Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2731/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: keçmiş ailə üzvünün çıxarılması barədə iddianın həlli zamanı qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll edilməsinin zəruriliy) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakim Şəfiyev İspəndiyar Əsəd oğlunun məruzəsi, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X1 qarşı “mənzildən çıxarılma” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-327/202 2 nömrəli, 12 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh X2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 5 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Tərəflər 12.09.2013-cü ildə evlənmişdir və həmin vaxtdan cavabdeh iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 11 saylı evin 49 saylı mənzilinə köçərək orada yaşayır. Tərəflərin nikahından 28.07.2014-cü ildə Fəxrinur alı uşaqları doğulmuşdur. Tərəflərin nikahı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02.02.2021-ci il tarixli, 2(006)-740/2021 saylı qətnaməsi ilə pozulmuş, azyaşlı 000anası Cavabdeh yanında qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay 175 manat sabit pul məbləği ndə aliment tutulması qət edilmişdir.
2. Mübahisə predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 11 saylı evin 49 saylı mənzili İddiaçı ilə satıcıYYYvə ipoteka saxlayan "xxxx" ASC arasında bağlanmış, 21 iyun 2012-ci ildə notariat qaydada təsdiqlənmiş alğı-satqı və ipoteka müqaviləsi əsasımda əldə edilmiş, mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüququ 25 iyul 2012-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq RX seriyalı, ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Mənzilin satış qiyməri 35000 manat müəyyən edilmiş, bu məbləğin 15000 manatı alıcı tərəfindən ödənilmiş, 20000 manat hissəsi isə "xxxx" ASC tərəfindən ödənilmişdir. Kredit müqaviləsinin bitmə tarixi 05.06.2037-ci il, aylıq ödəniş 122,39 manat müəyyən edilmişdir. 30.11.2021-ci il tarixə ipotek a krediti müqaviləsi üzrə aktiv borc 13059,18 manat təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 11 saylı evin 49 saylı mənzili mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İddiaçı cavabdehlə nikaha daxil olduqdan sonra cavabdeh iddiaçıya məxsus mübahisəli mənzilə gəlin köçərək orada birgə yaşamağa başlamışlar. Nikahlarının məhkəmə qaydasında pozulmasına baxmayaraq, cavabdeh iddiaçı ilə birgə yaşadığı ünvan 1 ünvanda yerləşən mənzi ldən çıxmamış, həmin mənzildə yaşamaqda davam etmişdir. Halbuki, mübahisəli mənzil iddiaçının cavabdehlə nikaha daxil olandan əvvəl - 25.07.2012-ci il tarixdə alınmışdır və iddiaçı həmin vaxtdan mənzilin mülkiyyətçisidir. Hazırda cavabdeh mənzildən çıxmaqdan imtina edir və cavabdehin qeyri-qanuni əməlləri nəticəsində iddiaçı özünə məxsus olan əmlaka dair istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməklə bağlı hüquqlarını həyata keçirə bilmir.
5. Abşeron Rayon Məhkəməsinin 2(012)-2754/2021 saylı, 20 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim M.Abbasova) iddia tələbi təmin edilərək, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 28ci məhəllə, ev 11 ünvanında yerləşən 49 saylı mənzildən çıxarılması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mü bahisəli mənzil tam mülkiyyət hüququ ilə 2012-ci ilin iyul ayından iddiaçının mülkiyyətindədir, cavabdeh isə iddiaçının keçmiş həyat yoldaşıdır. Cavabdeh 2013-cü ilin sentyabr ayında iddiaçı ilə rəsmi nikaha daxil olmuş və həmin tarixdən gəlin kimi iddiaçının mülkiyyətində olan mübahisəli mənzilə köçmüşdür. Ailə münasibətləri pozulsa da, cavabdeh mənzildən çıxmaqdan imtina etdiyindən iddiaçı onun mübahisəli mənzildən məhkəmə qaydasında çıxarılmasını tələb edir.
7. Məhkəmə işin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verib hesab etmişdir ki, mübahisə predmeti olan mənzil iddiaçıya məxsusdur. Cavabdehlə mübahisəli mənzilin sahibi olan iddiaçı arasında mənzildən istifadə ilə bağlı hər hansı razılaşma və müqavilə bağlanmamışdır. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazım i qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən məhkəməyə gəlmədiyindən onun mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanmasının zəruriliyi məhkəmə tərəfindən müəyyən edilməmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 33, 43, 60 maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2, 158, 165, 178.8 maddələrinə, 01 oktyabr 2009-cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.3, 30.4, 112, 113 maddələrinə istinad edərək əsaslandırmışdır.
9. Cavabdeh (Vəkil2) apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(012)-2754/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd olunma sı barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2(105)327/2022 saylı qətnaməsi ilə (hakimlər T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, şərh olunan hüquq normaları yaşayış binasının tərkib hissəsinə istifadə hüququnun yaranmasını mülkiyyətçi ilə bağlanmış razılaşma ilə şərtləndirir. Başqa sözlə, istifadəçi ilə mülkiyyətiçi arasında mənzildən istifadə ilə bağlı razılaşma olmadığı halda onun mənzildən ümumiyyətlə istifadə hüququ yarana bilməz. Hazırki halda sübutetmə yükü üzərinə düşmə sinə baxmayaraq, cavabdeh onunla yaşayış evindən istifadə ilə bağlı bağlanan razılıq, mülki və ya ailə qanunvericiliyi ilə nəzərdə tutulan bu və ya digər müqavilənin mövcudluğu ilə bağlı məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Mənzil qanunverciliyinin tələblərinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.
12. İşin müəyyən edilən faktiki halları ondan ibarətdir ki, mübahisə predmeti olan mənzil iddiaçıya məxsusdur. Cavabdehlə mübahisəli mənzilin sahibi olan iddiaçı arasında mənzildən istifadə ilə bağlı hər hansı razılaşma və müqavilə bağlanmamışdır. Ona görə də, b irinci instansiya məhkəməsi düzgün olaraq Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 11 ünvanında yerləşən 49 saylı mənzildən çıxarılması barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh tərəf apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.3, 139.1, 139.3, 152.1, 157.4 maddələrinə, 01 oktyabr 2009-cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2, 30.4 maddələrinə maddələrinə istinad edərək əsaslandırmışdır.
14. Cavabdeh (Vəkil2) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2(105)-327/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 225.4, 228.1, 228.2, 228.5-ci və Mənzil Məcəlləsinin 30-cu maddələrinin, Mülki Prosessual Məcəlləsinin 386, 418.3-cı maddələrinin tələbləri üzrə pozuntulara yol vermişdir. Mübahisəli əmlak ipoteka yolu ilə əldə edilmiş və ipoteka krediti tərəflər birgə nikahda olduqları müddətdə, yəni 2013-2021-ci illər ərzində ödənilmişdir. Bu hal yuxarıda istinad olunan maddələrin tələblərinə əsasən mübahisəli əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olduğunu və tərəflərin birgə mülkiyyəti hesab olunduğunu deməyə əsas verir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsi qətnamə çıxararkən işin bu halını nəzərə almamışdır. Bundan başqa, Sumqayıt Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, iş materiallarında olan DƏDRX-nin 25.07.2012-ci il tarixli, “0027080 nömrəli çıxarışının surətindən göründüyü kimi mübahisəli əmlak dövlət reyestrində tam mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınmışdır. İşin göstərilən halı cavabdehin mübahisəli mənzildən ailə üzvü kimi istifadə hüququnun olduğunu birbaşa təsdiq edir. İstinad olunan Məcəllənin 228.2-ci maddənin tələbindən də açıq şəkildə görünür ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququ na yalnız kompensasiya verilməsi yolu ilə xitam verilə bilərdi. Sumqayıt Apellyasiya Məhkəməsi işin bu halını da nəzərə almamışdır. Göstərilənlərlə yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbindən də açıq şəkildə görüdüyü kimi işin göstərilən bu halı cavabdehin mübahisəli mənzildən istifadə hüququnun olduğunu birbaşa təsdiq edir. Sumqayıt Apellyasiya Məhkəməsi qətnamə çıxararkən işin bu halına da düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər
17. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları di nlənilmək üçün çağırılmadan baxılmışdır.
18. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə
30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyət çi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə et məyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə
152. Mülkiyyət hüququnun anla yışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilə r, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
22. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
23. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qəra rdadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Hazırkı kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini ehtiva et diyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən apellyasiya instansiyası məhəməsinin qətnaməsi ləğv olunmalı və iş yenidən baxılması üçün göndərilməlidir.
27. Belə ki, iddiaçı iddia ərizəsində tələbini mülkiyyət hüququnun müdafiəsi barədə müddəalarla əsaslandırır. Bu mənada mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Lakin mülkiyyətçinin bu hüquqları hüdudsuz deyildir. Mülki Məcəllənin 152.5-ci maddəsi həmin səlahiyyətlərin qanu nda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə, qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmamaq, yaxud hüquqdan sui-istifadə etmə olmadan həyata keçirilməsini tələb edir.
28. Ümumiyyətlə tərəflərin arasında yaranmış münasibətlər mənzildən istifadə üzrə yaranmışdır və bu mübahisənin həllinə də Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır.
29. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.
30. Cavabdeh Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən iddiaçının ailə üzvü sayılırdı.
31. Bu baxımdan cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququ yqranmışdı və bu hüququn yaranması üçün başqa razılaşmanın olmasına ehtiyac yox idi. Ailə münasibətinin (iddiaçı ilə ər-arvad olmanın) mövcudluğu bu hüququn yaranması üçün qanuni əsas idi. Buna görə də işə baxmış apellyasiya instansiyası məhkəməsinin «cavabdeh onunla yaşayış evindən istifadə ilə bağlı bağlanan razılıq, mülki və ya ailə qanunvericiliyi ilə nəzərdə tutulan bu və ya digər müqavilənin mövcudluğu ilə bağlı məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir» əsaslandırması qanunauyğun sayılmır.
32. Mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verilməsi isə birmənalı olaraq cavabdehin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən çıxarılmasına əsas vermir.
33. Çünki Mənzil Məcəlləsinin 30.4-cü maddəsi yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş a ilə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılmasını mümkün sayır.
34. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən, cavabdehin bu normaya əsasən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnu araşdırmamışdır. Nəzərə alınmalıdır ki, cavabdehin yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanması, bu barədə tələbin olub-olmamasında asılı olmayar aq məhkəmə tərəfindən araşdırılmalıdır.
35. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair» 22 yanvar 2015-ci il tarixli qərardadında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, «yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianı n verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər».
36. Konstitusiya Məhkəməsi daha sonra bildirmişdir ki, «mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür».
37. Görün düyü kimi cavabdehin yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanması hüququ məhkəmə tərəfindən araşdırılmamış, işin həlli üçün əhəmiyyəti olan bütün hallar müəyyən edilməmişdir.
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə sübutların obyektiv, hərtərəfli və tam tədqiqinə əsaslanmır. MPM-nin 88-ci maddəsi məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsini tələb edir.
39. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə v ə prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bu tələblərə riayət edilməsən çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
40. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası M ülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-327/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.