Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2730/2025 05.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhməd Abbas oğlu Əhmədov (məruzəçi), X1 və İspəndiyar Əsəd oğlu Şəfiyevdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2740/2025 nömrəli, 2025-ci il 12 may tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 2025-ci il 5 sentyabr tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, "X2" ASC və "xxxx" MMC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bakı Şəhəri Sabunçu Rayon M əhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-1499/2024 nömrəli, 2024-cü il 1 may tarixli qətnaməsi ilə (hakim A.Paşayeva) iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)2740/2025 nömrəli, 2025-ci il 12 may tarixli qətnaməsi ilə (hakimlər F.Talışınski (sədrlik edən və məruzəçi), M.Məmmədov və A.İmanov) birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı (Vəkil) həmin qətnamədən kassasiya şikayəti vermiş və kassasiya şikayəti 2025-ci il 11 avqust tarixli qərardadla icraata qəbul edilmişdir. Ali Məhkəməyə daxil olmuş Bakı Apellyasiya Məhkəməsinin 2025-ci 3 sentyabr tarixli məktubu ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2740/2025 nömrəli, 2025-ci il 12 may tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən kassasiya şikayəti verildiyi və kassasiya şikayətininin mümkünlüyünə baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməli, bu səbəbdən də kassasiya baxışından çıxarılmalıdır. MPM-ə əsasən kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir (maddə 406.1). Apellya siya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır (maddə 409). Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər (maddə 417.1.7). Qeyd olunanlara əsasən və MPM-in 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Hazırkı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)2740/2025 nömrəli, 2025-ci il 12 may tarixli qətnaməsindən İddiaçı v erdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki kollegiyasının 2025-ci 11 avqust tarixli qərardadı ləğv edilsin. 2(102)-2730/2025 nömrəli mülki iş kassasiya baxışından çıxarılsın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2740/2025 nömrəli, 2025-ci il 12 may tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin MPM-in 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2730/2025
Ali Məhkəmə Qərardad — İş №2(102)-2730/2025
05.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpo
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver