Məhkəmə qərarları › İş №2(102)-2753/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2753/2024

08.10.2024 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2753/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 Mənzil Tikinti Kooperativinə və Cavabdeh1 qarşı (X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin bağlanmış hesab olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 Mənzil Tikinti Kooperativinə və Cavabdeh1 qarşı (X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-671/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə 08 oktyabr 2024cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli 100 nömrəli müqaviləyə əsasən, “Satıcı” Bakı şəhəri, Nizami rayonu, B.Cobanzadə, M.Gəncəvi, İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 2 saylı bina, 2-ci mərtəbə, 6 saylı mənzili “Alıcı”ya satmağı, “Alıcı” isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada “Satıcı”ya ödəməyi öhdəsinə götürmü şdür.

2. Cavabdeh2 MTK tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışının əslinə əsasən, B.Çobanzadə, M.Gəncəvi, İ.Nəsimi küçələrinin kəsişməsiindəki 2532-ci məhəllə ünvanda Cavabdeh1 kooperativə 2 saylı binanın 2-ci mərtəbəsində, 74,83 kv. metrlik sahəsi olan 6 saylı mənzilin tam dəyərini, yəni 52.381 manat ödəmişdir.

3. Cavabdeh2 MTK tərəfindən İddiaçı ünvanlanmış 5 aprel 2023-cü il tarixli 146 nömrəli məktubda göstərilmişdir ki, 30 noyabr 2018-ci il tarixli 99 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi, İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhhəllə ünvanda inşa etdiyi 2 saylı binanın 2-ci mərtəbəsindəki 78,74 kv.m. sahəsi olan 5 saylı mənzili Sizin və həmin tarixli 100 nömrəli müqaviləyə əsasən həmin ünvanda inşa etdiyi 2 saylı binan ın 2-ci mərtəbəsindəki 74,83 kv.m. sahəsi olan 6 saylı mənzili isə Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Həmin mənzillər tikilərək sizə təhvil verilmişdir. Ərizədəki mənzillərə görə ödənişlərin tərəfinizdən aparılması, müqavilələrə imza atmağınız və ödəniş qəbzlərinə imza atmağınıza baxmayaraq 30 noyabr 2018-ci il tarixli 100 nömrəli müqavilədə texniki səhvin olduğunu aşkar etdiyiniz üçün müvafiq düzəlişin aparılmasının zəruri olduğunu, həmin müqavilədə sizin yox, Cavabdeh1 adının yazılmasını bildirməniz və yol verilmiş səhvi düzəliş etməklə həmin müqavilənin adınıza qeyd etməyiniz barədə xahişinizin Cavabdeh2 MTK tərəfindən həll edilməsi məsələsi məhkəmə mübahisəsidir. 4. 16.03.2020-ci il tarixli müqaviləyə əsasən “Telekommunikasiya operatoru” ilə “Abunəçi Cavabdeh1” arasında Telekommunika siya xidmətlərinin göstərilməsi üçün müqavilə bağlanmışdır. 5. 30 noyabr 2018-ci il tarixli kassa mədaxil orderinin qəbzinin əslinə əsasən Cavabdeh1 tərəfindən Cavabdeh2 MTK-ya Bakı şəhəri, B.Çobanzadə 2 saylı binanın 2-ci mərtəbəsində, 74,83 kv. metrlik sahəsi olan 6 saylı mənzilin tam dəyərini ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər Cavabdeh2 Mənzil Tikinti Kooperativinə və Cavabdeh1 (bundan sonra cavabdehlər, yaxud MTK, ad, soyadı) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 30 noyabr 2018-ci il tarixli, 100 saylı müqavilənin onun ilə MTK arasında bağlanmış hesab edilməsi və dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilmə si barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı MTK ilə müqavilələr bağlayarkən, özü iştirak etmiş və mənzillərə görə ödənişlər tərəfindən həyata keçirilmiş, habelə müqavilələrə, o cümlədən ödəniş qəbzlərinə tərəfindən imza atılmışdır. Aldığı mənzillərə dair dövlət reyestr xidmətindən çıxarış almaq üçün sənədlərə baxış aparan zaman aşkar etmişdir ki, qeyd etdiyi 100 saylı müqavilədə iddiaçının adı yox, Cavabdeh1 adı qeyd edilmişdir. Bununla əlaqədər 30 mart 2023-cü il tarixdə MTK-ya müraciət edərək, müqavilədə yol verilmiş texniki səhvə düzəliş edərək, iddiaçının adının qeyd edilməsini xahiş etmiş, ancaq MTKnın 05 aprel 2023-cü il tarixli cavab məktubunda məsələnin məhkə mə mübahisənin olduğu bildirilmişdir. Eyni zamanda sözügedən mənzil MTK tərəfindən iddiaçıya təhvil verildiyi gündən bu günə kimi istifadəsində və sahibliyində olmuşdur.

8. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək, etirazı onunla əsaslandırılmışdır ki, sözügedən müqavilə Cavabdeh1 tərəfindən şəxsən imzalanmışdır. Müqavilə hər səhifədə Cavabdeh1 tərəfindən imzalanmış, müqavilənin əsli də cavabdehdə saxlanılmışdır. Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışda da Cavabdeh1 imzası mövcud olmuşdur. Bundan əlavə, Cavabdeh1 MTK tərəfindən xx.xx.2018-ci il tarixli kassa mədaxil orderinin qəbzi təqdim edilmiş, həmin qəbzdə də Cavabdeh1 Bakı şəhəri, Çobanzadə küç, bina 2, 2- ci mərtəbə, 6 saylı mənzil üçün 52.381 manat məbləği tam ödəmişdir. Hər üç sənəddə texniki səhvə yol verilməsi mümkün deyildir. Belə olan halda əsaslı şübhə yaradılmışdır ki, iddiaçı məhkəməyə saxta müqaviləni təqdim etmişdir. İddiaçı sözügedən mənzilin dəyərinin öz tərəfindən ödənilməsini iddia etsə də, məhkəməyə ödənişə dair heç bir sənəd təqdim etməmişdir. Cavabdeh1 yaxın keçmişə qədər iddiaçının gəlini olmuşdur (cavabdehlə iddiaçının oğlu arasında nikah Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur). Nikah dövründə hər iki mənzil birləşdirilmiş və iddiaçı, cavabdeh, cavabdehin əri və onların uşaqları həmin birləşdirilmiş mənzildə yaşamışdılar. Bu birləşdirilmiş mənzildə quraşdırılan su, elektrik sayğacları Cavabdeh1 adına rəsmiləşdirilmiş, "xxxx" MMC ilə telekommunikasiya xidmətlərinin göstərilməsi üçün müqavil ə də Cavabdeh1 ilə bağlanılmışdır. xx.xx.2022-ci il tarixdə cavabdehlə iddiaçı arasında ailə-məişət zəminində mübahisə yaranmış, cavabdeh DİN-in 102 xidmətinə müraciət etmşdir. Buna dair xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə Qərarın surətini məhkəməyə əlavə etmişdirlər. O hadisədən sonra cavabdeh evi tərk etmiş və hal-hazırda kirayədə qalmışdır. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi, İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 2 saylı bina, 2-ci mərtəbə 5 saylı mənzilinə və Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi, İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 2 saylı bina, 2-ci mərtəbə 6 saylı mənzilinə dair bağlanmış müqavilələrin (30 noyabr 2018-ci il tarixli 99 və 100 №-li) əsilləri MTK tərəfindən məhkəməyə təqdim edilmişdir. 10.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(005)-1970/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur k, iddiaçı hazırda belə bir iddia irəli sürməkdə haqlı olmamışdır. İşin faktiki hallarından müəyyən olunmuşdur ki, mübahisəli müqavilənin bağlanması zamanı hər hansı texniki səhvə yol verilməmişdir. Cavabdeh1 etirazının dəlilləri kimi Bakı şə həri, B.Çobanzadə 2 saylı binanın 2-ci mərtəbəsində, 74,83 kv. metrlik sahəsi olan 6 saylı mənzilə dair təqdim etdiyi kassa mədaxil orderi, kommunal ödəmələrə dair müvafiq müqavilələrin mövcudluğu, xx.xx.2018-ci il tarixli 100 nömrəli müqavilənin əsli iddia tələbinin dəlillərini təkzib etmişdir.

12. Bundan başqa, mülki mübahisədən aydın omuşdlur ki, hazırda Bakı şəhəri, B.Çobanzadə 2 saylı binanın 2-ci mərtəbəsində, 74,83 kv. metrlik sahəsi olan 6 saylı mənzilə dair xx.xx.2018-ci il tarixdə bağlanmış 100 nömrəli 2 müqavilə mövcud olmuşdur. Cavabdeh1 məxsus həmin müqavilə ləğv edilməmiş və etibarsız hesab edilməyərək qüvvədə olmuşdur. Həmçinin, qeyd olunan müqavilənin bağlanmış hesab edilməsi baxımından qanuni əsaslar müəyyən edilməmiş, iddiaçının tələbini əsaslandırdığı hallar cavabdeh tər əfin istinad etdiyi hallarla və təqdim etdiyi sübutlarla təkzib olunmuşdur.

13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 390.1, 390.3, 390.6, 399.1, 405.1, 406.3, 407.1, 407.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

14. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, həmin mənzillər rəsmiləşdirilərkən r əsmiləşmə prosesində yalnız o, iştirak etmiş, həmin proses zamanı hər iki müqavilə, maliyyə arayışlarına və digər sənədlərə özü imza atmış, lakin həmin vaxt müqavilələrə imza atarkən onları sonadək və dəqiq oxumamışdır. Mənzillər alındıqdan sonra isə birləşdirilərək təmir olunmuşdu. O, sonradan 100 nömrəli müqavilədə cavabdehin adının yazıldığını müəyyən edərək, bunun texniki səhv olması səbəbindən də MTK-ya müraciət etmişdir. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh onun aldığı mənzillərə gəlin köçmüş və cehiz əşyalarını da gətirmişdir. Cavabdehin onlarla birlikdə birləşdirilmiş mənzillərdə qalarkən kommunal və digər ödənişləri aparması o demək deyildir ki, mübahisəli mənzil onun tərəfindən alınıb və ona məxsus olmuşdur. Həmçinin, məhkəmə qərardadı əsasında MTK-dan tələb olunan və iş materi allarına əlavə edilmiş 100 nömrəli müqavilənin əslindən də müəyyən olunmuşdur ki, həmin müqavilə iddiaçı və MTK-nın rəhbərliyi tərəfindən imzalanmışdır. Həmin imzalar və möhür göy rəngli olmuşdur. Lakin cavabdeh tərəfindən təqdim olunmuş müqavilədə isə cavabdehin imzasının qara kserosurət, MTK tərəfindən imza və möhürün göy rəngdə olması müşahidə olunmuşdur. Eyni zamanda MTK-nın təqdim etdiyi müqavilə ilə cavbabdehin təqdim etdiyi müqavilədəki şriftlər fərqli olmuşdur. Cavabdehin onun oğlu ilə nikahı pozulmuş, mübahisəli mənzildən gedərkən 100 nömrəli mənzilə dair sənədlər gizlin götürərək özü ilə apararaq hansısa yolla həmin müqavilədə imzanın ona aid hissələrini dəyişdirmişdir. Məhkəmə, hər iki müqavilə olması səbəbindən ekspertiza keçirərək hansı müqavilənin əsli, hansının saxta olmasın ı müəyyən etməli olduğu halda bunu etməmişdir.

16. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli iclasında X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

17. Məhkəmə kollegiyası tərəfindən kompleks məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizaları təyin edilmiş və müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 aprel 2024-cü il tarixli rəyinə əsasən, məhkəmə xətşünaslıq ekspertizası üzrə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş mülki işin İ cildinin 57-ci vərəqində 30 noyabr 2018-ci il tarixli 100 nömrəli müqavilə üzrə arayışda “Cavabdeh2 MTK-nın sədri: Kərimov N.B.” qrafasındakı imza, 58-60-cı vərəqlərində "xxxx" ASC-nin Gənclik filialı ilə Cavabdeh1 arasında ol an 30 noyabr 2018-ci il tarixli 100 nömrəli Müqavilənin 1-2-ci vərəqlərini aşağı sağ hissələrindəki imzalar və 3-cü vərəqində “X1 oğlu” qrafasından aşağıda yerləşən imza, 109-111-ci vərəqlərində olan "xxxx" ASC-nin Gənclik filialı ilə Cavabdeh1 arasında olan 30 noyabr 2018-ci il tarixli 100 nömrəli müqavilənin 1-2-ci vərəqlərinin aşağı sağ hissələrindəki imzalar və 3-cü vərəqinin “X1 oğlu” qrafasından aşağıda yerləşən imza – eyni şəxs tərəfindən icra olunmuşdur.

18. Sənədlərin texniki ekspertizası üzrə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş Cavabdeh1 adına verilmiş xx.xx.2018-ci il tarixli 100 nömrəli maliyyə arayışı və Cavabdeh1 adına verilmiş xx.xx.2018-ci il tarixli 100 nömrəli iki ədəd alğı-satqı müqavilələrinin üzərlərində olan möhür əksləri relyef klişedən sənədlərin üzərlər inə birbaşa vurulmuşdur.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-671/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), hakimlər Akif İsgəndərov və Məhəmməd Rüstəmli) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq mövqeyini onunla əsaslandırmışdır ki, ekspert rəyləri ilə cavabdeh tərəfindən təqdim edilmiş müqavilənin saxta olması, sonradan dəyişikliklər edilməsi barədə iddiaçının dəlilləri təkzib edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş müqavilə mötəbər olmaqla, qüv vədə olmuşdur.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının 100 saylı müqavilənin cavabdehin adına texniki səhv nəticəsində tərtib olunması barədə dəlilləri həm də onunla təkzib olunmuşdur ki, müqavilənin sonunda tərəflərin rekvizitləri hissəsində cavabdehin adı ilə yanaşı həm də şəxsiyyət vəsiqəsinin göstəriciləri (doğum tarixi, seriya və nömrə, verən orqan və verilmə tarixi) əks olunmuşdur. Bu isə ona dəlalət etmişdir ki, müqaviləni tərtib edən şəxs (MTK-nın əməkdaşı) həmin məlumatları bilavasitə cavabdehin şəxsiyyət vəsiqəsindən istifadə etməklə müqaviləyə daxil etmiş, yəni həmin müqavilə şüurlu şəkildə Cavabdeh1 adına tərtib olunmuşdur. 6 saylı mənzilə dair 100 saylı müqavilənin əsl tərəfi məhz Cavabdeh1 olmuşdur.

22. Apellyasiya instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kim i Mülki Məcəllənin 324.1, 390.1, 405.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 384.0.1, 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

23. Qətnamədən iddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin qərardadı ilə MTK tərəfindən İddiaçı məxsus müqavilənin əsli təqdim edilmişdir. Lakin, digər cavabdehin imzası ilə olan müqavilənin əsli təqdim edilməmişdir. Lakin məhkəmə kifayət qədər və obyektiv şəkildə qeyd olunan məsələləri araşdırmamışdır. Məhkə mənin mövqeyinə görə, bir mənzilə münasibətdə iki müqavilə mövcud olmuşdur. Əgər iki müqavilə varsa, MTK hər iki tərəfə maliyyə arayışını təqdim edərək, məbləği iki nəfərdən almışdır. Cavabdeh tərəfindən təqdim edilmiş müqavilə qüvvədə olmuşdursa və etibarsız sayılmayıbsa, eyni qaydada bunu iddiaçının təqdim etdiyi müqavilə haqqında müəyən edilməli idi. Apellyasiya instansiya məhkəməsi ekspertiza təyin edərkən, araşdırmanı yalnız cavabdeh tərəfindən təqdim edilmiş müqaviləyə münasibətdə təmin etmişdir. Halbuki, cavabdeh bütün iclaslarda bildirmişdir ki, iddiaçının təqdim etdiyi müqavilə saxta olmuşdur. Yəni, ekspertiza hər iki müqavilə üzərində aparılmamışdır. Məhkəmələr tərəfindən sübutlar düzgün, obyektiv və ədalətli araşdırılmamışdır. Ona görə də hazırkı iş üzrə sübutlar yenidən qiymətl əndirilməli və iddia tələbi ədalətli araşdırılmalıdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

25. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddiaçının kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

26. Maddə 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.

27. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

28. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razı laşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

29. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

30. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.

31. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

32. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.

33. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada raz ılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

36. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rə yləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərar dadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfində n mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdiklər i sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

48. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 49. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

51. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-671/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar