Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2741/2019 25.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin iştirakı ilə, iddiaçı x1nun və vəkili İsmayılov İsmayıl Mayıl oğlunun, cavabdeh x2 və vəkili Quliyev Eldəniz Mənaf oğlunun iştirakı ilə, iddiaçı x1nun Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin 17 iyul 2017-ci il tarixli 2(054)-158/2017 nömrəli qətnaməsi ilə (hakim R.Şirinov) iddiа tələbi qismən təmin edilmiş, Oğuz rayonu Qarabaldır kəndi əra zisində yerləşən, Oğuz rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1997-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş 02 fevral 1998-ci il tarixli JN-0001 (KOD ********) Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən iddiaçı x1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,22 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin cavabdehlər x2 və x3 alınaraq iddiaçı x1na qaytarılması, iddia tələbinin cavabdehlər x2 və x3 müştərək qaydada cəmi 2000 (iki min) manat maddi zərər məbləğinin tutulmasına dair hissədə rədd edilməsi, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin iddiaçı x1nun özünə aid edilməsi, iş üzrə müayinə və tədqiqat xərci olan 60 (altmış) manat məbləğin 30 (otuz) manatdan ibarət hissəsinin iddiaçı x1ndan, 30 (otuz) manatdan ibarət hissəsinin isə cavabdehlər x2 və x3 müştərək qaydada tutularaq x4-nin hesabına (Kapital Bankın 1 saylı Xətai filialı; Kod: 200071; VÖEN (bank) **********; Müxbir hesab: AZ37NABZ********************; SWİFT AİİBAZ2X; VÖEN **********; hesab № AZ23AİİB**********37********) ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi MK-nın 28 noyabr 2018-ci il tarixli, 2(107)-212/2018 saylı qətnaməsi ilə (hakimlər: Ə.Məcidov, İ.Quliyev və M.Əsədli) Oğuz Rayon Məhkəməsinin 17 iyul 2017-ci il tarixli 2(054)-158/2017 nömrəli qətnaməsi qismən - Oğuz rayonu Qarabaldır kəndi ərazisində yerləşən, Oğuz rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1997-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Dö vlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş 02 fevral 1998-ci il tarixli JN0001 (KOD ********) Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən iddiaçı x1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,22 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin cavabdehlər x2 və x3 alınaraq iddiaçı x1na qaytarılması hissəsində ləğv edilərək, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddiaçı x1nun cavabdehlər x2 və x3 qarşı iddiasının Oğuz rayonu Qarabaldır kəndi ərazisində yerləşən, onun və ailə üzvlərinin mülkiyyətində olan 2,22 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin cavabdehlərin qeyri-qanuni sahibliyindən alınaraq ona qaytarılması hissəsində rədd edilməsi, qətnamənin qalan hissəsinin dəyişdirilmədə n saxlanılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 manatın iddiaçı x1ndan tutularaq dövlət büdcəsinə verilməsi qət edilmişdir. İddiaçı x1 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi MK-nın 28 noyabr 2018-ci il tarixli, 2(107)-212/2018 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdehlər x2 və x3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Qarabaldır kəndi ərazisində yerləşən, onun və ailə üzvlərinin mülkiyyətində olan 2,22 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin cavabdehlərin qeyri-qanuni sahibliyindən alınaraq ona qaytarılması, həmin torpaq sahəsinin cavabdehlər tərəfindən qeyri qanuni zəbt edilməsi nəticəsində ona dəymiş 2030 manat maddi zərər məbləğinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1997-ci il tarixli qərarı ilə Oğuz rayonu Qarabaldır kəndi ərazisində 2,22 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi onun və ailə üzvlərinin paylı mülkiyyətinə verilmişdir. Həmin qərar əsasında qeyd edilən torpaq sahəsi barədə onların adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən 02 fevral 1998-ci il tarixli JN-0001 (KOD ********) Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı tərtib edilmişdir. 2,22 hektar torpaq sahəsinin 1,22 hektardan ibarət hissəsi yonca sahəsi olmuş, torpaq sahəsi 21 dekabr 2016-cı il tarixədək bütövlükdə onun və ailə üzvlərinin istifadəsində olmuşdur. Qeyd edilən kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsini 21 dekabr 2016-cı il tarixdə cavabdehlər onun razılığı olmadan zəbt edərək şumlatmışlar. Cavabdehlər heç bir qanuni əsas olmadan həmin torpaq sahəsinin özlərinə məxsus olduğunu iddia edərək torpaq sahəsindən qeyri qanuni istifadə edir və onları öz mülkiyyətlərində olan torpaq sahəsinə buraxmırlar. O və ailə üzvləri dəfələrlə cavabdehlərdən onların torpaq sahələrini boşaldıb özlərinə qaytarmalarını xahiş etmişlər, lakin cavabdehlər bundan qəti olaraq imtina etmişlər. Hazırda o və ailə üzvləri özlərinə məxsus olan torpaq sahəsindən normal istifadə edib gəlir əldə edə bilmirlər. Cavabdehlərin onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsini özbaşına zəbt etmələri nəticəsində onlar həmin torpaq sahəsi üzərində qanuni hüquqlarını həyata keçirə bilmirlər. Bu isə onların qanunla qorunan hüquqlarının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnmişdir. O, cavabdehlər tərəfindən qeyri qanuni zəbt edilmiş yonca sahəsində qış aylarında müntəzəm olaraq qoyun-quzu otarmışdır. Cavabdehlər qeyd edilən yonca sahəsini şumlatdığına və o həmin sahədən qoyun-quzu otarmaq üçün istifadə edə bilmədiyinə görə qoyun-quzunu yemləmək üçün ot və yemi başqa yerdən pul ilə satın almaq məcburiyyətində qalmışdır. O, 21 dekabr 2016-cı il tarixdən sonra keçən müddət ərzində yonca sahəsində qoyun-quzunu otara bilmədiyinə görə 1500 manat dəyərində ot və yem alaraq maddi zərər çəkmişdir. Eyni zamanda, həmin sahəni şumladıb yonca səpərək yenidən əvvəlki vəziyyətinə qaytarmaq üçün ən azı 500 manat vəsait tələb olunur. Bundan əlavə cavabdehlər qeyri qanuni zəbt etdikləri torpaq sahəsini boşaldaraq ona qaytarmaqdan imtina etdiklərinə görə o, məhkəməyə müraciət etməyə məcbur olmuş, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Hazırda o, cavabdehlər tərəfindən qeyri-qanuni zəbt edilmiş torpaq sahəsinin ona qaytarılmasını və həmin torpaq sahəsinin zəbt edilməsi nəticəsində ona dəymiş cəmi 2030 manat maddi zərər məbləğinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini tələb edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Şəki Apellyasiya Məhkəməsi MK-nın 28 noyabr 2018-ci il tarixli, 2(107)-212/2018 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı x1 və vəkili İsmayılov İsmayıl Mayıl oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Cavabdeh x2 və vəkili Quliyev Eldəniz Mənaf oğlu kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, tərəfləri tərəflərin vəkillərini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən verilmiş 02 fevral 1998-ci il tarixli JN-0001 (KOD ********) Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən müəyyən edilir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1997-ci il tarixli 50 nömrəli qərarına əsasən iddiaçı və onun ailə üzvlərinin paylı mülkiyyətinə Oğuz rayonu Qarabaldır kəndi ərazisindən 2,22 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpa q sahəsi verilmişdir. İşdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən verilmiş 30 dekabr 1997-ci il tarixli JN 0004 (KOD ********) Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən müəyyən edilir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1997-ci il tarixli 50 nömrəli qərarına əsasən cavabdehlər və onların ailə üzvlərinin paylı mülkiyyətinə Oğuz rayonu Qarabaldır kəndi ərazisindən 3,06 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənil məsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiq i hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən maneəsiz istifadə hüququ müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 13 fevral 2018-ci il tarixli №29170 olan ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən Azərbаycаn Respublikаsı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerqurulu şu Layihə-Tədqiqat Mərkəzinin 9 saylı Qəbələ LTİ-nin mütəxəssis rəyini nəzərə alaraq, Oğuz rayonu, Qarabaldır kəndi ərazisində yerləşən, iş üzrə tərəflərin mübahisələndirdiyi torpaq sahəsinin naturada 2,38 ha təşkil etdiyi müəyyən olunur. Lakin, mübahisəli torpaq sahəsinin hər hansı bir hissəsinin zəbt olunub-olunmamasının müəyyən edilməsinə dair tədqiqat aparılıb rəy verilməsi mümkün deyildir. İşdə olan Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 24 oktyabr 2018-ci il tarixli №19164 olan ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, x4-nin Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinin göstəricilərinə əsasən, qərardadın suallarına dair nəticələr aşağıdakı kimi müəyyən edilir:
1. Oğuz rayonu, Qarabaldır kəndi ərazisində yerləşən, JN 0001 (KOD********) Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçı x1 və onun ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş 2,22 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi tam həcmdə mövcud deyildir. Belə ki, iddiaçının sənəd üzrə istifadə etməli olduğu 2,22 hektar torpaq sahəsinin 0,7243 ha hissəsi x5 faktiki istifadəsində olan torpaq sahəsində, 0,2308 ha hissəsi x6 faktiki istifadəsində olan torpaq sahəsində, 0168 ha hissəsi faktiki istifadə olunan ərazinin sağ və sol sərhədində yerləşən suvarma kanalı və kolluq sahəsinə, 0,4912 ha hissəsi qəbirstanlığa, 0568 ha hissəsi qonşuluqdakı istifadəçilərin faktiki istifadə etdiyi əraziyə, 0,0377 ha hissəsi isə faktiki istifadə olunan gediş-gəliş yolunun ərazisinə düşür.
2. Oğuz rayonu, Qarabaldır kəndi ərazisində yerləşən, JN 0004 (KOD********) Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən cavabdehlər x2, x3 və onların ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş 3,06 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi tam həcmdə mövcud deyildir. Belə ki, JN 0004 Dövlət Aktında göstərilən torpaq sahəsinin 0,5058 ha hissəsi faktiki istifadə olunan sağ və sol tərəfindəki suvarma kanalı, kolluq əraziyə, 0,5335 ha hissəsi digər qonşu istifadəçinin naturada istifadə etdiyi torpaq sahəsinə, 0,1562 ha hissəsi x5 faktiki istifadə etdiyi torpaq sahəsinə, 1,8645 ha hissəsi x7 faktiki istifadə etdiyi torpaq sahəsinə düşür.
3. Həmin torpaq sahələri hüquqmüəyyənedici sənədlərdə gös tərilən ölçüdə və konfiqurasiyada istifadə edilmir. Bu səbəbdən də, sənəd üzrə göstərilən ümumi sərhədləri ilə faktiki sərhədlər və onların ölçüləri arasında fərq var.
4. İddiaçı və cavabdehin sənəd üzrə göstərilən torpaq sahələri üst-üstə düşmür. Belə ki, hüquqmüəyyənedici sənədlərə əsasən iddiaçıya məxsus JN 0001 nömrəli Dövlət Aktında göstərilən torpaq sahəsi ilə cavabdeh x2na məxsus JN 0004 nömrəli Dövlət Aktında göstərilən torpaq sahəsi arasında ümumi həcmi 3,90 ha olan JN 0002 nömrəli Dövlət Aktı ilə 1,06 ha və JN 0003 nömrəli Dövlət Aktı ilə 2,84 ha torpaq sahələri yerləşməlidir.
5. İddiaçı x1na məxsus 2,22 ha torpaq sahəsi hal-hazırda cavabdehlər tərəfindən istifadə olunan torpaq sahəsinə düşmür. Cavabdehin istifadəsində olub məhkəmə predmeti olan torpaq sahəsi ümumilikdə 2,30 ha olub, təsərrüfatın DWJ faylına əsasən 260BB, 263BB, 13C və 37C konturda göstərilən ərazidə yerləşir. Cavabdehin istifadəsində olan 0,40 ha. bağ sahəsi isə təsərrüfatın DWJ faylına əsasən 34F, 257BB, 258BB və 260BB nömrəli konturda göstərilən ərazidə yerləşir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1 -ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adı və əsasını təşkil edən aspektdir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübut lar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilir ki, iddiaçının iddia tələbinin qanuni əsası yoxdur, iddiaçıya və onun ailə üzvlərinə məxsus torpaq sahəsi ayrı-ayrı ölçülərdə mövcuddur. Lakin, həmin torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilməmişdir. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, k assasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1nun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.