Məhkəmə qərarları › İş №2(102)-2754/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2754/2020

13.08.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2754/2020 13.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: “xxxxxxxxxx” ASC-nin “X4 XXXsi” MMC İddia tələbi: işə bərpa və dəymiş ziyanın ödənilməsi Açar sözlər: işə bərpa, iddia müddətinin keçməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2847/2018 nömrəli iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclas ında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2014-cü ildə “xxxxxxxxxx” ASC-nin “X4 XXXsi” MMC-nin (bundan sonra – cavabdeh) xx.xx.2014-cü il tarixli, 201K saylı əmri ilə bir ay sınaq müddəti ilə X3 Verilişi Xəttinin istismarı və təmiri xidmətinin Saatlı Şöbəsinə (bundan sonra – üçüncü şəxs) 3-cü dərəcəli elektrik mantyoru vəzifəsinə işə qəbul edilmişdir. Cavabdehin xx.xx.2015-ci il tarixli, 223 K saylı əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 68-ci maddəsinin «a» bəndinə əsasən (işçinin öz təşəbbüsü ilə əlaqədar) xx.xx.2015-ci il tarixdən xitam verilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia tələ bi ilə məhkəməyə müraciət edərək işə bərpa və dəymiş ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2015-ci il tarixdə onun xəbəri və məlumatı olmadan onu işdən çıxarmış, işdən çıxarılmasının səbəbini Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi (işçinin öz təşəbbüsü) ilə əsaslandırmışdır. xx.xx.2015-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, lakin o, öz təşəbbüsü ilə ərizə yazmamış, ümumiyyətlə belə bir ərizədən xəbəri olmamışıdır. O, dəfələrlə hansı səbəbdən işdən çıxarılması və kimin tərəfindən onun işdən çıxarılma barədə ərizənin yazılma səbəbini öyrənməyə cəhd etmiş, lakin ona bu barədə heç bir məlumat verilməmişdir. Ona görə də müxtəlif dövlət orqanlarına şikayət etmiş, sonuncu şikayəti i lə bağlı tərtib olunmuş xx.xx.2018-ci il tarixli aktdan sonra işdən çıxma barədə ərizənin onun tərəfindən yazılmadığı, əmək kitabçasını götürən zaman müvafiq imza etmədiyi məlum olmuşdur. Şirvan Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(032)1344/2018 saylı iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim Z.Əliyev) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə istinad edərəkŞ gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işəgötürənin əmri ilə iddiaçı xx xxx 2015-ci il tarixdə əmək müqaviləsinə xitam verilməklə işdən azad edilməsinə baxmayaraq xx xxxx 2018-ci il tarixdə cavabdehə qarşı işə bərpa və dəymiş ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və qanunvercilikdə nəzərdə tutulmuş 1 aylıq id dia müddətini ötürmüşdür. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı əmək kitabçasını və son haqq-hesabını xx.xx.2015-ci il tarixdə almışdır. Lakin buna baxmayaraq həmin vaxtadan 1 təqvim ayrı ərzində məhkəməyə müraciət etməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(106)-2847/2018 nömrəli iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – N.Mirzəyev (sədrlik edən və məruzəçi), T.Heydərov və E.Camalov) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təminedilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi n əticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuş, məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini gözləmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsaslandırılmamış, formal mülahizə xarakterlidir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (vəkil X2) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. İşdən çıx ma barədə ərizəni özü yazmamış, əmək kitabçasını götürən zaman imza etməmişdir. Bu hal dövlət orqanlarına etdiyi şikayətlə bağlı tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktdan da müəyyən edilir. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə iddiaçı və üçüncü şəxsin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının və üçüncü şəxsin iştir akı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin y axud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apelyasiya instansiyası məhkəməsinin aktını n tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Əmək Məcəlləsi Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər (296-cı maddənin 2-ci bəndi). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür (296-cı maddənin 3-cü bəndi). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyas ı hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri əsasən iddianın və apelyasiya şikayətinin dəlilləri ilə eynidir, Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı dəlillər üzrə apelyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırıl maması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Nəzərə alınmalıdır ki, məhkəmələr mübahisəyə Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilmiş 1 aylıq iddia müddətini tətbiq etməklə iddianı rədd etmişlər. Bu baxımdan iddiaçının hazırkı iddianı qaldırmamışdan 4 il əvvəl işdən qanunsuz azad edilməsi ilə bağlı dəlilləri mübahisənin məhkəmələr tərəfindən qanuna uyğun həll edilmədiyi barədə qənaətə gəlmək üçün əsas verə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2847/2018 nömrəli iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar