Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2748/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə iddiaçı Həsənova (Haşumova) Yelena Rəşidovnanın Cavabdeh qarşı; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Həsənova (Haşumova) Yelena Rəşidovnaya qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ Kateqoriya: yaşayış sahəsindən istifadə hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1323/2024 nömrəli, 9 aprel 2024-cü il tarixli qətnaməsindən Həsənova (Haşumova) Yelena Rəşidovna tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Bakı şəhəri 26 Bakı Komissarı adına Rayon X27 İcraiyyə Komitəsinin 1/108 nömrəli, xx.xx.1980-ci il tarixli qərarına əsasən verilmiş Bakı şəhəri X27 İcraiyyə Komitəsinin 184516 nömrəli, xx.xx.1980-ci il tarixli orderə əsasən, X28 3 nəfər ailəsi ilə birlikdə Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci Neftçilər döngəsi, 3 saylı evin 14-cü blok, 5ci mərtəbəsində, sahəsi 32,5 kv.m. olan 2 otaqlı 145 saylı yaşayış sahəsində yaşamaq hüququna malikdir. Ailə tərkibi: özü, arvadı X7, qızları X17 və X24;
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1995/2022 nömrəli, xx.xx.2022-ci il ta rixli qətnaməsindən ilə, iddiaçı X12 cavabdehlər X8 və 28 saylı Notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən olunması, mirasın qəbulu müddətinin ötürülməsinin üzürlü hesab edilməsi, ½ paya dair vərəsəlik hüququ haqqında şəhadətnaməsi verilməsi vəzifəsinin 28 saylı notariat ofisinə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən görünür ki, V-JQ 284349 nömrəli, xx.xx.1977-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası X29, anası isə X1. 16 iyul 1983cü il tarixli, ll-JQ 403767 nömrəli, xx.xx.1983-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 16 iyul 1983-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1983 ilin iyul ayının 16 günü ndə 593 № ilə qeyd edilmişdir. Bakı şəhəri 28 saylı notariat ofisinin notariusunun 16 avqust 2022-ci il tarixli qərarından görünür ki, vətəndaş X18 miras əmlaka dair hüquqmüəyyənedici sənəd olmadığından və mirasın qəbul edilməsi üçün müddətin buraxılması səbəbindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi qərara alınmışdır;
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)1149/2023 saylı qətnaməsi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(009)- 1995/2022 saylı qətnaməsi iddiaçı Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır;
5. X19 xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası X29, anası isə X1;
6. X29 9 yanvar 2004-cü ildə ölmüşdür;
7. Cavabdeh xx.xx.200 2-ci ildən ünvan 1 ünvanında qeydiyyatdadır. Onunla birlikdə həmin mənzildə xx.xx.2010-cu il təvəllüdlü X22 və xx.xx.2017-ci il təvəllüdlü X25 qeydiyyatdadırlar;
8. X5 qeydiyyatda olduğu ünvan ünvan 2dar qəsəbəsi iqor Ağayev küçəsi ev 3 mənzil 145 adlandırılır;
9. Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 7 nömrəli Mənzil-İstismar sahəsinin 04 oktyabr 2022-ci il tarixli, 15 oktyabr 2022-ci il tarixli və 25 oktyabr 2022-ci il tarixli aktlardan görünür ki, İ.Ağayev küçəsi 3 saylı binanın 145-ci mənzilində qeydiyyatda olan X13 həmin mənzildə yaşamaması ilə bağlı akt tərtib edilmişdir; 10. 1 oktyabr 2022-ci il tarixli, Hüseyn-zadə İsgəndər Əlihüseyn oğlu, X3, X10, X2 və X23 tərəfindən imzalanmış aktdan görünür ki, X26 ünvan 3 ünvanda yerləşən mənzildə heç vaxtı yaşamamışdır. O, qeyd olunan evi n yaxınlığında nənəsinin evi olan Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi, ev 14,mənzil 8 ünvanda yaşamışdır; 11. 12 noyabr 2022-ci il tarixli, Hüseyn-zadə İsgəndər Əlihüseyn oğlu, X11, X14, X15, X6, X20 və X4 tərəfindən imzalanmış aktdan görünür ki, X26 əri və oğlu ilə birlikdə xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixinədək atasına məxsus ünvan 3 ünvanda yaşamışlar;
12. Səbail rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli aktı ilə, Bakı Apellyasiya məhkəməsinin 2(103)-2262/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq borclu X12 müvəqqəti olaraq məskunlaşdığı ünvan 4 ünvanına gəldilər. Ünvanda olan zaman mənzilin mülkiyyətçisi X16 mənzil və mənzildə mövcud olan əmlakların onun şəxsi mülkiyyəti olduğunu bildirdi. Borclu A.Haşımovanın müvəqqəti ola raq uşaqları ilə birlikdə ona məxsus mənzildə yaşadıqları və mənzildə yalnız onların şəxsi istifadəsi üçün nəzərdə tutulmuş geyim əşyalarının olduğunu bildirdi. Tərəflərindən mənzilə baxış keçirilən zaman tələbin yönələcəyi biləcək əmlak aşkar edilmədi;
13. Hüseyn-zadə İsgəndər Əlihüseyn oğlunun Səbail rayon məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə qonşusu Haşumova Yelena ona müraciət edərək Akta imza etməyini xahiş etmişdir. O, da latın hərflərini bilmədiyi üçün həmin akta imza etmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, həmin aktla o onun bacısı Cavabdeh onların atalarının mənzilində ünvan 6 ünvanda yaşamamasını təsdiq etmişdir. Bildirmək istəmişdir ki, Cavabdeh əri Viktor ilə 2008-ci ildən etibarən 5 ilə yaxın həmin mənzildə y aşamışdır və böyük oğlu həmin evdə doğulmuşdur. Odur ki, qonşular tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli aktda imzasının etibarsız hesab edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
14. İlkin iddia üzrə İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh və azyaşlı övladlarının Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci Neftçilər döngəsi, bina № 3-də yerləşən 2 otaqlı, 145 № mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İlkin iddia belə əsaslandırılmışdır ki, Cavabdeh mübahisəli mənzilə dair miras pay hüququnu tanınmaq üçün məhkəməyə müraciət etmişdir. Lakin mübahisəli mənzilin miras kütləsinə daxil olmaması əsası ilə onun iddiası rədd edilmişdir. Cavabdeh heç vaxt daimi olaraq mənz ildə yaşamamışdır. Cavabdeh nikaha daxil olmamışdan əvvəl mübahisəli mənzilin yaxınlığında yerləşən və nənələrinə məxsus olmuş mənzildə, yəni Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi, ev № 14-də yerləşən 8 №-li mənzildə yaşamış, nikaha daxil olandan sonra oradan köçmüş və uzun müddətdir ki, başqa yerdə yaşayır. Cavabdeh və onun övladları formal olaraq mübahisəli mənzildə qeydiyyatdadır.
16. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə müraciət edərək, onun və yetkinlik yaşına çatmayan uşaqlarının – X22 və X21 mübahisəli mənzilə köçürülmələri və iddiaçı tərəfindən buna yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil tərəflərin ataları Rəşid Haşumova 1/108 saylı, xx.xx.1980-ci il tarixli orderi əsasında verilmişdir. Rəşid Haşumovun ailə üzvləri kimi orderdə iş üzrə tərəflər və onların anası göstərilmişlər. Mənzil ailəyə verilən gündən etibarın cavabdeh həmin mənzildə yaşamış və hazırda da qeydiyyatdadır. Mənzilə verilmiş order ailə üzvü kimi cavabdehin də yaşayış sahəsindən istifadə etmək hüququnu yaratmışdır. İlki iddia üzrə iddiaçı ilkin olaraq nənəsinin evini adına keçirtdikdən sonra cavabdehi aldadaraq atasının mənzilinə köçərək, açarları dəyişmiş və cavabdehin mübahisəli mənzilə daxil olmasına və mənzil sahəsindən istifadəsinə maneələr yaratmışdır. Cavabdehin mübahisəli mənzildən başqa yaşayır yeri yoxdur və o, uşaqları ilə həmin mənzildə uzun müddət yaşamışdır. İddiaçı cavabdehin mənzildən istifadə etməsinə maneə yaradır.
18. Səbail Rayon Məhkəməsinin (bunda n sonra-birinci instansiya məhkəməsi) e2(009)-1576/2023 saylı, 7 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) ilkin iddia təmin, qarşılıqlı iddia rədd edilmişdir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin mübahisəli mənzilə dair orderdə adının olması ilə orada yaşamaqla istifadə hüququnun yaranmasını qeyd etməklə yanaşı hesab etmişdir ki, onun 2014-cü ildən mübahisəli mənzildə yaşamaması faktından əlavə, 2008-ci ilə qədər də orada yaşamaması faktı özlüyündə cavabdehin həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinin təsiri altına düşməsinə əsasdır.
20. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, cavabdeh, uşaqlarının atası olan Viktor Reznik ilə 2008-ci ildən 2014-cü ilə qədər mübahisəli mənzildə yaş aması xx.xx.2009-ci il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələbləri baxımından həmin mənzildə hazırda istifadə hüququnun qalması kimi qiymətlədirilə bilməz və onun 2014-cü ildən sonra həmin mənzildə yaşamaması faktı özünün (nümayəndəsinin) etirafı və iş materialları ilə təsdiq edildiyindən ona qarşı qaldırılmış ilkin iddianın dəlillərinin əsaslı olmasına dəlalət edir. Ötən 9 il ərzində ilk iddia üzrə cavabdehin qeydiyyatda olduğu və istifadə hüququ olan mənzilində ailəsi ilə birlikdə yaşamaması artıq işin mübahisəsiz halıdır və belə olan halda ötən müddət onun ailəsi ilə birlikdə digər ünvanda müvəqqəti deyil, daimi yaşaması qənaətinə gəlməyə kifayət edir.
21. İlkin iddia üzrə iddiaçı cavabdehin istifadə hüquqlarına xitam verilməsini xahiş etsə də, xx.xx.2009-cu il tarixə kimi qüv vədə olmuş mənzil qanunvericiliyinə əsasən mənzildə yaşamayan şəxsin istifadə hüququnun itirilmiş hesab edilməli olması təsbit edilmişdir. İddiaçı tələbində qeyd edilən qanunvericilik normasına istinad edərək cavabdehin istifadə hüquqlarınna xitam verilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi iddia ərizəsinin məzmununa əsasən iddiaçının həqiqi niyyətinin cavabdehin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməli olması nəzərdə tutulduğu üçün iddianın da bu qaydada təmin edilməsini məqsədə müvafiq hesab etmişdir.
22. Birinci instansiya məhkəməsi həmçinin qarşılıqlı iddia ilə bağlı qeyd etmişdir ki, cavabdehə (qarşılıqlı iddia üzrə iddiaçıya) münasibətdə ilkin iddia üzrə mübahisəli mənzilə istifadə hüquqununun itirilmiş hesab edilməsi nəticəsinə gəlindiyi üçün, həm də məhkəmə t ərəfindən qarşılıqlı iddia üzrə iddiaçının bildirdiyi faktiki halların həmin qarşılıqlı iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmaması müəyyən edildiyindən qarşılıqlı iddia əsaslı sayıla bilməz.
23. Məhkəmə gəldiyi nəticəni xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60, 87-ci, Mülki Məcəllənin 27.1-ci, Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 80, 82.3, 119.1,217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir.
25. Qarşılıqlı iddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş materiallarını və faktları tam sadalamamış, sübutları düzgün qiymətləndirməmişdir. Qətnamə əsaslı olmadığından, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir.
26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1323/2024 nömrəli, 9 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov – sədrlik edən və məruzəçi, Fuad Talışinski və Azad İmanov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq ilkin iddia rədd, qarşılıqlı iddia təmin edilmişdir.
27. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli akt, ona imza etmiş Hüseyn-zadə İsgəndər Əlihüseyn oğlu tərəfindən sonradan şübhə altına alındığı üçün, habelə notarial qaydada təsdiq edilmədiyindən və aktı tərtib etmiş şəxs məhkəməyə şahid qismində təqdim edilmədiyindən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə olan halda, həmin akt əsasında tərtib edilmiş cavabdehin mənzildə yaşamamasını təsdiq edən Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 7 nömrəli Mənzil-İstismar sahəsinin aktları da mötəbər sübut kimi qəbul edilə bilməz.
28. Apellyasiya instansiya məhkəməsi tərəfindən işdə olan digər sübutlar əsasında işin halları kimi həmçinin müəyyən edilmişdir ki, ilk iddia üzrə cavabdeh xx.xx.2002-ci ildən mübahisəli mənzildə qeydiyyatdadır. Onun yetkinlik yaşına çatmamış övladları xx.xx.2010-cu il təvəllüdlü Danila və xx.xx.2017-ci il təvəllüdlü Roman da mübahisəli mənzildə qeydiyyatdadırlar. Mübahisəli mənzilin ünvanı əvvəl ünvan 7da r qəsəbəsi, 2-ci Neftçilər döngəsi ev 3, mənzil 145 adlandırılmış, hazırda isə Bakı şəhəri, Badamdar qəsəbəsi, İqor Ağayev küçəsi, ev 3, mənzil 145 adlandırılır.
29. Məhkəmə həmçinin işə apellyasiya icraatında baxılan zaman təqdim edilmiş sübutları yeni sübut hesab edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin hazırlıq iclası başa çatanadək hər iki tərəf məhkəmə iclaslarında iştirak etmiş və sübutlarını təqdim etmişlər. Onlar tərəfindən işin məhkəmə baxışına təyin edilməsinə etiraz edilməmişdir. Apellyasiya icraatı zamanı təqdim edilmiş sübutların isə birinci instansiya məhkəməsində təqdim edilməməsinin onlardan asılı olmayan səbəblərini əsaslandırmamışlar.
30. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehin daimi yaşamaq üçün başqa ünvana köçdüyünü bildirs ə də, cavabdehin mülkiyyətində, icarəsində və ya istifadəsində başqa yaşayış sahəsinin olması, yaxud cavabdehin hər hansı bir şəxsin mülkiyyətində və ya icarəsində olan başqa yaşayış sahəsinə onun ailə üzvü kimi və ya digər əsasla istifadə hüququ əldə etməsi barədə sübutlar təqdim etməmişdir. Ona görə də cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi barədə iddiaçının tələbi əsassızdır. Cavabdehin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi də eyni əsasla əsassızdır. Mənzil cavabdehin yeganə və daimi yaşayış yeridir. Cavabdehin yaşayış yerində yalnız uzun müddət olmaması onun mənzilə istifadə hüququnun itirilməsinə əsas ola bilməz. Mütləq sübuta yetməlidir ki, cavabdeh yaşayış yerini daimi əsaslarla dəymişdir. Birinci instans iya məhkəməsi gəlmiş olduğu mövqeyi cavabdehin vəkilinin (nümayəndəsinin) onun 2008-ci ildən 2014-cü ilədək mübahisəli mənzildə yaşaması barədə izahatı ilə əsaslandırmağa çalışmış və belə qənaətə gəlmişdir ki, deməli cavabdeh 2008-ci ilədək və 2014-cü ildən sonra mübahisəli mənzildə yaşamamışdır. Halbuki iş materialları tam araşdırıldıqda müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin vəkili (nümayəndəsi) tərəfindən verilmiş izahatlar tam araşdırılmamış, iş materialları üzrə hərtərəfli araşdırma aparılmamışdır. Belə ki, əvvəla cavabdeh mübahisəli mənzili miras əmlakı faktiki qəbul etməsinə əsaslanaraq, mirasın qəbul edilməsi faktının tanınması barədə məhkəməyə müraciət etmişdir. Son nəticədə həmin tələbi rədd edilmiş olsa da, cavabdeh atasının ölümündən sonra da mübahisəli mənzildə yaşamaqda davam etməsi mövqeyindən çıxış etmişdir. Bundan başqa, qarşılıqlı iddia ərizəsində qeyd edilir ki, ilk iddia üzrə iddiaçı nənəsinin evini adına keçirtdikdən sonra cavabdehi aldadaraq mübahisəli mənzilə köçmüş, açarları dəyişmiş və cavabdehin mənzilə daxil olmasına maneə yaratmışdır. İş materiallarından görünür ki, iddiaçının nənəsinə məxsus olduğu bildirilən ünvan 8 ünvanında yerləşən yaşayış sahəsi xx.xx.2003-cü il tarixdən iddiaçının adına qeydə alınmışdır. Bu fakt da onu təsdiq edir ki, cavabdeh tərəf 2008-ci ilədək mübahisəli mənzildə yaşadığı dəlilini irəli sürür.
31. Birinci instansiya məhkəməsi cavabdeh tərəfin təqdim etdiyi dəlilləri iş materialları ilə birgə bütövlükdə dəyərləndirməmiş, yalnız cavabdehin vəkilinin (nümayəndəsinin) etirafı ilə əsasland ırmağa çalışdığı qətnamə əsaslı hesab edilə bilməz. Çünki ortada aydın ifadə edilmiş konkret etiraf yoxdur və cavabdeh tərəfin ümumi mövqeyi və həmin iclasda cavabdehin vəkilinin (nümayəndəsinin) ümumi izahatı ilə uyğun gəlmir.
32. Məhkəmə gəldiyi nəticəni xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54, 60, 87-ci, Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1, 384, 385, 392, 393, 402, 405-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. Həsənova (Haşumova) Yelena Rəşidovna (vəkili Vəkil1 ) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
34. Kassasiya şikayəti onunla əsaslandırı lmışdır ki, apellyasiya instansiya məhkəməsi işi ədalətli şəkildə araşdırmamış, şəxslərin ifadələrinə əsaslanaraq heç bir sübuta istinad etmədən əsassız qətnamə qəbul etmişdir. Apellyasiya məhkəməsinin qətnaməsində cavabdehin yeni yaşayış yerinə köçməsini təsdiq edən hər hansı sənədin olmadığı göstərilmişdir. Halbuki cavabdehin 2014-cü ildən 9 il müddətinə mübahisəli mənzildə yaşamaması işin materialları ilə məlum olmaqla yanaşı, iş materiallarında olan Səbail rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli Aktı ilə müəyyən olunur ki, iddiaçı 2014-cü ildən sonra övladları və həyat yoldaşı ilə birlikdə ünvan 9 ünvanında yaşayır və belə bir halda heç şübhə yoxdur ki, onun orada yaşaması müvəqqəti xarakterli məskunlaşma deyil. Bu isə mübahisənin qeyd olunan Mənzil Məcəlləsinin 60 və 87-ci maddə lərinin təsiri altına düşməsinə əsasdır. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi mübahisəli mənzilin cavabdehin yeganə və daimi yaşayış yeri olması qənaətinə gəlmişdir ki, bununla da yuxarıda qeyd olunan maddi hüquq normalarının pozuntusuna yol vermişdir.
35. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi izahatında cavabdehin 2014-cü ildən sonra həmin mənzildə yaşamamasını bildirmişdir. Məhkəmə bu faktın etirafını qəbul etmiş və faktın etirafının qəbul edilməməsi üçün hər hansı bir səbəb olmamışdır. Birinci instansiya məhkəməsi bu etirafa təklikdə yox işin digər materialları ilə əlaqəli şəkildə qiymət vermişdir. Apellyasiya instansiyası məhkəməsi isə faktın etirafına tənqidi yanaşaraq bu etirafın cavabdehin nümayəndəsinin həqiqi niyyətini əks etdirmədiyini əsaslandırmağa çalışmışdır. Apellyasiya instansiya məhkəməsi bununla bağlı mövqeyini möhkəmləndirmək üçün apellyasiya baxışında cavabdehin bu barədə yenidən fikrini soruşmuş, bu dəfə gözlənildiyi kimi əvvəlki izahatında olduğundan fərqli cavab almışdır. Halbuki nəzərə alınmalı idi ki, cavabdehin nümayəndəsi həmin etirafın onların ziyanına nəticələndiyini artıq bildiyi üçün bu dəfə eyni cavabı verməyəcəyi tamamilə gözlənilən idi. Belə bir halda Apellyasiya instansiya məhkəməsinin iş üzrə tərəfi təkrar sualla yönəltməsi ədalət mühakiməsinin obyektivliyinə xidmət edə bilməz. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yalnız cavabdehin vəkilinin (nümayəndəsinin) etirafı ilə əsaslandırmağa çalışdığı qətnamə əsaslı hesab edilə bilməz. Halbuki bu belə deyildir. Cavabdeh tərəfin bu etiraf ı birinci instansiya məhkəməsinin nəticəyə gəlməsi üçün yeganə sübut olmamış, bu və digər iş materialları ilə birgə hərtərəfli qiymətləndirilərək yekun nəticəyə gəlinmişdir.
36. Cavabdeh birinci instansiya məhkəməsində vəkillə təmsil olunmasına və vəkilinə bütün zəruri dəlil və sübutlar aşkar olmasına baxmayaraq sübut və dəlilləri birinci instansiya məhkəməsinə təqdim etməmişdir. Apellyasiya məhkəməsi müvafiq qətnamənin 22-ci bəndində apellyasiya icraatında təqdim olunmuş sübutları yeni sübut hesab etmiş, lakin ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsində vəkil tərəfindən təmsil olunurdu və sübutları təqdim etməyə kifayət qədər imkanı vardı. Həmçinin apellyasiya instansiya məhkəməsi Cavabdeh əmlakının mübahisəli mənzildə olması, uzun müddətd ir ki, mübahisəli mənzildə yaşaması və mübahisəli mənzildə yaşamadığı dönəmdə faktiki olaraq harada yaşaması ilə bağlı sübutları tələb etməmişir.
37. Kassasiya şikayəti “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı, xx.xx.2009cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 54, 60, 87-ci, Mülki Prosessual Məcəlləsinin 106.3, 77.1, 77.3, 372.2-ci maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi:
39. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetir məlidirlər.
40. Maddə
54. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
41. Maddə
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır
42. Maddə
87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Mülki Prosessual Məcəllə
43. Maddə 14.2. Mə hkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Kassasiya şikayətində qətnamə tam mübahisə ləndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Mübahisəyə mahiyyəti üzrə baxan apelyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, Cavabdeh müəyyən müddət başqa ünvanda yaşaması faktı onun mübahisəli yaşayış sahəsinə olan bağlılığını, dolayısı ilə hə min mənzildən istifadə etmək hüququnu aradan qaldırmamışdır. O da müəyyən edilmişdir ki, ilkin iddiaçı, mənzilin xüsusi mülkiyyətçisi olmamaqla, mübahisə obyektinə münasibətdə Cavabdeh üstün hüquqi vəziyyətdə deyil. Belə olan halda mübahisənin apelyasiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilməsi qanuni və əsaslı olmuşdur.
52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və ilkin iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
53. Kassasiya şikayətinin bəzi dəlil ləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
55. Ona görə də kassasiya şikayəti təmin olun mamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1323/2024 nömrəli, 9 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.