsus Quba rayonu, İ Nügədi kəndində yerləşən evindən çıxarılmalarına dair ilkin iddia tələbi rədd edilmiş, İddiaçı1 Quba rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli, 06 saylı qərarı əsaəsında verilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN1032F KOD30319018 saylı şəhadətnaməyə əsasən Cavabdeh1 ilə İddiaç ı1 arasında 04.07.2017-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi və İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli 11.07.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 aprel 2019-cu il tarixli 2(102)-1395/2019 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 əvvəlcə iddia ərizəsi, sonradan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus Quba rayonu, İ Nügədi kəndində 0,18 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının həyata keçirilməsinə Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən qanunsuz maneələrin aradan qaldırılması və onların Cavabdeh1 məxsus Quba rayonu İ Nügədi kəndində 0,18 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. 4. 1-ci instansiya məhkəməsində müəyyən olunmuşdur ki, İddiaçı1 hazırkı mübahisə aparılan evin yerləşdiyi torpaq sahəsində вvaxtıilə mövcud olmuş evdə (anasının evində) doğulmuş, anası ilə birlikdə yaşamış, sonradan digər iddiaçı ilə ailə quraraq həmin ev də birlikdə yaşamağa davam etmişlər. Sonradan həmin yaşayış evi qəzalı olduğu üçün iddiaçılar tərəfindən 2009-cu ildə onun müraciəti əsasında sökülərək yerində hazırkı evi inşa etmişlər. Lakin, torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Cavabdeh1 adına çıxarış verilmişdir. İş materiallarında olan məhkəmə qətnamələrindən də göründüyü kimi cavabdehlər iddiaçıları yaşadıqları həmin evdən və torpaq sahəsindən çıxarmış və onları həmin evə qoymurlar. Cavabdeh1 iddiaçıların oğlu, iddiaçılar Cavabdeh1 ailə üzvləridir. 5. 1-ci instansiya məhkəməsində aparılan araşdırma zamanı məhkəmənin gəldiyi qənaət belə olmuşdur ki, iddiaçılar İddiaçı1 (xx.xx.1954-cü il təvəllüdlü) və İddia çı2 (xx.xx.1944-cü il təvəllüdlü) qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çataraq əmək qabiliyyətlərinin olmaması, eləcə də hazırda mübahisələndirilən evin iddiaçılar tərəfindən tikilməsi və həmin evdə iddiaçıların yaşaması, cavabdehlərin 2017-ci ilə qədər qeyd edilən evdə yaşamaması və mülkiyyət hüquqlarının da 2017-ci il tarixdə yaranması, cavabdeh, eyni zamanda mülkiyyətçi Cavabdeh1 hal-hazırda valideynlərinin mübahisəli evə köçüb yaşamalarına etiraz etməməsi müəyyən edilmişdir.

6. Quba Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(027)-323/2020 qətnaməsi ilə (hakim R.Həsənov) iddia təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus Qub a rayonu, İ Nügədi kəndində 0,18 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının həyata keçirilməsinə Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən qanunsuz maneələr aradan qaldırılması və iddiaçılar İddiaçı1, İddiaçı2 Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus Quba rayonu İ Nügədi kəndində 0,18 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir.

7. Qətnamədən cavabdehlər apellyasiya şikayəti vermişlər. Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2021-ci il tarixli, 2(105)-647/2021 nömrəli qətnaməsi ilə (hakimlər - T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və G.Tağızadə) cavabdehlərin apellyasiya şikayətinin təmin edilməsi, Quba Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(027)-323/2020 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir.

9. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnamədə İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus Quba rayonu, İ Nügədi kəndində 0,18 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının həyata keçirilməsinə Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən qanunsuz maneələrin aradan qaldırılması və onların Hüquqların dövlət qey diyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus Quba rayonu İ Nügədi kəndində 0,18 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etdiklərini göstərmişdir. Lakin iş materiallarında İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi yoxdur.

10. Eyni zamanda Apelyasiya Məhkəməsi ona əsaslanmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı1 iddia tələbi ona görə rədd edilmişdir ki, İddiaçı1 X2 ünvan 2 ünvanda yaşayış evinin və həyatyanı torpaq sahəsinin miras qalmasına və həmin əmlakın idarə etməsinə dair heç bir sübut təqdim etməmiş, mərhum anası B.Orucovanın vəfat edənə qədər yaşadığı mübahisəli evin yararsız olduğundan, onun ərizəsinə əsasən sökülərək yenisi ilə əvəz edilmişdir və həmin əmlak miras kütləsinə daxil olsa belə, artıq həmin əmlak sökülərək yerində yeni yaşayış evi tikildiyindən, qeyd edilən yeni yaşayış evinə miras əmlak kimi ilkin iddiaçının, yəni İddiaçı1 hər hansı hüququ tanına bilməz.

11. İddiaçı1 ünvan 2 ünvanda yaşayış evi və həyatyanı torpaq sahəsindən istifadə etməməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Belə olan halda, İddiaçı2 da həmin daşınmaz əmlaklardan istifadə hüququnun yaranması istisna edilir. Apelyasiya Məhkəməsi Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən istinad etmişdir.

12. Eyni zamanda həmin məhkəmə idiaçıların yaşamağa başqa yerlərinin olmaması və kirayədə yaşamaları ilə bağlı məsələyə öz mövqeyini belə bildirmişdir. Cavabdeh1 adın dan Quba rayon Notariat Kontorunda 23.05.2017-ci il tarixdə verilmiş 8071 reyestr nömrəli etibarnamə əsasında İddiaçı2 mübahisəli fərdi yaşayış evini və həmin evin yerləşdiyi torpaq sahəsini 04.07.2017-ci il tarixdə İddiaçı1 bağışlamış, bundan 3 ay sonra İddiaçı1 həmin daşınmaz əmlakları X1. Həmin sənədlər isə qanuni qüvvəyə minmiş qətnamələri ilə etibarsız hesab edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, qeyd edilən hal iddiaçıların yaşayış sahəsinə ehtiyacı olmadığını təsdiq edir.

13. Qətnamədən iddiaçılar kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

14. İddiaçılar apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin q ətnaməsinin ləğv edilərək, iddianın tam edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, işdə 1-ci instansiya məhkəməsinin prosessual pozuntuya yol verməsi ilə bağlı qeyd olunanlar tamamilə əsassızdır. Məhkəmə irəli sürülən tələblər üzrə işə baxmışdır. Bundan başqa, Apelyasiya Məhkəməsi iddiaçıların evə köçürülməsi ilə bağlı tələbi rədd edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçı2 Minac oğlu və vəkili Vəkil kassasiya şikayətini müdafiə hesab edərək, şikayətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər.

17. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

18. Maddə. 158.2.1. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır.

19. Maddə. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

20. Maddə. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

24. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırıl malıdır.

27. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbu l edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası ilk növbədə Apelyasiya Məhkəməsinin 1-ci instansiya məhkəməsinin iddiaçıların iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizənin işdə olmaması ilə bağlı iradları ilə əlaqədar qeyd edir ki, Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mahiyyət etibarı ilə iddiaçıların iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrinin hansı səbəbdən işdə olub-olmamasından asılı olmayaraq iddiaçıların elə əvvəlcədən tələbləri istifadə hüquqları olan evdən və torpaq sahəsindən istifadəyə maneənin aradan qaldırılması və evə köçmə ilə bağlı olmuşdur. Yəni mahiyyət etibarı ilə tələbin məzmunu aydındır.

31. Nəzərə almaq lazımdır ki, məhkəmələr qətnamə çıxararkən iddiaçının öz tələbində arzu etdiyi məqsədi, tələbi hansı formada tərtib etməsindən asılı deyillər. Əsas o məsələyə diqqət yetirmək lazımdır ki, məhkəməyə müraciət edən şəxsin tələbi birmənalı olaraq aydın olsun, qarşı tərəfdən nə istədiyi bəlli olsun. Məhkəmə təcrübəsində analoji problemlər çoxdur və bu sahədə vahid məhkəmə təcrübəsini məhkəmələr özləri yaratmalıdırlar. Elə kateqoriya işlər var ki, eyni məsələ ilə bağlı məhkəmənin çıxardığı qərarların “qət etdi” hissəsi müxtəlif formada yazılsa da, əslində eyni nəticəni ifadə edir. Məsələn: valideynlərin birinin icazəsi olmadan uşaqların ölkədən çıxarılmasına razılıq verilməsi ilə bağlı işlərdə əksər məhkəmə qətnamələrinin “qət etdi” hissəsində iddiaçıların öz ərizələrində yazdıqlarına uyğun olaraq uşağın digər valideyninin razılığı olmadan ölkədən çıxarılması, gətirilməsi, getməsi-gəlməsi, getməsinə icazə verilməsi, gedibgəlməsi hüququnun tanınması kimi ifadələrdən istifadə edilir. Halbuki, Azərbaycan Respublikası vətəndaşlarının öz ölkəsinə qayıtmaq hüququ Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İV hissəsində nəzərdə tutulmuş konstitusion hüquq olmaqla, hər hansı formada məhdudlaşdırıla bilmədiyindən, ölkəyə gətirilməsinə icazənin verilməsi ilə bağlı tələblərə məhkəmə qaydasında baxıla bilməz. Digər tərəfdən, tələbin hüququn tanınması şəklində ifadə edilməsi də, bir valideynin digər valideynə münasibətdə üstünlüyü baxımından doğru hesab edilə bi lməz. Miqrasiya Məcəlləsinin 9.1-ci, 9.2-ci, 11.1-ci və 11.2-ci maddələrinə əsasən, bu kateqoriya işlər üzrə mübahisə “yetkinlik yaşına çatmayan vətəndaşın (uşağın) digər valideynin razılığı olmadan getməsi” ilə bağlıdır. Ona görə iddia tələblərinin bu və ya digər məzmunda qoyulmasından asılı olmayaraq, qətnamələrin nəticə hissəsi tələbin məzmunu ilə bağlı qanunvericiliyin göstərilən göstərişlərinə uyğun tərtib edilməlidir.

32. Hazırkı işdə də, iddia tələbinin dəqiqləşdirilməsi aparılıb-aparılmamasından asılı olmayaraq iddiaçıların tələbi aydındır. Ona görə belə dəqiqləşmənin iş materiallarında olub-olmaması iddianın rədd edilməsi zamanı istifadə edilə bilən dəlil deyil.

33. Bundan başqa, Apelyasiya Məhkəməsi hazırkı tələbləri rədd edərkən istinad etdiyi digər əsas kimi tərəflər arasında ə vvəllər baxılan mülki mübahisələr üzrə qəbul edilmiş məhkəmə qərarlarının hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etməsinə istinad etmişdir. Həmin məhkəmə mübahisələri aşağıdakılardır: a) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26.09.2018-ci il tarixli 2(105)-2852/2018 nömrəli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 13 mart 2018ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh1 adına verilmiş JN1032F KOD 30319018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və onun əsasında verilmiş reyestr çıxarışının etibarsız hesab edilməsi, mərhum anası X2 miras qalmış ünvan 1 ünvanda yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsinə dair mirasın onun tərəfindən qəbul edilməsi faktının, eləcə də, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahib lik, ondan istifadə və onun barəsində sərəncam vermə faktının müəyyən edilməsi, Cavabdeh2 uşaqları X18, X16, X17 və X13 ilə birlikdə RX seriyalı, 099732 saylı, ********** qeydiyyat nömrəli, 11.07.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyət hüququ əsasında ona məxsus Quba rayonu, İ Nügədi kəndində yerləşən evindən çıxarılmalarına dair ilkin iddia tələbi rədd edilmiş, İddiaçı1 Quba rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli, 06 saylı qərarı əsaəsında verilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN1032F KOD30319018 saylı şəhadətnaməyə əsasən Cavabdeh1 ilə İddiaçı1 arasında 04.07.2017-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi və İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli 11.07.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 aprel 2019-cu il tarixli, 2(102)-1395/2019 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır (bundan sonra şərti olaraq 1-ci iş). b) Quba Rayon Məhkəməsinin 2(027)-356/2019 saylı, 17 iyul 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 və Cavabdeh1 cavabdehlər İddiaçı1 və X8 qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi barədə iddiası təmin edilmiş, cavabdeh İddiaçı1 ilə X10 arasında 25.10.2017-ci il tarixdə Quba rayon Notariat Kontorunda bağlanmış reyestr AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınm az Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX 11811436, ********** qeydiyyat nömrəli, 22.11.2017-ci il qeydiyat tarixli çıxarış etibarsız hesab edilmişdir. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26.09.2018-ci il tarixli, 2(105)-2852/2018 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır (bundan sonra şərti olaraq 2-ci iş).

34. Sumqayıt Apellyasiya Məhkəməsi hesab etmişdir ki, 1-ci mülki iş üzrə məhkəmə qərarları iddiaçıların evə istifadə hüquqlarının olmaması, itirilmiş hesab olunması üçün əsasdır, 2-ci iş isə iddiaçıların həmin yaşayış sahəsinə ehtiyaclarının olmaması, onların başqa yaşayış yerlərinin olması üçün preyudisial əhəmiyyət kəsb edir.

35. Məhkəmə Kollegiyası aşağıdakı əsasla ra görə Apellyasiya Məhkəməsinin qeyd olunan məsələ ilə bağlı mövqeyi ilə razılaşmır.

36. Belə ki, 1-ci işdə ilk və qarşılıqlı iddia tələbləri var idi. İlk İddiaçı1 Cavabdeh1 adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və onun əsasında verilmiş reyestr çıxarışının etibarsız hesab edilməsi, mərhum anası X2 miras qalmış ünvan 1 ünvanda yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsinə dair mirasın onun tərəfindən qəbul edilməsi faktının, eləcə də, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə faktının müəyyən edilməsi, Cavabdeh2 uşaqları X18, X16, X17 və X13 ilə birlikdə Quba rayonu, İ Nügədi kəndində yerləşən evindən çıxarılmalarını, qarşılıqlı iddiaçı isə İddiaçı1 Quba rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1997-c i il tarixli, 06 saylı qərarı əsasında verilmiş torpağın Mülkiyyətə verilməsinə dair JN1032F KOD30319018 saylı şəhadətnaməyə əsasən Cavabdeh1 ilə İddiaçı1 arasında 04.07.2017-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi və İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli 11.07.2017-ci il tarixli çıxarışın etibarsız hesab olunmasını tələb edirdi. Nəticə etibarı ilə ilk iddia rədd edilmişdi, qarşılıqlı iddia təmin edilmişdi.

37. Həmin işdə məhkəmələr müəyyən etmişlər ki, mübahisəli torpaq sahəsi Quba rayonu, İ Nügədi kənd sovetinin 1977-1979-cu illərə aid 6 nömrəli təsərrüfatbaşına kitabda 334 nömrəli təsərrüfatın başçısı X5 olmuş, onun şəxsi mülkiyyətində 1957-ci ildə tikilmiş fərdi yaşayış evi qeydə alınmış, o, 17.02.1979-cu ildə vəfat etmiş, bundan sonra təsərrüfat başçısı kimi Cavabdeh1 həmin təsərrüfatın başçısı olmuşdur. Torpaq islahatı da həyata keçirilərkən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilirdi. Cavabdeh1 yaşının az olması təsərrüfat başçısı kimi qeydə alınmasını istisna etmir. O, təsərrüfata başçılıq etməklə həmin evdə yaşadığından, Quba rayonu ərazisində torpaq islahatı keçirilərkən onun istifadəsində olan əmlak da əvəzsiz olaraq Quba Rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli qərarı ilə onun mülkiyyətinə verilmişdir. İlkin İddiaçı1 Ələmşah qızı anası X2 ünvan 3 ünvanda yaşayış evinin və həyətyanı torpaq sahəsinin miras qalmasına və həmin əmlakın idarə edilməsinə dair heç bir sübut təqdim etməmişdir. Həmçinin, ilkin iddiaçı öz ərizəsində göstərir ki, mərhum anası B.Orucovanın vəfat edənə qədər yaşadığı mübahisəli evin yararsız olduğundan, onun ərizəsinə əsasən sökülərək yenisi ilə əvəz edilmişdir. Həmin əmlak miras kütləsinə daxil olsa belə, artıq həmin əmlak sökülərək yerində yeni yaşayış evi tikildiyindən, qeyd edilən yeni yaşayış evinə miras əmlak kimi ilkin iddiaçının hər hansı hüququ tanına bilməz. Qeyd edilmişdir ki, İddiaçı1 X2 ünvan 3 ünvanda yaşayış evinin və həyətyanı torpaq sahəsinin miras qalmasına və həmin əmlakın idarə ed ilməsinə dair heç bir sübut təqdim etmədiyindən, daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə faktı müəyyən edilə bilməz.

38. Göründüyü kimi, 1-ci işdə məhkəmələr mübahisəli əmlakların İddiaçı1 anası mərhum X3 miras əmlakı olub-olmaması və mirasın kimin tərəfindən qəbul edilməsi məsələsinə baxmış və ilk iddianı ona görə rədd etmişlər ki, torpaq sahəsinin və evin mərhum X3 miras əmlakı olması müəyyən edilməmişdir. Mübahisəyə belə yanaşma artıq ilk iddianın taleyini həll etmiş olurdu və həmin işdə mirasın faktiki olaraq qəbul edilibedilməməsi əhəmiyyət kəsb etmirdi. Çünki miras yoxdursa onun heç bir formada qəbulundan söhbət gedə bilməzdi. Hazırkı işdə isə tərəflər miras əmlakın taleyi ilə bağlı məsələni mübahisələndirmirlər. İddiaçılar mübahisəli evə istifadə hüquqları olduğu üçün ora köçürülmələrini və onların bu hüququna maneənin aradan qaldırılmasını tələb edirlər.

39. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (MPM-nin 82.3 maddəsi).

40. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q.Məmmədova və digərlərinin şikayəti ü zrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.

41. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında isə qeyd olunmuşdur ki, məhkəmə qərarlarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.

42. Apellyasiya Məhkəməsinin hazırkı işdə preyudisial əhəmiyyətli qərar kimi 1-ci mülki işin materiallarına istinad etməsi əsassız olmuşdur. Çünki həmin işdə mübahisəli evə istifadə hüququnun itirilməsi ilə bağlı məsələ mübahisə predmeti olmamış, tərəflər mirasın qəbul edilib-edilməməsi məsələsini mübahisələndirmişlər ki, məhkəmələr həmin əmlakların miras əmlak olmaması qənaətinə gəlmişlər.

43. İddiaçılar evdən istifadə hüquqları olmasına istinad edərək hazırkı tələbi irəli sürmüş və tələbi onunla əsaslandırmışlar ki, torpaq sahəsi və ev vaxtı ilə İddiaçı1 anası X4 məxsus olmuş və ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Bibixanım 1973-cü ildə vəfat etmişdir. İddiaçı1 orada yaşamaqda davam etmişdir. Keçən müddət ərzində iddiaçılar həmin evdə yaşamış, onların müraciəti əsasında ev sökülərək onların vəsaiti hesabına yerində başqa ev inşa edilmişdir.

44. Ahıl yaşında olan iddiaçıların mübahisəli evdə uzun illər yaşaması və hazırda da həmin kənddə yaşamaları işin mübahisəsiz hallarıdır. Fərdi evin iddiaçılar tərəfindən inşa edilməsini də qarşı tərəf mübahisələndirməmişdir. Əksinə, hələ 04.08.2017-ci il tarixdə Cavabdeh1 notarial qaydada ərizə verərək bildirmişdir ki, həmin evin tikintisinə onun tərəfindən bir manat da pul xərclənməmişdir və heç vaxt anası və atasına qarşı tələbi və iddiası olmayacaqdır. Bu hal Quba rayon İcra Hakimiyyəti Başçısının İ Nügədi kənd İnzibati Dairəsi üzrə Nümayəndəliyinin arayışı və Aktı, X6 Aktı, notarial qaydada verilmiş ərizələr və evin tikintisini icra etmiş fəhlələrin iştirakı ilə tərtib olunmuş Aktla təsdiq olunur.

45. Məhkəmələr iddianın rədd edilməsi qənaətinə gəlməkdən ötrü müəyyən etməliydilər ki, ya iddiaçılar evə ümumiyyətlə istifadə hüququ əldə etməmişlər, ya da sonradan baş vermiş halla bağlı istifadə hüquqlarını itirmişlər. Bunların heç biri ilə bağlı Apellyasiya Məhkəməsi dəyərləndirmə aparmadan iddianı rədd etmişdir.

46. Lakin, Apellyasiya Məhkəməsinin 2-ci iş üzrə məhkəmə qə tnaməsini sübut kimi dəyərləndirməsi belə qənaətə gəlməyə əsas verir ki, məhkəmə əslində iddiaçıların mübahisəli evə istifadə hüququ qazanmalarını qəbul edir və hesab edir ki, onların həmin evə ehtiyacları aradan qalxdığı üçün həmin hüquqları itirmişlər. Çünki, Apellyasiya Məhkəməsi yuxarıda qeyd olunan 2-ci mülki iş üzrə məhkəmə qərarına istinad edərək hesab etmişdir ki, iddiaçıların həmin yaşayış sahəsinə ehtiyaclarının olmaması, onların başqa yaşayış yerlərinin olması həmin mülki iş üzrə məhkəmə qərarı ilə sübut olunur.

47. Məhkəmə kollegiyası məhkəmə qərarlarının preyudisial əhəmiyyəti ilə bağlı yuxarıda qeyd olunanları bir daha təkrarlamadan qeyd edir ki, hazırkı halda da məhkəmə preyudisiallıqla bağlı məsələni düzgün tətbiq etməmişdir. Əvvəla, şəxsin öz mülkiyyətində olan əmlakını başqasına satması o demək deyil ki, şəxsin başqa yaşayış yeri var və yaşayış yerinə ehtiyacı yoxdur. Həmin evin satılması başqa yaşayış yerinin əldə edilməsi məqsədi ilə də həyata keçirilə bilərdi. Bundan başqa, məhkəmə həmin mülki işi öyrəndikdən sonra öz qənaətini formalaşdırmalı və əldə etdiyi sübutları MPM-nin 88-ci maddəsinə uyğun olaraq dəyərləndirməli idi.

48. Tərəflər arasında mübahisə başlamamışdan əvvəl (2017-ci ildə) mübahisəli torpaq sahəsi və ev İddiaçı1 mülkiyyətində olmuş, mübahisə başlayan ərəfədə İddiaçı1 əmlakları X1. Sonradan 1-ci mülki iş üzrə məhkəmə qərarları qəbul edildikdən sonra 2-ci mübahisə yolu ilə həmin alqı-satqı etibarsız hesab olunmuşdur. Əslində, İddiaçı1 əmlakı başqasına satması daha çox tərəflər arasında başlanmış əmlak mübahisəsindən qaçmaq olmuşdur. Ona görə həmin iş üzrə qətnamənin iddiaçıların evə ehtiyaclarının aradan qalxmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilməsi əsassızdır.

49. Bundan başqa, məhkəmə kollegiyası bir məsələni də qeyd etməyi zəruri hesab edir. Ağdam Rayon Məhkəməsinin 13 iyun 2017-ci il tarixli qətnaməsi ilə (hakim S.Seyfullayev) iddia təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 arasında olan 09 oktyabr 1999-cu il tarixdə Bakı şəhər Səadət Sarayında 1399 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Həmin qətnamədən yuxarı instansiya məhkəməsinə şikayət verilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən, Quba rayonu, Birinci Nügədi kəndi fərdi yaşay ış evi və torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ 29 iyun 2017-ci il tarixdə qeydiyyata alınmışdır.

50. Göründüyü kimi, Cavabdeh1 mülkiyyət hüququ nikah pozulduqdan sonra yaranmışdır və tərəflər arasında əmlak mübahisəsi olmamışdır. Keçən müddət ərzində də həmin əmlakın bölgüsünün aparılmasına dair sübutlar təqdim edilməmişdir.

51. Quba Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(027)-323/2020 qətnaməsində qeyd edilmişdir ki, əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul edərək atası İddiaçı2 və anası İddiaçı1 onlar tərəfindən yenidən tikilmiş, uzun illər yaşadıqları evə köçürülməsinə etiraz etməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən digər Cavabdeh2 iddianı qəbul etməyərək məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o Cəmillə birlikdə həmin evdə yaşayır, iddiaçılarla barışması mümkün deyildir, ona görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

52. Apellyasiya məhkəməsində işə yenidən baxılarkən X9 mübahisəli evə dair hər hansı hüququnun olması ilə bağlı məsələ də araşdırılaraq onun iddiaya cavab verməli şəxs olub-olmaması, onun iddiaya etirazının əsaslı olub-olmaması məsələsinə də qiymət verilməlidir.

53. Eyni zamanda iş üzrə qanuni və əsaslı qərarın qəbul edilməsi üçün işə yenidən baxılarkən sübutetmə ilə bağlı dəyərləndirmə aparılmalı, iddiaçıların köçmək istədikləri evə istifadə hüquqlarını itirmələri halını hansı tərəfin sübut etməli olduğunu müəyyən etməli, fərdi evin kimin tərəfindən inşa edilməsi, iddiaçıların əmlakının harada olması, tərəflər arasında mübahisə başlayanadək onların harada yaşaması, həmin kəndd ə daimi olaraq başqa yaşayış yerlərinin olub-olmaması ilə bağlı sübutları məcmu şəklində qiymətləndirməli və bunun nəticəsindən asılı olaraq mübahisəyə hüquqi qiymət verilməlidir.

54. İş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Azərbaycan Respublikasının MPM-nin 14.2, eləcə də 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

55. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

56. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPMnin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqca dan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnamə si ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

58. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur.

59. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən işin müəyyən edilən faktiki hallarına düzgün qiymət verməmiş, sübutları tam, hərtərəfli araşdırmamış, nəticə etibarı ilə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, buda qətnamənin ləğv edilməsi üçün əsasdır.

60. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhb ər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-647/2021 nömrəli, 15.07.2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar