Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2743/2025 21.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçın Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:kredit borcunun, faizlərin, cərimənin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 may 2025-ci il tarixli, 2(103)2835/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxar aq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bank Olmayan Kredit Təşkilatı İddiaçı (bundan sonra- iddiaçı və ya Bank) ilə Cavabdeh1 (bundan sonra- cavabdeh və ya borclu) arasında bağlanan xx.xx.2022-ci il tarixli, 12/685-2022 saylı kredit xətti müqaviləsindən görünür ki, Bank borcluya 60 ay müddətinə, illik 28 faiz olmaqla, 200.000 manat kredit xətti açmışdır. Bankla borclu arasında bağlanan xx.xx.2022-ci il tarixli, 12/685-2022 saylı kredit xətti müqaviləsinə 1 saylı əlavə ilə Bank borcluya 36 ay müddətinə, illik 28 faiz olmaqla, 80.000 manat, xx.xx.2023-cü il tarixli kredit xətti müqaviləsinə 2 saylı əlavə ilə Bank borcluya 36 ay müddətinə, illik 28 faiz olmaqla, 50.000 manat kredit vermişdir.
2. Bankla ipoteka qoyan borclu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 12/6852022-İP s aylı ipoteka müqaviləsi ilə borclu mülkiyyət hüququ ilə ona məxsus olan mənzili xx.xx.2022-ci il tarixli, 12/685-2022 saylı kredit xətti müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasını təmin etmək məqsədilə Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Müqavilənin 2.1-ci maddəsinə əsasən ipoteka predmeti Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 61-dir.
3. Bankla zamin Cavabdeh2 (bundan sonra cavabdeh və ya zamin) arasında xx.xx.2022-ci il tarixdə xx.xx.2023-ci il tarixli, 12/685-2022 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı, iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən kredit xətti müqaviləsi üzrə xx. xx.2024-cü il tarixli, 9/3952 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 70.693,86 manat; faiz borcu üzrə 10.446,98 manat, cərimə üzrə 20.780,67 manat, cəmi 101.921,51 manat və xx.xx.2023-ci il tarixli kredit xətti müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borc üzrə 38.621,87 manat, faiz borcu üzrə 5.707,45 manat, cərimə üzrə 3.671,8 manat, cəmi 48.001,12 manat; ödənilmiş dövlət rüsumuna görə 450 manatın iddiaçının xeyrinə tutulması; tutmanın ipoteka predmeti kimi cavabdehin mülkiyyətində olan 240.000 manat məbləğində qiymətləndirilən Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 61-ə yönəldilərək mənzilin açıq hərracdan çıxarılması, mənzilin satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərin iddiaçıya olan borcunun ödənilməsi nə yönəldilməsi, borc məbləği tam ödənilmədiyi təqdirdə qalıq məbləğin cavabdehlərdən tutulması və ipoteka predmeti olan mənzil hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılaraq ailə üzvləri və digər şəxslərlə birlikdə mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı, iddia tələbini onunla əsaslandırmışdır ki, Bankla borclu arasında xx.xx.2022-ci il tarixli, 12/685-2022 saylı kredit xətti müqaviləsi bağlanmışdır. Həmin kredit xətti müqaviləsinin xx.xx.2022-ci il tarixli 1 Saylı əlavəsinin 2.1 bəndinə əsasən ona 80.000 manat kredit məbləği (tranşı) və həmin kredit xətti müqaviləsinin xx.xx.2023-ci il tarixli 2 Saylı əlavəsinin 2.1 bəndinə əsasən 50.000 manat kredit məbləği (tranşı) ayrılmışdır. Borclunun öhdəliyinin icrasının təmin edilməsi mə qsədi ilə Bankla zamin arasında xx.xx.2022-ci il tarixdə xx.xx.2023-ci il tarixli, 12/685-2022 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin borclu ilə birlikdə Banka olan öhdəliklərini tam yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Həmçinin borclunun öhdəliklərinin icrasının təminatı kimi onunla Bank arasında xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinin 2.1ci maddəsinə əsasən, Bankla borclu arasında bağlanmış xx.xx.2022-ci il və xx.xx.2023-ci il tarixdə 12/685-2022 nömrəli kredit müqaviləsinə əsasən borcalanın yaranacaq öhdəliyinin təminatı kimi borcluya Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən, xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 61-i xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsi əsasında Bankın xeyrinə ipoteka ilə yükləməyi və müvafiq dövlət orqanında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürmüşdür. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinin 2.5-ci maddəsinə əsasən borclu kredit müqaviləsi üzrə əsas borcun və (və ya) faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə 2 iş günündən sonra hər gecikdirilmiş gün üçün aylıq ödəniləcək əsas məbləğin 1 faizi həcmində dəbbə (cərimə) ödəyir. Borclu kredit mü qavilələrindən irəli gələn öhdəliklərini vaxtında və lazımı qaydada icra etmədiyi üçün həmin öhdəliklərin icrasını təmin etmək məqsədi ilə ipoteka predmeti olan mənzilə tutma yönəldilməli, kredit müqaviləsinin icrasının təminat üsulu kimi sözügedən mənzili açıq hərracda satılmaqla əldə edilmiş pul vəsaiti hesabına cavabdehlərin Banka olan kredit və kreditdən istifadəyə görə faiz və cərimə borcları, həmçinin hazırki iddianın qaldırılması ilə əlaqədar çəkilmiş məhkəmə xərcləri ödənilməlidir. Sözügedən mənzil ipoteka ilə yüklü edilərkən tərəflərin razılığı ilə mənzilin bazar dəyəri 240.000 manat, likvid dəyəri 220.000 manat məbləğində qiymətləndirilmişdir.
6. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 17, 19 saylı evin 3 otaqlı, ümumi sahəsi 133,40 kv.metr olan 61 saylı mənzilin bazar dəyəri təqribən 397.500 manat (133,40 x 2.980) manat; likvid dəyər təqribən (397.500-10%) 358.000 manat məbləğində qiymətləndirilmişdir.
7. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən, xx.xx.2022-ci il tarixli, 12/685-2022 saylı kredit müqaviləsinə 1 saylı əlavə üzrə xx.xx.2024cü il tarixə əsas borc 70.693,86 manat, faiz borcu 3.354,03 manat, xx.xx.2024-cü il tarixə əsas borc 70.693,86 manat, faiz borcu 3.518,98 manat, xx.xx.2024-cü il tarixə əsas borc 70.693,86 manat, faiz borcu 10.446,98 manat, xx.xx.2023-cü il tarixli 2 saylı əlavə üzrə xx.xx.2024-cü il tarixə əsas borc 38.621,87 manat, faiz borcu 1.832,29 manat, xx.xx.2024cü il tarixə əsas borc 38.621,87 manat, faiz borcu 1.922,51 manat, xx.xx.2024-cü il tarixə əsas borc 38.621,87 manat, faiz borcu 5.707,45 manat təşkil edir.
8. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən, xx.xx.2022-ci il tarixli, 12/685-2022 saylı kredit müqaviləsinə 1 saylı əlavə üzrə xx.xx.2023cü il tarixə əsas borc 79.101,00 manat, faiz borcu 5.660,12 manat, xx.xx.2023-cü il tarixli 2 saylı əlavə üzrə xx.xx.2023-cü il tarixə əsas borc 46.260,87 manat, faiz borcu 3.310,22 manat təşkil edir.
9. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin e-2(001)-177/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin “ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 61 açıq hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılaraq ailə üzvləri və digər şəxslə rlə birlikdə mənzildən çıxarılması” hissəsində işin icraatına xitam verilmişdir.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)177/2025 saylı qətnaməsi ilə (hakim İ.Əliyev) iddia qismən təmin edilərək, xx.xx.2022-ci il tarixli, 12/685-2022 saylı kredit xətti müqaviləsinə xx.xx.2022-ci il tarixli 1 saylı əlavə üzrə əsas borca görə 70.963,8 manat, faiz borcuna görə 3.354,03 manat, cəriməyə görə 7.000 manat olmaqla, cəmi 81.317,83 manat; xx.xx.2023-cü il tarixli 2 saylı əlavə üzrə əsas borca görə 38.621,87 manat, faiz borcuna görə 1.832,29 manat, cəriməyə görə 3.671,8 manat olmaqla, cəmi 44.125,96 manat, ümumilikdə 125.443,79 manat kredit borcunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, xx.xx.2022-ci il tarixli, 12/685-2022 saylı kredit xətti müqaviləsi üzrə 125.443,79 manatın tutulmasının ipoteka predmeti olan cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 61-ə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 358.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin xx.xx.2022-ci il tarixli, 12/685-2022 saylı kredit xətti müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalıq hissəsinin borcluya qaytarılması, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun cavabdehlərdən müştərək qaydada tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni on unla əsaslandırmışdır ki, müqavilə tərəfləri arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, borclu kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur.
12. Ona görə də məhkəmə qeyd etmişdir ki, borclu risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Digər cavabdeh- zamin isə zamin kimi cavabdehin kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, borclu ilə birlikdə Bank qarşısı nda eyni həcmdə və birgə məsuliyyət daşımalıdır.
13. Bununla belə, məhkəmə iddiaçının kredit xətti müqaviləsi üzrə yaranmış borcun tutulması barədə tələbini qismən əsaslı hesab etmişdir. Çünki, işin hallarından müəyyən eidldiyi kimi iddiaçı xx.xx.2024-cü il tarixdə tərtib etdiyi maliyyə arayışına əsaslanaraq, xx.xx.2024-cü il tarixdə iddia ilə məhkəməyə müraciət etmiş və kredit xətti müqaviləsinin 1 və 2 saylı əlavələri üzrə yaranmış bütün borcu tələb etmişdir.
14. Göründüyü kimi iddiaçı, məhkəməyə iddia ərizəsi ilə müraciət etməklə müqavilələrdən imtina edərək müqavilə münasibətlərinə xitam vermişdir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarındakı hüquqi mövqeyə uyğun olaraq, iddiaçının məhkəmə mübahisəsinin uzun müddə t davam etməsinə görə iddiaçının artırılmış hissədə tələbini əsassız hesab etmişdir.
15. Odur ki, məhkəmə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin ilk dəfə xx.xx.2023-cü il tarixdə göndərilməsinə baxmayaraq, müqavilə münasibətlərinin məhkəməyə müraciət edilənədək davam etdiyi barədə iddiaçının mövqeyi ilə razılaşaraq o qənaətə gəlmişdir ki, iddia tələbi kredit xətti müqaviləsi üzrə maliyyə arayışının verildiyi tarixə olan əsas və faiz borcunun ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə tutulması hissəsində əsaslı hesab edilməlidir.
16. Belə ki, işin halları ilə müəyyən edilmişdir ki, həqiqətən borclu xx.xx.2023-cü il tarixdə xəbərdarlıq aldıqdan sonra oktyabr, dekabr aylarında yaranmış borcu qismən ödəmişdir və iddiaçının xx.xx.2024-cü il tarixdə göndərdiyi ikinci xəbərda rlıq müqavilədən imtina mahiyyəti daşımamışdır.
17. Beləliklə, məhkəmə qeyd etmişdir ki, kredit xətti müqaviləsinə 1 saylı əlavə üzrə qalıq borcun məbləği əsas borca görə 70.693.86 manat, faiz borcuna görə 3.354.03 manat, 2 saylı əlavə üzrə qalıq borcun məbləği əsas borca görə 38.621.87 manat, faiz borcuna görə 1.832.29 manat məbləğdə müəyyən edilməlidir.
18. Bundan əlavə məhkəmə, 1 saylı əlavə üzrə tələb edilən cərimə məbləğini aşağıda göstərilənlərə əsasən qismən əsaslı hesab etmişdir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
19. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
20. Odur ki, məhkəmə qalıq əsas borc üzrə məbləği nəzərə alaraq qeyd etmişdir ki, 1 saylı əlavə üzrə tələb edilən cərimə məbləği azaldılaraq cəmi 7.000 manat məbləğində müəyyən edilməlidir. 2 saylı əlavə üzrə tələb edilən 3.671,8 manat cərimə məbləğini isə məhkəmə əsas borca mütənasib hesab etmişdir.
21. Beləlikl ə məhkəmə qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli, 12/685-2022 saylı kredit xətti müqaviləsinə xx.xx.2022-ci il tarixli 1 saylı əlavə üzrə əsas borca görə 70.963,8 manat, faiz borcuna görə 3.354,03 manat, cəriməyə görə 7.000 manat olmaqla, cəmi 81.317,83 manat; xx.xx.2023-cü il tarixli, 2 saylı əlavə üzrə əsas borca görə 38.621,87 manat, faiz borcuna görə 1.832,29 manat, cəriməyə görə 3.671,8 manat olmaqla, cəmi 44.125,96 manat, ümumilikdə 125.443,79 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
22. Bundan başqa, məhkəmə iddia tələbinin ipoteka predmetinə tutma yönəldilməsi hissəsində qeyd etmişdir ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetlərinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdi r. Borclu öhdəliklərin icrası müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda ipoteka predmetinin açıq hərracdan satılmasını və əldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb edir.
23. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu tərəfindən lazımınca icra edilmədiyindən, xx.xx.2022-ci il tarixli, 12/685-2022 saylı kredit xətti müqavilə üzrə borcun ödənilməsi üçün tələb ipoteka qoyulmuş borcluya məxsus olan sözügedən mənzilə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı və satışdan əldə olunan vəsait hesabına kredit borcu ödənilməlidir.
24. Məhkəmə qeyd etmişdir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Qanunun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi müvafiq olaraq ipoteka qoyan borcluya qaytarılmalıdır.
25. Eyni zamanda, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğ “İpoteka haqqında” Qanunun 47.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
26. Məhkəmə ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı ekspert rəyi ilə razıla şmış və belə qənaətə gəlmişdir ki, mənzilin ilkin satış qiyməti 358.000 manat məbləğində müəyyən edilməlidir.
27. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 443.1, 448.1, 472.1, 472.2, 739-cu, “İpoteka haqqında” Qanunun 34, 36.1, 36.3, 39.3, 39.3.3, 1.0.9-ci, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
28. Cavabdeh- borclu apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, xx.xx.2022-ci il tarixli, 12/685-2022 saylı kredit xətti müqaviləsinin ləğv olunması, iddianın xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavə üzrə və xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə 2 saylı ə lavə üzrə əsas borc hissəsinin tam, faiz borcu hissəsinin qismən təmin olunması, cərimə borcu hissəsinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə cavabdehlərin məhkəmədə iştirakını təmin etməmiş, borclunun iddiaya etirazında göstərdiyi xüsusatları araşdırmamış və bu məsələyə hüquqi qiymət verməmişdir. Bununla da prosessual hüquq normalarını pozmuşdur. Bundan başqa, məhkəmə nəzərə almamışdır ki, kredit müqaviləsi üzrə ödənilmiş 30.000 manat pul vəsaiti iddiaçı tərəfindən əsas borca deyil, cərimə borcuna yönəldilmişdir. Bu hal da cavabdehlərin əsas borcunun əsassız şişirdilməsinə səbəb olmuşdur. Həmçinin, birinci instansiya məhkəməsi mülki iş üzrə iki dəfə məhkəmə-mühasibatlıq ekspertizası t əyin etmiş və müvafiq rəylər alınmışdır. Lakin, hər iki rəydə borc düzgün hesablanmamış, rəylər arasında ziddiyyət və fərqlilik mövcud olmuşdur. Məhkəmə tərəfindən bu hal aradan qaldırılmamış, ziddiyyətə aydınlıq gətirilməmişdir. Halbuki, komissiyon məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməklə bu xüsusat aradan qaldırıla bilərdi. Lakin, birinci instansiya məhkəməsi buna əməl etməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi ipoteka predmeti olan əmlakın qiyməti ilə əlaqədar da düzgün mövqe nümayiş etməmişdir. Birinci instansiya məhkəməsi məhz hansı meyara görə əmlakın dəyərinin 358.000 manat qiymətləndirməsini, həmçinin əmlakın 397.000 manat olan bazar dəyərinin deyil, məhz likvid dəyərinin 358.000 manat əsas götürməsini həmin qiymətlə açıq hərrac yolu ilə satışa çıxarılmasını əsa slandırmamış, daha doğrusu əsaslandıra bilməmişdir. Bununla da, məhkəmə prosessual hüquq normalarını pozaraq əsassız, ədalətsiz və qanunsuz nəticəyə gəlmişdir. Bundan başqa, məhkəmə tənasübsüz sürətdə yüksək dəbbə pulu kimi iddia tələbinə əks etdirilmiş cərimə faizlərini yüksək məbləğdə təmin etmişdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Lakin məhkəmə sözügedən maddənin tələblərinə riayət etməmişdir, nəyə görə məhz bu məbləği saxladığının səbəbini açıqlamamışdır. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, “bank tərəfində n məhkəməyə təqdim olunan hesabdan çəxarışdan görünür ki, xx.xx.2023-cü il tarixində borclu tərəfindən ödənilən 30.000 manat pul məbləğinin 17.444 manatı 1 saylı əlavə üzrə, 12.556 manatı isə 2 saylı əlavə üzrə borcdan silinmişdir.” Lakin məhkəmə araşdırmamışdır ki, ödənilmiş 30.000 manat məbləğ kredit borcunun hansı hissəsindən, əsas borcdan, faiz borcundan və ya dəbbə pulundan (cərimə borsundan) silinmişdir. Belə ki, kredit götürən xx.xx.2023-cü il tarixində borcundan 30.000 manat ödəniş etmişdir. Lakin kredit verən həmin ödənişi dəbbə puluna silmişdir ki, əsas borc dəyişilmədən saxlanılsın və həmin əsas borca əlavə faiz və cərimə borcları hesablansın. Digər tərəfdən məhkəmə cavabdehlərdən borcun tutulmasının, tutmanın ipoteka predmetinə yönəldilməsini və sair qət etsədə kredit xətti müq aviləsinin ləğv olunmasına hüquqi qiymət verməmişdir.
30. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2835/2025 nömrəli iş üzrə 12 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - X.Mərdanova (sədrlik edən, məruzəçi), V.Sadıqov və S.Bəhrəmzadə) borclu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(001)-177/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
31. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq borclunun apellyasiya şikayətində göstərdiyi məhkəmənin kredit müqaviləsi üzrə ödənilmiş 30.000 manatı Bankın əsas borca deyil, cərimə borcuna yönəltməsi, bu halın isə cavabdehlərin əsas borcunu n əsassız şişirdilməsinə səbəb olmasını, mülki iş üzrə iki dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməklə və müvafiq rəylər alınsa da, hər iki rəydə borcun düzgün hesablanmaması, rəylər arasında ziddiyyət və fərqlilik mövcud olmasını nəzərə almamasına dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, mülki iş materiallarından görünür ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza ilə məbləğin hansı qaydada silinməsi cədvəllər tərtib edilməklə göstərilmişdir. Apellyator ekspertiza rəylərinin düzgün olmaması və rəylər arasında ziddiyyətin konkret nədən ibarət olmasını açıqlamamış, məbləğlərin şişirdilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir.
32. İddiaçı, məhkəməyə iddia ərizəsi ilə müraciət etməklə müqavilələrdən imtina edərək müqavilə münasibətlərinə xitam vermişdir. Bununla da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarındakı hüquqi mövqeyə uyğun olaraq, iddiaçının məhkəmə mübahisəsinin uzun müddət davam etməsinə görə iddiaçının artırılmış hissədə tələbi əsassız olmuşdur.
33. Borclu apellyasiya şikayətində kredit borcunun məbləğlərinin düzgün hesablanmadığını irəli sürsə də, həmin halı təsdiq edəcək hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
34. Hazırkı işin hallarından görünür ki, borclunun 1 saylı əlavə üzrə 70.693,86 manat kredit borcunun olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə iddiaçı tərəfindən 20.780,67 manat cərimə borcu hesablayıb tələb etmişdir.
35. Məhkəmə kollegiyasının qənaətinə görə, həmin məbləğin əsas borca mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Bu baxımdan borcludan tutulmalı dəbbə pulunun məbləğinin 7.000 manat həddində müəyyənləşdirilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ağlabatan və ədalətlidir.
36. Məhkəmə kollegiyası eyni zamanda 2 saylı əlavə üzrə tələb edilən cərimə məbləğinin 3.671,8 əsas borca mütənasib olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində kredit müqaviləsi üzrə ödənilmiş 30.000 manat pul vəsaitinin iddiaçı tərəfindən əsas borca deyil, cərimə borcuna yönəldiyini qeyd etsə də bu barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir, həmçinin ekspert rəyi ilə həmin hal müəyyən edilməmişdir.
37. Borclu həmçinin apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirmişdir və həm in dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, ipoteka predmetinin dəyərinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi baxışı zamanı həmçinin məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 17, 19 saylı evin, 3 otaqlı, ümumi sahəsi 133,40 kv.metr olan 61 saylı mənzilin orta bazar dəyəri təqribən 397.500 manat, likvid dəyər təqribən (397.500-10%) 358.000 manat təşkil edir.
38. Borclu apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi məhz hansı meyara görə əmlakın dəyərinin 358.000 manat qiymətləndirməsini, həmçinin əmlakın 397.000 manat olan bazar dəyərinin deyil, məhz likvid dəyərinin 358.000 manat əsas götürməsini həmin qiymətlə açıq hərrac yolu ilə satışa çıxarılmasını əsaslandırmamış, daha doğrusu əsaslandıra bilməmişdir. Halbuki “İpoteka haqqında” Qanunun tətbiqi üzrə ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli, 01 saylı qərardadına əsasən “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
39. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, ipoteka predmetinin qətnamədə ilkin satış qiymətinin 358.000 manat müəyyən edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nətic əyə gəlmişdir, çünki, bu qiymət daha real və likvid dəyəri əks etdirən ilkin satış qiyməti hesab edilir. Başqa sözlə bu qiymət ipoteka predmeti olan yaşayış sahəsinin yerləşdiyi ərazi, mənzil bazarında Bakı şəhəri üzrə olan qiymətlər və.s halları nəzərə alınmaqla real likvid dəyəri əks etdirir.
40. Borclunun məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlilinə gəlincə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən borcluya məhkəmə iclasının vaxtı və yeri haqqında qeydiyyatda olduğu ünvan üzrə bildirişlər göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin borclu məhkəmə iclasında iştirak etməmişdir.
41. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 443. 1, 448.1, 472.1, 472.2, 739-ci, “İpoteka haqqında” Qanunun 1.0.9, 34, 36.1, 36.3, 39.3, 39.3.3-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına, habelə MPM-in 14.2, 77.1, 88, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
42. Borclu kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
43. Kassas iya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi üzrə ödənilmiş 30.000 manat Bəna tərəfindən əsas borca deyil, cərimə borcuna yönəldilmişdir. Bununla da dünyada yaranmış və Azərbaycan Respublikasına da təsir etmiş maliyyə böhranı çətin duruma düşmüş cavabdehlərin maliyyə vəziyyətini daha da ağırlaşdırmışdır. Bu hal da cavabdehlərin əsas borcunun əsassız şişirdilməsinə səbəb olmuşdur. Həmçinin, birinci instansiya məhkəməsi mülki iş üzrə iki dəfə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və müvafiq rəylər alınmışdır. Lakin, hər iki rəydə borc düzgün hesablanmamış, rəylər arasında ziddiyyət və fərqlilik mövcud olmuşdur. Məhkəmə tərəfindən bu hal aradan qaldırılmamış, ziddiyyətə aydınlıq gətirilməmişdir. Halbuki, komissiyon məhkəməmühasibatlıq ekspertizası təyin edilməklə bu xü susat aradan qaldırıla bilərdi. Lakin, birinci instansiya məhkəməsi buna əməl etməmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi ipoteka predmeti olan əmlakın qiyməti ilə əlaqədar düzgün mövqe nümayiş etməmişdir. Birinci instansiya məhkəməsi məhz hansı meyara görə mənzilin dəyərini 358.000 manat qiymətləndirməsini, həmçinin mənzilin 397.000 manat olan bazar dəyərini deyil, məhz likvid dəyərini əsas götürməsini və həmin qiymətlə açıq hərrac yolu ilə satışa çıxarılmasını əsaslandırmamış, daha doğrusu əsaslandıra bilməmişdir. Bundan başqa, məhkəmə tənasübsüz sürətdə yüksək dəbbə pulu kimi iddia tələbinə əks etdirilmiş cərimə faizlərini yüksək məbləğdə təmin etmişdir. Məhkəmə qətnaməsində qeyd edir ki, Bank tərəfindən məhkəməyə təqdim olunan hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixində borclu tərəfindən ödənilən 30.000 manatın 17.444 manatı 1 saylı əlavə üzrə, 12.556 manatı isə 2 saylı əlavə üzrə borcdan silinmişdir.” Lakin məhkəmə araşdırmamışdır ki, ödənilmiş 30.000 manat kredit borcunun hansı hissəsi əsas borca, faiz borcuna və ya dəbbə puluna silinmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
44. Bank kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, onun təmin edilməməsini, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəllləsi
45. Maddə 269.1-ci və 269.7 girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təm in edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın.
46. Maddə 269.4 ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
47. Maddə 295 girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
48. Maddə 317.1 borclu təminat vasitəsi ipo teka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
49. Maddə 319.1 əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
50. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.
51. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
52. Maddə 386.1 öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
53. Maddə 427.3 əgər öhdəlik on un icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
54. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
55. Maddə 443.1 öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
56. Maddə 448.1 əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
57. Maddə 472.1 borclu zaminliklə təmin edilmiş öhdəliyi icra e tmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
58. Maddə 472.2 əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
59. Maddə 739 borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
60. Maddə 1.0.9 ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
61. Maddə 34.1 İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1. 1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4.cü maddəsinə əsaəsn bu Qanunda nəzərdə tutulmuş digər hallarda;
62. Maddə 36.1 ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndə rir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.
63. Maddə 36.3 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır.
64. Maddə 39.3 və 39.3.3 məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqq ında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
65. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
66. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
67. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
68. Ma ddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
69. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
70. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
71. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
72. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
73. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, borclunun kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
74. Borclu kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
75. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq, borclunun apellyasiya şikayətində ödədi yi 30.000 manatı Bankın əsas borca deyil, cərimə borcuna yönəltməsi, bu halın isə əsas borcun əsassız şişirdilməsinə səbəb olmasını, mülki iş üzrə iki dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, müvafiq rəylər alınsa da, hər iki rəydə borcun düzgün hesablanmaması, rəylər arasında ziddiyyətlərin, fərqliliklərin mövcud olmasını nəzərə almamasına dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, iş üzrə təyin edilmiş ekspertiza rəylərində sözügedən məbləğin hansı qaydada silinməsi cədvəllər tərtib edilməklə göstərilmişdir. Borclu həmin rəylərin düzgün olmadığını və həmin rəylər arasında ziddiyyətlərin olduğunu qeyd etsə də, bunların konkret olaraq nədən ibarət olduğunu açıqlamamış və məbləğlərin şişirdilməsi barədə zəruri sübutları məhkəməyə təqdim etməmişdir.
76. Əksinə, işdən görünr ki, iddiaçı, məhkəməyə iddia ərizəsi ilə müraciət etməklə sözügedən kredit müqavilələrdən imtina edərək müqavilə münasibətlərinə xitam vermişdir. Borclu, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində kredit borcunun məbləğlərinin düzgün hesablanmadığını irəli sürsə də, həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
77. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, borclunun 1-ci kredit müqaviləsi üzrə 70.693,86 manat əsas borca görə, borcludan tutulmalı dəbbə pulunun məbləğini 7.000 manat müəyyənləşdirməklə, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
78. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda 2-ci kredit müqaviləsi üzrə 3.671,8 manat cərimənin əsas borca mütənasib olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nətic ə ilə razılaşaraq qeyd etmişdir ki, borclu apellyasiya şikayətində kredit müqaviləsi üzrə ödənilmiş 30.000 manatın Bank tərəfindən əsas borca deyil, cərimə borcuna yönəldiyini qeyd etsə də, bu barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
79. Borclu apellyasiya şikayətində həmçinin ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirmişdir və həmin dəlilə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ipoteka predmetinin dəyərinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə ipoteka predmeti olan mənzilə 358.000 manat qiymət qoyulmuşdur və bu qiymət isə ipoteka predmeti olan mənzilin yerləşdiyi ərazi və mənzil bazarında Bakı şəhəri üzrə olan q iymətlər və.s hallar nəzərə alınmaqla real likvid dəyəri əks etdirir.
80. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, borclunun kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
81. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 may 2025-ci il tarixli, 2(103)-2835/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.