Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2733/2023 22.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X15 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evə köçürülmə” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-215/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 22 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən mübahisəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi Göyçay İHB-nın İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 nömrəli təsərrüfatbaşına kitabında Cavabdeh1 adına qeydə alınsa da xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmamışdır.
2. İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qardaşı, digər Cavabdeh1 isə oğludur.
3. İddiaçı anadan olduğu vaxtdan mübahisəli fərdi yaşayış evində yaşamışdır və halhazırda həmin evdə qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı cavabdehlə r Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, ailə üzvləri olan X3, X11 və X8 ilə birlikdə Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən və Cavabdeh1 məxsus olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1965-ci il tarixdə Göyçay şəhərində anadan olmuşdur, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində qeydiyyatdadır. 2005-ci ildə ailə qurmuş, arvadı X5 şəxsi və cehiz əmlakı ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçərək orada birgə yaşamışlar. Birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Bir neçə ay bundan öncəyədək cavabdehlərlə birgə mübahisəli fərdi yaşayış evində mehriban yaşasalar da, sonradan cavabdehlərin ona və ailə üzvlərinə qarşı münasibəti dəyişmiş, aralarında mübahisələr baş vermişdir. Bu mübahisədən sonra qardaşı Cavabdeh2 və bacısı Cavabdeh3 onu və ailə üzvlərini qeyd edilən evdən çıxarmışlar. Həmin gündən sonra daimi yaşayış yeri olmamışdır. Mübahisəli fərdi yaşayış evini mərhum atası inşa etmiş, həmin evdə doğulduğu vaxtdan, cavabdehlərin onu evdən çıxardığı vaxtadək yaşamışdır. Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən həmin fərdi yaşayış evi Göyçay İHB-nın İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndələyinin təsərrüfatbaşına kitabında qeydiyyatda olsa da, xüsusi mülkiyyət kimi qeydiyyata alınmamışdır. Ailə üzvləri olan arvadı X5, oğlu X11 və oğlu X8 da mübahisəli fərdi yaşayış evində qeydiyyatdadırlar. Dəfələrlə ailə üzvləri ilə birlikdə yaşadığı fərdi yaşa yış evinə köçmək istəsə də cavabdehlər buna imkan verməmiş, nəticədə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək, onun ailə üzvləri olan xx.xx.2006-cı il təvvəllüdlü X11 və xx.xx.2008-ci il təvəllüdlü X8 ilə birlikdə Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən və Cavabdeh1 məxsus olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, mübahisəli fərdi yaşayış evi mərhum atası Rza Hacıyev tərəfindən inşa edilmiş, o, eləcə də digər bacı və qardaşları həmin evdə böyüyüb başa çatmışlar. Hazırda həmin evdə o, bacısı Cavabdeh3, anası Cavabdeh1 yaşayır. İddiaçı doğulduğu vaxtdan, ailə üzvləri isə 2005-ci ildən bir neçə ay öncəyədək mübahisəli evdə onlarla birlikdə yaşamış, təsərrüfatı idarə etmişlər. Lakin aralarında mübahisə olduğu üçün iddiaçını və ailə üzvlərini həmin fərdi yaşayış evindən çıxarmışlar.
8. Birinci instansiya məhkəməsində Cavabdeh3 Cavabdeh2 izahatına uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 onun övladlarıdır. Cavabdeh2 və Cavabdeh3 İddiaçı Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən fərdi yaşayış evində yaşamasına icazə vermirlər. İddiaçı, Cavabdeh2 və Cavabdeh3 anadan olduqları gündən həmin evdə yaşamışlar. İ ddiaçının mübahisəli fərdi yaşayış evinə köçərək yaşamasına etiraz etmir.
10. Məhkəməyə təqdim edilmiş Göyçay İHB-nın İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Göyçay rayon 1-ci Ərəbcəbirli kənd sakini Cavabdeh1 nümayəndəliyin 16 nömrəli təsərrüfatbaşına kitabın 14-cü səhifəsində adına 0,11 ha həyətyanı torpaq sahəsi və həmin sahədə fərdi yaşayış evin olması qeyd edilmişdir.
11. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 16 saylı Ucar ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh2, İddiaçı, Cavabdeh3 və Cavabdeh1 adına qeydiyyata alınmış daşınmaz əmlak aşk ar edilməmişdir.
12. Göyçay Rayon Məhkəməsinin 2(046)-787/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim İbrahim Fəttahov), iddiа tələbi təmin edilmiş, İddiaçı ailə üzvləri olan xx.xx.2006-cı il təvvəllüdlü X11 və xx.xx.2008-ci il təvəllüdlü X8 ilə birlikdə Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı övladları ilə birlikdə köçmək istədiyi mübahisəli fərdi yaşayış evində cavabdehlər tərəfindən hüququ pozulduğu günədək yaşamış, sonuncuların qanunsuz hərəkətləri nəticəsində yaşadığı evdən məhrum edilmişdir. İddiaçının yaşayış hüququnun pozulması aşkardır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının pozulmuş hüquqları bərpa edilməli, övladları ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçürülməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1, 12.2, 12.3, 13.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 119.1, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
15. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Qətnamədə göstəri lən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, İddiaçı və ailə üzvləri Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatında olsalar da, onlar uzun müddətdir (15 ildən artıq) daimi olaraq (özlərinə məxsus mənzilə) başqa ünvana köçüb yaşayırlar.
17. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-215/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Elçin Mehdiyev) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 2(046)-7872022 nömrəli, 31 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin edilməsi, İddiaçı ailə üzvləri olan xx.xx.2006-cı il təvvəllüdlü X1 1 və xx.xx.2008-ci il təvəllüdlü X8 ilə birlikdə Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir.
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “R.Şirinovun şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarı, eyni zamanda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə istinad etməklə, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, hazırda formalaşmış məhkəmə təcrübəsinə görə 2000-ci ilə qədər olan mübahisəli hüquq münasibətləri ilə bağlı, fərdi yaşayış evinə dair təsrrüfatbaşı kitabı mövcuddursa həmin işlərə Mənzil Məcəlləsinin 123-cü mаddəsi tətbiq edilməlidir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
20. Məhkəmə Kollegiyası qeyd etmişdir ki, İddiaçı övladları ilə birlikdə köçmək istədiyi mübahisəli fərdi yaşayış evində cavabdehlər tərəfindən hüququ pozulduğu günədək yaşamış, birgə təsərrüfat aparmış, sonuncuların qanunsuz hərəkətləri nəticəsində yaşadığı evdən məhrum edilmişdir. Cavabdeh X1 iclasında, eyni zamanda yerli baxış zamanı iddiaçının ailə üzvləri ilə birlikdə təsrrüfatbaşı kitabla ona məxsus fərdi yaşayış evinə köçüb yaşamasına etiraz etmədiyini bildirmişdir. Eyni zamanda məhkəmə kollegi yası mübahisəli fərdi yaşayış evinə yerli baxış keçirərkən müəyyən etmişdir ki, hazırkı iş üzrə apellyasiya şikayəti vermiş Cavabdeh2 həmin fərdi yaşayış evində deyil, eyni torpaq sahəsində inşa edilmiş özünə məxsus fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Cavabdeh2 həmin mübahisəli fərdi yaşayış evində yaşamırsa, hazırkı iddiaçının ailə üzvləri ilə birlikdə mübahisəli evə köçməsi onun hər hansı bir hüququnu pozmur. Digər tərəfdən iddiaçı mübahisəli fərdi yaşayış evində doğulduğundan, eyni zamanda birgə təsərrüfat apardığından, Cavabdeh1 buna etiraz etmədiyindən iddia tələbi əsalıdır.
21. Məhkəmə kollegiyası iddiaçının başqa fərdi yaşayış evinin olması barədə şikayətin dəlili ilə bağlı qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanınd a Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 16 saylı Ucar ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh2, İddiaçı, Cavabdeh3 və Cavabdeh1 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Göründüyü kimi şikayətin bu dəlili əsassızıdır. Cavabdeh2 bu barədə hər hansı bir sübut növü təqdim etməmişdir.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (2009cu ilədək qüvvədə olan) 123-cü maddəsi, “A.M.Cavidanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 fevral 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 noyabr 2008-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
23. Qətnamədən Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, hər iki instansiya məhkəməsinin qətnaməsində hüquq münasibətinin 1965-ci ildə yaranması qeyd olunsa da nəzərə alınmamışdır ki, iddiaçının övladları 2006 və 2008-ci il təvvəllüdlüdür. Belə olan halda hüquq münasibətinin 1965-ci ildə yaranması qeyri-mümkündür. Bundan başqa fərdi yaşayış evinin mülkiyyətçisi müəyyən olunmadan 2009-cu il oktyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinin tətbiqi mümkün deyildir. Çünki, həmin maddədə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ifadəsi boşuna qeyd olunmayıb. Həmin ifadənin 2009-cu il oktyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə salınması mülkiyyətçinin konstitusion hüquqlarının pozulmasının qarşısının alınması və müdafiəsi məqsədi daşıyır.
25. İddiaçı evə köçürmə tələbi verdiyi fərdi yaşayış evini uzun müddət öncə öz ailə üzvləri ilə birlikdə könüllü şəkildə tərk edərək, Göyçay şəhəri Ziya Bünyadov küçəsində yerləşən “Azərkəndtikinti” ATSC-nin 182 saylı X4 üçün tikilən binadan ona qeyri-rəsmi alqısatqı əsasında alınmış mənzilə köçmüşdür və hazırda həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Yəni, iddiaçı məhkəmə qətnaməsində qeyd edildiyi kimi yaxın zamanlarda məcburi olaraq deyil, uzun müddət öncə könüllü olaraq, hazırda köçmək istədiyi evi ailə üzvləri ilə birgə tərk edib, başqa yaşayış sahəsinə köçüb. Hazırda onun özünə məxsus mənzili var və o, uzun illərdir həmin mənzildə yaşayır. İddiaçının özünə məxsus yaşayış sahəsinin olmasını və onun uzun müddət öz ailə üzvləri ilə həmin mənzildə yaşamasını kassasiya şikayətinə əlavə edilmiş X7 Təchizatı və Satışı İdarəsinin Göyçay Elektrik şəbəkəsinin xx.xx.2023-cü il tarixli, 350 saylı məktubu və "xxxx" MMC-nin Göyçay Sukanal sahəsinin xx.xx.2023-cü il tarixli, 25 saylı məktubu sübut edir. Göyçay Elektrik şəbəkəsi 2015-ci ildə "xxxx" AS C-dən ayrıldığı üçün həmin qurumda məlumatlar 2015-ci il tarixdən mövcuddur. Göyçay şəhərinə dövlət proqramı üzrə yeni layihə əsasında şəhərin içməli su ilə təmin edilməsi 2014-cü ildən başlanıldığı üçün "xxxx" MMC-nin Göyçay Sukanal sahəsinin xx.xx.2023-cü il tarixli, 25 saylı məktubundakı müddətin başlanğıcı 2014-cü ildən qeyd edilmişdir.
26. Bundan başqa İddiaçı övladları ilə birlikdə köçmək istədiyi mübahisəli fərdi yaşayış evində cavabdehlər tərəfindən hüquqlarının pozulması, onların hüquqlarının pozulduğu günədək mübahisəli evdə yaşaması və birgə təsərrüfat aparması, sonuncuların qanunsuz hərəkətləri nəticəsində yaşadığı evdən məhrum edilməsi barədə iş materiallarında heç bir sübut yoxdur.
27. Qətnamədə iddiaçının həmin kənddə qeydiyyatda olması sübut kimi qəbul olunarkən də, düzgün olmayan nəticəyə gəlinmişdir. Belə ki, Göyçay şəhəri Ziya Bünyadov küçəsində yerləşən “Azərkəndtikinti” ATSC-nin 182 saylı X4 üçün tikilən binanın dövlət tərəfindən istismarına icazə verilmədiyi üçün iş üzrə iddiaçı və onun ailə üzvləri də daxil olmaqla, 1993-cü ildən həmin binada yaşayan bütün sakinlər başqa ünvanlarda qeydiyyatdadırlar.
28. Bundan başqa Şəki Apellyasiya Məhkəməsinin işə baxan kollegiyası yerli baxış keçirilməsi üçün Göyçay şəhərinə gəlsə də, kollegiya İddiaçı və ailə üzvlərinin uzun müddətdir (15 ildən artıq) daimi olaraq yaşadıqları (özlərinə məxsus) mənzilə baxış keçirməmiş, İddiaçı və ailə üzvlərinin həmin mənzildə uzun müddət yaşamalarını təsdiq edəcək işin faktiki hallarını araşdırmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (2009-cu il ədək qüvvədə olan).
29. Maddə
123. Yаşаyış evi mülkiyyətçisinin özünə məxsus olаn evə köçürdüyü аilə üzvləri onlаrın köçməsi zаmаnı bаşqа qeyd-şərt göstərilməmişsə, evdə yаşаyış sаhəsindən onunlа bərаbər istifаdə etmək ixtiyаrınа mаlikdirlər. “A.M.Cavidanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 fevral 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 noyabr 2008-ci il tarixli Qərarı. 30. “A.M.Cavidanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 fevral 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunu n yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki,....Bu normaların düzgün tətbiq edilməsi üçün nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 123-cü maddəsinin mənasına görə mülkiyyətçi qeydşərt göstərmədən ailə üzvlərini özünə məxsus evə köçürdükdə, onlar bu evdən (onun yaşayış sahəsindən) istifadə etmək hüququna malik olurlar. Lakin ailə üzvlərinə bərabər tutulan şəxs bu hüququ o halda əldə edə bilər ki, evə mülkiyyətçinin hətta şifahi razılığı ilə köçürülsün və bundan sonra onunla ümumi təsərrüfat aparmış olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
34. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan mü əyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosess ual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
40. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irə li gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmam ası halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
46. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mərhum X17 Hacıyevanın birgə nikahından İddiaçı, Cavabdeh2 və Cavabdeh3 anadan olmuşdur. Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən mübahisəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi Göyçay İHB-nın İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 nömrəli təsərrüfatbaşına kitabında Cavabdeh1 adına qeydə alınmışdır. Lakin xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı anadan olduğu vaxtdan, ailə üzvləri isə 2005-ci il tarixdən mübahisəli fərdi yaşayış evində cavabdehlərlə aralarında yaşanmış mübahisəyədək, yəni hazırki iddia tələbi ilə məhkəməyə müraciət edildiyi günədək mübahisəli fərdi yaşayış evində yaşamışdır. Həmçinin İddiaçı, ailə üzvləri – arvadı X5, oğlu - X11 və qızı - X2 rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən mübahisəli fərdi yaşayış evində qeydiyyatdadırlar.
47. Apellyasiya instansiya məhkəməsi, apellyasiya şikayətinin məhkəmənin qətnaməsinin ləğv edilməsi ilə bağlı hissəsində razılaşsa da, iddianın rədd edilməsi ilə bağlı hissəsində razılaşmamış, iddianı təmin edərkən birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası K onstitusiya Məhkəməsinin “R.Şirinovun şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarı, eyni zamanda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə istinad etməklə, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməsini qeyd etmiş, hazırda formalaşmış məhkəmə təcrübəsinə görə 2000-ci ilə qədər olan mübahisəli hüquq münasibətləri ilə bağlı, fərdi yaşayış evinə dair təsrrüfatbaşı kitabı mövcuddursa həmin işlərə 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü mаddəsi tətbiq edilməli olmasını göstərmiş, İddiaçı övladları ilə birlikdə köçmək istədiyi mübahisəli fərdi yaşayış evində cavabdehlər tərəfindən hüququ pozulduğu günədək yaşamasını, birgə təsərrüfat aparmasını, sonuncuların qanunsuz hər əkətləri nəticəsində yaşadığı evdən məhrum edilməsini, apellyasiya şikayəti vermiş Cavabdeh2 həmin fərdi yaşayış evində deyil, eyni torpaq sahəsində inşa edilmiş özünə məxsus fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşamasını, Cavabdeh2 həmin mübahisəli fərdi yaşayış evində yaşamırsa, hazırkı iddiaçının ailə üzvləri ilə birlikdə mübahisəli evə köçməsinin onun hər hansı bir hüququnu pozmadığını, digər tərəfdən iddiaçı mübahisəli fərdi yaşayış evində doğulduğundan, eyni zamanda birgə təsərrüfat apardığından, Cavabdeh1 buna etiraz etmədiyini nəzərə alaraq iddia tələbinin əsalı olması qənaətinə gəlmişdir.
48. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, Cavabdeh2 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.
49. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
50. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin əksər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait ya radıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
51. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhə miyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
52. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
53. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykən diyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. 54. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, a pellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
56. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-215/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi and