Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2733/2024 30.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: ərazi aidiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 iyun 2024-cü iltarixli, 2(105)-1047/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı (bundan sonra-iddiaçı) Cavabdeh (bundan sonra-cavabdeh) qarşı “mənzildən istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Qobustan Rayon Məhkəməsinə müraciət edərək, birgə nikah dövründə tikdirdikləri Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi 1 “A” saylı massivində yerləşən Cavabdeh faktiki istifadəsində və sahibliyində olan yaşayış sahəsinə istifadə hüququnun tanınması və onların həmin evə köçürülməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə faktiki olaraq 2006-cı ilin avqust ayında nikaha girərək ailə qurmuş, nikahlarını isə 2011ci ildə rəsmiləşdirmişlər. İddiaçı gəlin olaraq Qobustan rayonu, Ərəbqədim kəndinə köçmüşdür. Tərəflərin bi rgə nikahından 14 fevral 2009-cu ildə Elmar və 31 yanvar 2011-ci ildə isə Bağçagül adlı övladları anadan olmuşdur. 2011-ci ildə Elmanın işi ilə əlaqədar Qaradağ rayonu, Qobustan qəsəbəsinə köçmüşlər. Həmin vaxt ilk əvvəl bir otaqlı ev tikərək yaşamağa başlamışlar. Sonra isə həmin evi sökərək yerində çox otaqlı ev tikmişlər. Həmin evin sənədi olmasa belə, cavabdehin faktiki sahibliyindədir. Aralarında münasibətlər korlandıqdan sonra Elman onu evdən qovlamışdır. Hal-hazırda faktiki olaraq yaşamağa evi və yeri yoxdur. Övladları ilə birlikdə müxtəlif ünvanlarda, qohum-əqrəba yanında qalırlar. Cavabdehlə birgə nikah zamanı birgə tikdirdikləri evdə yaşadığı üçün onun yaşamaq hüququ əmələ gəlmişdir.
3. Qobustan Rayon Məhkəməsinin 4 aprel 2024-cü iltarixli, 2(026)-53/2024 nömrəli qətnaməsi ilə (ha kim Mirələm Quliyev) iddia tələbi təmin edilməmişdir. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə Qobustan Rayon Məhkəməsinin 4 aprel 2024-cü il tarixli, 2(026)-53/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra– apellyasiya instansiyası məhkəməsi) 6 iyun 2024-cü il tarixli, 2(105)-1047/2024 saylı qətnaməsi ilə (hakimlər A.H.Hüseynzadə (sədrlik edən və məruzəçi), A.A.Mahmudov və M.M.Hüseynov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Qobustan Rayon Məhkəməsinin 4 aprel 2024-cü il tarixli, 2(026)53/2024 saylı qətnaməsi ləğv edilərək, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı ş əhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir.
6. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki prosessual qanunvericiliyin müstəsna aidiyyətlə bağlı müddəalarının bilavasitə olaraq hazırkı tələblə bağlılığı müəyyən edilir. Belə ki, iddiaçının istifadə hüququnun tanınması və köçürülməsini tələb etdiyi fərdi yaşayış evi Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində yerləşməklə, iddiaçı həmin evin birgə nikah dövründə inşa edildiyini, dolayısı ilə qanuni sahibi olmasını iddia etməklə, iddiası da həmin daşınmaz əmlak üzrə hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, mülki işin aidiyyəti müstəsna aidiyyət qaydalarının təsirinə düşmüşdür. Lakin işə baxan birinci instansiya mə hkəməsi prosessual qanunvericiliyin tələbini pozaraq, iddia ərizəsini icraata götürmüş, nəticədə aidiyyət qaydalarının pozulması ilə qətnamə çıxarmışdır.
7. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 39.1 və 40.1-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
8. İddiaçı qərardaddan kassasiya şikayəti vermiş, şikayət apellyasiya instansiyası məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2(104)-1311/2023 saylı qərardadı ilə elektron qaydada imzalanmaması səbəbindən geri qaytarılmışdır. Kassasiya şikayətinin və ona qarşı etir azın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
9. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadın ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti “AR Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarına istinadən belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən AR Konstitusiya Məhkəməsi Plenumunun qərarı düzgün tövsif olunmamış və bununla da həmin qərarın tələbləri pozulmuşdur. Belə ki, mülki işin sənədlərindən də görünür ki, iddiaçının cavabdehə qarşı iddiasının mahiyyəti mənzildən i stifadə hüququnun tanınması və evə köçürülmədir. Yəni, iddiaçının iddiasının əsas mahiyyəti hər hansı bir daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasının aradan qaldırılması barədə iddialara aid deyildir. Yəni sözü gedən plenum qərarında göstərilmiş müstəsna aidiyyətə şamil olunan iddialar növünə aid olmayan iddia ərizəsidir. Konstitusiya Məhkəməsinin Plenumunun bu qərarında konkret olaraq göstərilmişdir ki, ər-arvadın daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətinin bölünməsinə dair iddiaların ərazi aidiyyəti AR MPM-in 35.1-ci maddəsinə uyğun olaraq qanuni başqa hal nəzərdə tutulmamışdırsa, cavabdehin rəsmi qeydə alındığı yer üzrə müəyyən edilməlidir. Bunda n əlavə, cavabdeh Qobustan rayonu, Ərəbqədim kəndində daimi pasport qeydiyyatında olduğundan, birinci instansiya məhkəməsi düzgün olaraq iddianı icraata qəbul etmiş və qanuna müvafiq qətnamə qəbul etmişdir. Eyni zamanda, iddiaçının özünün də etiraf etdiyi kimi, mübahisə predmeti olan daşınmaz əmlakın heç bir hüquqmüəyyənedici sənədləri yoxdur. Yəni bu ev üzərində heç kimin mülkiyyət və digər hüquqları tanınmamışdır. Bu baxımdan da hər hansı bir hüquqi əsasla dövlət qeydiyyatına alınmamış daşınmaz əmlakla bağlı mübahisələrə AR MPM-in 39.1-ci maddəsində nəzərdə tutulmuş müstəsna aidiyyət qaydaları tətbiq edilə bilməz. AR MPM-in 39.1-ci maddəsinin məzmunundan görünür ki, yalnız daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi il ə əlaqədar iddialara daşınmaz əmlakın yerləşdiyi ərazi üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılmalıdır. Lakin, mülki işin sənədlərindən də görünür ki, mübahisə predmeti olan daşınmaz əmlaka hər hansı bir hüquq tanınmamışdır. Bu baxımdan da bu daşınmaz əmlakla əlaqədar kiminsə mülkiyyət hüququnun və sahiblik hüququnun da tanınması qeyrimümkündür. Buna görə də hal-hazırkı iddia AR MPM-in 39.1-ci maddəsinin təsiri altına düşmədiyindən bu iddianın Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılması qeyri-mümkündür. Lakin Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən bu nəzərə alınmamış və bununla da AR MPM-nin 39.1-ci maddəsinin tələbləri pozulmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüqu q Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
12. Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.
13. Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.
14. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
15. Maddə 416.2. Apellyasiya instans iyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
16. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
17. Hazırkı iş üzrə apell yasiya instansiyası məhkəməsinin qərardadı cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
18. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq edib və işdə kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
19. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən mülki prosessual hüquq normalarının tələblərini pozduğunu, mülki işi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri, Qaradağ rayon məhkəməsinə göndərərkən MPM-in 39.1-ci maddəsinin tələblərini pozduğunu göstərsə də kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
20. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçının istifadə hüququnun tanınmasını və köçürülməsini tələb etdiyi ev Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi 1 “A” saylı massivdə yerləşir, iddia isə cavabdehin rəsmi qeydə alındığı ünvan üzrə Qobustan rayon məhkəməsində qaldırılıb.
21. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, mülki işi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri, Qaradağ rayon məhkəməsinə göndərərkən gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçının cavabdehə qarşı hazırkı tələbləri MPM-in 39-cu maddəsi ilə tənzimlənən “müstəsna aidiyyət”in təsiri altına düşür.
22. Belə ki, həmin normanın mənasına görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.
23. Normanın mənasına görə, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan qanuni sahibin hüququnun pozulmasını aradan qaldırmaq haqqında iddialara da daşınmaz əşyanın olduğu yer üzrə məhkəmədə baxılmalıdır.
24. Eyni hüquqi mövqeyi “Azərbaycan Respublikası MPM-in 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarında ifadə olunub və həmin Qərarda göstərilir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız MPM-in 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədal ətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. MPM-in 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsi ilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən MPM-in 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələbl ər üzrə iddiaları ehtiva edir. Həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz.
25. Apellyasiya instansiyası məhkəməsi, qeyd olunan normanın tələblərini əsas tutub haqlı olaraq qeyd etmişdir ki, iddiaçının cavabdehə qarşı hazırkı tələbləri MPM-in 39.1-ci maddəsinin təsiri altına düşdüyü üçün işə ərazi aidiyyəti üzrə Qobustan rayon məhkəməsində deyil, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılmalıdır.
26. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli məsələni düzgün müəyyən edib və işdə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, cavabdehin kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 iyun 2024-cü il tarixli, 2(105)-1047/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.