Məhkəmə qərarları › İş №2(102)-2736/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2736/2020

22.07.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2736/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator İddiaçı, vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindənİddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş 2(005)-726/2019 hakim K.F.Əmirxanova) İddiaçı Cavabdeh MMC-yə qarşı iddiası qismən təmin edilmiş, iddiaçıya Cavabdeh M MC-nin XXX inşa etdiyi ilkin tikintisi başa çatacaq binalardan hər hansı birində sahəsi 23 kv.m olan qeyri-yaşayış sahəsinin verilməsinin cavabdeh MMC-nin üzərinə vəzifə kimi qoyulması, cavabdehdən 13.000 manat vurulmuş ziyanın əvəzinin iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş 2(103)-14957/2019 hakimlər E.Q.Nəbiyev, R.Ə.Qurbanov, A.Ə.Hüseyn) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə qismən, yəni iddia tələbinin təmin edilmiş iddiaçıya Cavabdeh MMC-nin ünvan 1 ünvan 1956-cı məhəllədə) inşa etdiyi ilkin tikintisi başa çatacaq binalardan hər hansı birində sahəsi 23 kv.m olan qeyri-yaşayış sahəsinin verilməsinin cavabdeh MMC-nin üzərinə vəzifə kimi qoyulması və Cavabdeh MMC-dən 13000 manat vurulmuş ziyanın əvəzinin iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə qismən təmin edilmiş, iddiaçıya Cavabdeh MMCnin ünvan 1 ünvan 1956-cı məhəllədə) inşa etdiyi ilkin tikintisi başa çatacaq binalardan hər hansı birində sahəsi 23 kv.m-dən az olmayan qaraj verilməsinin Cavabdeh MMC-yə həvalə edilməsi qət edilmiş, 13000 manat məbləğində maddi ziyanın tutulmasına dair hissədə iddia rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı17.9 kv.m. olan qaraj sahəsinə dair xx.xx.2008-ci ildə tərtib edilmiş texniki pasport verilmişdir. xx xxxxxx 2018-ci il tarixdə İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov rayonunun Əliyar Əliyev küçəsi, 1956- cı məhəllədə Cavabdeh MMC tərəfindən ona məxsus faktiki sahəsi 23 kv.m. əhatə edən birmərtəbəli sənədli qeyri-yaşayış sahəsinin xəbərdarlıq edilmədən və razılıq alınmadan sökülməsi ilə əlaqədar, Cavabdeh MMC-nin həmin ərazidə inşa etdiyi ilkin tikintisi başa çatacaq binalardan hər hansı birinin birinci mərtəbəsində onun 23 kv.m. qeyri-yaşayış sahəsi ilə təmin edilməyi və vurulan maddi ziyan səbəbindən ona 10000 manat təzminat ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əraziyə yaxın olan dayanacaqda bir avtomobilin 24 saat saxlanılıması üçün 20 manat haqq nəzərdə tutulduğuna, 13 ay ərzində 600 manat, cəmi 7800 manat vəsait etdiyinə, eyni zamanda həmin qarajı icarəyə verərək qazanc əldə etmək imkanından məhrum olduğuna istinad edərək, Nərimanov rayonunun Əliyar Əliyev küçəsi, 1956-cı məhəllədə Cavabdeh MMC tərəfindən ona məxsus faktiki sahəsi 23 kv.m. əhatə edən birmərtəbəli sənədli qeyriyaşayış sahəsinin xəbərdarlıq edilmədən və razılıq alınmadan sökülməsi ilə əlaqədar, Cavabdeh MMC-nin həmin ərazidə inşa etdiyi ilkin tikintisi başa çatacaq binalardan hər hansı birinin birinci mərtəbəsində onun 23 kv.m. qeyri-yaşayış sahəsi ilə təmin edilməyi, oğurlanmış mallara görə vurulan madd i ziyan səbəbindən ona 13000 manat təzminat ödənilməsi, mənəvi zərərə görə 10000 manat məbləğində zərərin ödənilməsi, qarajın sökülməsindən bir il keçdiyindən və avtomobil saxlamaq üçün həmçinin əldən çıxmış fayda olaraq 7.800 manat vəsaitin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar ümumiyyətlə araşdırılmamış, təqdim edilmiş sübutlara tam, obyektiv və hərtərəfli qiymət verilməmişdir. Məhkəmə iş üzrə gəldiyi nəticəni qaraj sahəsinin 18 kv.m. təşkil etdiyi, sökülmüş tikilinin təyinatının avtomobil saxlanılması üçün nəzərdə tutulduğu ilə əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış və qeyri-yaşayış binalarının sökülüb, yerində çoxmənzilli, hündürmərtəbəli yaşayış binalarının tikilməsi Cavabdeh MMC-nə həvalə edilmişdir. Eyni zamanda sərəncama əsasən tikinti işləri başa çatanadək qeyd edilən mənzillərin sahiblərinin hər ay kirayə haqlarının ödənilməklə başqa mənzillərə köçürülməsi, tikinti işləri başa çatdıqdan sonra tam təmirli mənzillərlə təmin olunması Cavabdeh MMC-nin üz ərinə öhdəlik kimi qoyulmuşdur. İddiaçı söküntü işləri aparılarkən məlumat verilmədən, ona məxsus qeyri-yaşayış sahəsinin söküldüyünə və həmin qeyri-yaşayış sahəsində yerləşən dəyəri 10.000 manat məbləğindən artıq olan elektron texnika və digər əşyaların oğurlandığına istinad edərək ona dəymiş maddi və mənəvi zərərin, əldən çıxmış faydanın cavabdeh tərəfindən ona ödənilməsini və inşa edilməkdə olan binalardan hər hansı birinin birinci mərtəbəsində sahəsi 23 kv.m olan qeyri-yaşayış sahəsi ilə təmin edilməsinə dair hazırki iddia tələbini sürmüşdür. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus XXX qarajlar sırasında 9 saylı, sahəsi 18 kv.m təşkil edən qaraj cavabdeh tərəfindən iddiaçının razılığı olmadan sökülmüşdür. Zərərin əvəz inin ödənilməsini əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) bir başa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Cavabdeh MMC tərəfındən həyata keçirilmiş söküntü işləri nəticəsində iddiaçının mülkiyyət hüququ pozulmuş, iddiaçının öz qarajı barəsində sərbəst şəkildə sahiblik, istifadə və sərəncam imkanı tam aradan qaldırılmışdır. Bununla yanaşı, bu pozuntunun qanunçuluğun tələbinə cavab verməsi, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməsi, eləcə də mütənasib olması müəyyən edilməmişdir. O da nəzərə alınmalıdır ki, müdafiəsinə və toxunulmazlığına dövlət tərəfındən təminat verilən mülkiyyət hüququ nəinki əmlak üzərində sərbəst şəkildə sərəncam verməyi, həmçinin ondan sərbəst və maneəsiz, habelə öz maraqlarına uyğun şəkildə istifadə etməyi də ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzin i ödəmək öhdəliyi qoyur. Apellyasiya məhkəməsi hesab etmişdir ki, sökülmüş tikili XXX qarajlar sırasında yerləşməklə, təyinatı avtomobillərin saxlanılması üçün nəzərdə tutulmuşdur. İddiaçı həmin qarajın sahibkarlıq məqsədləri üçün istifadə etməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etmədiyindən, sökülmüş qarajın əvəzində inşa ediləcək binadan qeyri-yaşayış sahəsinin tələb edilməsi əsassızdır. Ona görə də, İddiaçıya ünvan 2 ünvan 1956-cı məhəllə) inşa etdiyi ilkin tikintisi başa çatacaq binalardan hər hansı birində sahəsi 23 kv.m olan qarajla təmin edilməsi Cavabdeh MMC-nin üzərinə vəzifə kimi qoyulması məzmununda təmin edilməlidir. İddiaçı söküntü zamanı qarajdan dəyəri 10.000 manat məbləğindən artıq elektron texnika və digər əşyalar oğurlandığını göstərsə də, istinad etdiyi halı t əsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. İş üzrə alınmış xx xxx 2019-cu il tarixli qiymətləndirmə rəyində oğurlanmış əşyalara görə dəymiş ziyanın məbləğinin 13000 manat təşkil etməsi rəyin əsaslandırıcı hissəsində hər hansı sübuta istinad edilmədən, ümumiyyətlə orada hansı əşyaların olması, hansı əşyaların qiymətləndirlməsi göstərilmədən, əsaslandırıcı hissədə yalnız sökülmüş qarajın qiymətləndirilməsi qeyd olunmuş, lakin nəticə hissəsində isə əşyalara görə dəymiş ziyanın məbləği də qeyd olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmal ı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutuaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsidəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar