Məhkəmə qərarları › İş №2(102)-2735/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2735/2020

22.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2735/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, ilkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 Rafik oğlunun,İddiaçı3, ilkin iddia üzrə Cavabdeh1 və vəkili Hümbətov Əli Surxay oğlunun iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 Rafik oğlu və İddiaçı3 Cavabdeh1 qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə (qarşılıqlı iddia: mənzilə istifadə hüququnun itirilməsi və mənzildən çıx arılma) tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11246/19 saylı, 16 oktyabr 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh1 və vəkili Hümbətov Əli Surxay oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-534/2019 saylı, 07 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.B.Mehrəliyev) ilkin iddia tələbinin qismən təmin edilməsi, iddiaçılar İddiaçı1 Rafık oğlunun, İddiaçı2 Rafik oğlunun və İddiaçı3 X. ünvanında yerləşən ünvanında yerləşən mənzilə istifadə hüquqlarının tanınması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh1 Rafık oğlunun cavabdehlər İddiaçı1 Rafık oğluna, İddiaçı2 Rafik oğluna, İddiaçı3 və Cavabdeh2 qarşı X. ünvanında yerləşən, 16C saylı fərdi yaşayış evinə istifadə hüquqları itirilməklə həmin evdən çıxarılmaları barədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın Cavabdeh1 Rafık oğlundan tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11246/19 saylı, 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və V.N.Sadıqov), ilkin iddia üzrə Cavabdeh1 Rafik oğlunun apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-534/2019 saylı, 07 iyun 2019-cu il tarixli qətnaməsi ilkin iddia üzrə Cavabdeh1 Rafik oğluna münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 Rafik oğlu və İddiaçı3 Cavabdeh1 qarşı X. ünvanında yerləşən ünvanında yerləşən mənzilə istifadə hüquqlarının tanınması, həmin mənzilə köçürülmələri və bununla bağlı maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İlkin iddia üzrə iddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, X. ünvanında yerləşən ünvanında yaşayırlar. Ailəlidirlər. 1999-cu ildə yuxarıda göstərilən ünvanı alaraq təmir etdirib 2000-ci ildən orada ailələri ilə birlikdə yaşayırlar. X1 2003-cü ildə dünyasını dəyişmişdir. Bir müddət sonra qardaşı Cavabdeh1 Rafik oğlu yaşadıqları evi öz adına keçirmişdir. İddiaçı1 qızı Cavabdeh2 və Cavabdeh1 Rafik oğlunun ailəsi həmin ünvanda qeydiyyatdadırlar. Dəfələrlə cavabdehə müraciət etsələr də, onları 18 il yaşadıqları, istifadə h üquqlarının olduğu ünvana qeydiyyata salmamışdır. Halbuki, evin təmir olunmasında ən çox onların əməyi olub. Yaşadıqları ünvanda hər ailənin özünün ayrıayrılıqda qapısı var və hər bir ailə mənzilə dair istifadə hüquqlarına malikdir. Cavabdeh1 Rafık oğlu cavabdehlər İddiaçı1, İddiaçı2 Rafik oğluna, İddiaçı3 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin X. ünvanında yerləşən, 16C saylı fərdi yaşayış evinə istifadə hüquqları itirilməklə həmin evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, X. ünvanında yerləşən ünvanında yerləşən fərdi yaşayış evi 2014- cü il tarixdən mülkiyyətindədir. Həmin evdə yaşayır və hal-hazırda da qeydiyyatdadır. Fərdi yaşayış evinə 15.11.2014-cü ildə Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfındən adına mülkiyyət hüququ əsasında çıxarış verilmişdir. Lakin mülkiyyətində olan evdə yaşaya bilmir. Yaşadığı fərdi yaşayış evi əvvəl atasının təşəbbüsü ilə əldə olunmuşdur. Atası 2003-cü ildə vəfat etdikdən sonra qardaşları ilə münasibətlərində soyuqluq yaranmışdır. Ailəsi ilə kirayələrdə yaşamış, son 5 ay ərzində evin bir hissəsi təmir edilmiş və həmin hissəyə köçmüşdür. Həmçinin xəstəlikdən əziyyət çəkir. Ona məxsus olan ev yaxın qohumları olan cavabdehlər tərəfindən zəbt edilmişdir və onlar evi könüllü olaraq tərk etmək istəmirlər. Ona görə də məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmək məcburiyyətindədir. Cavabdehlərin qanunsuz hərəkətləri mülkiyyətçi ki mi hüquqlarını pozur. 2014-cü il tarixdə məhkəməyə cavabdehlərin mənzildən çıxarılması ilə bağlı müraciət etsə də, aralarında razılıq əldə olunduğundan iddia ərizəsini geri götürmüş və baxılmamış saxlanılmışdır. Cavabdeh2 da (22.05.1997-ci il əvəllüdlü) X. ünvanında yerləşən ünvanında qeydiyyatdadır, lakin 1 ilə yaxındır ki, ailə həyatı qurmuşdur. Hesab edir ki, cavabdehlərin həmin mənzildə qeydiyyatda olması və mənzildən faktiki istifadə etməməsi onun mülkiyyət hüquqlarına toxunur və həmçinin onların yerinə kommunal xərcləri ödəyir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq ilkin iddia üzrə Cavabdeh1 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və ka ssasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ilkin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: İlkin iddia üzrə Cavabdeh1 və vəkili Hümbətov Əli Surxay oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, maddi hüquq norması kimi 01 oktyabr 2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə düzgün istinad edilməmiş, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu və 60-cı maddəsində nəzərdə tutulan mülkiyyət və məhkəmə müdafiəsi hüquqları pozulmuşdur. A li Məhkəmənin Mülki Kollegiyasının iclasında ilkin iddia üzrə Cavabdeh1 və vəkili Hümbətov Əli Surxay oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 Rafik oğlu və İddiaçı3 vəkilsiz iştrak etdiklərinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onların izahatı dinlənilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında qarşılıqlı iddia üzrə Cavabdeh2 üzrlü səbəb olmadan iştirak etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimi n məruzəsini, ilkin iddia üzrə Cavabdeh1 və vəkili Hümbətov Əli Surxay oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia üzrə Cavabdeh1 kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri he sab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan Xətai rayon İH Başçısının 09.08.1999-cu il tarixli, 252 saylı sərəncamından çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh1 müraciəti əsasında həmin evin yaxınlığında 10X10 m. ölçüdə torpaq sahəsi ayrılmış və fərdi evin tikintisinə icazə verilmişdir. İşdə olan Xətai rayon İH Başçısının 10.03.2004-cü il tarixli, m-129 saylı sərəncamından çıxarışın surətindən görünür ki, X. ünvanında ye rləşən, 16C saylı evin Cavabdeh1 məxsus yaşayış sahəsi 160.92 kv.m., köməkçi sahəsi 108.40 kv.m. olan fərdi yaşayış evinin istismara qəbul edilməsi və hüquqi qeydiyyatdan keçirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 26.04.2019-cu il tarixli, 1148 saylı ekspert rəyinə əsasən, qərardadın birinci sualı üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı1 və İddiaçı2 Rafik oğlunun faktiki yaşadıqları və istifadə etdikləri yaşayış və qeyri-yaşayış sahələrinin Cavabdeh1 mülkiyyətində olan X.ünvanında yerləşən 16 C saylı fərdi yaşayış evinin sahəsinə daxil olduğu müəyyən edilir. Qərardadın ikinci, ücüncü və dördüncü sualları üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı1 faktiki istifadəsində olan tikililərin tex niki pasport üzrə ümumi sahəsinin 78,7 m², o cümlədən yaşayış sahəsinin 29,6 m², qeyri-yaşayış sahəsinin 49,1 m²; İddiaçı2 Rafik oğlunun faktiki istifadəsində olan tikiiilərin texniki pasport üzrə ümumi sahəsinin 69,1 m², o cümlədən yaşayış sahəsinin 31,3 m², qeyri-yaşayış sahəsinin 37,8 m²; Cavabdeh1 faktiki istifadəsində olan tikililərin texniki pasport üzrə ümumi sahəsinin 164,0 m², o cümlədən yaşayış sahəsinin 40,2 m², qeyri-yaşayış sahəsinin 123,8 m² təşkil etdiyi müəyyən olunur. Qərardadın beşinci və altıncı sualları üzrə İddiaçı1, İddiaçı2 Rafik oğlunun və Cavabdeh1 faktiki istifadə etdikləri yaşayış və qeyri-yaşayış sahələrinin təcrid olunmuş vəziyyətdə olduğu və tərəflərin ümumi istifadəsində yaşayış və qeyri-yaşayış sahələrinin olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hi ssəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq işin faktiki halarını və qanunvericiliyin qeyd edilən müddəalarını, həmçinin, mübahisəli fərdi yaşayış evinin ilkin olaraq tərəflərin atalarına məxsus olmasını, iddiaçılar İddiaçı1, İddiaçı2 Rafik oğlunun və İddiaçı3 Viktorovnanın uzun müddət ailə üzvü olmaql a X. ünvanında yerləşən ünvanında yerləşən mənzildə yaşamalarını və hazırda da yaşamaqda davam etmələrini nəzərə alaraq hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçıların həmin mənzildən istifadə hüquqları tanınmalıdır. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki,Cavabdeh1 Rafik oğlunun cavabdehlər İddiaçı1, İddiaçı2 Rafik oğluna, İddiaçı3 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma tələbinə dair” qarşılıqlı iddiasına münasibətdə birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, aşağıda göstərilənlərə əsasən həmin tələb təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Rafik oğlu iddia ərizəsində və apelyasiya şikayətində X. ünvanında yerləşən, 16 C saylı evin cavab dehlər tərəfindən zəbt edilməsini qeyd etmiş, eyni zamanda onların həmin mənzildə qeydiyyatda olmalarını, lakin mənzildən faktiki istifadə etməmələrini göstərməklə bununla onun mülkiyyət hüquqlarının pozulmasını və həmçinin onların yerinə kommunal xərcləri ödəməyə məcbur olmasını iddia etmiş, lakin göstərilən hallar iş üzrə araşdırılmış sübutlarla təsdiq olunmamış, həmçinin, qarşılıqlı iddia üzrə iddiaçı bu barədə mötəbər sübutları nə iddia ərizəsinə, nə də apellyasiya şikayətinə əlavə etməmiş, və məhkəmə baxışlarında isə məhkəməyə təqdim edə bilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə a pellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı Ali Məhkəmənin Mülki Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Xətai rayon İcra Hakimiyyətinin 09.08.1999-cu il tarixli qərarı ilə Xətai rayonu, Kaçalov küçəsi 16 saylı evin yaxınlığında İİ qrup əlil Cavabdeh1 Rafiq oğluna fərdi evin tikintisinə icazə verilsə də, işin faktiki hallarından göründüyü kimi həmin ünvandakı fərdi yaşayış evi həmin vaxt ailə başçısı olmuş mərhum X3 və onun ailə üzvləri tərəfindən ailənin tələbatlarını ödəmək məqsədi ilə tikilmiş və işin bu halı iş materiallarında olan ekspert rəyi ilə təsdiq olunmuşdur. Bundan əlavə cavabdeh qarşılıqlı iddia ərizəsində də yaşadığı fərdi yaşayış evinin əvvəl olaraq atasının təşəbbüsü ilə əldə olunduğunu göstərmişdir. Evin tikilməsi ilə bağlı münasibətlər 01 sentyabr 2000-ci ildən əvvəl yarandığından apelyasiya instansiyası məhkəməsi 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə istinad etməkdə haqlı olmuşdur. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmal ıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11246/19 saylı, 16 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar