Məhkəmə qərarları › İş №2(102)-2749/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2749/2021

24.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2749/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs X qarşı iş üzrə QƏRARİ Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi 24.06.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Quliyev Gündüz Ağababa oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, Ərizəçi, maraqlı şəxsin vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6581/2020 nömrəli iş üzrə 02 oktyabr 2020-ci il tarixli qətnaməsindən maraqlı şəxs X tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 24 iyun 2021-ci il tar ixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, Ərizəçi xx.xx.1955-ci ildə Füzuli rayonunun Yağlıvənd kəndində anadan olmuşdur və Füzuli rayonundan məcburi köçkündür.

2. Azərbaycan Respublikası Dövlət Arxivinin Füzuli rayon filialı tərəfindən verilmiş 27.03.2018-ci il tarixli arxiv arayışından görünür ki, Ərizəçi Füzuli rayonu Rabitə qovşağının 10.10.1988-ci il tarixli, 179 saylı əmrinə əsasən 15.10.1988-ci il tarixdən 18 gün müddətinə məzuniyyətə buraxılmışdır. 04.09.1991-ci il tarixli 353 nömrəli əmrlə 30 gün müddətinə məzuniyyətə buraxılmışdır. Rabitə qovşağının 1973-1987-ci illərə aid sənətlərinin çox qismi 23.10.1993-cü ildə erməni işğal zamanı Horadiz qəsəbəsində yandırılaraq məhv edilmişdir. 1 992-ci ilə aid sənədlər isə arxivə tam təhvil verilməmişdir.

3. X 17.04.2019-cu il tarixli məktubundan görünür ki, Ərizəçi müraciətinə cavab olaraq ona təqdim etdiyi sənədlər əsasında ərizəsinin təmin edilməsinin mümkün olmadığı bildirilmişdir.

4. X1 ifadəsindən görünür ki, X5 əmək fəaliyyətinə Bakıda başlamışdır. 1965-ci ildə əmək fəaliyyətini Füzuli rabitə qovşağında davam etdirmiş və 1993-cü ilə kimi orda işləmişdir, ərizəçini əvvəllər də tanımış, 1973-cü ildən Ərizəçi onunla birlikdə Füzuli rayonun Rabitə Qovşağında işləmiş, özü rabitə qovşağında baş mühəndis olmuş, ərizəçi isə həmin vaxt orada onun tabeliyində mexanik - rabitəçi kimi işləmişdir və bunu təsdiq edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. Ərizəçi X maraqlı şəxs qismində cəlb etdi yi “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək 1973-cü ildən 1993-cü ilədək Füzuli rayonu Rabitə qovşağında rabitəçi vəzifəsində işləməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 1973-cü ildən etibarən 1993-cü ilədək Füzuli rayon Rabitə qovşağında rabitəçi vəzifəsində işləmişdir. Daha sonra mühairbə şəraiti ilə əlaqədar olaraq, Füzuli rayonundan Bakı şəhərinə məcburi köçüb gəlmişdir. Rayondan gələn zaman bütün sənətləri, o cümlədən əmək kitabçası rayonda qalmışdır. Həmin vaxt işləməsini təstiq edən başqa bir hüquqi sənət olmadığından, Füzli rayon Dövlət Arxiv İdarəsinə müraciət edən zaman işlədiyi illərə dair hər hansı bir hüquq müəyyən edən sənət aşkar olunmadı. Qeyd edir ki, Füzuli rayon Arxiv İdarəsi tərəfindən verilmiş 27.03.2018-ci il tarixli 50 saylı arxiv arayışından görünür ki, 15.10.1988-ci il tarixdən 18 gün müddətinə məzuniyyətə buraxılmış və 1973-cü ildən Füzuli Rabitə qovşağında işləmişdir. Çünki 04.09.1991-ci il tarixli 353 nömrəli əmr ilə 30 gün müddətinə məzuniyyətə buraxılmışdır. Füzuli Rayon Arxiv İdarəsinin 27.03.2018-ci il tarixli arayışından görünür ki, Rabitə qovşağının 1973-1987-ci illərə aid sənətlərinin çox qismi 23.10.1993-cü ildə erməni işğal zamanı Horadiz qəsəbəsində yandırılaraq məhv edilmişdir. 1992-ci ilə aid sənətlər isə arxivə tam təhvil verilməmişdir. Beləliklə uzun illər Füzuli rayonunda işləməsinə dair əmək kitabçası və hər hansı bir digər hüquq müəyyən edici sənədi olmadığından pensiya almaq hüququ pozulmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə müraciət etmiş və işlədiyi müəssisələrdən müvafiq arayışları cavabdehə təqdim etmişdir. Lakin cavabdeh X ərizənin icrasından imtina etmişdir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(011)5158/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim S.B.Mehrəliyev) Ərizəçi maraqlı şəxs X qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilərək, Ərizəçi 1973-cü ildən 1993-cü ilədək Füzuli rayonu Rabitə qovşağında rabitəçi vəzifəsində işləməsi faktının müəyyən edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Ərizəçi1973-cü ildən 1993-cü ilədək Füzuli rayonu Rabitə qovşağında rabitəçi vəzifəsində işləməsi faktı iş üzrə araşdırılmış sü butlarla təsdiq edilmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 76.1, 76.2, 307.1, 307.2.11, 308, 311-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Qətnamədən maraqlı şəxs apellyasiya şikayəti vermişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2019-cu il tarixli, 2(103)-11497/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi X.Ə.Sarıyev, V.T.Həsənov və Ş.A.Məmmədova) maraqlı şəxs X apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(011)-5158/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir.

13. Bundan başqa birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Qətnamədən maraqlı şəxs kassasiya şikayəti vermişdir.

15. Ali Məhkəmənin 2(102)-1680/2020 saylı, 16 iyun 2020-ci il tarixli qərarı ilə (hakimlər: sədrlik edən və məruzəçi İ.Dəmirov, Ə.Əhmədov və M.Əhmədova) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.10.2019-cu il tarixli, 2(103)-11497/2019 saylı qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır.

16. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, ərizənin təmin edilməli olması ilə bağlı birinci instansiya məhkəməsində şahid kimi dindirilmiş X3 ifadəsinə istinad olunmuşdur. Lakin işin 28-ci vərəqində olan birinci instansiya məhkəməsinin iclas protokolundan görünür ki, həmin şahid aşağıdakı məzmunda ifadə vermişdir: “1993-cü ilədək Füzuli rayonu Rabitə qovşağında mühəndis vəzifəsində çalışmışam, ərizəçi isə rabitəçi vəzifəsində mənim rəhbərliyim altında işləmişdir”. Həmin ifadədən göründüyü kimi göstərilən şahid ərizəçinin məhz 1973-cü il tarixindən Füzuli rayonunun Rabitə qovşağında rabitəçi vəzifəsində işləməsinə münasibət bildirməmişdir.

17. Yuxarıda qeyd olunanlardan göründüyü kimi apelyasiya instansiyası məhkəməsi həmin halın araşdırılması ilə bağlı qeyd olunan şahidin MPM-nin 195.5-c i maddəsinə əsasən yenidən dindirilməsinin zəruriliyinə qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6581/2020 nömrəli iş üzrə 02 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi İ.Şirinov, T.Səmədov və A.Tanrıverdiyev)

19. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Ali Məhkəmənin göstərişlərinə əsasən şahid X yenidən dindirilmişdir. O, ifadəsində göstərmişdir ki, 52 illik əmək fəaliyyəti vardır, 1965-ci ildən 1993-cü ilə qədər Füzuli rayonun Rabitə qovmağında mühəndis vəzifəsində işləmiş, Ərizəçi əvvəllər də tanımış, təsdiq edir ki, ərizəçi 1973-cü ildən 1993-cü ilə qədər, yəni Füzuli rayonu erməni qəsbkarları tərəfindən işğal edilə nə qədər Rabitə qovşağında onun tabeliyində işləmiş, 1993-cü ildə həmin rayonun işğal edilməsi ilə əlaqədar oradan çıxmalı olmuşlar.

20. Bundan başqa maraqlı şəxsin nümayəndəsi X izahatında hazırkı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün azı iki şahid olması ilə bağlı dəlinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, əvvəla, göstərilən hal hazırkı iş üzrə apellyasiya şikayətinin dəlili kimi qeyd edilməmiş, bundan əlavə, apellyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş Ali Məhkəmənin 2(102)-1680/2020 saylı, 16 iyun 2020-ci il tarixli Qərarında da həmin hala istinad etməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsini yalnız X1 ifadəsinin dolğun olmaması səbəbindən ləğv etmiş və onun yenidən dindirilməsi ilə bağlı müvafiq göstəriş vermişdir.

21. Məhkəmə kollegiya sı qeyd etməyi zəruri hesab etmişdir ki, hazırkı işin halları fərqlidir, Məhkəmə kollegiyasının iclasında dindirilmiş şahid X verdiyi ifadə konkret olmaqla inandırıcıdır, bundan əlavə Ərizəçi təqdim etdiyi Azərbaycan Respublikası Dövlət Arxivinin Füzuli rayon filialı tərəfindən verilmiş 27.03.2018- ci il tarixli 50 saylı arxiv arayışından görünür ki, o, Füzuli rayonu Rabitə qovşağının 10.10.1988-ci il tarixli, 179 saylı əmrinə əsasən 15.10.1988-ci il tarixdən 18 gün müddətinə, 04.09.1991-ci il tarixli 353 nömrəli əmrlə 30 gün müddətinə məzuniyyətə buraxılmışdır.

22. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxsin nümayəndəsi həm yenidən dindirilmiş şahid X verdiyi məlumatların, həm də rəsmi orqanın təqdim etdiyi arxiv arayışında göstərilən məlumatların həqiqiliyinin şübhə doğurmadığını bil dirmişdir.

23. Maraqlı şəxsin nümayəndəsinin əmək stajının müəyyən edilməsi zamanı ən azı 2 şahidin ifadəsinin zəruriliyi ilə bağlı istinad etdiyi Qaydalarda nəzərdə tutulmuş tələbə gəldikdə isə qeyd edilməlidir ki, burada məqsəd heç də mütləq qaydada iki şahidin dindirilməsi deyil, məhkəmənin müəyyən etməli olduğu faktın şübhədənkənar qaydada müəyyən olunmasına xidmət edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

24. Maraqlı şəxs X kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgü n araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Maraqlı şəxsin vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

28. Ərizəçi məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir Kassasiya baxışının hədləri

29. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəm iyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

30. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

31. Qanunun tələbinə görə kassasiya i nstansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində iş üzrə maraqlı şəxs apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiklərindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçi in sosial sığorta stajınırımüəjyən edilməsi və hesablanması” Qaydaları

33. Əmək fəaliyyəti barədə sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta staji məhkəmə qaydasında müəyyən edilir.(2.5-ci bəndi) Mülki Prossesual Məcəllə

34. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

35. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

36. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

37. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (maddə 217.2)

38. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. (maddə 307.2.11)

39. Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. (maddə 308)

40. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.. (maddə 310)

41. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. (maddə 311)

42. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

43. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

44. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. B elə ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs X tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6581/2020 nömrəli iş üzrə 02 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi an

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar