Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-274/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ilkin iddia tələbinə, Cavabdeh1 Firuddin oğlunun cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iddiaları ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-274/2024 (Açar sözlər: yaşayış sahəsindən çıxarılma, istifadəyə görə pulun ödənilməsi; ödənilmiş pulun və çəkilmiş xərclərin tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “bağ sahəsind ən, bağ evindən cavabdehlərin əşyaları ilə birlikdə çıxarılması və onlardan istifadəyə görə pul” tələbinə dair ilkin iddiası ilə bağlı, Cavabdeh1 Firuddin oğlunun cavabdeh İddiaçı qarşı “ödənilmiş pulun və çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2683/2023 saylı, 11 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 29 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə İddiaçı əri X1 arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 6302 nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 1620 nömrəli ünvanda yerləşən bağ sahəsini Rauf Sultanovun istifadəsinə verilmişdir.
2. Notariat qaydada verilmiş xx.xx.2009-cu il tarixli etibarnamə ilə Rauf Sultanov Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 1620 nömrəli ünvanda yerləşən bağ sahəsinin və üzərində olan tikilinin (evin) sənədləşdirilməsi, özəlləşdirilməsi ilə əlaqədar olaraq idarə və təşkilatlarda nümayəndə olmağı, çıxarış, texniki pasportu almağı və digər səlahiyyətləri 10 il müddətinə etibar etmişdir.
3. İddiaçı X3 xx.xx.2018-ci il tarixdə ölmüşdür.
4. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş - **********18-11301 nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu ra yonu, Vişnyovka bağ sahəsi, 1620 ünvanında yerləşən 0,1660 ha torpaq sahəsi və onun üzərində yerləşən 30,10 kv.m. bağ evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı (bundan sonra iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh)) cavabdehlər Cavabdeh1 (bundan sonra cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)), Cavabdeh2 (bundan ikinci cavabdeh) və Cavabdeh3 (bundan üçüncü cavabdeh) qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavələrlə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Hüquqların Dövlət Qeydiyyatı Haqqında DƏDRX-dən verilmiş **********18-11301 reyestr nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarı şa əsasən ünvan 2 ünvanda yerləşən, onun tam mülkiyyətində olan bağ sahəsindən və bağ evindən cavabdehlərin məcburi qaydada əşyaları ilə birlikdə çıxarılması və iddia ərizəsi ilə müraciət etdiyi xx.xx.2021-ci il tarix üçün son üç il, yəni otuz altı ay ərzində bağ sahəsindən, bağ evindən və orada olan çoxsaylı meyvə ağaclarının barından icazə olmadan özbaşına olaraq istifadə etməsi nəticəsində ona vurulmuş maddi ziyan kimi, hər ay üçün 300 manat - cəmi 10.800 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi, xx.xx.2021-ci il tarixdən bu günə kimi, yəni 2021-2022-ci illər ərzində on bir ay müddətində də bağ evindən, bağ sahəsindən və orada olan meyvə ağaclarının barından özbaşınalıqla və icazəsi olmadan istifadəyə görə, hər ay üçün 400 manat, ümumilikd ə 15.200 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş - **********18-11301 nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 1620 ünvanında yerləşən 0,1660 ha torpaq sahəsi və onun üzərində yerləşən 30,10 kv.m. bağ evi tam mülkiyyət hüququ üzrə ona məxsusdur və xx.xx.2020-ci il tarixli, ********** sayla qeydiyyata alınmışdır. Göstərdiyi xüsusi mülkiyyət həyat yoldaşı Rauf Sultanovun adına olmuşdur. Əri xx.xx.2018-ci il tarixdə vəfat etdikdən sonra həmin mülkiyyət mövcud qanunvericilik əsasında onun mülkiyyətinə keçmişdir. Cavabdeh1 xx.xx.1974-cü il tarixdə ünvan 3 ünvanda qeydiyyatda olan və daimi orada ailəsi ilə yaşayan Cavabdeh1 onun mərhum həyat yoldaşı Rauf Sultanovun uzaq qohumudur. Bir neçə il öncə Cavabdeh1 müvəqqəti olaraq bağ evindən istifadə etməyi xahiş etmişdir. X3 ağır yataq xəstəsi olduğu üçün göstərilən bağ evindən istifadə etmirdilər. Bu səbəblə də bağ və bağ sahəsi ilə bağ evi sahibsiz qalmasın deyə istifadə etmək üçün Rauf Sultanov Cavabdeh1 müvəqqəti olaraq razılıq vermişdir. xx.xx.2018-ci il tarixdə X3 vəfat etdikdən sonra, o, Cavabdeh1 dərhal bağ sahəsini və bağ evini boşaltmağı tələb etmişdir. Cavabdeh əvvəlcə tələbinə razılıq versə də, sonradan əsası olmayan müxtəlif bəhanələr gətirərək haqlı tələbini yerinə yetirməkdən imtina etmişdir. Cavabdehin bu qanunsuz hərəkətlərinə dair və bağ sahəsi ilə bağ evini boşaltması üçün bir neçə dəfə polis şöbəsinə müraciət etmiş və müraciətinə cavab olaraq bildirilmişdir ki, tələbi mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməlidir. Cavabdeh1 isə bu müraciətlərindən narazı qaldığı üçün, heç bir halda bağ sahəsini və bağ evini tərk etməyəcəyini bildirərək, əgər qanunla buna məcbur edilərsə, bağ sahəsindəki ağacları məhv edəcəyini, bağ evini, hasarı söküb dağıdacağını və tam yararsız hala gətirəcəyini bildirmişdir. Xüsusi mülkiyyəti olan bağ evindən, bağ sahəsindən və orada olan çoxsaylı müxtəlif bar verən meyvə ağaclarının bəhrəsindən Cavabdeh1 daimi olaraq son üç ildə onun icazəsi olmadan, yəni özbaşınalıq etməklə istədiyi kimi özünün və ailə üzvlərinin xeyrinə istifadə etmiş və bu qanunsuz hərəkətləri ilə faktiki olaraq onu öz qanuni mülkiyyətindən, əmlakından i stifadə etməkdən məhrum etmişdir. Cavabdeh1 özünün bu qanunsuz hərəkətləri ilə ona müəyyən məbləğdə qiymətləndirilə biləcək maddi ziyan vurmuşdur və o, məhkəmə qaydasında cavabdeh tərəfindən vurulmuş maddi ziyanı, son üç ildə, yəni 36 ay ərzində bağ sahəsindən, bağ evindən və orada olan çoxsaylı meyvə ağaclarının barından icazə olmadan özbaşına olaraq istifadə etməsini hər ay üçün 300 manat - cəmi 10.800 manat məbləğində qiymətləndirir. Bağ sahəsindən, bağ evindən və orada olan çoxsaylı müxtəlif meyvə ağaclarından istifadə etmək barədə cavabdehə heç bir icazə verməmiş, aralarında nə şifahi, nə də yazılı heç bir razılıq olmamışdır, əksinə mütəmadi olaraq cavabdehdən öz qanunsuz hərəkətlərini dayandırmağı və dərhal onun xüsusi mülkiyyəti olan bağ sahəsini və bağ evini tərk etməyi tələb etmiş, hətta yuxarıda göstərdiyi kimi polisə də müraciət etmişdir.
7. Cavabdeh1 İddiaçı qarşı “ödənilmiş pulun və çəkilmiş xərclər” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, ilkin İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka qəsəbəsi, 1620 ünvanında yerləşən bağ sahəsinə və bağ evinə görə ödədiyi 3.000 ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, daha sonra Cavabdeh1 məhkəməyə qarşılıqlı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, ilkin İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka qəsəbəsi, 1620 ünvanında yerləşən bağ sahəsinə və bağ evinə görə ödədiyi 3.000 ABŞ dolları məbləğində pulun və həmin bağ sahəsinin təmiri, tikintisi və digər tərəfindən çəki lən xərclərin əvəzi 40.000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisələndirilən əmlakı ilkin İddiaçı mərhum X3 2001-ci ildə aralarında olan alğı-satqıya görə ona satmışdır. Həmin bağ sahəsinə görə tərəfindən Rauf Sultanova 3.000 ABŞ dolları məbləğində pul ödəniş edilmişdir. Bundan sonra isə Rauf Sultanov xx.xx.2009-cu il tarixdə 10 il müddətinə bütün hərəkətlərin edilməsi barədə ona notarial etibarnamə vermişdir. xx.xx.2018-ci ildə Rauf Sultanov vəfat etmişdir. Rauf Sultanovun qanun üzrə vərəsəsi, yəni ilkin iddiaçı əri ilə aralarında olan razılaşmanı bildiyi halda vərəsəlik hüququndan istifadə edərək həmin sahəni ondan xəbərsiz özəlləşdirmiş və eyni zamanda DƏDRX-dən çıxarış alaraq ona qarşı sözügedən iddianı qaldırmışdır. Bu halda aşağıda qeyd olunan suallar yaranır. Həmin torpaq sahəsi ona satılmamışdısa niyə 20 ildən çoxdur onun istifadəsindədir və həmin torpaq sahəsinə mütəmadi xərc çəkməyinə göz yumulmuşdur? Həmin torpaq sahəsi iddiaçının ailəsinə məxsus idisə mərhum Rauf Sultanov nikahda olduğu arvadı olduğu halda həmin əmlakın özəlləşdirməsi üçün nəyə görə ona etibarnamə vermək məcburiyyətində qalmışdı? Həmin torpaq sahəsi 2001-ci ildə 3.000 ABŞ dollarına ona satılmışdır. Qohumluq əlaqələri əmisi oğlu ilə yaxşı olduğu üçün həmin mənzil tərəfindən özəlləşdirilməmişdir. Buna baxmayaraq, həmin sahəni öz mülkiyyəti kimi istifadə edərək orada tərəfindən bir çox işlər görülmüşdür. Belə ki, həmin sahənin hasarı olmadığı üçün tərəfindən 150 metr uzunluğunda daş hasa r çəkilmiş, quyu inşa edilmiş və digər işlər görülmüşdür. Həmin işlərin dəyəri təxmini 40.000 manat təşkil edir. Həmin torpaq sahəsinə çəkdiyi xərc tərəfindən tam hesablandıqdan sonra iddia həcmi tərəfindən artırılacaqdır. İddiaçı onun xeyrinə 2001-ci ildə ödədiyi 3.000 ABŞ dolları məbləğində pul onun xeyrinə tutulmalıdır.
9. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) ilkin iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianı qəbul etməyərək qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbini müdafiə edərək, ilkin iddia ərizəsin in məzmununa uyğun izahat vermiş, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianı qəbul etməyərək qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, qarşılıqlı iddiaya etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilkin iddia ərizəsini aldığı gündən 20 gün yox, təxminən 320 gün keçdikdən sonra özünün “qarşılıqlı iddia ərizəsi”ni məhkəməyə təqdim etmişdir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Belə ki, onun iddiası ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsində 2(011)-2822/2021 nömrəliı mülki işə baxılarkən, 05 mart 2021-ci il tarixdə keçirilən hazırlıq məhkəmə iclasında Cavabdeh1 imza etdirməklə iddia ərizəsinin surəti verilmişdir. Həmin 2(011)2822/2021 nömrəli mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qanuvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti üzrə göndərilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində 2(006)-3444/2021 nömrə ilə davam etdirilmiş və Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə davam etdirilməsi üçün Sabunçu Rayon Məhkəməsinə yönləndirilimişdir. Oradan isə Xəzər Rayon Məhkəməsinə göndərilərək hal-hazırda davam etdirilir. Cavabdeh1la onun nümayəndəsi və vəkili Vəkil1 2021-ci ilin iyul-sentyabr aylarında Sabunçu Rayon Məhkəməsində keçirilmiş bütün məhkəmə iclaslarında hər ikisi davamlı olaraq iştirak etmişlər və ərizələri, sənədləri, arayışlar, vəsatəti məhkəməyə təqdim edərək mülki işin baxılmasının davam etdirilməsi üçün ərazi aidiyyəti üzrə Xəzər Rayon Məhkəməsinə göndərilməsini məhz onlar xahiş etmişlər. Lakin ilkin iddia ərizəsini aldığı gündən 11 ay keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə Cava bdeh1 “qarşılıqlı iddia ərizəsi”ni məhkəməyə təqdim etmişdir.
11. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/2580 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Xəzər rayon, Vişnovka bağ sahəsində yerləşən torpaq sahəsinin daxilində inşa edilmiş hovuz, fərdi yaşayış evi və torpaq sahəsinin sərhədinə inşa edilmiş daş hasarın inşasına çəkilmiş xərcin ümumi dəyəri təqribən 26.065 manat məbləğində müəyyən olunur.
12. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(003)-630/2022 nömrəli, 28 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ramilə Xəzri) ilki n iddianın qismən təmin edilməsi, Hüquqların Dövlət Qeydiyyatı Haqqında DƏDRX-dən verilmiş **********18-1130 reyestr nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) tam mülkiyyətində olan bağ sahəsindən və bağ evindən cavabdehlərin məcburi qaydada əşyaları ilə birlikdə çıxarılması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka qəsəbəsi, 1620 ünvanında yerləşən bağ sahəsinin təmiri, tikintisi və digər çəkilən xərclərin əvəzi 26.065 manat pul vəsaitinin iddiaçıdan tutularaq cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, iddiaçının tam mülkiyyətində olan bağ sahəsindən və bağ evindən cavabdehlərin məcburi qaydada əşyaları ilə birlikdə çıxarılması və Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka qəsəbəsi, 1620 ünvanında yerləşən bağ sahəsinin təmiri, tikintisi və digər çəkilən xərclərin əvəzi 26.065 manat pul vəsaitinin iddiaçıdan tutularaq cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 ödənilməsinin eyni vaxtda icra olunması qət edilmişdir.
13. Birinci instansiya məhkəməsinin mövqeyi onda ibarət olmuşdur ki, ilkin iddia üzrə cavabdehlərin bağ sahəsinə mülkiyyətçi hüquqlarının əmələ gəlməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, qarşılıqlı iddiaçı bağın keçmiş sahibi Rauf Sultanov tərəfindən 3.000 ABŞ dallarına ona satıldığını iddia etmişdir. 3.000 ABŞ dolları məbləğində pulun verilməsi halını gördüyünü təsdiq edən Cavabdeh3 bildirdikləri qarşılıqlı iddiaçının və özünün maraq və mənafeyinə uyğun olmaqla, yanaşı yoxlanılmış sübutlarla tamamlanmamış, ifadələri dinlənilmiş şahidlər isə qaytarılması tələb olunan pul vəsaitinin onların bilavasitə şahidliyi ilə verilməsi halını təsdiq etməmişlər. İş üzrə “əsaslı şübhədən kənar” sübutlarla qarşılıqlı iddiaçının bağ sahəsini satın alması və bunun üçün 3.000 ABŞ dolları məbləğində pul ödəməsi halı təsdiq edilməmişdir.
14. Birinci instansiya məhkəməsi ilkin iddia üzrə belə nəticəyə gəlmişdir ki, ilkin iddiaçının mübahisəli bağ sahəsinə ilkin iddia üzrə cavabdehlərin sahibliyinə yol verməmək səlahiyyəti olduğundan və onun bu hərəkəti cavabdehlərin hüquqlarının pozulmasına səbəb olmadığından, eləcə də hüquqdan sui-istifadə olmadığından, ilkin iddia üzrə cavabdeh lər ilkin iddiaçıya məxsus bağ sahəsindən məcburi qaydada əşyaları ilə birlikdə çıxarılmalı, ilkin iddia həmin hissədə təmin edilməlidir.
15. Məhkəmə bununla yanaşı hesab etmişdir ki, vicdanlı sahib olan cavabdehlər əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu olmadıqlarından, ilkin iddia bağ sahəsindən, bağ evindən və orada olan çoxsaylı meyvə ağaclarının barından istifadəyə görə zərərin əvəzinin tutulması hissəsində təmin edilə bilməz.
16. Məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddiaçı eyni zamanda mübahisəli bağ sahəsində yaxşılaşdırma işlərinə 40.000 manat məbləğində xərc çəkdiyini iddia etsə də, həmin halın təsdiqi üçün hər hansı sübut təqdim etməmişdir. Yanaşı yoxlanılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10/2580 saylı, xx.xx.2022-ci il tarixli rəyi ilə mübahisəli bağ sahəsində aparılmış yaxşılaşdırma işlərinin dəyərinin təqribən 26.065 manat olduğu müəyyən edilmişdir. Məhkəmə qarşılıqlı iddiaçının tələbinin əsası kimi istinad etdiyi halın təsdiqi üçün hər hansı sübut təqdim etmədiyini, rəyi vermiş ekspertin isə qiymətləndirmə sahəsində xüsusi biliyinin olduğunu nəzərə alaraq həmin rəylə razılaşmış və qarşılıqlı iddiaçının mübahisəli bağ sahəsində 26.065 manat dəyərində yaxşılaşdırma işləri aparmasını işin hallarına uyğun saymışdır.
17. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 157.5, 157.7-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarına, “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarına, Azərbaycan Respubli kası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 115, 119.1, 217.3, 217.4, 220.6-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
18. Qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilməsi, ilkin iddia üzrə iddia tələbinin təmın edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xüsusi mülkiyyəti olan bağ evindən, bağ sahəsindən və orada olan çoxsaylı müxtəlif bar verən meyvə ağaclarının bəhrəsindən Cavabdeh1 daimi olaraq son üç ildə icazəsi olmadan, yəni özbaşınalıq etməklə istədiyi kimi özünün və ailə üzvlərinin xeyrinə istifadə etmiş və bu qanunsuz hərəkətləri ilə faktiki olaraq iddiaçını öz qanuni mülkiyyətindən, əmlakından istifadə etməkdən məhrum etmişdir. ünvan 2 ərazisində yerləşən və cavabdehlərin istifadəsində olan torpaq sahəsi iddiaçıya məxsus olduğundan, iş üzrə cavabdehlərin həmin torpaq sahəsindən istifadə etməklə orada tikili tikməsinin hər hansı bir qanuni əsası mövcüd deyil və işin araşdırılmış halları ilə də müəyyən edilməmişdir. Odur ki, cavabdehlərin istifadəsində olan həmin torpaq sahəsi mülkiyyətçisinə (iddiaçıya) geri qaytarılmaqdan əlavə mülkiyyətçinin razılığı olmadan həmin torpaq sahəsində cavabdehin tərəfindən tikililərin də inşa edilməsi qanunsuz olduğundan onların tikilməsi üçün iddiaçı heç bir ödəniş etməli deyildir. Belə ki, cavabdehlər əmlakın digər şəxsə məxsus o lduqlarını bildiyi halda icazəsiz tiktikiyi tikililərə görə məsuliyyəti özləri daşımışdır. Həmçinin cavabdehlər iddiaçıya məxsus əmlakdan istifadə edərkən tikilən fərdi yaşayış evindən öz xeyirlərinə istifadə etmiş, bununla da heç bir icarə və ya kirayə haqqı vermədən illərdir bundan yararlanmışlar. Əgər cavabdehlər iddiaçıya məxsus əmlakı vaxtında ona geri qaytarılsaydılar, iddiaçı əmlakdan gəlir əldə edə bilərdi. Məhkəmə iclasında cavabdeh tərəfindən şahidlər dindirilsə də, iddiaçı tərəfin vəsatəti əsasında dəvət olunmuş şahidlər dindirməmiş, belə olan halda sübutlara obyektiv, qərəzsiz hərtərəfli və tam baxmamışdır. Məhkəmənin cavadehlərin çəkdiyi xərci nəzərə aldığı halda, iddiaçının əldən çıxdığı fayda və s. nəzərə almaması işin hərtərəfli, obyektiv araşdırılmaması deməkdir. Məhkəmə n əticəyə gələrkən işin faktiki hallarını araşdırmamış, onlara düzgün qiymət verməmiş, cavabdehlərin mübahisəli torpaq sahəsində iddiaçının razılığı olmadan tikinti işlərinin apardığını nəzərə almamışdır. Məhkəmənin düzgün nəticəyə gəlməməsinə görə sözü gedən qətnamə qanuni qüvvəyə mindikdən sonra iddiaçı əsassız olaraq 26.065 manat pul vəsaiti ödəmək məcburiyyətində qalacaqdır.
20. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İlar Sultanov apellyasiya şikayətinə qarşı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırılmışdır ki, bağ Rauf Sultanov tərəfindən ona satılmışdır. Həmin bağ sahəsinə görə İlqar tərəfindən Rauf Sultanova 3.000 ABŞ dolları məbləğində pul ödəniş edilmişdir. Bundan sonra Rauf Sultanov xx.xx.2009-cu ildə 10 il müddətinə bütün hərəkətlərin edilməsi barədə ona notarial etibarn amə vermişdir. Rauf Sultanovun qanuni vərəsəsi əri ilə olan razılaşmanı bildiyi halda vərəsəlik hüququndan istifadə edərək həmin sahəni Cavabdeh1 xəbərsiz özəlləşdirmiş və çıxarış alaraq sözügedən iddia tələbini qaldırmışdır. Həmin torpaq sahəsi 20 ildən çoxdur ki, Cavabdeh1 istifadəsindədir və həmin torpaq sahəsinə mütəmadi xərc çəkmişdir. İlqarın qohumluq münasibətləri əmisi oğlu ilə yaxşı olduğu üçün həmin bağ evi onun tərəfindən özəlləşdirilməmişdir. Həmin sahənin hasarı olmadığı üçün onun tərəfindən 150 metr uzunluğunda daş hasar çəkilmiş, quyu inşa edilmiş, otaq artırılmış və digər işlər görülmüşdür. Həmin bağ sahəsinə 40.000 manaytdan çox xərc çəkilsə də, ekspert rəyinə əsasən həmin xərc 26.065 manat qiymətləndirilmişdir.
21. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3602 nömrəli rəyi ilə Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka bağ sahəsi, 1620 ünvanında yerləşən 0,1660 ha bağ sahəsində mövcud olan 30,10 kv.m. evin 2022-ci il tarixə olan aylıq icarə haqqının orta bazar qiyməti nəzəri qaydada təxminən yaz-yay ayları üzrə - 250 manat, payız – qış ayları üzrə - 150 manat müəyyən edilmişdir.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apelyasiya instansiya məhkəməsi) 2(103)-2683/2023 npmrəli, 11 sentyabr 2023-cü il tarixli (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Vahid Sadıqov) qətnaməsi ilə ilkin iddia üzrə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – ilkin iddianın təmin olunmayan hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə qismən təmin edilmiş, ilkin iddia üzrə cavabdehlərdən müştərək qaydada 3.000 (üç min) manat məbləğində pulun tutularaq iddiaçı (qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 60 (altmış) manat məbləğində vəsaitin ilkin iddia üzrə cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli bağ sahəsi keçmiş sahibi Rauf Sultanov tərəfindən müvəqqəti olaraq qohumu Cavabdeh1 istifadəsinə verilmişdir. Rauf Sultanov xx.xx.2018-ci il tarixdə ölmüş və xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 1620 və həmin ünvanda yerləşən bağ evi İddiaçı xüsusi mülkiyyətinə keçmişdir. Mülkiyyətçi İddiaçı Cavabdeh1la bağlı bağ sahəsindən çıxarılması üçün xx.xx.2020-ci il tarixində Xəzər Rayon Polis İdarəsinə müraciət etmiş, xx.xx.2021-ci il tarixində məhkəmədə hazırki iddia tələbini irəli sürmüşdür. Göründüyü kimi, ilkin iddia üzrə cavabdehlər xx.xx.2020-ci il tarixindən etibarən əmlakdan mülkiyyətçinin iradəsinə zidd olaraq istifadə etdiklərini bildikləri halda həmin torpaq sahəsi v ə bağ evindən əvəzsiz olaraq istifadə etmiş, bununla da əsassız varlanmışlar. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçı ona məxsus əmlakdan istifadəyə görə cavabdehlərdən pul tələb etməkdə haqlı olmuşdur. Lakin birinci instansiya məhkəməsi mülki qanunvericiliyin qeyd olunan müddəalarını nəzərə almamış, ilkin iddianı qismən təmin etməklə səhv nəticəyə gəlmişdir.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, ilk iddia üzrə cavabdehlərin bağ sahəsindən qanunsuz olaraq istifadə etdiklərini bildikləri vaxtdan, yəni xx.xx.2020-ci il tarixindən etibarən məhkəməyə müraciət olunan tarixədək 4 ay müddət və məhkəmə prosesinin davam etdiyi dövrdə ilk iddiaçının iddia tələbinin həcminin artırılması barədə ərizə verdiyi tarixədək olan dövrü əhatə edən 11 ay müddə t nəzərə alınmaqla, ümumilikdə 15 ay müddətinə orta aylıq icarə haqqının dəyəri 200 manat hesablanmaqla 3.000 manat məbləğində pul ilkin iddia üzrə cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdeh) ödənilməlidir.
25. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, ilk iddia üzrə iddiaçı məhkəməyə müraciət olunan tarixdən əvvəlki son üç il, yəni otuz altı ay ərzində bağ sahəsindən, bağ evindən və orada olan çoxsaylı meyvə ağaclarının barından icazə olmadan özbaşına olaraq istifadə etməsi nəticəsində iddiaçıya vurulmuş maddi ziyanı tələb etsə də, onun mülkiyyət hüququnu əldə etdikdən sonra bağ sahəsindən çıxarılma ilə bağlı xx.xx.2020-ci il tarixində polisə müraciət etməsi müəyyən edilmişdir, ona görə də, ilk iddia üzrə cavabdehlərin əmlaka sahibli yinin qanunsuz olduğunu bildiyi vaxt xx.xx.2020-ci il tarixi hesab olunmalıdır. Belə ki, iddiaçının özünün də iddia ərizəsində bildirdiyinə görə “Cavabdeh1 onun mərhum həyat yoldaşı Rauf Sultanovun uzaq qohumudur. Bir neçə il öncə Cavabdeh1 müvəqqəti olaraq bağ evindən istifadə etməyi xahiş etmişdir. X3 ağır yataq xəstəsi olduğu üçün göstərilən bağ evindən istifadə etmirdilər. Bu səbəbə bağ və bağ sahəsi ilə bağ evi sahibsiz qalmasın deyə istifadə etmək üçün Rauf Sultanov Cavabdeh1 müvəqqəti olaraq razılıq vermişdir.” Göründüyü kimi, ilkin iddia üzrə iddiaçı polis orqanlarına müraciət edənədək cavabdehlər bağ sahəsi və bağ evindən vicdanlı sahib kimi istifadə edirdilər.
26. Məhkəmə kollegiyası qarşılıqlı iddianın təmin olunan hissəsinə münasibətdə isə birinci instansiya məhkəməsinin gəldiy i nəticə ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli bağ sahəsində ilk iddia üzrə cavabdehlər tərəfindən yaxşılaşdırma işləri aparıldığından, bu işlərin aparıldığı şahid ifadələri ilə təsdiq edildiyindən və birinci instansiya məhkəməsində araşdırma zamanı keçirilmiş ekspertizanın rəyinə əsasən mübahisəli bağ sahəsində aparılmış yaxşılaşdırma işlərinin dəyərinin təqribən 26.065 manat olduğu müəyyən edildiyindən birinci instansiya məhkəməsi bu hissədə qarşılıqlı iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd etmişdir ki, şahidlərin bildirdiklərinə görə bağ sahəsində və bağ evində yaxşılaşdırma işləri ilkin iddia üzrə iddiaçı mülkiyyət hüququ əldə etməmişdən öncə aparılmış, həmin işlərin aparılması na həmin vaxt iddiaçının əri etiraz etməmiş, bununla bağlı hər hansı tələb irəli sürməmişdir. Mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən vicdanlı sahib əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 5.3, 152.1, 152.5, 157.4, 157.5, 157.6, 157.7, 560.1, 1091.1, 1091.2, 1092.1 və 1094-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 384.0.2 və 385.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
29. Qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) (Vəkil2) kassasiya şikayəti verərək, Apellya siya instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia hissədində ləğv edilməsi, ilkin iddia tələbinin bağdan istifadəyə görə pul tələbinə dair hissəsinin təmin edilməsi, ilkin iddianın qalan hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nəticəyə gələrkən işin faktiki hallarını araşdırmamış, onlara düzgün qiymət verməmiş, cavabdehlərin mübahisəli torpaq sahəsində iddiaçının razılığı olmadan tikinti işlərinin apardığını nəzərə almamışdır. Apellyasiya instansiya məhkəməsi tərəfindən bir sıra maddi və prosessual hüquq pozuntuları pozulmuşdur. Apellyasiya instansiya məhkəməsi cavabdehdən kirayə əvəzi pul tutarkən mülkiyyətçi İddiaçı Cavabdeh1la bağlı bağ sahəsindən çıxarılması üçün xx.xx. 2020-ci il tarixində Xəzər Rayon Polis İdarəsinə müraciət edildiyini nəzərə almamışdır. Məhkəmə bağ sahəsindən istifadəyə görə pul məbləğini həmin vaxtdan deyil, cavabdehlərin bağ sahəsində yaşadığı vaxtdan hesablamalı idi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
31. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
32. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin m ülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
33. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
34. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
35. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
36. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
37. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
38. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlak a sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əv əzini ödəməyə borclu deyildir.
39. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
40. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
41. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
42. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hü quqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
43. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir
44. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
45. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmada n əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
49. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə ke çirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
50. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
52. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nə ticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
56. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
57. Maddə 418.3. Prosessual hüquq normaların ın pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
58. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırki kassasiya şikayətində qətnamə iddiaçı (qarşı lıqlı iddia üzrə cavabdeh) tərəfindən qismən mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
62. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüqu qi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
63. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
64. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin iş in faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
66. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tu taraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2683/2023 nömrəli, 11 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.