Məhkəmə qərarları › İş №2(102)-2750/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2750/2021

04.05.2021 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2750/2021 04.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh2nə və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icra vərəqəsinin icra edilməməsi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı, vəkili X9 oğlunun, Cavabdeh2 vəkili X6 oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh1 və üçüncü şəxs Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə qarşı “icra məmurunun hərəkətsizliyi və vəzifələrinin layiqincə icra etməməsi nəticəsində dəymiş ziyanın ödənilməsi" tələbinə Bakı Apelyasiya Mə hkəməsi Mülki kollegiyasının 2(103)-6917/2020 nömrəli, 26 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı icra sənədi üzrə tələbkardır. Həmin icra sənədi icra edilməmiş qalmışdır. İddiaçı hesab edir ki, icra sənədi icra məmurunun günahından vaxtında icra edilməmiş və bu səbəbdən ona qaytarılması nəzərdə tutulan avtomaşın sıradan çıxmışdır. Ona görə iddiaçı hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh1 və üçüncü şəxs Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasama l Rayon Məhkəməsinin 29.07.2013-cü il tarixli 2(004)-3924/2013 saylı icra vərəqəsinin icra edilməməsi nəticəsində tərəfindən tələb edilən 50000 manat mənəvi ziyanın, 2498.18 manat icranın gecikdirilməsinə görə hesablanmış faizin və 30 manat məhkəmə rüsumunun, cəmi 52528.18 manatı Cavabdeh2ndən alınaraq ona ödəmək öhdəliyi qoyulması, Yasamal rayon Məhkəməsinin 29.07.2013-cü il tarixli 2(004)3924/2013 saylı icra vərəqəsinin icra edilməməsi istiqamətində icra məmurunun hərəkətsizliyi qanunsuz sayılması və icra vərəqi üzrə borclu X1 5034 manat əmlaka dəymiş zərərin əvəzi (əsas borc) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 5054 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi vəzifəsinin Cavabdeh2 üzərinə qoyulması, Yasamal rayon Məhkəməsinin 29.07.2013-cü il tarixli 2(004) 3924/2013 saylı icra vərəqəsinin icra edilməməsi istiqamətində icra məmurunun hərəkətsizliyi, icra vərəqində qeyd edilmiş “Saipa-132” markalı, dövlət qeydiyyat nişanı **BK-*** olan avtomobilin sənədləri ilə birlikdə ona qaytarılmaması nəticəsində avtomobilin məhv olmasından əmələ gəlmiş ziyan: məhv olmuş avtomobilin dəyəri 6000 manat, avtomobilin məhv olması nəticəsində itirilmiş qazanc 7500 manat və mənəvi ziyanın əvəzi olaraq 10000 manat kompensasiya, cəmi 23500 manat Cavabdeh2 icra məmuru Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması, icra məmuru Cavabdeh1 əməllərində AR CM 308.1, 313 və 314.1-ci maddələrinə müvafiq cinayət tərkibi olduğundan prokurorluğa məlumat verilməsi xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, icra məmuru icra sənədini icr a etmək üçün qanunda nəzərdə tutulan tədbirləri görməmiş, icra hərəkətləri barədə onu lazımi qaydada məlumatlandırmamış, vaxtında icra tədbirləri görülməməsi səbəbindən ona qaytarılmalı olan avtomaşın sıradan çıxarılmış, həmin avtiomaşının aşkar edilməsində onun iştirakı təmin olunmamış, zəruri sənədləşmələr qanunsuz aparılmışdır.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1136/2020 saylı, 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən məruzəçi T.Axundov) iddia tələbləri təmin edilməmişdir.

5. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, İcra Haqqında Azərbaycan Respublikası Qanunun 8.1, 8.2, 43.1, 44.1, 56.1, 56.3, 57.1, 58-ci maddələrinə istinad etmişdir.

6. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apelyasiya Məhkəməsi MK-nın 26 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)1136/2020 saylı, 17 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı kasasiya şikayəti verərək qətnamənin ləğv olunaraq, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

11. Kassasiya şikayəti iddia ərizəsində qeyd olunan faktiki hallarla əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işin faktiki hallarına düzgün qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçı və iddiaçının vəkili X9 oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

14. Cavabdehin Cavabdeh2 vəkili X6 oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Digər cavabdeh və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əml akının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. İcra Haqqında Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir.

18. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin ə mlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləridir.

19. Qanunun 56.3-cü maddəsinə əsasən borclu hüquqi şəxsin banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinin üzərinə həbs qoyulması ilə bağlı icra məmuru bu Qanunun 45-ci maddəsində nəzərdə tutulmuş tədbirləri görür.

20. Həmin Qanunun 57.1-ci maddəsinə əsasən borcun ödənilməsi üçün borclu hü quqi şəxsin pul vəsaitləri yetərli olmadıqda, tələb mülkiyyət hüququ əsasında ona məxsus olan digər əmlaka (dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla) yönəldilir. Həmin əmlak üzərinə həbs qoyulması və ya onunla bağlı digər icra hərəkətləri bu Qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

24. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

25. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsimübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

28. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29.07.2013-cü il tarixli, 2(004)-3924/2013 saylı icra vərəqəsi üzrə 21.10.2013-cü il tarixli icraata başlamaq haq qında qərarla icraata başlanılmış və borclu X2 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuş və Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən cavabdehə, 21.10.2013-cü il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29.07.2013-cü il tarixli 2(004)-3924/2013 saylı icra vərəqəsində göstərilən tələbi könüllü icra etməyi üçün 10 (on) gün müddətində vaxt verilməsinə dair bildiriş göndərilmişdir. Bununla yanaşı Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən Azərbayan Respublikası DİN BDYPİ-nin rəisinə ünvanlanmış 21.10.2013-cü il tarixli məktubla, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29.07.2013cü il tarixli 2(004)-3924/2013 saylı qərərdadına əsasən “Saipa-132” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq Azərbaycan Respublikası DİN BDYP İ-nin müvəqqəti dayanacağında saxlanılması barədə məlumat verilmişdir. Daha sonra Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin 26.02.2015-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29.07.2013-cü il tarixli 2(004)-3924/2013 saylı icra sənədinin icrası ilə əlaqədar, borclu 02.11.1981-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olan X4 barəsində axtarış elan edilmiş, icra məmuru tərəfindən borclunun cəza çəkmə müəssisəsində olması müəyyən edilərək, Bakı şəhəri Cavabdeh2 30.01.2019-cu il tarixli 17/72-15205/5-3122 saylı məktubuna əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3924/2013 saylı, 16.09.2013-cü il tarixli icra sənədi borclu X3 aid hissədə icra olunması üçün 13 saylı cəzaçəkmə müəssisəsinə göndərilmişdir.

29. İcra məmuru tərəfindən verilmiş sorğulara əsasən borclun un hər-hansı bir əmlakının, o cümlədən də, pul vəsaitinin (banklarda deposit hesabının) olmaması müəyyən edilmişdir.

30. İddiaçı qaytarılması qət edilmiş “Saipa-132” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin, iddiaçı tərəfindən hələ məhkəmədə iddia qaldırılan zaman qəzalı vəziyyətdə olması və bu faktin iddiaçıya bəlli olması da, müəyyən edilmişdir. İşin bu halı iddiaçının etirafedici izahatı ilə də təsdiqini tapmışdır. İcra şöbəsi məcburi icra tədbirləri üzrə bir sıra hərəkətlər etsə də, qətnamənin icrası həyata keçirilməmişdir.

31. Apellyasiya baxışı zamanı (5555) 15205/2013-53-9-001 nömrəli icra işi tələb olunaraq məhkəmə iclasında öyrənilmiş və müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29.07.2013-cü il tarixli 2(004)-3924/2013 saylı icra vərəqəsi üzrə i craata başlanılmış və borclu X4 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuş və cavabdehə göndərilmiş 21.10.2013-cü il tarixli bildirişdə cavabdehə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29.07.2013-cü il tarixli 2(004)-3924/2013 saylı icra vərəqəsində göstərilən tələbi könüllü icra etməyi üçün 10 (on) gün müddətində vaxt verildiyi qeyd edilmişdir. Bundan sonra icra məmuru tərəfindən 18.11.2013-cü il tarixdə borclunun mülkiyyətində avtomaşınların, qiymətli kağızların, mənzillərin və pul vəsaitlərinin olub-olmaması barədə məlumat verilməsi, əmlak aşkar olunduğu halda onun özgəninkiləşdirilməsinə qadağa qoyulması və bu barədə icra şöbəsinə məlumat verilməsi barədə Azərbaycan Respublikası DİN DYPİU RQİŞ-yə, Azərbaycan Respublikası Milli Depozit Mərkəzinə, Azərbaycan Respublikas ı DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə, “Kapital Bank ASC-yə və “xxxx” ASC-yə müvafiq sorğular göndərilmişdir. Lakin həmin sorğuların müvafiq orqanlara çatdırılması barədə icra işinə xəbərnamələr əlavə edilməmişdir. Bununla belə 12.12.2013-cü il tarixdə “xxxx” ASC tərəfindən, həmçinin Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən müvafiq soğuya cavab məktubu göndərilmişdir. Həmçinin 26.02.2015-ci il tarixli Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29.07.2013-cü il tarixli 2(004)-3924/2013 saylı icra sənədinin icrası ilə əlaqədar borclu 02.11.1981-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan X4 barəsində axtarış elan edilmişdir.

32. Göründüyü kimi iddiaçının əsas arqumeti icra hərəkətlərinin görülməməs i və bur barədə tərəflərə məlumat verilməməsi, məlumat verilməsi barədə poçt xəbərnamələrinin olmaması olsa da, qeyd olunan hərəkətlərin icra məmumu tərəfindən yerinə yetirilməsi təsdiq olunur. Kollegiya həmçinin qeyd edir ki, icra işində poçt xəbərnamələri olmasa da sorğu göndərilmiş orqanların sorğuya cavab verməsi həmin sorğu məktubunun onlara çatdırılmasına dəlalət edir.

33. Məhkəmə kollegiyası bir məsələni də qeyd edir ki, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ona görə kassasiya şikayətində işin faktiki hallarının düzgün araşdırılmamasına dair dəlillər keçərli deyil.

34. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

35. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6917/2020 nömrəli iş üzrə 26 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar