Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2737/2023 22.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X4 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1776/2022 nömrəli, 05 aprel 2022ci il tarixli qətnaməsindən Cavabdeh (Vəkil2 Novruz oğlu) tərəfindən verilmiş kassasiya şikayətinə 22 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasınd a baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsində aparılmış araşdırma zamanı Cavabdeh izahatında bildirmişdir ki, 2019-cu ilin yanvar ayının ortalarında İddiaçı ilə işlətdikləri ünvan 1 ünvanında yerləşən “Buta 211” əczaxanasında görüşdükləri zaman İddiaçı ona 19.000 manat pul vermiş və həmin məbləğin üstündə ondan borcun faizi kimi 7.000 manat istəmişdir. Onlar həmin əczaxananı birgə işlətməyə başlamışlar. O, aldığı borc pulu İddiaçı tam şəkildə qaytarmış, lakin faiz borcunu qaytara bilməmiş, bu şəkildə İddiaçı hesablamalarına görə faiz borcu 27.000 manat təşkil etmişdir.
2. Cavabdeh anası X3 tərəfindən yazılmış qəbzin surətindən görünür ki, o, qızı Cavabdeh həqiqətən İddiaçı xx.xx.2019-cu il tarixdə 27.000 manat məbl əğində pul aldığını təsdiq etdiyini göstərmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən əsas borca görə 27.000 manat, vurulmuş ziyana görə 2.700 manat, mənəvi ziyana görə 10.000 manat və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 39.730 manat pulun tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə birlkidə 2014-cü ildə “SAF” aptekində əczaçı kimi işləmişlər və həmin vaxtdan onların dostluq münasibətləri yaranmışdır. 2019-cu ilin yanvar ayında “SAF” aptekindən işdən çıxaraq “Buta-211” aptekində işləməyə başlamışdır. 2019-cu ilin f evral ayında Cavabdeh onun işlədiyi aptekə gələrək onunla birlikdə iş qurmaq istədiyini və Bakı şəhərinə kosmetik vasitələrin gətirilməsini təşkil edəcəyini bildirmişdir. Bu məqsədlə Cavabdeh ilkin olaraq ondan 19.000 manat məbləğində, daha sonra isə əlavə olaraq 8.000 manat məbləğində pul almışdır. Razılaşdıqları müddətdə cavabdeh tərəfindən həmin kosmetik vasitələr ona təqdim olunmadığı üçün iddiaçı onunla əlaqə saxlamağa çalışmış, bu zaman Elvira həmin malların artıq Türkiyədən göndərildiyini və yaxın günlərdə Bakıya çatdırılacağını bildirmişdir. Lakin xeyli müddət keçməsinə baxmayaraq, həmin kosmetik vasitələr iddiaçıya təqdim edilməmişdir. Bu zaman aldadıldığını başa düşərək şikayət ərizəsi ilə Bakı şəhəri Nəsimi RP-nin 20-ci PB-nə müraciət etmiş, Polis Bölməsində araşdırma zamanı cav abdeh ondan 19.000 manat məbləğində pul aldığını etiraf etmiş, lakin həmin pulun ödənilməsi ilə əlaqədar heç bir sübutu təqdim edə bilmədiyi halda pulu ona qaytardığını bildirmişdir. Bununla belə, araşdırma zamanı cavabdehin anası X3 öz xətti ilə yazılmış qəbz təqdim edərək qızı Cavabdeh həqiqətən ona 27.000 manat məbləğində borcu olduğunu etiraf etmiş, eləcə də, ondan qızından şikayət etməməsini xahiş edərək, yaxın günlərdə qızının ona olan borcunu qaytaracaqlarını bildirmişdir. Lakin borc ona qaytarılmamışdır. Beləliklə, cavabdeh 2 ildən çoxdur ki, onun xeyli miqdarda pul vəsaitini qeyri-qanuni olaraq mənimsəməklə ona külli miqdarda ziyan vurmuşdur.
5. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddia ərizəsi əsassızdır. Bel ə ki, 2019-cu ilə kimi iddiaçı ilə birlikdə işləmiş, digər borcunu ödəmək üçün ondan 19.000 manat məbləğində borc pul götürmüş, bu zaman borc pul ilə birlikdə əlavə olaraq 7.000 manat da qaytaracağına söz vermişdir. İki həftəlik müddət ərzində iddiaçıya, ondan borc kimi aldığı 19.000 manat məbləğində pulu qaytarmış, lakin faiz məbləğini qaytara bilməmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Cavabdeh ilə uzun müddət bir yerdə işləmişlər. Bir gün Cavabdeh ona yaxınlaşaraq, Gülsüm adlı şəxsə borcu olduğunu bildirərək ondan pul istəmişdir. Bu zaman ona pulunun olmadığını, yalnız qızıl verə biləcəyini bildirmişdir. Cavabdeh onun qızıllarını lombarda qoyaraq pul götürmüş, lakin aradan kifayət qədər müddət küçməsinə baxmayaraq borcu qaytarmamışdır. Borcu qaytarmaqdan imtina etdiyi ona aydın olduqdan sonra cavabdehlə əlaqə yaratmağa çalışmış, bu zaman cavabdehin anası ona cavabdehin xəstə olduğunu, bu səbəbdən müalicə aldığını bildirmişdir. Sonradan isə cavabdehin ondan başqa bir sıra şəxslərə də borclu olduğunu müəyyən etmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5932/2021 nömrəli, 26 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia təmin edilməmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hər hansı əqdin (borc müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxsin və ya öhdəlik götürmüş şəxsin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğu n olması vacib olduğu halda, bu hallar mövcud olmamış, iddiaçı isə bununla bağlı irəli sürdüyü dəlillərin əsasını təşkil edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
9. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 399.1, 740.1, 740.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
10. Qətnamədən iddiaçı (Vəkil1) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, qətnamə maddi və prosessual hüquq n ormalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh ona olan borcunu qaytardığını bildirmiş, lakin qeyd edilən halı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilmədiyi halda məhkəmə əsassız olaraq iddianı rədd etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1776/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Xəyal Sarıyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin olunmuş, Cavabdeh 19.000 manat məbləğində borc və həmin borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün 1.900 manat faiz olmaqla, cəmi 20.900 manat pulun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
13. Apellyasiya instansiyası məhkəməsi birinci intansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə iddianı tam rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlməmişdir.
14. Belə ki, cavabdehin iddiaçıdan 19.000 manat pul almasını etiraf etməsi barədə polis orqanına verdiyi izahatı iddianın tələb edilən pul məbləğinin 19.000 manat hissəsinin sübutu kimi qəbul edilməlidir.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı 2019-cu ildə yaranmış borcları tələb etməsi üçün yazılı (sadə və ya notariat) müqavilə təqdim etməlidir. Yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Bu səbəbdən iddiaçı 2019-cu ildən yaranmış borc ları tələb etməsi üçün yazılı müqavilə təqdim etmədiyindən, bununla da, əqdin formasına əməl olunmadığından, borcla bağlı bağlanmış əqdlər əhəmiyyətsizdir. Hazırkı halda iddiaçının tələb etdiyi 19.000 manat əhəmiyyətsiz əqd (borc müqaviləsi) üzrə verilmiş olsa belə, həmin pul məbləği əvəzedilən əşya olmaqla, Cavabdeh əmlakına qarışdığından və onun həmin əşya olan pul üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olmuşdur.
16. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyindən İddiaçı Cavabdeh 2019-cu ildə yaranmış 19.000 manat məbləğində pulun geri qaytarılmasını tələb etməkdə haqlıdır.
17. Bundan başqa, hazırkı mülki mübahisə üzrə cavabdeh tərəf iddia müddətinin tətbiqi barəd ə məhkəməyə ərizə verməmişdir.
18. Məhkəmə kollegiyası həmçinin, iddia tələbinin 2.700 manat maddi zərərin ödənilməsi hissəsinə qiymət verərək qeyd etmişdir ki, iddia tələbi iddiaçı tərəfindən cavabdehə verilməsi sübuta yetirilən 19.000 manat məbləğin qaytarılmasının gecikdirildiyi tələb olunan 2 il müddət üçün illik 5 faizin tutulması hissəsində təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə borc məbləğinin ödənilməsinin gecikdirildiyi vaxt üçün 1.900 manat məbləğində pul tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
19. Bununla yanaşı məhkəmə kollegiyası hesab etmişdir ki, 10.000 manat mənəvi zərər vurulmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyi üçün iddia tələbi mənəvi ziyanın tutulması hissəsində təmin edilməməlidir.
20. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 329.2, 337.1, 372.2, 445.7, 1091.1, 1092.2-ci maddələrinə və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
21. Qətnamədən cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən, iştirakı təmin olunmaqla baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndəriməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə Mülki Məcəllənin 739, 741, 742-ci maddələrini tətbiq etməli olduğu halda onları tətbiq etməmiş, yanlış olaraq həmin Məcəllənin 1091.1, 1091.2, 1092.1-ci maddələrini tətbiq etmişdir. Bununla da qəbul edilmiş qətnamədə maddi hüquq normalarının pozuntusuna yol verilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman ona heç bir bildiriş göndərilməmiş, məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməmiş, bununla məhkəmə baxışında iştirakı təmin olunmamış, beləliklə ədalətli məhkəmə araşdırılması hüququ məhkəmə tərəfindən pozulmuşdur.
24. Məhkəmə kollegiyası cavabdehin anası X1 hədə-qorxu ilə alınmış saxta qəbzi sübut kimi qəbul etmiş, bu zaman həmin qəbzin alınma şəraitini aydınlaşdırmamış, Ahu Hüseynovanı, həmçinin qəbzdə imzası olan şahidləri dindirməmiş, eləcə də cavabdehin bu sübuta münasibəti ilə maraqlanmamışdır. Halbuki, həmin qəbzin heç bir hüquqi əsası yoxdur, yazıdakı xətt anası na məxsus deyildir.
25. Polis bölməsində tərəfindən verilən izahatda da qeyd olunduğu kimi iddiaçıdan borc kimi aldığı 19.000 manatı və əlavə hesablanmış 7.000 manatı ona tam olaraq qaytarmış, həmin məbləğin üzərinə 7.000 manat əlavə faiz olaraq hesablanmış, vaxt keçdikcə faiz borcunun miqdarı artaraq ümumi borc məbləği 27.000 manat olmuşdur. Halbuki, iddiaçıdan bu məbləğdə pul almamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
26. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
27. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
28. Maddə
385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
30. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
31. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
32. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
33. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əl də etdiyinə və ya qəsdən əldə etmədiyinə.
34. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
35. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.
36. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
37. Maddə 14.2. Məhkə mə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir.
39. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
40. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
44. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 417.1.1. Kassasiya i nstansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutl ara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Kassasiya şik ayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
53. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman ona heç bir bildiriş göndərilməməsi barədə dəlilinə münasibət bildirilərək qeyd edir ki, kassasiya şikayətinin həmin dəlili əsassızdır. Belə ki, iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Cavabdeh yaşadığı Bakı şəhəri, Nəsimi rayonu A.Səhhət küçəsi 71 saylı ünvana məhkəmə iclaslarının vaxtı və yeri barədə bildirişlər sifarişli poçt göndərişi (məktubu) ilə göndərilmiş, lakin həmin bildirişlərin yerləşdirildiyi poçt zərfləri, poçt xidmətinin əməkdaşı tərəfindən “bu ünvanda yaşamır” qeydi aparılmaqla apellyasiya məhkəməsinə qaytarılmışdır. İşə cavabdehin yaşadığı ünvana bir neçə dəfə bildiriş göndərildikdən sonra baxılmışdır. Halbuki cavabdeh birinci instansiya məhkəməsində iştira k edərkən və kassasiya şikayətində faktiki yaşadığı ünvan kimi məhz Bakı şəhəri, Nəsimi rayonu A.Səhhət küçəsi 71 saylı ünvanı göstərmişdir.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
55. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.
56. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər.
57. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
58. Həmin Məcəllənin 137.2-ci maddəsinə əsasən ünvan sahibi və ya digər şəxs məhkəmə bildirişini qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs məhkəmə bildirişində müvafiq qeydlər etdikdən sonra onu məhkəməyə qaytarır. Bu halda məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab olunur.
59. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halları n aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibar ət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
61. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
62. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
63. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
64. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1776/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.