Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2759/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk iddia, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Kateqoriya: Mənzil mübahisələri, mənzildən çıxarılma, mənzilə istifadə hüququnun tanınması, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı evdən çıxarılma haqqında ilk iddia və Cavabdeh İddiaçı qarşı istifadə hüququnun tanınması barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Gəncə Apellya siya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1341/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən 0.36 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü ildə qeydiyyata alınmışdır.
2. Cavabdeh iddiaçının qardaşı X4 ilə 2000-ci ilin dekabr ayında evlənmiş, nikahları xx.xx.2004-cü ildə rəsmiləşdirilmiş, həmin nikahdan xx.xx.2001-ci ildə Şəhanə, xx.xx.2002ci ildə Nurlanə və xx.xx.2004-cü ildə Nişad adlı üç övladları olmuşdur.
3. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2042/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə X4 ilə Cavabdeh arasında xx.xx.2004-cü il tarixdə Şəmkir rayon Şiştəpə kənd İƏV-də bağlanmış 15 saylı nikah aktının pozulması, nikahın pozulması qət edilmişdir.
4. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs İddiaçı) dövlət reyestrindən çıxarışın, reyestr qeydinin ləğv edilməsi tələbinə dair iddiası Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3393/2023 nömrəli qərardadı ilə mümkün sayılmamışdır. Sözügedən qərardaddan şikayət verilməmiş və qanuni qüvvəsini almışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus olan, Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən 0.36 ha torpaq sahəsi üzərində inşa edilmiş, 124.6 kv.m yaşayış sahəsindən, 199.8 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 324.4 kv.m olan fərdi yaşayış evindən çıxarılmasını (bundan sonra- mübahisəli fərdi yaşayış evi) və evin ona təhvil verilməsini xahiş etmişdir.
6. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Şəmkir rayonu Şiştəpə kəndində yaşayır. Cavabdeh qardaşı X1 arvadıdır. Onun mülkiyyətində Şəmkir rayon Şiştəpə kənd ərazisində 36 sot torpaq sahəsinin üzərində inşa edilmiş mübahisəli fərdi yaşayış evi var. Evə onun mülkiyyət hüququnu təsdiq edən hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən ** ******** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin evi 2009-cu ildə inşa etmiş, lakin ev tam olaraq hazır olmamışdır. 2011-ci ildə qardaşı X4 ona müraciət edərək özünə ev alanadək müvəqqəti olaraq Cavabdeh və uşaqlarının onun evinə köçüb yaşamalarını xahiş etmişdir. O da qardaşı X3 özünə ev alanadək həmin evdə ailəsinin yaşamasına icazə vermişdir. Nikahları pozulandan sonra o, cavabdehin evdən çıxmasını tələb etsə də, cavabdeh onun tələbinə əməl etməmişdir. Dəfələrlə bu barədə cavabdehə müraciət etmiş, lakin müraciətinə əhəmiyyət verməmişdir.
7. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdeh İddiaçı mülkiyyətində olan Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən evin yaşayış sahəsindən istifadə hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 2008-ci ildə Şiştəpə kəndi, Gülüstan küçəsi, 8 ünvanında yerləşən 0,36 ha torpaq sahəsini tutaraq orada ev tikdirmişlər. Həmin vaxt keçmiş əri X5 vətəndaşı olduğuna görə torpağı onun adına rəsmiləşdirə bilməmişlər. Qısa müddət ərzində onlar evin bir hissəsini yaşayış üçün yararlı vəziyyətə gətirmiş, hasar çəkdirmiş, darvaza qoydurmuş, 2009-cu ilin iyun ayından orada yaşamağa başlamışlar. 2012-ci ildə aralarında olan narazılığa görə Teyyub Nəbiyevlə məhkəmə qaydasında boşanmışlar. Qızları Şəhanə və Nurlanə onun, oğlu Nişad isə atasının himayəsində saxlanmışdır. Boşandıqdan sonra Teyyub Nəbiyev oğlunu da götürərək Rusiya Federasiyasına getmiş, o isə qızları ilə mübahisəli ünvanda yaşamaqda davam etmişdir. Evdə yaşadığı 15 il müddətin də evin içərisini-otaqları təmir etdirmiş, həyətdə dəmir çardaq qurdurmuş, hamam tikdirmiş, evin qarşısına pilləkən düzəltdirmiş, həyətyanı sahədə çoxsaylı meyvə ağacları əkərək onlara qulluq etmiş, uzun illər əkin sahəsinə su gəlmədiyinə görə qonşudan boru vasitəsi ilə həyətə su çəkdirmişdir. Evin içərisində olan bütün əşyalar yalnız ona aiddir, orada cavabdehə məxsus heç bir əşya yoxdur. O, dərzilik edərək, çox böyük əziyyətlər hesabına mübahisəli evi hazırkı vəziyyətinə gətirmişdir. Qızları həmin evdən məktəbə getmiş, nişan və toy mərasimləri də həmin evdə keçirilmişdir. Evə çəkilmiş qaz təchizatına görə onunla “Azəriqaz” İstehsalat Birliyi arasında 2016-cı ildə müqavilə bağlanmışdır. İllərdir ki, evə görə qaz pulu ödəyir. İşlətdiyi elektrik enerjisinə görə bildirişlər keçmiş əri Teyyub Nəbiyevin adına gəlir və pulu özü ödəyir. İddiaçı hansı yolla mübahisəli torpaq sahəsinə və evə çıxarış almışdır, ona məlum deyildir. Həmin çıxarışın etibarsız hesab edilməsi tələbinə dair ayrıca iddia qaldıracaqdır. Cavabdeh yaşadığı evin içərisini belə görməmişdir, hətta həyətdə əkdiyi ağaclarının sayını belə bilmir.
9. Şəmkir Rayon Məhkəməsinin 2(076)-614/2023 nömrəli, xx.xx.2023-cü il tarixli (bundan sonra-birinci instansiya məhkəməsi) qətnaməsi ilə (hakim Könül Məmmədov), ilk iddia tələbinin təmin edilməsi, Cavabdeh İddiaçı məxsus olan mübahisəli fərdi yaşayış evindən çıxarılması, qarşılıqlı iddianın rədd edilməsi, Cavabdeh İddiaçı qarşı evin yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası qanunsuz və əsassız olduğuna görə təmin edilməməsi qət edilmiş dir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, fərdi yaşayış evi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən çıxarış əsasına İddiaçı adına tam mülkiyyət hüququ ilə qeydə alındığından, onun həmin fərdi yaşayış evi üzərində mövcud olan hüququ mülkiyyət hüququ kimi qiymətləndirilməlidir.
11. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh iddiaçı Əbülfəz Əliyevin ailə üzvü sayılmır. Cavabdeh ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin qanuni sahibi olan İddiaçılə birlikdə mübahisəli fərdi yaşayış evindən onun ailə üzvü kimi istifadə etmək və özünün saxlanılmasını tələb etmək hüquqları yaranmamışdır.
12. Məhkəmə hesab etmişdir ki, Cavabdeh mübahisəli fərdi yaşayış evi üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli yaşayış sahəsinin q anuni sahibinin digər ailə üzvüləri ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, Cavabdeh mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması üçün əsaslar yoxdur.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı özünə məxsus fərdi yaşayış evinin qanuni sahibi kimi qanunla qorunan mülkiyyət hüququnun əsas elementləri olan istifadə hüququ Cavabdeh tərəfindən pozulmaqdadır.
14. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 157.2, 157.8-ci, Ailə Məcəlləsinin 13, 15-ci maddələri, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217-ci maddələrinə istanadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, ilk iddia tə ləbinin təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsi maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 123, 53-cü maddələrinə istinad etməli olduğu halda, əsassız olaraq onları tətbiq etməmişdir. İddiaçı ilkin iddiasında qeyd etmişdir ki, 2009-cu ildə keçmiş ərinin və onun mübahisəli evdə yaşamağına razılıq vermişdir. Həmin vaxtdan da mübahisəli mənzildə yaşadığına görə onun evinə yaşayış sahəsindən istifadə hüququ yaranmışdır. Həmçinin, məhkəmə həqiqətə nail olmaq üçün ilkin olaraq MPM-nin 9-cu maddəsinin tələblərinə riayət etməli idi.
17. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-1341/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Ədil Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli fərdi yaşayış evi üzərində ilk iddia üzrə İddiaçı hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydə alındığından onun iddiası Cavabdeh qarşı Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından əsaslı olmuşdur.
19. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, ilk iddia üzrə Cavabdeh ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə mübahisəli fərdi yaşayış evindən onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yoxdur.
20. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, ilk iddia üzrə Cavabdeh mübahisəli fərdi yaşayış evi üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, mübahisəli yaşayış evinin mülkiyyətçisi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından onların mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun yaranması üçün əsaslar yoxdur.
21. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. C avabdeh mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçının mülkiyyətində olan evin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququ olmadığından onların həmin evdə yaşamaları iddiaçının bir mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olunmasına səbəb olur.
22. Cavabdeh mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olan qarşılıqlı iddia üzrə cavabdehin mülkiyyətində olan evin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququ müəyyən edilməmişdir. Ona görə də qarşılıqlı iddia üzrə iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə hüququnun olmasından söhbət gedə bilməz. Birinci instaniya məhkəməsi haqlı olaraq qarşılıqlı iddia tələbini təmin etməmişdir.
23. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillər inə ümumilikdə hüquqi qiymət verərək hesab etmişdir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instanasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
25. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələrə 2009-cu ilin iyun ayından mübahisəli evdə yaşamağına dair kifayət qədər sübutlar təqdim etmişdir. Apellyasiya instansiya məhkəməsi heç bir sübuta əsaslanmadan birinci instansiya məhkəməsinin qətnaməsini öz qüvvəsində saxlamışdır.
26. Qətnamə çıxarılarkən məhkəmə kollegiyası tərəfindən çəkişmə prinsipi pozulmuşdur. İşdə yalnız ilkin iddiaçının reyestrdən çıxarış ının olması əsas götürülərək onun iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia ilə əlaqədar təqdim etdiyi sənədlərə isə heç bir qiymət verilməmişdir. Apellyasiya instansiya məhkəməsi işin hallarını hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və tərəflərin qarşılıqlı münasibətləri əsasında həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara obyektiv hüquqi qiymət verməmiş, nəticədə məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı prinsiplər pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Konstitusiyası
28. Maddə
13. Mülkiyyət I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. Maddə
29. Mülkiyyət hüququ İİİ. Hər kəsin mülki yyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
30. Maddə
43. Mənzil hüququ Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsi
31. Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prins iplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
32. Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
33. Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
34. Maddə
2. Mənzil hüququnun əsasları 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar.
35. Maddə
8. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları 8.0. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, d igər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.1. qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; 8.0.2. mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; 8.0.3. mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; 8.0.4. qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; 8.0.5. mənzil -tikinti kooperativində üzvlük; 8.0.6. mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi.
36. Maddə
9. Mənzil hüquqlarının müdafiəsi 9.1. Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir.
37. Maddə
30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi t ərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Ma ddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlid ir.
48. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Belə ki, irəli sürülmüş tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin h üququn pozulubpozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
51. Baxılan işdə də məhkəmələr iddiaçının mübahisəli yaşayış sahəsindən istifadəsinin hüquqi əsaslarını yoxlamış və müəyyən etmişdir ki, cavabdehin yaşayış sahəsindən istifadə hüququ yoxdur.
52. Məhkəmə kollegiyası məhkəmələrin gəldiyi bu nəticə ilə razılaşır.
53. Belə ki, tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış sahəsindən istifadə hüququ ilə bağlı yaranan mübahisədir.
54. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı q üvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
55. Bu baxımdan, iddiaçının bildirdiyi faktik hallara əsasən iddia tələbi 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır.
56. Nəzərə alınmalıdır ki, hər bir fakt deyil, yalnız qanunun hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişdirilməsi və xitam edilməsinə səbəb olan hal kimi tanıdığı faktlar hüquqi faktlar hesab olunur. Bu baxımdan iddiaçının sözügedən yaşayış sahəsindən istifadə hüququnun tanınması barədə iddia tələbi o halda təmin oluna bilər ki, məhz qanunda bilavasitə göstərilmiş hüquqi faktlar mövcud olsun. Lakin iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə hüququnun yaranmasına əsas olan, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olmuş Azə rbaycan Respublikasının Mənzil Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş hər hansı əsas müəyyən edilməmişdir.
57. Cavabdehin mübahisəli evdən 2009-cu ilin iyun ayından mübahisəli evdə yaşadığına dair dəlilləri qəbul edilsə belə, məhkəmələrin gəldiyi nəticə dəyişmir.
58. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 11 iyul 2014-cü il tarixli qərarında belə bir hüquqi mövqe bildirmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəx slər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.
59. Həmin işin faktik halları hazırda baxılan işin halları oxşar olmaqla ondan ibarət idi ki, X.Məmmədova cavabdehlərin oğlu V.Bəylərovla 2001-ci ildə faktiki ailə qurmuş, qayınatası M.Bəylərovun istifadəsində olan mübahisəli evə gəlin köçmüş, 2006-cı ildə nikahı rəsmiləşdirilmiş, mübahisəli yaşayış evi 2 iyul 2011-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində cavabdeh M.Bəylərov un adına qeydiyyata alınmışdı.
60. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması M.Bəylərovun mübahisəli evə məhz bu andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir.
61. Həmin qərarda daha sonra Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, mübahisəli fərdi ev dövlət qeydiyyatına 2011-ci ildə alındığına görə apellyasiya məhkəməsi tətbiq edilməli olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq etməmişdir.
62. Hazırki iş üzrə apelyasiya instansiyası məhkəməsi də Konstitusiya Məhkəməsinin 11 iyul 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə uyğun olaraq işin hal larını Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları baxımından təhlil etmiş və cavabdehin mübahisəli evdən istifadə hüququnun olmaması barədə qanunauyğun nəticəyə gəlmişdir.
63. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
64. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
66. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1341/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli q ətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.