Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2754/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2754/21 (Açar sözlər: maddi və mənəvi zərər) Bakı şəhəri, 20 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili İmanov Məzhər Rəsul oğlunun və cavabdeh “X3 LLC” MMC-nin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8628/2020 nömrəli iş üzrə xxx il tarixli qətnaməsindən İddiaçı tərəfind ən verilmiş kasasiya şikayəti üzrə işə 13 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh “X2 LLC” MMC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X2 LLC” MMC-dən əmək haqqının ödənilməsini gecikdirdiyinə görə 491510 manat faiz, qanunsuz işdən çıxarıldığına və uzun müddət işsiz qoyulduğuna və məhkəmə çəkişmələrinə məruz qaldığına görə 50000 manat mənəvi zərər, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, ümumilikdə 541540 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “X2 LLC” MMC- dən əmək haqqının ödənilməsini gecikdirdiyinə görə 512697 manat faiz, qanunsuz işdən çıxarıldığına və uzun müddət işsiz qoyulduğuna və məhkəmə çəkişmələrinə məruz qaldığına görə 50000 manat mənəvi zərər, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, ümumilikdə 562727 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh “X3 LLC” MMC-nin vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh “Cavabdeh" MMC arasında 01.03.2011 nömrəli müddətli əmək müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən o, 01.03.2011-ci il tarix dən etibarən “xxxx” MMC-nin hüquq şöbəsinin müdiri vəzifəsində işləyib. Müqavilənin müddəti 31 dekabr 2011-ci il tarixədək müəyyən edilmişdir. 05 yanvar 2012-ci il tarixli yeni müddətli əmək müqaviləsi bağlanaraq müddət 31.12.2011-ci il tarixədək uzadılmışdır. 31.12.2011-ci il tarixdə müqavilənin müddəti bitmiş lakin cavabdeh ona xitam verməmişdir və nəticədə onlar arasında əmək münasibətləri eyni qaydada davam etmişdir.07.01.2014-cü il tarixdə tərəflərin bağladığı “Əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” 23 saylı müqavilə ilə 05.01.2012-ci il tarixli müddətli əmək müqaviləsinə xitam verilmiş, əmək münasibətlərinin müddətsiz şərtlərlə davam etdirilməsi razılaşdırılmışdır.Sonuncu dəfə 18.12.2014-cü il tarixdə “Əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi haqqınd a” 75 saylı müqavilə ilə 07.01.2014-cü il tarixli 23 saylı əmək müqaviləsinə dəyişiklik edilərək əmək haqqının məbləği 01.01.2015-ci il tarixdən etibarən 3100 manat müəyyən edilmişdir. 2016-cı ilin yanvar ayından etibarən ona maaş verilməsi gecikdirilmişdir. Yalnız şikayət və müraciətindən sonra əmək haqqı kart hesabına 01.04.2016cı il tarixdə əmək haqqının çox az bir hissəsi, cəmi 2.901,75 manat köçürülmüşdür. O, cavabdehə xəbərdarlıq edərək ona ödənilməmiş əməkhaqqının ödənilməsini tələb etmişdir. Lakin, cavabdeh yenə əməkhaqqını ödəməmiş və müraciətinə cavab verməmişdir. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək əmək hüquqlarının pozulmasının aradan qaldırılmasını xahiş etmişdir. Bu müraciətə cavab olaraq Nazirliyin Dövlət Əmək Müfəttişliyi xidmətinin 4 saylı regi on üzrə X4 12.07.2016-cı il tarixli məktubu ilə bildirilmişdir ki, onun əmək müqaviləsinə 11 yanvar 2016-cı il tarixdə 2K nömrəli əmrlə Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilmiş və 2901.75 manat məbləğində son haqq-hesab bank hesabına köçürülmüşdür. Əmrdə əmək müqaviləsinə xitam verilməsinin əsası kimi, 05 yanvar 2012-ci il tarixli müddətli əmək müqaviləsinin müddətinin başa çatdığı göstərilmişdir. Halbuki, bu müqavilə hələ 07.01.2014-cü il tarixdə onların bağladığı “Əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” 23 saylı müqavilə ilə qüvvədən salınmış, əmək münasibətlərinin müddətsiz şərtlərlə davam etdirilməsi razılaşdırılmışdır. O, cavabdehin bu əmrini qanunsuz və özünün əmək hüququna və qanuni mənafeyinə zərər vuran əməl sayaraq 23.08. 2016-cı il tarixdə Nəsimi rayon Məhkəməsində “işə bərpa və əmək haqqının tutulması” haqqında iddia qaldırmışdır. Nəsimi Rayon Məhkəməsinin 22.09.2016-cı il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. Qətnamədən narazı qalan o, apelyasiya şikayəti vermiş,. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2016-cı il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbinin təmin edilməsi, cavabdehin 11.01.2016-cı il tarixli əmrinin ləğv edilməsi, onun hüquq şöbəsinin müdiri vəzifəsinə bərpa edilməsi, cavabdeh tərəfindən ona məcburi işburaxma müddəti üçün əməkhaqqının ödənilməsi qət edilmişdir. Bu qərar nəticəsində cavabdeh ona ödəməli olduğu pul vəsaitini ödəməmək üçün 07.01.2014-cü il tarixli 23 saylı əmək mü qaviləsinin etibarsız sayılması haqqında Sabunçu Rayon Məhkəməsində əsassız iddia qaldırmış, eyni zamanda Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2016-cı il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. Cavabdeh iddia qaldırmaq və məhkəmə aktlarından şikayət vermək hüquqlarından sui-istifadə etməklə ona borclu olduğu əmək haqqını ödəməkdən yayınmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 13.06.2017-ci il tarixli qərarı ilə işə bərpa haqqında mülki iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Lakin, həmin ərəfədə əmək müqaviləsinin etibarsız sayılması haqqında mülki iş də Bakı Apelyasiya Məhkəməsinə daxil olmuşdur. Bu səbəbdən, Bakı Apelyasiya Məhkəməsi mübahisə predmeti olan əmək müqaviləsinin etibarsızlığı barə də məhkəmə mübahisəsi qurtarana qədər işə bərpa haqqında iddia üzrə işə baxılmasını dayandırdı. Bakı Apelyasiya Məhkəməsinin 19.12.2017-ci il tarixli qətnaməsi ilə cavabdehin “Əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” 07.01.2014-cü il tarixli, 23 nömrəli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Cavabdeh hüquqlarından sui-istifadə edərək bu qətnamədən də kasasiya şikayəti vermiş, lakin Ali Məhkəmənin Mülki Kollegiyasının 29.06.2018-ci il tarixli qərarı ilə kasasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, “işə bərpa” iddiası üzrə icraat təzələnmiş və Bakı Apelyasiya Məhkəməsində sonuncu dəfə baxılaraq, 15.10.2019-cu il tarixli, 2(103)-11179/2019 nömrəli qətnamə ilə onun iddiası təmin edilmiş, onun C avabdeh MMC-də Hüquq şöbəsinin müdiri vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Cavabdehin sonuncu qətnamədən verdiyi kasasiya şikayəti də Ali Məhkəmənin 17 aprel 2020-ci il tarixli qərarı ilə təmin edilməmiş, qətnamə dəyişdirilmədən qüvvəsində saxlanmışdır. Ali Məhkəmənin qərarının qəbul edildiyi andan qüvvəyə minməsinə baxmayaraq, cavabdeh bu günə qədər məhkəmə qətnaməsini icra etmir, onun əmək hüquqlarını pozmaqda və ona maddi və mənəvi ziyan vurmaqda davam edir. Sadalanan məhkəmə aktları ilə təsdiq olunub ki, cavabdeh qanunsuz olaraq onunla olan əmək müqaviləsinə xitam vermiş, onu işsiz və əmək haqqısız qoymuşdur. Habelə, bu qanunsuz əməllərini uzun müddət davam etdirə və ona ödənilməli əmək haqqını özünün başqa kommersiya məqs ədlərinə sərf etməsi üçün, qanunla müəyyən edilmiş hüquqlardan suiistifadə edərək əsassız iddia və şikayətlər vermək yolu ilə onun hüquqlarının məhkəmə qaydasında daha tez bərpa olunmasına mane olmuş, bu əməlləri ilə ona maddi və mənəvi ziyanın artmasına səbəb olmuşdur. Cavabdeh mülki-prosessual hüquqlarından sui-istifadə edərək onu 4 il 6 aydan (54 ay) artıq müddətdə məhkəmələrdə süründürür və bu müddətdə onun əmək haqqısını ödəməkdən yayınır. Həmin vaxt ərzində o, cavabdehin əsassız iddia və şikayətləri nəticəsində başlayan məhkəmə icraatlarında iştirak etməyə, hüquqi yardımlar almağa, məsrəflər etməyə, rahatsızlıqlar yaşamağa, həyacan və iztirablar keçirməyə məcbur olmuşdur. Əmək haqqından məhrum edilməsi və maddi vəziyyətinin pisləşməsi onun ailə üzvlərinin sağlamlığına, dolanışığına, təhsilinə və əhvalına çox pis təsir etmişdir. Bütün bunlar da yekunda, onu daha da çox sarsıtmışdır. Cavabdehin bu hərəkətləri ona mənəvi ziyanla yanaşı maddi ziyan da vurmuşdur. Belə ki, cavabdeh onun əmək haqqını qanunsuz yolla özündə saxlayaraq ondan fayda götürmüşdür. Halbuki, həmin puldan o, faydalanmalı idi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 sentyabr 2020-ci il tarixli 2(006)-3526/2020 nömrəli qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə istinad etməklə əmək haqqı məbləğinə bank uçot dərəcəsi əsas götürülməklə faiz hesablanaraq maddi zərər kimi ona ödənilməsin i tələb edir. Sırf mülki hüquqi xarakter daşıyan bu norma pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla (gəlir, artım, bəhər və ya sair maddi xeyirin əmələ gəlməsi) əlaqələndirmişdir. Məhkəmə hesab edir ki, hazırki mübahisə əmək mübahisəsi olduğundan bu normanın tətbiq edilməsi mümkün deyildir. Mənəvi zərər tələbi ilə bağlı məhkəmə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli, 7 saylı Qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-nin 89-cu maddəsinə uyğun qaydada iddiaçı bu tələbini sübuta yetirə bilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər öz lərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəsin subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Göründüyü kimi, cavabdeh tərəf qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarından istifadə edərək məhkəmə müdafiəsi hüququndan istifadə etmişdir. Məhkəmə cavabdeh tə rəfin iddia müddətinin tətbiqi ilə bağlı vəsatəti ilə əlaqədar qeyd edir ki, hazırki iddia tələbinə münasibətdə iddia müddətinin tətbiq olunması üçün əsas yoxdur. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 217.3, 217.4-cü maddələri və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli, 03.11.2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Aza d İmanov- sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Vahid Sadıqov) 2(103)-8628/2020 saylı, xxx il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)3526/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tətbiq etdiyi əsaslandırma ilə iddianın təmin edilməməsi qənaətinə gəlməkdə haqlı olmuşdur. Apelyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçıları nın izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkil İmanov Məzhər Rəsul oğlu) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki mübahisə əmək mübahisəsi deyildir. İddiaçıya vurulmuş ziyanın yaranmasına səbəb cavabdehin əmək qanunvericiliyini pozması olsa da, bu qanun pozuntusu nəticəsində yaranan maddi və mənəvi ziyanın tələbi əmək mübahisəsi deyil, mülki mübahisədir. Əmək mübahisələrinə bundan əvvəlki məhkəmələr baxaraq müvafiq qərarlar qəbul etmişlər. Mübahisənin əmək mübahisəsi olması, cavabdehi Əmək Məcəlləsinin tələblərini pozmağa görə məsuliyyətdən azad etmir. Əksinə, ona müvafiq Mülki Məcəllə nin müvafiq müddəalarına əsasən vəzifələr yaradır. Hesab edir ki, apelyasiya məhkəməsi Mülki Məcəllənin 449.1-ci maddəsinin “sırf mülki hüquqi xarakter daşıyan bir norma” olduğunu və əmək hüququnun pozulmasından irəli gələn mülki məsuliyyətə tətbiq edilə bilməyəcəyini düşünməklə həmin normanı səhv təfsir etmişdir. Apelyasiya məhkəməsinin mənəvi ziyanla bağlı gəldiyi nəticə də qanunsuzdur. İş materiallarında olan məhkəmə aktları ilə təsdiq olunur ki, iddiaçı qanunsuz işdən çıxarılarkən onun aylıq əmək haqqısı 3100 manat olmuşdur. O, həmin qazanca uyğun olaraq öz ailəsinin sosial rifahını, övladlarının təhsilini və sair təmin etmişdir. Gözlənilmədən cavabdehin onu bu gəlirindən məhrum etməsi onun qurulmuş bu yaşayış şəraitinə mənfi təsirsiz ötüşə bilməzdi. Məhkəmə müəyyən etməli idi ki, cava bdehin qəfildən və qanunsuz qərarı əsasında işsiz qalmaq, 6 il müddətində məhkəmələrdə cavabdehin süründürməçiliyinə məruz qalmaq nəticəsində iddiaçıya hansı həcmdə ziyan dəymişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh “X3 LLC” MMC-nin vəkili Vəkil məhkəməyə kasasiya şikayətinə etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, əmək münasibətlərindən irəli gələn hallara mülki qanunvericiliyin tətbiqi tələbi əsassızdır və məhkəmələr iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsi pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyəti müəyyən edir. Sırf mülki xarakter daşıyan bu norma pulun gecikdirilməsini ondan faydalanmaqla (gəlir, artım, bəhər və ya sair maddi xeyirin əmələ gəlməsi) əlaqələndirmişdir və iddiaçı bu halı sübut etməlidir. Cavabdehin maliyyə vəziyyətinin ağır olması, zərərlə çalışması, bununla da faydalanmanın mövcud olmaması, həmçinin ən əsası hazırki mübahisə əmək mübahisəsi olduğundan bu normanın tətbiq edilməsi mümkün deyildir. Bundan əlavə, iddiaçının iddia tələbi rədd olunduğundan, cavabdeh barəsində maddi məsuliyyətin yaranması əsasları olmadığından söhbət hər hansı bir mənəvi sarsıntı və iztirabdan gedə bilməz. Ona görə iddia tələbinin bu hissəsi də rədd edilməlidi. Hesab edir ki, iddiaçının “pulun ödənilməsinin gecikdirilməsi ilə ondan faydalanmağa görə bank uçot dərəcəsi ilə faiz hesablanması” ilə bağlı dəlilləri əsassız olduğundan, iddiaçı öz tələbinin əsaslarını sübut edə bilmədiyindən, həmçinin tələb müddəti keçdiyindən iddia tələbləri təmin edilə bilməz. Ona görə də o, kasasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili İmanov Məzhər Rəsul oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “X3 LLC” MMC-nin vəkili Vəkil kasasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilməsən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali M əhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərər in baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətna məsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düz gün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, kasasiya şikayətinin dəlilləri əsasən apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, iddiaçı həqiqətən də tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə istinad etməklə əsaslandırmışdır. Həmin norma tərəflər arasında mülki mübahisələrin tənzimlənməsi fonunda tətbiq edilən maddi hüquq normasıdır. Həmçinin müəyyən edilmişdir ki, həqiqətən də hazırki mübahisə əmək mübahis əsidir və qeyd edilən norma tətbiq edilməklə iddiaçının maddi zərərlə bağlı tələbinin təmin edilməsinin əsası mövcud deyildir. Bununla yanaşı, iddiaçının mənəvi zərərin ödənilməli olması ilə bağlı dəlilləri üzrə də qeyd edilməlidir ki, iddiaçının mənəvi zərərə məruz qalmasına dair hər hansı sübut iş materiallarında müəyyən edilməmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilm iş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8628/2020 nömrəli iş üzrə xxx il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.