Məhkəmə qərarları › İş №2(102)-2750/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2750/2019

15.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2750/2019 15.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Allahverdiyev Qəhrəman Əli oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvanoğlunun katibliyi, İddiaçı vəkili X5 və nümayəndəsi İ6 iştirakları ilə, İddiaçı Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 dekabr 2018-ci tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim:K.S.Süleymanov; 2(075)-475/2018)İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh X8 250.000 (iki yüz əlli min ) ABŞ dolları və 12,50 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, cavabdehdən alınması müəyyən edilən 250.000(iki yüz əlli min) ABŞ dolları məbləğində qətnamənin icra olunduğu günə ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına olan məzənnəsi ilə hesablanması,məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu məbləğinin 17,50 manatdan ibarət hissəsi iddiaçının özünə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2018-ci tarixli qətnaməsi ilə (hakimlər: M.M.Hüseynov;(sədrlik edən və məruzəçi) R.Ə.Əliyev və İ.H.Şükürov 2(107)-2480/2018) cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Şəki Rayon Məhkəməsin in 29 iyun 2018-ci il tarixli qətnaməsiləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı Cavabdeh qarşı “600.000 ABŞ dolları məbləğində pul tələbinə dair” iddiası tamamilə (təmin olunmuş 250.000 ABŞ dollarına aid hissədə də) təmin edilməmiş,məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cəmi 600.000 (altı yüz min) ABŞ dolları pulun utularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Rusiya Federasiyasının SanktPeterburq şəhərindəyaşayır. Sankt-Peterburq şəhərində cavabdehin qardaşı M6 şərik kimi üzun müddət ev alqı-satqısı ilə məşğul olmuşlar. 2006-cı ilin əvv əllərində onlar SanktPeterburq şəhərində ************* ərazisində 10 saylı evin sahəsi 10,10 kv.metr və 16,95 kv. metr olmaqla 2 (iki) otaqdan ibarət olan 46 saylı mənzilini şərik olaraq satın almışlar. Qarşılıqlı razılıqlarına əsasən həmin mənzil M6in adına rəsmiləşdirilmişdir. 2006-cı ilin iyul ayında M6 vəfat etmiş, bundan sonra o, Bakı şəhərində cavabdehi taparaq bu barədə ona məlumat vermişdir.O, Sankt-Peterburq şəhərində M6 birlikdə şərik olaraq ev aldıqlarını da cavabdehə bildirmiş və miras əmlakı kimi onu Sankt-Peterburq şəhərinə dəvət etmişdir. Cavabdeh Sankt-Peterburq şəhərinə gəldikdən sonra da mənzilin M6 şərik olaraq satın alınması ilə bağlı heç bir etiraz bildirməmişdir. Cavabdeh onun köməkliyi ilə miras əmlakı qəbul etmiş, lakin bundan sonra mənzilin şərikli olmasına narazıl ığını bildirərək onun heç bir payının olmadığını demiş, mənzilin bütövlükdə mərhum qardaşına məxsus olduğunu iddia edərək mənzili satıb Bakı şəhərinə gedəcəyini bildirmişdir. O bu barədə tanıdığı hüquqşünaslarla məsləhət etmiş, hüquqşünaslar ona həmin mənzilə dair əlində qanuni əsasları olmadığından mənzilin yarısını və ya həmin hissənin dəyərini cavabdehdən ala bilməyəcəyini izah etmişlər. Bundan sonra o, mənzili neçəyə satmaq istədiyini cavabdehdən soruşmuş, cavabdeh mənzili ABŞ dollarına satacağını ona demişdir. Həmin vaxtlarda qeyd olunan mənzilin dəyəri həqiqətən də 450.000 ABŞ dolları və daha artıq qiymətə uyğun olmuşdur. O, mənzilin yarısını və ya həmin hissənin dəyərini cavabdehdən ala bilməyəcəyini başa düşdüyündən qərara gəlmişdir ki, mənzili 450.000 ABŞ dollarına cavabdehdən sat ın alsın, bir müddət sonra isə mənzili nisbətən baha qiymətə satıb gəlir əldə etsin. Cavabdehlə öz aralarında razılığa gəlmişlər ki, mənzilin dəyərinin, təxminən, 450.000 ABŞ dolları təşkil etdiyi nəzərə alınmaqla həmin məbləğdən ABŞ dolları ilkin olaraq onun tərəfindən beh qismində cavabdehə veriləcək, qalan 200.000 ABŞ dollarını isə ev onun adına rəsmiləşdirildikdən sonra o, cavabdehin adına olan bank hesabına köçürəcəkdir. Bununla bağlı onlar arasında 03 sentyabr 2008-ci il tarixdə “İlkin müqavilə” adlı sənəd tərtib edilmişdir. O və cavabdeh həmin müqavilənin şərtlərini qəbul edərək özlərinin anket məlumatlarını da öz xəttləri ilə qeyd edib müqaviləni imzalamışlar. Həmin müqaviləni imzalayarkən onların hər ikisi ilə tanışlıq münasibəti olan X26 və X4 adlı şəxslər onların yanında olmuş v ə o, həmin şəxslərin yanında cavabdehə 250.0 ABŞ dolları pul vermişdir. Qeyd olunan müqavilənin bir surəti cavabdehə verilmiş, bir surəti isə onun özündə qalmışdır. O, müqavilənin özündə qalan surətini özünün tanıdığı hüquqşünasa vermiş, lakin müqavilənin həmin nüsxəsinə notariusa aid möhürün hansı şəraitdə vurulduğu barədə məlumatı yoxdur. Həmin vaxtdan xeyli müddət keçəndən sonra ona məlum olmuşdur ki, qeyd olunan mənzil 27 fevral 2010- cu il tarixli bağışlama müqaviləsinə əsasən Rusiya Federasiyasının SanktPeterburq şəhərində yaşayan X24 adlı şəxsin adına özgəniləşdirilmişdir.Lakin onda olan məlumata görə cavabdeh əslində həmin mənzili 450.000 ABŞ dollarına X19 satıb pulu götürərək Bakı şəhərinə getmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh mərhum M6 birinci növbədə vərəsəsi olmad ığından mərhumun miras əmlakı onun birinci növbədə vərəsələri kimi valideynlərinin, yəni həm də cavabdehin valideynləri olan şəxslərin adına rəsmiləşdirilmiş, cavabdeh valideynlərinin verdiyi etibarnamə əsasında onların adından hərəkət edərək rəsmiləşdirmə işlərini həyata keçirmişdir. Bundan sonra o, Bakı şəhərinə gələrək cavabdeh və onun ailə üzvləri ilə görüşmüş, 03 sentyabr 2008-ci il tarixdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində cavabdehə beh kimi verdiyi 250.000 ABŞ dollarının geri qaytarılmasını onlardan tələb etmişdir. Lakin cavabdeh və onun valideynləri onun pulunu qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışlar. Həmin vaxtdan sonra keçən müddət ərzində o, cavabdehin özü ilə şəxsən dəfələrlə görüşərək pulunun qaytarılmasını tələb etmiş, lakin cavabdeh ondan aldığı məbləği qaytarmaqdan qəti şəkildə imtina etmişdir. Onun Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində ************* dənizkənarı ərazisində cavabdehin mərhum qardaşı M6 şərik kimi satın aldığı 2 (iki) otaqlı mənzilin və bu kimi digər mənzillərin dəyəri hazırda 550.0 ABŞ dolları və daha artıq dəyərə malikdir. 2008-ci ildə cavabdehlə aralarında müqavilə bağlanarkən onun mərhum M6 birinci növbədə vərəsəsi olmadığına əhəmiyyət verməmiş, daha doğrusu, hüquqi savadı olmadığına görə bunu başa düşməmişdir. Hazırda isə başa düşür ki, mənzilin əldə edilməsi üçün sərf etdiyi əsaiti qanunvericiliyin tələbinə görə yalnız mərhum M6 birinci övbədə vərəsələri kimi ondan miras qalan əmlakları qəbul etmiş şəxslərdən, yəni lərhumun valideynlərindən tələb edə bilər. O, bununla bağlı ayrıca bir iddia tələbi ilə li diyyəti üzrə məhkəməyə müraciət edəcəkdir. Onun cavabdehə qarşı olan hazırki ddia tələbi isə yalnız 03 sentyabr 2008-ci il tarixdə Rusiya Federasiyasının Sankt- Peterburq şəhərində cavabdehə beh kimi nağd olaraq verdiyi 250.000 ABŞ dolları ilə əlaqədardır. 03 sentyabr 2008-ci il tarixli müqavilənin şərtləri cavabdeh tərəfindən pozulduğuna görə həmin müqavilənin 5.4-cü bəndinə əsasən cavabdeh ondan aldığı behi ikiqat ölçüdə ödəməlidir. Həmin əsaslara görə o, hazırda cavabdehdən beh olaraq verdiyi 250.000 ABŞ dollarının ikiqat miqdarı olan 500.000 ABŞ dollarının geri qaytarılmasını tələb edir. Bundan əlavə, cavabdeh müqavilə şərtlərini yerinə yetirsəydi, o, əldə etdiyi mənzili hazırda ən azı 550.000 ABŞ dollarına sataraq 1 ABŞ dolları gəlir əldə edə bilərdi. 03 sentyabr 2008-ci il tarixli mü qavilənin şərtləri cavabdeh tərəfindən pozulduğuna görə ona həm də 100.000 ABŞ dolları miqdarında maddi ziyan dəymişdir. O, hazırda 100.000 ABŞ dolları maddi zərər məbləğini də cavabdehdən tələb edir. Ona görə də o hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. O, beh olaraq razılaşdırılmış 250.000 ABŞ dollarını 03 sentyabr 2008-ci il tarixdə müqavilə imzalanarkən digər şəxslərin yanında, onların gözü qarşısında cavabdehə ödəmişdir. Bundan əvvəlki məhkəmələrdə də onun cavabdehə beh olaraq 250.000 ABŞ dolları verdiyi və vermiş olduğu pulu geri tələb etməkdə haqlı olduğu öz əksini tapmışdır. Əvvəlki məhkəmə qətnamələri iddia tələbinin əsassız olduğuna görə deyil, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi əsasına görə və ya iş üzrə yeni açılmış halların mövcudluğuna görə ləğv e dilmişdir. Hazırda o, cavabdehdən beh olaraq verdiyi 250.000 ABŞ dollarının ikiqat miqdarı olan 500.000 ABŞ dollarının geri qaytarılmasını, bundan əlavə, cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi nəticəsində ona dəymiş 100.000 ABŞ dolları maddi zərər (əldən çıxmış fayda) məbləğinin cavabdeh tərəfindən ödənilməsini tələb edir. Qeyd etdiyi əsaslara görə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmşdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətiNİN dəlilləri iddia ərizəsinin dəlilləri ilə eyni məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası m əhkəməsinin qətnaməsi “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinin, Rusiya Federasiyasının Mülki Məcəlləsinin 153, 160.1,158, 161,163, 166, 167, 380.1, 420, 421, 432, 550, 1102, 1103-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddələrinin tələblərinin pozulması ilə əsassız və qanunsuz qəbul edilmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili X11 və nümayəndəsi İ6 kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdeh X27 Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkə məsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən iş materiallarında olan məhkəmə qərarlarından görünür ki, İddiaçı cavabdeh X17 qarşı pul tələbinə dair iddia ilə 2014-cü ildə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd olunan iddia tələbi üzrə Şəki Rayon Məhkəməsinin 20 may 2014-cü il tarixli 2(075)-589/2014 saylı qətnaməsi ilə iddia tələbinin mənzilin ilkin alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə görə beh şəklində verilmiş 250.000 ABŞ dollarının ikiqat məbləğində, yəni 500.000 ABŞ dolları məbləğində pulun geri qaytarılmasına dair hissəsi təmin edilmiş, iddia tələbinin dəymiş zərərə görə 100.000 ABŞ dolları ödənilməsinə dair hissəsi isə rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2014-cü ıl tarixli 2(107)-714/2014 saylı qətnaməsi ilə Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Şəki Rayon Məhkəməsinin 20 may 2014-cü il tarixli 2(075)-589/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 dekabr 2014-cü il tarixli 2(102)-4685/2014 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2014- cü il tarixli 2(107)-714/2014 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin həmin qətnaməsinin ləğv edilməsinin əsası kimi qeyd olunmuşdur ki, tərəflər arasında bağlanmış 03 sentyabr 2008ci il tarixli müqavilədə tətbiq olunmalı hüquq barədə razılaşma olmadığından "Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən mübahisə üzrə Rusiya Federasiyasının qanunvericiliyi tətbiq edilməli olduğu halda, məhkəmələr göstərilən qanunun tələblərini nəzərə almamışlar. Bundan sonra işə apellasiya instansiyası məhkəməsində yenidən baxılaraq Şəki Apellasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 aprel 2015-ci il tarixli 2(107)-292/2015 saylı qətnaməsi ilə apellasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şəki Rayon Məhkəməsinin 20 may 2014cü il tarixli 2(075)-589/2014 saylı qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək Cavabdeh 250.000 ABŞ dollarının alınıb İddiaçı verilməsi qət olunmuş, iddia tələbi qalan hissələrdə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 sentyabr 2015-ci il tarixli 2(102)- 3531/2015 saylı qərarı ilə Cavabdeh və onun vəkilinin, həmç inin İddiaçı və onun vəkilinin kassasiya şikayətləri təmin edilməmiş, Şəki Apellasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 aprel 2015-ci il tarixli 2(107)292/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 aprel 2015-ci il tarixli 2(107)-292/2015 saylı qətnaməsi qanuni qüvvəyə minmişdir. Həmin mülki işə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üzrə icraat qaydasında baxılaraq Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 20 may 2016-cı il tarixli 13(102)-7/2016 saylı qərardadı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2015-ci ıl tarixli 2(102)-3531/2015 saylı qərarı, Şəki Apellasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 aprel 2014-cü il tarixli 2(107)-292/2 015 saylı qətnaməsi və Şəki Rayon Məhkəməsinin 20 may 2014-cü il tarixli 2 (075)-589/2014 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərardadda işə yenidən baxılması üçün əsas kimi qeyd edilmişdir ki, Sankt-Peterburq Notarial dairəsinin notariusu X20 tərəfindən verilmiş 22 mart 2016-cı il tarixli arayışın məzmunundan görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış hər hansı müqavilə, o cümlədən 03 sentyabr 2008-ci il tarixli “Satıcının mülkiyyət hüququ hələ rəsmiləşdirilməmiş mənzilin alqı-satqıına dair ilkin Müqavilə” notariat kontorunda bağlanmış, nə notarius, nə də onun köməkçisi tərəfindən təsdiqlənməmiş, bu barədə notariat orqanının arxivində heç bir sənəd mövcud deyildir. X14 Vişepan tərəfindən verilmiş 22 mart 2016-cı il tarixli arayış İddiaçı cavabdeh X18 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə baxılması zamanı mövcud olmadığından bu həmin məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün əsasdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 03 sentyabr 2008-ci il tarixli “Satıcının mülkiyyət hüququ hələ rəsmiləşdirilməmiş mənzilin alqı-satqısına dair İlkin Müqavilə”nin surətindən görünür ki, tərəflər Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində ************* dənizkənarı ərazisində 10 saylı evin sahəsi 10,10 kv.metr və 16,95 kv.metr olmaqla 2 (iki) otaqdan ibarət olan 46 saylı mənzilinin alqı-satqı müqaviləsinə hazırlaşıb müqavilə bağlamaq haqqında razılaşırlar. Bu müqaviləyə görə 1-ci tərəf (Cavabdeh) satıcı, 2-ci tərəf (İddiaçı) alıcı kimi çıxış edir. Həmin mənzilə mülkiyyət hüququ 2006-cı ildə vəfat etmiş M6ə məxsusdur. Tərəflər arasında olan razılaşmaya əsasən iki otaqlı mənzilin dəyəri 450.000 ABŞ dollarına ekvivalent olaraq təşkil edir. Tərəflərin qarşılıqlı hesablaşmasının əsasını mənzilin dəyərinin bir hissəsinin beh formasında ilkin ödənilməsi təşkil edir. Tərəflər təsdiq edirlər ki, mənzilin dəyərinin hissə ilə ödənilməsi 250.000 ABŞ dollarına ekvivalent olaraq 2-ci tərəfin 1-ci tərəfə hazırkı etibarnamə imzalanmamışa qədər beh şəklində həyata keçirilmişdir. Tərəflər arasında əsas müqavilə bağlanarkən beh mənzilin dəyərinin ödənilməsinə sayılır. Mənzilin dəyərinin ödənilməsi üzrə son hesab tərəflər arasında əsas müqavilə imzalanarkən bankın qaydaları ilə nəzərdə tutulmuş, tərəflərin seçdiyi bankdan pulların bank özəyinə qoyulduğu gün həyata keçirilir. Əsas m üqavilənin imzalandığı gün 2-ci tərəfin 1-ci tərəfə verməli olacağı ödənişin son məbləği 200.000 ABŞ dollarına ekvivalent olaraq təşkil edir. iddiaçı ilə cavabdeh arasında bağlanmış 03 sentyabr 2008-ci il tarixli “Satıcının mülkiyyət hüququ hələ rəsmiləşdirilməmiş mənzilin alqı-satqısına dair ilkin Müqavilə”nin məhkəməyə təqdim edilmiş surətinə Sankt-Peterburq Notarial dairəsinin notariusu X15 aid olduğu iddia edilən möhür vurulmuş, möhürün alt hissəsində imza edilmiş və 15.09.2008ci il tarixi qeyd edilmişdir. Sankt-Peterburq Notarial dairəsinin notariusu X20 tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə ünvanlanmış 22 mart 2016-cı il tarixli sorğuya cavab məktubunda X14 Vışepan iddiaçı ilə cavabdeh arasında bağlanmış 03 sentyabr 2008-ci il tarixli “Satıcının mülkiyyət hüququ hələ rəs miləşdirilməmiş mənzilin alqı-satqısına dair İlkin Müqavilə”də olan imzanın ona məxsus olmadığını, onun rəhbərlik etdiyi notariat kontorunda İddiaçı ilə Cavabdeh adlı şəxslər arasında nə onun, nə də köməkçisinin iştirakı ilə hər hansı müqavilə bağlanmadığını və bununla bağlı arxivdə heç bir sənəd olmadığını bildirmiş, həmçinin bu cür müqavilələrin həm 2008-ci ildə, həm də bu gün sadə yazılı şəkildə bağlandığını və məcburi olaraq notarial təsdiq tələb etmədiyini qeyd etmişdir. 20 fevral 2008-ci il tarixdə verilmiş l-BO 792980 nömrəli ölüm haqqında təkrar şəhadətnamənin surətindən müəyyən edilir ki, cavabdehin qardaşı X12 2006-cı ilin iyul ayında Leninqrad vilayətində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydi 19 sentyabr 2006-cı il tarixdə tərtib edilmiş, həmin akt qeydində onun öl düyü yer Leninqrad vilayətinin Vsevolojskiy rayonunun Murmansk şossesinin 23-cü kilometrliyi qeyd edilmişdir. İş materiallarında olan Mehtiyev Nuru Paşa oğlu və X6( mərhum M6in valideynləri) ilə X25 adlı şəxs arasında bağlanmış 27 fevral 2010-cu il tarixli “Mənzil payının bağışlanma müqaviləsi”nin surətindən görünür ki, M6 və X1 Federasiyasının SanktPeterburq şəhərində ************* sahil küçəsində ev 10 mənzil 46 ünvanında yerləşən, ümumi sahəsi 86,4 kv.metr yaşayış sahəsi 52.6 kv metr olan 3(üç) otaqdan ibarət,1880-cı ildə tikilmiş 5(1-4-5) mərtəbəli kərpic evin 2-ci mərtəbəsində yerləşən mənzilə dair ümumi mülkiyyət hüququ ilə onlara məxsus ****** payı X22 bağışlamışdır. Bağışlama müqaviləsinə M6 və X3 adından, onların verdiyi etibarnamə əsasında “Daşınmaz əmlak və onunla sövdələşmə hüq uqunun vahid dövlət reyestrindən çıxarış” sənədinin surətindən görünür ki, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində ************* sahil küçəsində ev 10 mənzil 46 ünvanında yerləşən, ümumi sahəsi 86,4 kv.metr, yaşayış sahəsi 52,6 kv.metr olan 3 (üç) otaqdan ibarət, 1880-ci ildə tikilmiş 5 (1-4-5) mərtəbəli kərpic evin 2-ci mərtəbəsində yerləşən mənzilin 27/53 payı X16 adına rəsmiləşdirilmişdir. Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Federal Qeydiyyat Xidmət İdarəsinin baş mütəxəssisi tərəfindən verilmiş 25 aprel 2014-cü il tarixli ****** nömrəli məlumat məktubundan görünür ki, Sankt-Peterburq şəhərində ************* sahil Küçəsində ev 10 ünvanında yerləşən 2 otaqlı mənzillər 2008-ci ildə 550.000 ABŞ dolları və daha yuxarı, 3 otaqlı mənzillər isə 650.000 ABŞ dolları və daha yuxar ı olmuşdur. 2014-cü ildə nəmin evdə yerləşən 2 otaqlı mənzillər 650.000 ABŞ dolları və daha yuxarı, 3 otaqlı mənzillər sə 750.000 ABŞ dolları və daha yuxarı olmuşdur. Sankt-Peterburq şəhərinin həmin hissəsi şəhərin tarixi hissəsidir və bu ərazidə olan evlər tarixi-memarlıq dəyərinə malikdir. 21 oktyabr 2013-cü ıl tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun - 25.1-ci maddəsinə əsasən, müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə alqı-satqı müqaviləsində - satıcının; bağışlama müqaviləsində - hədiyyə edənin; əmlak kirayəsi müqaviləsində - kirayə verənin və ya kirayəçinin; əvəzsiz istifadə müqaviləsində - ə vəzsiz istifadəyə verən şəxsin; borc müqaviləsində - borc verənin; podrat müqaviləsində - podratçının; tapşırıq müqaviləsində vəkaləti alanın; komissiya müqaviləsində - komisyonçunun; saxlama müqaviləsində saxlayıcının; daşıma müqaviləsində - daşıyıcının; sığorta müqaviləsində - sığortaçının; girov müqaviləsində - girov qoyanın; zaminlik müqaviləsində - zaminin; qarantiya müqaviləsində - qarantın təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir. - 25.2-ci maddəsinə əsasən, müqavilə tərəfləri arasında, müqavilə ilə bağlı tətbiq olunmalı hüquq barədə razılaşma olmadıqda, bu Qanunun 25.1-ci maddəsinin müddəalarından asılı olmayaraq daşınmaz əmlak barədə müqaviləyə - əmlakın olduğu ölkənin hüququ; birgə fəaliyyət barədə və tikinti podrat müqavilələrinə - belə fəaliyyətin həyata keçirildiyi və ya müqavilə ilə nəzərdə tutulan nəticələrin yarandığı ölkənin hüququ; auksionda, müsabiqədə və ya birjada bağlanan müqavilələrə - auksionun, müsabiqənin keçirildiyi və ya birjanın yerləşdiyi ölkənin hüququ tətbiq edilir. - 25.3-cü maddəsinə əsasən, bu Qanunun 25.1-ci və 25.2-ci maddələrində nəzərdə tutulmayan müqavilələrə tərəflər arasında tətbiq edilməli hüquq barədə razılaşma olmadığı halda, belə müqavilənin daha sıx bağlı olduğu ölkənin hüququ tətbiq edilir. - 25.4-cü maddəsinə əsasən, müqavilənin icra üsullarına və proseduralarına, habelə onun lazımi qaydada icra edilməməsi ilə əlaqədar görülən tədbirlərə münasibətdə tətbiq olunan hüquqdan əlavə, icranın keçirildiyi ölkənin hüququ da nəzərə alınmalıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığ ı “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Minsk Konvensiyasının 41-ci maddəsinə əsasən, əqdin predmeti olan mülkiyyət hüququnun və ya əmlak üzərində digər əşya hüququnun yaranması və ona xitam verilməsi, əgər Razılığa gələn Tərəflər arasında razılaşma ilə digər qayda nəzərdə tutulmursa, əqdin bağlandığı yerin qanunvericiliyinə əsasən müəyyən edilir. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilə konkret olaraq daşınmaz əmlak barədə müqavilənin və ya borc müqaviləsinin şərtlərini tam şəkildə özündə əks etdirməsə də, məhkəmə tərəflər arasında olan mübahisəli hüquq münasibətlərinə daşınmaz əmlakın yerləşdiyi, həm də müqavilənin bağlandığı yerin, yəni Ru siya Federasiyasının hüquq normalarının tətbiq edilməsini qanunauyğun hesab etmişdir. Rusiya Federasiyasının Mülki Məcəlləsinin - 420-ci maddəsinin 1-ci bəndinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 421-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya bilərlər. Onlar həm qanunda və digər hüquqi aktlarda nəzərdə tutulan, həm də nəzərdə tutulmayan müqavilələr də bağlaya bilərlər. -432-ci maddəsinin 1-ci bəndinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. -380-ci maddəsinin 3-cü bəndinə əsasən, müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ö dənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu maddənin 2-ci bəndində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. -1102-ci maddəsinin 1-ci bəndinə əsasən, qanunla, sair hüquqi aktlarla və ya müqavilə ilə müəyyənləşdirilməmiş əsaslarla əsassız varlanan şəxs (varlanmmış şəxs) başqa şəxsin (məhrum olanın) hesabına əldə etdiklərini, bu Məcəllənin 1109-cu maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla qaytarmalıdır. -1102-ci maddəsinin 2-ci bəndinə əsasən bu fəsildə müəyyənləşdirilmiş qaydalar əsassız varlanmanın varlanmış şəxsin, məhrum olanın, üçüncü şəxslərin davranışının nəticəsində və yaxud onların iradəsindən kənar baş verməsindən asılı olmayaraq tətbiq edilir. -1103-cü maddəsinə əsasən, bu Məcəllə, digər qanunlar və başqa hüquqi aktlarla müəyyən edilməmişdirsə və müvafiq münasibətlərin mahiyyətindən irəli gəlmirsə, bu fəsildə nəzərdə tutulmuş qaydalar etibarsız əqd üzrə icra edilənlərin qaytarılması haqqında tələblərə də şamil edilir. - 153-cü maddəsinə əsasən, vətəndaşların və hüquqi şəxslərin mülki hüquqlarının və vəzifələrinin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamına yönəldilmiş fəaliyyəti əqd sayılır. -158.1-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı formada bağlanır (sadə və ya notarial). -160.1-ci maddəsinə əsasən, müqavilənin yazılı forması onun məzmununu ifadə edən sənədin tərtib edilməsi, müqavilənin onu bağlayan şəxs və ya şəxslər tərəfindən və ya müvafiq qaydada səlahiyyətli şəxslər tərəfindən imzalanması yolu ilə bağ lanmalıdır. -161.1-ci maddəsinə əsasən, hüquqi şəxslərin öz aralarında və vətəndaşlarla bağladıqları əqdlər; vətəndaşların özləri arasında on min rubldan artıq məbləğdə, eləcə də qanunda nəzərdə tutulmuş hallarda məbləğdən asılı olmayaraq, bağlanmış əqdlər istisna olmaqla, müqavilələr sadə yazılı formada tərtib edilməlidir. -163.1-ci maddəsinə əsasən, əqdin notariat qaydasında təsdiqlənməsi əqdin qanuniliyini, o cümlədən, hər bir tərəfin onun bağlanmasına hüququnun mövcudluğunu yoxlamaq deməkdir və notarius və ya belə bir notarial hərəkəti notariat və notarial fəaliyyət haqqında qanuna uyğun olaraq yerinə yetirmək hüququna malik olan vəzifəli şəxs tərəfindən həyata keçirilir. -163.3-cü maddəsinə əsasən, əgər müqavilənin notarial təsdiqi bu maddənin 2-ci bəndinə uyğun olaraq məcburi hesab edilirsə, müqavilənin notarial formasına əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. -166.1-ci maddəsinə əsasən, etibarsız əqd qanunla müəyyən edilmiş qaydada məhkəmə tərəfindən bu cür tanınması ilə (mübahisələndirilən əqdlər) və belə əsaslar olduqda bu cür tanınmadan asılı olmayaraq da etibarsız (əhəmiyyətsiz) əqddir. -167.2-ci maddəsinə əsasən, əqdin etibarsız olması halında, qanunla əqdin etibarsızlığının başqa nəticələri nəzərdə tutulmamışdırsa, tərəflərdən hər biri alınanları geri qaytarmağa borcludur, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. -550-ci maddəsinə əsasən, daşınmaz əmlakın satışına dair müqavilə tərəflərin imzaladığı bir sə nədin tərtib edilməsi yolu ilə yazılı formada bağlanır. Daşınmaz əmlakın satışına dair müqavilənin formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşamaqla həmin şəhərdə cavabdehin qardaşı M6 şərik kimi uzun müddət ev alqı-satqısı ilə məşğul olmuşlar. Belə olduğu halda İddiaçı Rusiya Federasiyasının daşınmaz əmlakın alqı-satqısı ilə bağlı qanunvericiliyindən məlumatlı olmuş və bilmişdir ki, daşınmaz əmlaka (o cümlədən evə) dair bütün (həmçinin ilkin) əqdlər notarial qaydada bağlanmalıdır. Bu baxımdan iddiaçının cavabdehlə sonuncunun mərhum qardaşının mülkiyyətində olmuş evin alqı-satqısına dair ilkin razılaşmanı ehtiva edən müqaviləni (03 sentyabr 2008-ci il tarixli “Satıcının mülkiyyət hüququ hələ rəsmiləşdirilməmiş mənzilin alqı-satqısına dair İlkin Müqavilə”ni) sadə yazılı formada bağlaması təəccüb doğurur. Eyni zamanda, işdən göründüyü kimi, iddiaçının təşəbbüsü ilə bağlanmış həmin müqavilə heç də tərəflərin gerçək münasibətlərini, onların iradə və niyyətlərini ifadə etməmiş, müqavilədə əksini tapan məlumatlar isə həqiqətə uyğun olmamışdır. Habelə inandırıcı görünmür ki, iddiaçı hələ cavabdehin mərhum qardaşının mülkiyyətində olan və cavabdehin mülkiyyətinə keçib-keçməyəcəyini bilmədiyi evə görə sonuncuya 250.000 ABŞ dolları məbləğində beh ödəsin, yaxud ilkin ödəniş etsin. İddiaçının 450.000 ABŞ dollarına almaq niyyətində olduğu evə görə cavabdehə beh, yaxud ilkin ödəniş qismində 250.000 ABŞ dolları pul verməsi də i nandırıcı deyil (həmin məqsədlə bir neçə on min ABŞ dolları məbləğində ödəniş də kifayət edərdi). cavabdehin mərhum qardaşına münasibətdə birinci növbədə vərəsə olmadığını bilən (və ya bilməli olan) iddiaçı onunla icrası mümkün olmayan əqd bağlamış və xüsusən də, belə əqd üzrə cavabdehə 250.000 ABŞ dolları pul vermişdir. İddiaçını bu dərəcədə sadəlövh və ya işbilməz adam kimi təqdim etməyə işdə heç bir əsas müəyyən olunmur. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası qənayətə gəlmişdir ki, iddiaçı tərəfindən cavabdehə 250.000 ABŞ dolları məbləğində pul verilməmişdir və bu barədə iddiaçının istinad etdiyi müqavilədə qeyd olunan məlumat həqiqətə uyğun deyildir. İddiaçının cavabdehə 250.000 ABŞ dolları məbləğində pul verməsini təsdiqləmiş 2 nəfər şahidin birinci instansiya məhkəməsin ə təqdim edilən notarial qaydada tərtib olunmuş ərizələri isə mötəbər sübut vasitəsi kimi qəbul edilə bilməz. Mübahisəli müqavilənin bağlanmasında iddiaçı ilə birlikdə iştirak etmiş həmin şahidlərin iddiaçı tərəfdən maraqlı olmaları şübhəsizdir. Digər tərəfdən, bəhs edilən şahidlər məhkəmədə bilavasitə dindirilməmişlər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası nəticəyə gəlmişdir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassızdır.Birinci instansiya məhkəməsi iddia tələbini təmin etdiyi hissədə haqlı olmamış, tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün nəticəyə gəlməmişdir.İddiaçı tərəfindən cavabdehə 250.000 ABŞ dolları məbləğində pulun verilməsini işin müəyyən olunmuş halı kimi təqdim etsə də, lakin iş üçün əhəmiyyətli olan həmin hal əslində sübut edilm əmişdir. Azərbаycаn Respublikаsı MPM-in 14.2 və 77.1-ci mаddələrinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.1,217.3,217.4-cü mаddələrinin tələblərinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İddiaçı məhkəməyə iddia tələbinin əsaslı olmasını təsdiq edən mötəbər sübutlar təqdim edə bilmədiyinə görə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq prosessual qanunvericiliyin qeyd olunan normaların a əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şi kayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 04 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar