Məhkəmə qərarları › İş №2(102)-2734/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2734/2025

01.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2734/2025 01.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə borc ödənilməsi” barədə ilk, Cavabdeh İddiaçınə qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Dövlət Vergi Xidməti cəlb edilməklə) “maddi zərərin əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, öhdəliklərin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və İspəndiyar Əsəd oğlu Şəfiyevdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2467/2025 nömrəli, 1 may 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında 1 oktyabr 2025-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında xx.xx.2023-cü il tarixdə “Təhsil xidmətlərinin göstərilməsinə dair” müqavilə bağlanmış, iddiaçı cavabdehin övladı X2 rus dilində yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, cavabdeh isə təhsil ili 9 aydan ibarət olmaqla sentyabr ayının 15-dən iyun ayının 15-dək olan dövrü üçün 8.500 manat xidmət haqqı ödəməyi öhdələrinə götürmüşlər.

2. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli məktubu ilə təhsil haqqı üçün 3.843 manat, gecikdirilən hər gün üçün 1.270 manat dəbbə pulu olmaqla ümum ilikdə 5113 manat borcunun olması barədə xəbərdarlıq edilmişdir. 3. 17.04.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin iddiaçıya 3.843 manat qalıq borcu, 1.270 manat dəbbə borcu vardır.

4. Cavabdeh 2023-2024 tədris ili üçün 2023-cü ilin 14 sentyabr və 05 noyabr tarixlərində müvafiq olaraq 850 manat və 500 manat olmaqla, cəmi 1350 manat iddiaçıya təhsil haqqı ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış müqavilə üzrə 2022-2023-cü təhsil ili üzrə ödənilməmiş 3.843 manat miqdarında əsas borcun, hesablanmış 1.270 manat miqdarında dəbbə pulunun və 72 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5.185 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı Bakı filialı və Cavabdeh arasında “Təhsil xidmətlərinin göstərilməsinə dair” bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İddiaçı Bakı filialı Cavabdeh övladı X2 müqavilədə nəzərdə tutulmuş qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqı ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış sonuncu müqavilənin 5.1-ci maddəsinə əsasən 1 tədris ili üçün təhsil haqqı 8.500 manat müəyyən edilmiş, iddiaçı tərəfindən öhdəliklər tam yerinə yetirilsə də, cavabdehin övladı liseydən ayrıldığı xx.xx.2024-cü il tarixinə qədər mövcud olan 3843 manat borcunu ödəmədiyindən, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə ə sasən hər gecikdirilmiş gün üçün 0,2 faiz dəbbə pulu hesablanmaqla ümumilikdə 1.270 manat dəbbə pulu borcu yaranmışdır.

8. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən müddətindən və səbəbindən asılı olmayaraq şagirdin iştirak etmədiyi təhsil aylarının haqqı hər bir halda ödənməli, təhsil haqqının ödənilməsi valideynin öhdəliyi qismində müəyyənləşdirilmiş, valideynin şagirdlə əlaqəli Liseyə dəvət olunduqda 5 iş günü ərzində Liseyə yaxınlaşmaq barə öhdəlik daşıyır, valideyn müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə Lisey birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verə bilər, valideyn tərəfindən təhsil haqqının ödənilməsi müqavilədə nəzərdə tutulan müddətdən artıq gecikdirildikdə təhsil haqqı tam ödənilənədək Lisey şagirdin dərsə buraxılmasını və digər öhdəlikləri nin icrasını dayandıra bilər, valideyn hər gecikdirilən gün üçün gecikdirilən məbləğin 0.2%-i həcmində dəbbə pulu ödəyir. Hər hansı səbəbdən müqaviləyə xitam verilməsi sonradan tərəfləri vəzifələrini icra etmək vəzifəsindən azad etmir. Borcun ödənilməsinə dair iddiaçı tərəfindən valideynə xəbərdarlıq edilsə də heç bir nəticəsi olmamışdır.

9. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərini tam və lazımınca icra etməməsi nəticəsində 8.750 manat məbləğində təhsil haqqı, 400 manat məbləğində hüquqi xidmətlərin göstərilməsinə görə və 112 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 9.162 manat məbləğində dəymiş maddi ziyanın iddiaçıdan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Qarşılıqlı iddia tələbi onunla əsaslanıdırılmışdır ki, iddiaçı ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli “Təhsil xidmətlərinin göstərilməsi”nə dair müqavilənin şərtlərinə əsasən “Lisey” şagirdə rus bölməsi üzrə yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, “Valideyn” isə həmin xidmətlərə görə təhsil haqqı ödəməyi öhdəsinə götürmüş, “Lisey” müasir tədris metodikalarından istifadə etməklə şagirdə rus dili üzrə keyfiyyətli təhsil vermək vəzifəsi daşımış, valideynin hüququ var ki, müqavilə üzrə vəzifələrin “Lisey” tərəfindən tam və vaxtında yerinə yetirilməsini tələb etsin və “Şagird”in təhsilə münasibəti, onun bilik qabiliyyəti, biliyin qiymətləndirilməsi və qiymətləndirilmə üsulları barədə məlumat alsın. Tərəfindən 2023-2024-cü tədris illəri üçün 1.350 manat, 2023-c ü tədris ili üçün 3.700 manat və 2021-2022-ci tədris illəri üçün isə 3.700 manat olmaqla, son üç il ərzində iddiaçıya 8.750 manat məbləğində ödəniş etsə də iş materiallarına əlavə edilmiş şagirdlərin qiymət cədvəllərindən məlum olur ki, iddiaçı müqavilələr üzrə yüksək keyfiyyətli təhsil xidmətlərinin göstərilməsi barədə vəzifələrini tam icra etməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən biri də ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən aparılan illik monitorinqin nəticələrinə görə şagird müəyyən edilmiş keçid balından aşağı bal toplayarsa “Lisey” birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verə bilər. Lakin iddiaçı övladının keyfiyyətsiz təhsil aldığını bildiyi halda müqavilələrə xitam verməməklə öz öhdəliklərinin icrasına vicdansızca davranmaqla əsassız olara q ondan xeyli miqdarda vəsait əldə etməklə hüquqlarını pozmuşdur.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim: Solmaz Ədilova) e-2(005)2272/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh 3.843 manat ödənilməmiş təhsil haqqı, 100 manat dəbbə pulu olmaqla cəmi 3943 manat və 54,75 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, qarşılıqlı iddianın təmin edilməməsi, mülki iş üzrə İddiaçı tərəfindən ödənilmiş 17,25 manat dövlət rüsumu, habelə qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 112 manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hər iki iddia tələbinin qanuni əsası “bağlanmış müqavilədən irəli gələn tələblər”dir. Belə ki, işin faktiki h allarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr qanunvericilikdə nəzərdə tutulmuş müqavilələrdən və başqa əqdlərdən əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “tapşırıq” müqaviləsi təşkil edir. Bu baxımdan tərəflər arasında təhsil xidmətlərinin göstərilməsi ilə bağlı yazılı tapşırıq müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Mübahisə isə, ilk iddiaçıya görə yerinə yetirilmiş xidmətin (tədrisin) haqqının tam ödənilməməsi ilə bağlıdır. İddiaçı müqavilədə göstərilən xidməti, yəni tədrisi müqavilədə göstərilən öhdəliyinə uyğun yerinə yetirdiyini iddia edərək xidmət haqqının qalıq hissəsini tələb edir, cavabdeh isə tədrisin müqavilədə nəzərdə tutulmuş keyfiyyətdə aparılmadığını və yerinə yetirilməyən xidmət haqqının ondan tələb edil məsini rədd edir, həmçinin son üç ildə Liseyə ödədiyi 8.750 manat pul vəsaitinin ona geri qaytarılmasını tələb edir. Məhkəmə ilk növbədə qarşılıqlı iddianın dəlillərinə hüquqi qiymət verərək, qeyd etmişdir ki, qarşılıqlı iddiaçı Lisey tərəfindən onun övladına verilmiş təhsildən narazılıq edərək, təhsilin keyfiyyətsiz olduğunu, övladının qiymətlərinin yaxşı olmamasını bildirir və buna görə son üç ildə ödədiyi ümumilikdə 8.750 manat pul vəsaitinin ona geri qaytarılmasını tələb edir. Qarşılıqlı iddiaçı tərəfindən övladının təhsil qiymətləri məhkəməyə təqdim edilərək, bildirilir ki, 1-ci sinifdən 8-ci sinifə qədər Liseydə təhsil almasına baxmayaraq, övladının qiymətləri yaxşı deyildir. Liseyin hüququ var idi ki, övladının qiymətləri yaxşı olmadığı təqdirdə təhsil ili üçün bağlanmış müqaviləy ə xitam versin. Lakin Lisey bunu etməyərək ondan əsassız təhsil pulları tələb almışdır. Halbuki, bu illər ərzində övladına verilmiş təhsilin həqiqətən keyfiyyətsiz olmasını təsdiq edən hər hansı mötəbər sübutu mövcud deyil. Belə ki, Cavabdeh ilk iddiaçının müqavilə üzrə vəzifələrini lazımı qaydada və keyfiyyətdə icra etməməsini bildirsə də bu barədə mötəbər sübutlarını təqdim edə bilməmiş, işin faktiki hallarında isə iddiaçı tərəfindən müqavilə üzrə vəzifələrinin lazımi qaydada yerinə yetirilməməsi müəyyən edilməmişdir. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddiaçının göstərilən əsasları sübut olunmur. Bundan başqa, əgər qarşılıqlı iddiaçı son üç ildə iddia etdiyi kimi təhsilin keyfiyyətsiz olduğunu hesab edirdisə, övladının üç il ərzində həmin tədris Liseyində bir tədris ili üçün kifayət qədər yüksək xidmət haqqı verməsi nəzərə alındıqda övladının həmin müəssisədə təhsilini davam etdirməsinə razı olması başa düşülən deyil. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Ümumiyyətlə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinin əsası kimi istinad etdiyi işin mübahisəli faktiki halları kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər öz təsdiqini tapmamışdır. Məhkəmə ilk iddianın “cavabdeh tərəfindən ödənilməmiş təhsil haqqının qalığının tutulması” barədə hissəsinə hüquqi qiymət verərək, hesab etmişdir ki, ilk iddia göstə rilən hissədə təmin edilməlidir. Belə ki, müəyyən olunmuşdur ki, tərəflər arasında mübahisə iddiaçıya görə yerinə yetirilmiş xidmətin (tədrisin) haqqının tam ödənilməməsi ilə bağlıdır. Belə ki, iddiaçı aralarında bağlanmış müqavilə üzrə 3.843 manat məbləğində təhsil haqqı borcunun, gecikdirilən hər gün üçün 0,5% olmaqla, cəmi 1.270 manat dəbbə pulunun və 72 manat dövlət rüsumunun, cəmi 5.185 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını iddia etmiş, cavabdeh isə ödədiyi vəsaitin qarşılığında heç bir vəzifə yerinə yetirilməməsi, təhsilin çox keyfiyyətsiz olduğunu əsas göstərərək iddiaya etiraz etmişdir. Başqa sözlə, iddiaçı müqavilədə göstərilən xidməti, yəni tədrisi müqavilədə göstərilən öhdəliyinə uyğun yerinə yetirdiyini iddia edərək xidmət haqqının qalıq hissəsini tələb edir, cavabde h isə tədrisin müqavilədə nəzərdə tutulmuş keyfiyyətdə aparılmadığını və yerinə yetirilməyən xidmət haqqının ondan tələb edilməsini rədd edir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərindən də göründüyü kimi, iddiaçının öhdəlikləri dairəsi cavabdehin övladına keyfiyyətli təhsilin verilməsindən başqa, həm də onun gigiyenik tələblərə cavab verən və keyfiyyətli qida ilə təmin etmək, dərsdən kənar vaxtda onların istirahəti, idmanın müxtəlif növləri ilə məşğul olmalarına şərait yaratmaq, habelə təhlükəsizliyini təmin etməkdən ibarət olmuşdur. Başqa sözlə, tərəflər arasında müvafiq xidmətin göstərilməsinə dair müqavilənin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır və bu bağlanmış müqavilədə tapşırıq müqaviləsinin elementləri mövcuddur. Belə ki, işin materialla rından görünür ki, bir uşaq üçün xx.xx.2023-cü il tarixində İddiaçı Bakı filialı və Cavabdeh arasında olan müqavilənin adından (Təhsil xidmətlərinin göstərilməsinə dair”) da göründüyü kimi, təhsil xidmətləri göstərilməsi ilə bağlı olmuşdur. Tədrisin keyfiyyət meyarı şagirdlərin fənlər üzrə əldə etdikləri biliklərinin sonradan test yoxlaması nəticələrinin göstəricilərindən asılı olaraq qiymətləndirilməlidir. Nəticələr nə qədər yüksək olarsa, tədrisin keyfiyyəti bir o qədər qənaət bəxş hesab edilməlidir. Cavabdeh tədrisin keyfiyyətini mübahisələndirərək xidmət haqqının qalıq hissəsini ödəməkdən imtina etməsini bununla əsaslandırsa da, lakin tədrisin keyfiyyətinin aşağı olması işin hər hansı halı ilə müəyyən edilməmişdir. Belə ki, iş materiallarında iddiaçı tərəfindən təqdim edilən şagirdləri n qiymətləndirmə cədvəllərindən müəyyən edilir ki, şagirdlərin təhsili barədə məlumatlar (qənaətbəxş olub-olmaması, çalışqanlığının dərəcəsi, dərsdə aktivliyi, dərslərə hazırlıqlı gəlib-gəlməməsi və s) onların valideynlərinə həmin cədvəllərdə qeyd edilməklə müəyyən qədər çatdırılmışdır. Həmçinin cavabdeh tərəfindən təqdim edilən övladının qiymətləri barədə məlumatlardan da müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehin övladının qiymətləri əsassız olaraq şişirdilməmiş, cavabdehin dediyi kimi xidmət haqqının kəsilməməsi üçün cavabdehə yalan məlumat verilməmiş və cədvəllərdə övladının tapşırıqları qismən yerinə yetirdiyi, daha çox çalışmalı olduğu və s. bildirilmişdir. Cavabdeh həmçinin bildirir ki, müqavilədə nəzərdə tutulduğu kimi iddiaçı övladının illik monitorinqin nəticələrinə görə keçid balını keçməməsinə rəğmən aralarında bağlanmış xidmət müqaviləsinə xitam verməmişdir. Məhkəmə həmin hala hüquqi qiymət verərək, hesab edir ki, şagird illik monitorinqin nəticələrinə görə keçid balını keçməzsə valideynlə bağlanmış müqaviləyə xitam verilməsi iddiaçı müəssisənin hüququ olaraq nəzərdə tutulmuş, vəzifəsi olaraq müəyyən edilməmişdir. Həmçinin, tərəflər arasında bağlanmış sonuncu 2023-2024 tədris ili üçün nəzərdə tutulmuş müqavilədə, tərəflər razılığa gəlmişdirlər ki, həmin müqaviləyə sonradan hər hansı səbəbdən xitam verilərsə belə, müqavilə üzrə nəzərdə tutulmuş təhsil haqqı ödənilməlidir. Beləliklə də, araşdırılmış sübutlar əsasında İddiaçı tərəfindən cavabdehin övladına lazımi qaydada təhsil verilməsi faktı öz təsdiqini tapmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının m üqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməməsinə dair cavabdehin etirazının dəlillərinə Mülki Məcəllənin sadalanan müddəaları baxımından iddiaçının hazırkı tələblərinin məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməsi barədə qənaəti qanunauyğundur. Belə ki, tərəflər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İddiaçının cavabdehin övladına müqavilədə nəzərdə tutulmuş təhsil xidmətlərini göstərməsi faktı təsdiq edilsə də, sonuncunun müqavilə tərəfi olaraq üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyərək təhsil haqqını müqaviləyə uyğun qaydada ödəməmişdir. Bu isə müqavilə üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 10.2-ci maddəsinə əsasən tərəflər a rasında bağlanmış müqavilənin qüvvəsini itirməsi, valideyni həmin müqavilə üzrə yaranmış təhsil haqqı borcundan azad etmir. Bu səbəbdən iddia tələbi göstərilən hissədə təmin edilməklə iddiaçıdan cavabdehin xeyrinə 2023-2024 tədris ili üzrə 3.843 manat məbləğində pul tutulmalıdır. Cavabdehin mövcud olmuş müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməməsi və iddiaçıya borclu olması işin araşdırılmış halları ilə öz təsdiqini tapdığından, qanunvericiliyin və eləcə də tərəflər arasında bağlanmış müqavilənin tələbi baxımından tərəflər arasında bağlanmış müqaviləyə xitam verilməsi tərəfləri həmin müqavilədən irəli gələn öhdəliklərini sonadək icra etmək vəzifəsindən azad etmir. Məhkəmə həmçinin iddiaçının dəbbə pulunun tutulması barədə tələbinə qiymət verərək, hesab etmişdir ki, iddia göstə rilən hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasını aralarında bağlanmış müqavilənin 7.2-ci maddəsinin tələbləri baxımından əsaslandırmışdır. Lakin cavabdehin təhsil haqqını hansı vaxtdan gecikdirməsi və müddətin nə qədər olması işin müəyyən edilməyən halıdır. Odur ki, məhkəmə tələb edilən dəbbə borcuna Mülki Məcəllənin 467-ci maddəsinə əsasən şişirdilmiş borc olaraq qiymət verir və həmin məbləğin 100 manat tutulmasını məqsədəmüvafiq və ədalətli hesab etmişdir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 389.1, 390.1, 462.1, 467, 777.1, 777.2, 778.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2 009-cu il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini, ilk iddia tələbinin tamamilə rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində verdikləri qarşılıqlı iddia ərizəsindən və təqdim edilmiş sübutlardan, işin faktiki hallarından da göründüyü kimi iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməməsinə baxmayaraq hüquqlarından sui-istifadə edərək ondan əlavə pul tələb etmişdir. Eyni zamanda Liseylə arasında bağlanmış m üqavilənin 6.3.2-ci maddəsinə əsasən, “Lisey” tərəfindən aparılan illik monitorinqin nəticələrinə görə şagird müəyyən edilmiş keçid balından aşağı bal toplayarsa “Lisey” birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verə bilər. Lakin İddiaçı övladının keyfiyyətsiz təhsil nəticələrinə əsaslanmaqla müqaviləyə vaxtından əvvəl xitam vermək hüququndan istifadə etməməklə öz öhdəliklərinin icrasına vicdansızca davranmaqla ondan əsassız olaraq xeyli miqdarda vəsait əldə etmişdir. 20232024-cü il tədris ili üçün şagirdin (qarşılıqlı iddia üzrə iddiaçının övladı X3) qiymət cədvəlindəki İ yarımil üzrə əsas ixtisas fənləri üzrə qiymətlər 9 fənn olmaqla əsasən 5 ballıq sistem üzərindən 3 bal olaraq qiymətləndirilmişdir (fənlər üzrə qiymətlər cədvəli qarşılıqlı iddia ərizəsində detallı şəkildə təqd im edilmişdir). Həmçinin, İddiaçı 2022-2023cü il tədris ili üçün şagird X1 İ və İİ yarımil üzrə qiymətlərindən də məlum olur ki, “Lisey” müqavilələrin 1.1-ci bəndində göstərilən vəzifəsini tam icra etməmişdir. Sözügedən tədris ilində də qiymətlər 10 fənn üzrə əsasən aşağı qiymətlər olmuşdur. Eyni mənzərə İddiaçı 2021-2022-ci il tədris ili üçün şagirdin qiymət cədvəlində müşahidə olunur. Həmin müqavilələrin 5-ci bəndinə əsasən, 2023-2044-cü il tədris ili üçün 1350 manat, 20222023-cü il tədris ili üçün 3700 manat və 2021-2022-ci il tədris ili üçün 3700 manat olmaqla son üç il ərzində İddiaçınə 8750 manat məbləğində pul ödəmişdir. Lakin İddiaçı tərəfindən övladına müqavilə üzrə şərtləşdirilmiş Rus bölməsi üzrə yüksək keyfiyyətli təhsil xidmətləri göstərməmişdir. İddiaçı tərəfindən üzərinə göt ürülmüş öhdəliklərin pozulmasının əyani sübutu övladının qiymət cədvəlləridir. Sözügedən müqavilələrin 6.3.2-ci bəndinə görə “Lisey” tərəfindən aparılan illik monitorinqin nəticələrinə görə şagird müəyyən edilmiş keçid ballarından aşağı bal toplayarsa “Lisey” birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verə bilər. Lakin İddiaçı övladının keyfiyyətsiz təhsil aldığını bildiyi halda müqavilələrə xitam verməməklə öz öhdəliklərinin icrasına vicdansızca davranmaqla ondan əsassız olaraq xeyli miqdarda vəsait əldə etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2467/2025 nömrəli, 01 may 2025-ci il tarixli qətnaməsi ilə (Günay Axundova (sədrlik edən və məruzəçi), Fuad Abdiyev və Fərrux Qasımov) Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2272/2024 nömrəli, 25 oktyabr 2024-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğinin apellyatora aid edilməsi qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinin əsassızlığı ilə bağlı birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh tədrisin keyfiyyətini mübahisələndirərək xidmət haqqının qalıq hissəsini ödəməkdən imtina etməsini bununla əsaslandırsa da, lakin tədrisin keyfiyyətinin aşağı olması işin hər hansı halı ilə müəyyən edilməmişdir. İddiaçının cavabdehin övladına müqavilədə nəzərdə tutulmuş təhsil xidmətlərini göstərməsi faktı təsdiq e dilsə də, sonuncunun müqavilə tərəfi olaraq üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyərək təhsil haqqını müqaviləyə uyğun qaydada ödəməmişdir. Bu isə müqavilə üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 10.2ci maddəsinə əsasən tərəflər arasında bağlanmış müqavilənin qüvvəsini itirməsi, valideyni həmin müqavilə üzrə yaranmış təhsil haqqı borcundan azad etmir.

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.5, 5.3, 14.1, 16.1, 389.1, 389.2, 390.1, 442, 443.1, 467, 777.1, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 384.0, 384.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. a)Kassasiya şikayətinin dəlilləri

20. İlkin iddia üzrə Cavabdeh (vəkili və nümayəndəsi Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2467/2025 nömrəli 01 may 2025-ci il tarixli qətnaməsini tamamilə ləğv edilərək, İddiaçı tərəfindən verilmiş ilk iddia tələbinin tamamilə rədd olunması, “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinin isə tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh “Təhsil xidmətlərinin göstərilməsinə” dair müqav ilə üzrə öhdəliklərini tam icra edərək nəzərdə tutulmuş xidmət haqqını tam və vaxtında ödədiyi halda, iddiaçı öz öhdəliyini tam və vicdanla icra etməmişdir. Təhsil prosesi mürəkkəb bir proses olmaqla hər bir şagirdin bilik və qavrama bacarıqlarına görə fərdi yanaşma tələb edir. Bu gün lisey orada təhsil alan şagirdlərin yüksək göstəricilərini, xarici universitetlərə qəbul olunma statistikasını arqument olaraq irəli sürə bilər. Lakin bu o demək deyil ki, bu fakt Liseyin müqavilə üzrə göstərilmiş öhdəliklərdən azad edir. Hər bir şagirdin ayrı bir fərd olaraq təhsilə psixoloji münasibəti fərqli ola bilər. Bir şagird keçirilən dərsləri surətlə qavraya bildiyi və verilmiş tapşırıqları müvəffəqiyyətlə icra edə bildiyi halda, digər şagirddə qavrama prosesi daha zəif gedə bilər, həmçinin verilmiş tapşırıqların həllində bir o qədər də yüksək nəticə göstərməyə bilər. Bütün şagirdlərə eyni səviyyəli yanaşma və eyni tədris metodologiyası tətbiq olunması qəbuledilməzdir. İddiaçı tərəfindən müəyyən edilmiş təhsil haqları kifayət qədər yüksək olmuş bu ödənişin müqabilində dövlət məktəblərində göstərilən təhsil xidmətlərindən daha yüksək səviyyədə təhsil xidməti göstərilməli idi. Hər iki məhkəmə instansiyası qeyd olunan halları, həmçinin məhkəmə təcrübəsinin vahidliyini nəzərə almayaraq, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişlər.

22. Kassasiya şikayətində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1, 425.2, 442, 560.1, 560.3.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinad edilmişdir. b) Kassasiya şika yətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 6.1.5.Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.

25. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 385.2.Öz məzmunundan və xa rakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

28. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

29. Maddə 421.2.Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli də rəcədə məhrum olur.

30. Maddə 422.1.Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

31. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, ö hdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

32. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Maddə 445.2.1. və 445.2.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

34. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli i mtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

35. Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

36. Maddə

528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç b ir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq no rmalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

6. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki,cavabdeh tədrisin keyfiyyətini mübahisələndirərək xidmət haqqının qalıq hissəsini ödəməkdən imtina etməsini bununla əsaslandırsa da, lakin tədrisin keyfiyyətinin aşağı olması işin hər hansı halı ilə müəyyən edilməmişdir. İddiaçının cavabdehin övladına müqavilədə nəzərdə tutulmuş təhsil xidmətlərini göstərməsi faktı təsdiq edilsə də, sonuncunun müqavilə tərəfi olaraq üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyərək təhsil haqqını müqaviləyə uyğun qaydada ödəməmişdir. Bu isə müqavilə üzrə cavab dehin üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 10.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmış müqavilənin qüvvəsini itirməsi, valideyni həmin müqavilə üzrə yaranmış təhsil haqqı borcundan azad etmir.

27. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

28. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

30. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 may 2025-ci il tarixli, 2(103)2467/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar