Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2752/2021 19.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər:müqavilə tələbləri üzrə iddia müddəti) oğlu və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili X2, Cavabdeh1 vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7994/2020 nömrəli iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli 2-1(81)-3620/2016 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilərək iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu 24 iyul 2016-cı il tarixdən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 iyun 2015-ci il tarixli 247 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə 22 faizlə 8000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 iyun 2015-ci il tarixli 247 nömrəli girov müqaviləsinə əsasən 04 iyun 2015-ci il tarixli 247 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyin təminat üsulu kimi Cavabdeh1 məxsus “Range Rover” markalı, ağ rəngli, buraxılış ili 2009-cu il olan, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobil bank qarşısında girovla yüklü edilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 mart 2016-cı il tarixli girov müqaviləsinə 1 nömrəli əlavəyə əsasən tərəflər arasında bağlanmış 04 iyun 2015-ci il tarixli 247 saylı girov müqaviləsinin 2.1-ci bəndinə dəyişiklik edilərək, müqavilədə qeyd olunmuş illik faiz dərəcəsi 22%-dən 16%-ə endirilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 iyun 2015-ci il tarixli 248 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə 22 faizlə 4500 ABŞ dolları məbləğində kredit verilmişdir. 04 iyun 2015-ci il tarixli 248 nömrəli və 248/1 nömrəli zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh2 oğlu və Cavabdeh3 04 iyun 2015-ci il tarixli 248 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyin borcalan tərəfindən tamamilə icra edilməsi üçün kreditor qarşısında birgə məsuliyyət daşımaları barədə öhdəlik götürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğlu və Cavabdeh3 qarşı kredit müqavilələri üzrə yaranmış borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh1 bank qarşısında öhdəliklərini yerinə yetirməmiş, nəticədə onun 04 iyun 2015-ci il tarixli 247 saylı müqaviləyə əsasən İddiaçı ASC-yə 8000 ABŞ dolları əsas, 3944,79 ABŞ dolları faiz, 2826,75 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün illik 5 faizlə 1222,11 ABŞ dolları, cəmi 15993,65 ABŞ dolları, həmin tarixli 248 saylı müqaviləyə əsasən isə 4500 ABŞ dolları əsas, 2218,50 ABŞ dolları faiz, 1590 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün illik 5 faizlə 693,63 ABŞ dolları, cəmi 9002,13 ABŞ dolları borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər iddiaçı bank qarşısında öhdəliklərini yerinə yetirməmişlər. İddiaçı tərəfindən təqdim edilmiş 18 iyun 2020-ci il tarixli **********934 nömrəli maliyyə arayışına əsasən, Cavabdeh1 04 iyun 2015-ci il tarixli müqaviləyə əsas ən İddiaçı ASC-yə 8000 ABŞ dolları əsas, 3944,79 ABŞ dolları faiz, 2826,75 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün illik 5 faizlə 1222,11 ABŞ dolları, cəmi 15993,65 ABŞ dolları borcu, 18.06.2020-ci il tarixli **********939 nömrəli maliyyə arayışına əsasən Cavabdeh1 04 iyun 2015-ci il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə 4500 ABŞ dolları əsas, 2218,50 ABŞ dolları faiz, 1590 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün illik 5 faizlə 693,63 ABŞ dolları, cəmi 9002,13 ABŞ dolları borcu vardır. 17 iyun 2020-ci il tarixli xəbərdarlıq məktubu ilə Cavabdeh1, Cavabdeh2 oğlu və Cavabdeh3 kredit borcunu ödəmələri barədə xəbərdar edilmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğlu və Cavabdeh3 ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək iddia müddəti keçdiyinə görə iddianın rədd ed ilməsini xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Toğrul Axundov) 01 oktyabr 2020-ci il tarixli 2(004)-3745/2020 saylı qətnaməsi ilə iddia müddəti keçdiyinə görə iddia rədd edilmişdir. Məhkəmə Mülki Məcəllənin 373.2, 377.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarına istinad edərək qeyd etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 iyun 2015-ci il tarixli 247 və 248 nömrəli kredit müqavilələrinin müddəti 04 iyun 2017-ci ildə bitmiş və həmin müqavilələrin müddəti uzadılmamışdır. Kredit müqavilələri üzrə iddia müddəti 05 iyun 2020-ci il tarixdə başa çatmış, bank hazırkı iddia ərizəsi ilə məhkəm əyə iddia müddəti başa çatandan 1 ay 12 gün sonra, yəni 17 iyul 2020ci il tarixdə müraciət etmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia müddətinin keçməsinin səbəbi ölkədə və dünyada COVİD-19 infeksiyasının yayılması ilə bağlı Azərbaycan Respublikasında karantin rejiminin tətbiqi və iddiaçı bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun əməkdaşlarının tam gücü ilə fəaliyyət göstərməməsi olmuşdur. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – İlham Kərimli - sədrlik edən və məruzəçi, Akif İsgəndərov, Elşən Kazımov) 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia müddətini tətbiq edib iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər isə formal mülahizələrdən ibarət olmaqla qanuni və əsaslı qətnamənin ləğv edilməsinə əsas ola bilməz. İddiaçı bank iddia müddətinin buraxılmasına üzrlü səbəb kimi ölkədə və dünyada COVİD-19 infeksiyasının yayılması ilə bağlı Azərbaycan Respublikasında karantin rejiminin tətbiqini göstərmişdir. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin axımının davam etdiyi 05 iyun 2017-ci il tarixdən 05 iyun 2020-ci il tarixədək olan dövrdə yalnız 20 mart 2 020-ci il tarixdən 18 may 2020-ci il tarixədək dövrdə müəyyən kateqoriyadan olan işlərin baxılması müvəqqəti olaraq təxirə salınmış, 18 may 2020-ci il tarixdən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunun inzibati ərazisində fəaliyyət göstərən bütün məhkəmələr üzrə 18 may 2020-ci il saat 00:00-dan etibarən işlərin qəbulu və baxılması tam şəkildə bərpa olunmuşdur. Məhkəmələrdə işlərin müvəqqəti təxirə salındığı dövrdə apellyasiya və kassasiya şikayətlərinin poçt vasitəsilə və ya elektron şəkildə göndərilməsi mümkün olmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsində iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna halla rda fiziki şəxsin pozulmuş hüququnun müdafiə edilməsi, yəni iddia müddətinin bərpası nəzərdə tutulmuş, hüquqi şəxslərlə bağlı isə iddia müddətinin bərpası nəzərdə tutulmamışdır. Buna görə də apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia müddətinin üzrlü səbəbdən buraxılması barədə iddiaçı tərəfin apellyasiya şikayətinin dəlili əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X4) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasi ya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili X4məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh1 vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandı rılmasına baxmayaraq iş üzrə digər cavabehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə
375. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə
376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarı: “...kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilm iş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hal larını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli h üquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstər ilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7994/2020 nömrəli iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.