Məhkəmə qərarları › İş №2(102)-2735/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2735/2021

07.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2735/2021 07.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilə köçürülmə” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: birgə nikah dövründə inşa edilmiş özbaşına tikiliyə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh2 və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6971/2020 nömrəli iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilm iş kassasiya şikayəti üzrə işə 07 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6417/2018 saylı, 28.08.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı2 arasında 02 aprel 2010-cu il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində bağlanmış, 195 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından 14 dekabr 2010-cu il tarixdə anadan olmuş X13, 30 iyun 2012-ci il tarixdə anadan olmuş X11 və 01 iyul 2016-cı il tarixdə anadan olmuş X14 anaları İddiaçı2 himayəsində saxlanılması, İddiaçı2 ilə Cavabdeh1 birgə nikahından 14 dekabr 2010-cu il tarixdə anadan olmuş X13, 30 iyun 2012-ci il tarixdə anadan olmuş X11 və 01 iyul 20 16-cı il tarixdə anadan olmuş X14 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh1 hər ay hər bir uşağın saxlanması üçün 154 manat, ümumilikdə 462 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. 20.06.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın və raportun surətlərindən görünür ki, tərəflər arasında 29.05.2018-ci il tarixdə münaqişə baş vermiş, İddiaçı2 və anası X6 Azərbaycan Respublikası DİN-in “102” xidmətinə etdiyi müraciət əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti Cavabdeh2 barəsində inzibati tədbir görülməsi üçün Qaradağ RPİ-nin 10-cu PB-nin aidiyyəti əməkdaşına göndərilmişdir. Qaradağ rayonu Müşviqabad Bələdiyyəsi tərəfindən verilmiş 23.04.2019-cu il tarixli, 33 saylı məktubdan görünür ki, Cavabdeh2 adına 2011-ci ildə ölkə başçısının sərəncamı ilə aparılan siyahıya alınma zamanı Müşviqabad Bələdiyyəsinin inzibati ərazisi olan X28 2, küçə 6, ev 9 ünvanında 300 m2 zəbt edilmiş torpaq sahəsi və 81 m2 qanunsuz tikili qeydə alınmışdır. Bakı Baş Səhiyyə İdarəsi Qaradağ rayonu 13 saylı şəhər poliklinikası tərəfindən verilmiş 25.07.2019-cu il tarixli, 407 saylı arayışdan görünür ki, Müşviqabad qəsəbəsi, X28 2, fərdi evdə yaşayan 1985-ci il təvəllüdlü İddiaçı2 uşaqları - 14.12.2010-cu il təvəllüdlü X22 29.01.2011-ci il tarixdən, 30.06.2012-ci il təvəllüdlü X17 08.10.2013-cü il tarixdən, 01.07.2016-cı il təvəllüdlü X23 12.08.2016-cı il tarixdən Qaradağ rayonu 13 saylı şəhər poliklinikasında qeydiyyatdadırlar və Müşviqabad qəsəbə si, X28 2-də fərdi evdə yaşayırlar. Qaradağ rayonu Müşviqabad Bələdiyyəsi tərəfindən verilmiş 30.07.2019-cu il tarixli, 61 saylı məktubdan görünür ki, həmin ərazidə yaşayan qonşuların imzaları ilə təsdiq etdiyi 29.07.2019-cu il tarixli akta əsasən vətəndaş İddiaçı2 2012-ci ildən 2018-ci il tarixinə kimi Müşviqabad qəsəbəsi, X28 2, küçə 6, ev 9 ünvanında yaşamışdır. Babaşov Taqir Alabbasoviç, X8, X15 tərəfindən tərtib edilmiş 29.07.2019-cu il tarixli aktdan görünür ki, İddiaçı2 övladları X22, X17, X23 ilə 2012-ci ildən 2018-ci ilədək X28 2, küçə 6, ev 9 ünvanında qeydiyyatsız yaşamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları 14.12.2010-cu il təvəllü dlü X22, 30.06.2012-ci il təvəllüdlü X17 və 01.07.2016-cı il təvəllüdlü X23 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Müşviqabad qəsəbəsi X28 2, küçə 6-da yerləşən 9 saylı evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə 02.04.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, nikaha daxil olduqdan bir il sonra torpaq sahəsi almış və orada birgə vəsait hesabına ev tikmişlər. Birgə nikahlarından 14.12.2010-cu il təvəllüdlü X22, 30.06.2012-ci il təvəllüdlü X17, 01.07.2016-cı il təvəllüdlü X23 adlı uşaqları doğulmuşdur. Cavabdeh1 onun ilə rəsmi nikahda olmasına baxmayaraq, başqa bir qadınla da faktiki ailə qurub yaşadığına görə 29.05.2018-ci il tarixdə aralarında münaqişə baş vermiş, cavabdehlər onu döyərək yaşadığı evdən qovmuşl ar. O, kiçik qızını götürərək evdən qaçmağa məcbur olmuş, həmin gecə anası onun cavabdehlər tərəfindən döyülməsi barədə DİN-in 102 xidmətinə müraciət etmişdir. Cavabdehlər cehizlərinin bir hissəsini gətirib onun anasının yaşadığı evin küçəsinə tökmüş, əmlaklarının bir hissəsi, eləcə də onun övladlarına məxsus bəzi əmlaklar hazırda cavabdehlərin yaşadığı mübahisəli evdə qalmışdır. Məhkəmənin 28.08.2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar yanında saxlanılmış, uşaqların saxlanılması üçün alimentin tutulması qət edilmişdir. Cavabdeh aliment ödəməkdən qəsdən boyun qaçırır. Onun isə azyaşlı uşaqlarla yaşamağa başqa yeri yoxdur. Həmin ev birgə nikah dövründə alınmış torpaq sahəsində onun və Raminin vəsaiti hesabına tikilmişdir. O, qızıllarını sataraq pulunu həmin evin tikint isinə xərcləmişdir. Dörd otaqdan ibarət olan həmin evin tikintisi başa çatdıqdan sonra o, 2012-ci ildən 2018-ci ilədək uşaqları və cavabdehlərlə birgə orada yaşamışdır. Özünün və uşaqlarının bəzi əşyaları da hazırda həmin evdədir. Həmin yaşayış evi barədə cavabdehlərlə eyni hüquqlara malik olduğu halda, cavabdehlər onu üç azyaşlı uşağı ilə birgə öz yaşayış yerindən məhrum etmişlər. Məhkəmə baxışı zamanı şahid X16 ifadə verərək bildirdi ki, İddiaçı2 onun həyat yoldaşının dayısı qızıdır. Mübahisəli ev İddiaçı2 ilə Cavabdeh1 birgə nikahından sonra tikilmiş, tikinti və təmir zamanı tərəflər bir müddət İddiaçı2 atası evində qalmışlar. Qeyd olunan evin tikintisinə və təmirinə İddiaçı2, habelə onun valideynlərinin böyük dəstəyi olmuşdur. Məhkəmə baxışı zamanı şahid X12 ifadə verərək bildirdi ki, o, iddiaçının bacısıdır. 2010-cu ildə iddiaçı ilə Cavabdeh1 ailə qurmuş, birgə nikahda olan zaman onlar torpaq sahəsi almış və ev tikmişlər, evin tikintisi 2011-2012-ci illərdə başa çatmışdır. İddiaçı2 öz qızıllarını sataraq tikintiyə sərf etmişdir. Evin tikintisi başa çatandan sonra İddiaçı2 uşaqları ilə həmin evdə yaşamış, 2018-ci ildə yaranmış münaqişədən sonra cavabdehlər tərəfindən həmin evə buraxılmamış, üç azyaşlı uşağı ilə yaşayış yerindən məhrum edilmiş və ağır vəziyyətdə qalmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim Fuad Hüseynov) 08 avqust 2019-cu il tarixli 2(002)-1452/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı2 uşaqları 14.12.2010-cu il təvəllüdlü X22, 30.06.2012-ci il təvəllüdlü X17, 01.07.2016-cı il təvəllüdlü X23 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayon u, Müşviqabad qəsəbəsi, X28 2, küçə 6, 9 saylı evə köçürülməsi qət edilmişdir. Məhkəmə təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən etmişdir ki, mübahisəli ev İddiaçı2 və Cavabdeh1 birgə nikahda olduqları dövrdə tərəflərin iştirakı ilə inşa edilmiş, iddiaçı azyaşlı uşaqları ilə birlikdə uzun müddət həmin evdə cavabdehlərlə birgə təsərrüfat aparmaqla yaşamış, həmin tikilidə yaşayışın təmin olunması tərəflərin birgə nikahı dövründə baş vermişdir. İddiaçının azyaşlı uşaqları da həmin ünvan üzrə poliklinika qeydiyyatında olmuş, iddiaçının və onun azyaşlı uşaqlarının başqa yaşayış yeri olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının azyaşlı uşaqları ilə birlikdə mübahisəli evdə yaşamaq hüququ təmin olunmalı və iddia tələbi əsaslı hesab olunaraq t əmin edilməlidir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27, 157.8, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh2 apelyasiya şikayəti verərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 avqust 2019-cu il tarixli 2(002)-1452/2019 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin evin nə Cavabdeh2 oğluna, nə də iddiaçıya aidiyyəti yoxdur. İddiaçının köçürülməyini tələb etdiyi evin yerləşdiyi 0,03 ha torpaq sahəsi Müşviqabad Bələdiyyəsinin torpağı olmaqla 28.08.2007-ci il tarixli 08 saylı X3 14.06.2051-ci il tarixədək ayrılmış və Cavabdeh2 t ərəfindən 2011-2012-cı illərdə öz vəsaiti hesabına alınmışdır. Orada mülkiyyətində olmuş Bakı şəhəri Qaradağ rayonu Müşviqabad qəsəbəsi ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilinin satılmasından əldə etdiyi vəsaitlə ev tikmişdir. Oğlunun ailəsi əvvəlcə kirayədə yaşamış, sonra isə onun razılığı ilə uşaqlarının çoxalması ilə əlaqədar onun evində yaşamışlar. Hal-hazırda həmin evi o satmış və həmin evdə hazırkı sahibi X5 ailəsi ilə birlikdə yaşayır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İ.Kərimli - sədrlik edən və məruzəçi hakim, X.Cəmilova, İ.Xəlilov) 2(103)-12991/2019) 03 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 08 avqust 2019-cu il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilməd ən saxlanmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq gəldiyi nəticələri onunla əsaslandırmışdır ki, İddiaçı2 uşaqları ilə birlikdə köçmək istədiyi Bakı şəhəri Qaradağ rayonu Müşviqabad qəsəbəsi X28 2, küçə 6-da yerləşən 9 saylı evin Cavabdeh1 ilə birgə nikahda olduğu dövrdə onların birgə vəsaiti hesabına tikilməsi, onun 20122018-ci illərdə həmin mənzildə yaşaması barədə məhkəməyə sübutlar təqdim etsə də, evin özünə məxsus olmasını iddia edən Cavabdeh2 mübahisəli mənzilin ona məxsus olması barədə məhkəməyə heç bir tutarlı sübut təqdim etməmişdir. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi 10.09.2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsində qeyd edilir ki, Bakı şəhəri Müşviqabad Bələdiyyəsinin 28.08.2007-ci il tarixli 0 8 saylı Qərarına əsasən satıcı X9 ona ayrılmış Bakı şəhəri Müşviqabad qəsəbəsində yerləşən fərdi mənzil inşa etmək üçün ayrılmış 0,03 ha torpaq sahəsinin üzərində tikilmiş tikilini özəlləşdirdikdən, həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra 39000 manata alıcı X2 barədə gələcəkdə alqısatqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. Müqavilə bağlanarkən Fərrux Qasımovu etibarnamə əsasında Cavabdeh2 təmsil etmişdir. Məzmunundan göründüyü kimi, həmin müqavilə ilkin alqı-satqı müqaviləsi adlansa da, müqavilə mübahisəli mənzilin gələcəkdə alqı-satqısının həyata keçiriləcəyi barədə niyyət razılaşmasını əks etdirir. Həmin müqavilə İddiaçı2 tərəfindən mübahisələndirilə bilər və İddiaçı2 azyaşlı uşaqları ilə birlikdə həmin mənzilə köçürülməsi barədə iddianın təmin olunmasın a maneə kimi qiymətləndirilə bilməz. Cavabdeh2 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etməməsi barədə məhkəməyə teleqram ünvanlanmış, üzrlü səbəblə bağlı məhkəməyə heç bir sənəd təqdim etməmişdir. İddiaçı tərəf birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarında nümayəndə vasitəsilə təmsil olunub iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar təqdim etsə də, cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməyib öz etirazlarının əsası kimi istinad etdikləri hallara dair heç bir sübut təqdim etməmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyinə görə İddiaçı2 köçmək istədiyi Bakı şəhəri Qaradağ rayonu Müşviqabad qəsəbəsi X28 2, küçə 6-da yerləşən 9 saylı ev özbaşına tikili olmaqla hər hansı şəxsin adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Qüvvədə olan mənzil qanunvericiliyində özbaşına tikilidən istifadə hüququ ilə bağlı hər hansı norma yoxdur. Bununla belə, respublikamızda özbaşına tikintilərin mövcudluğu reallıq kimi qəbul edildiyindən, özbaşına tikiliyə köçürülmə barədə iddiaların təmin olunmaması sosial ədalət prinsiplərinə cavab verməmiş olardı. Apelyasiya məhkəməsinin qənaəti ondan ibarət olmuşdur ki, mübahisəli ev tərəflərin birgə nikahı dövründə tikilmişdir. Evə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, dövlət faktiki olaraq həmin evin mövcudluğunu tanımışdır. Cavabdeh2 kassasiya şikayəti verərək iş Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2 (103)-12991/19 saylı, 03 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki instansiya məhkəməsi başqasına məxsus olan evə onun xəbəri olmadan, hətta işə maraqlı tərəf kimi cəlb etmədən iddiaçının köçürülməsinə dair qətnamə qəbul etmişdir. İddiaçının heç bir qanun normasına istinad etmədən əsassız olaraq onun tikdiyi və sonradan satdığı evə köçmək tələbi nəinki onun, həm də evin yeni sahiblərinin mənafeyinə toxunur. Birinci instansiya məhkəməsi mülki işi tam, hərtərəfli və obyektiv araşdırmamış, eləcə də evin hazırkı sahiblərini işdə iştirak etməyə cəlb etməmiş, bununla da həmin ailənin üz vlərinin hüquqlarını pozmuşdur. Mübahisəli torpaq sahəsi və üzərində tikilmiş ev Cavabdeh2 məxsus olmuş və sonradan X1. İddiaçı və onun keçmiş əri Cavabdeh1 birgə nikahda yaşadıqları dövrdə tikməmiş və onlara məxsus olmamışdır. Onların torpaq sahəsi almağa və ev tikməyə nə imkanları, nə də vəsaitləri olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Vüqar Həsənov sədrlik edən və məruzəçi, Əhməd Əhmədov və İlqar Dəmirov) 30 iyun 2020-ci il tarixli 2(102)3625/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12991/2019 nömrəli 03 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, apelyasiya instansiyası məhk əməsi apelyasiya şikayətinin dəlillərinə tam düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticələr mülki və prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi mübahisəli tikilinin hazırda tərəflərin deyil, başqa şəxsin istifadəsində olmasını müəyyən etməsinə baxmayaraq ilkin alqı-satqı müqaviləsi əsasında mübahisəli tikilini artıq əldə etmiş şəxsin olmasını nəzərə almamışdır. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin iddiaçının azyaşlı uşaqları ilə birlikdə mübahisəli evə köçürməsinə dair mövqeyi ilə razılaşır və qeyd edir ki, hər bir halda mübahisəli evin birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul olunmasından sonra faktiki olaraq özgənikiləşdirilməsi qeyd edilsə də, həmin şəxsin işə cəlb olunması məcburi olmuşdur. Çünki qə bul olunmuş qətnamənin həmin şəxsin maraqlarına toxumasının müəyyən olunması vacib olan haldır. Belə olmadığı halda işə cəlb olunmayan və hüquqlarının pozulmasını iddia edən şəxs müvafiq prosessual hüquq normalarının tələbindən çıxış edərək apelyasiya məhkəməsinin qətnaməsindən müəyyən olunmuş qaydada şikayət vermək hüquqlarına malik ola bilər. Bu cür halların qarşısının alınması üçün baxılan işin icraatı dövründə məhkəmə ona məlum olan halların və apelyasiya şikayətində irəli sürülmüş dəlillərin yoxlamaq vəzifəsini yerinə yetirməlidir. Apelyasiya şikayətində mübahisəli tikilinin artıq X.Fətəliyevə satılması və tikilidə onların yaşaması göstərilmişdir. Məhz apelyasiya şikayətinin dəlillərindən biri həmin şəxsin işə cəlb olunması ilə bağlı olmuşdur. Lakin apelyasiya instansiya məhkəməsi ş ikayətin həmin dəlilinə müvafiq qiymət verməmiş, bu dəlilin əsaslılığını tam aydınlaşdırmamış, X.Fətəliyevin işə cəlb edilməsini təmin etməmiş onun hazırki iddiaya mövqeyinin öyrənilməsini təmin etməmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43.1, 27, Azərbaycan Respublikası MPM-ni 14.2, 57, 88, 217, 218, 372.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Məhkəmə kollegiyasının 19.08.2020-ci il tarixli qərardadı ilə X5 iş üzrə cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Vahid Sadıqov - sədrlik edən, məruzəçi, Qürbət Əsgərov və Azad İmanov) 28 sentyabr 2020-ci il t arixli, 2(103)-6971/2020 nömrəli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1452/2019 saylı iş üzrə 08 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə yenidən apellyasiya qaydasında baxılarkən kasasiya instansiyası məhkəməsinin göstərişlərinə istinad edərək kollegiya müəyyən etmişdir ki, İddiaçı2 Cavabdeh1 ilə 02.04.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 14.12.2010-cu il təvəllüdlü X22, 30.06.2012-ci il təvəllüdlü X17, 01.07.2016-cı il təvəllüdlü X23 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Qaradağ rayonu Müşviqabad qəsəbəsi X28 2, küçə 6-da yerləşən 9 saylı ev onların birgə nikahda olduqları dövrdə inşa edilmiş, iddiaçı azyaşlı uşaqları ilə birlikdə uzun müddət həmin evdə cav abdehlərlə birgə təsərrüfat aparmaqla yaşamış, həmin tikilidə yaşayışın təmin olunması tərəflərin birgə nikahı dövründə baş vermişdir. Qaradağ rayonu Müşviqabad Bələdiyyəsinin 30.07.2019-cu il tarixli 61 saylı məktubundan görünür ki, İddiaçı2 övladları X22, X17, X23 ilə 2012-ci ildən 2018-ci ilədək X28 2, küçə 6, ev 9 ünvanında qeydiyyatsız yaşamışdır. Tərəflərin nikahlarına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28.08.2018-ci il tarixli 2(001)-6417/2018 saylı qətnaməsi ilə xitam verilmişdir. İddiaçı tərəfin təşəbbüsü ilə məhkəmədə şahid qismində dindirilmiş X16 və X12 ifadələrində iddiaçının köçmək istədiyi mənzilin 2011-2012-ci illərdə İddiaçı2 ilə Cavabdeh1 birgə vəsaiti hesabına tikilməsini təsdiq etmişlər. Bakı Baş Səhiyyə İdarəsinin Qaradağ rayonu 13 saylı şəhər poliklinikası tərəfi ndən verilmiş 25.07.2019-cu il tarixli 407 saylı arayışa əsasən, Müşviqabad qəsəbəsi X28-2 ünvanında fərdi evdə yaşayan İddiaçı2 üç azyaşlı uşağı ilə birlikdə həmin poliklinikada qeydiyyatdadır. Cavabdeh2 apellyasiya baxışı zamanı izahatında göstərmişdir ki, mübahisəli evin tikilməsi zamanı iddiaçıya məxsus qızıllar da satılmış və həmin vəsait evin (hasarın) tikilməsinə sərf edilmişdir. Göründüyü kimi, iddiaçı da mübahisəli evin tikilməsində iştirak etmişdir. Mübahisəli ev özbaşına tikili olmaqla hər hansı şəxsin adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Qüvvədə olan mənzil qanunvericiliyində özbaşına tikilidən istifadə hüququ ilə bağlı hər hansı norma yoxdur. Bununla belə, respublikamızda özbaşına tikintilərin mövcudluğu reallıq kimi qəbul edildiy indən, özbaşına tikiliyə köçürülmə barədə iddiaların təmin olunmaması sosial ədalət prinsiplərinə cavab verməmiş olardı. İşin hallarından da göründüyü kimi ev tərəflərin birgə nikahı dövründə tikilmişdir. Evə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, dövlət faktiki olaraq həmin evin mövcudluğunu tanımışdır. Mübahisəli mənzilin hazırda başqa şəxsə satılması barədə apelyasiya şikayətinin dəlilinə münasibətdə Kollegiya aşağıdakıları qeyd etmişdir: 10.09.2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsində qeyd edilir ki, Bakı şəhəri Müşviqabad Bələdiyyəsinin 28.08.2007-ci il tarixli 08 saylı Qərarına əsasən satıcı X9 ona ayrılmış Bakı şəhəri Müşviqabad qəsəbəsində yerləşən fərdi mənzil inşa etmək üçün ayrılmış 0,03 ha torpaq sahəsinin üzərində tikilmiş tikili ni özəlləşdirdikdən, həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra 39000 manata alıcı X2 barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. Müqavilə bağlanarkən Fərrux Qasımovu etibarnamə əsasında Cavabdeh2 təmsil etmişdir. Cavabdeh bu müqaviləyə istinad edərək mübahisəli evi üçüncü şəxs X.Fətəliyevə satdığını və hazırda sonuncunun orada yaşadığına istinad etsə də, məhkəmə kollegiyası hesab etmişdir ki, istinad edilən ilkin alqı-satqı müqaviləsi əhəmiyyətsizdir. Belə ki, Mülki Məcəllənin 402-ci maddəsinə görə ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər (402.1). İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur (402.2). Göründüyü kimi, əsas müqavilə hansı formada bağlanmalıdırsa, ilkin müqavilə də həmin formada bağlanmalıdır, bu qaydaya əməl edilməməsi həmin ilkin müqaviləni əhəmiyyətsiz edir. Başqa sözlə, mübahisəli yaşayış evi və altındakı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, həmin əmlaklar barəsində alqı-satqı müqaviləsinin (əsas müqavilənin) bağlanması qeyri mümkündür, belə olan halda isə bu əmlaklar barəsində ilkin müqavilənin bağlanması da yolverilən deyildir. Digər tərəfdən Kollegiya həmçinin qeyd etmişdir ki, ilkin müqavilənin bağlanması mümkün hesab edilmiş olsa belə, hazırki ilkin müqavilə yenə də əhəmiyyətsiz hesab ediləcəkdir, belə ki, Mülki Məcəllənin 402.4-cü maddəsinə görə ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5-ci maddəsinə görə əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Hazırki iş üzrə isə ilkin müqavilə 10.09.2018-ci il tarixdə bağlanmış, müqavilədə əsas müqavilənin bağlanması üçün müddət müəyyənləşdirilməmişdir, odur ki, qeyd olunan maddənin tələbinə əsasən həmin müqavilə bir il müddətinə, yə ni 10.09.2019-cu il tarixə qədər qüvvədə olmuşdur. Beləliklə, mübahisəli evin üçüncü şəxs X.Fətəliyevə satılması və hazırda onun ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşaması üçün hər hansı hüquqi əsas mövcud deyildir və qeyd olunan hal iddiaçının iddiasının təmin edilməsinə və onun uşaqları ilə birlikdə həmin evə köçürülməsinə mane olan hal kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Kollegiya hesab etmişdir ki, məhkəmə iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1, 11, 157.8, 402-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh2 kassasiya şikayəti verərək iş Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6971/20 nömrəli, 28 sentyabr 2020-ci il tarixli qətnamə sinin ləğv edilərək işin yenidən apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Məzmunu əvvəlki kassasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tətbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayətinin dəlil lərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mül ki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Maddə 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Maddə 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Maddə 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Maddə 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qa ydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2 Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyə n edilmiş qüvvəsi yoxdur. 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmiş, iş üzrə Mülki Prossesual Məcəlləsini 420-ci maddəsinin göstərişlərinə əməl edilmişd ir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən, mübahisəli evin tikilməsi zamanı iddiaçıya məxsus qızıllar da satılmış və həmin vəsait evin (hasarın) tikilməsinə sərf edilmişdir. Beləliklə iddiaçı da mübahisəli evin tikilməsində iştirak etmişdir. Mübahisəli evin üçüncü şəxs X.Fətəliyevə satılması və hazırda onun ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşaması üçün hər hansı hüquqi əsas mövcud deyildir və qeyd olunan hal iddiaçının iddiasının təmin edilməsinə və onun uşaqları ilə birlikdə həmin evə köçürülməsinə mane olan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Həmçinin qətnamə qəbul edilərkən Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələblərinə əməl edilərək, kassasiya məhkəməsinin göstərişləri tam icra edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Buna görə də, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-c u maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6971/2020 nömrəli iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar