Məhkəmə qərarları › İş №2(102)-2750/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2750/2025

24.09.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2750/2025 24.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi; şikayətin prosessual normaların tələblərinə cavab verməməsi; şikayətin forma və məzmuna dair tələblərə uyğun olmaması. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X3 (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmək qabiliyyətinin itirilməsinə görə aylıq ödənc” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(1 04)-1475/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə xx.xx.2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən əmək xəsarətinə görə xx.xx.2017-ci ildən xx.xx.2024-cü il tarixinədək 19166,54 manat ödəncin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-488/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir (hakim X.Səfərli).

3. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)-1475/2025 nömrəli qərardadı ilə apellyasiya şikayət i qeyri-mümkün hesab edilmişdir (hakimlər: Aygül İsgəndərova – sədrlik edən və məruzəçi, Rəşad Mamedov, İslam Həsənov).

5. Məhkəmə kollegiyası mövqeyini Mülki Prosessual Məcəllənin 357.1, 361.1.4, 361.1.5, 361.1.6-cı maddələrinə, eləcə də həmin məcəlləyə 2 saylı əlavəyə istinad edərək belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti göstərilən tələblərə cavab vermir. Apellyasiya şikayətinin forması MPM-ə 2 saylı əlavədə müəyyən edilmişdir. Şikayətin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, orada hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli və hər birinin qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Lakin, cavabdeh tər əfindən verilmiş apellyasiya şikayəti göstərilən tələblərə cavab vermir. Apellyasiya şikayətinə nəzər saldıqda müəyyən olunur ki, apellyasiya şikayətində ümumiyyətlə hansı maddi hüquq normasının pozulması qeyd edilməmiş, habelə bu pozuntunun konkret nədə ifadə olunması və hazırkı mübahisəyə aidiyyəti apellyasiya şikayətində əsaslandırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, bu formada tərtib edilmiş apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

6. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.

7. Kassasiya şikayətinin dəli linə görə, cavabdeh apellyasiya şikayətinin məzmununa riayət etmişdir. Belə ki, apellyasiya şikayətində - şikayətin verildiyi məhkəmənin adı və ünvanı, şikayəti verən şəxsin soyadı, adı, atasının adı, şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti, barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı, şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar, şikayə tə əlavə edilən sənədlərin siyahısı tam olaraq yazılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

9. Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar;

10. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyala rının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında;

11. Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

12. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansi yası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

13. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən həmin məhkəməakt ı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilərək Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1475/2025 nömrəli, 15 iyul 2025-ci il tarixli qərardadı ləğv edilməlidir.

15. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün sayılması barədə məhkəmənin mövqeyi belə əsaslandırılmışdır ki, cavabdehi apellyasiya şikayətində ümumiyyətlə hansı maddi hüquq normasının pozulması qeyd edilmədiyi, habelə bu pozuntunun konkret nədə ifadə olunması və hazırkı mübahis əyə aidiyyəti əsaslandırılmadığından şikayət MPM-yə 2 saylı əlavədə nəzərdə tutulmuş formada tərtib edilmədiyi üçün qaytarılmalıdır.

16. Kollegiya apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır ki, MPM-nin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayətləri bu Məcəllə ilə müəyyən edilmiş formada, yəni MPM-yə 2 saylı Əlavədə nəzərdə tutulmuş formaya uyğun tərtib edilməlidir.

17. Hazırkı halda cavabdehin apellyasiya şikayəti 2 saylı Əlavədə nəzərdə tutulmuş formada tərtib edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin hansı əsaslara görə mübahisələndirildiyi (prosessual pozuntulara yol verilməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan ha lların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi) qeyd edilmişdir.

18. Prosessual qanunvericilikdə apellyasiya şikayətinin məzmununda mütləq şəkildə maddi hüquq pozuntularına istinad edilməli olduğuna dair tələb olmadığından apellyasiya məhkəməsinin cavabdehin apellyasiya şikayətinin mümkün sayılmaması barədə qərardadı qanuni və əsaslı olmamış, ədalətli məhkəmə araşdırması prinsipinin elementlərindən biri olan məhkəməyə müraciət hüququ pozulmuşdur.

19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X4rşı iş üzrə” 1975-ci il 21 fevral tarixli Qərarda qeyd olunmuşdur ki, məhkəmə araşdırması hüququnun bir aspektini təşkil edən məhkəməyə müraciət etmək hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konven siyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququn ayrılmaz elementidir (§36). Məhkəməyə müraciət etmək hüququ mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər, çünki müraciət etmək hüququ öz təbiətinə görə dövlət tərəfindən tənzimləməni tələb edir və həmin tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına uyğun olaraq müxtəlif vaxtlarda və müxtəlif yerlərdə dəyişə bilər (X1rşı iş üzrə 1985-ci il 28 may tarixli Qərar §57). Lakin qoyulan məhdudiyyətlər bu hüququn mahiyyətinə xələl gətirəcək dərəcədə şəxsin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamalıdır. Onlar legitim məqsəd güdməli və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (X5rşı iş üzrə 1994-cü il 21 sentyabr §65; Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tar ixli §31 Qərarlar).

20. Konstitusiya Məhkəməsinin Plenumu “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” 2023-cü il 6 oktyabr tarixli Qərarında göstərmişdir ki, məhkəməyə əlçatanlıq müdafiəyə ehtiyacı olan şəxs üçün ədalət mühakiməsinin təmin edilməsinin zəruriliyini nəzərdə tutmaqla, həmin şəxsin yaranmış vəziyyətlə bağlı məhkəmənin simasında dövlətin mövqeyini bilmək hüququnu da ehtiva edir. Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqları ilə bağlı digər qanunvericilik aktlarında əks olunmuş tənzimləyici normalar müvafiq konstitusiya normalarının tətbiqini mümkünsüz etməməli, əksinə məhkəmə tərəfindən konstitusion hüquqların realizəsinə, təməl prinsiplərin rəhbər tutulmasına imkan yaratmalıdır.

21. Kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, müba hisələndirilən qərardad ləğv edilməklə iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

22. Azərbaycan Respublikası MPM-in 402, 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1475/2025 nömrəli, 15 iyul 2025-ci il tarixli qərardadı ləğv edilsin. İş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar