Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2755/2023 18.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X11 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-665/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. İddiaçılə (bundan sonra “iddiaçı”) Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı (bundan sonra “cavabdeh” və ya “Şirkət”) arasında xx.xx.2012-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə əsasən iddiaçı birinci dərəcəli kran operatoru vəzifəsinə işə qəbul edilmişdir.
3. İddiaçıya xx.xx.2020-ci il tarixdə Respublika Diaqnostika Mərkəzində xəstəlik vərəqəsi açılmış, sonra isə həmin xəstəlik vərəqəsi əsasında xx.xx.2020-ci il tarixdə Səbail Rayonu 34 saylı Şəhər Poliklinikasında xx.xx.2020-ci il tarixədək xəstəlik vərəqəsi tərtib edilmişdir. İddiaçının xəstəliyi davam etdiyi üçün xəstəlik vərəqəsi aşağıdakı müddətlərə uzadılmışdır: xx.xx.2020-xx.xx.2020; xx.xx.2020-xx.xx.2020; xx.xx.2020-xx.xx.2020; xx.xx.2020-xx.xx.2020; xx.xx.20 20-xx.xx.2020; xx.xx.2020-xx.xx.2021; xx.xx.2021xx.xx.2021; xx.xx.2021-xx.xx.2021; xx.xx.2021-xx.xx.2021.
4. Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2020-ci il tarixli Sosial arayışına əsasən iddiaçıya əlillik qrupunun verilməsindən imtina edilmişdir.
5. Akademik C.Abdullayev adına X1 Konsultativ poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli arayışına əsasən iddiaçıya “Revmatizm, mitral qapağın prolapsı İİ dərəcə, mitral çatmamazlıq İİİ dərəcə, Hipertoniya xəstəliyi İİ dərəcə” diaqnozu qoyulmuşdur.
6. Şirkətin xx.xx.2021-ci il tarixli KS/029/21 nömrəli əmrindən çıxarışa əsasən iddiaçı 01 iyul 2021-ci il tarixdən Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən (səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olmas ı səbəbi) tutduğu kran operatoru vəzifəsindən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli N-KS/029/21 saylı əmrin ləğv edilməsi, əvvəlki işə bərpa olunması və məhkəmə qərarı qüvvəyə mindiyi günədək məcburi iş buraxma müddət üçün əmək haqqının hesablanaraq tam həcmdə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehdən 150000 manat məbləğində mənəvi ziyanın və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 05 mart 2012-ci il tarixdə Şirkətlə əmək müqaviləsi bağlayaraq, k ran-operator (maşinist-mexanik) vəzifəsinə işə qəbul olunmuşdur. Əsas iş yeri dənizdə yerləşən Mərkəzi Azəri platformasıdır. Şirkətdə qəbul edilmiş qaydalara əsasən işçinin dənizdə işləməsi üçün sağlamlıq göstəricilərinin yoxlanılması məqsədilə iddiaçıya Prime Hospitalda xx.xx.2020-ci il tarixdə tibbi müayinə təyin edilmişdir. Təyin edilmiş tibbi müayinənin xx.xx.2020-ci il tarixli rəyinə əsasən iddiaçının səhhətində sol kameraların dilatasiyası, sol mədəciyin konsentrik hipertrofiyası, MVP - mitral qapağın arxa tayının prolapsı, mitral qapağın arxa tayının xorda rupturu (PML, prolapsı, koaptasiya pozulması), ciddi (İİİ0 ) mitral çatışmazlığı aşkar edilmiş və iddiaçıya təcili olaraq ürək əməliyyatı tövsiyə edilmişdir. xx.xx.2020-ci il tarixdə könüllü tibb sığortası müqaviləsi üzrə Sığorta Şirkəti iddiaçını müayinədən keçmək üçün Respublika Diaqnostika Mərkəzinə yönəltmişdir. Sığortanın göndərişi ilə iddiaçı bütün müayinələrdən keçmişdir. Müayinələrin nəticəsində onda mitral çatışmazlıq (+4) aşkar edilərək, təcili əməliyyat təyin edilmiş və adına xəstəlik vərəqəsi açılmışdır. Beləliklə, ilkin olaraq iddiaçının adına xx.xx.2020-ci il tarixdə Respublika Diaqnostika Mərkəzində xəstəlik vərəqəsi açılmış, sonra isə həmin xəstəlik vərəqəsi əsasında xx.xx.2020-ci il tarixdə Səbail Rayonu 34 saylı Şəhər Poliklinikasında xx.xx.2020-ci il tarixədək xəstəlik vərəqələri tərtib edilmişdir. Xəstəliyi davam etdiyi üçün adına açılmış xəstəlik vərəqəsi xx.xx.2020-xx.xx.2020; xx.xx.2020xx.xx.2020; xx.xx.2020-xx.xx.2020; xx.xx.2020-xx.xx.2020; xx.xx.2020-xx.xx.2020; xx.xx.2020-xx.xx.2021; xx.xx.2021-xx.xx.2021; xx.xx.2021-xx.xx.2021; xx.xx.2021xx.xx.2021 müddətlərə uzadılmışdır. Akademik C.Abdullayev adına X2 xx.xx.2021-ci il tarixli rəyinə əsasən iddiaçıya Revmatizm, mitral qapağın prolapsı İİ dərəcə, mitral çatmamazlıq İİİ dərəcə, Hipertoniya xəstəliyi İİ dərəcə diaqnozu qoyulmuşdur. Lakin 003660 №-li əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixdə adına açılmış xəstəlik vərəqəsi bağlanmış və iddiaçının işə başlama tarixi kimi xx.xx.2021ci il qeyd edilmişdir. İddiaçı bu barədə Şirkətə xəbər verərək xəstəlik vərəqəsinin əslini cavabdehə göndərmişdir. Lakin Şirkət heç bir rəsmi əsas olmadan (əmr, qərar və s.) iddiaçını xx.xx.2021-ci il tarixdən işdən kənarlaşdıraraq, ona ödənilməli olan əmək haqqını və digər ödənişlərini həyata keçirməmişdir. Şirkət xx.xx.2021-ci il tarixdən Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “b” yarımbəndinə əsasən (səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyinə görə) onunla olan əmək müqaviləsinə xitam vermişdir. xx.xx.2012-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi tam olaraq əsassızdır və qanuna ziddir. Çünki adına olmuş xəstəlik vərəqəsi xx.xx.2021-ci il tarixdə bağlanmış və iddiaçı bu barədə Şirkətə məlumat vermişdir. Lakin işəgötürən əsassız olaraq iddiaçını işə cəlb etməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “b” yarımbəndinə əsasən əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tut ula bilər: b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə. Göründüyü kimi, əmək müqaviləsinə qeyd edilən əsasla xitam verilməsinin əsas şərti müvafiq prosedura riayət etməklə tibb müəssisəsinin rəyinin olmasıdır. İddiaçı isə 21 mart 2021-ci il tarixdən bu günə kimi cavabdehin təşəbüssu ilə təşkil edilmiş hər hansı bir müayinədən keçməmişdir. İşçi icbari tibb müayinədən keçərkən tibb müəssisəsi işçinin həmin vəzifədə çalışmasının sağlamlığı üçün təhlükəli olduğu barədə rəy verərsə, işəgötürən həmin işçinin öz razılığı ilə yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirilməsi üçün tədbirlər görməlidir. Əmək Məcəlləsinin 231-ci maddəsinə əsasən, səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı ol an işçiləri işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur. Həmin Məcəllənin 232-ci maddəsinə görə, işçi sağlamlığının mühafizəsinin təmin olunması məqsədi ilə səhhətinə mənfi təsir göstərməyən yüngül və əvvəlkinə nisbətən aşağı maaşlı işə keçirilə bilər. Bu halda işçilərin yüngül işə keçirildiyi gündən etibarən bir ay ərzində əvvəlki işi (vəzifəsi) üzrə orta əmək haqqı saxlanılır. Əgər işçi işəgötürən tərəfindən təklif olunan işə keçməkdən imtina edərsə və ya işəgötürənin belə imkanları olmadıqda, həmin işçi ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “b” yarımbəndinə əsasən xitam verilə bilər. Bir şərtlə ki, əmək müqaviləsi bağlanarkən tərəflər Əmək Məcəlləsinin 75-ci maddəsinin ikinci hissəsinin "b" yarımbəndində nəzərdə tutulmuş əsası əmək müqaviləsinə daxil etmiş olsunlar. Lakin iddiaçının cavabdehlə bağladığı xx.xx.2012-ci il tarixli əmək müqaviləsinin 7.d) bəndində işçinin iş qabiliyyətini itirilməsi ilə əlaqədar öz vəzifələrinin yerinə yetirə bilməməsi halı nəzərdə tutulmuşdur. Göründüyü kimi, Şirkət iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “b” yarımbəndinə əsasən xitam versə də, tərəflər arasında bağlanmış əmək müqaviləsinə bu cür şərt daxil edilməmişdir. Bundan əlavə, iddiaçının əmək qabiliyyətinin itirilməsi tam deyil və müvəqqəti xarakter daşıyır. Adına tərtib edilmiş sosial arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə 25№-li TSEK tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Həmin arayış cavabdeh ə təqdim edilmişdir. 01 iyul 2021-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq, bu günə kimi iddiaçının əmək kitabçası, son haqq-hesabı, işə çıxma əmri ona verilməmişdir. Həmçinin səhhətində olan ciddi problemlər məhz iddiaçının işlədiyi işlə əlaqədardır. xx.xx.2021-ci il tarixli 363/KEŞ saylı ekspert rəyinə əsasən iddiaçıda “Revmatizm (qeyri-fəal gedişli); Mitral qabağın prolapsı, İİ dərəcə; Mitral çatmamazlıq İİİ dərəcə; hipertoniya İİ dərəcə" kimi xəstəliklərinin olduğu müəyyən edilib. Qeyd olunan xəstəliklər uzun sürən xroniki gedişli xəstəliklərə aiddir və "Revmatizm" xəstəliyi birləşdirici toxumalarının iltihabına səbəb olur və xüsusən ürək qüsurlarına gətirib çıxardan bir patologiyadır. Qeyd olunan ürək qüsuru qazanılmış mənşəli olub, əlverişsiz (hipotoniya, rütub ət, atmosfer təzyiq dəyişilməsi) şəraitlə bağlı streptokok mənşəli infeksiyasından törənmiş xəstəliklərdən (farengit, tonzilit, angina, pnevmoniya və s.) sonra tədricən inkişaf etmiş və ürək qüsurunun sonuncu mərhələsində özünü büruzə vermişdir. Hazırda tələb olunan əməliyyat təcili və ağır xarakter daşıyır. Lakin həmin əməliyyatı öz hesabına ödəmək onun imkanları xaricindədir. Cavabdehə dəfələrlə müraciət edərək, müvafiq köməkliyin göstərilməsini xahiş etsə də, cavabdeh nəinki kömək göstərməyib, həmçinin elə həmin probleminə görə onu qanunsuz olaraq işdən çıxarmışdır. Cavabdehin bu cür qanunsuz hərəkətləri gündən-günə vəziyyətini ağırlaşdıraraq, onu sarsıntı içində yaşamağına məcbur edir. Hər dəfə cavabdehin növbəti qanunsuz və ədalətsiz hərəkətindən sonra stress keçirir, onsuz da ağır ol an halı kəskin pisləşir və bütün bunlar təcili yardımın çağırılması ilə nəticələnir.
9. Cavabdehin nümayəndəsi və vəkili iddiaya etiraz verərək, iddiaçının “Xəstəlik vərəqəsi 21 mart 2021-ci il tarixdə bağlansa da iddiaçı işə buraxılmamışdır” - arqumenti ilə bağlı bildirmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında təlimat"ın 6-cı bəndinə əsasən "Uzun müddət xəstə olanlar əmək qabiliyyəti itirildiyi gündən başlayıb, xəstələnmə müddəti son 12 ay ərzində ümumiyyətlə, yaxud ardıcıl (eyni xəstəlik üzrə) 6 aydan çox olduqda, yoxlanmaq üçün tibbi sosial ekspert komissiyasına göndərilir". İddiaçının qeyd etdiyi kimi xəstəlik vərəqəsinin 21 mart 2021-ci il tarixdə bağlanması onun sağalması an lamına gəlmir. Sadəcə, 6 aydan sonra tibb müəssisəsi tərəfindən xəstəlik vərəqəsi verilmir. Bu səbəbdən xəstəlik vərəqəsi 6 aydan sonra bağlanmışdır. Əksinə, iddiaçı iddia ərizəsində Akademik C.Abdullayev adına X2 rəyinə və məhkəmə tibb ekspertizasının xx.xx.2021-ci il tarixli, 363/KEŞ nömrəli ekspertiza rəyinə istinad edərək özündə "Revmatizm, mitral qapağın prolapsı İİ dərəcə, mitral çatışmamazlıq İİİ dərəcə, Hipertoniya xəstəliyi İİ dərəcə” xəstəliklərinin olduğunu qəbul edir. İddiaçının işə buraxılması üçün xəstəlik vərəqəsinin bağlanması deyil, işə çıxmadan öncə tibbi müayinədən keçərək işə yararlı olması barədə həkim rəyinin təqdim edilməsi tələb edilir. 16 aprel 2021-ci il, saat 13:43-də cavabdeh təşkilatda İnsan Resursları üzrə məsləhətçi vəzifəsində çalışan Adilə Şəfiyeva tərəfind ən iddiaçıya elektron poçt vasitəsi ilə məktub yazılaraq "həftənin 2-ci günü, 20 aprel 2021-ci il tarixdə tibbi müayinədən keçmək üçün "Medi Club" tibb mərkəzinə getməsi" tələb edilmişdir. Həmin elektron məktuba cavab olaraq iddiaçı tibbi müayinədən keçməkdən imtina etmiş və bildirmişdir ki, "vəziyyəti ağır olduğundan hər hansı müayinədən keçmək onun üçün çox çətindir. Bildiyiniz kimi, Hipertoniya xəstəliyi işə cəlb etməyə əks göstərişdir və ciddi müalicəni tələb edir". Beləliklə, sübut olunur ki, cavabdeh iddiaçını işə buraxmaq üçün şərait yaratmış, yəni ona tibbi müayinədən keçməsi üçün şərait yaratmış, lakin iddiaçı tibbi müayinədən keçərək işə çıxmaqdan imtina etmişdir. “İddiaçı cavabdeh tərəfindən təşkil edilmiş hər hansı tibbi müayinədən keçməmişdir” – arqumenti ilə bağlı qeyd edilmə lidir ki, Əmək Məcəlləsinin 75ci maddəsinin 2-ci yarımbəndinin tələblərinə əsasən əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər:.. b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyinə görə". İddiaçının əmək müqaviləsinə məhz Əmək Məcəlləsinin qeyd edilən maddəsi və qeyd edilən bəndi əsasında xitam verilmişdir. Əmək Məcəlləsinin qeyd edilən maddəsində işçinin səhhətinin onun müvafiq vəzifədə (peşədə) çalışmasının sağlamlığı üçün təhlükəli olmasını sübut etmək üçün mütləq işə götürənin işçini tibbi müayinədən keçirməsi tələb edilmir. İddiaçının səhhətində olan problemlər işəgötürən tərəfindən 08 iyun 2020-ci il tari xdə təşkil edilmiş tibb müayinəsi zamanı aşkar edilmişdir. İşçinin təqdim etdiyi Akademik C. Abdullayev adına X2 rəyində ilkin müayinə zamanı aşkar edilmiş xəstəliklərin sağalmaması açıq şəkildə qeyd edilmişdir. Həmin xəstəliklərlə iddiaçının çalışdığı kran operatoru vəzifəsində işləməyin qeyri-mümkün olması barədə rəyin olduğu nəzərə alınaraq, iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Başqa sözlə, iddiaçının bu arqumentinin də hüquqi əsası yoxdur. İddiaçının “Əmək Məcəlləsinin 231-ci maddəsinin tələblərinə əsasən səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur. Əgər işçi təklif olunan işə keçməkdən imtina edərsə və ya işəgötürənin belə imkanı ol madıqda, həmin işçi ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 75.2b bəndinə əsasən xitam verilə bilər” – arqumenti ilə bağlı qeyd edilməlidir ki, iddiaçının istinad etdiyi Əmək Məcəlləsinin 231-ci maddəsi hazırki iş üzrə iddiaçı barəsində tətbiq edilə bilməz. Belə ki, qeyd edilən maddənin mətnindən göründüyü kimi işçinin daha yüngül işə keçirilməsinə ehtiyac olubolmaması tibbi rəy əsasında müəyyən edilir. Başqa sözlərlə işçinin daha yüngül işə keçirilməklə yanaşı, məhz hansı peşədə işləməsinin işçinin səhhəti üçün təhlükəli olmaması həmin tibbi rəydə qeyd edilməlidir. İddiaçı tərəfindən yüngül işə keçirilməsinin zəruriliyi və məhz hansı işə keçirilməsinin tövsiyə edilməsi barədə həkim rəyi cavabdehə təqdim edilməmişdir. Beləliklə, cavabdehin iddiaçını yüngül işə keçirmək öhdəliyi olmamışdır. Qeyd edilən arqumentin ikinci hissəsi, yəni "Əgər işçi təklif olunan işə keçməkdən imtina edərsə və ya işəgötürənin belə imkanı olmadıqda, həmin işçi ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 75.2-ci maddəsinin b bəndinə əsasən xitam verilə bilər" hissəsi qanunvericilikdə əksini tapmamışdır. Əmək Məcəlləsinin nə 75-ci, nə də 231-ci maddələrində "səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu halda əmək müqaviləsinə xitam verilməsi işəgötürənin işçiyə yüngül iş təklif etməsi və işçinin həmin təklifə müsbət və ya mənfi cavab verməsi halından asılı deyil. Beləliklə, iddiaçının bu arqumentinin də hüquqi əsası yoxdur. “İddiaçının əmək müqaviləsində Əmək Məcəlləsinin 75-ci maddəsi ilə əmək müqaviləsinə xitam verilməsi halı nəzərdə tutulmam ışdır” – arqumenti ilə bağlı qeyd edilməlidir ki, iddiaçı və cavabdeh arasında bağlanmış 05 mart 2012-ci il tarixli əmək müqaviləsinin "Əmək müqaviləsinə xitam verilməsi" adlanan 7-ci maddəsində işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin əsasları sadalanır. Həmin maddənin "d" bəndində əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri kimi Əmək Məcəlləsinin 75- ci maddəsinə istinad aşağıdakı kimi qeyd edilmişdir: “işçinin iş qabiliyyətini itirməsi ilə əlaqədar öz vəzifəsini yerinə yetirə bilməməsi (Azərbaycan Respublikası Əmək Məcəlləsinin maddə 75)". Göründüyü kimi, iddiaçının bu iddiasının da heç bir faktiki əsası yoxdur. Əmək müqaviləsində işəgötürən tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsi ilə xitam verilməsinin əsası nəzərdə tutulmuşdur. Əmək Məcəl ləsinin 75-ci maddəsinin 3-cü bəndində qeyd edilmişdir: "Tərəflər əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədi ilə bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil etməlidirlər". Göründüyü kimi, Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “b” yarımbəndi əmək müqaviləsində nəzərdə tutulmuşdur. Bu səbəbdən əmək müqaviləsinə Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə xitam verilmişdir. “İddiaçının əmək qabiliyyətinin itirilməsi tam deyil, müvəqqəti xarakter daşıyır” – arqumenti ilə bağlı qeyd edilməlidir ki, iddiaçının səhhətində olan problemlər 08 iyun 2020- ci il tarixdə müəyyən edilmişdir. Həmin tarixdən 21 mart 2021-ci il tarixədək iddiaçı xəstəlik vərəqəsi əsasında işə ç ıxmamışdır. 6 aydan sonra xəstəlik vərəqəsi bağlandıqdan sonra cavabdeh tərəfindən iddiaçının işə çıxması üçün şərait yaradılmış, lakin iddiaçı səhhətində olan problemlərlə bağlı işə çıxmaqdan imtina etmişdir (işə çıxmaq imkanı olmamışdır). İddiaçının işə çıxmamasına və işə çıxmamasını əsaslandıran heç bir hüquqi sənəd təqdim etməməsinə baxmayaraq, cavabdeh 01 iyul 2021-ci il tarixədək iddiaçının əmək müqaviləsinə də xitam verməmişdir. Lakin iddiaçı 08 iyun 2020-ci il tarixindən 01 iyul 2021-ci il tarixədək keçən bir il ərzində səhhətində olan problemini həll etməkdənsə, cavabdehə qarşı maddi və mənəvi ziyan tələbi ilə iddialar qaldıraraq cavabdehin hesabına əsassız varlanmaq istəmişdir. İddiaçının xəstəlik vərəqəsinin bağlandığı tarixdən 3 aydan artıq müddətin keçməsinə baxmayaraq, iddiaç ı işə çıxmamış və işə çıxacağı tarixi də cavabdehə bildirməmişdir. Belə bir qeyri-müəyyənlik şəraitində iddiaçının səhhətinin nə zaman bərpa olunacağı cavabdehə məlum olmamışdır. İşçinin səhhəti ilə bağlı vəziyyət cavabdehə məlum olduğu üçün onu Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə, üzrsüz səbəbdən işə gəlməməsi əsası ilə deyil, Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən və Əmək Müqaviləsinin 7-ci maddəsinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, iddiaçının bu arqumentinin də hüquqi əsası yoxdur. “Cavabdehin iddiaçının səhhətində olan problemləri həll etmədiyi və onu işdən çıxardığı üçün iddiaçı sarsıntı içində yaşayır və bu səbəbdən mənəvi ziyanın ödənilməsini tələb edir” – arqumenti ilə bağlı qeyd edilməlidir ki, iddiaçının mənəvi zərərin əvəzinin ödən ilməsi məqsədi ilə istinad etdiyi Mülki Məcəllənin 21 və 23-cü maddələrinin tətbiq edilməsi üçün, ilk növbədə iddiaçıya mənəvi zərərin vurulub-vurulmaması müəyyən edilməli və əgər iddiaçıya həqiqətən belə zərər vurulmuşdursa, cavabdehin belə zərərin vurulmasında təqsirinin dərəcəsi müəyyən edilməlidir. Qanunvericiliyin və Konstitusiya Məhkəməsinin formalaşmış mövqeyinə əsasən zərər, eləcə də mənəvi zərər üçün kompensasiyanın tələb edilməsinin əsasında təqsirli şəxsin, yəni cavabdehin təqsiri müəyyən edilməlidir. Hazırki işdə iddiaçının səhhətində yaranan problemlərdə cavabdehin təqsiri müəyyən edilməmişdir. İddiaçının səhhətində yaranan problemlərin aradan qaldırılması üçün qanunvericiliyə əsasən öhdəlik daşımamasına baxmayaraq, cavabdeh "Könüllü tibbi sığorta" çərçivəsində iddiaçının müal icə olunması üçün mümkün səylər göstərmişdir. Lakin iddiaçının səhhətindəki problemlərin (kardioloji xəstəliklər) müalicə olunması "Könüllü tibbi sığorta" müqaviləsində istisnalara aid olduğu üçün iddiaçını "Könüllü tibbi sığorta" müqaviləsi çərçivəsində müalicə etdirmək mümkün olmamışdır. İddiaçının əmək müqaviləsinə xitam verilməsi işəgötürənin təşəbbüsü ilə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə deyil, tərəflərin əmək müqaviləsi bağlayarkən qarşılıqlı şəkildə razılaşdırdıqları, Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən xitam verilmişdir. Beləliklə, sübut olunur ki, iddiaçının səhhətində yaranan problemlərin səbəbkarı cavabdeh deyildir, həmin nasazlıqların müalicə olunması üçün cavabdeh öhdəlik daşımır və əmək müqaviləsinə Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə xitam verilmişdir. Həmçin in bir mühüm halı nəzərə alınmalıdır ki, iddia təmin edilmiş olarsa, kardioloji xəstə olan iddiaçı Xəzər dənizindəki platformada kran operator vəzifəsinə işə bərpa edilməlidir. Bu halda iddiaçının həyatı üçün təhlükəli olan işlə məşğul olması qanuni hesab edilmiş olar. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Belə bir qərarın qəbul edilməsi, Konstitusiyanın qeyd edilən maddəsinin də pozulmasına gətirib çıxarar.
10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X21 “canlı şəxsin məhkəmə-tibbi ekspertizası” ilə bağlı xx.xx.2021-ci il tarixli 363/KEŞ saylı ekspert rəyinə əsasən, İddiaçı adına t ərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, həmçinin aparılmış funksional diaqnostik müayinələrin cavablarına əsasən, onda hal-hazırda “Revmatizm (qeyri-fəal gedişli); Mitral qabağın prolapsı, İİ dərəcə; Mitral çatmamazlıq İİİ dərəcə; hipertoniya İİ dərəcə" kimi xəstəliklərinin olduğu müəyyən edildi. Qeyd olunan xəstəliklər uzun sürən xroniki gedişli xəstəliklərə aiddir və "Revmatizm" xəstəliyi birləşdirici toxumalarının iltihabına səbəb olur və xüsusən ürək qüsurlarına gətirib çıxardan bir patologiyadır. İddiaçı qeyd olunan ürək qüsuru qazanılmış mənşəli olub, əlverişsiz (hipotoniya, rütubət, atmosfer təzyiq dəyişilməsi) şəraitlə bağlı streptokok mənşəli infeksiyasından törənmiş xəstəliklərdən (farengit, tonzilit, angina, pnevmoniya və s.) sonra tədricən inkişaf etmiş və ürək qüsurunun sonuncu mərhələsində özünü birüzə vermişdir. İddiaçı aşkar edilmiş revmatizm xəstəliyi fonundan qazanılmış ürək qüsurlarının inkişafına, yəni ürək qapaq aparatının birləşdirici toxumalarının iltihabına gətirib çıxartmışdır. Ədəbiyyat mənbələrinə istinadən, qazanılmış ürək qüsusrları 80 % revamtik zədələnmələri ilə əlaqədardır. İddiaçı aşkar edilən qazanılmış ürək patalogiyası ilə əlaqədar ona müalicəyə və ixtisaslaşdırılmış tibb müəssisəsində cərrahiyyə əməliyyatının aparılması (mitral qapaq plastikası və ya protezləşdirilməsi) ehtiyacı vardır. Onda qazanılmış ürək patalogiyası kliniki olaraq tənəgənəfəslik, ürək döyünmə, halsızlıq, tez yorulma və ürək çatışmamazlığı əlamətləri ilə özünü büruzə vermişdir. İddiaçı aşkar edilən qazanılmış ürək patalogiyası birbaşa onun səhətinə mənfi təsi ri vardır. Aparılcacaq açıq ürək cərrahiyyə əməliyyatından sonra xəstənin sağlamlıq durumu onun reabilitasiya müddətindən asılıdır.
11. Səbail Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(009)-85/2022 saylı, 06 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia qismən təmin edilmiş, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 01 iyul 2021-ci il tarixli, KS/029/21 saylı əmri ləğv edilmiş, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialında «kran operatoru» vəzifəsinə bərpa olunması və ona məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi iş materi allarına əsasən müəyyən etmişdir ki, Şirkətdə qəbul edilmiş qaydalara əsasən işçinin dənizdə işləməsi üçün sağlamlıq göstəricilərinin yoxlanılması məqsədilə, iddiaçıya “Prime Hospital”da xx.xx.2020-ci il tarixdə tibbi müayinə təyin edilmiş, tibbi müayinənin xx.xx.2020-ci il tarixli rəyinə əsasən iddiaçının səhhətində sol kameraların dilatasiyası, sol mədəciyin konsentrik hipertrofiyası, MVP - mitral qapağın arxa tayının prolapsı, mitral qapağın arxa tayının xorda rupturu (PML, prolapsı, koaptasiya pozulması), ciddi (İİİ0 ) mitral çatışmazlığı aşkar edilmiş və təcili olaraq ürək əməliyyatı tövsiyə edilmişdir. xx.xx.2020-ci il tarixdə könüllü tibb sığortası müqaviləsi üzrə Sığorta Şirkəti iddiaçını müayinədən keçmək üçün Respublika Diaqnostika Mərkəzinə yönəltmiş, keçirilmiş müayinələrin nət icəsində onda mitral çatışmazlıq (+4) aşkar edilərək, təcili əməliyyat təyin edilmiş, xx.xx.2020-ci il tarixdə Respublika Diaqnostika Mərkəzində onun adına xəstəlik vərəqəsi açılmış, sonra isə həmin xəstəlik vərəqəsi əsasında xx.xx.2020-ci il tarixdə Səbail Rayonu 34 saylı Şəhər Poliklinikasında xx.xx.2020-ci il tarixədək xəstəlik vərəqəsi tərtib edilmişdir. İddiaçının xəstəliyi davam etdiyi üçün adına açılmış xəstəlik vərəqəsi xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Akademik C.Abdullayev adına X2 xx.xx.2021-ci il tarixli arayışına əsasən iddiaçıya “Revmatizm, mitral qapağın prolapsı İİ dərəcə, mitral çatmamazlıq İİİ dərəcə, Hipertoniya xəstəliyi İİ dərəcə” diaqnozu qoyulmuşdur.
13. Birinci instansiya məhkəməsi onu da müəyyən etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barə də əmrdə əsas kimi göstərilmiş Akademik C.Abdullayev adına X2 xx.xx.2021-ci il tarixli arayışında səhhəti ilə əlaqədar olaraq iddiaçının müvafiq vəzifədə (peşədə) çalışmasının sağlamlığı üçün təhlükəli olması barədə hər hansı bir rəy bildirilməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli əmək müqaviləsinin 7-ci maddəsinin “d” bəndində əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi işçinin iş qabiliyyətini itirməsi ilə əlaqədar öz vəzifələrini yerinə yetirə bilməməsi (Azərbaycan Respublikası Əmək Məcəlləsi maddə 75) göstərilmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışmasının sağlamlığı üçün təhlükəli olması əsası ilə xitam verilsə də, tərəflər arasında bağlanmış əmək müqaviləsinə bu cür şərt daxil edilməmişdir. Digər tərəfdən, 25 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2020-ci il tarixli Sosial arayışına əsasən iddiaçıya əlillik qrupunun verilməsindən imtina edilmiş, cavabdeh isə iddiaçının əmək qabiliyyətini itirməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
15. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfındən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinin tələbləri pozularaq, səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışmasının sağlamlığı üçün təhlükəli olması barədə səhiyyə müəssisəsinin müvafiq rəyinin olmamasına baxmayaraq, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilməsi açıq-aşkar qanunsuz və əsassız olmuşdur.
16. Mənəvi zərər tələbi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, iddiaçı əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı ona mənəvi ziyan dəyməsinə dair sübutları təqdim etməmişdir.
17. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75, 300-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
18. Cavabdeh apellyasiya şikayəti verərək, iddianını təmin edilən hissəsində qətnamənin ləğv, iddianın həmin hissədə də rədd edilməsi barədə qətanamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti iddiaya etirtazın dəlillərinə uyğun əsaslandırılmaqla şikayətdə birinci instansiya məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının pozulması, sübutlara düzgün hüquqi qiymət verilməməsi, gəlinən nəticənin işin hallarına uyğun olmamasına istinad edilmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2568/2022 saylı 13 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova, Rafael Eyvazov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-85/2022 saylı, 06 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 01 iyul 2021-ci il tarixli, KS/029/21 saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filial ında “kran operatoru” vəzifəsinə bərpa olunması və ona məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialından ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilmiş, iddia tələbləri həmin hissədə təmin olunmamışdır.
21. Apellyasiya instansiyası məhkəməsi kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının əmək müvaviləsinə xitam verilməsinə əsas olmuş Akademik C.Abdullayev adına X4 17 mart 2021-ci il tarixli arayışında səhhəti ilə əlaqədar olaraq iddiaçının müvafiq vəzifədə (peşədə) çalışmasının sağlamlığı üçün təhlükəli olması barədə hər hansı bir rəy bildirilməsə də, həmin arayışda iddiaçıya diaqnoz olaraq “Revmatizm, mitral qapağın prolapsı İİ d ərəcə, mitral çatmamazlıq İİİ dərəcə, Hipertoniya xəstəliyi İİ dərəcə” qoyulmuşdur. İş materiallarında olan “Prime Hospital” tərəfindən xx.xx.2020-ci il tarixdə verilən tibbi rəyə əsasən iddiaçının səhhətində sol kameraların dilatasiyası, sol mədəciyin konsentrik hipertrofiyası, MVP mitral qapağın arxa tayının prolapsı, mitral qapağın arxa tayının xorda rupturu (PML, prolapsı, koaptasiya pozulması), ciddi (İİİ0) mitral çatışmamazlığı aşkar edilmiş və təcili olaraq ürək əməliyyatı tövsiyə edilmişdir. O, kran operatonu vəzifəsinə uyğun hesab olunmamışdır. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xəstəlik vərəqəsi əsasında işə çıxmamışdır.
22. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə “Prime Hospital” tərəfindən xx.xx.2020-ci il tarixdə verilən tibbi rəydə qoyul muş diaqnozla Akademik C.Abdullayev adına X4 17 mart 2021-ci il tarixli arayışında qeyd olunmuş diaqnoz təsdiqlənmişdir. “Prime Hospital” tərəfindən verilmiş rəydə iddiaçının kran operatoru vəzifəsinə uyğunsuzluq təsdiq olunduğundan, sonuncu rəydə də bu qeyd olunmasa belə, eyni diaqnoz qoyulduğu üçün, iddiaçının eyni qaydada kran operatoru vəzifəsinə uyğunsuzluğu təsdiqlənmiş olur. Həmçinin iddiaç cavabdehə yazdığı xx.xx.2021-ci il tarixli elektron məktubunda qeyd etmişdir ki, “...bir il əvvəl məndə aşkar olunmuş xəstəlik hazırda ağırlaşaraq daha ciddi formaya çevrilmişdir...Həmçinin vəziyyətim ağır olduğundan hər hansı müayinədən keçmək mənim üçün çox çətindir...” Elektron məktubların məzmunundan da göründüyü kimi iddiaçı özü səhhətinin ağır olduğunun etiraf etmiş və müayinələrdən keçməyi rədd etmişdir. Bundan əlavə, iş materiallarında olan “MəhkəməTibbi Ekspertiza və PatolojiAnatomiya Birliyi” X21 verdiyi xx.xx.2021-ci il tarixli 363/KEŞ nömrəli ekspert rəyində də iddiaçının “Revmatizm (qeyri fəal gedişli); Mitral qapağın prolapsi, İݰ; Mtral catmamazlığı İİݰ, hipertoniya İİ dərəcə” kimi xəstəliklərinin olduğu müəyyən edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə Akademik C.Abdullayev adına X2 17 mart 2021-ci il tarixli arayışında səhhəti ilə əlaqədar olaraq iddiaçının müvafiq vəzifədə (peşədə) çalışmasının sağlamlığı üçün təhlükəli olması barədə hər hansı bir rəy bildirilməsə də, həmin arayışda göstərilən diaqnoz “Prime Hospital” tərəfindən xx.xx.2020ci il tarixdə verilən tibbi rəydə olan diaqnozu təsdiqlədiyindən və ilk rəydə iddiaçının kran op eratoru vəzifəsinə uyğunsuzluq təsdiq olunduğundan, həmçinin iddiaçı cavabdehə yazdığı elektron məktublarında səhhətinin ağır olduğunu bildirdiyindən, işəgötürən olaraq cavabdeh, Akademik C.Abdullayev adına X4 17 mart 2021-ci il tarixli arayışını və iddiaçının elektron məktubunu əsas götürərək onunla bağlmış əmək müqaviləsinə Əmək məcəlləsinin 75-ci maddəsinin ikinci hissəsinin “b” bəndi ilə xitam verməkdə haqlı olmuşdur.
24. Apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsini 75-ci maddəsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə bağlı bildirmişdir ki, Əmək Məcəlləsinin 75-ci maddəsi “Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi”nə həsr edilmişdir. Tərəflər əmək müqaviləsində, ona xitam verilməsini tənzimləyən qaydalar müəyyən edə bilər. Əm ək Məcəlləsinin qeyd edilən maddəsində “işəgötürən həmin işçinin öz razılığı ilə yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirilməsi üçün tədbirlər görməlidir” tələbi yoxdur. Başqa, sözlə, birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 75-ci maddəsini düzgün şərh etməmiş və qanunvericilikdə nəzərdə tutulmamasına baxmayaraq, işəgötürəndən əlavə tədbirlər görülməli olduğunu qeyd etmişdir.
25. Həmçinin apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddiaçının səhhəti ilə əlaqədar müvafiq vəzifədə (peşədə) çalışmasının onun sağlamlığı üçün təhlükəli olması barədə səhiyyə müəssisəsinin müvafiq rəyinin olmamasına istinad etməsini əsasız sayaraq göstərmişdir ki, iddiaçının işdən azad edilməsi üçün iki müxtəlif tibb müəssisəsindən tibbi rəy alınmışdır. Birinci tibb rəyində işç inin xəstəliyi göstərilərək həmin xəstəliyi səbəbi ilə işçinin kran operatoru vəzifəsində işləməsi qadağan edilmiş, ikinci tibb rəyində isə iddiaçının həmin xəstəliyinin hələ də mövcud olması təsdiq edilmişdir.
26. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin iddia tələbi üzrə gəldiyi nəticə əsaslı olmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, işin hallarına əsasən iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xəstəlik vərəqəsi əsasında işə çıxmamış, bundan sonra da iddiaçıdan işə çıxması tələb olunsa da, iddiaçı səhhətində olan problemlərə görə işə çıxmamış, tələb olunan müayinədən keçməmiş, hətta özü belə işə uyğunluqla bağlı tibb müəssisəsinin müvafiq rəyini işə götürənə təqdim etməmişdir. Ona görə də iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin ikinci hissəsinin “b” bəndi ilə (səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışmasının sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə) görə xitam verilmişdir.
27. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Əmək Məcəlləsinin 75-ci maddəsinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
28. Qətnamədən iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, tibbi rəylərin arasında heç bir əlaqə və yaxud sonuncu rəydə “Prime Hospital” tərəfindən verilmiş rəyə hər hansı keçid yoxdur. Hər iki rəy müstəqil rəy olmaqla bir-birini nə təkzib, nə də təsdiq edə bilməz. Hətta “Prime Hospital” tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş sənəd tibb rəyi deyil, işçinin Platformaya növbəyə buraxılması üçün sertifikatdır. xx.xx.2021-ci il tarixli N-KS/029/21 saylı Əmrın ləğv edilməsinin əsası da məhz Akademik C.Abdullayev adına X5 17 mart 2021-ci il tarixli rəyi olmuşdur, hansındaki, işçinin müvafiq vəzifədə işləyə bilməməsi ilə bağlı hər hansı bir qeyd yoxdur. Hətta apellyasiya şikayətində cavabdeh iddia edir ki, “işçinin yüngül işdə işləməsinin onun səhhəti üçün təhlükəli olmaması tibbi rəydə əks olunmalıdır. Həm də bu yüngül işin nədən ibarət olması tibbi rəydə qeyd edilməlidir. İddiaçıya təqdim edilən tibbi rəylərin heç birində belə bir rə y öz əksini tapmamış, cavabdehə belə bir rəy təqdim edilməmişdir”. Göründüyü kimi, cavabdeh özü də təsdiq edir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin əsası olmuş Kardioloqiya İnstititunun xx.xx.2021-ci il tarixli rəyində iddiaçının öz vəzifəsində və ya yüngül işdə işləməsinin onun səhhəti üçün təhlükəli olub-olmaması qeyd edilməmişdir. Bununla da cavabdeh əmrin əsasssız olduğunu təsdiq edir.
30. İşçilərin əlilliklə, səhhəti ilə bağlı rəyləri yalnız müvafiq dövlət qurumu verə bilər (sosial ekspertiza komissiyaları). Məhkəmənin bu nəticəsi yalnız işə baxan hakimlərin öz subyektiv fikir və fərziyyələrinə söykənir. Bundan əlavə, birbaşa səlahiyyətli tibb müəssisəsi olan 34 saylı Şəhər Poliklinikası tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli son xəstəlik vərəqəsində işçinin i şə çıxma vaxtı qeyri-şərtsiz müəyyən edilmişdir. Göründüyü kimi, səlahiyyətli tibb müəssisəsi işçinin işə yararlı olduğunu təsdiq etmişdir. Hazırki halda iddiaçının işə çıxmasına hər hansı bir əks göstəriş olsaydı, xəsətəlik vərəqəsində həmin qeyd öz əksini tapardı. Həmçinin əmək müqaviləsinə qeyd edilən əsasla xitam verilməsinin əsas şərti müvafiq prosedura riayət etməklə tibb müəssisəsinin rəyin olmasıdır. İddiaçı 21 mart 2021-ci il tarixdən işə çıxma tarixinədək cavabdehin təşəbbüsu ilə təşkil edilmiş hər hansı bir müayinədən keçməmişdir. Hətta işçi icbarı tibb müayinədən keçərkən tibb müəssisəsi işçinin həmin vəzifədə çalışmasının sağlamlığı üçün təhlükəli olduğu barədə rəy verərsə, işəgötürən həmin işçinin öz razılığı ilə yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirilməsi üçün tədbi rlər görməlidir. Əgər işçi işəgötürən tərəfindən təklif olunan işə keçməkdən imtina edərsə və ya işəgötürənin belə imkanları olmadıqda, həmin işçi ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilə bilər. Bir şərtlə ki, əmək müqaviləsi bağlanarkən tərəflər AR Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “b” bəndində nəzərdə tutulmuş əsası əmək müqaviləsinə daxil etmiş olsunlar. Lakin tərəflər arasında xx.xx.2012-ci ildə bağlanmış əmək müqaviləsinin 7.d) bəndinə əsasən, işçinin iş qabiliyyətini itirilməsi ilə əlaqədar öz vəzifələrinin yerinə yetirə bilməməsi halı nəzərdə tutulmuşdur. İşəgötürən əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “b” bəndində göstərilmiş əsasla xitam versə də, tərəflər arasında bağlanmış əmək müqaviləsinə bu cür şərt daxil edilməmişdir. Bundan əlavə, iddiaçının əmək qabiliyyətinin itirilməsi tam deyil, müvəqqəti xarakter daşıyır. Tərtib edilmiş sosial arayışdan da görünür ki, xx.xx.2020-ci il tarixdə 25№-li TSEK tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Həmin arayış cavabdehə təqdim edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi əsas yazılı sübut kimi “Prime Hospital”ın xx.xx.2020-ci il tarixli sertifikatına istinad etmişdir. Halbuki həmin sənədin nə əsli, nə lazımı qaydada təsdiq edilmiş surəti təqdim edilməmişdir. Xarici dildə tərtib edilmiş sənədin kseroks surəti qərarın əsas sübutu kimi çıxış edə bilməz. Bununla da, apellyasiya instansiyası məhkəməsi MPM-nin 89-cü maddəsinin tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi işin əsas mahiyyəti olan xx.xx.2021-ci il tarixli N-KS/029/21saylı əmrın əsası olmuş Akademik C.Abdullayev adına X3 xx.xx.2021-ci il tarixli rəyini kənara qoyaraq, öz qərarını işə heç bir aidiyyəti olmayan “Prime Hospital”ın verdiyi sertifikatla əsaslandırmışdır.
32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-4323/2022 nömrəli, 10 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), X18, X14) İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)2568/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına qaytarılmışdır.
33. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır k i, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi “Prime Hospital” tərəfindən xx.xx.2020-ci il tarixdə verilən ingilis dilində olan sənədin əsli iş materiallarında yoxdur, həmin sənəd kserosurətdir. Qanunvericiliyin tələbinə əsasən sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir və işin halları da məhz bu qaydaya uyğun şəkildə təqdim edilmiş sübutların qiymətləndirilməsi ilə müəyyən edilir. Əks halda, yəni sənədin əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim edilməməsi həmin sənədin sübut kimi qəbul edilməsini istisna edir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi “Prime Hospital” tərəfindən xx.xx.2020-ci il tarixdə verilən sənədin kserosurətini sübut kimi qəbul edərək, iş üçün əhəmiyyətli olan halı həmin sübutla müəyyən etmişdir. B undan əlavə, istinad edilən sənədin Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissənin “b” bəndində nəzərdə tutulan müvafiq rəy kimi nə dərəcədə əsaslı olması da müəyyən edilməyib. Halbuki iddiaçı bir dəlil kimi də məhz ona istinad edib ki, “Prime Hospital” tərəfindən xx.xx.2020-ci il tarixdə verilən sənəd onun müvafiq vəzifəyə uyğunsuzluğu ilə bağlı Sertifikatdır və bu səbəbdən rəy hesab edilə bilməz.
34. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissənin “b” bəndi ilə xitam verilsə də, cavabdehin iddiaçını səhhətinə görə daha yüngül işlə təmin edib-edə bilməməsi imkanının olması, bununla bağlı cavabdehin hər hansı cəhd etməsinə apellyasiya instansiyası məhkəməsi aydınlıq gətirməyib. Belə ki, Əmək Məcəlləsinin 231-ci maddəsinə görə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur. Əmək Məcəlləsinin 231-ci maddəsi işəgötürənin üzərinə işləməyə ehtiyacı olan işçiləri onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirmək vəzifəsi qoymuşdur. Cavabdeh Əmək Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulan halla bağlı iddiaya etirazını belə əsaslandırmışdır ki, qeyd edilən maddəyə əsasən işçinin daha yüngül işə keçirilməsinə ehtiyacının olub-olmaması tibbi rəy əsasında müəyyən edilir. Başqa sözlərlə işçinin daha yüngül işə keçirilməklə yanaşı, məhz hansı peşədə işləməsinin işçinin səhhəti üçün təhlükəli olmaması həmin tibbi rəydə qeyd edilməlidir. İddiaçı tərəfin dən yüngül işə keçirilməsinin zəruriliyi və məhz hansı işə keçirilməsinin tövsiyə edilməsi barədə həkim rəyi cavabdehə təqdim edilməmişdir. Beləliklə, cavabdehin iddiaçını yüngül işə keçirmək öhdəliyi olmamışdır. Göründüyü kimi, cavabdeh bir tərəfdən iddiaçının daha yüngül işlə təmin edilməsini tibbi rəyin olmaması ilə izah etmiş, digər tərəfdən iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissənin “b” bəndində nəzərdə tutulan əsasla xitam verərkən tibbi rəyin (iddiaçının rəy kimi qəbul etmədiyi sənədin) olmasını göstərməklə ziddiyyətli mövqe nümayiş etdirmiş, apellyasiya instansiyası məhkəməsi isə bu ziddiyyəti aydınlaşdrımamışdır.
35. Məhkəmə kollegiyası öz mövqeyini Əmək Məcəlləsinin 75, 231, 300(1)-cü, MPMin 14.2, 77.1, 89.3, 217.1, 416, 417.1.1, 417.1.3, 418.1, 418.3-cü maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
36. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-665/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: X15 (sədrlik edən və məruzəçi), X16 və X17) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, 2(009)-85/2022 saylı qətnaməsi mübahisələndirilən - Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 01 iyul 2021-ci il tarixli, KS/029/21 saylı əmri ləğv edilməsi, iddiaçının Filialda «kran operatoru» vəzifəsinə bərpa olunması və ona məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi hissəsində dəyişdirilmədən sax lanılmışdır.
37. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir, məhkəmə qətnaməsi qanuni və əsaslı olmuşdur. Belə ki, şin müəyyən edilmiş hallarından görünür ki, Şirkətdə qəbul edilmiş qaydalara əsasən işçinin dənizdə işləməsi üçün sağlamlıq göstəricilərinin yoxlanılması məqsədilə, iddiaçıya Prime Hospitalda xx.xx.2020-ci il tarixdə tibbi müayinə təyin edilmiş, tibbi müayinənin xx.xx.2020-ci il tarixli rəyinə əsasən iddiaçının səhhətində sol kameraların dilatasiyası, sol mədəciyin konsentrik hipertrofiyası, MVP - mitral qapağın arxa tayının prolapsı, mitral qapağın arxa tayının xorda rup turu (PML, prolapsı, koaptasiya pozulması), ciddi (İİİ0 ) mitral çatışmamazlığı aşkar edilmiş və təcili olaraq ürək əməliyyatı tövsiyə edilmişdir. xx.xx.2020-ci il tarixdə könüllü tibb sığortası müqaviləsi üzrə Sığorta Şirkəti iddiaçını müayinədən keçmək üçün Respublika Diaqnostika Mərkəzinə yönəltmiş, keçirilmiş müayinələrin nəticəsində onda mitral çatışmazlıq (+4) aşkar edilərək, təcili əməliyyat təyin edilmiş, xx.xx.2020-ci il tarixdə Respublika Diaqnostika Mərkəzində onun adına xəstəlik vərəqəsi açılmış, sonra isə həmin xəstəlik vərəqəsi əsasında xx.xx.2020-ci il tarixdə Səbail Rayonu 34 saylı Şəhər Poliklinikasında xx.xx.2020-ci il tarixədək xəstəlik vərəqəsi tərtib edilmişdir. İddiaçının xəstəliyi davam etdiyi üçün adına açılmış xəstəlik vərəqəsi xx.xx.2021-ci il tarixədək uzadılmışd ır. Akademik C.Abdullayev adına X2xx.xx.2021-ci il tarixli arayışına əsasən ona “Revmatizm, mitral qapağın prolapsı İİ dərəcə, mitral çatmamazlıq İİİ dərəcə, Hipertoniya xəstəliyi İİ dərəcə” diaqnozu qoyulmuşdur. Akademik C.Abdullayev adına Elmi X7 xx.xx.2021-ci il tarixli arayışında iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə əsas kimi göstərilmiş səhhəti ilə əlaqədar olaraq iddiaçının müvafiq vəzifədə (peşədə) çalışmasının sağlamlığı üçün təhlükəli olması barədə hər hansı bir rəy bildirilməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli əmək müqaviləsinin 7-ci maddəsinin “d” bəndində əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi işçinin iş qabiliyyətini itirməsi ilə əlaqədar öz vəzifələrini yerinə yetirə bilməməsi (Azərbaycan Respublikası Əmək Mə cəlləsi maddə 75) göstərilmişdir. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışmasının sağlamlığı üçün təhlükəli olması əsası ilə xitam verilsə də, tərəflər arasında bağlanmış əmək müqaviləsinə bu cür şərt daxil edilməmişdir. İş materiallarında olan Milli Prime Xəstəxanasının tibbi yararlılıq haqqında arayışda İddiaçı müayinədən keçdiyi və yararlı olması qeyd edilmişdir. İş materiallarında olan 25 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2020-ci il tarixli Sosial arayışından görünür ki, İddiaçı əlillik qrupunun verilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən iddiaçının əmək qabiliyyətinin itirilməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi iddiaçı ilə bağlanmış əmə k müqaviləsinə qanunauyğun surətdə xitam verilməmişdir.
38. Məhkəmə kollegiyası öz mövqeyini Əmək Məcəlləsinin 75, 300(1)-cü, MPM-in 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
39. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilmasini xahiş etmişdir.
40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının 08 iyun 2020-ci il tarixli tibbi müayinədən keçərkən aldığı tibbi rəydə iddiaçıda “Mitral çatışmazlıq İV dərəcə. Tibbi əməliyyatla müalicə olunmalıdır” diaqnozu qoyulmuş və bu səbəbdən işə buraxılmasına icazə verilməmişdir. İşçi nin səhhətində müəyyən edilən bu xəstəliyin müalicə olunması üçün vaxt verilmiş, lakin iddiaçı həmin xəstəlikdən müalicə olunmamış və məhkəmə iclasında da həmin xəstəlikdən sağalmadığını etiraf etmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş, Akademik C. Abdullayev adına Elmi X7 17 mart 2021-ci il tarixli rəyində də iddiaçıda eyni diaqnozlar müəyyən edilmişdir. Demək ki, iddiaçıda müəyyən edilmiş və onun kran operatoru kimi işləməsi uyğun görülməyən tibbi rəy Akademik C. Abdullayev adına X13 İnstitutu tərəfindən təsdiq edilmişdir. Belə olan halda işçinin işdən çıxarılması üçün hər iki tibbi rəy əsas götürülə bilər. İşəgötürən sonuncu tibbi rəyi əsas götürməklə heç bir qanun pozuntusu etməmiş, əksinə daha məntiqli olan məhz sonuncu tibbi rəyi götürməkdir. Belə ki, iddi açının işə buraxılmasını istisna edən xəstəliklər 2021-ci ildə verilən rəydə də öz təsdiqini tapmışdır. Bundan əlavə nəzərə almaq lazımdır ki, iddiaçının bu xəstəliklə işə buraxılması nəinki özünün, hətta digər işçilərin də həyat və sağlamlığı üçün təhlükəlidir.
41. Həmçinin qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi qətnamənin əsaslandırıcı hissəsini birinci instansiya məhkəməsinin qətnaməsindən köçürmüş, hətta dəyişiklik belə edərək öz adından yazmağa özünə əziyyət verməmişdir. Belə ki, hazırda mübahisələndirilən qətnamənin 28-ci bəndi “Apellyasiya instansiyası məhkəməsinin mövqeyi” bölməsinə aid olmasına baxmayaraq qətnamədə “Birinci instansiya məhkəməsi hesab edir ki”, yazmaqla Apellyasiya instansiyasının mövqeyini deyil, Birinci instansiya məhkəməsinin mövqeyini köçürmüşdür.
42. B undan əlavə göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi iddiaçı və cavabdeh arasında mövcud olmuş əmək müqaviləsində Əmək Məcəlləsinin 75-ci maddəsində qeyd edilən hala bilavasitə istinad edildiyini gördüyü halda, qətnamənin 31-ci bəndində “Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışmasının sağlamlığı üçün təhlükəli olması əsası ilə xitam verilsə də, tərəflər arasında bağlanmış əmək müqaviləsinə bu cür şərt daxil edilməmişdir” yazmaqla açıqaşkar qanunsuz qətnamə qəbul etmişdir. Həqiqətdə isə əmək müqaviləsinin 4-cü səhifəsində, 7-ci maddədə Əmək Məcəlləsinin 75-ci maddəsinə istinad etməklə işçinin səhhəti ilə bağlı əmək müqaviləsinə xitam verilməsi şərti nəzərdə tutulmuşdur. Apellyasiya məhkəməsi bu şərtə əmək müqaviləsində istinad edilməsinə düzgün mövqe bildirməyərək Konstitusiyanın 127-ci maddəsini və cavabdehin ədalətli məhkəmə araşdırması hüququnu kobud şəkildə pozmuşdur.
43. Ən nəhayət Bakı Apellyasiya Məhkəməsində məhkəmə iclasında sədrlik edən hakim Emin Mehdiyevin “Sizin xəstəliyiniz sağalıbmı?” sualına cavab verərkən İddiaçı demişdir ki, “Xeyr sağalmayıb. Amma mən özümü yaxşı hiss edirəm və işləyə bilərəm”. Qətnamənin 8-ci səhifəsində, 33-cü bənddə apellyasiya instansiya məhkəməsi göstərmişdir ki, “Cavabdeh tərəfindən iddiaçının əmək qabiliyyətinin itirilməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir”. Halbuki, Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən işçinin işdən azad edilməsi ilə bağlı əmək qabiliyyətinin itirməsini sübut edən hər hansı əsas gətirilməsi tələb edi lmir. Belə ki, Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci bəndinin “c” yarımbəndinin tələblərinə əsasən “qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə” əmək müqaviləsinə xitam verilə bilər. Göründüyü kimi əgər iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsi ilə xitam verilmiş olsaydı, işəgötürəndən, yəni cavabdehdən iddiaçının əmək qabiliyyətinin itirməsini sübut edən sənəd tələb etmək olardı. Hazırki mülki işdə isə əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsi ilə deyil, 75-ci maddəsi ilə xitam verilib.
44. Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmiş 9 səhifəlik apelyasiya şikayətində qeyd edilən arqumentlərə cənab Emin Mehdiyevin s ədrliyi ilə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qəbul etdiyi qətnamənin sadəcə 9 və 10-cu bəndlərində iki cümlə ilə münasibət bildirmiş və cavabdehin apelyasiya instansiyasıməhkəməsində qeyd edilən arqumentlərinə qarşı hər hansımünasibət bildirməmişdir. Həmin arqumentlərin nəzərə alınmamasını heç cürə əsaslandırmamışdır. Cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş sübutlar, o cümlədən cavabdehin bütün əməkdaşlarını ixtisar etməsi və cavabdehin artıq fəaliyyət göstərməməsi ilə bağlı X12 elektron qaydada aldığı arayışa (həmin arayışa əsasən sadəcə cavabdehdə cəmi 3 nəfər işçi qalmışdır. Onlardan biri filialın rəhbəri, ikincisi müvəqqəti əmək qabiliyyətini itirdiyi üçün, üçüncüsü isə analıq məzuniyyətində olduğu üçün Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinə əsasən əmək müqavilələrinə xitam vermək mümkün deyil) heç əhəmiyyət verməmiş və nəzərə almamışdır. Mülki iş materiallarında olan sübutlar nəzərə alınmamış, Əmək Məcəlləsində olmayan tələblərin cavabdeh tərəfindən yerinə yetirilmədiyini bildirmişdir.
45. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4323/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının 49-cu bəndində “istinad edilən sənədin Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci bəndinin “b” bəndində nəzərdə tutulan müvafiq rəy kimi nə dərəcədə əsaslı olması da müəyyən edilməyib. Halbuki iddiaçı bir dəlil kimi də məhz ona istinad edib ki, “Prime Hospital” tərəfindən xx.xx.2020-ci il tarixdə verilən sənəd onun müvafiq vəzifəyə uyğunsuzluğu ilə bağlı sertifikatdır və bu səbəbdən rəy hesab edilə bilməz”. Bakı Apellyasiya məhkəməsi Ali Məhkəmənin b u göstərişini yerinə yetirməmiş və Ali Məhkəmənin qərarında göstərilən “Prime Hospital” tərəfindən verilən sənədin rəy kimi qiymətləndirilib-qiymətləndirilə bilməməsinə münasibət bildirməmişdir. Ali Məhkəmənin bu göstərişi ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində və ya hər hansı digər normativ hüquqi aktında “tibbi rəy” sənədinin formasına aid tələblər mövcud deyil. Azərbaycan dilinin izahlı lüğətində “rəy” sözünün mənası – bir şey haqqında fikir, mülahizə, söz kimi verilmişdir. Məhkəmə ekspertizası fəaliyyəti haqqında qanunun 1ci maddəsində “ekspert rəyi” sözünün anlayışı“ məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir” formasında ifadə edilmişdir. Görüldüyü kimi tibbi rəy həkimin pasiyentin səhhəti haqqında fikri onun rəyi hesab edilir. Rəyin ifadə edildiyi sənəd müxtəlif cür adlandırıla bilər. Bu sənədin adlandırılmasından asılı olmayaraq pasiyentin səhhəti barədə həkimin gəldiyi nəticə, fikir, tibbi rəy hesab edilməlidir. İddiaçının həkimin iddiaçı haqqındakı fikrinə sertifikat adı verməsi və həmin sertifikatın rəy hesab edilməməsi barədə yanaşması formal xarakter daşıyır. Belə ki, “sertifikat” sözü Fransız dilində “təsdiq etmək” mənasını verən “certificat” sözündən bu söz isə Orta əsrlər Latın dilindən “certificatum” sözündən götürülüb və “təsdiq edilmiş” deməkdir. Beləliklə sübut edilir ki, “Prime Hospital” tərəfindən verilən sertifikat adlanan sənəd əslində həkimin iddiaçının səhhətinin onun kran operatoru kimi fəaliyyətini tibbi cəhətdə n uyğun görməməsi barədə fikri - tibbi rəyidir. Bundan əlavə, Ali Məhkəmənin qərarının 50-ci bəndində qeyd edilmişdir ki “iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci bəndinin “b” bəndi ilə xitam verilsə də, cavabdehin iddiaçının səhhətinə görə daha yüngül işlə təmin edib-edə bilməməsi imkanın olması, bununla bağlı cavabdehin hər hansı cəhd etməsinə apelyasiya instansiyasıməhkəməsi aydınlıq gətirməyib”. Göründüyü kimi Emin Mehdiyevin sədrliyi ilə baxılan mülki işdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin bu göstərişinə də məhəl qoymamış və bu məsələyə aydınlıq gətirməmişdir. Ali Məhkəmənin bu məsələ ilə bağlı göstərişinə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsi “Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi” adlanır və bu maddədə əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən işçiyə başqa iş təklif etmək öhdəliyi nəzərdə tutulmamışdır. İşəgötürən Əmək Məcəlləsinin 75-ci maddəsi ilə əmək müqaviləsinə xitam verərkən işçiyə hər hansı yüngül iş təklif etmək öhdəliyi daşımır. Azərbaycan Respublikasının Ali Məhkəməsi qeyd edilən qərarında Əmək Məcəlləsinin 231-ci maddəsinə istinad edir və göstərir ki, Əmək Məcəlləsinin 231-ci maddəsinin tələblərinə əsasən: “Səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur”. Ali Məhkəmənin qərarının 53-cü bəndində iddiaçının səhhətində olan problemlərlə bağlı tibbi rəyin olma sı və iddiaçının daha yüngül işə keçirilməsi ilə bağlı rəyin olmaması barədə mövqeyinin ziddiyyətli olması ilə bağlı fikri ilə razılaşa bilmərik. Bəli, həqiqətən də cavabdeh olaraq bu gün də həmin mövqeyin qanuni və həqiqəti əks etdirdiyinin tərəfdarıyıq. Belə ki, iddiaçının səhhətinin onun kran operatoru kimi işləməsinə zidd olması barədə tibbi rəy, iddiaçının digər peşədə işləməsinə müsbət rəy kimi qiymətləndirilə bilməz. İddiaçının daha yüngül işdə işləyə bilməsinin onun səhhətinə zərər verməyəcəyi barədə tibbi rəy olmalıdır. Belə rəy isə işdə mövcud deyil. Bu səbəbdən cavabdeh iddiaçını Əmək Məcəlləsinin 231-ci maddəsinə əsasən daha yüngül işlə təmin etmək iqtidarında olmamışdır.
46. Apellyasiya instansiya məhkəməsi işə formal yanaşıb və sübutlara, dəlillərə düzgün qiymət verməmişdir. Belə ki, qətnamənin 7-ci səhifəsində 28-ci bənddə göstərilmişdir ki, “Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfındən Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinin tələbləri pozularaq, səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışmasının sağlamlığı üçün təhlükəli olması barədə səhiyyə müəssisəsinin müvafiq rəyinin olmamasına baxmayaraq, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilməsi açıq-aşkar qanunsuz və əsassız olmuşdur”. Nəzərə almaq lazımdır ki, hazırki mülki iş barədə Azərbaycan RespublikasıAli Məhkəməsinin 2(102)4323/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının 47-ci bəndində tibb müəssisəsinin rəyinin kserosurət olduğu üçün qəbul edilməmiş və Apelyasiya instans iyası məhkəməsinə göstəriş verilmişdir ki, həmin sənədin əsli və ya təsdiq edilmiş surəti iş materiallarına əlavə edilməlidir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən “Prime Hospitala” sorğu verilmiş və həmin sənədinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Belə olan halda Bakı Apellyasiya Məhkəməsi “Prime Hospital” tərəfindən verilən tibbi rəyi nəzərə almamasını qəbul etdiyi qətnamədə heç cür əsaslandırmamışdır. Halbuki, işçinin işdən azad edilməsi üçün iki müxtəlif tibb müəssisəsindən tibbi rəy alınmışdır. İddiaçının səhhətində olan problemlər işəgötürən tərəfindən 08 iyun 2020-ci il tarixdə təşkil edilmiş tibb müayinəsi zamanı aşkar edilmişdir. Birinci tibb rəyində işçinin xəstəliyi göstərilərək həmin xəstəliyi səbəbi ilə işçinin kran operatoru vəzifəsində işləməsi qadağan edi lmişdir. İşçinin təqdim etdiyi Akademik C. Abdullayev adında X2 rəyində ilkin müayinə zamanı iddiaçının həmin xəstəliyinin hələ də mövcud olması təsdiq edilmiş, aşkar edilmiş xəstəliklərin sağalmaması açıq şəkildə qeyd edilmişdir. Həmin xəstəliklərlə iddiaçının çalışdığı kran operatoru vəzifəsində işləməyin qeyri-mümkün olması barədə rəyin olduğunu nəzərə alaraq, iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Bununla da, apellyasiya instansiya məhkəməsi qeyd olunan prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
47. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası isə 27 yanvar 2023-ci il tarixli qətnamənisini qəbul edərkən Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini nəzərə almarayaq kassasiya instansiyası məhkəməsinin qeyd edilən göstərişlərinə əməl etməmiş, həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə və ehtimala əsaslanmış, bununla da mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
48. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
49. Maddə 75, hissə
1. Əmək müqaviləsinin tərəfləri əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər.
50. Maddə 75, hissə 2, bənd b. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: b) səhhəti ilə əlaqədar olaraq işçinin mü vafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyinə görə.
51. Maddə 300, hissə
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhk əmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Mülki Prosessual Məcəllə
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə oluna n nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilm əsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
60. Belə ki, iddiaçı ilə əmək müqaviləsi ƏM-nin 75-ci maddəsinin 2-ci hissəsinin “b” bən dinə əsasən ləğv edilmişdir. Həmin normaya görə, tərəflərin qarşılıqlı razılığı ilə səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyinə görə əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutula bilər.
61. Göründüyü kimi işçinin bu əsasla işdən çıxarılması üçün onun müvafiq vəzifədə (peşədə) çalışmasının sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyinə istinad olunmalıdır.
62. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materialları əsasında bu qənaətə gəlmişlər ki, işəgötürən mübahisə olunan əmrində Akademik C.Abdullayev adına X2 xx.xx.2021-ci il tarixli arayışına istinad etmişdir. Həmin arayışında isə iddiaçının səhhəti ilə əlaqədar olaraq müvafiq vəzifədə (peşədə) çalışmasının sağlamlığı üçün təhlükəli olması barədə hər hansı bir rəy bildirilməmişdir. Beləliklə, qanun normasında göstərilən rəyinin olmamasına baxmayaraq, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qanunsuz və əsassız olmuşdur.
63. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
64. Cavabdehin ƏM-nin 75-ci maddəsinin 2-ci hissəinin “b” bəndini pozması barədə məhkəmələrin gəldiyi qənaət əmək müqaviləsinə xitam verilməsi haqqınd a əmrin ləğv edilməsi üçün kifayətedici sayıldığından iddianın qismən təmin edilməsi əsaslı olmuşdur. Ona görə də digər hüquqi məsələlərlə bağlı formal etirazlar, eləcə də işin faktiki halları ilə bağlı dəlillər həmin qətnamənin dəyişdirilməsi və ləğv edilməsi üçün əsas ola bilməz.
65. Məhkəmə tərkibi bildirir ki, kassasiya məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürə bilməz. Kassasiya instansiyası məhkəməsi mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
66. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyind ən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
67. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
68. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-665/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.