Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2753/2020 01.07.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, xnömrəli MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, Cavabdeh1 10100 ABŞ dolları, Cavabdeh2 1000 ABŞ dolları məbləğində borc pul, hüquqi xidmətə görə 200 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətn amə çıxarılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin (hakim Z.İbrahimov) xx xxxxx 2019-cu il tarixli X nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-N.Mirzəyev (sərlik edən və məruzəçi), Q.Kərimov və Z.Babayev) xx xxxxxx 2019-cu il tarixli, X nömrəli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilərək, Astara Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(018)326/2019 saylı qətnaməsinin qismən, Cavabdeh1 10100 (on min yüz) ABŞ dolları məbləğində pulun alınıb iddiaçı X1 verilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin qismən təmin olunaraq cavabdeh Cavabdeh1 6800 (altı min səkkiz yüz) manat və 400 ABŞ dollarının (ödəniş vaxtı Azərbaycan Respublikası manatına məzənnə kursuna uyğun olaraq) alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qeyd edilən qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv edilib, yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə i clasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. Astara rayon polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı X2 «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx xxxxxx 2018-ci il tarixli qərarından görünür ki, Lənkəran rayonu Xolmili kənd sakini İddiaçı ərizəsi əsasında araşdırma aparılmışdı r. Həmin araşdırma materiallarından görünür ki, Cavabdeh1 izahatında göstərmişdir ki, «Təxminən 2012-ci ilin iyun ayında İddiaçı Azərbaycanda olarkən mənə təklif etdi ki, o faizə pul verir və kimə lazım olsa, ona müraciət etsinlər. Həmin vaxtı mənə pul lazım olduğundan mən ilk dəfə 2012-ci ilin iyun ayındadən 1600 manat pul faizə aldım, sonra xxx Rusiyaya qayıtmamışdan əvvəl mən ondan yenə 700 manat pul aldım, bundan sonra xxx Rusiya Federasiyasına qayıtdı. Sonradan mənə yenə pul lazım olduğundan mən xxx ya zəng vurub ondan pul istəyirdim və xxx bacısı Humayın vasitəsilə mənə pul çatdırırdı. 2012-ci ilin iyul ayından 2013-cü ilin aprel ayınadək mən xxx nın bacısı Humaydan, xxx nın razılığı ilə xxx ya məxsus içində 800 manat olan pensiya kartını, 500 manat pul, 1500 ABŞ dolları və 3200 mana t pul almışam. Sonradan 2013-cü ilin aprel ayında mən xxx dan aldığım 1500 ABŞ dolları pulu xxx nın özünə qaytardım. Daha sonra 2013-cü ilin avqust ayının 31-də mənim toy günü, atam Rakif Rəhimov 1000 manat pul xxx ya vermişdir. 2013-cü ildən 2017-ci ilədək mən xxx ya olan borcumu tam qaytardım, yəni lotereya oynayıb. Bankdan kredit pul götürüb hissə-hissə xxx ya 5800 manat pul qaytardım. Mənim xxx ya borcum qalmadı». İş materiallarından müəyyən edilmişdir ki, Cavabdeh1 izahatında ilk dəfə 2012-ci ilin iyun ayında xxx dən 1600 manat pul faizə aldığını, sonra xxx Rusiyaya qayıtmamışdan əvvəl ondan yenə 700 manat pul aldığını, bundan sonra xxx nın Rusiya Federasiyasına qayıtdığını, sonradan ona yenə pul lazım olduğundan xxx ya zəng vurub ondan pul istədiyini və xxx nın bacısı Humayın vasitəs ilə ona pul çatdırdığını, 2012-ci ilin iyul ayından 2013-cü ilin aprel ayınadək xxx nın bacısı Humaydan, xxx nın razılığı ilə xxx ya məxsus içində 800 manat olan pensiya kartını, 500 manat pul, 1500 ABŞ dolları və 3200 manat pul aldığını, sonradan 2013-cü ilin aprel ayında xxx dan aldığı 1500 ABŞ dolları pulu xxx nın özünə qaytardığını, daha sonra 2013-cü ilin avqust ayının 31-də özünün toy günü, atası Rakif Rəhimovun 1000 manat pulu xxx ya verdiyini və bununla da 2013-cü ildən 2017-ci ilədək xxx ya olan borcunu tam olaraq qaytardığını göstərmişdir. İddiaçının ərizəsindən görünür ki, İddiaçı Cavabdeh1 2010-ci ildən başlayaraq müxtəlif məbləğlərdə xarici valyutada (ABŞ dolları ilə) borc olaraq pullar verdiyini, həmin pulların bir hissəsinin onun özü tərəfindən, bir hissəsinin bacısı Humayın vasitəsi ilə və bir hisəsini isə Rusiya Federasiyasından bank hesablarına göndərməklə verdiyini və beləliklə cavabdehin ona 10100 (on min yüz) ABŞ dolları borcu olduğunu göstərmişdir. Astara rayon polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı X2 «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx xxxxxx 2018-ci il tarixli qərarından görünür ki, cavabdeh izahatında Azərbaycan manatı ilə müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə iddiaçıdan borc pullar aldığını, bundan əlavə iddiaçıdan 1500 ABŞ dolları borc alsa da, həmin pulu ona qaytardığını göstərmişdir. İddiaçı isə izahatında həmin puldan cavabdehin ona 1100 ABŞ dolları qaytardığını göstərmişdir. İşin yuxarıda müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 iddiaçıdan müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə borc ola raq cəmi 6800 (altı min səkkiz yüz) borc almış, cəmi bir dəfə 1500 ABŞ dolları borc olaraq aldığını göstərmişdir. Bankdan kredit götürüb hissə-hissə xxx ya 5800 manat pul qaytardığını göstərsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı isə cavabdehə verdiyi və tələb olunan puldan cavabdehin ona cəmi 1100 ABŞ dolları qaytardığını göstərmişdir. Apelyasiya instansiyası məhkəməsi işin qeyd edilən faktiki hallarına aşağıdakı hüquq normalarını tətbiq etmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hü ququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya l azımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Res publikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2753/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2753/2020
01.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver