Məhkəmə qərarları › İş №2(102)-2736/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2736/2021

17.06.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2736/2021 17.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X qarşı iş üzrə QƏRARİ Açar sözlər: Əmək müqaviləsinin işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 və vəkili X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8361/2020 nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsindən İ ddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 17 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, X ilə İddiaçı arasında 07 yanvar 2016-cı il tarixdə əmək müqaviləsi bağlanmışdır.

2. Həmçinin iş materiallarından görünür ki, 10 sentyabr 2018-ci il tarixdə İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ştatların ixtisarı əsası ilə xitam verilmişdir.

3. Eyni zamanda iş materiallarından görünür ki, X Rəhbərinin 23 iyul 2018-ci il tarixli qərarı ilə AR ƏM-nin 11-ci maddəsinin rəhbər tutaraq, X işlərin daha səmərəli icra və idarə olunması və xərclərin azaldılması məqsədi ilə aparılan təşkilat-struktur dəyişikliyinin nəticəsində hasilat üzrə texn ik J3 vəzifəsi ixtisar edilmişdir

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X12Təcrübi və Tədris Birliyinin 31.01.2019-cu il tarixli ekspert rəyindən görünür ki, İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, ona ümumilikdə “Boyun, döş, bel-oma radikulopatiyaları; Sol diz oynağında medial meniskin arxa buynuzunun İİİ dərəcə yırtığı; Ön çarpaz bağın hissəvi qopması; Oynağın sinoviti, ağrı sindromu” kimi xəstəliklərinin olduğu qeyd edilmişdir. İddiaçı məhkəmə-tibbi ekspertizası zamanı təkrar aparılmış kompüter tomoqrafiya müayinəsində onda hal-hazırda qeyd olunan xəstəliklərinin olduğu öz təsdiqini tapmışdır. Qeyd olunan xəstəliklər uzun sürən xroniki gedişlidir. İddiaçı düçar olduğu xəstəliklərlə əlaqədar onun peşə amillərinin üstünlüy ü ilə, yəni əmək funksiyaların icrası zamanı bu xəstəliklərin yaranması istisna olunmur. Lakin bu xəstəliklərinin peşə yönümlü olub-olmamasının qiymətləndirilməsi V.Y.Axundov adına “ET X8”nun müvafiq komissiyası tərəfindən müəyyənləşdirilə bilər. Xəstəliklərlə bağlı əlillik dərəcəsinin təyini məhkəmə-tibb ekspert komissiyasının səlahiyyətlərinə aid deyil.

5. V.Y.Axundov adına “ET X8”nun 03 iyun 2019-cu il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı X işlədiyi dövrdə qazandığı xəstəliklər: “Diaqnoz: bel-oma osteoxondrozu, kökcük ağrıları ilə “(2014-cü il), “Sol diz oynağında medial meniskin arxa buynuzlarının 11 dərəcəli yırtığı; Ön çarpaz bağın (ÖÇB) hissəvi qopması; Oynağın sinoviti, ağrı sindromu” (26.09.2017); Diaqnoz: “Bel-oma osteoxondrozu, seroneqotiv spondiloartrit” (20. 04.2018); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 saylı 14 yanvar 2002-ci il qərarının 17-ci bəndinə əsasən peşə mənşəli xəstəliklər hesab edilir;

2. Diaqnoz: Döş fəqərələrinin osteoxondrozu. Sağtərəfli myalgiya, poliosteoartrit, piylənmə İ dərəcə, tastıpəncəlilik İİ dərəcə (07.05.2018) diaqnozları müvafiq sənədə əsasən peşə xəstəliyi hesab edilmir, lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 46 saylı 14 may 2012-ci il tarixli sənədinə əsasən iş buraxılmaya əks göstərişdir.

3. Yuxarıda göstərilən xəstəliklər ixtisaslı həkimlər tərəfindən vaxtında və mütamadi müalicə olunmazsa əlilliyə gətirib çıxara bilər.

6. Bundan başqa iş materiallarından görünür ki, cavabdeh “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilat ının pay bölgüsü haqqında" Saziş (HPBS) və onun ratifikasiyası haqqında 933 saylı 02.12.1994-ci il tarixli Azərbaycan Respublikası Qanuna əsasən fəaliyyət göstərir. Qeyd edilən Sazişin 6.7-ci maddəsinə uyğun olaraq, X ixtiyarı var ki, bu Sazişin qüvvədə olduğu bütün müddətdə neft-qaz əməliyyatlarının aparılması ilə əlaqədar işçiləri işə götürsün, əmək şərtlərini müəyyənləşdirsin və kadrların işə götürülməsi və işdən azad edilməsi, işgüzar keyfiyətlərinin qiymətləndirilməsi sahəsində beynəlxalq neft-qaz sənayesində tətbiq edilən siyasət yeritsin. Qeyd edilən Qanunun 3-cü maddəsinə uyğun olaraq, Qanun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasında bu Sazişə uyğun gəlməyən və ya zidd olan hər hansı mövcud və ya qəbul oluna biləcək qanunlardan, fərmanlardan və sərəncamlardan üstün tu tulur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh X şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 10 sentyabr 2018-ci il tarixinədək olan peşə xəstəliyinin müəyyən olunması və bu peşə xəstəliyinin tanınmasının və ya qəbul edilməsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması və Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) onunla əmək müqaviləsinə xitam verilməsi barədə 10 sentyabr 2018-ci il tarixli əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X 03 noyabr 2011-ci il tarixində texnik vəzifəsində işə başlamaqla X17 platformasında olan Dəniz əməliyyatları departemantində Hasilat üzrə Texnik vəzifəsinə qədər yüksəlmiş və son dövrədək heç bir töhməti olmadan mükafatlandırılmaqla işləmişdir. Lakin 10 sentyabr 2018-ci ildə ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) onun əmək müqaviləsinə xitam verilmişdir. O, əvvəl Texniki İnkişaf şöbəsinə hasilat üzrə texnik (təcrübə keçən) vəzifəsində, 13 iyun 2013-cü ildə X9 üzrə Texnik vəzifəsində, 06 sentyabr 2013-cü ildə (K2 dərəcəli ilə (bu cür dərəcələrin verilməsi cavabdehin özü tərəfindən hər ay aparılan dərslər və imtahanlar nəticəsində əldə olunurdu) X18 platformasın Dəniz Əməliyyatları Departamentinin Hasilat üzrə Texnik vəzifəsində (həmin vəzifədə qalması üçün o, imtahan verərək G-3 dərəcəsini almalı idi və belə də oldu, o, 2016-cı ilin dekabr ayında G-3 dərəcəsi almaqla tam səriştəli texnik operator adına layiq görülmüşdür), 16 yanvar 2 017-ci ildə həmin Departamentdə və həmin vəzifədə qalmaqla ATA Yarda, 24 aprel 2017-ci ildə həmin Departamentdə və həmin vəzifədə qalmaqla X17 platformasında çalışmışdır. O, işə daxil olarkən sağlam şəkildə işə başlamış və heç bir sağlıq problemi olmadan çalışmışdır. O, yalnız 3 ildən sonra belində ağrı ilə üzləşmiş və bu barədə öz rəhbərliyinə xəbər vermiş və müayinə və müalicə olunmuşdur. O, 7 il işlədiyi əmək şəraiti sahildən 120 km. uzaqlıqda Xəzər dənizində rütübəti sox olan, qeyri-sabit temperatur olan isti və soyuq havada, iş şəraitində həm yüksək külək, həm də yüksək nəmişlik olmuşdur. Radiasiya olan cənin yanında və cənin ortasında işləməklə şüalar qəbul edirdi. Dizellə işləyən turbin motorların və yanğınsöndürən nasosların tüstüsü əhatəsində iş rejimi. Məhdud iş şəraitində-dizi ü stə durmaqla dar bir yerdə ağır olan siyirtmələri açmaq və bağlamaq, soyuq dəmir üzərində böyrü üstə uzanmaqla quraşdırılması, dizi üstə duraraq drenaj xətlərinə quraşdırılması, dikinə olan 5 mərtəbəli pilləkənlərlə qalxıb düşmə və sair kimi olmuşdur. Onun yuxarıda qeyd olunan əmək şəraitində işləməsi Azərbaycan Respublikası Mərkəzi Neftçilər Xəstəxanasının 08.05.2018-ci il tarixli göndəriş-sorğu məktubundan da görmək olar. O, cavabdehlə əmək müqaviləsi münasibətlərində olduğu dövrdə peşə xəstəliyinə tutulmuş, bu hal öz əksini onun qeydiyyatda olduğu Xüsusi Müalicə Sağlamlıq Kompleksinin 20 sentyabr 2018-ci tarixli arayışında da tapmışdır. O, dəfələrlə rəhbərliyinə onu başqa yüngül işə keçirilməsini, onun peşə xəstəliyinin müəyyən edilməsini xahiş etsə də, işəgötürən buna razı olmamış, h əkimlərin müayinə və müalicənin onun davam etdirilməli olmasını bildirmələrinə baxmayaraq, əmək şəraitinin yaxşılaşdırmadan onun peşə xəstəliyini qeydə almadan ƏM-nin 70-ci maddəsinin «b» bəndinə əsasən (ştatların ixtisarı) onun əmək müqaviləsinə xitam verilmişdir.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli 2(006)-577/2019 saylı qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının işdən çıxarılmasına görə verilmiş əmrin etibarsızlığına dair iddia da heç bir qanuni əsaslar müəyyən edilməmişdir. Həmin əmr də əmrin verilmə tarixi, kim tərəfindən verilməsi, hansı qanunvericiliyə əsasən verilməsi və səlahiyyətli şəxs tərəfindən imzalanaraq təsdiq edilməsi tam aydın şəkil də Əmək Məcəlləsinin tələb etdiyi qaydada həyata keçirilmişdir. Ona görə də, belə bir əmrin etibarsız hesab edilməsinə dəlalət edən heç bir qanuni və əsaslı hal məhkəmədə müəyyən edilməmişdir

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70, 77.1, 77.3-cü, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 106, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

13. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 dekabr 2019-cu il tarixli 2(103)-12534/2019 saylı qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), Z.Əliyev və R.Eyvazov) iddiaçının apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-577/2019 saylı işi üz rə 19.07.2019-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır..

14. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, AR ƏM-nin 2, 7, 11, 70, 77, AR NK-nın işçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin siyahısının təsdiq edilməsi haqqında 14 yanvar 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahının 17-ci bəndinə, AR MPM 14.2, 76.1, 77.1, 80, 82.1, 88, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən birinci instansiya məhkəməsinin işdə olan və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında qəbul etdiyi qərar maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara (tərəflərin qarşılıqlı münasibətlərinə) uyğun olduğundan, iddiaçı iddianın əsasını təşkil edən sübutları t əsdiq edən mötəbər sübutlar təqdim etmədiyindən, apellyasiya şikayətinin subyektiv mülahizə səciyyəli (mübahisələndirən) dəlillərinə münasibətdə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

15. Beləliklə, iddiaçının istinad etdiyi əmrin verilməsində qanuvericiliyin səhv təfsiri əsası ilə yol verilmiş pozuntu barədə mülahizələr əsassızdır. Belə ki, Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər adlanan Məcəllənin 76-cı maddəsində qeyd edilmişdir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər; Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək mü qaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Əmrin verilməsinə əsas olmuş prosedurlara riayət edilməməsi və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin işçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin siyahısının təsdiq edilməsi haqqında 7 saylı 14 yanvar 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahının 17-ci bəndində qeyd edilənlərin iddiaçıya şamil edilməməsi tələbin təmin edilməsi üçün əsas olmadığını müəyyən edir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2020- ci il tarixli 2(102)-3810/2020 saylı qərarı ilə (hakimlər E.Vəliyeva (sədrlik edən və məruzəçi), E.Şamayev və A.Abbasov) iddia çının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.12.2019-cu il tarixli 2(103)12534/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

18. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsində iddiaçının apellyasiya şikayətinin məzmunu əks edilsə də, onun dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırma aparması, hansı halları müəyyən etməsi, bu dəlillərin birinci instansiya məhkəməsinin hansı müəyyən etdiyi hallarla təkzib edilməsinin müəyyən edilməsi görünmür.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin cavabdehin iddiaya etirazının əsası kimi istinad etdiyi halları əsaslı hesab e tməsinə və iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi üçün qanuni əsaslar mövcud olması, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilməsi və bu baxımdan da iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair 10 sentyabr 2018- ci il tarixli əmrin Əmək Məcəlləsinin tələblərinə cavab verdiyindən əsaslı sayılmalı olması hissəsinin hansı sübutlar əsasında maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara (tərəflərin qarşılıqlı münasibətlərinə) uyğun olmasına hüquqi qiymət verməmişdir.

20. İşdən müəyyən edilir ki, iddiaçı 'Peşə xəstəliyinin müəyyən edilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənil məsi barədə’' iddia tələbinin təmin edilərək, 10.09.2018-ci il tarixinədək olan peşə xəstəliyinin müəyyən olunması və bu peşə xəstəliyinin tanınmasının və ya qəbul edilməsinin X üzərinə vəzifə olaraq qoyulması, əmək müqaviləsinə xitam verilməsi barədə X 10.09.2018-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi ilə bağlı iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində iddianın peşə xəstəliyinin müəyyən edilməsi hissəsi üzrə ümumiyyətlə hər hansı qiymətləndirmə aparmamış və həmin tələbə qətnamənin əsaslandırıcı hissəsində münasibət bildirməmişdir.

21. İddiaçının apellyasiya şikayətinin dəlillərinə əsasən isə birinci instansiya məhkəməsi onun arqumentlərinə və təqdim etdiyi sübutlara əhəmiyyət verməmiş, həmçin in əsl həqiqətin müəyyən edilməsi və iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün heç bir araşdırma aparılmasını təmin etməyərək, birtərəfli və qanunun tələblərinə cavab verməyən qətnamə qəbul etmiş, bununla da iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. İddia ərizəsində əsaslandığı hallar, məhkəmədə verdiyi izahatlar qətnamədə təhrif olunmuş formada əks etdirilmiş, tam şəkildə göstərilməmiş, həmçinin məhkəmə baxışı zamanı X6 şahid qismində dindirilməsi və onun izahatı, ümumiyyətlə, qeyd olunmamışdır. İddia tələbində və iddia ərizəsi üzrə məhkəməyə yazılı formada təqdim etdiyi izahatında tələbinin əsası kimi istinad etdiyim hallara məhkəmə heç bir münasibət bildirməmiş, işin həlli baxımından əhəmiyyət kəsb edən mübahisəli məqamları sonadək aydınlaşdırmamışdır. Belə ki, iddia tələbinin bir hissəsi olan peşə xəstələyinin müəyyən edilməsinə və bunu təsdiq edən sübut olan - V.Y.Axundov adına '‘ET X1 03 iyun 2019-cu il tarixli rəyinə, ümumiyyətlə, heç bir münasibət bildirməmiş, sadəcə rəyin nəticə hissəsini qətnaməyə köçürməklə kifayətlənmişdir.

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını müəyyən etmədən, həmin faktiki hallara uyğun maddi hüquq normalarını tətbiq etmədən, apellyasiya şikayətinin dəlillərini müfəssəl araşdırmadan gəldiyi nəticəsi ilə iddiaçının ədalətlə məhkəmə araşdırma hüququnu pozmuşdur.

23. Halbuki, ədalətli məhkəmə araşdırması hüququ, eyni zamanda, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cin ayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

24. Ədalətli məhkəmə araşdırması hüququ, məhkəmə prosesinin iştirakçısı olan hər kəsin, onu əks tərəf qarşısında əlverişsiz vəziyyətə salmayan şəraitdə, öz işinə aid dəlilləri məhkəmədə irəli sürmək imkanına malik olmasını da ehtiva edir.

25. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

26. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan büt ün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir.

27. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır.

28. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

29. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblər inə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

30. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

31. Həmin qərarın 17-ci bəndinin tövsiyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaç ının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

33. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur.

34. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya in stansiyası məhkəməsindəki ikinci icraat

35. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8361/2020 nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-577/2019 saylı iş üzrə 19 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

36. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir.

37. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X12-Təcrübi və Tədris Birliyinin 04/KEŞ saylı ekspert rəyindən görünür ki, İddiaçı adına tərtib edilmiş tibbi sənə dlərdə göstərilənlərə əsasən, ona ümumilikdə “Boyun, döş, beloma radikulopatiyaları; Sol diz oynağında medial meniskin arxa buynuzunun İİİ dərəcə yırtığı; Ön çarpaz bağın hissəvi qopması; Oynağın sinoviti, ağrı sindromu” kimi xəstəliklərinin olduğu qeyd edilmişdir. İddiaçı məhkəmə-tibbi ekspertizası zamanı təkrar aparılmış kompüter tomoqrafiya müayinəsində onda hal-hazırda qeyd olunan xəstəliklərinin olduğu öz təsdiqini tapmışdır. Qeyd olunan xəstəliklər uzun sürən xroniki gedişlidir. İddiaçı düçar olduğu xəstəliklərlə əlaqədar onun peşə amillərinin üstünlüyü ilə, yəni əmək funksiyaların icrası zamanı bu xəstəliklərin yaranması istisna olunmur. Lakin bu xəstəliklərinin peşə yönümlü olub-olmamasının qiymətləndirilməsi V.Y.Axundov adına “ET X8”nun müvafiq komissiyası tərəfindən müəyyənləşdir ilə bilər. Xəstəliklərlə bağlı əlillik dərəcəsinin təyini məhkəmə-tibb ekspert komissiyasının səlahiyyətlərinə aid deyil.

38. Bundan sonra məhkəmə tərəfindən rəyin verilməsi V.Y.Axundov adına “ET X8”na həvalə olunmuş və aşağıdakı məzmunda 03 iyun 2019-cu il tarixli ekspert rəyi alınmışdır:

1. İddiaçı X işlədiyi dövrdə qazandığı xəstəliklər: “Diaqnoz: bel-oma osteoxondrozu, kökcük ağrıları ilə “(2014-cü il), “Sol diz oynağında medial meniskin arxa buynuzlarının 11 dərəcəli yırtığı; Ön çarpaz bağın (ÖÇB) hissəvi qopması; Oynağın sinoviti, ağrı sindromu” (26.09.2017); Diaqnoz: “Bel-oma osteoxondrozu, seroneqotiv spondiloartrit” (20.04.2018); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 saylı 14 yanvar 2002-ci il qərarının 17-ci bəndinə əsasən peşə mənşəli xəstəliklər hesab edilir;

2. Diaqno z: Döş fəqərələrinin osteoxondrozu. Sağtərəfli myalgiya, poliosteoartrit, piylənmə İ dərəcə, tastıpəncəlilik İİ dərəcə (07.05.2018) diaqnozları müvafiq sənədə əsasən peşə xəstəliyi hesab edilmir, lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 46 saylı 14 may 2012-ci il tarixli sənədinə əsasən iş buraxılmaya əks göstərişdir.

3. Yuxarıda göstərilən xəstəliklər ixtisaslı həkimlər tərəfindən vaxtında və mütamadi müalicə olunmazsa əlilliyə gətirib çıxara bilər.

39. Əvvəlki apelyasiya baxışı zamanı X11 Xidmətinin nümayəndəsi X10 izahatında X11 Xidməti tərəfindən İddiaçı cavab məktubu göndərildiyini, cavab məktubunda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin R.Axundov adına X4 müraciət edilməsinin tövsiyə olunduğunu, yalnız R.Axundov adına X2 iddiaçının peşə xəstəliyinə tutulması barədə ar ayış vermək səlahiyyətinin olduğunu, iddiaçının 10 il neft sahəsində çalışdığını, lakin 4 il X işlədiyini, hər il “X işçilərin tibbi müayinədən keçirilməli olduğunu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin işçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin siyahısının təsdiq edilməsi haqqında 7 saylı 14 yanvar 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahının 17-ci bəndində «10 ildən az olmamaq» qeydinin iddiaçının xəstəliyinin 10 il müddətində bir müəssisədə işlədiyi dövrdə yarandığını nəzərdə tutduğunu, habelə ağır yük qaldırılması və daşınması hallarının iddiaçının peşəsinə aid olmadığını, bunlar təsdiq edildiyi təqdirdə 10 il müddətində iddiaçının işlədiyi müxtəlif müəssisələrə qarşı iddia qaldırmalı olduğunu, peşə xəstəliklərinin antamik hadisə ilə bağl ı yarandığını, İddiaçı peşə xəstəliyi ilə bağlı Əmək Müfəttişliyinin təhqiqat apara bilmədiyini, peşə xəstəliyi ilə bağlı müəssisənin razılaşmadığı halda məhkəmə vasitəsi ilə müəyyən edilməli olduğunu, Əmək Müfəttişliyinin yalnız bədbəxt hadisə olduqda təhqiqat apara bildiklərini göstərmişdir.

40. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin siyahısının təsdiq edilməsi haqqında» 7 saylı 14 yanvar 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahının 17-ci bəndindən müəyyən olunur ki, hesablayıcı mərkəzlər, nəşriyyat, rabitə, metallurgiya, dağ-mədən, kənd təsərrüfatı, nəqliyyat, incəsənətin bəzi sahələrində (musiqi, sirk) dayaq hərəkət sisteminə təsir göstərən bütün iş yerləri işçinin peşə xəstəliyinə tutulmağı eht imalı yüksək olan iş yerlərinə aiddir (periferik sinir sistemi və dayaq hərəkət aparatının, qadın daxili cinsiyyət orqanlarının xəstəlikləri). Həmin peşə xəstəliklərini törədən istehsalat faktorları isə uzun müddət (10 ildən az olmamaq şərti ilə) ağır yüklərin qaldırılması və daşınması (eyni tipli və yüksək gərgin hərəkətlərlə), xüsusi güc tətbiq etməklə əllərdə yüklərin sistematik saxlanılması, bədənin məcburi vəziyyəti və s. aiddir.

41. Göründüyü kimi, dağ-mədən sahəsində dayaq hərəkət sisteminə təsir göstərən bütün iş yerlərində peşə xəstəliklərinin yaranmasına əsas olan şərtlərdən biri işçinin 10 ildən az olmayaraq həmin iş yerində həmin sahədə işləməsidir

42. Hazırki işin mübahisəsiz halıdır ki, iddiaçı peşə xəstəliyinin yaranmasının əsası kimi göstərdiyi dəniz platformasında ağır şər aitdə 2013-2018-ci illər ərzində, yəni təxminən 5 ilə yaxın müddət ərzində işləmişdir. Belə olan halda, V.Y.Axundov adına “ET X8”nun 03 iyun 2019-cu il tarixli ekspert rəyi ilə müəyyən edilən xəstəliklərin bir qismi peşə mənşəli xəstəliklər hesab edilsə də, həmin xəstəliklərin iddiaçının iddia etdiyi kimi həmin sahədə işləməsinə görə yaranmış peşə xəstəliyi olması nəticəsinə gəlmək üçün iddiaçının həmin müəsissədə həmin sahədə ən azı 10 il işləməsi tələb edilir, lakin iddiaçı təxminən 5 il işləmişdir. Odur ki, kollegiya hesab etmişdir ki, iddiaçının bu iddia tələbi əsassız olduğundan məhkəmə haqlı olaraq rədd etmişdir. Bununla bağlı Kollegiya həmçinin əvvəlki apelyasiya baxışında X11 Xidmətinin nümayəndəsi X7 iddiaçının peşəsinə ağır yük qaldırılması və daşınması hallarının aid olmaması və s. barədə izahatında göstərdiyi xüsusatları da nəzərə alır.

43. İddiaçının tələbinin digər hissəsi isə əmək müqaviləsinə xitam verilməsi barədə 10 sentyabr 2018-ci il tarixli əmrin ləğv edilməsidir. İddiaçı həmçinin hesab edir ki, cavabdeh tərəfindən işçilərin peşə səviyyəsinin qiymətləndirilməsi zamanı iş yerlərində attestasiyanın keçirilməsi barədə əmək qanunvericiliyinin tələbələrinə əməl olunmamışdır.

44. İş materiallarından müəyyən edilir ki, “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında" Saziş (HPBS) və onun ratifikasiyası haqqında 933 saylı 02.12.1994-ci il tarixli Azərbaycan Respublikası Qanuna əsasən fəaliyyət göstərir. Qeyd edilən Sazişin 6.7-ci maddəsinə uyğun olaraq, BP şirkətinin ixti yarı var ki, bu Sazişin qüvvədə olduğu bütün müddətdə neft-qaz əməliyyatlarının aparılması ilə əlaqədar işçiləri işə götürsün, əmək şərtlərini müəyyənləşdirsin və kadrların işə götürülməsi və işdən azad edilməsi, işgüzar keyfiyətlərinin qiymətləndirilməsi sahəsində beynəlxalq neft-qaz sənayesində tətbiq edilən siyasət yeritsin. Qeyd edilən Qanunun 3-cü maddəsinə uyğun olaraq, Qanun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasında bu Sazişə uyğun gəlməyən və ya zidd olan hər hansı mövcud və ya qəbul oluna biləcək qanunlardan, fərmanlardan və sərəncamlardan üstün tutulur.

45. Göründüyü kimi, Saziş beynalxalq müqavilə hesab olunur və əmək qanunvericiliyinə münasibətdə daha üstün qüvvəyə malikdir, ona görə də işçilərin, o cümlədən iddiaçının 2017-ci il üçün əmək fəaliyyətinin qiymətlən dirilməsinin qaydasını müəyyənləşdirməkdə cavabdeh sərbəst olmuşdur. Digər tərəfdən, iddiaçı həmin qiymətləndirmənin nəticələrini mübahisələndirməmişdir.

46. X Rəhbərinin 23 iyul 2018-ci il tarixli qərarından görünür ki, AR ƏM-nin 11- ci maddəsinin rəhbər tutaraq, X işlərin daha səmərəli icra və idarə olunması və xərclərin azaldılması məqsədi ilə aparılan təşkilat-struktur dəyişikliyi nəticəsində Dəniz əməliyyatları departamentində J3 dərəcəli “Hasilat üzrə texnik” vəzifəsinin ixtisar edilməsi qərara alınmışdır. Həmin vaxt departamentdə J3 dərəcəli “Hasilat üzrə texnik” vəzifəsində işləyən 4 əməkdaşdan biri də İddiaçı olmuşdur. Əmək Məcəlləsinin tələbinə əsasən ixtisar zamanı işçilərin peşəkarlıq və əmək vəzifələrinin icra edilməsi səviyyəsi nəzərə alındığından, həmin 4 əməkdaşın illik ə mək fəaliyyəti qiymətləndirilmiş və qiymətləndirmə nəticəsində iddiaçının əmək fəaliyyəti aşağı, yəni 0.0 əmsalı ilə qiymətləndirilmişdir. Digər əməkdaşlarla müqayisədə ən aşağı əmək icragöstəriciləri iddiaçıda olduğu üçün onun ixtisar edilməsi qərara alınmışdır. 02.08.2018-ci il tarixli ixtisar barədə xəbərdarlıq bildirişi ilə 9 həftə əvvəldən iddiaçıya məlumat verilmiş, bildirişlə iddiaçıya iki variantdan (A və ya B) birini seçmək təklif edilmişdir. İddiaçı əvvəlcədən Xəbərdarlıq bildirişin B variantını (B cədvəli) seçərək imzalamış və xəbərdarlıq müddətinin sonunda onun əmək müqaviləsinə xitam verilməsinə öz yazılı razılığını bildirmişdir. Lakin sonra iddiaçı 10 sentyabr 2018-ci il tarixində öz qərarını dəyişməsi barədə Ərizə ilə İnsan Resursları departamentinə müraciət edərək, Xəbərdar lıq bildirişin A variantın seçməsini bildirmiş və 10 oktyabr 2018-ci il tarixindən xəbərdarlıq müddətinin əvəzinə əmək haqqının birdəfəyə ödəməklə onun əmək müqaviləsinə xitam verilməsi barədə öz yazılı razılığını bildirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə uyğun olaraq işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, İşəgötürən müvafiq tədbirlər görür və bu maddə ilə müəyyən edilmiş təminatları tətbiq etməlidir. X Azərbaycandakı Nümayəndəliyi ştatların ixtisarının aparılmasının vacib səbəbinin şirkətin xərclərinin azaldılması olmağına baxmayaraq, ixtisara düşən işçilər üçün xüsusi ödənişlər paketinin verilməsini qərara almış və bunun nəticəsində iddiaçıya ixtisarla bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddə sində nəzərdə tutulan ixtisar ödənişlərindən əlavə könüllü olaraq xüsusi ödənişlər də verilmişdir. Bundan sonra 10 sentyabr 2018-ci il tarixdə İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ştatların ixtisarı əsası ilə xitam verilmişdir.

47. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə işəgötürən tərəfindən əmək müqaviləsi işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. Məcəllənin 77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əm ək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: beş ildən on ilədək əmək stajı olduqda - azı altı təqvim həftəsi.

48. Göründüyü kimi, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə riayət edilmiş, hər hansı bir pozuntuya yol verilməmişdir, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz hesab edilməsi və ləğv edilməsi üçün hər hansı əsas yoxdur.

49. Kollegiya onu da qeyd etmişdir ki, iddiaçı 30 iyul 2018-ci il tarixli «İxtisarla bağlı seçim protokolu»nu məhkəmə qaydasında mübahisələndirməmiş, əksinə, xəbərdarlıq müddəti bitmədən – 10 sentyabr 2018-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edib, əmək müqaviləsinə həmin tarixdən xitam verilərək, son haqq-hesabını tələb etmiş və müvafiq ödənişləri almışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

50. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

51. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur.

52. Apelyasiya instansiyası məhkəməsinin iddiaçının mədən, neft və qaz sahəsində ümumi stajının 18 il olmasını nəzərə almaması və apelyasiya instansiyası məhkəməsi tərəfindən “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri” “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Sazişinə uyğun gəlməyən və ya zidd olan nor maların hər hansı birinin qeyd edilməməsi barədə kassasiya şikayətinin dəlilləri istisna olmaqla kassasiya şikayətində irəli sürülən digər dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

53. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

54. İddiaçı və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

55. Cavabdehin nümayəndəsi və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri

56. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

57. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu poz untu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

58. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətb iq edilən hüquq Mülki Məcəllə

60. Əmək müqaviləsinə işəgötürən tərəfindən əmək müqaviləsi işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. (maddə 70.b)

61. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: beş ildən on ilədək əmək stajı olduqda - azı altı təqvim həftəsi. (maddə 77.1) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin siyahısının təsdiq edilməsi haqqında» 7 saylı 14 yanvar 2002-ci il tarixli qərarı

62. Hesablayıcı mərkəzlər, nəşriyyat, rabitə, metallurgiya, dağ-mədən, kənd təsərrüfatı, nəqliyyat, incəsənətin bəzi sahələrində (musiqi, sirk) dayaq hərəkət sisteminə təsir göstərən bütün iş yerləri işçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinə aiddir (periferik sinir sistemi və dayaq hərəkət aparatının, qadın daxili cinsiyyət orqanlarının xəstəlikləri). Həmin peşə xəstəliklərini törədən istehsalat faktorları isə uzun müddət (10 ildən az olmamaq şərti ilə) ağır yüklərin qaldırılması və daşınması (eyni tipli və yüksək gərgin hərəkətlərlə), xüsusi güc tətbiq etməklə əllərdə yüklərin sistematik saxlanılması, bədənin məcburi vəziyyəti və s. aiddir. (17-ci bənd) Mülki Prossesual Məcəllə

63. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırm alı və onlardan istifadə etməlidir.(maddə 14.2)

64. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

65. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

66. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

67. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

68. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

69. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

70. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

71. Apelyasiya instansiyası məhkəməsinin iddiaçının mədən, neft və qaz sahəsində ümumi stajının 18 il olmasını nəzərə almaması və apelyasiya instansiyası məhkəməsi tərəfindən “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri” “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Sazişinə uyğun gəlməyən və ya zidd olan normaların hər hansı birinin qeyd edilməməsi barədə kassasiya şikayətinin dəlilləri ixtisarın aparılmasının qanuniliyini və əsaslılığını şübhə altına almadığından həmin dəlillər kassasiya şikayətinin təmin, qətnamənin ləğv edilməsi üçün əsas vermir.

72. Bununla yanaşı kassasiya şikayəti nin digər dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərin əsassız olduğu işə apelyasiya baxışında müəyyən edilmişdir.

73. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

74. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8361/2020 nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar