Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2756/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər “xxxx” ASC-yə və Cavabdeh2-yə (indiki “xxxx” MMC) qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2756/21 (Açar sözlər: işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı və mənəvi zərər) Bakı şəhəri, 20 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-7687/2020 nömrəli iş üzrə xxx il tarixl i qətnaməsindən İddiaçı və cavabdeh “xxxx” ASC tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri üzrə işə 20 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər “xxxx” ASC-yə və Cavabdeh2-yə (indiki “xxxx” MMC) qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının və vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin onun işdən kənar edilməsi barədə 06.05.2019-cu il tarixli qərarının ləğv edilməsi, “xxxx” ASC-nin onun əmək müqaviləsinin ləğv edilməsi barədə 02.08.2019-cu il tarixli qərarının ləğv edilməsi, onun işlədiyi “Cavabdeh2”-nin (indiki “xxxx” MMC) direktoru vəzifəsinə bərpa edilməsi, Cavabdeh2 (indiki “xxxx” MMC) tərəfindən onun 01.08.2018-ci ildən 02.08.2019-cu ilədək ödənilməmiş əmək haqqının ödənilməsi, cavabdeh “xxxx” ASC tərəfindən 02.08.2019-cu il tarixdən başlayaraq onun işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsi, cavabdehlər “xxxx” ASC-dən və Cavabdeh2-dən (indiki “xxxx” MMC) mənəvi zərərin əvəzi olaraq 10.000 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X3 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq, iş üzrə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələb i onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin 06 noyabr 2017-ci il tarixli 1665 nömrəli Fərmanı ilə “xxxx” ASC yaradılmış, 08.12.2017-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata alınmışdır. “xxxx” ASC-nin 07.03.2018-ci il tarixli qərarı ilə Cavabdeh2 təsis olunmuşdur. Həmin Qərarın 3-cü bəndinə əsasən Cavabdeh2nin cari fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün o, Cavabdeh2yə direktor təyin edilmişdir. Cavabdeh2 09.03.2018-ci il tarixdə Vergilər Nazirliyində qeydiyyata alınmışdır. İddiaçı ilə cavabdeh “xxxx” ASC arasında bağlanmış 09.03.2018-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh2-yə direktor vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı 1.500 manat müəyyən edilmişdir. 24.12.2018-ci ildə əmək müqaviləsinə edilmiş dəyişi kliklə onun əmək haqqının məbləği 1.500 manatdan aşağı salınaraq 375 manat müəyyən edilmişdir. Əmək haqqının məbləği azaldılarkən onun razılığı olmamışdır. Cavabdeh hər hansı bir sənədi və ya sübutu təqdim edə bilməz. Çünki o, bu hala qarşı etiraz etmiş və razı olmadığını cavabdehə bildirmişdir. Əmək Məcəlləsinin 46.6-cı maddəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Cavabdeh2-nin təsisçisi “xxxx” ASC-nin 06.05.2019-cu il tarixli qərarı ilə o, Əmək Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq işdən kənar edilmişdir. Qərarda qeyd edilmişdir ki, Cavabdeh2-nin direktoru İddiaçı işçilərin əmək haqqlarının ödənilməsində qanun pozuntularına yol verdiyi və bununla da Cəmiyyətə ziyan vurduğu üçün iş dən kənar edilir. Həmçinin 01.08.2018-ci il tarixdən o, əmək haqqını ala bilməmişdir. “xxxx” ASC-nin 02.08.2019-cu il tarixli 20 nömrəli qərarı ilə onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsasla ləğv edilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. Onun əmək hüquqları pozulmuşdur. Onun razılığı olmadan əmək haqqının məbləğinin aşağı salınması, həmçinin işdən kənar edilməsi, əmək haqqının uzun müddət ərzində ala bilməməsi və ən sonunda onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsassız və qanunsuz olmuşdur. “xxxx” ASC-nin 06.05.2019-cu il tarixli qərarında onun işdən kənar edilməsinə səbəb kimi onun işçilərin əmək haqqlarının ödənilməsində qanun pozuntularına yol verdiyi və bununla da Cəmiyyətə ziyan vurması göstərilmişdir. B u halla bağlı cavabdeh “xxxx” ASC onun barəsində tədbir görülməsi üçün X4 Xidmətinə müraciət edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi X4 Xidməti 23 saylı region üzrə X2 20.05.2019-cu tarixli MN seriyalı ******* inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1300 manat inzibati cərimə edilmişdir. Bundan sonra “xxxx” ASC vurulmuş ziyanın ödənilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xxx il tarixli 2(007)-2776/2019 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin ona qarşı “cavabdeh İddiaçı vurulmuş zərərə görə 32.651,88 manat pulun iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması” tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədə qeyd edilmişdir ki, “cavabdeh İddiaçı Cavabdeh2-də direktor vəzifəsində çalışmışdır. İddiaçı cavabdeh tərəfindən ona 32.651,88 manat məbləğində ziyanın vurulmasını bildirsə də, bununla əlaqədar hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məlum olduğu kimi, onun işdən kənar edilməsi üçün cavabdeh tərəfindən irəli sürülmüş hal məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmamış və cavabdehin irəli sürdüyü iddia məhkəmə tərəfindən əsaslandırılmaqla rədd edilmişdir. O, X2 20.05.2019-cu tarixli MN seriyalı ******* inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Bakı Şəhəri Nizami rayon Məhkəməsinin xxx il tarixli 3(007)-322/2020 nömrəli qərarı ilə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1300 manat məb ləğində cərimə olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi X4 Xidməti 23 saylı region üzrə X2 20.05.2019-cu tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bu faktlar cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin qanunsuz və əsassız olmasını təsdiq edir. Onun tərəfindən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və ya onun tərəfindən iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətaya yol verməsi faktı heç bir halda təsdiqlənmir və bu faktların inkarı ilə bağlı həm mülki iş üzrə, həm də inzibati xəta haqqında iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları vardır. Əmək Məcəlləsinin 62.2, 62.5-ci mad dəsinə əsasən onun işdən kənar edilməsi ilə bağlı cavabdehin qəbul etdiyi qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. O, əmək müqaviləsi üzrə müəyyənləşdirilmiş əmək funksiyasını yerinə yetirməsinə görə almalı olduğu əmək haqqını 01.08.2018-ci il tarixdən əmək müqaviləsi qanunsuz ləğv edildiyi tarixə qədər ala bilməmişdir. Eyni zamanda cavabdehlərin hərəkətləri nəticəsində, yəni onların qanunsuz və əsassız olaraq onun əmək haqqının məbləğini aşağı salması, iddiaçını işdən kənarlaşdırması, ona uzun müddət əmək haqqını ödəməməsi və ən əsası onunla bağlanmış əmək müqaviləsinə xitam verməsi nəticəsində onun mənəvi sarsıntı və iztirab keçirməsini nəzərə alaraq, mənəvi zərərin ödənilməsini də tələb etmişdir. “xxxx” ASCnin işdən kənar edilmə barədə 06.05.2019-cu il tarixli qərarı və hə mçinin əmək müqaviləsinin ləğv edilməsi barədə “xxxx” ASC-nin 02 avqust 2019-cu il tarixli qərarı, eyni zamanda ona məxsus əmək kitabçası, ona verilməli olan haqq-hesab sənədi bu vaxta qədər ona rəsmi qaydada təqdim edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xxxil tarixli, 2(004)-3548/2020 saylı qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddianın rədd edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, müddət ötürüldüyünə görə iddia rədd edilməlidir. Belə ki, “xxxx” ASC-nin işdən kənar edilmə barədə 06.05.2019-cu il tarixli qərarı və həmçinin əmək müqaviləsinin ləğv edilməsi barədə “xxxx” ASC-nin 02 avqust 2019-cu il tarixli qərarı, eyni zamanda iddiaçıya məxsus əmək kitabçası, iddiaçıya verilməli olan haqq-hesab sənədi bu vaxta qədər iddiaçıya rəsmi qaydada təqdim edilmədiyini qeyd etsə də, məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulmuş fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməmiş, müddəti ötürmüş, 02.07.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqinə dair məhkəməyə ərizə vermişdir. İddiaçı 06.05.2019-cu il tarixdən işdən kənarlaşdırıldığı vaxtdan onun barəsində araşdırma aparılmasından məlumatlı idi. Belə ki, iddiaçı direktor kimi həmin vaxt Cavabdeh2-yə məxsus möhür, ştampı təhvil vermişdir. “xxxx” ASC-nin 06.05.2019-cu il tarixli qərarının və 02.08.2019-cu il tarixli 20 nömrəli qərarının mövcud olmasından İddiaçı vaxtında məlumatı olmuşdur. Bu hal, iddiaçının özünün məhkəməyə təqdim etdiyi hazırkı iş üzrə iddia ərizəsinə surətlərini əlavə etdiyi sənədlərlə, yəni - “xxxx” ASC-nin 06.05.2019-cu il tarixli qərarı və 02.08.2019-cu il tarixli 20 nömrəli qərarı, həmçinin Bakı şəhəri Nizami rayon Məhkəməsinin xxx il tarixli 2(007)-2776/2019 nömrəli qətnaməsi və Bakı şəhəri Nizami rayon Məhkəməsinin xxx il tarixli 3(007)-322/2020 nömrəli qərarı ilə sübuta yetirilir. İddiaçı ən geci Bakı şəhəri Nizami rayon Məhkəməsinin icraatında olan 2(007)-2776/2019 nömrəli mülki işə baxılarkən məhkəmə iclasında və həmin iş üzrə qəbul edilmiş 30.10.2019-cu il tarixli qətnaməsini əldə etdiyi vaxtdan, onun işdən azad olunması barədə 02.08.2019-cu il tarixli qərarın mövcud olmasından məlumatlı olm uşdur. Çünki, həmin qətnamədə “xxxx” ASC-nin 02.08.2019-cu il tarixli 20 nömrəli qərarı ilə Cavabdeh2-nin direktoru İddiaçı tutduğu vəzifədən azad edilməsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş bir aylıq müddət ərzində məhkəməyə müraciət etmədiyinə görə iddia təmin edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntılara məruz qalması ilə bağlı halları sübuta yetirə bilməmiş, yəni iddiaçı öz sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2, 375.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələri ilə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarı ilə əsaslandırmışdır. İddiaçı qeyd edilən qətnamədən apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Namiq Cəfərov- sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Emin Mehdiyev) xxx il tarixli, 2(103)-7687/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04.09.2020-ci il tarixli qətnaməsinin qismən-əmək haqqının ödənilməsi barədə tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi, həmin tələbin qismən təmin olunması, 01.08.2018-ci il tarixdən 06.05.2019-cu il tarixədək olan dövr üçün əmək haqqının işəgötürən “xxxx” ASC tərəfindən işçi İddiaçı ödənilməsi, həmin tələbin qalan hissəsinin təmin edilməməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işdən kənarlaşdırma haqqında qərarın ləğv edilməsi barədə tələbin irəli sürülməsi üçün iddia müddəti keçib. Belə ki, həmin qərar 06.05.2019-cu il tarixdə qəbul olunub. Hazırkı işin materiallarından müəyyən olunur ki, işçi ən geci 30.10.2019-cu tarixdə həmin qərardan məlumatlı olub. Bu, aşağıda qeyd olunanlarla təsdiq olunur. İş materialları na başqa mülki iş üzrə qəbul olunmuş məhkəmə qətnaməsi əlavə edilib (iş v. 31). Həmin qətnamə Nizami Rayon Məhkəməsi 2(007)-2776/2019 nömrəli iş üzrə 30.10.2019-ci il tarixdə qəbul edib, iddiaçı bu iş üzrə tərəf olub. Qətnamənin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, işəgötürənin həmin qərarına (işçinin işdən kənar edilməsi barədə qərara) istinad olunub, bu qərarın məzmunu və hüquqi əsası qətnamədə göstərilib. Qətnamənin 30.10.2019-cu il tarixdə qəbul edildiyi nəzərə alınarsa, belə qənaətə gəlmək olur ki, işçi bu qətnamənin təsviriəsaslandırıcı hissəsindən göstərilən qərardan (işçinin işdən kənar edilməsi barədə qərardan) ən geci 30.10.2019-cu il tarixdə məlumatlı olub. Hazırkı iddia ərizəsi isə məhkəməyə 8 ay sonra 02.07.2020-ci il tarixdə verilib. Əmək Məcəlləsinin 296-cı maddəsin in 2-ci hissəsindən görünür ki, bu iddianın irəli sürülməsi üçün iddia müddəti 1 aydır, həmin müddət işçinin öz hüququnun pozulduğunu aşkar etdiyi gündən başlayır. İşəgötürən iddia müddətinin tətbiqi barədə ərizə verib. Əmək mübahisələrində iddia müddətinin keçməsi faktı iddianın rədd edilməsi üçün kifayətdir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində qeyd olunub ki, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Həmin maddədə işlədilən mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi məhkəmənin səlahiyyət ini, “bərpa edərək” ifadəsi isə bu səlahiyyətini yaranmasının əsasını bildirir. Ona görə də məhkəmə əmək mübahisəsinə mahiyyəti üzrə o halda baxa bilər ki, iddia müddətini bərpa etsin. Səlahiyyətin əksi qadağadır, müvafiq olaraq həmin ifadənin əksi, yəni mübahisəyə mahiyyəti üzrə baxa bilməz” ifadəsi o mənanı verir ki, iddia müddəti keçdikdə məhkəmə yalnız bu fakta əsaslanaraq iddianı rədd etməlidir. Beləliklə, birinci instansiya məhkəməsi göstərilən tələbi rədd etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Əmək müqaviləsinin ləğv edilməsi haqqında qərarın ləğv edilməsi barədə tələbin irəli sürülməsi üçün iddia müddəti keçib. Belə ki, həmin qərar 02.08.2019-cu il tarixdə qəbul olunub. Hazırkı işin materiallarından müəyyən olunur ki, işçi ən geci x xx tarixdə bu qərardan məlumatlı olub. Bu, aşağıda qeyd olunanlarla təsdiq olunur. İş materiallarına inzibati xəta haqqında qərardan işçi tərəfindən məhkəməyə verilən şikayət üzrə qəbul edilmiş məhkəmə qərarı əlavə edilib (iş v. 37). Həmin qərarı Nizami Rayon Məhkəməsi 3(007)-322/2020 nömrəli iş üzrə xxx il tarixdə qəbul edib. Qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, işçi məhkəməyə şikayət verərkən işəgötürənin həmin qərarına (əmək müqaviləsinin ləğv edilməsi barədə qərara) istinad edib, bu qərarın məzmununu və hüquqi əsasını şikayətində göstərib. Şikayət üzrə məhkəmə qərarının xxx il tarixdə qəbul edildiyi nəzərə alınarsa, belə qənaətə gəlmək olur ki, işçi həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən göstərilən qərardan (əmək müqaviləsinin ləğv edilməsi barədə qərardan) ən geci xxx il tarixdə məlumatlı olub. Hazırkı iddia ərizəsi isə 4 ay sonra - 02.07.2020-ci il tarixdə verilib, bununla da 1 aylıq iddia müddəti ötürülüb. Yuxarıda göstərilən tələbin (1-ci tələbin) rədd edilməsi üçün məhkəmənin istinad etdiyi hüquqi əsas hazırkı tələbə (2-ci tələbə) də aiddir. Ona görə eyni əsasla bu tələb rədd olunmalıdır. İşə bərpa barədə tələb rədd olunduğuna görə həmin tələbdən asılı olan digər tələb – məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə tələb də rədd olunmalıdır. Beləliklə, birinci instansiya məhkəməsi göstərilən tələbi rədd etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Əmək haqqı barədə isə qeyd edilməlidir ki, 01.08.2018-ci il tarixdən 02.08.2019-cu il tarixədək olan dövr üçün ödənilməmiş əmək haqqının ö dənilməsi barədə tələbə aid hissədə qətnamə ləğv edilməli və tələb qismən təmin olunmalıdır. Belə ki, həmin dövr üçün işçiyə əmək haqqı ödəmək Əmək Məcəlləsinin 12-ci maddəsinə görə işəgötürənin üzərinə düşən vəzifədir. Vəzifənin icra edildiyini sübut etmə yükü vəzifə daşıyan şəxsin üzərinə düşür. Lakin işəgötürən işçiyə əmək haqqı ödədiyini təsdiq edən sübutu məhkəməyə təqdim etməyib. Bu tələbi irəli sürülməsi üçün iddia müddəti keçməyib. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə görə pul tələbi ilə əlaqədar yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Əmək haqqına münasibətdə işçi, hüququnun pozulduğunu 02.08.2019-cu il tarixdə aşkar edib, həmin tarixdən 1 il keçməmiş 02.07.2 020-ci il tarixdə məhkəməyə iddia ərizəsi verib. Hüququn pozulduğunun aşkar ediliyi gün ona görə 02.08.2019-cu il tarixi sayılır ki, əmək müqaviləsi həmin tarixdə ləğv edilib. İşçiyə ödənilməli əmək haqqı isə sonuncu iş günü, yəni 02.08.2019-cu il tarixdə ödənilməli idi. Belə ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsində qeyd olunub: “Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir”. Lakin işəgötürən sonuncu iş günü əmək haqqını verməyib, bununla da işçi həmin tarixdə hüququnun pozulduğunu aşkar edib. Tələb ona görə qismən təmin olunmalıdır ki, Əmək Məcəlləsinin 62-ci maddəsinin 3-cü hissəsində qeyd olunub ki, işdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. İşçi 06.05.2019-cu il tarixli qərarla Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən işdən kənar edilib. Ona görə də əmək haqqı 06.05.2019-cu il tarixədək ödənilməlidir. Mənəvi zərər barədə qeyd edilməlidir ki, mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələb təmin edilə bilməz. Belə ki, işçinin işdən kənarlaşdırılması və əmək müqaviləsinin ləğv edilməsi haqqında qərarların ləğv edilməsi barədə tələblər təmin edilməyib. Bu qərarlar qüvvədə qaldığına görə onlar “işçiyə mənəvi zərər vuran qərarlar” adlandırıla bilməz. Əmək haqqının ödənilməsinin gecikdirilməsi nəticəsində işçinin mənəvi s arsıntı və iztirab keçirməsi isə sübut olunmur. Ona görə də məhkəmə Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinin və Mülki Məcəllənin 23-cü müddəsinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbi rədd etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətlərinin dəlilləri İddiaçı (Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən- “01.08.2018-ci il tarixdən 06.05.2019-cu il tarixədək olan dövr üçün əmək haqqının işəgötürən “xxxx” ASC tərəfindən işçi İddiaçı ödənilməsi ilə bağlı iddia tələbinin təmin edilməsi” hissəsi istisna olm aqla, digər hissələrdə ləğv edilməsi, digər hissələrlə bağlı işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası iş üzrə nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.2-ci maddəsinin, dolayısıyla 386-cı maddəsinin tələblərini pozmuş, maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış, hüququn tətbiq edilməsində səhv buraxmışdır. İddiaçının hüququnun pozulması (yəni əmək müqaviləsinə xitam verilməsi, həmçinin işdən kənar edilməsi və s.) cavabdeh “xxxx” ASC tərəfindən sənədləşdirilmişdir. Belə olan halda isə həmin sənədlər yəni, müvafiq əmr, (sərəncam, qərar), əmək kitabçası, haqq-hesab sənədləri iddiaçıya şəxsən və rəsmən təqdim edilməli idi. Məhkəmə kollegiyası isə bu sənədləri vermək kimi vəzifəsi olmayan orqanların bunu etdiyini bildirməklə qeyd edilən qərarların ləğv edilməsi barədə tələblərin irəli sürülməsi üçün iddia müddətinin keçdiyini qeyd etmiş və iş üzrə yanlış nəticəyə gəlmişdir. Qeyd edilməlidir ki, “xxxx” ASC-nin işdən kənar edilmə barədə 06 may 2019-cu il tarixli qərarı və həmçinin əmək müqaviləsinin ləğv edilməsi barədə “xxxx” ASC-nin 02 avqust 2019-cu il tarixli qərarı, eyni zamanda iddiaçıya məxsus əmək kitabçası, iddiaçıya verilməli olan haqq-hesab sənədi bu vaxta qədər iddiaçıya təqdim edilməmişdir. Məhkəmə kollegiyası isə hesab edir ki, işəgötürən işçini işdən kənar etdikdən sonra, həmçinin işçinin əmək müqaviləsinə xitam verdikdən sonra, bu barədə işçiyə hər hansı bir sənəd təqdim etmirsə və işçi də sonradan bu barədə həmin sənədlərin surətini, qeyrirəsmi şəkildə kimdənsə və ya haradansa əldə edirsə, deməli, hər şey qaydasındadır. “xxxx” ASCnin iddiaçının işdən kənar edilmə barədə 06 may 2019-cu il tarixli qərarı bu vaxta qədər iddiaçıya təqdim edilməmişdir və işçi sadəcə olaraq işdən texniki anlamda kənar edilmiş və əmək müqaviləsi üzrə əmək funksiyalarının icrasına buraxılmamışdır ki, bununla bağlı da işçiyə hər hansı bir sənəd təqdim edilməmiş və açıqlama verilməmişdir. Ona görə də İddiaçı 01 avqust 2018-ci il tarixindən ödənilməmiş əmək haqqı 06.05.2019-cu il tarixinə kimi deyil, əmək müqaviləsinə xitam verildiyi 02 avqust 2019-cu il tarixinə kimi ödənilməlidir. Hesab edir ki, mənəvi zərərlə bağlı hissə üzrə də məhkəmə kollegiyası maddi hüquq normasını do ğru tətbiq etməmişdir və birbaşa olaraq digər tələblərlə əlaqəlidir. Çünki, hətta yuxarıda qeyd edilən tələblər (əmək müqaviləsinə xitam verilməsi, həmçinin işdən kənar edilməsi barədə qərarların ləğv edilməsi barədə) təmin edilməmiş olsa belə, məhkəmə kollegiyasının “əmək haqqının ödənilməsinin gecikdirilməsi nəticəsində işçinin mənəvi sarsıntı və iztirab keçirməsi isə sübut olunmur” kimi bir nəticəyə gəlməsi əsassız və qanunsuzdur. Cavabdeh “xxxx” ASC (vəkil X3) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əmək haqqının ödənilməsinə dair tələbin təmin edilməsi hissəsində ləğv edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəm əsinin 2(103)7687/2020 nömrəli, xxx il tarixli qətnaməsində maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, apelyasiya məhkəməsinin qətnaməsində də qeyd edildiyi kimi, iddiaçının hüququnun pozulduğu onun işdən azad edildiyi gün, yəni, 02 avqust 2019-cu il tarix olmuşdur. Apelyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi pul tələbi ilə bağlıdır. Bu səbəbdən də, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən, iddiaçı qanunda nəzərdə tutulmuş 1 il müddəti ötürməmişdir. Belə ki, iddiaçı tərəfindən 02.07.2020-ci il tarixində məhkəməyə müraciət edilmişdir. Lakin apelyasiya məhkəməsinin istinad etdiyi həmin maddədə deyilir: “pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisə lərinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər“. Adı çəkilən maddədə pul və digər əmlak tələbləri dedikdə əmək müqaviləsi ilə bağlı olmayan, yəni əmək haqqı olmayan və müstəqil olaraq pul və digər əmlak tələbləri nəzərdə tutulmuşdur. Əlavə olaraq bildirilir ki, apelyasiya məhkəməsinin müvafiq qərarında iddianın əmək haqqının ödənilməli olan hissəsinin cavabdeh “xxxx” ASC tərəfindən təmin edilməli olduğu göstərilmişdir. Hesab edirlər ki, məhkəmə qərarı bu hissədə həm də prosessual pozuntuya yol verilməklə qəbul edilmişdir. Belə ki, iddiaçı Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi müddətdə, həmin Cəmiyyətin bütün işçilərinin, o cümlədən iddiaçının əmək haqları Cəmiyyətin öz vəsaiti hesabına ödənilirdi. Adı çəki lən Cəmiyyət “xxxx” ASC-nin törəmə müəssisəsi olsa da, hüquqi şəxsdir, özünün ayrıca hesabı və müstəqil balansı olmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətlərinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiçıa İddiaçı, vəkili Vəkil və Cavabdeh2-nin (indiki “xxxx” MMC) səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin vəkili X3 cavabdehin kasa siya şikayətini müdafiə edərək məhkəmədən şikayətin təmin edilməsini, iddiaçının kasasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 12 İşçiyə əmək haqqı ödəmək işəgötürənin vəzifəsidir. Maddə 62.3. İşdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Maddə 290.3 İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəru ri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlard an istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apelyasiya instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən iddianın təmin edilməyən, cavabdeh tərəfindən isə iddianın təmin edildiyi hissəsində mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılmaldır. Ka sasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İlkin olaraq iddiaçının kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, iddiaçı tələbinin işdən kənarlaşdırma haqqında qərara, əmək müqaviləsinin ləğv edilməsi haqqında qərara və mənəvi zərərə aid hissələrində təmin edilməməsinin əsassız olmasını kasasiya şikayətində əsaslandırmağa çalışsa da, kassiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, apelyasiya kollegiyası iddia tələbinin qeyd edilən hissələri üzrə düzgün hüquqi mövqedə olmuş, hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verməmiş, həmin hissələrə dair qənaətini də hissələrə uyğun olaraq aydın şəkildə ifadə etmişdir. Odur ki, iddiaçının kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Cavabdehin kasasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, cavabdeh kasasiya şikayətini formal dəlillərlə əsaslandırmağa çalışmışdır. Belə ki, cavabdeh kasasiya şikayətində apelyasiya kollegiyası tərəfindən iddianın təmin edilmiş hissəsi üzrə hansı hüquq normasının pozuntusuna yol verməsini əsaslandıra bilməmişdir. Kasasiya yoxlaması nətic əsində isə iddia tələbinin bu hissəsi üzrə də hər hansı hüquq normasının pozuntusuna yol verilmədiyi müəyyən edilmişdir. Odur ki, cavabdehin də kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və cavabdeh “xxxx” ASC tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7687/2020 nömrəli iş üzrə xxx il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.