Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2736/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: qızıl-zinət əşyalarının qaytarılması 23.10.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1454/2024 nömrəli, 02 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı X tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hall arı:
1. Cavabdeh1 ilə X1 23 may 2016-cı il tarixdə nikahları bağlanmışdır.
2. Bakı Şəhəri, Nərimanov Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(005)-1013/2022 nömrəli qətnaməsinə əsasən Cavabdeh1 ilə X1 arasında nikah pozulmuşdur. 3.X Cavabdeh1, nümayəndəsi Vəkil1, mülkiyyətçi X imzaları ilə təsdiq edilmiş 13 mart 2022-ci il tarixli akta əsasən, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində X məxsus olan cehiz əşyaları, uşaqlara aid geyim əşyaları, habelə ona aid olan bütün geyimlər, X tərəfindən mülkiyyətçi və keçmiş ər Cavabdeh1 təhvil alınmışdır. X həmçinin orta otaqda olan geyim əşyalarının içərisindən ağ kisədə nişan üzüyünü tapmışdı və götürmüşdü. Eləcə də X 3 otaq və 1 mətbəxə baxış keçirdi. Özünə aid bütün əşyalarını, cehizini, nişan üzüyünün yerində olmasını müəyyən etmi şdi. Mülkiyyətçi X və Cavabdeh1 təsdiq etmişdilər ki, X aid bütün cehiz əşyaları, nişan üzüyü yerindədir və X təhvil vermişdilər. X brilyant qaşlı nişan üzüyünü, bütün cehizləri, bütün şəxsi əşyaları və geyimləri mülkiyyətçi X və Cavabdeh1 təhvil almışdı və bunu öz imzası ilə təsdiq etmişdi. Tərəflərin iştirakı ilə X təsdiq etmişdir ki, gəlin köçən gündən bu ünvanda yaşamışdı, bütün əşyaları, cehizləri bu ünvana yerləşdirmişdi. Hazırkı ünvanda X aid başqa şəxsi əşya, cehiz, zinət əşyası olmayıb. Bu ünvanda yerləşən evdən X özünə aid olan hər şeyi təhvil almışdı. Əşyalar, cehiz, geyim və qızıl, yəni nişan üzüyü yerində olduğundan adbaad siyahı tutulub yazılmasına ehtiyac olmamışdı. X həmçinin bildirmişdir ki, bu evdə nişan üzüyündən başqa heç bir zinət əşyası yoxdur. Həmçinin bu evdə mətbəx mebeli, kondisioner, wi-fi aparatı, telefon və 1 ədəd “şifoner” X olmasını tərəflər təsdiq etmişdi. Cehiz əşyalarına qablar, qonaq dəsti, güzgülü komod, “qorka” bar şkaf, qonaq stol-stulları, mətbəx stol və stulları, yataq mebelli, çarpayı, 2 tumba, “şifoner”, 3 ədəd çil-çıraq, divan və kreslolar, pərdələr aiddir. Tərəflər heç bir irad, təklif, tələb, şikayət irəli sürməmişdilər. Ustalar, mülkiyyətçi və X iştirakı ilə mebellər sonuncunun sifariş etdiyi yük maşınına yığmışdılar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı X (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 dəyəri 3200 manat olan boyunbağı, qolbağ, sırğa, üzük (ağ brilyant qızıl), dəyəri 880 manat olan 11 qram çəkidə sarı qızıl tros boyunbağı, dəyəri 15 0 manat olan sarı qızıl uşaq qolbağı, dəyəri 200 manat olan sarı qızıl uşaq qolbağı, dəyəri 500 manat olan 6 qram çəkidə sarı qızıl sırğa, dəyəri 400 manat olan 5 qram çəkilə nazik sarı qızıl boyunbağlı, dəyəri 300 manat olan 5 qram çəkidə sarı qızıl üzük, dəyəri 500 manat olan 6 qram çəkidə sarı qızıl uşaq sırğasının və ya onların cəmi dəyəri olan 6650 manatın ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə nikah münasibətlərinə girdikdən sonra onlara məxsus Bakı şəhəri, Keşlə qəsəbəsində yerləşən həyət evinə köçüb və uzun illər ailəsi tərəfindən onun üçün hazırlanmış cehiz əşyalarını, şəxsi geyimlərini və ona hədiyyə olunan qızıl əşyalarını həmin mənzilə aparmışdır. Hazırda həmin mənzildə ona məxsus müxtəlif adda cehiz əşya ları və şəxsi istifadəsində olan fərdi əşyaları və atasının, dayısının ona hədiyyə etdiyi qızılları qalmışdır. Cavabdeh isə həmin əşyaların ona geri qaytarılmasından imtina edir. Qızıl əşyaları aşağıdakılardan ibarətdir: dəyəri 3200 manat olan boyunbağı, qolbağ, sırğa, üzük (ağ brilyant qızıl), dəyəri 880 manat olan 11 qram çəkidə sarı qızıl tros boyunbağı, dəyəri 150 manat olan sarı qızıl uşaq qolbağı, dəyəri 200 manat olan sarı qızıl uşaq qolbağı, dəyəri 500 manat olan 6 qram çəkidə sarı qızıl sırğa, dəyəri 400 manat olan 5 qram çəkilə nazik sarı qızıl boyunbağlı, dəyəri 300 manat olan 5 qram çəkidə sarı qızıl üzük, dəyəri 500 manat olan 6 qram çəkidə sarı qızıl uşaq sırğası. Hədiyyə olunan həmin qızıl əşyaları ona məxsus olmuşdur.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-687/2 023 nömrəli, 07 mart 2023-cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Məhkəmə-Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Qızıl-zinət əşyalarının əyarı, çəkisi və s. barədə məlumatın ekspert baxışına təqdim edilməməsi səbəbindən məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilmişdir. 7.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-687/2023 nömrəli, 06 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia təmin edilməmişdir. 8.Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı evi rahat şəkildə, mübahisəsiz tərk etmiş, tərk edərkən akt tərtib edilmiş, həmin aktda nişan üzüyünü götürdüyünü, özünə aid bütün əşyaların yerində olduğunu, heç bir irad, şikayət, tələbi olmadığını, həmin mənzild ə başqa zinət əşyasının olmadığını öz imzası ilə təsdiq etmişdir. İddia ərizəsində qızılların yaşadıqları evdə olmasının qeyd edilməsinə baxmayaraq, məhkəmə iclasında iddiaçı həmin əşyaların yaşadığı evdə deyil, qaynanasının evində olduğunu, istədiyi vaxt ondan götürərək istifadə etdiyini, sonra isə yenidən ona qaytardığını bildirmişdir. Cavabdeh1 izahatında iddiaçının onun anası ilə münasibətinin soyuq olduğunu və bu səbəbdən də anasının onların evinə gəlmədiyini bildrmişdir. Digər Cavabdeh2 dolanışıqlarının çətin olduğunu, uşaqlarını atasız böyütdüyünü, satıcılıqla məşğul olmaqla pul yığaraq oğluna toy üçün yalnız qızıl nişan üzüyü aldığını, iddiaçının toyda taxdıqlarının qızıl olmadığını, onun tələb etdiyi digər əşyalardan isə məlumatlı olmadığını, iddiaçıya məxsus əşyaları heç vaxt onu n saxlamadığını bildirmişdir. 9.Həmçinin, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-687/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Məhkəmə-Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Qızıl-zinət əşyalarının əyarı, çəkisi və sair barədə məlumatın ekspert baxışına təqdim edilməməsi səbəbindən məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilmişdir. Sonradan məhkəmə baxış iclasında iddiaçı tərəfindən yenidən ekspertiza keçirilməsi barədə vəsatət verilmiş və qızıl-zinət əşyalarının birkası əlavə edilmişdir. Həmin birkalarda “Karvan TH” ticarət mərkəzi qeyd olunmuşdur.
10. Məhkəmə qeyd etmişdir ki, əvvəlki məhkəmə iclaslarında iddiaçının özü və onun tərəfindən dindirilmiş şa hidlər qızılların “Moskva” univermağından alındığını bildirmişdir. Həmçinin keçirilmiş məhkəmə iclaslarında iddiaçı qızıl-zinət əşyalarına dair birkaların onda olmadığını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə təqdim edilmiş birkaları mötəbər sübut kimi qəbul etməyərək, eləcə də iddiaçının əşyaların cavabdehdə olmasını sübuta yetirə bilmədiyini və prosessual qənaət prinsipini nəzərə alaraq, ekspertiza keçirilməsini zəruri hesab etməmişdir.
11. Bundan əlavə, əşyaların və onların dəyərinin müəyyən edilməsi üçün prosessual tədbirlər (ekspertiza təyin edilərək, ekspert vəsatəti tərəflərə göndərilsə də) görülsə də, ekspertiza keçirilməsi mümkün olmamışdır. İddiaçının ikinci baxış iclasında təqdim etdiyi Sumqayıt Şəhər Polis İdarəsinə iddiaçı tərəfindən edilmiş şikayətlə bağlı qeyd edilmi şdir ki, Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinin tələbinə uyğun olaraq, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Təqdim edilmiş sənədlər sübut kimi qəbul olunsa belə, həmin müraciətlər (13 yanvar 2022-ci il tarixli) evdən çıxarkən tərəflərin tərtib etdiyi aktdan (13 mart 2022-ci il tarixli) əvvəl olmuşdur.
12. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı tələb etdiyi qızılzinət əşyalarının mövcudluğunu, onların qızıl olmasını, onun mülkiyyətində olmasını, hazırda cavabdehlərin qanunsuz sahibliyində olmasını sübuta yetirə bilmədiyindən iddia təmin edilməməlidir.
13. Məhkəmə öz mövqeyini Ailə Məcəlləsinin 34.1, 34.2-ci maddələrinə, habelə Mülki Məcəllənin 157.2, 225. 2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi kifəyət qədər sübutların olmasını nəzərə almayaraq, cavabdeh tərəfin mülahizələrinə üstünlük verərək iddiaçının sübutlarına vəsatətlərinə məhəl qoymadan diqqət yetirmədən, iş üzrə təkrar ekspertiza keçirilməsinə maraqlı olmamış cavabdehin qızı-zinət əşyalarının cavabdehdə olmasını araşdırmadan, yalnız iş üzrə cavabdeh tərəfindən təqdim olunmuş formal aktı əsas tutub cavabdehin mövqeyi ilə razılaşmışdır. Həmçinin apellyasiya şikayətində ə lavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi, iddiaçının iştirakı ilə aktla əşyaların götürülməsi hissəsi ilə iddiaçı evi rahat şəkildə, mübahisəsiz tərk etməsi, tərk edərkən akt tərtib edilməsini, həmin aktda nişan üzüyünü götürdüyünü, özünə aid bütün əşyaların yerində olduğunu, heç bir irad, şikayət, tələbi olmadığını, həmin mənzildə başqa zinət əşyasının olmadığını öz imzası ilə təsdiqi ilə razılaşmır. Belə ki, akt cavabdeh tərəfindən əvvəlcədən planlı şəkildə öz istəklərinə uyğun tərtib olunmuş və aktın iddiaçı tərəfindən oxunmasına şərait yaradılmadan iddiaçıya tələsik imzalatdırılmışdır. Belə ki, iddia ərizəsində sadalanan qızıl-zinət əşyalarının hansı tərəfdə olması və iddiaçının əşyalarını aparanda qızıllarının hamısını aparmadığına birinci instansiya məhkəməsində qiy mət verilməmiş iddiaçının təqdim etdiyi foto şəkillərə birkalara eləcədə dəfələrlə münaqişə etdiklərindən polis oqranlarına şikayətlərin olmasını və bunun daimi hal almasına malik olması nəzərə alınmaqla, tərəflərin hər bir dəlilinə, o cümlədən mübahisənin diqqətəlayiq bütün digər hallarına düzgün hüquqi qiymət verilməmişdir. İddiaçı onu da qeyd etmişdir ki, iş üzrə obyektiv qərar verilməsinə nail olmaq üçün ekspertizanın aparılmasına nail olmalı eləcədə qızıl-zinət əşyalarının əyarı, çəkisi barədə məlumatı toplamaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilməli olduğu halda ekspertizanın keçirilməsinə şərait yaratmaqdan iddiaçını məhrum etmişdir. Məhkəmə ekspertizanın keçirilməsində maraqlı olmamış, özünün mülahizələrdən ibarət q anunsuz qətnaməsini qəbul etmişdir. Bundan əlavə məhkəmə qeyd etmşdir ki, sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq iddiaçının üzərinə qoyulması qanuni və əsaslı sayıla bilməz
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 aprel 2024-cü il tarixli, 2(103)-1454/2024 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2(005)-687/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər F.H.Qasımov-sədrlik edən və məruzəçi, F.V.Abdıyev və X.Ə.Sarıyev)
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi sübutetmə yükü ilə bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
18. Belə ki, əvvəlki məhkəmə iclaslarında iddiaçının özü və onun tərəfindən dindirilmiş şahidlər qızılların “Moskva” univermağından alındığını bildirmişlər. Həmçinin keçirilmiş məhkəmə iclaslarında iddiaçı qızıl-zinət əşyalarına dair birkaların onda olmadığını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası təqdim edilmiş birkaları mötəbər sübut kimi qəbul etməyərək, eləcə də iddiaçının əşyalarının cavabdehdə olmasını sübuta yetirə bilmədiyini və prosessual qənaət prinsipini nəzərə almaqla düzgün olaraq ekspertiza keçirilməsini zəruri hesab etməmişdir.
19. Apellyasiya şikayətinin digər dəlilində Sumqayıt Şəhər Polis İdarəsinə iddiaçı tərəfindən edilmiş şikayətin araşdırılmaması olmuşdur. Həmin şikayətlə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən müraciət 13 ya nvar 2022-ci il tarixdə daxil olsa da, bundan sonra 13 mart 2022-ci il tarixdə tərəflər əmlakların götürülməsi ilə bağlı akt tərtib etmişlər. Şikayətin məzmununda isə hazırkı iş üçün əhəmiyyət kəsb edən heç bir xüsusat mövcud deyil.
20. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, əgər əmlakların götürülməsi müraciət olunmazdan əvvəl baş versə idi, bununla bağlı həmin müraciətin araşdırılmasına zərurət yarana bilərdi. Lakin, şikayət edildikdən 2 ay sonra əmlaklar könüllü şəkildə təhvil verildiyindən bu istiqamətdə araşdırma aparmağa zərurət qalmamışdır.
21. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 392, 402 və 405-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin də lilləri
22. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinın ləğv edilməsi və iş üzrə müəyyən edilmiş hallar və sübutlar əsasında iddiaçının iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir
23. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, Apellyasiya instansiya məhkəməsi işin faktiki hallarının müəyyən edilməsində prosessual fəallıq göstərməmiş, təqdim olunmuş sübutlara tərəflərin qarşılıqlı münasibətinə uyğun qiymət verməmiş, nəticədə apelyasiya şlikayətinii təmin etməməklə qəbul etdiyi qətnamənin kassasiya qaydasında ləğvi üçün əsas yaratmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən h üquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;
26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
27. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
28. Maddə 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
32. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
37. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhk əməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
38. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyi ndən, hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
40. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğun u, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
41. Belə ki, apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi sübutetmə yükü ilə bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Əvvəlki, məhkəmə iclaslarında iddiaçının özü və onun tərəfindən dindirilmiş şahidlər qızıl-zinət əşyalarının “Moskva” univermağından alındığını bildirmişlər. Həmçinin keçirilmiş məhkəmə iclaslarında iddiaçı qızıl-zinət əşyalarına dair birkaların onda olmadığını bildirmişdir.
43. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş birkaları mötəbər sübut kimi qəbul etməyərək, eləcə də iddiaçının əşyalarının cavabdehdə olmasını sübuta yetirə bilmədiyini və prosessual qənaət prinsipini nəzərə almaqla düzgün olaraq ekspertiza keçirilməsini zəruri hesab etməmişdir.
44. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçının polisə müraciəti 13 yanvar 2022-ci il tarixdə daxil olsa da, 13 mart 2022-ci il tarixdə tərəflər əmlakların götürülməsi barədə akt tərtib etmişlər.
45. Göründüyü kimi, apellyasiya şikayətinin məzmununda hazırkı iş üçün əhəmiyyət kəsb edən heç bir xüsusat mövcud deyil.
46. Həmçinin apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əgər əmlakların götürülməsi mür aciət olunmazdan əvvəl baş versə idi, bununla bağlı həmin müraciətin araşdırılmasına zərurət yarana bilərdi. Lakin, hazırkı halda Polisə şikayət edildikdən 2 ay sonra əmlaklar könüllü şəkildə iddiaçıya təhvil verildiyindən, bu istiqamətdə araşdırma aparmağa zərurət qalmamışdır.
47. Qeyd olunanlara əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4 16, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi q ə r a r a aldı: İddiaçı X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 aprel 2024-cü il tarixli, 2(103)-1454/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.