Məhkəmə qərarları › İş №2(102)-2740/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-2740/2023

12.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2740/2023 12.06.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5204/2021 nömrəli iş üzrə 11 oktyabr 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. MPM-nin 405.0.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. İş materiallarından görünür ki, qətnamə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tətəfindən elektron kabinetinə 21 oktyabr 2022- ci il tarixdə yerləşdirilmişdir. Göründüyü kimi, kassasiya şikayətinin verilməsi üçün son müddət 21 dekabr 2022-ci il tarixi olduğu halda, Cavabdeh1 kassasiya şikayətini 5 ay gecikdirilməklə 18 may 2023-cü il tarixdə vermişdir. Həmçinin Cavabdeh1 ötürülmüş müddətin bərpası barədə ərizə verməmişdir. MPM-nin 408.1.4-cü maddəsinə görə kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyrimümkün hesab edilməli, kassasiya şikayəti ge ri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və MPM-nin 405.0.1, 408.1.4-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5204/2021 nömrəli iş üzrə 11 oktyabr 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilsin və mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar