Məhkəmə qərarları › İş №2(102)-2750/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2750/2024

28.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2750/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: zəbt etdiyi torpaq sahəsindən çıxarılması, torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin cavabdehin öz hesabına sökülməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu, Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılması, torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin cavabdehin öz hesabına sökülməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dai r mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-64/2024 nömrəli, 9 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı və onun 5 nəfər ailə üzvünün mülkiyyətinə İmişli rayon Aqrar İslahat Komissiyasının 26 avqust 2000-ci il tarixli 08 saylı qərarı ilə İmişli rayonu Murğuzallı kəndində kənd təsərrüfatı məhsullarınnı istehsalı üçün 5,42 ha torpaq sahəsi verilmiş, torpaq sahəsi üzərində hüquqları 17 iyun 2002-ci il tarixli JN – 0039 KOD 90713018 nöməli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə rəsmiləşdirilmişdir.

2. X10 və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A 136419 nömrə li “Torpaq sahəsinin planı və ölçüsü”nə görə İmişli rayon Aqrar İslahat Komissiyasının 20 avqust 2000-ci il tarixli 08 saylı qərarına əsasən İddiaçı adına 1998,17 kv.metr həyətyanı torpaq sahəsi işlənmiş, X8 kitabında 25 may 2009-cu ildə uçota alınmışdır.

3. Laçın rayonundan məcburi köçkün olan Cavabdeh İmişli rayonu Murğuzallı kəndində 0,40 ha torpaq sahəsindən istifadə edir, orada tikililər inşa etdirmişdir.

4. İmişli Rayon Məhkəməsinin icraatında olmuş iddiaçı X2 Cavabdeh qarşı 2(036)1861/2021 saylı mülki işə baxılarkən məhkəmə tərəfindən təyin olunmuş ekspertiza üzrə "xxxx" MMC-nin 2 dekabr 2021-ci il tarixli, UNİ/D 48-1258/21 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənədi mövcud deyil, həmin torpaq sahəsi onun tərəfindən zəbt edilmişdir. Zəbt olunan torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Mübahisə predmeti olan ərazi üzrə yalnız X3 və İddiaçı hüquq müəyyənedici sənədləri mövcuddur.

5. İşdə olan "xxxx" MMC-nin 7 fevral 2022-ci il tarixli, UNİ/F 22-085/22 nömrəli ekspert rəyində qeyd olunur ki, mülkiyyətçi İddiaçı məxsus torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdir, həmin torpaq sahəsinə dair onun heç bir hüquq müəyyənedici sənədi mövcud deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli rayon Aqrar İslahat Komissiyasının 20 avqust 2000-ci il tarixli 08 saylı qərarı ilə İmişli rayonun Murğuzallı kəndi ərazisindən mülkiyyətinə verilmiş, AN 136419 nömrəli “Torpaq sa həsinin plan və ölçüsü” sənədi ilə qeydə alınmış həyətyanı torpaq sahəsində cavabdeh tərəfindən özbaşına inşa edilmiş tikililərin öz hesabına sökülməsi, cavabdehin torpaq sahəsindən çıxarılması və torpaq sahəsini zəbt etməsi nəticəsində vurduğu maddi zərərin əvəzi olaraq 10000 manat məbləğində təzminatın, məhkəmə xərclərinin alınıb ona verilməsi barədə qətnamə aəbul olunmasını xahiş etmiş, daha sonra ərizə təqdim edərək 10000 manat maddi zərər hissədə iddia tələbinin həcmini azaltmışdır.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mülkiyyətində olan torpaq sahəsini boşaltmasını cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh torpaq sahəsindən çıxmır və onu zəbt etdiyi torpaq sahəsinə də buraxmır. Ona görə də mülkiyyətində olan tor paq sahəsindən tam və sərbəst şəkildə istifadə edə, mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Məcbur qalıb 300 manat vəsait ödəyib ekspert dəvət etməklə torpaq sahəsinə baxış keçirtdirmiş, 7 fevral 2022-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, həmin ərazidə yalnız onun və mərhum atası X3 adına torpaq sahəsinə dair qanuni sənədləri vardır. Həmin rəyə görə iddiaçıya məxsus olan torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir və cavabdeh faktiki olaraq istifadə edir. Cavabdehin torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənədi mövcud deyildir. Cavabdehin hərəkətləri barədə müvafiq orqanlara məlumat vermiş, lakin mübahisə mülki xarakterli olduğuna görə ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.

8. Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, 2012-ci ildə məskunlaşdığı İmişli rayonunun Murğuzallar kəndində icra nümayəndəliyi və bələdiyyənin iştirakı ilə həmin kəndin sakini Xudam İrəşovdan 0,40 ha həyətyanı torpaq sahəsi almış, orda ev və tövlə tikmişdir. Lakin 10 il sonra qonşusu İddiaçı İmişli Rayon Məhkəməsində istifadəsində olan 0,40 ha həyətyanı torpaq sahəsinin guya ona məxsus olduğu barədə iddia qaldırmışdır. Həmin torpaq sahəsinə dair onun heç bir hüquq müəyyənedici sənədi yoxdur. Lakin həmin torpaq sahəsini Xudam İrəşovdan alanda bu barədə icra nümayəndəliyində akt tərtib olunmuşdur. Həmin akta əsaslanaraq hesab edir ki, mübahisə olunan torpaq sahəsi ona məxsusdur və o, İddiaçı torpaq sahəsini zəbt etməmişdir.

9. İmişli Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(036)-956/2022 nömrəli, 18 may 2022-ci il tarix li qətnaməsi ilə (hakim Qurban Hacıyev) iddia təmin edilmişdir.

10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, torpaq islahatı zamanı iddiaçının mülkiyyətinə 1998,17 kv.metr həyətyanı torpaq sahəsi ayrılmışdır. Eyni zamanda kənd təsərrüfatı təyinatlı torpaqlardan onun və ailə üzvlərinin payına düşən 5,72 ha torpaq sahəsindən 0,30 ha azaldılaraq Aqrar İslahat Komissiyasının 26 avqust 2000-ci il tarixli, 08 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə 0,30 ha az, yəni 5,42 ha torpaq sahəsi ayrılmış və bu barədə ona JN - 0039 nömrəli 90713018 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı verilmişdir. İddiaçı və ailə üzvlərinin mülkiyyətinə payına düşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən azaldılmış 0,30 ha torpaq sahəsi onun həyətyanı torpaq sahəsinə əlavə olunm uşdur, sənəd üzrə onun 0,50 ha həyətyanı torpaq sahəsi olmalıdır. Lakin həmin torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmiş və özbaşına tikililər inşa edilmişdir.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəlləsinin 157.1, 164.1 və 164.2-ci, Torpaq Məcəlləsinin 111.1 və 111.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Məhkəmə cavabdehin istifadəsində olan torpaq sahəsinin mülkiyyətçisi Xudam İrəşovu işə cəlb etməmişdir. Bu barədə vəsatəti təmin olunsaydı hazırda onun istifadəsində olan torpaq sahəsinin iddiaçıya heç bir aidiyyətinin olmadığı, torpaq sahəsinin Xudam Ərəşovun adına olması müəyyən edilərdi. Həmçinin məhkəmənin "xxxx" MMC-nin 02 dekabr 2021ci il tarixli, UNİ/D 48-1258/21 nömrəli rəyinə istinad etməsi də işin hallarına uyğun deyildir. Həmin rəy başqa iş üzrə olmuşdur, ekspert yenidən hazırkı iş üzrə heç bir araşdırma aparmamışdır və bu rəy sübut kimi qəbul edilə bilməzdi. 23 may 2022-ci il tarixli akta əsasən Murquzallı kənd sakinləri Əhmədov Mahmud, İddiaçı, Alışov Tofiqin torpaq sahələri ilə həmsərhəddə yerləşən 0,40 ha torpaq sahəsi 1992-ci il tarixdən M urquzallı kənd sakini X5 ayrılmışdır, islahatlar zamanı texniki səhv ucbatından 0,40 ha torpaq sahəsinin pasportu verilməmişdir. Məhkəmə 23 may 2022-ci il tarixli akta heç bir hüquqi münasibət bildirməmişdir. Hesab edir ki, 23 may 2022-ci il tarixli akta əsasən apellyasiya qaydasında araşdırma aparılmalıdır. Həmçinin sökülməsi tələb edilən və mübahisələndirilən torpaq sahəsində yerləşən fərdi yaşayış evi cavabdehə yox, onun oğlu Rövşən Baxşalıyevə məxsusdur.

14. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-1758/22 nömrəli,15 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Zeynal Zeynalov (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və Tale Kərimov ) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətn aməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, Cavabdeh mübahisəli torpaq sahəsinə dair özünün də etiraf etdiyi kimi hər hansı hüquq müəyyənedici sənədi yoxdur. Həmin sahənin Xudam İrəşov adlı şəxsdən satın alması barədə dəlilləri, habelə bu barədə tərtib edilmiş və icra nümayndəsi tərəfindən təsiq olunmuş 16 may 2012-ci il tarixli yerli akt da 0,40 ha həyətyanı torpaq sahəsinə cavabdehin hüququnun əmələ gətirmir, torpaq sahəsinin alqı-satqısının rəsmiləşdirilməsi barədə mötəbər sübut kimi qəbul oluna bilməz. Mübahisələ ərazidə olan 0,50 ha torpaq sahəsinə iddiaçının hüquqmüəyyənedici sənədləri vardır, ona görə də iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ müdafiə olunmalıdır.

16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 71.1-ci, Mülki Məcəllənin 152.1, 152.5, 153.4, 154.1, 157.4, 164.1, 164.2-ci, Torpaq Məcəlləsinin 67, 68, 111-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

17. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti apellyasiya şikayətinin dəliilərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmşidir ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməmiş, iddiaçının təl əb etdiyi torpaq sahəsinə hüququnun olduğunu təsdiq edən sənədləri tədqiq etməmiş, torpaq sahəsini satın aldığı Xudam İrəşov işə cəlb olunmamış, ümumiyyətlə Xudam İrəşovun mülkiyyətində torpaq sahəsinin olub-olmaması araşdırılmamış, istifadəsində olan torpaq sahəsinin iddiaçının iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşüb düşməməsini müəyyən etmək məqsədilə iş üzrə əlavə və ya təkrar ekspertiza təyin olunması barədə vəsatətləri əsassız olaraq təmin olunmamışdır.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – Ali məhkəmə) 2(102)-410/2023 nömrəli,6 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər – Əhməd Nurməmmədov (məruzəçi), Abiddin Hüseynov və Zaur Əliyev) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni dən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.

13. Ali Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlilləri tam və hərtərəfli araşdırmaqla hüquqi qiymət verməmiş, həmin dəlilləri sadalamaqla kifayətlənmişdir. Məhkəmə həmçinin iddiaçının təqdim etdiyi sübutları da düzgün qiymətləndirməmiş, iddiaçının 0,50 ha torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin olması, cavabdehin istifadəsində olan torpaq sahəsinin məhz iddiaçıya məxsus olması barədə səhv nəticəyə gəlmiş, mübahisələndirilən torpaq sahəsinə iddiaçının subyektiv hüququnun olmasına dair kifayət qədər sübutların olmadığını diqqətdən qaçırmış, iddiaçının torpaq sahəsinə qanunla müəyyən edilmiş q aydada hüquq əldə edib-etməməsini müəyyən etməmişdir.

14. Ali Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının və ailə üzvlərinin payına 5.72 ha torpaq sahəsindən 0.30 ha azaldılaraq həyətyanı kimi istifadədə olan 0.30 ha sahə ilə əvəzləşdirməsi barədə X12 Komissiyasının xx.xx.2000-ci il tarixli qərarı, həmin qərarın icrası barədə sübut əhəmiyyəti kəsb edən hər hansı sənəd (torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) və xəritədə müəyyən edilməsi, iddiaçının adına torpaq sahəsinin planı və ölçüsü sənədlərinin hazırlanması) təqdim edilməmişdir. 0.30 ha torpaq sahəsinin əvəzləşdirilməsi barədə Yerli AİK-nın xx.xx.1997-ci il tarixli aktı kserosurət olmaqla qeydiyyata alınmamışdır. Ümumiyyətlə, iddiaçının tələb etdiyi 0.30 ha torpaq sahəsinin kimə məxsus olması barədə hər hansı süb ut yoxdur.

15. Ali Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 139.1, 146.1-ci, Torpaq Məcəlləsinin 65, 66, 67, 68-ci maddələrinə istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

16. Apelyasiya instansiyası məhkəməsi iş üzrə ekspertiza təyin etmişdir. Məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/210/9386 nömrəli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Cəfər Cəfərovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, İmişli rayonu Murğuzalılar kəndinin ərazisində İddiaçı İmişli rayon Aqrar İslahat Komissiyasının 20 avqus t 2000-cı il tarixli, 08 saylı qərarı ilə verilmiş 1998.17 kv.m həyətyanı torpaq sahəsinin hüdudları X10 və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış və Beyləqan rayon şöbəsinin X8 kitabında 25may 2009-cu il tarixli 46 nömrə ilə uçota alınmış A nömrəli 136419 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlara əsasən müəyyən edilmişdir. Eyni zamanda qeyd olunan həyətyanı torpaq sahəsinin ətrafında olan faktiki olaraq İddiaçı tərəfindən istifadə olunan həyətyanı torpaq sahəsinin də koordinatları müəyyən edilmişdir. İmişli rayonunun Murğuzalılar kəndinin hüdudları daxilində X1 faktiki istifadəsində olan və inşa etdiyi tikililərin yerləşdiyi torpaq sahəsinin koordinatları müəyyən edilmişdir.

17. Ekspert araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan mübahis əli ərazi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. X1 faktiki olaraq istifadəsində olan 9465.88 kv.m həyətyanı torpaq sahəsinin 1399.24 kv.m hissəsi, 7.44 kv.m inşa olunmuş yarımçıq tikilinin yerləşdiyi ərazi də daxil olmaqla İmişli rayon Aqrar İslahat Komissiyasının 20 avqust 2000-ci il tarixli, 08 saylı qərarı ilə İddiaçı verilmiş və X10 və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış və Beyləqan rayon şöbəsinin X8 kitabında 25 may 2009-cu il tarixli 46 nömrə ilə uçota alınmış A Nömrəli 136419 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan koordinatlara əsasən, 1998.17 kv.m həyətyanı torpaq sahəsinin ərazisində yerləşir. Eyni zamanda müəyyən olunmuşdur ki, X4 tərəfindən inşa olunmuş tikililər İddiaçı faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin ərazisində ye rləşmir.

18. Apellyasiya instansiya məhkəməsinin 2(106)-64/2024 nömrəli,9 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – İlham Əsədov (sədrlik edən və məruzəçi), Samir Mayılov və Cahid İmanov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - cavabdehin torpaq sahəsindən çıxarılması və tikililərin sökülməsi hissəsində dəyişdirilərək, İddiaçı məxsus 1998.17 kv.m həyətyanı torpaq sahəsinin 1399.24 kv.m hissəsindən Cavabdeh çıxarılması və həmin sahədə inşa olunmuş yarımçıq tikilinin 7.44 kv.m hissəsinin onun hesabına sökülməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

19. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, ekspert rəyinə görə İddiaçı faktiki istifadəsində 14912,36 kv.m sahə vardır. Onun mülkiyyətində olan 1399.24 kv.m hissəsi cavabdeh tərəfindən faktiki istifadə olunur. İddiaçının mülkiyyətində olan sahədə cavabdeh tərəfindən inşa edilmiş yarımçıq tikilinin 7.44 kv.m hissəsi də yerləşir.

20. Apellyasiya instansiya məhkəməsi ekspert rəyini sübut mənbəyi kimi qəbul etmiş və hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan sahədən cavabdeh çıxarılmalı və iddiaçının ərazisində olan və cavabdeh tərəfindən inşa edilmiş tikili isə sökülməlidir.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.2-ci, Torpaq Məcəlləsinin 111.1, 111.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunma sı barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəyə hüquqi qiymət verilərkən apellyasiya instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 152.2, 157.8, 158, 159, 163-cü maddələrinin tələbləri nəzərə alınmamış, həmin normalar mübahisəyə tətbiq edilməmiş və nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. Məhkəmə tərəfindən sübutlara ümumiyyətlə hər hansı qiymət verilməmişdir. Qətnamədə iddia tələbinin hansı əsaslarla və hansı mötəbər sübuta istinad edilərək təmin edilməsi əsaslandırılmamışdır. Bunun əksinə cavabdeh tərəfindən iş materiallarına iddia tələbinin əsassız olduğunu təsdiq edən sübutlar təqdim edilmişdir. Lakin təqdim olunan bu sübutlara məhkəmələr tərəfindən qiymət verilməmiş, bu sübutları rədd edərkən hər hansı əsas landırma aparılmamış, tirpaq sahəsinin onun tərəfindən alınması və indiyə qədər iddiaçı tərəfindən hər hansı iddia irəli sürülməməsi nəzərə alınmamışdır.

24. Cavabdeh kassasiya şikayətini Mülki Məcəllənin 152.2, 157.8, 158, 159, 163-cü, “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 88, 217.3, 218.1, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası

25. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

1. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır.

2. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

3. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

4. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:... 14.2.2. Dövlət orqanla rının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları....

5. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

6. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

7. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

8. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

9. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikint iyə mülkiyyət hüququ tanına bilməz.

10. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər

11. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.

12. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir.

13. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

14. Maddə 48.2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.

15. Maddə

55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi ü zərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

16. Maddə 65.1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

17. Maddə 111.1.

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

18. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

19. Maddə 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar ın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

26. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlük də yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Belə ki, iddia tələbi iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsindən cavabdehin çıxarılması və orada inşa edilmiş tikilinin sökülməsi barədədir.

31. Bu iddia mülkiyyətin müdafiəsinə yönəlmişdir və bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavab deh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

32. Baxılan işdə də məhkəmələr müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə torpaq islahatı aparılanda AİK-nin qərarı əsasında verilmişdir.

33. Mülki Məcəllənin 14.2.2-ci maddəsində dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir.

34. Göründüyü kimi iddiaçının mülkiyyətinə torpaq sahəsinin verilməsi barədə qərar, torpaq sahəsi üzə rində hüququn yaranması üçün Mülki Məcəllənin 14.2.2-ci maddəsində nəzərdə tutulan hüquqi əsasdır.

35. İddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçının torpaq sahəsində və ya onun bir hissəsində cavabdeh tərəfindən tikili inşa edilib edilməməsinin müəyyən edilməsindən ibarətdir.

25. İşə baxmış məhkəmə kollegiyası bu halın müəyyən olunması üçün ekspertiza aparmaq yolu ilə müəyyən etmişdir ki, iddiaçının faktiki istifadəsində 14912,36 kv.m sahə vardır. Onun mülkiyyətində olan 1399.24 kv.m hissəsi cavabdeh tərəfindən faktiki istifadə olunur. İddiaçının mülkiyyətində olan sahədə cavabdeh tərəfindən inşa edilmiş yarımçıq tikilinin 7.44 kv.m hissəsi də yerləşir.

36. Bu halda iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit edilmiş mülkiyyətində olan əmlak a başqa şəxslərin sahibliyinə yol verməmək, Mülki Məcəllənin 157.2-ci maddəsində müəyyən edilmiş özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək, habelə 180-ci maddəsində nəzərdə tutulmuş özbaşına inşa edilmiş tilinin sökülməsi üçün müraciət etmə hüquqlarından çıxış etməklə cavabdehin onun torpaq sahəsində inşa etdiyi tikilinin sökülməsini tələb etmək hüququ vardır. Buna görə də apelyasiya instansiyası məhkəməsi iddianın təmin olunan hissəsində gəldiyi qənaət qanuni və əsasldır.

37. Cavabdehin kassasiya şikayətində irəli sürdüyü dəlillər, mahiyyəti etibarilə iddia tələbinə qarşı etiraz dəlilləridir. Başqa sözlə, həmin dəlillər işin faktik halları ilə bağlıdır. Bu mahiyyətdə olan dəlillər isə kassasiya icraatının predmeti deyildir.

38. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi ol araq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəl if qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnaməd ə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).

39. Bundan başqa, mübahisəli torpaq sahəsindən 12 il müddətdə cavabdeh istifadə etdiyi halda iddiaçı tərəfindən iddia qaldırılmamasının səbəbinin araşdırılmaması barədə dəlil nə birinci instansiya məhkəməsində, nə də apelyasiya instansiyası məhkəməsində irəli sürülməmişdir.

40. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsi ndə sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Belə ki, iş yalnız şəxsin ərizə və ya şikayəti əsasında başlanır (Mülki Prosessual Məcəllənin 5.1-5.3-cü maddələri). Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, q ərarını tərəflərin dəlilklərini nəzərə almadan özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

41. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır.

42. Apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, birincisi, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. İkincisi, apellyasiya şikayətini vermiş şəxs işin apellyasiya instansiyasında baxılma hədlərini müəyyən edir.

43. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.

44. Bu baxımdan apelyasiya instansiyası məhkəməsində irəli sürülməmiş, və araşdırma predmeti olmamış halların kassasiya icraatında mübahisələndirilməsi və yoxlanılması, mülki prosesin prinsiplərinə ziddir.

45. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüq uqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

46. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

47. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-64/2024 nömrəli, 9 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar