Məhkəmə qərarları › İş №2(102)-2744/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2744/2021

10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2744/2021 10.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" ASC-nin Cavabdeh iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, Cavabdeh və vəkili Dadaşov Orxan Elxan oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X5 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 10 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı İKB ASC ilə Cavabdeh arasında 23.07.2015-ci ildə bağlanmış kredit müqaviləsinə əsasən G.Babayevaya illik 26%-lə 36 ay müddətinə qaytarmaq şərti ilə 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Kredit öhdəliyinin təminatı üçün Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 20 Yanvar küçəsində yerləşən 40 nömrəli evin 39,8 m² ümumi, 24,3 m² yaşayış, 15,5 m² yardımçı sahədən ibarət 31 nömrəli 2 otaqlı mənzili 23.07.2015ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş, ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmişdir. İddiaçı borcun ipotekaya yönəldilməsi üçün tədbirlərə başlamış və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İKB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı İKB ASC-nin xeyrinə 23.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə 13.904,99 ABŞ dolları əsas borc, 11.323,45 ABŞ dolları faiz, 3.307,16 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə 23 iyul 2018-ci il tarixdən 24 dekabr 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 1.027,25 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 29.562,85 ABŞ dolları məbləğində borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilmə si haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 20 Yanvar küçəsində yerləşən, 40 nömrəli evin 39,8 m² ümumi, 24,3 m² yaşayış, 15,5 m² yardımçı sahədən ibarət 31 nömrəli 2 otaqlı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçı "xxxx" ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, X4ər qızına məxsus olan həmin mənzilə tutma yönəldilərək satıldıqdan 1 ay sonra X4ər qızının mənzilə istifadə hüquqlarının itirilməsi, mənzildən çıxarılması, mənzilin boşaldılaraq bank a təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01.06.2018-ci il tarixədək cavabdehin 23.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 15.021,18 ABŞ dolları əsas borcu, 10.761,59 ABŞ dolları faiz borcu yaranmış, 1.117,88 ABŞ dolları cərimə hesablanmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq X2 borcu ödəməkdən boyun qaçırır. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədi ilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı və onun satışından əldə edilmiş pu l vəsaiti borcun ödənilməsinə yönəldilməlidir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-329/20219 saylı, 26 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.Ə.Tağıyev) iddia qismən təmin edilərək, 23.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə 13.904 ABŞ dolları 99 sent əsas borc, 8.555 ABŞ dolları 01 sent faiz, 300 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə 23 iyul 2018-ci il tarixdən 24 dekabr 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 1.027 ABŞ dolları 25 sent olmaqla, cəmi 23.787 ABŞ dolları 25 sent məbləğində borc ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödən ilmiş 10 manat dövlət rüsumun və 20 manat xidmət haqqının Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə (köhnə adı İddiaçı İKB ASC) ödənilməsi, tutmanın Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon 20 Yanvar küçəsində (yeni qaydalarla: AZ1102 Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi 192, M1, m1) yerləşən, 40 nömrəli evin 39,8 m² ümumi, 24,3 m² yaşayış, 15,5 m² yardımçı sahədən ibarət 31 nömrəli 2 otaqlı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əmlakın ilkin satış qiymətinin 60.000 (altmış min) manat müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin "xxxx" ASC-yə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması, əmlakın satışından əldə edilmiş vəsait borcun tam ödə nilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, həmin əmlaka tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh mənzildən çıxarılması, həmin əmlakın boşaldılması, 200 manat ekspertiza xərcinin Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Məhkəmə Ekspertizası Mərkəzinin 03.12.2019-cu il tarixli, 1534 saylı ekspert rəyi ilə Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 23.07.2015-ci il tarixli 24-G1-1-0-96-15 saylı müqavilənin şərtləri əsas götürülməklə Cavabdeh 01 iyun 2018-ci il tarixədək banka olan borcu - 18.458,98 ABŞ dolları əsas borc, 8. 555,01 ABŞ faiz borcu olmaqla, 27.013,99 ABŞ dolları məbləğində müəyyən olunur. Həmçinin cavabdehin banka 01.06.2018-ci il tarixdən 19.11.2019-cu il tarixədək 1.057 ABŞ dolları 47 sent ödəniş apardığı müəyyən edilir. İddiaçı dəbbə pulunun məbləğini tənasübsüz surətdə yüksək hesablamışdır. Cavabdeh icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan "xxxx" ASC ipoteka ilə yüklü edilmiş mənzili açıq hərracdan satmaq hüququna əsasən haqlı olaraq məhkəməyə müraciət etmişdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 442, 445,448,269, 319-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. İddiaçı "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti verə rək qətnamənin qismən, cavabdeh X4ər qızından faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilməsi, iddia tələbinin təmin edilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 55.000 manat müəyyən edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Həmçinin Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X5 saylı qətnaməsi ilə (hakimlər T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və A.V.Tanrıverdiyev) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh müqavilə üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. "xxxx" MMC-nin 27.09.2018-ci il tarixli rəyindən (mənzilin qiymətləndirilməsinə dair hesabatdan) görünür ki, Bakı şəhəri Nəsimi rayonu 5-ci mikrorayon 20 Yanvar küçəsində (yeni qaydalarla: AZ1102 Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar küçəsi 192, M1, m1) yerləşən, 40 nömrəli evin 39,8 m² ümumi, 24,3 m² yaşayış, 15,5 m² yardımçı sahədən ibarət 31 nömrəli 2 otaqlı mənzilin hazırda bazar qiyməti 55.000 manat təşkil edir. "xxxx" MMC-nin QXM 325/M saylı, 15 sentyabr 2020-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 20 Yanvar küçəsində yerləşən 40 saylı evin 31 saylı 2 otaqlı mənzilinin analoji bazar qiyməti 65.000 (altmış beş min) manat, likvid dəyəri isə 60.000 (altmış min) manat müəyyən edi lmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi əmlakın ilkin satış qiymətinin 60.000 (altmış min) manat müəyyən etməklə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı "xxxx" ASC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin faiz borcunun məbləğini müəyyən edərkən, iş materiallarındakı ekspert rəyinə istinad edərək X1 İddiaçı İKB ASC-yə olan faiz borcunun məbləği 8.555,01 ABŞ dolları təşkil etdiyini hesab etmişdir. Halbuki, cav abdeh bankdan 23 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə məhkəməyə müraciət edərkən təqdim olunmuş sənədlərdəki maliyyə arayışında kredit müqaviləsinin sonuna, yəni 23 iyul 2018-ci il tarixə göstərilən faiz borcu 11.323,45 ABŞ dolları təşkil edir. Lakin ekspert rəyi ilə, həmçinin ekspert rəyinə əsasən məhkəmə tərəfindən aparılmış hesablamalar üzrə cavabdehin faiz borcunun məbləği düzgün müəyyən edilməmişdir. Belə ki, işin materiallarından görünür ki, cavabdeh İddiaçı İKB ASC-dən 20.000 ABŞ dolları kredit almış və bu vaxtadək həmin kredit üzrə gecikmələrlə yanaşı az məbləğdə ödənişlər aparmışdır. Əlavə olaraq bank tərəfindən təqdim olunan maliyyə arayışında cavabdehin əsas borcu 13.904,99 ABŞ dolları olduğu halda ekspert əsas məbləğini 18.458,98 ABŞ dolları olduğu barədə rəy vermiş dir. Göründüyü kimi ekspert Cavabdeh banka olan əsas borc məbləğini əsasız olaraq artırmış, faiz borc məbləğini isə azaltmışdır. Bundan başqa, iddiaçı tərəfindən 23 iyul 2018-ci il tarixədək hesablanmış faiz borcu məbləği tələb olunmuşdu. Kredit müqaviləsinin müddəti 23 iyul 2018-ci il tarixdə bitdiyindən iddia ərizəsinə əlavənin verilməsi zərurəti yaranmışdır. Lakin iddia ərizəsinə əlavənin verilməsinə baxmayaraq birinci instansiya məhkəməsi əlavədə olan faiz məbləğini yox, ekspert rəyi ilə müəyyən edilmiş faiz borcunu təmin etmişdir. Bununla bağlı rəydə olan anlaşılmamazlıqlara aydınlıq gətirilməsi, ekspertə əlavə sualların verilməsi ilə bağlı tədqiqat aparmış ekspertin məhkəmə iclasına dəvət olunması və ya təkrar mühasibatlıq ekspertizasının təyin olunması barədə vəsatətlə məhkəməyə mür aciət etsək də vəsatətimiz təmin olunmamışdır. Bu səbəbdən də ekspertin nəyə əsasən bu qənaətə gəlməsi ekspert rəyində öz əksini tapmamışdır, rəy mötəbər deyildir. Həmçinin məhkəmə cavabdehin faiz və cərimə borcunun məbləğini azaltmaqda, həmçinin ipoteka predmetinin ilkin satış qiymətini artırmaqda haqlı olmamış və qətnamədə səhv nəticəyə gəlmişdir.

14. Cavabdeh X4ər qızı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi bağlandıqdan sonra 21.12.2015-ci il tarixdə manatın ikinci dəfə ucuzlaşması ilə əlaqədar cavabdehin aylıq ödənişləri etməsi çətinləşmişdir. Buna baxmayaraq məhkəmə tərəfindən 8.555 ABŞ dolları 01 sent faiz, 300 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə 23 iyul 2018-ci il tarixdən 24 dekabr 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 1.027 ABŞ dolları 25 sent ödənilməsi qət edilmişdir. Hesablanmış faizə cərimə borcunun səhv olduğu üçün iş üzrə kassasiya şikayəti verilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında Cavabdeh və vəkili Dadaşov Orxan Elxan oğlu kassasiya şikayətlərinin dəlillərini müdafiə edərək, təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmə sinə baxmayaraq iş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdə n çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu M əcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvə zinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştira kçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 20. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Əsas anlayışlar 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipote ka predmetinə tutmanın yönəldilməsi hüququdur; Maddə

8. Ümumi mülkiyyətdə olan əşyanın ipoteka qoyulması 8.1. Ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər. Maddə

34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Maddə

39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə

59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ip oteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

22. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhk əmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

23. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müb ahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Məhkəmə kollegiyası, kreditin gecikdirilməsinə görə 5 % məbləğdə pul tələbinin qanuna uyğun olmaması barədə cavabdehin kassasiya şikayətinin dəlillərini qəbul etmir. Çünki Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2024-cü il tarixli qərarında izah etmişdir ki, “banklar əsasən bağladıql arı kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.

28. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir....

29. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikd ə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

30. Kassasiya kollegiyası iddiaçının apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrar ekspertizanın keçirilməməsi barədə dəlillini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər. MPM-nin 102.2-ci maddəsində isə, məhkəmənin əsassızlığına görə eksperin rəyi ilə razılaşmadığı halda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin edə bilməsi qeyd olunur. Bu normaların məzmunundan göründüyü kimi, təkrar ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb. Həmçinin təkrar ekspertiza təyin olunması üçün konkret əsaslar müəyyən olunub. İddiaçı təkrar ekspertiza təyin olunmasını şərtləndirən sübutları təqdim etməmişdir. Məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi k imi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz.

31. Kassasiya kollegiyası qeyd edir ki, kassatorlar kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğunu, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır.

32. Kassasiya şikayətlərinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bel ə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır.

34. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X5 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar