Məhkəmə qərarları › İş №2(102)-2739/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2739/2021

07.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2739/2021 07.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “uşaqları ilə birlikdə özbaşına tikili hesab olunan ünvana istifadə hüququ tanınmaqla həmin evə köçürülmələri” barədə ilk, Cavabdeh2 İddiaçı qarşı “yataq dəstinin fərdi yaşayış evindən çıxarılmasına və əşyaların yerləşdiyi otağın boş vəziyyətdə ona təhvil verilməsi vəzifəsinin İddiaçı həvalə olunmasına” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikiliyə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Məhəmməd qızının katibliyi, İddiaçı, Cavabdeh2 və onun vəkili Xəlilov Hikmət Əjdər oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7471/2020 nömrəli iş üzrə 21 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 3 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 16.02.2015-ci il tarixli AZ-İİ 023157 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 ilə X1 nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 16.02.2015ci il tarixdə 365 nömrə ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Zurabova soyadı verilmişdir. Tərəflərin birgə nikahından 27.05.2015-ci il tarixdə X9, 10.07.2016-cı il tarixdə X6 anadan olmuşdur. 4 saylı doğum evinin 154 saylı epikrizindən müəyyən olunur ki, 25.04.2017-ci il tarixdə xəstəxanaya daxil olan xəstə İddiaçı sağ tərəfli uşaqlıqdan kənar boru hamiləliyi diaqnozu təyin olunmuş, xəstə əməliyyat olunduqdan sonra o, 28.04.2017-ci il tarixdə ambulator müalicəyə yazılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları 27.05.2015-ci il təvəllüdlü X9 və 10.07.2016-cı il təvəllüdlü X6 ilə birlikdə ünvan 1ndə yerləşən özbaşına tikili hesab olunan ünvana istifadə hüququ tanınmaqla həm in evə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışıdr ki, o, Cavabdeh1la 16.02.2015-ci ildə nikaha daxil olmuş, birgə nikahlarından 27.05.2015-ci il təvəllüdlü X9 və 10.07.2016-cı il təvəllüdlü X6 anadan olmuş, nikahı hal-hazırda da qüvvədədir. Nikaha daxil olduqdan sonra o, Cavabdeh1 ailəsi ilə birlikdə yaşadığı ünvan 1ndə yerləşən özbaşına tikiliyə gəlin köçərək cehizlərini həmin ünvana aparmışdır. O, Cavabdeh1la birlikdə ünvan 1ndə yerləşən özbaşına tikilidə yaşadığı müddətdə həyat yoldaşı ilə birlikdə tikinti-bərpa işləri aparmışdır. O, 29.12.2016-cı il tarixdə və ikinci dəfə 25.04.2017-ci il tarixdə cərrahiyyə əməliyyatları keçirmişdir. Hər əməliyyatdan sonra həkim ona ağır işlərlə məşğul olmağı qadağan etmişdir. Əməliyyatdan sonra o, ər evinə getmiş, lakin ona və uşaqlarına baxan olmadığından məcbur qalaraq sağlamlığının bərpa olunanadək anasıgilə getmişdir. İkinci dəfə anasıgilə gedərkən qaynanası Cavabdeh2 ona 10 gün müddətində qayıdıb gəlməsini bildirmişdir. Lakin o, qeyd edilən vaxtda səhhətində olan problemlərə əsasən qayıda bilməmişdir. Bir müddət sonra o, əri Cavabdeh1 evə qayıtmaq istədiyini bildirmiş, lakin əri anası Cavabdeh2 onlar evə qayıtsa özünü yandıracağını ona demiş və evə qayıtmamasını bildirmişdir. Cavabdeh2 məqsədli şəkildə bunu bəhanə edərək onun fərdi yaşayış evində yaşamasına maneçilik törətmiş və imkan verməmişdir. Cavabdeh2 qızı İlhaməni də məqsədli şəkildə boşatdıraraq bu fərdi yaşayış evində saxlamışdır. Belə ki, əri İlhaməni dəfələrlə öz evinə aparmaq istəsə də Cavabdeh2 buna imkan verməmişdir. Həmin ev onun və uşaqlarının daimi yaşayış yeri olmuş və ona məxsus əşyalar da qanuni əsaslarla bu fərdi yaşayış evində yerləşir. Həmçinin onun azyaşlı uşaqlarının da hüquqları pozulur, onların da normal şəraitdə yaşamaq hüquqları vardır. O, iki ay kirayədə yaşasa da, sonra kirayə pulunu verməyə maddi imkanı olmadığına görə hazırda müvəqqəti olaraq valideynlərinə məxsus fərdi yaşayış evində yaşayır. Valideyninin evində bacısı və qardaşları yaşayırlar, ev həddindən artıq darısqaldır. Qarşılıqlı iddia tələbi tam əsassızdır. Belə ki, onun və himayəsində olan uşaqlarının yeganə yaşayış sahəsi olan evdən əşyalarının çıxarılması mümkün deyildir. Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus yataq dəstinin ünvan 1ndə yerləşən fərdi yaşayış evind ən çıxarılmasına və əşyaların yerləşdiyi otağın boş vəziyyətdə ona təhvil verilməsi vəzifəsinin İddiaçı həvalə olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iki otaqdan ibarət olan ev onun tərəfindən öz şəxsi vəsaiti hesabına 2009-cu ildə tikilmiş və təmir edilmiş, evin su, elektrik və qaz təchizatı ilə bağlı müvafiq dövlət orqanları ilə müqavilələr onunla bağlamışdır. Bu müddət ərzində həmin evin bütün kommunal xərcləri, qaz, su, elektrik enerjisindən istifadəyə görə haqqlar onun tərəfindən ödənilmişdir. Cavabdeh1 birinci nikahı pozulduqdan sonra o, İddiaçı ilə nikaha daxil olmuş və İddiaçı onların yaşadıqları evə köçməklə cehiz əşyalarını bu evə gətirmişdir. Həmin evdə, o, qızı iki uşağı, oğlu və İddiaçı uşaqları ilə birlikdə yaşa mışlar. İddiaçı birinci dəfə əməliyyat olunduqdan sonra anasının evinə getmiş və 2 aydan sonra geri qayıtmışdır. Həmin vaxt o, İddiaçı birdə uzun müddət anasının evində qalacağı halda geri qayıtmasına icazə verməyəcəyini demişdir. İkinci əməliyyatdan sonra o, A.M. Zurabovanın qayğısına qalaraq ona çay, yemək versə də, İddiaçı onun verdiyi yeməyi yeməmişdir. Daha sonra ikinci dəfə əməliyyatdan sonra İddiaçı öz valideynlərinin evinə getmişdir. Bu yaxınlarda oğlu Cavabdeh1 İddiaçı evə qaytmaq istədiyini ona demiş, o, gəlinin ondan üzr istədikdən sonra evə qayıda biləcəyini oğluna demişdir. Bundan sonra İddiaçı məhkəməyə müraciət etməsi ona məlum olmuşdur. İddiaçı evdən gedərkən özünə məxsus olan bütün əşyaları götürmüş, təkcə yataq dəsti otaqlardan birində qalmışdır. Yataq dəstinin otaqda q alması onun həmin otaqdan sərbəst, öz istəyinə uyğun istifadə edilməsinə mane olur. Ona görə də ilk iddia ərizəsinin rədd edilməsinə, qarşılıqlı iddia ərizəsinin təmin edilərək İddiaçı məxsus olan yataq dəstinin ünvan 1ndə yerləşən fərdi yaşayış evindən çıxarılmasına və əşyaların yerləşdiyi otağın boş vəziyyətdə ona təhvil verilməsi vəzifəsinin İddiaçı həvalə olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəməyə Cavabdeh2 tərəfindən təqdim olunan ******* saylı və 197183 saylı aktların surətlərindən müəyyən olunur ki, yaşadığı ünvanda təbii qazdan və elektrik enerjisindən istifadə etməsində mövcud olan nöqsanlara görə Cavabdeh2 barəsində aktlar tərtib olunmuşdur. Azərsu ASC ilə Cavabdeh2 arasında bağlanmış 10.08.2010-cu il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Azərsu ASC C avabdeh2 yaşadığı ünvanda su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinin göstərilməsini öhdəsinə götürmüşdür. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, İddiaçı onun qardaşı qızıdır. Cavabdeh2 elçi gələrkən İlqarın onun yeganə oğlu olmasını, İlqarın evinin olmasını onlara demişdir. İddiaçı 2016 və 2017-ci illərdə iki dəfə əməliyyat olunmuş, lakin qaynanası İddiaçı və uşaqlarına baxmadığından Aytac anasının evinə getməyə məcbur olmuşdur. İkinci dəfə 2017-ci ildə əməliyyat olunduqdan sonra İddiaçı bir müddət anasının evində yaşamış, öz evinə qayıtmaq istədikdə qaynanası Aytacı evə buraxmamışdır. Bir müddət Aytac kirayədə yaşasa da, maddi imkanı olmadığından yenidən anasının evinə qayıtmışdır. İlqar onlara anasının Aytac evə qayıdacağı halda özünü yandıracağ ını demişdir. O, özü də İradənin evinə gedərək Aytacın evə qayıtmaq istədiyini demiş, lakin İradə icazə vermədiyini bildirmişdir. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, o, A.M. Zurabovanın anası ilə bir yerdə işləyir. Ona görə də bilir ki, İddiaçı 2017-ci ildə ikinci dəfə əməliyyat olunduqdan sonra evinə qayıtmaq istədikdə qaynanası onu evə buraxmamışdır. Bundan sonra İddiaçı 2-3 ay kirayədə yaşamış, sonradan kirayə haqqını ödəyə bilmədiyindən yenidən anasının mənzilinə qayıtmışdır. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, o, Cavabdeh2 ilə 15 ilə yaxındır rəfiqədir və təxminən ayda bir dəfə rəfiqəsinin evinə gedir. Heç vaxt İddiaçı rəfiqəsi Cavabdeh2 evində görməmişdir. İ.Ə. Zurabovanın sözlərindən gəlini İddiaçı anasının evində yaşadığını bilir. Məhkəmə iclas ında şahid X5 ifadəsində göstərmişdir ki, Cavabdeh2 ilə onun anası rəfiqədirlər. O, təxminən 4-5 ildir anasını Cavabdeh2 məxsus ünvan 1ndə yerləşən evə gətirib aparır. O, İ.Ə. Zurabovanın qızını və uşaqlarını görüb, lakin gəlinini həmin evdə heç vaxt görməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Səadət Səlimova) 29 oktyabr 2019-ci il tarixli, 2(001)-7254/19 nömrəli qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilmiş, İddiaçı 27.05.2015-ci il təvəllüdlü X9 və 10.07.2016-cı il təvəllüdlü X6 ilə birlikdə ünvan 1ndə yerləşən özbaşına tikiliyə köçürülməsi, ilk iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, Cavabdeh2 İddiaçı qarşı yataq dəstinin ünvan 1ndə yerləşən fərdi yaşayış evindən çıxarılmasına və əşyaların yerləşdiyi otağın boş vəziyyətdə ona təhvil verilməsi vəzifəsinin İ ddiaçı həvalə olunmasına dair qarşılıqlı iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 1ndə özbaşına ev inşa etmiş, Cavabdeh1 İddiaçı ilə nikaha daxil olduqdan sonra İddiaçı yaşadığı evə köçürmüş, bu ünvanda Cavabdeh1 və İddiaçı iki övladı anadan olmuş, İddiaçı 2017-ci ilin aprel ayında əməliyyat olunduqdan sonra yaşadığı evdə onun qayğısına qalan olmadığından anasının evinə getmiş, geri qayıtmaq istəyərkən Cavabdeh2 buna öz etirazını bildirmiş, Cavabdeh1 isə anasının etirazının olması səbəbindən İddiaçı evə qayıtmasına icazə verməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MM-nin 180-cı maddələrinin tələblərinə əsaslanaraq qeyd etmişdir ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə h üququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlmişdir ki, ilk iddiaçı himayəsində olan uşaqları ilə birlikdə ilk iddia ərizəsi üzrə cavabdehlər kimi özbaşına inşa olunan ünvan 1ndə yerləşən evdə yaşadığından, bu tikili Cavabdeh1 ailə üzvləri olan iddiaçının uşaqları ilə birlikdə yeganə yaşayış sahəsi olduğundan, Cavabdeh2 etirazının əsasları iddiaçının uşaqları ilə birlikdə bu evə köçürülmələrinin qarşısını ala biləcək əsaslar olmadığından iddiaçının uşaqları ilə birlikdə özbaşına inşa olunan ünvan 1ndə yerləşən Cavabdeh2 yaşadığı evə köçürülmələrinə dair iddia tələbi əsaslıdır ona görə də təmin edilməlidir. Belə ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə ilk iddiaçının ünvan 1ndə yerləşən evə istifadə hüquqlarının tanınması tələbi ilə bağlı qeyd etmişdir ki, mülki qanunvericiliyin tələblərinə əsasən özbaşına inşa olunan tikiliyə hüquqların yaranması yolverilməz olduğundan ilk iddia ərizəsi bu hissədə təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddia tələbləri ilə bağlı sübutları tədqiq edib qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı İddiaçı da övladları ilə birlikdə özbaşına tikiliyə yaşamaq hüququnun olması, Cavabdeh2 yaratdığı maneələrə əsasən İddiaçı bu evdə yaşaya, həmin evdə yerləşən əmlaklarından istifadə edə bilməməsi öz təsdiqini tapdığından qarşılıqlı iddia tələbləri əsassızdır, ona görə təmin edilə bilməz. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Konstitusiyasının 60, 43, Azərbaycan Respublikası Mülki Məcəlləsini n 180.1, 180.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin qismən İddiaçı 27.05.2015-ci il təvəllüdlü X9 və 10.07.2016-cı il təvəllüdlü X6 ilə birlikdə ünvan 1ndə yerləşən özbaşına tikiliyə köçürülməsi, Cavabdeh2 İddiaçı qarşı yataq dəstinin Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evindən çıxarılması və əşyaların yerləşdiyi otağın boş vəziyyətdə ona təhvil verilməsi vəzifəsinin İddiaçı həvalə olunmasına dair qarşılıqlı iddia ərizəsinin təmin olunmaması hissəsində ləğv edilməsini, ilkin iddia tələbinin təmin olunmaması, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki 1-ci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Elşən Kazımov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) 14 fevral 2020-ci il tarixli qətnaməsi iləCavabdeh2 apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 oktyabr 2019-ci il tarixli, 2(001)-7254/19 nömrəli qətnaməsi qismən, yəni ilkin iddianın təmin edilən, qarşılıqlı iddianın isə təmin olunmayan hissəsində qismən ləğv olunmuş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilərək Cavabdeh2 məxsus ünvan 1ndə yerləşən fərdi yaşayış evindən (özbaşına tikilidən) İddiaçı məxsus yataq dəstinin çıxarılması qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfi ndən müəyyən edilmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə (özbaşına tikiliyə) iddiaçının yaxud onunla rəsmi nikahda olmuş, keçmiş əri Cavabdeh1 hər hansı bir aidiyyətinin olub-olmaması ilə bağlıdır. Belə ki, iddiaçı həmin evin ona yaxud keçmiş ərinə hər hansı bir hüquqla məxsus olduğunu yaxud aidiyyətini mübahisələndirmir. Əksinə qəbul edir ki, mübahisəli ev (özbaşına tikili) cavabdehin oğlu ilə nikaha girməmişdən xeyli əvvəl qaynanası olan iş üzrə cavabdehə məxsus olmuşdur. Buna baxmayaraq cavabdehin oğlu ilə nikaha girdiyi və həmin evə köçdüyü üçün mübahisə predmeti olan evə yaşayış hüququnun mübahisəsiz yaran dığını düşünür. Apellyasiya baxışı zamanı da iddiaçı köçmək istədiyi evin tikintisi yaxud təmiri (yaxşılaşdırması) ilə bağlı şəxsi vəsaiti hesabına hər hansı bir formada iştirak etmədiyini təsdiq etmişdir. İddiaçının cavabdehin ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından qeydə alınmasa da həmin mübahisəli yaşayış sahəsinə köçmək və ondan istifadə etmək səlahiyyəti də ola bilməz. Çünki, iddiaçının bu istəyi ən azından qaynanası olan cavabdehin bilavasitə razılığı ilə şərtləndirilir. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da mübahisə predmeti olan evi faktiki sahiblik edən cavabdeh qaynananın isə belə razılığı verməyə məcbur etmək hüquqa uyğun sayıla bilməz. Birinci instansiya məhkəməsi i ş üzrə gəldiyi qənaətini əsaslandırarkən hətta tərəflərin gəlin və qaynana olmalarını, yəni onların hüquqi vəziyyətini də unudaraq qeyd edir ki,... bu tikili Cavabdeh1 ailə üzvləri olan iddiaçının uşaqları ilə birlikdə yeganə yaşayış sahəsi olduğundan, Cavabdeh2 etirazının əsasları iddiaçının uşaqları ilə birlikdə bu evə köçürülmələrinin qarşısını ala biləcək əsaslar olmadığından iddiaçının uşaqları ilə birlikdə özbaşına inşa olunan ünvan 1ndə yerləşən Cavabdeh2 yaşadığı evə köçürülmələrinə dair iddia tələbi əsaslıdır ona görə də təmin edilməlidir. Göründüyü kimi, məhkəmə tərəflərin bir-biri ilə hansı münasibətlərdə olmasını da özü üçün dəqiq müəyyənləşdirmədən ziddiyyətli nəticəyə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi cavabdeh İlqar Zurabovun birinci instansiya məhkəməsində iddian ı özünəməxsus şəkildə etiraf etməsi ilə bağlı qeyd etmişdir ki, Cavabdeh1 29 oktyabr 2019-cu il tarixli məhkəmə iclasında verdiyi izahatdan açıq-aşkar görünür ki, o, iddianı bilərəkdən etiraf edir. Lakin onun iddia tələbini bu formada etiraf etməsi heç də iddianın əsaslı olduğuna dəlalət edə bilməz. Çünki, cavabdehin iddianı bu formada etiraf etməsi-...evin tikintisinə mənim də qazancım sərf olunmuşdur....Ona görə də ilk iddia ərizəsinin təmin edilməsini, ailəmə sığınacaq verilməsini xahiş edirəm” qanunun tələblərinə uyğun olmalı və hər hansı bir şəxsin, o cümlədən ilk iddia üzrə digər cavabdeh olan anasının hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Göründüyü kimi, Cavabdeh1 iddianı tam olaraq etiraf etməsinin qanuna zidd olması və Cavabdeh2 hüquqlarını və qanunla qorunan mə nafeyini pozması iş materiallarından açıq-aşkar görünür. Apellyasiya baxışı zamanı da iddia tələbinin bu hissədə əsassız olması, iddiaçının hazırkı iddianı irəli sürməklə, Cavabdeh1 isə iddianı tam etiraf etməklə hüquqlarından pis niyyətlə suiistifadə etməsi öz təsdiqini tapmışdır. Belə ki, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Cavabdeh1 hüquqdan sui-istifadə edərək Cavabdeh2 ziyan vurmaq məqsədi ilə iddianı etiraf etməsi təqdim olunan sənədlərlə, o cümlədən apellyasiya şikayətinin bütün dəlilləri ilə təsdiq olunur. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia ilə bağlı qeyd etmişdir ki, ilk iddia əsaslı olmasa və təmin edilməsə də, qarşılıqlı iddia “yataq dəstinin ünvan 1ndə yerləşən fərdi yaşayış evindən çıxarılması” hissəsində əsas lıdır. Belə ki, qeyd olunduğu kimi mübahisə predmeti olan ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da faktiki mövcuddur, yaşayış sahəsi kimi qarşılıqlı iddiaçı tərəfindən istifadə olunur, işıq, qaz, su və.s kommunal xidmətlərə dair ödənişlər onun tərəfindən ödənilir. Bu cür vəziyyətdə, eləcə də ilk iddiaçının həmin evə köçürülməsi təmin edilmədiyi halda ona məxsus yataq dəsti də həmin evdə qala bilməz. Çünki, istər-istəməz yataq dəstinin həmin evin bir yaşayış otağında saxlanması qarşılıqlı iddiaçının hüquqlarını pozmaya bilməz. Qarşılıqlı iddianın “əşyaların yerləşdiyi otağın boş vəziyyətdə ona təhvil verilməsi vəzifəsinin İddiaçı həvalə olunması” hissəsi əsaslı ola və təmin edilə bilməz. Çünki, işdən görünür ki, ilk iddiaçıya məxsus yataq dəsti həmin evin bir otağında yerləş sə də, otaq faktiki olaraq ilk iddiaçının istifadəsində və sahibliyində deyildir. Ona görə də ilk iddiaçının üzərinə bu cür vəzifə qoyula bilməz. Apellyasiya instansiya məhkəməsi qətnaməsini Azərbaycan Respublikası MPM-nin 52.5, 191.2, 191.3, 191.4, 220.4-cü maddələrinə istinad edərək əsaslandırməşdır. İddiaçı kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki 1-ci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ə.Nurməmmədov - sədrlik edən və məruzəçi, A.Hüseynov və İ.Xələfov) 2(102)-3833/2020 saylı, 17 avqust 2020-ci il tarixli qərarı ilə İddiaçı kasasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki ko llegiyasının 2(103)-2329/2020 nömrəli iş üzrə 14 fevral 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə, yəni ilk iddia tələbinin rədd edilən hissədə (iddiaçının azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi) və qarşılıqlı iddia tələbinin təmin edilən hissədə (iddiaçıya məxsus yataq dəstinin həmin evdən çıxarılması) ləğv edilməsi və mülki iş ləğv edilən hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Belə ki, iş materiallarına görə yaşayış evinin təkcə Cavabdeh2 tərəfindən inşa olunması müəyyən edil ir, digər Cavabdeh1 iddianı etiraf etmək hüququ yoxdur, İddiaçı qaynanası Cavabdeh2 ailə üzvü olmadığına görə analogiya üzrə 01 oktyabr 2009-cu ildən qüvvəyə minmiş Mənzi Məcəlləsinin 8-ci fəslinin müddəalarına əsasən onun mübahisəli yaşayış sahəsinə köçmək və ondan istifadə etmək imkanı da yoxdur. Mübahisənin predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən yaşayış evi özbaşına tikilidir, evin yerləşdiyi torpaq sahəsinin hüquqi statusu, yəni dövlət, bələdiyyə, yaxud digər şəxsin mülkiyyətində olmasına dair işdə heç bir sübut yoxdur. İş üzrə tərəflərin həmin yaşaşyış evinə və evin yerləşdiyi torpaq sahəsinə hər hansı hüquqlarının olması müəyyən edilmir. Lakin yaşayış evi təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün o lmayan obyekt olaraq, əmlak nemətlərinin toplusu kimi mövcuddur, cavabdehlər həmin evdən yaşayış sahəsi kimi istifadə edirlər, başqa ünvanlarda qeydiyyatda olsalar da həmin ev onların faktiki yaşayış yeridir. Həm iddiaçı, həm də digər Cavabdeh1 verdiyi izahatlarında mübahisəli evin tikintisi zamanı Cavabdeh1 da əmək və vəsait sərf etdiyini, sonuncunun da digər Cavabdeh2 ilə bərabər yaşayış evinə aidiyyətinin olduğunu göstərmişdir, hər iki cavabdehin inşa edildiyi vaxtdan həmin evdə yaşamaları müəyyən olunmuşdur. İddiaçı hər iki cavabdehin təşəbbüsü ilə evə köçürülməsi, ailə üzvü kimi orada yaşaması, sonradan evi könüllü surətdə deyil, Cavabdeh2 ilə münasibətlərinin gərginləşməsi səbəbindən tərk etməsi də iş materiallarından irəli gələn hallardır. Belə olan halda apellyasiya instansiyası mə hkəməsi mübahisəli yaşayış evinin təkcə cavabdeh-qaynana Cavabdeh2 məxsus olması barədə nəticəyə gəlməkdə səhvə yol vermiş, digər cavabdeh, iddiaçının əri Cavabdeh1 həmin evə aidiyyəti məsələsi müəyyən edilməmişdir. Halbuki həmin məsələnin müəyyən olunması mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir, həmin məsələ müsbət həllini tapdığı halda qanunun analogiyası tətbiq edilməklə 01 oktyabr 2009cu ildən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 8-ci fəslinin müddəalarına əsasən Cavabdeh1 ailə üzvü olan arvadı, İddiaçı azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürmək hüququ vardır. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin İddiaçı məxsus yataq dəstinin evdən çıxarılmasının təmin olunması hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin tələb ilk iddianın yaşayış evinə köçürülməsi tələbinin təmin olunub-olunmamasından asılıdır, ona görə də həmin hissədə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquq i qiymət verməlidir. Məhkəmə kollegiyası qərarını 01 oktyabr 2009-cu ildən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 8-ci fəslinin müddəalarına, Azərbaycan Respublikası Konstitusiyasının 43.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsindəki 2-ci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər A.İmanov - sədrlik edən və məruzəçi, Q.Əsgərov və V.Sadıqov) 21.10.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7254/2019 saylı 25 noyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin göstərişlərinin nəzərə alaraq iş üzrə araşdırma aparmış və tərəflərin vermiş olduğu izaha tlardan məlum olmuşdur ki, mübahisəli evin tikintisi zamanı Cavabdeh1 da əmək və vəsait sərf etmiş, sonuncunun da digər Cavabdeh2 ilə bərabər yaşayış evinə aidiyyəti olmuş və hər iki cavabdeh inşa edildiyi vaxtdan həmin evdə yaşamışlar. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1 və 180.2-ci maddələrinə əsaslanaraq, tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib haqlı olaraq qeyd etmişdir ki, ilk iddiaçı himayəsində olan uşaqları ilə birlikdə ilk iddia ərizəsi üzrə cavabdehlər kimi özbaşına inşa olunan ünvan 1ndə yerləşən evdə yaşadığından, bu tikili Cavabdeh1 ailə üzvləri olan iddiaçının uşaqları ilə birlikdə yeganə yaşayış sahəsi olduğundan, Cavabdeh2 etirazının əsasları iddiaçının uşaqları ilə birli kdə bu evə köçürülmələrinin qarşısını ala biləcək əsaslar olmadığından iddiaçının uşaqları ilə birlikdə özbaşına inşa olunan ünvan 1ndə yerləşən İ.Ə. Zurabovanın yaşadığı evə köçürülmələrinə dair iddia tələbi əsaslıdır ona görə də təmin edilməlidir. Belə ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddianı mübahisələndirilən hissədə təmin etməklə və qarşılıqlı iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə münasibətdə apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətində qeyd olunanlar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin e dilə bilməz. Belə ki, iddiaçı nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatı zamanı istinad etdiyi dəlilləri təsdiq edəcək heç bir sübutu təqdim etməmişdir. Cavabdeh2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21.10.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilin tikilməsinə İlqarın hər hansısa bir vəsait və ya əmək sərf etməsi barədə İlqar və Aytac tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmiş, kassasiya məhkəməsinin göstərişləri tam araşdırlmamışdır. Apellyasiya instansiyası məhkəməsi t ərəfindən tam və hərtərəfli araşdırma aparılmamış, qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh2 və onun vəkili Xəlilov Hikmət Əjdər oğlu kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişlər. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Cavabdeh1 işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-i n 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə

27. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin nota riat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2 Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiya rı yoxdur. Mənzil Məcəlləsi: Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərin in və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə ar aşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətinə əsasən apelya siya instansiyası məhkəməsinin qətnaməsi bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmiş, iş üzrə Mülki Prossesual Məcəlləsini 420-ci maddəsinin göstərişlərinə əməl edilmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən, mübahisəli evin tikilməsi zamanı həm cavabdeh, həm də iddiaçının həyat yoldaşı əmək və vəsait sərf etmişdir, sonuncunun da digər Cavabdeh2 ilə bərabər yaşayış evinə aidiyyəti olmuş və hər iki cavabdeh inşa edildiyi vaxtdan həmin evdə yaşamışlar. Belə olan halda, iddiaçının öz uşaqları ilə birlikdə həmin evə köçürülməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Həmçinin qətnamə qəbul edilərkən Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələblərinə əməl edilərək, kassasiya məhkəməsinin göstərişləri icra edilmişdir. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsi və işin hallarının sübut olunmaması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Buna görə də, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7471/2020 nömrəli iş üzrə 21 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdiri lmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar