Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2731/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Azərbaycan Respublikası Mərkəzi Bankına, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARI Açar sözlər: hərracın nəticələrinin mübahisələndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan i barət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Azərbaycan Respublikası Mərkəzi Bankına, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2075/2024 nömrəli, 19 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasinin 28 avqust 2019-cu il tarixli icra vərəqəsinə əsasən, İddiaçı məxsus və üzərinə həbs qoyulmuş Bakı şəhərinin Nəsimi rayonunda 28 may küçəsində yerləşən 21a saylı evin 4, 6, 8, 14, 25, 27, 29, 31, 35 və 49 saylı mənzillərinin, Bakı şəhərinin Nəsimi rayonunda 28 may küçəsində 21a ünvanında yerləşən qeyri-yaşayış sahələrinin hərrac yolu ilə satılaraq, əldə olunan vəsaitin ilk növbədə Azərbaycan Respublikasının Mərkəzi Bankına ödənilməli, hərracdan əldə olunan vəsaitdən artıq qalarsa 28336 manat vurulmuş ziyana görə "xxxx" ASC-yə və vergidən yayındırılmış məbləğə görə 509524,25 manat Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə ödənilməlidir.
2. İcra sənədinin icrası qaydasında borclu İddiaçı məxsus və üzərinə həbs qoyulmuş mənzillərin və qeyri-yaşayış s ahələrinin qiymətləndirilməsi üçün "xxxx" MMC-dən mütəxəssis dəvət edilmiş və həmin MMC-nin 02 mart 2022-ci il tarixli rəylərinə əsasən İddiaçı məxsus və üzərinə həbs qoyulmuş Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən 21a saylı evin 4, 6, 8, 14, 25, 27, 29, 31 və 35 saylı mənzillərin hər birinin real bazar dəyəri 261660 manat müəyyən edilmişdir.
3. İcra məmuru tərəfindən 28 aprel 2022-ci il tarixli, 5340-133564/19-5-33 saylı sifariş məktubu ilə ünvan 2 saylı evin 4, 6, 8, 14, 25, 27, 29, 35 saylı mənzillərin satılması üçün hərracın keçirilməsi barədə "xxxx" MMC-yə sifariş verilmişdir. 4. "xxxx" MMC tərəfindən borclu İddiaçı məxsus olan ünvan 2 saylı evin 4, 6, 8, 14, 25, 27, 29, 35 saylı mənzillərin satışı ilə bağlı hərrac ilkin satış qiymətləri 261660 manat olmaqla, 01 iyun 20 22-ci il tarixə təyin edilmiş, həmin hərrac iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Bu barədə hərrac təşkilatı tərəfindən 01 iyun 2022-ci il tarixli 193/22 nömrəli protokol tərtib olunmuşdur.
5. Qeyd olunan mənzillərin satış qiymətləri 222411 manat müəyyən edilməklə, təkrar hərracın keçirilməsi 20 iyun 2022-ci il tarixə təyin edilmişdir.
6. Hərracların keçirilməsi barədə tərəflərə müvafiq olaraq xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli bildirişlər göndərilmiş, “Market” qəzetinin 17(42) nömrəli 06.05.2212.05.22 tarixli və 21(46) nömrəli 03.06.222-09.06.22 tarixli buraxılışlarında elan verilmişdir. 7. "xxxx" MMC-nin Hərracın nəticələri haqqında 20 iyun 2022-ci il tarixli, Y-193/22 nömrəli yekun protokoluna əsasən İddiaçı məxsus olan ünvan 3, 6 saylı mənzili son qiyməti 222411 ma nat dəyərində olmaqla Cavabdeh3 tərəfindən əldə edilmiş və həmin tarixdə "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanılmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən göstərilən mənzil 222411 manat dəyərində olmaqla Cavabdeh3 tərəfindən alınmışdır. 8. "xxxx" MMC tərəfindən tərtib olunan ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 04 iyul 2022-cü il tarixli, 193/22 nömrəli protokoluna əsasən, İddiaçı məxsus Bakı şəhəri Nəsimi rayonu, 28 May küçəsində yerləşən 21a saylı evin 4, 8, 14, 25, 27, 29, 35 saylı mənzillər, hər birinin dəyəri 166808,25 manat olmaqla ipoteka saxlayan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən əldə edilmişdir. 9. "xxxx" MMC tərəfindən borclu İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 329,7 kv.m olan qeyri-yaşayış sahəsinin satışı ilə bağlı hərrac ilkin satış qiyməti ******* manat olmaqla, 30 noyabr 2022-ci il tarixə təyin edilmiş, həmin hərrac baş tutmamış elan edildiyindən satiş qiyməti 980857,50 manat olmaqla təkrar hərrac 20 dekabr 2022-ci il tarixə təyin edilmişdir. 10. "xxxx" MMC tərəfindən tərtib olunmuş ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 12 yanvar 2023-cü il tarixli, 409/22 nömrəli protokoluna əsasən İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 329,7 kv.m olan qeyri-yaşayış sahəsi ipoteka saxlayan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 735643,12 manata əldə edilmişdir.
11. İcra məmuru tərəfindən 28 aprel 2022-ci il tarixli, 11316-133564/19-5-33 saylı sifariş məktubu ilə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 309, 0 kv.m olan qeyriyaşayış sahəsinin satılması üçün hərracın keçirilməsi barədə "xxxx" MMC-yə sifariş verilmişdir. 12. "xxxx" MMC tərəfindən borclu İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 309,0 kv.m olan qeyri-yaşayış sahəsinin satılması üçün hərracın keçirilməsi ilkin satış qiyməti ******* manat olmaqla, 30 noyabr 2022-ci il tarixə təyin edilmiş, həmin hərrac baş tutmamış elan edildiyindən satiş qiyməti ******* manat olmaqla təkrar hərrac 20 dekabr 2022-ci il tarixə təyin edilmişdir.
13. Bu barədə borcluya müvafiq olaraq xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli bildirişlər göndərilmiş, “Market” qəzetinin 55(10871) nömrəli 04.11.22-10.11.22 tarixli və 59(10875) nömrəli 024.12.22-08.12.22 tarixli buraxılışlarında elan verilmişdir. 14. "xxxx" MMC tərəfindən tərtib olunm uş ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 12 yanvar 2023-cü il tarixli, 410/22 nömrəli protokoluna əsasən İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 309,0 kv.m olan qeyri-yaşayış sahəsi ipoteka saxlayan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 2068368,75 manata əldə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı cavabdehlər Cavabdeh3, Azərbaycan Respublikası Mərkəzi Bankına, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə və "xxxx" MMC-yə, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddi a ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən keçirilmiş 01 iyun 2022, 20 iyun 2022-ci il tarixli hərracların, habelə 20 iyun 2022-ci il tarixli Y-193/22 nömrəli protokolun, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən 21A saylı evin 4, 8, 14, 25, 27, 29, 31, 35 saylı mənzillərin 1167657,75 manat borc əvəzinə Mərkəzi Bank tərəfindən əldə edilməsinə dair 04 iyul 2022-ci il tarixli 193/222 saylı protokolun, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən 21A ünvanında yerləşən ümumi sahəsi 329,7 kv.m olan qeyri-yaşayış sahəsinin 735643,12 manat əvəzinə Mərkəzi Bank tərəfindən əldə edilməsinə dair 12 yanvar 2023-cü il tarixli 409/22 saylı protokolun, Bakı şəhəri, Nəsimi rayonu, 28 May k üçəsində yerləşən 21A ünvanında yerləşən ümumi sahəsi 329,7 kv.m olan qeyri-yaşayış sahəsinin 735643,12 manat əvəzinə Mərkəzi Bank tərəfindən əldə edilməsinə dair 12 yanvar 2023-cü il tarixli 410/22 saylı protokolun nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, icra sənədi üzrə Nəsimi rayon İcra şöbəsində 10 sentyabr 2019-cu il tarixdə müvafiq qaydada icraata başlanmış, iş 2 ildən artıq müddətdə hərəkətsiz saxlanıldıqdan sonra 15 fevral 2022-ci il tarixdə qiymətləndiricinin dəvət edilməsi haqqında qərar qəbul edilərək "xxxx" MMC-yə sifariş verilmişdir. Lakin həmin qərar iddiaçıya göndərilməmiş, qiymətləndirmə gizli qaydada həyata keçirilmişdir. Bu nunla da, iddiaçının “qiymətləndiricinin dəvət edilməsi haqqında” qərardan şikayət vermək hüququ məhdudlaşdırılmışdır. "xxxx" MMC-nin 02 mart 2022-ci il tarixli 041/22 nömrəli ekspert rəyində 14 saylı mənzilin bazar qiyməti 261660 manat, 039/22 saylı rəydə 6 saylı mənzilin qiyməti 261660 manat, 038/22 saylı rəydə 4 saylı mənzilin qiyməti 261660 manat, 046/22 saylı rəydə 35 saylı mənzilin qiyməti 261660 manat, 045/22 saylı rəydə 31 saylı mənzilin qiyməti 261660 manat, 044/22 saylı rəydə 29 saylı mənzilin qiyməti 261660 manat, 043/22 saylı rəydə 27 saylı mənzilin qiyməti 261660 manat, 042/22 saylı rəydə 25 saylı mənzilin qiyməti 261660 manat, 040/22 saylı rəydə 8 saylı mənzilin qiyməti 261660 manat müəyyən edilmişdir. Lakin icra məmuru qiymətləndiricinin dəvət edilməsi haqqında qərarı "xxx x" MMC-yə göndərmiş, sonuncu tərəfindən tərtib edilmiş "xxxx" M.V.Babayev adlı qiymətləndirici tərəfindən imzalanmışdır. Halbuki, qanuna əsasən 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndirici dəvət olunmalı idi, sifariş MMC-yə göndərilməməli idi. Həmçinin, iş materiallarında M.V.Babayevin 5 ildən az olmayaraq fəaliyyət göstərməsini, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməməsini təsdiq edən sənədlər mövcud deyildir. "xxxx" MMC qiymətləndirmənin nəticələri haqqında hesabat əvəzinə ek spert rəyi tərtib etmişdir. Əvvəla qeyd olunmalıdır ki, icra məmuru ekspert deyil, qiymətləndirici dəvət edilməsi haqqında qərar qəbul etmişdir. İkincisi, "xxxx" MMC-nin ekspert rəyi tərtib etmək səlahiyyəti də yoxdur. Qiymətləndirmədən sonra icra məmuru və qurumun rəhbəri əmlakların açıq hərracda satılması (49 saylı mənzil istisna olmaqla) üçün 28 aprel 2022-ci il tarixli məktubla "xxxx" MMC-yə sifariş vermişdir. İddiaçıya isə həmin sifarişdən məlumatı belə olmamışdır. Belə ki, sifarişdə İddiaçı ünvanı ünvan 5ıqdır ki, cəzaçəkmə müəssisəsindədir, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilən icra vərəqəsində də onun ünvanı Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsi göstərilmişdir. Sözügedən əmlaklar ipoteka ilə yüklü edildiyinə görə “İpoteka haqqında" Qanunun 41.2-ci maddəsinə 28 d ekabr 2018-ci il tarixdə edilmiş dəyişikliyə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir, icra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verməli idi. İcra məmuru qanunun bu tələbinə əməl etməmiş, əmlakın satılması üçün istədiyi hərrac təşkilatına sifariş vermiş, tərəflərlə razılıq əldə edilməsinə belə səy göstərməmişdir. Əmlakların açıq hərracda i lkin satışı 01 iyun 2022-ci il tarixə təyin edilmiş, bu barədə hərrac bildirişi 22 may 2022-ci il tarixdə İddiaçı imza etdirilməklə təqdim olunmuşdur. Hərracın keçirilməsinə dair bildiriş ipoteka qoyan İddiaçı hərraca 8 gün qalmış təqdim olunmuşdur ki, bu da kobud qanun pozuntusudur. 01 iyun 2022-ci il tarixdə keçirilmiş açıq hərrac baş tutmadığına görə növbəti hərrac 20 iyun 2022-ci il tarixə təyin olunmuşdur. Bu dəfə isə ümumiyyətlə İddiaçı məlumat verilməmiş, bu barədə onun vəkili iş materialları ilə tanış olarkən məlumat əldə etmişdir. 20 iyun 2022-ci il tarixdə keçirilmiş hərrac zamanı isə mübahisəli mənzillərdən birini - 21A saylı evin 6 saylı mənzilini Kəlbəcər şəhər sakini Cavabdeh3 222411 manata almışdır. Qanunvericilikdə hərrac təşkilatının 5 illik fəaliyyət dedikdə onun vergi öd əyicisi kimi aktiv olması deyil, həmin illər ərzində müxtəlif hərraclar keçirməsini ehtiva edir. Çünki ipoteka ilə yüklü edilmiş əmlakı yeni yaranmış hər hansı hərrac təşkilatı deyil, bu sahədə oturuşmuş təcrübəsi olan təşkilat həyata keçirməlidir. Məhz ona görə də “Bakı Hərrac Mərkəzi" MMC tərəfindən kobud qanun pozuntularına yol verilmişdir.
17. Birinci instansiya məhkəməsində cavabdeh "xxxx" MMC-nin direktoru X2 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, hərrac mərkəzi tərəfindən keçirilmiş hərrac tam qanunidir. Belə ki, iddiaçı qeyd edir ki, ən azı 5 il daimi fəaliyyət göstərməmişlər. Bu məsələ isə yalnız ipoteka işlərinə aiddir. Lakin onlar ipoteka işlərindən də əlavə digər sifarişlər almış, hərraclar keçirmişlər. Kifayət qədər də təcrübə qazanmışlar. İcarə müqavilələ rindən də məlum olur ki, 2016-cı ildən fəaliyyət göstərmişlər. Bu illər ərzində fəaliyyətlərini dayandırmamışlar. Eyni zamanda bildirmişdir ki, “İpoteka haqqında” Qanuna əsasən hərrac təşkilatı sifariş əsasında xəbərnaməli bildiriş göndərir, təşkilat da vaxtı-vaxtında bildirişləri göndərmişdir. Poçt tərəfindən çatdırılıb-çatdırılmaması hərrac təşkilatının məsuliyyəti deyil. Eyni zamanda “İpoteka haqqında” Qanunda qeyd olunur ki, hərrac təşkilatı öz saytında, “elot.gov.az” xəbər saytında və “Market” qəzetində elan yerləşdirir. Tərəflərindən həmin tədbirlər də görülmüşdür.
18. Birinci instansiya məhkəməsində cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında göstəmişdir ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, iddiaçı icra sənədini n icrasını yubatmaq üçün iddia qaldırmışdır. Hərrac bildirişləri hərrac təşkilatı tərəfindən tərəflərə göndərilir. Bildirişin çatdırılması kimi bir öhdəlik nəzərdə tutulmur. Bundan başqa qəzetdə və saytda elan verilir. Hərrac təşkilatı kifayət qədər öz öhdəsinə düşən vəzifələri yerinə yetirmiş, həm əlaqəli şəxsləri, həm də geniş publikanı bu barədə məlumatlandırmışdır. İddiaçı tərəfin məqsədi işi uzatmaq, tərəfləri süründürməkdən ibarətdir. Bank tərəfindən qanunvericiliyin tələblərinə riayət ediməklə hərrac vasitəsilə əmlaklar satın alınmışdır.
19. Birinci instansiya məhkəməsində Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh3 kütləvi informasiya vasitəsi ilə hərrac barədə məlumatı olmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçə sində yerləşən 21A saylı evin 6 saylı mənzili Cavabdeh3 tərəfindən alınmışdır.
20. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(004)760/2023 nömrəli qətnaməsi ilə (hakim G.V.Babazadə) iddia təmin edilməmişdir.
21. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hərracların keçirilməsi qaydalarına riayət olunmuş, iddiaçının ünvanına rəsmi qaydada məlumat göndərilmişdir. Hərracların keçirilməsi barədə “Market” reklam və elanlar qəzetinin müxtəlif buraxılışlarında rəsmi məlumat dərc olunmuşdur.
22. İddiaçı "xxxx" MMC tərəfindən hərracın keçirilməsinin qanunsuz olduğunu bildirsə də, məhkəmə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal gəlirlər baş idarəsinin arayışına əsaslanaraq hesab etmişdir ki, "xxxx" MMC 12 fevral 2016-cı il tarixdən fə aliyyət göstərir və fəaliyyətinin dayandırılması barədə hər hansı rəsmi məlumat olmadığından iddiaçının bu əsası qəbul edilməzdir.
23. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mənzillərə və qeyri-yaşayış sahələrinə dair keçirilən hərraclar qanunvericiliyin tələblərinə uyğun keçirilmiş və hərracın yekunları barədə protokollar tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsinə əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Həmçinin iddiaçı tələbinin əsası kimi istinad etdiyi faktları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 414.1, 414.2, 414.3, 414.4, 414.5-ci, “İpoteka haqqında” Qanunun 41.2, 42.1 və 43.8-ci maddələri, “İcra haqqında” Qanunun 53.1, 53.2, 53.3, 62.1, 62.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
25. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı sübutların əldə olunması barədə məhkəmə sorğusu verilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi tərəfindən onun xahişi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi işin hallarına səhv qiymət vermiş və nəticədə iddianı əsassız olaraq t əmin etməmişdir.
27. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyul 2023-cü il tarixli, 2(103)-2961/2023 nömrəli qətnaməsi ilə (hakim F.H.Qasımovun sədrliyi və məruzəsi ilə, hakimlər F.V.Abdiyev və X.Ə.Sarıyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(004)760/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı istər iddia ərizəsində, istərsə də apellyasiya şikayətində iddianın hüquqi əsası kimi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına istinad etmişdir. 29. “İpoteka haqqında” Qanunun preambulasında qeyd olunmuşdur ki, bu Qanun mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin ed ilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir.
30. Qeyd olunan məsələyə münasibətdə əvvəllər məhkəmə praktikasında fərqli hüquqi yanaşmalar mövcud olsa da, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 №-li qərardadı ilə bu məsələyə aydınlıq gətirilmişdir.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 №-li qərardadında qeyd olunmuşdur ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir. İcra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (başlanğıc) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunur.
32. Hazırkı işin hallarından müəyyən olunmuşdur ki, tərəflər arasında mülki hüquqi müqavilə mövcud deyildir, tələbin əmlaka yönəldilməsinin əsasını icra sənədi təşkil edir, həmin icra sənədi də mülki hüquqi müqaviləyə deyil, cinayət nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələbin əmlaka yönəldilməsinə əsaslanır. Buna görə də, hazırkı mübahisənin araşdırılması üçün icra sənədinin icrası və hərracların keçirilməsi haqqında qanunvericiliyin tələblərinin pozulub-pozulmamasına qiymət verilməlidir. 33. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 51.1-ci maddəsində nəzərdə tutulmuş qayda iddiaçının istinad etdiyi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəs ində nəzərdə tutulmuş müddəalarla eynilik təşkil edir. Həmin normanını tələbinə görə borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir, icra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir.
34. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən hərracı həyata keçirmiş təşkilatın 5 il daimi fəaliyyətinin olması halı tam, obyektiv və hərtərəfli araşdırılmaması barədə dəlilinə münasi bətdə qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal gəlirlər baş idarəsinin çıxarışa əsasən müəyyən edilmişdir ki, "xxxx" MMC 12 fevral 2016-cı il tarixdən fəaliyyət göstərir və hal-hazıra kimi fəaliyyətinin dayandırılması barədə hər hansı rəsmi məlumat mövcud olmamışdır. Məhz qeyd edilən rəsmi sənədlə təsdiq olunur ki, hərracların keçirildiyi 2022-ci ildə qiymətləndirici artıq 6 il fasiləsiz fəaliyyət göstərmişdir.
35. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əmlakların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 n oyabr 2021-ci il tarixli, 02/2021 №-li qərardadının 29-cü bəndinə müvafiq olaraq bazar dəyərinə uyğun həyata keçirilmişdir.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlili – bildirişlərin çatdırılmaması ilə bağlı ilkin olaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildir işdə bunun üçün verilən müddət göstərilməlidir. Göründüyü kimi, qeyd olunan normanın məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya və yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edəcək qadağa qoyulmur. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsində isə elanın və bildirişin anlayışları fərqləndirilib, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulub. Yəni, qanunvericilikdə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya və yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edəcək qadağa qoyulmamışdır. Bununla yanaşı iş materiallarından görünmüşdür ki, iddiaçının rəsmi qeydiyyatda olduğu ünvana həmçinin, həmçinin onu cəza çəkdiyi cəzaçəkmə müəssisəsinə rəsmi qaydada məlumat göndərilmiş, hərracların keçirilməsi barədə “Market” reklam və elanlar qəzetinin müxtəlif buraxılışlarında rəsmi məlumat dərc olunmuşdur.
37. Apellyasiya məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar mü əyyən edilmir.
38. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 415.2, 416.1, 416.2-ci, “İcra haqqında” Qanunun 51.1, 53.1, 61.1, 62.1, 62.2-ci, MPM-in 4.1, 5.1, 14.2, 77.1, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
39. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “İpoteka haqqında” Qanunun 41.2, 42, 42.3-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iş üzrə icra məmuru qanunun tələbinə əməl etməmiş, əmlakın satılması üçün öz istəyinə və seçiminə uyğun olaraq, müvafiq hərrac təşkilatına sifariş vermişdir. 01 iyun 2022-ci il tarixli ilkin hərrac baş tutmadığına görə, növbəti hərrac 20 iyun 2022-ci il tarixə təyin edilmiş və bu barədə İddiaçı ümumiyyətlə bildiriş təqdim edilməmiş, ilkin hərracın keçirilməsinə dair bildiriş isə hərraca 8 gün qalmış ona verilmişdir.
41. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-300/2024 nömrəli 24 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər E.Y.Şamayev (məruzəçi), E.R.Vəliyeva və Ə.M.Xıdırov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün göndərilmişdir.
42. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işi mahiyyəti üzrə araşdıran apellyasiya məhkəməsi mübahisəli əmlakların hüquqi statusu, onların hərraca çıxarılması əsasları, o cümlədən həmin əmlakları iddiaçının və ya üçüncü şəxslərin tələbləri üzrə ipoteka ilə yüklü edilib edilməməsi, əmlaklar ipoteka predmeti olduğu halda ipoteka saxlayanın kim olması və iş üçün əhəmiyyət kəsb edən sair halları araşdırmamış, bunun nəticəsində tərəflər arasında yaranan hüquq münasibətlərini müəyyən etməmiş və həmin münasibətlərinə uyğun olaraq, mübahisəyə “İcra haqqında” Qanunun və ya “İpoteka haqqında” Qanunun müddəalarının tətbiq edilməli olmasına, mübahisəli hərracların həmin qanunların tələblərinə uyğun həyata keçirilib-keçirilməməsinə hüquqi qiymət verməmiş, “İpoteka haqqında” Qanuna uyğun həyata keçirilən hərracların “İcra haqqında” Qanununa uyğun olmasına dair ziddiyyətli nəticəyə gəlmişdir.
43. İş materiallarından görünmüşdür ki, iddiaçının mülkiyyətində olan mübahi səli mənzillərin hər biri "xxxx" MMC tərəfindən 261.660 manat dəyərində qiymətləndirilmişdir. İşdə olan həmin MMC-nin qiymətləndirmə rəylərindən mənzillərə baxış keçirilməməsi, həmçinin mənzillərin hər birinin fərdi xüsusatlarının (sahəsinin, otaqların sayının, təmirli və ya təmirsiz olmasının, yerləşdiyi mərtəbənin və s.) nəzərə alınması müəyyən olunmur. Eyni zamanda, iş üzrə müəyyən olunan hallara görə, hərraca çıxarılan qeyri-yaşayış sahələrinin ölçüləri təxminən eyni olsa da (329,7 kv.m və 309,0 kv.m), onların ilkin satış qiymətlərində kəskin fərq mövcuddur (müvafiq olaraq 1.153.950 manat və 3.244.500 manat).
44. Apellyasiya instansiyası məhkəməsi isə işin göstərilən hallarını tərəflərlə müzakirə etməmiş, iddiaçının mülkiyyətində olan əmlakların qiymətləndirilməsini mübahisələndirdiyi halda, müəyyən olunmuş qiymətlərlə razı olub-olmamasını iddia tərəfi ilə araşdırmamış, buna uyğun olaraq qiymətləndirmə rəylərinin qanuniliyini yoxlamamışdır. Halbuki, MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, bu məqsədlə işdə iştirak edən şəxslərə prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir.
45. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.1, 414.4, 415.2, 415.5, 416.1, 416.2-ci, MPM-in 9.1, 14.1, 14.2, 77.1, 88, 217.3, 217.4, 218.1, 220.4, 392.1.5, 416.1, 416.2, 418.1-ci maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarına istinadla əsaslandırmışdır. ç) A pellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
46. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 mart 2024-cü il tarixli, 2(103)-2075/2024 saylı qətnaməsi ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən, məruzəçi), F.Ş.Talışinski və A.N.İmanov) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsini qətnaməsi ləğv olunaraq, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilmişdir.
47. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı işin materiallarından görünmüşdür ki, iddiaçının əmlaklarının hərracdan satılması cinayət mühakimə icraatı qaydasında qəbul edilmiş qərara əsasən həyata keçirilmiş olsa belə, hərrac sənədlərindən (bildiriş və protokollardan) görünür ki, mənzillərin və qeyri-yaşayış sahələrinin hərracın nəticələrinə dair mübahisəli pro tokollar tərtib edilərkən “İpoteka haqqında” Qanuna istinad olunmuşdur. Həmçinin əmlaklar cavabdeh Mərkəzi Bank tərəfindən qeyd olunan Qanuna uyğun olaraq, hərracdan satılması üçün müəyyən edilən ilkin satış qiyməti 15%, sonra isə 25% aşağı salınmaqla alınmışdır.
48. Lakin birinci instansiya məhkəməsi mübahisəli əmlakların hüquqi statusunu, həmin əmlakların Mərkəzi Bankının xeyrinə ipoteka ilə yüklü edilməsini, əmlakların ipoteka saxlayanının Mərkəzi Bank olmasını nəzərə almamış, bunun nəticəsində tərəflər arasında yaranan hüquq münasibətlərini düzgün müəyyən etməmiş və həmin münasibətlərə səhv olaraq “İcra haqqında” Qanunun müddəalarını tətbiq etmiş, “İpoteka haqqında” Qanuna uyğun həyata keçirilən hərracların “İcra haqqında” Qanuna uyğun olmasına dair düzgün olmayan nəticəyə gəlmişdir. 4
9. Məhkəmə qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
50. Apellyasiya instansiyası məhkəməsi digər tərəfdən qeyd etmişdir ki, iddiaçının dəlillərindən biri də ondan ibarətdir ki, mülkiyyətində olan daşınmaz əmlakların qiymətləndirilməsi qanunvericiliyin tələblərinə zidd həyata keçirilmişdir. 51. “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Re spublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının xx.xx.2021-ci il tarixli qərardadına görə borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir.
52. Həmin qərardadda təsbit edilmiş hüquqi mövqeyə uyğun olaraq, iddiaçı, mülkiyyətində olan əmlaklar hərracdan satıldığı üçün, qiymətləndirməni iddia icraatı qaydasında mü bahisələndirmiş, tələbində ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən olunmamasını bilavasitə göstərməsə də, qiymətləndirməni həyata keçirən şirkətin və mütəxəssisin səlahiyyətli olmamasını, onun bu qiymətləndirmədən şikayət vermə hüququnun pozulmasını iddia etmişdir.
53. İş materiallarından görünür ki, iddiaçının mülkiyyətində olan mübahisəli mənzillərin hər biri "xxxx" MMC tərəfindən 261.660 manat dəyərində qiymətləndirilmişdir. İşdə olan həmin MMC-nin qiymətləndirmə rəylərindən mənzillərə baxış keçirilməməsi, həmçinin mənzillərin hər birinin fərdi xüsusatlarının (sahəsinin, otaqların sayının, təmirli və ya təmirsiz olmasının, yerləşdiyi mərtəbənin və s.) nəzərə alınması müəyyən olunmamışdır.
54. Eyni zamanda, iddiaçı tərəfindən əmlakların qiymətləndirilməsinin qanunverici liyin tələblərinə uyğun olmamasını təsdiq edən hər hansı sübut (məsələn: hər hansı bir qiymətləndiricinin mübahisəli əmlaklar barədə qiymətləndirmə hesabatı və sair bu kimi sənəd) təqdim etməmiş, özünün sübutetmə yükündən irəli gələn prosessual vəzifələrini yerinə yetirməmişdir.
55. Eyni zamanda iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində qeyd etmişdir ki, icra məmuru “Qiymətləndiricinin dəvət edilməsi haqqında” qərarı "xxxx" MMC-yə göndərmiş, həmin MMC tərəfindən verilmiş rəy M.V.Babayev adlı qiymətləndirici tərəfindən imzalanmışdır. Halbuki qanuna əsasən 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiric i dəvət olunmalı idi, sifariş MMC-yə göndərilməməli idi. Həmçinin, iş materiallarında M.V.Babayevin 5 ildən az olmayaraq fəaliyyət göstərməsini, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməməsini təsdiq edən sənədlər mövcud deyildir. M.V.Babayev rəyi və müşayiət məktubunu "xxxx" MMC-nin direktoru kimi imzalamışdır. Lakin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet vergi idarəsindən əldə olunan məlumatdan görünür ki, "xxxx" MMC-nin direktoru X1r. Bu isə vəzifə səlahiyyətlərinin mənimsənilməsi olmaqla, bir daha sübut etmişdir ki, İddiaçı əmlakı qanunvericiliyin bütün tələbləri pozulmaqla talanmışdır.
56. İddiaçı həmçinin qeyd etmişdir ki, “Sərraf-M " MMC “Qiymətləndirmənin nəticələri haqqında hesabat” əvəzinə "xxxx" tərtib etmişdir. Əvvəla qeyd olunmalıdır ki, icra məmuru, “Qiymətləndiricinin dəvət edilməsi haqqında” qərarı ilə qiymətləndirməyə eksperti deyil, qiymətləndiricini cəlb etmişdir. İkincisi, "xxxx" MMC-nin "xxxx" tərtib etmək səlahiyyəti də olmamışdır. Bununla da, M.V.Babayev adlı şəxs ikinci kobud qanun pozuntusuna yol verərək ekspertin də səlahiyyətlərini mənimsəmiş olmuşdur. Buna görə də iddiaçı hesab etmişdir ki, məhkəmə bunları nəzərə alaraq iş üzrə xüsusi qərardad qəbul edərək göstərilən xüsusatların araşdırılmasını aidiyyəti qurumlara tapşırmalı idi.
57. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsinə görə, qiymətləndirici tərəfindən qiymət ləndirmənin nəticələri haqqında hesabat tərtib edilir. Qiymətləndirmənin nəticələrinin hansı adla adlandırılması bu fəaliyyətin qiymətləndirmə fəaliyyəti olmasını dəyişmir. Nəticədə qiymətləndirici tərəfindən əmlakın qiymətləndirilməsi həyata keçirilmişdir.
58. İş materiallarından görünür ki, "xxxx" adlandırılan həmin sənədləri "xxxx" MMCnin direktoru M.V.Babayev deyil, qiymətləndirici Ə.A.Musayev imzalamışdır. MMC-nin direktoru isə qiymətləndirmə işi ilə əlaqədar xidmət haqqının ödənilməsi barədə məktubları imzalamışdır.
59. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, "xxxx" MMC tərəfindən verilmiş sənədin üzərində "xxxx" yazılsa da, bu hal həmin MMC-ni ekspertiza təşkilatına, sənədi vermiş mütəxəssisi isə ekspertə çevirməmişdir. Həmin sənədin “qiymətləndirmə hesabatı” olması aşk ar olmuşdur.
60. Bundan, hərraca çıxarılan daşınmaz əmlakların ölçüləri və qiymətləri baxımından ilkin satış qiymətlərində fərqlərin mövcud olduğunun müəyyən edilməsinə baxmayaraq, iddiaçı tərəfindən bununla bağlı sübutlar təqdim edilmədiyi üçün məhkəmə müzakirə edilən hissədə də iddianı əsassız hesab etmişdir.
61. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.1, 414.4, 415.2, 415.5, 416.1, 416.2-ci, “İpoteka haqqında” Qanunun 41.2, 42.1, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarına, 70. “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegi yalarının xx.xx.2021-ci il tarixli qərardadına, MPM-in 14.2, 77.1, 78.1, 88, 217.1, 217.2, 217.3, 385.1.1, 386-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
62. İddiaçı (Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
63. Kassasiya şikayəti “İcra haqqında” Qanunun 51.1-ci, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 5.1, 9.2-ci, “İpoteka Haqqında” Qanunun 41.2, 42.1-ci maddələrinə “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 24 n oyabr 2021-ci il tarixli Qərardadına, MPM-in 14, 88, 217, 380, 420-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin müddəalarını pozaraq düzgün araşdırma aparmamış, qanunsuz qətnamə qəbul etmişdir. “İcra haqqında” Qanunun 51.1-ci maddəsi və “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 9.2-ci maddəsinə əsasən icra məmuru borclunun əmlakını qiymətləndirilməsi barədə qiymətləndirici sifariş edən zaman ilk öncə tərəflərin yəni borclunun və tələbkarın razılığının alınması üçün onlara bu barədə müraciət göndərməli və onlar tərəfdən razılıq alınmadığı təqdirdə qiymətləndirici sifariş edə bilərdi. Lakin iş materiallarına nəzər yetirən zaman müəyyən olunur ki, icra məmuru borclunun əmlakının qiymətləndirilməsi barədə qiymətləndirici sifariş edən zaman borclunun razılığının alınması üçün heç bir müraciət məktubu göndərməmiş və borclunun bu sifarişdən məlumatı olmamışdır. Bakı Apellyasiya Məhkəməsi maddi hüquq norması cəhətdən pozuntu olan və hərracın etibarsızlığına əsas olacaq bu halları araşdırmamışdır. Eyni zamanda, icra məmuru “Qiymətləndiricinin dəvət edilməsi haqqında” Qərarı tərəflərə (borcluya və tələbkara) göndərməli və həmin Qərardan 10 gün müddətində tərəflərin şikayət vermək hüququnu təmin etməli idi. Lakin icra məmuru “Qiymətləndiricinin dəvət edilməsi haqqında” Qərarı borclu İddiaçı göndərməyərək və eyni zamanda borclunu həmin Qərardan 10 gün müddətində şikayət vermək hüququndan məhrum edərək qiymətləndirməni gizli aparmış, qanunu pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdiyi iş materiallarından olan sübutları tam və hərtərəfli araşdırmamış, sübutlara düzgün qiymət verməmiş, qətnamə və məhkəmənin qətnamədə gəldiyi nəticələr həqiqi hallara, qanunun tələblərinə uyğun kifayət qədər əsaslandırılmamışdır. Məhkəmə Ali Məhkəmənin iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli Qərarının 54-59-cu bəndərlərində qiymətləndirmənin qeyri-obyektiv (mənzillərə baxış keçirilməməsi, həmçinin mənzillərin hər birinin sahəsinə, otaqların sayına, təmirli və ya təmirsiz olmasına və s. fərdi xüsusatlara əhəmiyyət vermədən, onları nəzərə almadan) keçirilməsi barədə göstərişlərinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi isə kassasiya məhkəməsinin bu dəlilinə (və ondan irəli gələn, Qərarın 61-ci bəndində göstərilən göstərişə) əhəmiyyət vermədən, qətnamədə bu məsələni araşdırmamışdır.
64. Bundan başqa, kassasiya instansiyası məhkəməsi öz qərarında əmlakların həyata keçirilmiş qiymətləndirilmə və hərrac tədbirlərinin “İcra haqqında” Qanunu və Mülki Məcəllənin müvafiq maddələri ilə tənzimlənməli olduğunu qeyd etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi işə təkrar baxarkən yenə də “İpoteka haqqında” Qanununa istinad etmişdir. Halbuki işin materiallarında mübahisəli əmlakların ipoteka predmetinə aid olub-olmamasını təsdiq edən hər hansı sənədlər məhkəməyə təqdim edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
65. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı kassasiya şikayətinə qarşı etiraz göndərərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azər baycan Respublikasının Mülki Məcəlləsi
66. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.
67. Maddə 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır.
68. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
69. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.
70. Maddə
416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçiril ən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
71. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu
72. Maddə 51.1. Borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə kor rupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir.
73. Maddə 51.2. Qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər bərabər həcmdə tərəflərin üzərinə qoyulur.
74. Maddə 51.3. Notariusun icra qeydi əsasında ipoteka predmetinə tələb yönəldikdə, müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənilir.
75. Maddə 61.1. Vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir.
76. Maddə 61.2. İxtisaslaşdırılmış müəssisələr hərr acı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.
77. Maddə 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının xx.xx.2021-ci il tarixli qərardadı
78. Borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hər əkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
79. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
80. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
82. Maddə 217.1. Mə hkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
83. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
84. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
85. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
86. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü m addəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
87. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
88. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
89. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
90. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
91. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüq uqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
92. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddiaçının iddia ərizəsində, daha sonra apelyasiya şikayətində irəli sürülən dəlillərlə eynilik təşkil edir və həmin dəlillərə a pelyasiya məhkəməsi tərəfindən kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
93. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
94. Kassatorun “İcra haqqında” Qanunun 51.1-ci, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 5.1, 9.2-ci, madələrinə istinadla irəli sürdüyü «icra məmuru borclunun əmlakını qiymətləndirilməsi barədə qiymətləndirici sifariş edən zaman ilk öncə tərəflərin yəni borclu nun və tələbkarın razılığının alınması üçün onlara bu barədə müraciət göndərməli və onlar tərəfdən razılıq alınmadığı təqdirdə qiymətləndirici sifariş edə bilərdi.... İcra məmuru borclunun əmlakının qiymətləndirilməsi barədə qiymətləndirici sifariş edən zaman borclunun razılığının alınması üçün heç bir müraciət məktubu göndərməmiş və borclunun bu sifarişdən məlumatı olmamışdır. İcra məmuru “Qiymətləndiricinin dəvət edilməsi haqqında” qərarı tərəflərə (borcluya və tələbkara) göndərməli və həmin Qərardan 10 gün müddətində tərəflərin şikayət vermək hüququnu təmin etməli idi» dəlilləri əsassızdır.
95. Çünki əvvəla, kassator həmin dəlilində, icra məmuru tərəfindən qiymətləndirici dəvət ediləndə və qiymətləndirici tərəfindən əmlaklar qiymətləndirilən zaman qüvvədə olan Azərbaycan Respublikasını n 1998-ci il 25 iyun tarixli 510-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna deyil, 2027-ci il iyulun 1-dən qüvvəyə minmiş “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna istinad etmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
96. Bundan başqa, “İcra haqqında” Qanunin 51-ci maddəsində qiymətləndiricinin dəvət edilməsi haqqında qərar qəbul edilməsi və qərarın surətinin borcluya göndərilməsi barədə imperativ tələb müəyyən olunmayıb.
97. İşə yenidən baxmış apelyasiya instansiyası məhkəməsi iş üzrə Ali Məhkəmənin qərarında əksini tapmış halları araşdırıb qiymət vermişdir.
98. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
99. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edili b-edilmədiyini yoxlayır.
100. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
101. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2075/2024 nömrəli, 19 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.