Məhkəmə qərarları › İş №2(102)-275/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-275/2020

13.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-275/2020 13.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 07 oktyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçının və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehl ər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6192/2018 saylı, 08 oktyabr 2018-ci il tarixli qərardadı ilə mülki iş üzrə Cavabdeh4 aid hissədə icraata xitam verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2019 saylı, 30 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İddiaçı şikayət verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08.10.2018-ci il tarixli, 2(004)-6192/2018 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 may 2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəmə sinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9129/2019 saylı, 10.06.2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)6192/2018 saylı, 08 oktyabr 2018-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilmiş və şikayətin geri qaytarılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2019 saylı, 21 avqust 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)6192/2018 saylı, 08 oktyabr 2018-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. 06.09.2019-cu il tarixdə iddiaçı şikayət verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08.10.2018-ci il tarixli, 2(004)-6192/201 8 saylı qərardadının ləğv edilərək, cavabdehin hüquqi varisi müəyyən edilənədək iş üzrə icraatın dayandırılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-12695/2019 saylı 07 oktyabr 2019-cu il tarixli qərardadı ilə (hakimlər A.Hüseyn, E.Nəbiyev və Cavabdeh2) şikayət təmin edilməyərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6192/2018 saylı, 08 oktyabr 2018-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi ƏSF v ə vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə mübahisə edilən hüquq münasibətinin hüquq varisliyinə yol verməməsini müəyyən etməməklə, iş üzrə icraata xitam verməkdə haqlı olmamış və səhv nəticəyə gəlmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 07 oktyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsini və iddiaçının ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətinin təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili Vəkil oğlu Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 oktyabr 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə q ərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 07 oktyabr 2019-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiqini yoxlayır. Apellyasiya instansiya məhkəməsi tərəfindən iş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 806885 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən etmişdir ki, Cavabdeh4 02.04.2016-cı il tarixdə vəfat etmişdir. Hazırkı iddia ərizəsi isə 10 iyul 2018-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddia ərizəsi məhkəməyə daxil olarkən cavabdeh kimi göstərilmiş Cavabdeh4 artıq vəfat etmiş və iddia ölmüş şəxsə qarşı qaldırılmışdır. Halbuki Mülki Məcəllənin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun ölümü ilə xətm edilir. Belə olan halda isə ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48 və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Ona görə də, ölmüş şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi və mübahisəyə mahiyyəti üzrə baxılması prosessual baxımdan qeyri-mümkündür. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh4 aid hissədə iş üzrə icraata xitam verilməli və iddiaçıya həmin şəxsdən miras qalmış əmlakı qəbul edən vərəsəni və ya vərəsələri müəyyən etməklə, hazırkı iddianı həmin şəxsə və ya şəxslərə qarşı irəli sürə bilməsi izah olunmalıdır. Ona görə də, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin şəxsə aid hissədə iş üzrə icraata xitam verilməsi barədə nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq no rmaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qərardad qəbul edilmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 261.0.1 və 261.0.7-ci maddələrinə görə iş məhkəmədə baxılmalı deyildirsə və iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq qeyd edilmişdir ki, iddia ərizəsi məhkəməyə daxil olarkən cavabdeh kimi göstərilmiş Cavabdeh4 artıq vəfat etmiş və iddia ölmüş şəxsə qarşı qaldırılmışdır. Halbuki Mülki Məcəllənin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun ölümü ilə xətm edilir. Belə olan halda isə ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48 və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ölmüş şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi və mübahisəyə mahiyyəti üzrə baxılmasının prosessual baxımdan qeyri-mümkün olması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxark ən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 oktyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar