Məhkəmə qərarları › İş №2(102)-2757/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2757/2024

23.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2757/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi), mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1423/2024 nömrəli, 28 fevral 2024 -cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 23 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2020-ci tarixdə daşınmaz əmlakın alğı-satqısına dair müqavilə bağlanmış, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 36a ünvanında yerləşən ümumi sahəsi 40.2 kv.m olan mənzilini (bundan sonra – mübahisəli mənzil) 50000 manat məbləğinə İddiaçı satmışdır.

2. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə müqavilənin ləğvinə dair saziş bağlanmış, tərəflər xx.xx.2020-ci daşınmaz əmlakın alğı-satqısına dair müqaviləyə xitam vermişlər. Tərəflərin razılığına əsasən İddiaçı, Cavabdeh verdiyi 50000 manat pul məbləğini notariusun depozit hesabı vasitəsi ilə geri aldıqdan sonra qeyd olunan daşınmaz əmlakın alğı-satqı müqaviləsinə xitam veriləcəkdir.

3. Mübahisəli mənzil xx.xx.2020-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda təkrar Cavabdeh adına DƏDRX-də qeydiyyata alınmışdır.

4. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2021-ci tarixdə daşınmaz əmlakın alğı-satqısına dair müqavilə bağlanmış, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilini 50000 manat məbləğinə İddiaçı satmış, mənzil xx.xx.2021-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda İddiaçı adına DƏDRX-də qeydiyyata alınmışdır.

5. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-211/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən iddiaçı X1 cavabdehlər İddiaçı və X3 qarşı “a lğı-satqı müqaviləsinin, daşınar və daşınmaz əmlakların dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə cavabdehin istifadə hüquqlarına xitam verilməsi, cavabdehin həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə aralarında xx.xx.2021-ci il tarixli daşınmaz əml akın alğısatqısı barədə müqavilə bağlanmışdır. Müqavilə üzrə öhdəliklər tərəfindən tam şəkildə icra edilmiş, mübahisəli mənzilin dəyəri olan 50000 manat məbləğində pul vəsaiti tərəfindən satıcıya ödənilmişdir. Satıcı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini tam şəkildə icra etməmişdir. Belə ki, aralarında mövcud alğı-satqı müqaviləsi olmasına, həmçinin əmlakın dəyərinin tam şəkildə tərəfindən ödənilməsinə baxmayaraq, cavabdeh mənzili boşaldaraq ona təhvil verməmiş, həmçinin cavabdeh tərəfindən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə müxtəlif maneələr törədilmişdir. Cavabdeh tərəfindən dəfələrlə xəbardar edilməsinə baxmayaraq, qanunsuz hərəkətlərinə davam etmiş və mənzili tam şəkildə boşaldaraq ona təhvil verməmişdir. Cavabdeh m üqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməmiş, nəticədə onun qanunla qorunan və tanınan həmçinin konstitusion və konvension hüququ olan mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Mübahisəli mənzilə dair cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmalı və həmin mənzil cavabdehə məxsus əşyaların çıxarılması ilə tam şəkildə boşaldılaraq ona təhvil verilməlidir.

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək əlavə olaraq bildirmişdir ki, tərəflər arasında ilk dəfə xx.xx.2020-ci ildə alğı-satqı müqaviləsi bağlanılıb, bundan sonra cavabdeh maddi vəziyyətinin düzəldiyini qeyd etmiş, 1000 və ya 2000 manat artıq ödəməklə mənzil qaytarılıb və həmin müqavilə ləğv edilmişdir. İş materiallarında buna dair sübut olmasa da, belə bir hal var kı, alğı-satqı olan zaman cavabdehin yanında özünü onun əri kimi təqdim edən şəxs olmuşdur. Lakin indi məlum olmuşdur ki, həmin şəxs cavabdehi aldadıb, onun bütün əmlaklarını ələ keçirmişdir. İndi cavabdeh bu səbəbdən hesab etmişdir ki, əlində qalan son əmlakından çıxmamalıdır.

9. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyib izahat verərək bildirmişdir ki, o, faizlə borc pul götürmüşdür, buna görə də evini satmışdır. Borc pul ödəniləndən sonra mənzilini ona qaytarmışlar. Alğı-satqı müqaviləsi bağlanarkən 30000 manat pul almışdır, amma 50000 manatı almağı imzalatmışlar.

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilə borc münasibətlərini pərdələmək üçün bağlanmışdır. İddiaçı faizə pul vermişdir. İddiaçı hazır da mübahisələndirilən əmlakla yanaşı, cavabdehin digər əmlaklarını, yəni “Mazda” markalı, “Land Cruiser” markalı avtomobillərini, Novxanıda yerləşən torpaq sahəsini özünün və qohumlarının adına rəsmiləşdirməklə almışdır. İddiaçı ilə Teymur adlı şəxs əvvəlcədən birbirini tanımışlar. Cavabdehin bütün daşınar və daşınmaz əmlakları əldən çıxmışdır. Cavabdehin başqa əmlakı olmamışdır, o, mübahisəli əmlakdan çıxarılsa məcbur qalıb sığınacağa getməlidir.

11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-2748/2023 nömrəli iş üzrə 23 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia təmin edilərək, cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi, cavabdehin mübahisəli mənzildən çıxarılması, mübahisəli mənzilin boşaldıl araq iddiaçıya təhvil verilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh xx.xx.2021-ci il tarixədək mənzili alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürsə də, bu öhdəliklərinin icrasından yayınmış, mənzili tərk etməmişdir. Cavabdeh mənzildən köçməmiş, mənzildə qeydiyyatda qalmış və əmlakı iddiaçıya təhvil verməmişdir. Bu da iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olmuşdur.

13. Məhkəmə hesab etmişdir ki, cavabdeh mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur. Qeyd olunan mənzil üzərində mülkiyyət hüququ həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alındığı andan ona keçmiş və cavabdeh mülkiyyət hüququnun t ərkib hissəsi olan mənzildən istifadə hüquqlarını itirmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia tələbi “cavabdehin mənzilindən istifadə hüququna xitam verilməsi” hissəsində təmin edilməlidir.

14. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 11ci bəndinə əsasən satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə xx.xx.2021-ci il tarixədək alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Məhkəmə iddiaçının hazırda mülkiyyətçi olmasını nəzərə alaraq qeyd etmişdir ki, cavabdeh mübahisəli mənzildən çıxarılmalıdır.

15. Məhkəmə qeyd etmişdir ki, mülkiyyət hüququ özündə həm də subyektin ona mənsub əmlakdan (əşyadan) öz istədiyi kimi istifadə etmək və sahib olmaq imkanını da nəzərdə tutur. Bu baxımdan, iddiaçının mənzilin boşaldılmış vəziy yətdə ona təhvil verilməsi tələbi onun Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və Mülki Məcəllənin 152-ci maddəsindən irəli gələn istifadə və sahiblik səlahiyyətinin realizəsi kimi qəbul edilməlidir. Qeyd edilən səlahiyyətlərə hər hansı ağlabatan və obyektiv səbəb olmadan müdaxilə isə mülkiyyət hüququnun əsassız məhdudlaşdırılması ilə nəticələnə bilər. Hazırkı mübahisədə isə iddiaçının konstitusion səviyyədə təminat verilən həmin hüquqlarına müdaxilə üçün əsas olmamışdır. Bu səbəbdən də, məhkəmə hesab etmişdir ki, iddia tələbinin əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsi də təmin edilməlidir.

16. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148, 152, 178, 203, 425-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 34-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh özünə məxsus olan mübahisəli mənzili iddiaçıya satmamış, müqavilə formal xarakterli olmuşdur. Belə ki, cavabdehin yaxın tanışı olan Teymur adlı şəxs həmçinin hazırkı iş üzrə iddiaçının oğlu X4 ilə daha əvvəl tanışlıq münasibətlərində olmuş, Teymur daima Təyyar adlı şəxsdən faizə borc pul götürərək qaytarmışdır, cavabdeh tanışı Teymur adlı şəxsə borc pul lazım olduğunu bildirmiş və onlar birgə ilk dəfə olaraq 2020-ci il tarixində Bakı şəhəri 14 saylı Notariat ofisində Təyyar adlı şəxsdən 30000 manat borc pul götürmüşdür. Təyyar özünü siğortalamaq üçün cavabdehə təklif etmişdir ki, o, yeganə yaşayış yeri olan mübahisəli mənzilini onun adına rəsmiləşdirsin. Təyyar ilə Teymurun uzun illər tanış olduqları üçün cavabdeh bu təklifə razılaşmışdır. Lakin həmin məbləğ onun maddi vəziyyətinin yaxşılaşması səbəbi ilə tərəfindən tam şəkildə ödənilmiş, aralarında bağlanılmış alğı-satqı müqaviləsinə xitam verilmişdir. Daha sonra isə cavabdeh atasının xəstəliyi səbəbindən onun müalicəsinə pul lazım olduğu üçün 2021-ci il tarixində Təyyar adlı şəxsdən yenidən 30000 manat borc pul almış və yeganə yaşayış yeri olan mübahisəli mənzilini Təyyarın anası, yəni iddiaçının adına rəsmiləşdirmişdir. Cavabdeh heç vaxt yeganə yaşayış sahəsini alğı-satqı etmək niyyətində olmamışdı r. Sadəcə qarşı tərəfin etibarını itirməmək üçün alğısatqı həyata keçirmişdir. İddiaçı ilə bir-birinə inamları olduğuna görə heç bir tərəddüd etmədən alğı-satqı etməyə razılaşmış, gələcəkdə yarana biləcək borc öhdəliklərinin təminatı qismində çıxış etmiş, bununla da müqaviləni vahid hüquqi niyyətlə deyil, ehtimal olunan borc münasibətlərini pərdələmək niyyəti ilə bağlamışdır. İddiaçı da onun etibarından sui-istifadə etmiş və ona məxsus olan hal-hazırda yeganə yaşayış yeri olan mənzilini ələ keçirmişdir. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər qəbul edilmiş və əsas götürülmüş, lakin cavabdeh tərəfindən təqdim edilmiş sübutlar qəbul edilməmişdir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş sübutlara əhəmiyyət vermədən, onu dinləməyərək qismən əsassız və qanunsuz qətn amə qəbul etmişdir, bu da məhkəmə çəkişməsi prinsipinə zidd olmuşdur.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1423/2024 nömrəli mülki iş üzrə 28 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fərrux Qasımov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır. Bu prezumpsiya, hüquq sahibi ni həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Bununla belə, cavabdeh tərəfindən həmin ehtimalların əksi iddia və sübut oluna bilər ki, cavabdeh tərəfindən bununla bağlı iddia tələbi irəli sürülməmişdir.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, müqavilə azadlığı şəklində tərəflərin iradə ifadəsi olaraq alğı-satqı müqaviləsi bağlanmış, cavabdeh ödənilən 50000 manatın müqabilində mülkiyyətində olan mənzili iddiaçıya satmışdır. Reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmaqla, iddiaçı hal-hazırda mülkiyyətçi olmaqla, mülkiyyətdən irəli gələn hüquqlarının pozulması ilə bağlı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

22. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyası nın 13, 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 148, 152, 178, 203, 228, 385, 386, 425-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 34-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. İddiaçı (Vəkil1) kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmi şdir.

26. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh eyni əsaslarla, yəni şikayətdə göstərilən əsaslarla iddia tələbi ilə məhkəməyə müraciət etmiş, sonradan isə iddia tələbini geri götürmüşdür. Belə ki, cavabdeh iddiaçı və X2 qarşı “alğı-satqı müqaviləsinin, daşınar və daşınmaz əmlakların dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət etmiş, kifayət qədər vaxt qazandıqdan sonra iddiasını geri götürmüşdür. Yəni, cavabdeh vaxt qazanmaqdan ötrü həmin iddia tələbini irəli sürmüş, hazırda da məhkəmə qətnamələrindən şikayətlər verməklə vaxtı uzatmışdır. Cavabdehin iddia tələbi əsaslı olsa idi, iddiasını geri götürməzdi. Mübahisəli mənzil iddiaçının mülkiyyətində olmuş, cavabdeh isə mənzili boşaldıb təhvil verməkdən imtina etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

27. Maddə 13 (hissə İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

28. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

30. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir.

31. Maddə 152.1.Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

32. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

33. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

34. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

35. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.

36. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

37. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə mü əyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

38. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

39. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tə ləblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

40. Maddə 34.1. Şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırk ı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi bu qərarın 20-21-ci bəndlərində göstərilən qaydada tam qiymət verilmişdir.

51. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

52. İddia tələbi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus yaşayış sahəsindən cavabdehin çıxarılması barədədir.

53. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.

54. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

55. Qeyd edilən normanın tələbinə görə əmlakın qanunsuz sahiblikdən geri istənilməsi barədə iddianın təmin edilməsinin əsas şərti ondan ibarətdir ki, geri istənilən əmlak tələb edənin mülkiyyətində olmalı, həmin əmlak onun sahibliyindən çıxmalı və əmlaka sahibliyə yiyələnə nin sahibliyə dair heç bir hüquqi əsası olmamaldır.

56. İşin müəyyən edilən halları da ondan ibarətdir ki, mübahisədə adı keçən mübahisəli mənzili iddiaçı alqı-satqı müqaviləsi əsasında almış, mənzili mülkiyyətinə keçirmişdir. Cavabdeh isə həmin mənzildə yaşamaqla iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik törədir.

57. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə digər hüquq normaları ilə yanaşı, Mülki Məcəllənin 157.2-ci maddəsini düzgün tətbiq etmişdir. Qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri hazırki işin müəyyən edilmiş halları ilə üst-üstə düşür.

58. İddiaçı ilə mənzilin alqı-satqı müqaviləsinin etibarsız olması barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bununla bağlı onun tələbi olmamış və hər hansı qaydada iddia irəli sürülməmişdir.

59. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1423/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar