Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2756/2023 08.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 mart 2023-cü il tarixli, 2(103)1741/2023 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 08 avqust 2023-cü tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları X7 idar ə etdiyi Cavabdeh ASC-nə (bundan sonra cavabdeh) məxus olan “Toyota Corolla” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərər çəkmiş şəxs X5 ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib və hadisə yerindən qaçıb, “Toyota Corolla” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək zədələnməsindən mülkiyyətçisi Cavabdeh ASC-nə 5.950 manat maddi ziyan vurulmasına səbəb olub. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli, 1(005)131/2019 saylı hökmünə əsasən X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddəsi ilə təqsirli bilinərək onun üzərində qəti olaraq 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 3 il 8 ay 4 gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması hökm edilib. Qəza nəticəsində vəfat edən şəxs X2 Həbibə Dadaş qızının (bundan sonra iddiaçı) qardaşı olub, sonuncu sözügedən cinayət işinə baxılarkən mərhum X5 hüquqi varisi kimi tanınıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20.000 manat mənəvi ziyana görə kompensasiyanın və ödənilmiş 150 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinadən belə əsaslandırılıb ki, X7 22 noyabr 2018-ci il tarixdə, saat 05:50–də cavabdehin Yevlax filialına məxsus yol vərəqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Corolla” minik markalı, * *-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə “20 Yanvar” dairəsi istiqamətindən metronun “Koroğlu” stansiyası istiqamətinə 70 km/saat sürətlə hərəkətdə olarkən Ziya Bünyadov prospekti 2061 saylı ünvanın qarşısında “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərini pozub, idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə hərəkət istiqaməti üzrə düzünə gedən piyada X8 ehtiyyatsızlıqdan vuraraq, sonuncuya sol aşağı ətrafın, kəllə sümüklərinin kobud sınıqları və baş beynin ağır zədələnməsi ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə hadisə yerində ölməsinə səbəb olub, bundan sonra X7 “Yol Hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozub. İddiaçı qardaşını çox istəyirdi, X ailə həyatı qurmadığından bacı kimi həmişə onun qulluğunda durub. Qardaşı məsuliyyətsiz şəxslərin qurbanı oldu və çox faciəvi surətdə vəfat edib. Hökmdən açıq aşkar görünür ki, məhkum olunmuş şəxs X7 cavabdehin Yevlax filialının sürücüsü olub və baş vermiş cinayət hadisəsini də məhz cavabdehə məxsus olan “Toyota Corolla” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə törədib. Bundan başqa, hökmdə göstərilir ki, AB seriyalı 871655 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Toyota Corolla” minik markalı, xxxx dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin Yevlax filialına məxsusdur. Həmçinin, minik avtomobili üçün yol vərəqəsindən görünür ki, cavabdehin Yevlax filialı tərəfindən “Toyota Corolla ” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil 01 noyabr 2018-ci ildən 30 noyabr 2018-ci il tarixədək X4 idarə etmək üçün verilib. Cavabdehin ölkədə ən böyük banklarından biri olması, bankın maddi durumunun kifayət qədər yüksək olması və iddianın tam təmin edilməsinə imkan verir. Bu baxımdan mərhum qardaşının faciəvi şəkildə ölməsindən bu günədək davam edən stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və sair bu kimi halları nəzərə alaraq ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 20.000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi ədalətli olar. Hesab edir ki, məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən cavabdehin hüquqi şəxs olmaqla, zərərin baş verməsinə səbəb olmuş hadisəsinin ağırlığını, yəni ölümlə nəticələnməsini, onun keçirdiyi mənəvi iztirabların ağır və davam lılığını nəzərə almalıdır. Keçirdiyi mənəvi iztirablar müəyyən müddətlə məhdudlaşmır, müəyyən vaxtdan sonra aradan qalxan ya da, unudulan hadisə deyil. Bu hadisənin mənəvi ağrısını ömür boyu çəkəcəyik. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 izahat verərək bildirib ki, iddia əsassızdır. Belə ki, hadisə 22 noyabr 2018-ci il tarixdə baş verib və həmin vaxt X3 öz əmək funksiyalarını yerinə yetirib-yetirməməsi bəlli deyil. İddiaçı bununla bağlı məhkəməyə sübutlar təqdim etməyib. Əmək müqaviləsinə əsasən iş qrafiki saat 09:00-dan 18:00-a kimidir və iş yeri Yevlax şəhəri olub. Hadisə isə saat 05:50-də Bakı şəhərində baş verib. X1 tapşırıq verməsi ilə bağlı mülki iş materiallarında heç bir sübut yoxdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixl i, e-2(006)3493/2022 saylı qətnaməsi ilə (hakim S.Cəfərov) iddia təmin edilərək, vurulmuş mənəvi zərərə görə cavabdehdən 20.000 manat pulun və ödənilmiş 150 manat dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi qət edilib. Məhkəmə hesab etmişdir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə- bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd etmişdir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilib. Məhkəmə iddiaçının cinayət əməli nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 20.000 manat məbləğində mənəvi ziyan tutulmalıdır. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 21, 1096, 1097.1, 1099.1, 1108.1, 1108.2, 1108.3, 1100-cü maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il tarixli qərarına istinad etməklə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsindəki icraa t Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edib. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, qətnamənin qəbul edilməsinə əsas olmuş yeganə sübut- Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli hökmü məhkəmə baxışı zamanı cavabdehə təqdim edilməyib. Ümumiyyətlə, cavabdehin həmin hökmün məhkəməyə təqdim edilməsindən məlumatı olmayıb. Bu fakt elektron məhkəmə sistemi vasitəsi ilə də öz təsdiqini tapır. Belə ki, müvafiq iş üzrə “sənədlər” bölməsinə nəzər yetirdikdə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli hökmünün 07 sentyabr 2022-ci il tarixində, yəni qətnamənin qəbul edildiyi tarixlə eyni gundə elektron sistemə ə lavə edildiyi məlum olur. Məhkəmə iclasında isə ümumiyyətlə sözügedən sübut tədqiq edilməyib. Nəticə olaraq cavabdeh həmin hökmə dair öz etirazlarını, mülahizələrini və sübutlarını məhkəməyə təqdim etmək imkanından məhrum olub. Məhkəmə qeyd etmişdir ki, yol nəqliyyat hadisəsi X3 xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verib. Lakin həm iddiaçının iddia ərizəsindən, həm də, hökmlə müəyyən edilmiş işin hallarından məlum olur ki, yol nəqliyyat hadisəsi 22 noyabr 2018-ci il tarixində, saat 05:50 radələrində, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2061 sayılı ünvanın qarşısında baş verib. Qeyd edilməlidir ki, X hadisə baş verərkən əmək müqaviləsi üzrə Kapital Bank ASC-nin Yevlax rayon filialının madiri vəzifəsində çalışıb. Əmək müqaviləsi üzrə əməkdaşın iş saatı 09.00-dan 1 8:00-a dək müəyyən edilib. Göründüyü kimi X hadisəni iş vaxtından kənar özünün asudə vaxtında törədib. Hadisə onun əmək funksiyalarının icrası zamanı və ya işəgötürənin hər hansı tapşırıq, əmr və sərəncamının icrası zamanı baş verməyib. Həmçinin, iddiaçı qəza baş verərkən X12 xeyrinə hansı işi görməsinə dair heç bir sübutu məhkəməyə təqdim etməyib. Eyni zamanda, məhkəmə öz qətnaməsində qəzanın xidməti vəzifələrin icrası ilə əlaqədar baş verdiyini əsaslandırmayıb. X10 tərəfindən hansı işin, hansı “xidməti vəzifələrin” icra olunmasını müəyyən etmək mümkün olmur. Hadisə onun xidməti yerindən kənarda, yəni Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyatov prospekti 2061 sayılı ünvanın qarşısında baş verib. Qeyd edilməlidir ki, əmək qanunvericiliyinin tələbinə əsasən işçi iş saatlarından sonra tam s ərbəsdir və istirahət vaxtından özunun müəyyən etdiyi kimi sərbəst şəkildə istifadə edir. İşəgötürən həmin müddətdə işçinin hər hansı hərəkətinə görə cavabdehlik daşıya bilməz. Hökmündən məlum olur ki, X tərəfindən iddiaçıya vurulmuş maddi və mənəvi zərər ödənilmişdir. Belə ki, iddiaçı ifadəsində qeyd edir: “X tərəfindən qardaşının yas mərasiminə çəkilən bütün xərclər qarşılanıb. Həmçinin, təqsirləndirilən şəxsin atası və qardaşı hüzür mərasimində iştirak edib, onlara maddi və mənəvi dəstək olublar. Bu səbəbdən də onların X qarşı heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışlar.” İşin bu halı sübut edir ki, iddiaçıya dəymiş maddi və mənəvi ziyan artıq ödənilib. Belə olan təqdirdə hər hansı maddi və mənəvi zərərdən söhbət gedə bilməz. Sonradan bu və ya başqa əsasla eyni ziyanın ikinci dəfə tələb edilməsi hüquqdan sui-istifadə kimi qiymətləndərilməlidir. Hal-hazırki iddia artıq ödənilib və iddia nəticələri aradan qaldırılmış ziyanla bağlıdır. İddiaçı ziyan ödənildikdən sonra hansı əsasla yenidən mənəvi sarsıntı keçirdiyini və mənəvi zərərə məruz qaldığını hər hansı sübutlarla asaslandırmayıb. Lakin məhkəmə işin həlli üçün əhəmiyyət daşıyan bu halı araşdırmayıb. Bu isə qanuni olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnib. İddianın təmin edilməsi x eyni ziyan üçün ikinci dəfə mülki məsuliyyətə məruz qalmasına səbəb olur. İddia təmin ediləcəyi təqdirdə Bank reqres qaydada ödənilmiş məbləği X tələb edəcək. Nəticə olaraq, Xv eyni mülki hüquq pozuntusu üçün iki dəfə mülki hüquqi məsuliyyətə cəlb edilmiş olacaq. Məhkəmə tərəfindən araşdırılması vacib olan hallardan biri də iddaçı və onun vafat etmiş qardaşı arasında hadisədən əvvəl emosional yaxınlığı olub-olmaması, iddiaçının qardaşının ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçirib-keçirməməsinin müəyyən olunmasıdır. İddiaçı cinayət işi ilə əlaqədar keçirilmiş məhkəmə baxış zamanı son ifadəsində qeyd edib ki, “qardaşı X əvvəllər məhkumluq həyatı yaşayıb. Son vaxtlar o, tüfeyli həyat tərzi sürüb, gecələr içib küçələrdə qalıb.” Məhz bu ifadə iddiaçı ilə vəfat etmiş şəxs arasında kifayət qədər emosional yaxınlığın olmadığnı sübut edir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 mart 2023-cü il tarixli, 2(103)1741/2023 saylı qətnaməsi ilə (hakimlər F.F.Babayev sədrlik edən, məruzəçi, R.Ə.Eyvazov və G.T.Axundova) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayo n Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə çıxarılmaqla iddia rədd edilib. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının hökm üzrə verdiyi ifadəsinə və işin faktiki hallarına əsasən müəyyən olunur ki, iddiaçının mərhum qardaşı ilə hər hansı bir ünsiyyəti və ya bir bağlılığı olmayıb. Belə olan halda hər hansı bir bağlılığı olmayan, tüfeyli həyat tərzi keçirən, günlərlə evə gəlməyən bir qardaşın ölməsinin iddiaçıya ağır mənəvi iztirab verməsi ağlabatan deyil. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehin əməkdaşının törətdiyi hadisə nəticəsində qardaşının ölməsinə görə mənəvi sarsıntı keçirməsi və bu kimi halları təsdiq edən mötəbər sübutl arı məhkəməyə təqdim etməyib. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mülki iş materiallarında olan hökmlə sübut olunur ki, iddiaçıya dəymiş maddi və mənəvi ziyan artıq ödənilib. Ona görə də hazırki iş üzrə iddianın təmin olunaraq cavabdehdən tutulacaq mənəvi ziyanın məbləği gələcəkdə Cavabdeh ASC tərəfindən iddia qaldırılaraq X tələb oluna bilər. Bu da özlüyündə X eyni mülki hüquq pozuntusu üçün iki dəfə mülki hüquqi məsuliyyətə cəlb edilməsinə səbəb ola bilər. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, iddiaçının mənəvi sarsıntı keçirməsi mülki iş materialları və işin faktiki halları ilə təsdiq olunmadığından, mənəvi ziyanla bağlı tələb təmin oluna bilməz. Həmçinin yol nəqliyyat hadisəsinin x əmək funksiyalarının icrası zamanı baş verməsi ilə bağlı iddiaçı məhkəməyə heç bi r sübut təqdim etməyib və bu fakt işin ümumi halları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 23.1, 1096.1,1096.2, 1097.1, 1099.1, 1108.1, 1108.2, 1108.3-cü maddələrinə, habelə MPM-nin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılıb və əlavə olaraq qeyd edilib ki, iddiaçının qardaşı ailə həyatı qurmayıb, övladı olmayıb və əvvəllər məhkumluq həyatı yaşasa da bu o demək deyil ki, iddiaçının qardaşı ilə hər hansı bir ünsiyyəti və ya bir bağlılığı olmayıb, qardaşının faciəvi surətdə ölməsi iddiaçıya ağır mənəvi iztirab verməyib. Məhkəmə hətta bu fikirləri yazmaqla “ağlabatan deyildir” sözlərinə istinad edib. Bir qardaşın əvvəllər məhkumluq həyatı yaşaması ona qarşı bacının sevgi hisslərinin olmaması anlamına gələ bilməz. Bir qardaşın içki içməsi ona qarşı bacının hər hansı bir bağlılıq hisslərinin qalmaması anlamına gələ bilməz. İddiaçı bir bacı və ana kimi hər zaman qardaşının qulluğunda durub. Onun əyin-başını yuyub təmizləyib, ehtiyaclarının ödənilməsinə yardım edib. Məhkəmə nəzərə almayıb ki, qardaşını sözügedən avtomobil vurduqdan sonra ona kömək etməyib və onun üzərindən səhərə kimi avtomaşınlar gəlibkeçi b. Qardaşını morqda olanda məhz tanıyan da iddiaçı olub. O, çox tanınmaz halda olub. Onun həmin anlarını iddiaçı heç cür unuda bilmir. Əgər məhkəmə kollegiyası iddiaya nəzər salsaydı iddiaçının qardaşına çox bağlı olmaqla onu çox istədiyini görərdi. Lakin məhkəmə kollegiyası bunları nəzərə almayıb, səhv etməklə iddiaçının qardaşına qarşı sevgi hisslərini, mənəvi bağlılığını, onun faciəvi ölümü anında eşitidiyi xəbəri və onu meyitxanada şəxsən tanımağını, onun faciəvi ölümünü, tanınmaz hala düşməsini görməyini, onun vücudunun gözümün önündən getməməsini, qardaşının ölümündən sonra davam edən mənəvi iztirab halını düzgün qiymətləndirməyib və sonda səhv nəticəyə gəlməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edib. Məhkəmə iddiaçının qardaşının şəxsiyyətini, onun yaşayışını deyil, iddiaçının bir bacı kimi çəkdiyi mənəvi sarsıntı və iztirabları qiymətləndirməli idi. Qanuni qüvvəyə minmiş məhkəmə hökmündən görünür ki, hadisəni törətmiş “Toyota Corolla” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh ASC-nin mülkiyyətində olmaqla Yevlax filialına məxsus yol vərəqəsi əsasında müvafiq sənədlərlə öz əməkdaşına- X4 verilib. Bu halı sübut etməyə ehtiyac olmadığı halda məhkəmə kollegiyası iddiaçının qardaşının ölməsini, iddiaçının mənəvi sarsıntı keçirməyini və bu kimi halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyini vurğulamaqla səhvə yol verib. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Lakin məhkəmə, işi hər tərəfli araşdırma yıb, obyektiv yanaşmadan qərəzli qərar çıxarıb və nəticədə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianı rədd etməklə səhvə yol verib. İddiaçı, cavabdehin əməkdaşı olmuş X barışıb, iddiaçının ona qarşı şikayəti, tələbi yoxdur. Lakin, iddiaçının cavabdehə qarşı hər hansı bir şikayətnin, tələbinin olmamasına dair mülki iş materiallarında heç bir sübut yoxdur. İddiaçı nəinki hadisə zamanı, hətta hadisədən sonrakı prosesslər zamanı da stress, əzab, əziyyətlərlə bağlı olaraq vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməyə haqlıdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Üçüncü şəxs X7 və cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı yazılı etirazlar verilmiş, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən s axlanılması xahiş edilmişdir. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxs lər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya ba xışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apell yasiya instansiyası məhkəməsi işin hallarını araşdırıb sübutlara düzgün hüquqi qiymət vermiş olsa da, maddi hüquq normasını düzgün tətbiq etməyib. Bu isə, Mülki Prosessual Məcəllənin 417.1.4, 417.2-ci maddələrinin mənasına görə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilərək, müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar çıxarılması üçün əsasdır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, X, cavabdeh "xxxx" ASC-nin Yevlax filialında işləyib və sonuncuya məxsus “Toyota Corolla” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil yol vərəqinə əsasən onun istifadəsində olub. 22 noyabr 2018-ci il tarixdə, saat 05:50-də X sözügedən avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə “20 Yanvar” dairəsi istiqamətindən metronun “Koroğlu” stansiyası istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən Ziya Bünyadov prospekti 2061 saylı ünvanın qarşısında ehtiyatsızlıqdan zərər çəkmiş şəxs X5 ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib və hadisə yerindən qaçıb. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli hökmü ilə X Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri üzrə təqsirli bilinərək, 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 3 il 8 ay 4 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Həmin cinayət işinə baxılarkən iddiaçı, mərhum X hüquqi varisi kimi tanınıb və o, cinayət işinə baxan məhkəməyə yazılı ərizə verərək, X tərəfindən ona dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənildiyini, X qa rşı heç bir tələbinin, iddiasının olmadığını bildirib. Hazırda iddiaçı, sözügedən yol-nəqliyyat hadisəsi baş verərkən, X əmək müqaviləsi üzrə cavabdehin işçisi olduğunu, əmək vəzifələrinin icrası zamanı onun törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün bilavasitə cavabdehin mülki hüquqi məsuliyyət daşıdığını göstərib, dəymiş mənəvi zərərə görə cavabdehdən onun xerinə 20.000 manat pulun tutulmasını iddia edir. Cavabdeh isə X onun işçisi olduğunu, sonuncunun törətdiyi mülki hüquq pozuntusuna görə iddiaçıya dəymiş maddi və mənəvi zərərin əvəzini ödədiyini, X törətdiyi mülki hüquq pozuntusunun (deliktin) bilavasitə onun əmək vəzifələrinin icrası zamanı baş vermədiyini göstərib, iddiaya etiraz edir. Apellyasiya instansiyası məhkəməsi qətnamədə, iddiaçının mərhum qardaşı X hər hansı bir ünsiy yətinin və bağlılığının olmadığını, belə olan halda hər hansı bir bağlılığı olmayan, tüfeyli həyat tərzi keçirən, günlərlə evə gəlməyən X ölməsinin iddiaçıya ağır mənəvi iztirab verməsinin ağlabatan görünmədiyini, cavabdehin əməkdaşının törətdiyi hadisə nəticəsində qardaşı X ölməsinə görə iddiaçının mənəvi sarsıntı keçirmədiyini və bu kimi halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyini göstərsə də, kassasiya instansiyası bununla razılaşmır. Əvvəla qanuni qüvvəyə minmiş sözügedən hökmdən görünür ki, həmin cinayət işi üzrə məhz iddiaçı mərhum qardaşı x hüquqi varisi kimi tanınıb. Digər tərəfdən, cəmiyyətdə təşəkkül tapmış adət-ənənələrə görə, qardaşın əvvəllər məhkumluq həyatı yaşaması ona qarşı bacının sevgi hisslərinin olmadığı, habelə qardaşın içkiyə aludə olması ona qa rşı bacının hər hansı bir bağlılıq hisslərinin qalmadığı anlamına gəlmir. Əksinə, iddia ərizəsinə, iddiaçının izahatına və kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı bir bacı kimi hər zaman qardaşı X qulluğunda durub, onun əyin-başını yuyub, təmizləyib və onun ehtiyaclarının ödənilməsinə yardım edib. Hətta, mərhum qardaşı X meyidi morqda olarkən, onu tanıyan da məhz iddiaçı olub. Belə olan halda cavabdehin əməkdaşının törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində qardaşı X ölümünə görə iddiaçının mənəvi sarsıntı, iztirab keçirməməsi inandırıcı, ağlabatan görünmür. Lakin iddiaçı, iddia ərizəsində, kassasiya şikayətində X məhz əmək vəzifələrinin icrası zamanı yol-nəqliyyat hadisəsi törətdiyini və nəticədə cavabdehin işçisi x təqsiri üzündən ona 20.000 manat mənəvi zərər dəydiyini göstərs ə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi vacib hesab edir. Mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdə liyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və sair xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: birincisi, törədilmiş əməlin hüquqa zidd olması- ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; ikincisi, əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; üçüncüsü, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması- qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmi ş olmalıdır; dördüncüsü, zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması- zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin, istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müə yyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət gös tərməli olsun. Göstərilən maddədə işəgötürən dedikdə- əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur. İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu ob yektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəti cələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır. Əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks et dirən yazılı müqavilədir. Əmək (qulluq, mənsəb) vəzifələrinin icrası dedikdə- əmək müqaviləsində nəzərdə tutulan vəzifə (peşə) üzrə işlərin (xidmətlərin), həm də əmək müqaviləsində nəzərdə tutulmayan, lakin işəgötürən tərəfindən ona tapşırılan digər işlərin yerinə yetirilməsi başa düşülür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci maddəsində işçinin əmək funksiyasının dairəsi konkretləşdirilərək müəyyən edilmişdir ki, işəgötürən işçinin əmək funksiyasının əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin, göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Zərərçəkən Mülki Məcəllənin 1099-cu maddəsi üzrə iddia irəli sürərkən məruz qalmış olduğu zərərə, onun məbləğinə, şəxsin hüquqa zidd d avranışına, sonuncunun işəgötürənin (cavabdehin) işçisi olduğuna, hüquqa zidd davranışla zərər arasında səbəblinəticə əlaqəsinin olmasına dair sübutları təqdim etməlidir. Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür. Əvvəla, iddia ərizəsinə, habelə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş hallara görə, sözügedən yol-nəqliyyat hadisəsi 22 noyabr 20 18-ci il tarixdə, saat 05:50 radələrində Bakı şəhərində baş verib və yol-nəqliyyat hadisəsi baş verərkən, əmək müqaviləsi üzrə X14 Bank ASC-nin Yevlax rayon filialında işləyib və əmək müqaviləsi üzrə onun iş vaxtı saat 09.00-dan saat 18:00-dək olub. Göründüyü kimi, X yol-nəqliyyat hadisəni iş vaxtından kənar özünün asudə vaxtında törədib və yol-nəqliyyat hadisəsi bilavasitə onun əmək funksiyasının icrası və işəgötürənin hər hansı tapşırıq, əmr və sərəncamının icrası zamanı baş verməyib. Həmçinin iddiaçı, yol-nəqliyyat hadisəsi baş verərkən X cavabdehin xeyrinə hər hansı bir iş görməsinə dair məhkəməyə heç bir sübut təqdim etməyib. Qeyd edilməlidir ki, əmək qanunvericiliyinin tələbinə görə, işçi iş saatından sonra tam sərbəsdir və istirahət vaxtından özunun müəyyən etdiyi kimi sərbəst şəkil də istifadə edə bilər və işəgötürən həmin müddətdə işçinin hər hansı hüquqa zidd hərəkətinə görə cavabdehlik daşıya bilməz. Bundan başqa, sözügedən hökmündən görünür ki, iddiaçıya vurulmuş maddi və mənəvi zərərin əvəzi X tərəfindən tam məbləğdə iddiaçıya ödənilib. İddiaçı özü də qeyd olunan faktı inkar etmir. İşin bu halı sübut edir ki, iddiaçıya dəymiş maddi və mənəvi ziyan artıq ödənilib. Belə olan halda hər hansı maddi və mənəvi zərərdən söhbət gedə bilməz və sonradan bu və ya başqa əsasla eyni ziyanın ikinci dəfə tələb edilməsi hüquqdan suiistifadə kimi qiymətləndərilməlidir. Göründüyü kimi, hazırki iddia artıq ödənilib və iddianın nəticələri aradan qaldırılmış ziyanla bağlıdır. İddiaçı, sözügedən ziyan ödənildikdən sonra hansı əsasla yenidən mənəvi sarsıntı keçirdiyini və mənəvi zərər ə məruz qaldığını hər hansı sübutlarla asaslandırmayıb. Ona görə də iddianın təmin edilməsi X eyni ziyan üçün ikinci dəfə mülki məsuliyyətə məruz qalmasına səbəb ola bilər. İddia təmin ediləcəyi halda isə Bank reqres qaydada ödənilmiş məbləği X geri tələb edəcək və nəticədə sonuncu eyni mülki hüquq pozuntusu üçün iki dəfə mülki hüquqi məsuliyyətə cəlb edilmiş olacaqdır. Apellyasiya instansiyası məhkəməsi işin hallarını araşdırıb sübutlara düzgün hüquqi qiymət vermiş olsa da, hazırki mülki mübahisəyə tətbiq edilməli olan Mülki Məcəllənin 1099-cu maddəsinin tələblərini tətbiq etməməklə maddi hüquq normalarının tələblərini pozub. Bu isə Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinin mənasına görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsasd ır. Həmin Məcəllənin 417.1.4 və 417.2-ci maddələrində göstərilir ki, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qərar çıxarılmaqla iddiaçının cavabdehə qarşı “mənəvi zərərə görə 20.000 manat pul t ələbinə dair” iddiaçı rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 mart 2023-cü il tarixli, 2(103)-1741/2023 saylı qətnaməsi ləğv edilsin, yeni qərar qəbul edilsin. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “mənəvi zərərə görə 20.000 manat pul tələbinə dair” iddiası təmin edilməsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2756/2023
Ali Məhkəmə Qərar — İş №2(102)-2756/2023
08.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver