Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2741/2025 23.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1nə, Ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh3nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın etibarsız hesab edilməsi, hərracın nəticələrinin mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1nə, Ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh3nə qarşı “hərracın nəticələri barədə yekun protokolun etibarsız hesab olunması, ipotekaya xitam verilməsi və qeydin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-578/2025 nömrəli, 14 may 2025-ci il tarixli qətnaməsindən cavabdeh ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(001)44/2020 saylı qətnaməsi ilə cavabdeh X3 07 oktyabr 2015-ci il tarixli 1-ci kredit müqaviləsi üzrə 28.456,09 manat məbləğində əsas, 5.608,22 manat məbləğində faiz, 2.000 manat məbləğində cərimə olmaqla, cəmi 36.064,31 manat məbləğində borcun, 07 oktyabr 2015ci il tarixli 2-ci kredit müqaviləsi üzrə 80.636,65 ABŞ dolları məbləğində əsas, 19.100,62 ABŞ dolları məbləğində faiz, 3.000 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 102.737,27 ABŞ dolları məbləğində borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, habelə 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 20 manat məbləğində xidmət haqqının tutularaq iddiaçı ləğv prosesində olan Cavabdeh2 ASC-yə ödənilməsi, tutmanın 06 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinin təminatı qismində cavabdeh X7 tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 3ndə yerləşən, ümumi sahəsi 224.2 kv.m. olan 20 nömrəli fərdi yaşayış evinə yönəld ilməsi, əmlakın açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən borc məbləğinin ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan X5 qaytarılması, satışdan əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsinin cavabdeh X3 tutulması, hərraca çıxarılarkən ipoteka predmetinin ilkin satış qiymətinin 160.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh X7 həmin əmlakdan çıxmazsa, məcburi qaydada çıxarılması qət edilmişdir.
2. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsi qeyd olunan ipoteka p redmetinin satılması üçün hərracın təşkili və keçirilməsini xx.xx.2022-ci il tarixli məktubla Cavabdeh3 MMC-yə sifariş etmişdir.
3. Cavabdeh3 MMC tərəfindən hərracın keçirilməsi, ilkin satış qiyməti 160000 manat müəyyən edilməklə xx.xx.2022-ci il tarixində saat 11:00-da (növbəlik əsasında) təyin edilmiş və bu barədə tərəflərə xx.xx.2022-ci tarixli 199/22 saylı bildiriş göndərilmişdir.
4. Tələbkar LPO Cavabdeh2 ASC Abşeron rayon İcra şöbəsinə xx.xx.2022-ci il tarixli məktubla müraciət edərək, Cavabdeh3 MMC-nin 5 il daimi fəaliyyəti olmamasını əsas gətirməklə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-44/2020 saylı, 08 sentyabr 2020ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə qərar çıxarılmasını xahiş etmişdir. 5. xx.xx.2022-ci il tarixinə təyin edilmiş ilkin açıq hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış, bu barədə xx.xx.2022-ci il tarixli protokol tərtib olunmuşdur.
6. Abşeron rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1958/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraat, tələbkarın ərizəsinə əsasən dayandırılmışdır.
7. Abşeron rayon İcra şöbəsi Cavabdeh3 MMC-yə ünnlanmış 23 may 2022-ci il tarixli məktubunda yaranmış zərurətlə əlaqədar hərracın dayandırılmasını xahiş etmişdir.
8. Hərrac təşkilatı xx.xx.2022-ci il tarixində saat 11:00-da (növbəlik əsasında) təkrar hərracın keçirilməsini təyin etmiş və bu barədə tərəflərə xx.xx.2022-ci tarixli təkrar hərracın keçirilməsinə dair bildiriş tərtib etmişdir. Bildirişdə ipoteka predmetinin satış qiyməti azaldılaraq 136000 manat müəyyən edilm işdir. 9. xx.xx.2022-ci il tarixinə təyin edilmiş təkrar açıq hərrac, hərrac iştirakçısı olmaması səbəbindən baş tutmamış, bu barədə xx.xx.2022-ci il tarixli protokol tərtib edilmişdir.
10. Cavabdeh3 MMC xx.xx.2022-ci il tarixli məktubla, Cavabdeh2 ASC-yə hərraclar baş tutmadığından ipoteka predmeti olan yaşayış evini təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətə yəni, 136000 manata əldə etməyi təklif etmişdir.
11. Cavabdeh3 MMC-nin poçt göndərişlərinə dair reyestrlərində olan məlumatlara görə, xx.xx.2022-ci il tarixli 864/22 №-li sənədlər, xx.xx.2022-ci il tarixli 661/22 №-li sənədlər və xx.xx.2022-ci il tarixli 1047/22 №-li sənədlər X5, LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna göndərilmişdir.
12. Cavabdeh3 MMC tərəfindən Abşeron rayon İcra şöbəsinə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda göstərilir ki, xx.xx.2022-ci il tarixinə saat 11:00-a təyin edilmiş təkrar hərracda hərracın iştirakçısı olmaması səbəbindən hərrac baş tutmamış, ipoteka predmetinin (ünvan 3ndə yerləşən 20 saylı fərdi yaşayış evi) əldə edilməsi üçün banka xx.xx.2022-ci il tarixli, 1047/22 №-li təklif göndərilmişdir. Sözügedən təklifə uyğun olaraq ipoteka predmetinin əldə olunmasına dair müraciət daxil olmamışdır.
13. LPO Cavabdeh2 ASC xx.xx.2023-cü il tarixli məktubla Abşeron rayon İcra şöbəsinə müraciət edərək, Cavabdeh3 MMC-nin 5 il daimi fəaliyyəti olmamasını əsas gətirərək icra şöbəsindən icra sənədi üzrə ipoteka predmeti olan Masazır kəndi, Tahir Salahov küçəsində yerləşən 20 saylı fərdi yaşayış evinin hərrac vasitəsi ilə realizə edilməsi üçün 5 il daimi fəaliyyəti olan hərrac təşkilatına sifariş verilməsini xahiş etmişdir.
14. Abşeron rayon İcra şöbəsi xx.xx.2023-cü il tarixli qərarla Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-44/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli icra sənədi üzrə icraatın təzələnməsini qərara almış və həmin tarixdə hərracın keçirilməsi barədə sifariş məktubu ilə hərracın təşkili və keçirilməsini Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1nə tapşırmışdır. 15. "xxxx" MMC hərracın keçirilməsini xx.xx.2023-cü il tarixində saat 11:00-17:00-dək (növbəlik əsasında) təyin etmiş, bu barədə xx.xx.2023-cü tarixli bildiriş tərtib olunmuşdur.
16. Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən ləğv prosesində olan Cavabdeh2 ASC-yə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, ün van 3ndə yerləşən 20 saylı fərdi yaşayış evi ilə bağlı keçirilən hərrac baş tutmaması bildirilmiş və ipoteka predmeti ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 102000 manata ipoteka saxlayan banka təklif olunmuşdur.
17. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 1 ünvanlanan xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda göstərilir ki, mərhum X4 mülkiyyətində olmuş ünvan 3, 20 saylı fərdi yaşayış evi Ləğv prosesində olan Cavabdeh2 ASC-nin adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 18. 14.03.2023-cü tarixli hərrac bildirişinə əsasən, Binəqədi Rayon Məhkəməsinin 2(001)-44/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli icra sənədi üzrə ipoteka predmeti olan X5 məxsus ünvan 3ndə yerləşən 20 saylı fərdi yaşayış evinə dair xx.xx.2 023-cü il tarixində saat 11:00-17:00-dək (növbəlik əsasında) keçirilməsi nəzərdə tutulan hərrac barədə hərracın təşkilatçısı - "xxxx" MMC tərəfindən bildiriş tərtib edilmişdir. 19. 14.03.2023-cü il və xx.xx.2023-cü il tarixli qəbzlərin surətindən görünür ki, X5 ünvanlanan (ünvan: ünvan 2xs Hərbi şəhərcikdə qeydiyyatda yoxdur” qeydi ilə çatdırılmamışdır. 20. “Birja yenilikləri” qəzetinin xx.xx.2023-cü il tarixli 345 saylı buraxılışının surətindən görünür ki, X5 məxsus ünvan 3ndə yerləşən 20 saylı fərdi yaşayış evinə dair xx.xx.2023-cü il tarixində saat 11:00-17:00-dək (növbəlik əsasında) keçirilməsi nəzərdə tutulan hərrac barədə elan verilmişdir. 21. xx.xx.2023-cü tarixli hərrac bildirişinə əsasən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-44/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli icra sənədi üzrə ipoteka predmeti olan X5 məxsus ünvan 3ndə yerləşən 20 saylı fərdi yaşayış evinə dair xx.xx.2023-cü il tarixində saat 11:00-17:00-dək (növbəlik əsasında) keçirilməsi nəzərdə tutulan hərrac barədə hərracın təşkilatçısı - "xxxx" MMC tərəfindən bildiriş tərtib edilmişdir. 22. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifinə əsasən, ipoteka predmetlərinə dair keçirilmiş hərraclar baş tutmadığından “İpoteka haqqında” Qanunun 43.7, 43.8-ci maddələrinə əsasən ünvan 3ndə yerləşən 20 saylı fərdi yaşayış evi təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətə yəni, 102 000 (yüz iki min) manata Cavabdeh2 ASC-yə təklif edilmişdir. 23. ünvan 3ndə yerləşən 20 saylı fərdi yaşayış evi 102 000 manata qalib alıcı (İpoteka saxlayan) LP O Cavabdeh2 ASC tərəfindən hərracda alındığı və borc məbləğindən silindiyi bildirilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)44/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli icra sənədi üzrə qalıq borc məbləğinin Cavabdeh2 ASC-nin xeyrinə ödənilməsi və Cavabdeh2 ASC-nin mülkiyyətində olan ünvan 3ndə yerləşən 20 saylı fərdi yaşayış evinin boşaldılaraq LPO Cavabdeh2 ASC-yə, təhvil verilməsi xahiş olunmuşdur.
24. Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən Ləğv prosesində olan Cavabdeh2 ASC-yə ünvanlanan xx.xx.2023-cü il tarixli məktuba əsasən, ünvan 3ndə yerləşən 20 saylı fərdi yaşayış evi ilə bağlı keçirilən hərrac baş tutmaması bildirilmiş və ipoteka predmeti ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 102000 manat olmaqla ipoteka saxlayan Banka təklif o lunmuşdur.
25. X4 mülkiyyətində olmuş ünvan 3, 20 saylı fərdi yaşayış evi Ləğv prosesində olan Cavabdeh2 ASC-nin adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
26. İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1nə, Cavabdeh2 ASC-yə, Cavabdeh3 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 20 nömrəli fərdi yaşayış evinə dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın, o cümlədən, cavabdeh "xxxx" MMC ilə Ləğv prosesində olan Cavabdeh2 ASC arasında bağlanmış 26 may 2023-cü il tarixli 25/02 nömrəli hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi və həmin evə dair ipotekanın dövlət qeydiyyatının ləğv olunması barədə qətna mə çıxarılmasını xahiş etmişdir.
27. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ipoteka predmetinin satılması üçün icra məmurunun sifariş verdiyi Cavabdeh3 MMC tərəfindən keçirilmiş xx.xx.2022-ci il tarixli birinci və xx.xx.2022-ci il tarixli ikinci hərrac udulmamış, hərracda iştirak edən olmadığı üçün hərrac baş tutmamış və qanunvericiliyə uyğun olaraq ipoteka predmeti ipoteka saxlayana 13 iyun 2022-ci il tarixdə təklif edilmişdir. Lakin ipoteka saxlayan qanunla nəzərdə tutulmuş 1 ay ərzində əmlakı qəbul etməmişdir. Bundan sonra ipoteka saxlayan əmlakın əldən çıxmasının qarşısını hüquqdan sui-istifadə etməklə almağa çalışmış və icra məmuruna müraciət edərək, sifarişin başqa bir hərrac təşkilatçısına verilməsini tələb etmişdir. İc ra məmuru tərəfindən qanun pozuntusuna yol verilərək, artıq imtina edilmiş, ipoteka predmetinə xitam verilmiş əmlak ilə bağlı yenidən başqa hərrac təşkilatına - "xxxx" MMC-yə sifariş verilmişdir. "xxxx" MMC tərəfindən də əlavə olaraq xx.xx.2023-cü il tarixdə 3-cü hərrac, xx.xx.2023-cü ildə də 4-cü hərrac keçirilmiş, hərrac barədə maraqlı şəxslərə məlumat verilməmiş, hərrac barədə məlumatın yerləşdirildiyinə istinad etdikləri qəzetdə ipoteka predmeti olan əmlak deyil, sırf satılmasın, hərraca maraq olmasın deyə çox-çox ucuz bir əmlakın şəkili yerləşdirilmişdir. Hərrac barədə maraqlı şəxslərə məlumat verilməmiş, borclu 2022-ci il tarixdə vəfat etmişdir, icra məmuru tərəfindən borclunun hüquqi varisləri müəyyən edilməmiş, onlara bildiriş göndərilməmiş, onlar icra işinə cəlb edilməmişlər, icra işi barədə məlumat verilməmiş, ipoteka predmeti olan əmlakda daim yaşayış olmasına baxmayaraq hərrac barədə heç bir zaman həmin ünvana bildiriş göndərilməmişdir. Onlara məlumat verilmədən, əvvəldən düşünülmüş formada formal hərrac təşkil edilmişdir. Nəticədə guya hərracı udan olmamış və evi bank qəbul etmişdir. İddiaçı qeyd edir ki, ipoteka predmeti olan ünvan 3ndə yerləşən 20 saylı fərdi yaşayış evində qanun üzrə vərəsəlik qaydasında miras payı vardır ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı vərəsə olaraq miras əmlakından məhrum buraxılmışdır. Bu səbəblə, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ vardır. Təxminən 20 gün əvvəl özünü bankın əməkdaşı kimi təqdim edən şəxs zəng edərək evi hərracda udduqlarını bildirməklə evi boşaltmalı olmağı b arədə məlumat vermişdir. Bununla bağlı "xxxx" MMC-yə gedərək vəkil sorğusu təqdim etməklə hərrac işinin materialları ilə tanış olmağa və sənədlərdən surət götürmək istəsələr də, hərrac mərkəzinin əməkdaşları təlaş içində onları sözügedən hərrac işinin materialları ilə tanış etməkdən imtina edib, yalnız hərracın təşkili barədə 1-ci və 2-ci bildirişi təqdim ediblər. Bu bildirişlərin göndərilməsi, hərrac mərkəzindən çıxması, göndərilməsi ilə bağlı konvertin, xəbərnamənin, borcluya çatmasını əks etdirən sənədin surətini tələb etdikdə hal-hazırda sözügedən sənədləri verə bilməyəcəklərini bildiriblər. Hərracın yekununa dair protokolun olub-olmamasını soruşduqda isə protokolun bankda olduğunu, bir il müddət keçməsinə baxmayaraq bank tərəfindən protokolun bir nüsxəsinin onlara verilmədiyini bildir iblər. Nəticədə "xxxx" MMC özünü bankın nümayəndəsi kimi aparmaqla hərrac işinin materiallarını ondan gizlətməyə nail olmuşdur. Hərracın keçirilməsi barədə iddiaçıya hər hansı bir rəsmi və ya qeyri-rəsmi məlumat verilməmişdir. İcra məmuru tərəfindən borclunun ölməsi ilə bağlı məlumat olmasına, sistemdə açıq-aşkar bunu gördükləri halda, bu günədək hüquqi varislər icra işinə cəlb edilməmişlər. İcra işində olan sənədlərlə tanış olma zamanı işdə mərhum X4 adına bir neçə məktub göndərilməsi qeyd edilsə də, həmin məktubların ünvana çatdırılmasını təsdiq edəcək xəbərnamə, reyestr yoxdur, çatdırılması da qeyri-mümkündür. Çünki iddiaçının atası məhkəmə gedişatında vəfat etmişdir. Kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmiş ipoteka predmetində davamlı olaraq yaşamağına baxmayaraq həmin ünvana heç bir bildiriş, məktub göndərilməmişdir. Təşkilatçı "xxxx" MMC-yə yaxınlaşaraq hərrac materialları ilə tanış olmağa çalışsalar da, əməkdaşlar hərrac materiallarını, xüsusən də hərracın yekunu barədə protokolun surətini, hərrac barədə göndərilmiş bildirişləri, həmin məktubların şirkətdən çıxdığı reyestr surətini təqdim etməkdən imtina edərək təkcə bildirişlərin surətini təqdim etdilər. Görünən odur ki, hərrac təşkilatı da borclunun öldüyünü bildiyi üçün heç əziyyət çəkib bildiriş belə göndərməmiş, formal yazışmalarla hərracı yekunlaşdırmışdır. Qanuni gözləntisi olan mülkiyyətinin müqəddəratının həll edildiyi hərrac barədə ailə üzvlərinin heç biri məlumatlandırılmamışdır.
28. İddiaçının vəkili və nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək ünvan 3 20 nömrəli fərdi yaşayış evinə dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın, o cümlədən cavabdeh "xxxx" MMC ilə Ləğv prosesində olan Cavabdeh2 ASC arasında bağlanılmış 26 may 2023-cü il tarixli 25/02 nömrəli hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi və həmin evə dair ipotekanın dövlət qeydiyyatının ləğv olunması, həmin fərdi yaşayış evinə dair Cavabdeh2 ASC-nin adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
29. Cavabdeh3 MMC iddia tələbinə etiraz edərək bildirmişdir ki, Abşeron rayon İcra şöbəsinin 17/754401Q saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubu əsasında ilkin hərracın keçirilməsi 23 may 2023-cü il tarixinə, saat 11:00-a təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, borcluya, eləcə də tələbkara xx.xx.2022-ci il tarixli bildiriş göndərilmişdir. İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində “Birjanyus” internet informasiya portalında (www.birjanews.az) dərc olunmuş və həmin elan eyni zamanda hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Hərrac iştirakçısı olmaması səbəbindən baş tutmamış, bu barədə 23 may 2022-ci il tarixli protokol tərtib olunmuşdur. Hərrac baş tutmadığından həmin əmlak ilkin satış qiymətindən 15% aşağı qiymətə, yəni 136.000 manata olmaqla 10 iyun 2022-ci il tarixinə təyin edilmiş, bu barədə elan xx.xx.2022-ci il tarixdə “Birjanyus” internet informasiya portalında (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (E-herrac.com) y erləşdirilmişdir. Həmin hərrac da iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın baş tutmaması barədə məlumat xx.xx.2022-ci il tarixdə kütləvi informasiya vasitəsində və hərrac təşkilatçısının rəsmi internet səhifəsində yerləşdirilmişdir. İpoteka saxlayana xx.xx.2022-ci il tarixli, 1047/22 saylı “ipoteka predmetinin əldə olunmasına dair” təklif göndərilərək, ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə ipotekasaxlayana təklif olunmuşdur. Lakin ipoteka predmetinin əldə olunmasına dair müraciət daxil olmamışdır. Bu barədə xx.xx.2022-ci il tarixdə 1366 saylı məktubla İcra şöbəsinə, eləcə də tərəflərə məlumat verilmişdir. İddiaçı iddia ərizəsində Mərkəzin 5 illik daimi fəaliyyətinin olmamasını qeyd edir. Bununla əlaqədar olaraq bildirilir ki, Cavab deh3 MMC vergi ödəyicisi kimi xx.xx.2008-ci il tarixində uçota alınmışdır. xx.xx.2022-ci il tarixinədək MMC X2 nəzdində fəaliyyət göstərmədiyindən ipoteka predmeti olan əmlaklar üzrə hərraclar təşkil etməmişdir. 10 yanvar 2022-ci il tarixindən Cavabdeh3 MMC Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2021-ci il tarixində, 1121-QK-l 1-0081 nömrə ilə əmtəə birjası statusunda dövlət qeydiyyatına alınmış “X2”nın 100 % təsisçiliyi ilə dövlət qeydiyyatına alınmaqla hazırda sözügedən “X2”nın nəzdində fəaliyyət göstərir. Cavabdeh3 MMC-ni hüquqi şəxs olaraq dövlət qeydiyyatına alındığı, eləcə də vergi ödəyicisi kimi uçota alındığı xx.xx.2008-ci il tarixdən hazırkı vaxtadək hüquqi şəxs olaraq daimi fəaliyyət göstərir. Mərkəz “X1 nəzdinə keçən müddətədək ayrı-ayrı hüquqi və fiziki şəxslərin sifarişləri əsasında ipoteka predmeti olmayan hərrac sifarişləri üzrə xeyli sayda hərraclar təşkil edib keçirmiş və qanunvericiliklə müəyyən edilən qaydada həmin hərracların nəticələrini rəsmiləşdirmişdir. Həmçinin qeyd olunur ki, Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış e-2(004)-5221/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh3 MMC-nin 5 illik daimi fəaliyyətinə hüquqi qiymət verilmiş, məhkəmə Cəmiyyətin 5 illik daimi fəaliyyətinin olduğu qənaətinə gəlmişdir. Hal-hazırda sözügedən qətnamə qanuni qüvvəsini almışdır. Eyni zamanda bildirilir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)2858/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində də Cəmiyyətin 5 illik daimi fəaliyyətinin olduğu qənaətinə gəlmiş, sözügedən qətnamədən apellyasiya şikayəti verilsə də, Apelyasiy a Məhkəməsinin 2-2(103)-939/2023 №-li, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən apelyasiya şikayəti təmin edilməmiş, Mərkəzin 5 illik daimi fəaliyyətinin olması qənaətinə gəlinmişdir. Yuxarıda sadalanan xüsusatlardan, eləcə də etiraz mülahizələrinə əlavə edilən sənədlərdən görünür ki, hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərracın vaxtı, yeri və s. barədə tələbkara, eləcə də borclulara müvafiq bildirişlərin göndərilməsi hərracın təşkilatçısı tərəfindən təmin olunmuşdur. Göründüyü kimi, hərracın etibarsız sayılmasına bu və ya digər hüquqi əsas yoxdur. Cavabdeh tərəfindən keçirilmiş hərrac prosedurunda qanunvericiliyin tələblərinə tam əməl olunmuşdur.
30. Cavabdeh2 ASC-nin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmiş dir ki, LPO Cavabdeh2 ASC tərəfindən Abşeron rayon İcra şöbəsinə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda Cavabdeh3 MMC-nin 5 il daimi fəaliyyəti olmamasını göstərməklə 5 il daimi fəaliyyəti olan hərrac təşkilatına sifariş verilməsini xahiş etmişdir. Eyni zamanda, bank Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-44/2020 saylı, 08 sentyabr 2020ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə icra şöbəsinə müraciət etmiş, Abşeron rayon İcra şöbəsi “icraatın dayandırılması barədə” xx.xx.2022-ci il tarixli qərar qəbul etmiş, xx.xx.2023-cü il tarixdə icraatın təzələnməsi qərara alınmışdır. Sonradan Abşeron rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli hərracın keçirilməsi barədə sifariş məktubu ilə X5 məxsus ünvan 3ndə yerləşən 20 saylı fərdi yaşayış evi ilə bağlı hərracın t əşkili və keçirilməsi Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1nə tapşırılmışdır. Həmin hərrac təşkilatında hərrac qanuni keçirilmiş, qanunvericilik normaları pozulmamışdır.
31. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1936/2024 nömrəli 16 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, "xxxx" MMC ilə Ləğv prosesində olan Cavabdeh2 ASC arasında bağlanmış 26 may 2023-cü il tarixli 25/02 nömrəli hərracın nəticələri haqqında yekun protokolunun etibarsız hesab edilməsi, İddiaçı məxsus ünvan 3 20 nömrəli fərdi yaşayış evinə dair Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ipoteka yüklülüyünə (ipotekasına) xitam verilməsi, ləğv prosesində olan Cavabdeh2 ASC-nin ünvan 3 ünvanda yerləşən 20 nömrəli fərdi yaşayış evinə dair ipoteka yüklülüyünün dövlət qeydiyyatın ın ləğv edilməsi, həmin fərdi yaşayış evinə dair Ləğv prosesində olan Cavabdeh2 ASC-nin adına verilmiş çıxarışın ləğv edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (hakim X6).
32. Həmçinin xüsusi qərardad çıxarılaraq iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-44/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli icra sənədi əsasında aparılmış icra hərəkətləri, eləcə də bu hərəkətlərdə iştirak etmiş vəzifəli şəxs(lər)in, LPO Cavabdeh2 ASC-də fəaliyyət göstərmiş müvafiq əməkdaş(lar)ın əməllərində cinayətin əlamətlərinin olub-olmadığının araşdırılması üçün zəruri sənədlərin surətləri əlavə edilməklə Bakı şəhəri Nərimanov Rayon Prokurorluğuna göndərilməsi qərara alınmışdır.
33. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1936/2024 nömrəli 04 okt yabr 2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-1936/2024 nömrəli qətnaməsində aşağıdakı düzəlişlər edilməsi, qətnamənin təsviri-əsaslandırıcı və nəticə hissələrində “İddiaçı məxsus ünvan 3 20 nömrəli fərdi yaşayış evinə dair Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ipoteka yüklülüyünə (ipotekasına) xitam verilsin” cümləsi “X5 məxsus ünvan 3 20 nömrəli fərdi yaşayış evinə dair Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ipoteka yüklülüyünə (ipotekasına) xitam verilsin» cümləsi ilə əvəz edilməsi qərara alınmışdır.
34. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı işdə hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Belə ki, tədqiq edilmiş iş materiallarına əsasən müəyyən olunmuşdur ki, ipoteka predmeti olan fərdi yaşayış evi ilə bağlı verilən icra sənədi əsasında 2 ayrı hərrac təşkilatı tərəfindən müxtəlif vaxtlarda, ümumilikdə 4 dəfə hərrac keçirilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu 28 oktyabr 2014-cü il tarixli Qərarında qeyd emişdir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur.
35. Təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir.
36. Abşeron rayon İcra Şöbəsindən dəfələrlə tələb edilmiş icra işindəki sənədlərdən və iş materiallarından göründüyü kimi, birinci dəfə Cavabdeh3 MMC tərəfindən 2022-ci ildə 2 dəfə (xx.xx.2022-ci il tarixdə birinci və xx.xx.2022-ci il tarixdə ikinci) hərrac keçirilmiş, lakin hərrac baş tutmadığı üçün hərrac təşkilatı tərəfindən banka, icra şöbəsinə və ipoteka qoyana bu barədə məlumat verilmiş, o cümlədən, ipoteka saxlayana ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 % az olmayan qiymətə ala bildiyi üçün 30 gün ərzində bu təklifə münasibət bildirilməsi xahiş edilmişdir. Buna baxmayaraq, tələbkar bank tərəfindən ipoteka predmeti qanunla müəyyən edilmiş müddətdə əldə edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, qeyd olunan hallar iddiaçıya “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsaslanaraq qanunvericiliklə müəyyən olunmuş qaydalara riayət olunmadan keçirilmiş hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsini tələb etmək hüququ vermişdir.
37. Həmçinin Mülki Məcəllənin 141.1-ci maddəsinin tələbinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bi lər.
38. Eyni zamanda həmin Məcəllənin 149.2-ci maddəsinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bu baxımdan ipotekaya xitam verilməsi müvafiq ipoteka qeydin ləğv edilməsi üçün əsasdır.
39. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317, 319, 415, 416-cı maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci, 43-cü, 44cü maddələrinə, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə m əhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.443.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28 oktyabr 2014-cü il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
40. Cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını x ahiş etmişdir.
41. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, keçiriləcək hərracın düzgün, obyektiv, hərtərəfli və qanuna uyğun aparılması, eyni zamanda gələcəkdə banka qarşı bu kimi tələblərin qarşısının alınması məqsədi ilə Fond tərəfindən Cavabdeh3 MMC-nin fəaliyyəti barədə məlumatların əldə edilməsi üçün Dövlət Vergi Xidməti Bakı şəhəri kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə müraciət edilmiş və alınan cavabdan məlum olmuşdur ki, Cavabdeh3MMC-nin 5 il daimi fəaliyyəti yoxdur. Bu əsaslı səbəbə görə ləğv prosesində Fond xx.xx.2022-ci il tarixli məktubla Abşeron rayon İcra şöbəsinə və surətini də Cavabdeh3 MMC-nə ünvanlayaraq icra şöbəsi tərəfindən verilmiş sifarişin icra edilmədən geri qaytarılmasını və 5 il daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış hərrac təşkilatlarına sifa riş verilməsini xahiş etmişdir. Həmin məktub göndərilməsi üçün xx.xx.2022-ci il tarixdə "xxxx" MMC xidmətinə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş müvafiq poçt qəbzlərinin surətlərindən görünür ki, həmin məktub poçt xidməti tərəfindən Cavabdeh3 MMC-yə və Abşeron rayon İcra və Probasiya şöbəsinə xx.xx.2022-ci il tarixdə çatdırılmışdır. Göründüyü kimi, qeyd olunan məktub ilkin hərracın keçirilməsinə 4 gün qalmış çatdırılmışdır. Eyni zamanda Fond tərəfindən xx.xx.2022-ci il tarixli digər məktubla Abşeron rayon İcra və Probasiya şöbəsinə müraciət edilərək icra sənədi üzrə icraatın dayandırılmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Lakin görülən bu kimi tədbirlərə baxmayaraq Cavabdeh3 MMC tərəfindən hərracın keçirilməsi davam etdirilmişdir. Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2023-cü il tarixli məktubla Abşeron rayon İcra və Probasiya şöbəsinə yenidən müraciət edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-44/2020 saylı 08 sentyabr 2020-ci il tarixli icra sənədi üzrə ipoteka predmeti olan ünvan 3ndə yerləşən 20 saylı fərdi yaşayış evinin hərrac vasitəsi ilə realizə edilməsi üçün 5 il daimi fəaliyyəti olan hərrac təşkilatına sifariş verilməsi xahiş edilmişdir. Bundan sonra Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 17/7566325-1Q saylı məktubu ilə Hərracın keçirilməsi haqqında sifariş “Respublika Xammal və X10” MMC-yə tapşırılmışdır. “Respublika Xammal və X10” MMC tərəfindən “İpoteka haqqında Qanun”un tələblərinə uyğun olaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə keçirilmiş hərraclar iştirakçılar olmadığı üçün baş tutmadığından ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 % az olmayan qiymətlə ipoteka predmetinin əldə edilməsi ipoteka saxlayana təklif edilmiş və hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli 25/02 nömrəli protokol tərtib edilməklə ipoteka predmeti olan əmlak ipoteka saxlayan Bank tərəfindən əldə edilmişdir. İş materiallarında iş üçün əhəmiyyətli olan və yuxarıda qeyd olunan faktları təsdiq edən kifayət qədər mötəbər sübutlar vardır. Eyni zamanda həmin məqamlar məhkəmə gedişatı zamanı Bankın nümayəndəsi tərəfindən də dəfələrlə məhkəmənin diqqətinə çatdırılmışdır. Hesab edirlər ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə sübutların obyektiv, hərtərəfli və tam tədqiqinə əsaslanmır.
42. Bakı Ap ellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-578/2025 14 may 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər - S.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), V.Sadıqov və X.Mərdanova).
43. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə və iş materiallarına istinadən qeyd etmişdir ki, Mülki Məcəllənin və “İpoteka haqqında” Qanunun müddəalarında hərracın təşkili və keçirilmə qaydası dəqiq müəyyən edilmiş, habelə Konstitusiya Məhkəməsinin Plenum qərarında bununla bağlı aidiyyəti məsələlərə aydınlıq gətirilmişdir. Bu sahəni tənzimləyən qanunvericilkdə mediada və hərrac təşkilatının rəsmi internet saytında məlumatın dərc edilməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildirişin göndərilməsi, hərracın sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilməsi, birinci elan və bildirişin hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış veriməsi, birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərracın keçirilməsi, habelə elanda və bildirişdə hərrac barədə əks olunmalı məlumatların dairəsi imperativ qaydada müəyyən edilmişdir.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28 oktyabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, "İpoteka haqqında" Qanunun 43-cü maddəsinin mənasından belə nəticəyə gəlmə k olar ki, bu Qanunun 42-ci maddəsində göstərilmiş qaydada cəmi iki hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, birinci hərracın həmin Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə, yəni hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə satılması nəzərdə tutulmuşdur. Bundan fərqli olaraq, həmin Qanunun 43.1.1, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş digər səbəblərə görə (yəni hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə) hərrac baş tutmamış elan edi ldikdə, ilkin satış qiyməti dəyişməmiş saxlanılır. Birinci hərracdan fərqli olaraq, təkrar hərrac zamanı “İpoteka haqqında” Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal, yəni hərraca iki nəfərdən az alıcının gəlməsi hərracın baş tutmaması halı kimi nəzərdə tutulmamışdır. Belə ki, Qanunun 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduğu halda da hərrac baş tutmuş hesab olunur və həmin şəxs hərracın qalibi olur. “İpoteka haqqında” Qanunun 43.1.2, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallara görə hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayana ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı verilir (“İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələri).
45. Konstitusiya Məhk əməsi Plenumunun adıçəkilən Qərarında həmçinin qeyd edilmişdir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Beləliklə, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir.
46. Hazırkı işdə isə hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Müəyyən edilmişdir ki, ipoteka predmeti olan fərdi yaşayış evi ilə bağlı verilən icra sənədi əsasında 2 ayrı hərrac təşkilatı tərəfindən müxtəlif vaxtlarda, ümumilikdə 4 dəfə hərrac keçirilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu 28 oktyabr 2014-cü il tarixli Qərarında qeyd emişdir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanlar ın yaranması ilə nəticələnir. Qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir.
47. Abşeron rayon İcra şöbəsindən dəfələrlə tələb edilmiş icra işindəki sənədlərdən və iş materiallarından göründüyü kimi, birinci dəfə Cavabdeh3 MMC tərəfindən 2022-ci ildə 2 dəfə (xx.xx.2022-ci il tarixdə birinci və xx.xx.2022-ci il tarixdə ikinci) hərrac keçiril miş, lakin hərrac baş tutmadığı üçün hərrac təşkilatı tərəfindən banka, icra şöbəsinə və ipoteka qoyana bu barədə məlumat verilmiş, o cümlədən, ipoteka saxlayana ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 % az olmayan qiymətə ala bildiyi üçün 30 gün ərzində bu təklifə münasibət bildirilməsi xahiş edilmişdir. Buna baxmayaraq, tələbkar bank tərəfindən ipoteka predmeti qanunla müəyyən edilmiş müddətdə əldə edilməmişdir.
48. Bundan başqa icra işi materiallarında olan LPO Cavabdeh2 ASC tərəfindən Abşeron rayon İcra şöbəsinə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubu, Abşeron rayon İcra şöbəsinin 23 may 2022-ci il tarixli Əmlak Hərrac Mərkəzi” MMC-yə ünvanlanmış məktub (hərracın dayandırılması tələbi barədə), LPO Cavabdeh2 ASC Abşeron rayon İcra şöbəsinə ünvanlanan xx.xx.20 23-cü il tarixli məktubu (5 il daimi fəaliyyəti olan hərrac təşkilatına sifariş verilməsi barədə xahişi), Abşeron rayon İcra şöbəsinin “icraatın dayandırılması barədə” xx.xx.2022-ci il tarixli qərarı, Abşeron rayon İcra şöbəsinin “icra sənədi üzrə icraatın təzələnməsi barədə” xx.xx.2023-cü il tarixli qərarı məhkəməyə təqdim olunmuşdur. (Həmin sənədlərin işin məhkəmə baxışı mərhələsində tərtib olunmasına şübhələr yaranmış, bununla bağlı məhkəmə xüsusi qərardad qəbul etmişdir.).
49. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 04/2022 nömrəli 14 dekabr 2022-ci il tarixli qərardadında da ipoteka predmeti təkrar hərracın baş tutmamış elan edilməs indən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edildiyi göstərilmişdir. Bu hal bir daha təsdiq edir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilir, eyni zamanda Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. Lakin hazırki iş üzrə cavabdeh olan bank isə iki dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra, ümumilik də 4-cü hərracdan sonra ipoteka predmeti olan fərdi yaşayış evini qanunsuz əldə etmişdir ki, bu da hazırki iddianın təmin edilməsi üçün müstəqil əsas sayılır. Qeyd olunan hallar iddiaçıya “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsaslanaraq qanunvericiliklə müəyyən olunmuş qaydalara riayət olunmadan keçirilmiş hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsini tələb etmək hüququ vermişdi.
50. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində Cavabdeh3 MMC-nin 5 (beş) il daimi fəaliyyəti olmadığından sonuncu tərəfindən keçirilmiş hərracın qanuni hesab edilməməsi dəlilinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Həmin Məcəllənin 61.12-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır. Həmçinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 16.7-cı maddəsinə əsasən Dövlət reyestrindən çıxarılmış hüquqi şəxslər, habelə xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri fəaüyyət göstərə bilməz. Sadalanan normalardan göründüyü kimi qanunverici hüquqi şəxsin dövlət reyestrində qeydiyyata alındığı vaxtdan onun dövlət reyestrində qeydiyyatdan çıxarıldığı vaxta kimi olan fəaliyyətini hüquqi şəxsin fəaliyyət müddəti kimi nəzərdə tutmuşdur. Məhkəmənin qənaətinə əsasən hüquqi şəxsin təyinatı üzrə nizamnamədə nəzərdə tutulmuş vəzifələrini qismən icra etməməsi, müəyyən səbəblərdən iş yükünün olmaması (məsələn ixtisaslaşdırılmış hərrac təşkilatıdırsa, bu barədə ona müraciətlər olmamasına görə) onun daimi fəaliyyət göstərməməsi hesab oluna bilməz. Həmçinin göstərilən dövr ərzində hüquqi şəxsin fəaliyyəti müvafiq əsaslarla dayandırılmamışdırsa, müəyyən iş görübgörməməsindən asılı olmayaraq fəaliyyət göstərmiş hesab olunur. Cavabdeh3 MMC xx.xx.2008-ci il tarixdə hüquqi şəxs kimi dövlət reyestrində qeydə alınmışdır. Həmin məktubda onun müxtəlif fasilələrlə vergi ödəyicisi kimi fəaliyyətini dayandırdığı qeyd edilsə də, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 41.2-ci maddəsində hərrac təşkilatının 5 i l daimi olaraq fəaliyyəti dedikdə vergi ödəyicisi kimi fəaliyyəti deyil, hüquqi şəxs kimi fəaliyyəti nəzərdə tutulur. Mübahisələndirilən hərracların 2022-ci il tarixdə keçirildiyi nəzərə alınarsa müəyyən olunur ki, hərraclar 5 ildən artıq daimi fəaliyyət göstərən təşkilat tərəfindən keçirilmişdir. Cavabdeh3 MMC hüquqi şəxs olaraq müvafiq hərrac sifarişləri əsasında açıq və ya qapalı hərracların təşkili və keçirilməsi üzrə daimi fəaliyyət göstərdiyi müddət ərzində açıq və ya qapalı hərraclar təşkil edib, onların keçirilməsi fəaliyyətini göstərməsi ilə əlaqədar Mərkəz “X1 nəzdinə keçən müddətədək ayrı-ayrı hüquqi və fiziki şəxslərin sifarişləri əsasında ipoteka predmeti olmayan hərrac sifarişləri üzrə xeyli sayda hərraclar təşkil edib keçirmiş və qanunvericiliklə müəyyən edilən qaydada həmin hərracların nəticələrini rəsmiləşdirmişdir. Cavabdeh3 MMC-nin hərracların keçirilməsi sahəsində ixtisaslaşdırılmış təşkilat olduğu isə iddiaçı tərəfindən mübahisələndirilmir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmişsə hərracı keçirmiş təşkilatın fəaliyyətinin 5 ildən az olması baş tutmuş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün müstəqil əsas ola bilməz. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 41.2-ci maddəsində öz əksini tapmış hərracların bu sahədə kifayət qədər (ən azı 5 il) təcrübəsi olan və bu sahədə ixtisaslaşdırılmış təşkilatlar vasitəsilə keçirilməli olduğuna dair normanın məqsədi hərracların qanunla müəyyən edilmiş norma və tələblərə uyğun keçirilməsini təmin etməkdir. Haz ırkı halda məhkəmə araşdırması zamanı hərraclar keçirilərkən iddiaçı tərəfindən baş verdiyi iddia edilən pozuntuların mövcudluğu öz əksini tapmamışdır.
51. Belə olan halda cavabdehin hazırda Cavabdeh3 MMC-nin 5 (beş) il daimi fəaliyyəti olmadığından sonuncu tərəfindən keçirilmiş hərracın qanuni olmamasına istinad etməsi özü-özlüyündə əsassızdır. Belə olan halda yuxarıda qeyd olunanlara əsasən iddiaçı cavabdehin mənzilinə dair keçirilmiş hərracın etibarsız hesab edilməsini və qeydin ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri işin müəyyən edilmiş hallarına əsasən təsdiqini tapmamaqla məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.
52. Apellyasiya instansiyası məhkəməsi göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, birinci insta nsiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə hər hansı əsas vermir.
53. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5, 337.1, 337.4, 415.1, 415.2, 415.4, 416.1 və 416.2-ci, “İpoteka haqqında” Qanunun 41, 42.1, 42.8, 43.1, 43.2, 43.4, 43.5, 43.7, 43.8 və 44-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.1, 217.3, 217.4 və 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
54. Cavabdeh Ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
55. Kassasiya şikayəti Mülki Məcəllənin 415.3-cü, “İpoteka haqqında” Qanunun 41.2, 43.7, 43.8-ci, MPM-in 88 və 418.1-ci maddələrinə istinad edilməklə apellyasiya şikayəti ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
56. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
57. Maddə 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın b irinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
58. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
59. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
60. Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.
61. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət gös tərilməlidir.
62. Maddə 415.4. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir.
63. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
64. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
65. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka pre dmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
66. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.
67. Maddə 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq q aydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.
68. Maddə 41.5. Hərrac açıq auksion formasında keçirilir.
69. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiyməti nin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
70. Maddə 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur
71. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nə fərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.
72. Maddə 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir.
73. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.
74. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.
75. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digə r ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
76. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.
77. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
78. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka sax layan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
79. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
80. Maddə
44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
81. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
82. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
83. Madd ə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
84. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
85. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
86. Maddə 416.2. Apellyasiy a instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
87. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
88. Hazırkı k assasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
89. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
90. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə bax ışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
91. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəti cələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
92. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
93. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki h allarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
94. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığ ından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
95. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-578/2025 nömrəli, 14 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.