Məhkəmə qərarları › İş №2(102)-2754/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2754/2024

23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2754/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pulun tutulması) 23.08.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-524/2024 nömrəli iş üzrə 2 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayətinə 23 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında 12 may 2017-ci il tarixdə bağlanmış 115 saylı müqaviləyə əsasən İddiaçı xx.xx.1995-ci il tarixdə, 30/3177 qeydiyyat nömrəsi ilə Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsi ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 20.0 kv.m. ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verməyi, “Tikinti şirkəti Cavabdeh MMC isə “Əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 60,0 kv.m., təmirli mənzili yeni tikiləcək çoxmənzilli, hün dürmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə qədər başa çatdıraraq müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş mənzili “Əmlak mülkiyyətçisi”nə təhvil verməyi öhdəsinə götürmüşdür.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)1730/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh MTK-ya qarşı öhdəliyin icrası tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, 60 kv.m. sahəyə vurulmuş divar kağızının, eyvana vurulan plitkanın və qaz xəttinin çəkilməsi üçün sərf edilmiş 1.772 manat və dövlət rüsumu 30 manat, cəmi 1.802 manat məbləğin Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh MTK-ya qarşı “pul barədə” id dia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında 12 may 2017-ci il tarixdə bağlanmış 115 saylı müqaviləyə əsasən, İddiaçı ünvan 2 ünvanında 60 kv.m.-lik mənzilin əvəzinə verilmiş ümumi sahəsi 55,2 kv.m. olan mənzilin 4,8 kv.m.-dən ibarət çatışmayan sahəsinin dəyəri olan 12.000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən tam təmirli, 2 otaqlı mənzil İddiaçı məxsus olmuş, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 24 fevral 1995-ci il tarixdə 30/3177 qeydiyyat nömrəsi ilə mənzil üzərində mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarı və Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 37 saylı 18 yanvar 2017-ci il tarixli sərəncamı əsasında İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən tam təmirli, 2 otaqlı mənzil sökülərək, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qarşılıqlı razılaşma əsasında alınaraq, yerində “Pilot layihə” əsasında hündürmərtəbəli yaşayış sahəsi inşa olunmuşdur. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında 12 may 2017-ci il tarixdə bağlanmış 115 saylı müqaviləyə əsasən, İddiaçı xx.xx.1995-ci il tarixdə, 30/3177 qeydiyyat nömrəsi ilə Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsi ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 20.0 kv.m. ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verməyi, tikinti şirkəti Cavabdeh MMC isə “Əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 60,0 kv.m., təmirli mənzili yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə qədər başa çatdıraraq müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş mənzili “Əmlak mülkiyyətçisi”nə təhvil verməyi öhdəsinə götürmüşdür. Belə ki, cavabdeh iddiaçının ikiotaqlı mənzilini və əlavə tikililəri mənzilin daxilindən ölçərək, ümumi sahənin 60 kv.m. olduğunu bildirmiş və əvəzində yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında iddiaçıya sahəsi 60,0 kv.m.-dən ibarət təmirli mənzil verməyi öhdəsinə götürsə də, iddiaçıya təklif edilən mənzil müqavilə şərtlərinə uyğun gəlməmiş, yeni mənzilin ümumi sahəsi 55,2 kv.m. olmuş, bir otaq və mətbəxdən ibarət olmuş, mənzil daxilində qapılar qoyulmamış, otaq ara laminant və plintus vurulmamış, mətbəxə qaz xətti çəkilməmiş və balkona metlax vurulmamışdır. Bu mənzil iddiaçının ailəsinin yaşaması üçün əlverişsiz olduğundan, mənzili qəbul etməmiş və məcbur olub 2020-ci il yanvar ayının 9-dan iyun ayının 9-dək 5 ay qaldığı kirayədə yenidən öz hesabına (aylıq 400 manat ödəməklə) yaşamışdır. Qeyd edilən müddət ərzində cavabdehə 2 otaqdan ibarət 60 kv.m.-lik mənzilin verilməsi barədə dəfələrlə müraciət etsə də, mü sbət nəticəsi olmamış, məcbur olub mənzili göstərilən nöqsanlar saxlanılmış vəziyyətdə 9 iyun 2020-ci il tarixdə qəbul etmişdir. Bununla bağlı, məhkəməyə müraciət edərək, cavabdehin təqsiri nəticəsində 2019-cu ilin sentyabr ayından 2020-ci ilin yanvar ayının 9-dək müqavilə üzrə ödənilməmiş dörd aylıq (1.600 manat) kirayə haqqının, 2020-ci il 9 yanvardan 2020-ci il 9 iyunadək öz hesabına ödədiyi beş aylıq (2000 manat) kirayə haqqının, 60 kv.m. sahəyə vurulmuş divar kağızının (620 manat) dəyərinin balkona vurulmayan metlaxın (90 manat) dəyərinin, mətbəxə çəkilməyən qaz xəttinin (180 manat) dəyərinin və dövlət rüsumu qaydasında 30 manat vəsaitin (ümumi olaraq 4520 manat) Cavabdeh MMC-dən alınaraq xeyrinə ödənilməsi, eyni zamanda müqavilədə nəzərdə tutulmuş 60 kv.m. sahədə iki otaqdan ibarət m ənzilin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(005)- 1730/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 60 kv.m. sahəyə vurulmuş divar kağızının, eyvana vurulan plitkanın və qaz xəttinin çəkilməsi üçün sərf edilmiş 1772 manat və dövlət rüsumu 30 manat, cəmi 1802 manat məbləğin Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması qət edilmişdir. Eyni zamanda, iddiaçı dəfələrlə mənzillə bağlı maliyyə arayışının verilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh tərəf qərəzli şəkildə, yəni cavabdehə qarşı məhkəməyə müraciət etdiyi üçün arayışın verilməsindən imtina etmişdir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2(005)823/2023 nömrəli qərardadı ilə İddiaçı Cava bdeh MTK-ya qarşı “müqavilə öhdəliyinin icrası” tələbinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizalarının təyin edilməsi qərara alınmışdır. 6. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ƏEM/M 39-286/23 saylı ekspert rəyinə əsasən xx.xx.2017-ci il tarixli müqavilə üzrə "xxxx" MTK tərəfindən verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, ev 48A, mərtəbə 6, 29 saylı mənzil üçün təmirli olaraq 12 may 2023-cü il tarixinə 1 kv.metr üzrə bazar dəyəri 2.300,0 manat təşkil edir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskpertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/1320 nömrəli ekspert rəyində qeyd olunur ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 12 may 2017-ci il tarixli müqaviləyə əsasən verilmi ş Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 48A, mərtəbə 6, 29 saylı mənzilin faktiki sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan) 58,9 kv.metr təşkil etdiyi müəyyən edilir. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 12 may 2017-ci il tarixli müqaviləyə əsasən verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 48A, mərtəbə 6, 29 saylı mənzilin faktiki sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan) 58,9 kv.metr təşkil etdiyini nəzərə alaraq, sözügedən mənzilin faktiki sahəsi ilə müqavilədə göstərilən sahə (60,0 kv.m.) arasında 1,1 kv.metr fərq olduğu müəyyən edilmişdir. Mülki iş materiallarında olan X1 ilə Cavabdeh MTK arasında bağlanmış 12 may 2017-ci il tarixli müqaviləyə əsasən mənzil verilərkən ölçülərin hansı qaydaya əsasən aparıldığına dair məlumat olmadığından sahələr arasında yaranmış fərqin texniki səbəbini müəyyən etmək mümkün olmamışdır.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(005)823/2023 nömrəli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddianın qismən təmin edilməsi, Cavabdeh MTK-dan İddiaçı xeyrinə 2.530 manat pulun tutulması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun 1/5 hissəsinin, yəni 10 manat pulun Cavabdeh MTK-dan, qalan 4/5 hissəsinin, yəni 40 manat pulun isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 250 manat pulun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 1/5 hissəsinin, yəni 50 manat p ulun Cavabdeh MTK-dan, qalan 4/5 hissəsi, yəni 200 manat pulun isə İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmişdir.

9. Məhkəmə bildirmişdir ki, Cavabdeh MTK tərəflər arasında bağlanmış müqaviləyə əsasən İddiaçı ümumi sahəsi 60 kv.m. olan mənzil verməyi öz öhdəsinə götürsə də, ümumi sahəsi 58,9 kv.metr olan mənzil vermişdir. Bununla da Cavabdeh MTK müqavilə üzrə öhdəlikllərini lazımi qaydada icra etməmişdir.

10. Məhkəmə iddiaçı tərəfindən tələb olunan pul məbləği ilə bağlı qeyd etmişdir ki, mənzilin müqavilə üzrə nəzərdə tutulmuş ümumi sahəsi və faktiki ümumi sahəsi arasında 1,1 kv.metr fərq olduğu müəyyən edilmiş, iş üzrə verilmiş ekspert rəyi ilə İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, ev 48A, mərtəbə 6, 29 saylı mənzilin üçün təmirsi z olaraq 1 kv.m. üçün bazar qiymətinin dəyəri, təqribən 2.300 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda sahə fərqinə görə ödənilməli ümumi məbləğ 2.530 manat təşkil edir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 425.1, 442-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı apellyasiya şikayətini - iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normal arının pozulması, iş üzrə tam və hərtərəfli araşdırmanın aparılmaması, ekspertiza rəyinin əsassız olması, ölçmə işlərinin düzgün aparılmaması, rəydə 1,1 m² sahənin az olmasının qeyd edilməsi, halbuki ekspert tərəfindən yerində ölçmə zamanı öz xətt ilə yazdığı vərəqdə 3,3 m² sahənin çatışmamasının müəyyən edilməsi, rəydə isə ölçülərin təhrif olunması, mənzilin ümumi sahəsinin əsassız artırılması, mənzilin balkonun ümumi sahəyə müvafiq azaltma əmsalı tətbiq edilməklə hesablanmalı olması, iddianın tam təmin olunmalı olması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir.

14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Cavabdeh ap ellyasiya şikayətini - qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iş üzrə tam və hərtərəfli araşdırmanın aparılmaması, 1,1 m² -lik fərqin cüzi olması, təbii olaraq belə fərqin yaranmasının mümkün olması, bu halın isə məhkəmə tərəfindən cavabdehin öhdəliyini lazımi qaydada yerinə yetirməməsi kimi qiymətləndirilməsinin düzgün olmaması, iddianın tam təmin olunmamalı olması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-524/2024 nömrəli iş üzrə 2 aprel 2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair mülki iş üzrə əlavə tikinti-texniki ekspertizasının təyin edilməsi qərara alınmışdır.

17. Qərardada əsasən daxil olmuş əlavə ekspertiza rəyindən (Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2024-cü il tarixli rəyi) görünür ki, tərəflər arasında bağlanmış 12 may 2017-ci il tarixli müqaviləyə əsasən verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, ev 48A, mərtəbə 6, 29 saylı mənzili yaşayış binasının 6-cı mərtəbəsində yerləşməklə, təmirli vəziyyətdə bir sanitar qovşağı, bir dəhliz-mətbəx, iki yaşayış otağı və bir balkondan ibarətdir. Mənzilin ümumi sahəsi 54,04 m², faktiki sahəsi (müvafiq azaltma əmsalları tətbiq olunmadan) 56,7 m² təşkil edir. Eyni zamanda, yaranmış 3,3 m² fərqin mənzildə aparılmış təmir işlərinin nəticəsi olmaması müəyyən edilmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Fuad Babayev və Cəmilə Musayeva ) 2(103)-524/2024 nömrəli iş üzrə 2 aprel 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-823/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilməsi, Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulmalı olan pul vəsaitinin məbləğinin 7.590 manat müəyyən edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-823/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin həmçinin məhkəmə xərclərinə dair hissədə dəyişdirilməsi, məhkəmə xərclərinin 1/3 hissədə İddiaçı, 2/3 hissədə Cavabdeh MTK-ya aid edilməsi, aparılmış məhkəmə tikinti-texniki ekspertizaların ümumi dəyəri olan 150 manat xərcin 50 (əlli) manat hissəsinin iddiaçıdan, 100 (bir yüz) manat hissəsinin isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi, həmçinin, qiymətləndirici "xxxx" MMC-nin 250 manat xərcinin 84 (səksən dörd) manat hissəsinin iddiaçıdan, 166 (bir yüz altmış altı) manat hissəsinin isə cavabdehdən tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, həmçinin tələbin hüquqi əsaslarını nəzərdən keçirib mübahisənin hüquqi həlli ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kim i çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mübahisə predmeti olan mənzillə bağlı tərəflər arasında 12 may 2017-ci il tarixli, 115 saylı müqaviləyə bağlanmışdır ki, iddiaçının da həmin müqaviləyə əsaslanmaqla, cavabdehə qarşı müvafiq tələblər irəli sürməkdə subyektiv (tələb) hüquqları mövcuddur.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya müqavilədə nəzərdə tutulmuş sahədə mənzil təhvil verilməmiş, nəzərdə tutulan və təhvil verilmiş sahələr arasında fərq 3,3 m² təşkil etmişdir. Eyni zamanda mənzilin ümumi sahəsinə faktiki olaraq 3,8 m² ölçüdə balkon daxil olsa da, ona müvafiq azalma əmsalı hesablanmaqla 1,14 m² kimi nəzərə alınmışdır. İddiaçı sahənin müvafiq azalma ə msalı nəzərə alınmaqla hesablanmalı olması bildirsə də, məhkəmə kollegiyası bununla razılaşmır. Çünki, cavabdeh (podratçı) faktiki olaraq 3,8 m² ölçüdə balkon tikintisini həyata keçirmişdir. Belə olan halda, şəxsin daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması zamanı həmin sahənin müvafiq əmsal tətbiq edilməklə daha az ölçüdə qeydə alınması vəziyyəti dəyişdirmir.

21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh (podratçı) müqavilə ilə üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş, iddiaçıya 60 m² sahədə mənzili inşa edərək təhvil verməmişdir. Mənzilin sahəsi azalma əmsalı nəzərə alınmaqla 56,7 m² müəyyən olunmuşdur. Eyni zamanda yaranmış 3,3 m² fərqin (60-56,7=3,3 m² ) mənzildə aparılmış təmir işlərinin nəticəsi olmaması da ekspertiza rəyi ilə müəyyən edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər ekspertiza rəyi ilə razılaşmamaları, eləcə də onun əsassızlığı ilə bağlı məhkəmə kollegiyasına hər hansı mötəbər dəlil irəli sürmədiklərindən iddiaçı mənzilin çatışmayan 3,3 m² sahəsinə görə onun dəyərini (pul formasında kompensasiyasını) tələb etməkdə haqlıdır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, iddianın 7.590 manat hissədə təmin olunması nəticəsinə gəldiyindən hesab etmişdir ki, qeyd edilən məhkəmə xərcləri 1/3 hissədə iddiaçıya, 2/3 hissədə cavabdehə aid edilməli, qeyd edilən nisbətlərdə tərəflərdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin və "xxxx" MMC-nin hesablarına ödənilməlidir.

24. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 152.1, 385.1, 386.1, 390, 399.1, 407.2, 405.2, 425.1, 752.1, 762.1, 762.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh MTK (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mənzilin ümumi sahəsinin müəyyən olunması barədə 12 iyun 2023-cü il tarixli ekspert rəyinə istinad etmiş və həmin rəyi əsas götürərək qətnamə qəbul etmişdir. Həmin rəyə əsasən, mənzilin faktiki olaraq ümumi sahəsinin 58.9 kv.m. olduğu müəyyən olunmuşdur. Məhkəmə nəzərə almamışdır ki, həmin ərazidə hündürmərtəbəli binanın inşası ilə əlaqədar təsdiq olunmuş layihədə mübahisəli mə nzilin sahəsi 60 kv.m. müəyyən olunmuşdur. Binanın inşası və təmiri zamanı müqavilədə nəzərdə tutulmuş sahə ilə təhvil verilmiş faktiki sahə arasında cüzi fərqin yaranması təbii haldır. Belə olan halda, məhkəmənin cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməsi düzgün yanaşma hesab edilə bilməz. Məhkəmənin gəldiyi nəticənin açıq-aşkar yanlış nəticə olduğu və bu nəticədən çıxış edərək maddi hüquq normasını düzgün tətbiq etmədiyi aşkardır. İş materiallarında olan ekspert rəyləri, ekspertlərin iştirakı ilə yerində ölçmə işləri aparılaraq müəyyən edilsə də, sonuncu ekspert rəyi zamanı ekspert heç bir ölçmə işləri aparmadan, mənzilə baxış keçirmədən rəy tərtib etmişdir ki, bu da həmin rəyin əsassızlığını bir daha sübut edir. İş üzrə təyin edilmiş əlavə ekspe rtizanı yenidən əvvəlki ekspert İsa Eyvazzadə tərtib etmiş, onun qarşısına qoyulan sualları hər dəfəsində fərqli rəqəmlərlə tərtib edərək kobud pozuntuya yol vermişdir. Apellyasiya instansiya məhkəməsi heç bir əsaslı səbəb gətirmədən son ekspertiza rəyini digər rəylərdən daha əsaslı hesab etmiş və yekun qərarını buna əsaslandırmışdır. Bununla da, kobud pozuntuya yol verilmiş, qüsurlu sübutlar əsas götürülərək səhv nəticəyə gəlinmiş və hazırki prosessual hüquq normasının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

30. Maddə 399.1.Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

31. Maddə 407.2.Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

32. Maddə 405.2.Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Mü qavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

33. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

34. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

35. Maddə 752.1.Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

36. Maddə 762.1.Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

37. Maddə 762.3.Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Mülki Prosessual Məcəllə

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə et məlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istin ad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində qətnamənin tam ləğv olunması xahiş olunsa da, dəlillər iddianın təmin olunan hissəsi ilə bağlıdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin aktı həmin dəlillər əsasında yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqey i:

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara və kassasiya şikayətində göstərilən dəlillərlə eynilik təşkil edən dəlillərə hüquqi qiymət vermişdir.

51. İşə baxmış apellyasiya mə hkəməsi də işin hallarını həmin maddi hüquq norması əsasında yoxlamış, iddianın qismən təmin olunması üçün qanunla müəyyən olunmuş dispozisiya şərtləri olduğu qənaətinə gəlmişdir.

52. Apellyasiya instansiya məhkəməsi iddianın qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticəni hazırkı qərarın 19-23-cü bəndlərində qeyd olunan şəkildə əsaslandırmaqla hesab etmişdir ki, cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada icra edilməmiş, müqavilədə nəzərdə tutulan sahədən 3,3 kv.m ölçüdə sahə az verilmiş və həmin ölçüyə münasibətdə iddiaçı haqqı çatanlardan məhrum olmuşdur.

53. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayə tində qeyd olunan dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, işin hallarına düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.

54. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin əksər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.

55. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında fo rmalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

57. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

58. Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-524/2024 nömrəli, 02 apre l 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar