Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2760/2021 04.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: “xxxx” Lizinq Şirkəti QSC hüquq varisi “xxxx” MMC-nin Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2760/21 (Açar sözlər: qalıq borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: “xxxx” Lizinq Şirkəti QSC hüquq varisi “xxxx” MMC-nin vəkili X1, Cavabdeh: Cavabdeh1 vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 noyabr 2020-ci il ta rixli, 2(103)7498/2020 saylı qətnaməsindən iddiaçı “xxxx” Lizinq Şirkəti QSC hüquq varisi “xxxx” MMC-nin kasasiya şikayəti üzrə işə 04 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, onlardan müştərək qaydada 34.883,73 ABŞ dolları əsas, 17.560 ABŞ dolları mükafat, 1.228 ABŞ dolları dəbbə pulunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim P.M.Zamanlı) iddia qismən təmin edilərək, 29 dekabr 2013-cü il tarixli lizinq müqaviləsi üzrə cavabdehlərdən mü ştərək qaydada əsas borca görə 23.907,49 manat, hesablanmış mükafata görə 4.680,42 manat, dəbbə puluna görə 100 manat, cəmi 28.687,91 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranıb. Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib. Həmçinin buna hüququ olmadığı halda lizinq obyektini üçüncü şəxsə satmaqla müqavilə üzrə öhdəliklərini pozub. Bu baxımdan iddiaçı, lizinq münasibətinə xitam verilməsi barədə hazırki iddianı qaldırmaqda haqlıdır. Lizinq müqaviləsinin qüvvədə olduğu müddətə, yəni 29 dekabr 2016-cı il tarixə cavabdehin iddiaçıya ödənilməmiş 23.907,49 manat əsas, 4.680,42 manat mükafat borcu vardır. Bu hal ekspertin rəyi ilə də təsdiq olunur. İddia olunan dəbbə pulu isə tənasübsüz surətdə yüksək olduğundan onun 100 manata azaldılması üçün əsaslar vardır. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 442, 747.1, 748-2.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilib, həmin hissədə də iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlə r E.C.Kazımov sədrlik edən, məruzəçi, A.Ə.İsgəndərov və A.V.Tanrıverdiyev) apelyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 iyun 2020-cu il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edilən hissəsində ləğv edilib, həmin hissədə də iddia rədd olunub. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranıb. Hazırki iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmayıb. Belə ki, lizinqi müqaviləsi 29 dekabr 2013cü ildə 36 ay müddətinə bağlanıb. Lizinq obyekti 29 dekabr 2013-cü ildə cavabdehə təhv il verilib, 26 oktyabr 2017-ci ildə iddiaçıya geri qaytarılıb. 29 yanvar 2016-cı il tarixli lizinq müqaviləsinə əsasən liziq obyektinin dəyəri 44.140 manat müəyyən edilməklə başqa bir şəxsə yenidən lizinqə verilib. Bu hal lizinq obyektinin saz vəziyyətdə iddiaçıya qaytarıldığını təsdiq edir. Bu baxımdan iddiaçının lizinq obyektinə görə icra olunmamış bütün ödənişləri tələb etmək hüququ yarana bilməz. Çünki, lizinq münasibəti tərəflərin arzuladıqları formada yekunlaşmayıb və liziq obyekti iddiaçıya geri qaytarılıb. Bununla da tərəflər arasında olan münasibətin mahiyyəti dəyişib, daha doğrusu cavabdeh lizinq obyektinin mülkiyyətçisi olmaq imkanını itirib və iddiaçı mülkiyyətçi olaraq qalıb. Ona görə də tərəflər arasındakı münasibət avtomobil kirayə münasibətinə çevrilib. Eyni zamanda iddia çının cavabdehdən lizinq obyektinə görə 37.923,54 ABŞ dolları əldə etməsi, lizinq obyektini öz mülkiyyətində saxlaması və yenidən onu yüksək qiymətlə lizinqə verməsi faktı, onun hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmadığına dəlalət edir. Belə ki, hazırki tələbin arxasında iddiaçının hər hansı bir əsaslı mənafeyi dayanmır. Mülki Məcəllənin 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Normanın mənasından bəlli olur ki, qanun lizinq verənə öz mənafelərinə aid olmayan tələbləri irəli sürməyi qadağan ed ir. Beləliklə, cavabdehin lizinq obyektindən istifadəsinə iddiaçının tələbi ilə son verildiyindən, o, iddiaçı qarşısında müqavilə məbləğinin ödənilməmiş hissəsini ödəmək öhdəliyi daşıya bilməz. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə tərəflərin qarşılıqlı münasibəti üzrə səhv nəticəyə gəlib. Çünki, hazırki iddianın qismən də olsa təmin edilməsi açıq-aşkar iddiaçının əsassız varlanmasına gətirib çıxara bilər. Hüquqi və qanuni əsas olmadan varlanma isə yolverilməzdir. Ona görə də iddia bütövlükdə rədd edilməlidir. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 747.1, 7482.5, 750-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlillər i, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı “xxxx” Lizinq Şirkəti QSC hüquq varisi “xxxx” MMCnin vəkili Zaur Osmanov kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh1 vəkili Vəkil məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh1 və üçüncü şəxs Rasim Dünyamalıyev məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gə lməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 747.1-ci maddəsində göstərilir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Liziq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-2.5-ci maddəsinə əsasən, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məh kəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiya sı məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasi ya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyindən bütövlükdə ləğv edilməsini xahiş etdiyindən, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, əvvəla, apelyasiya instansiyası məhkəməsi, hazırki iddia tələbinin faktiki əsasının tələbin qanuni əsasının şərtləri ilə uzlaşmadığı, bu səbəbdən də birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzgün olmadığı, habelə lizinq obyekti cavabdeh tərəfindən saz vəziyyətdə iddiaçıya geri qaytarıldığı və sonradan iddiaçı tərəfindən artıq qiymətlə, yəni 44.140 manata üçüncü şəxsə lizinqə verildiyi üçün, iddiaçının lizinq obyektinə görə icra olunmamış bütün ödənişləri cavabdehdən geri tələb etməkdə haqlı olmadığı və onun belə bir hüququnun yaranmadığı qənatinə gələrkən, tərəflər arasında bağlanmış 29 dekabr 2013-cü il tarixli “Daxili maliyyə lizinqi müqaviləsi” nin şərtlərini pozub. Həmin Müqavilənin 2.2-ci bəndində göstərilir ki, lizinq alan bu müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və bu müqavilənin ayrılmaz hissəsi olan “Lizinq ödənişləri cədvəli”nə müvafiq olaraq lizinq ödənişlərini lizinq verənə mütəmadi olaraq ödəməyi öhdəsinə götürüb. Lizinq ödənişləri cədvəlində isə cəmi lizinq ödənişləri 76.756,24 ABŞ dolları, lizinq obyektinin bazar dəyəri 53.635,44 ABŞ dolları, avans məbləği 98,15 ABŞ dolları, son ödəniş 0,00 ABŞ dolları, lizinq müddəti 36 ay, ödəniş sayı isə 12 dəfə müəyyən edilib. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, lizinq müddəti bitdikdən və lizinq ödənişləri lizinq alan tərəfindən tam ödənildikdən sonra, lizinq alan lizinq obyektinin qalıq dəyərini (əgər varsa) ödəmək şərti ilə lizinq verən lizinq obyektinə mülkiyyət hüququnu lizinq alana verməyi, lizinq alan isə 15 iş günü müddətində mülkiyyət hüququnu əldə etməyi öhdəsinə götürüb. Həmin Müqavilənin 2.6-cı bəndinə görə, lizinq müddəti bitdikdən sonra lizinq alan bu müqavilə üzrə öz öhdəliklərini yerinə yetirdikdə və ya müqavilə şərtlərini vaxtından əvvə l icra etdikdə, lizinq obyektinə mülkiyyət hüququ lizinq obyektinin müvafiq dövlət orqanlarında yenidən qeydiyyatı ilə bağlı bütün xərcləri lizinq alanın ödəməsi şərtilə lizinq alana keçir. Eyni zamanda Mülki Məcəllənin 748-2.5-ci maddəsində göstərilir ki, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Maddənin mənasına görə, müqavilə müddəti başa çatmazdan əvvəl lizinq obyekti o vaxt lizinq alanının mülkiyyətinə keçir ki, maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmasın və bütün lizinq ödənişləri lizinq alan tərəfindən tam məbləğdə ödənilmiş olsun. Apelyasiya instansiyası məhkəməsi, tərəflər arası nda bağlanmış “Daxili maliyyə lizinqi müqaviləsi”nin şərtlərini, o cümlədən qeyd olunan maddənin tələblərini pozaraq, lizinq müddətinin bitməməsinə, cavabdehin həmin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməməsinə və lizinq ödənişlərinin onun tərəfindən tam məbləğdə ödənilməməsinə və müqavilənin şərtlərinin məhz cavabdeh tərəfindən pozulmasına diqqət yetirmədən və beləliklə də iddiaçının lizinq obyektini mübahisəsiz qaydada cavabdehdən geri almaq hüququnun əmələ gəlməsini nəzərə almadan, iddianı rədd etməklə əslində lizinq obyektindən istifadəyə görə tələb olunan haqqı, lizinq ödənişlərini cavabdehin xeyrinə güzəştə getmişdir. Halbuki, “Müqavilə”nin 13-cü bəndinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddəti üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə; lizinq ödənişlərini lizinq ödənişləri cədvəlinə uyğun olaraq ödəmirsə və sair hallarda lizinq verənin lizinq obyektini mübahisəsiz geri almaq hüququ vardır. Eyni zamanda həmin “Müqavilə”nin 13.3-cü bəndində göstərilir ki, lizinq obyektinin qeyd olunan əsaslar üzrə geri alınması lizinq alanı bu müqavilə üzrə öhdəliklərin icrasından, dəbbə pulunun (cərimə) ödənilməsi, lizinq obyektinə və lizinq verənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi vəzifəsindən azad etmir. Lizinq obyekti geri alındıqda, lizinq verənə faktiki ödənilmiş lizinq ödənişləri və digər pul öhdəliklərinin hesabına daxil edilmiş ödənişlər geri qaytarılmır. Apelyasiya instansiyası məhkəməsi, Mülki Məcəllənin 404.1, 404.2-ci maddələrinin tələblərinə uyğun olaraq sözügedən müqa vilənin şərtlərini təfsir etmədən, iddia olunan məbləğin lizinq obyektindən istifadə üçün haqq olmaqla lizinq obyektinin cavabdehin istifadəsində olduğu müddət üçün hesablandığını və lizinq obyektinin cavabdehdən 06 noyabr 2017-ci il tarixdə geri alındığını, lizinq obyektinin qeyd olunan əsasla geri alınması cavabdehi müqavilə üzrə öhdəliklərin icrası vəzifəsindən azad etmədiyini nəzərə almadan, faktiki ödənilmiş lizinq ödənişlərini və lizinq obyekitinin 44.140 manata üçüncü şəxsə lizinqə verilməsini əsas tutub iddianı rədd etməklə, sözügedən müqavilənin şərtlərini pozub. Halbuki, işdən, o cümlədən Məhkəmə Ekspertizası Mərkəzinin 25 noyabr 2019-cu il tarixli ekspert rəyindən görünür ki, hazırda iddia olan lizinq ödənişi, haqqı lizinq obyekti cavabdehdən geri alınanadək hesablanıb. Bu bax ımdan kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, lizinq obyektinin lizinq alandan geri aılnması və sonradan həmin lizinq obyektinin müqavilə üzrə üçüncü şəxsə artıq qiymətlə lizinqə verilməsi, lizinq alanı müqavilə üzrə öhdəliklərin icrası vəzifəsindən azad etmir. Lizinq obyekti geri alındıqda, lizinq verənə faktiki ödənilmiş lizinq ödənişləri və digər pul öhdəliklərinin hesabına daxil edilmiş ödənişlər, qalıq borcu ilə əvəzləşdirilə, kompensasiya edilə bilməz və nəzərə alınmalıdır ki, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı yalnız öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz (Mülki Məcəllənin 750-ci maddəsi). Hazırki hald a isə, müqaviləyə lizinq verənin, yəni iddiaçının təqsiri üzündən vaxtından əvvəl xitam verilməsi halı mülki iş materialları ilə istisna olunur. Ona görə də işə yenidən apelyasiya qaydasında baxılarkən bir daha tələblər müəyyənləşdərilməli, lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınmaqla iddianın əsaslılığına düzgün hüquqi qiymət verilməlidir. Digər tərəfdən, Mülki Məcəllənin 751-ci maddəsində göstərilir ki, lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir. Hazırki halda tərəflər arasındakı öhdəlik hüquq münasibətləri lizinq müqaviləsinə əsasən əmələ gəlib və iddiaçı həmin müqavilənin şərtlərinə istinad edərək cavabdehin istifadəsinə verdiyi nəqliyyat va sitəsinə görə ödəmədiyi muzdu tələb edir. Apelyasiya instansiyası məhkəməsi, cavabdehin lizinq obyektini saz vəziyyətdə iddiaçıya geri qaytarmasını, sonuncunun ondan lizinq obyektinə görə 37.923,54 ABŞ dolları əldə etməsini və artıq lizinq obyektinin mülkiyyətçisi olmaq imkanını itirməsini, əksinə iddiaçının lizinq obyektini öz mülkiyyətində saxlamaqla onu yenidən yüksək qiymətlə üçüncü şəxsə lizinqə verməsini, bir sözlə tərəflər arasındakı münasibətin əslində avtomobil kirayə münasibəti olmasını əsas tutub, iddiaçının lizinq obyektinə görə icra olunmamış bütün ödənişləri tələb etməkdə haqlı olmaması qənaətinə gələrkən də Mülki Məcəllənin 697.2-ci maddəsinin tələblərini pozub. Belə ki, həmin maddənin mənasına görə, əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər. Bu normanın tələbindən də görundüyü kimi əmlakın istifadəçisi, əmlakın geri qaytarılması və əmlakdan istifadə münasibətlərinə xitam verilməsi halında o, əmlakdan istifadə müddətində yaranan borcu ödəməyə borcludur. Daha sonra, apelyasiya instansiyası məhkəməsi, hazırki iddianın qismən də olsa təmin edilməsi açıq-aşkar iddiaçının əsassız varlanmasına gətirib çıxara biləcəyi nəticəsinə gəlsə də, kasasiya instansiyası məhkəməsi bununla da razılaşmır. Çünki, Mülki Məcəllənin 1091.1, 1091.2-ci maddələrinin mənasına görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmu r. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edir. Hazırki halda isə, tərəflər arasındakı öhdəlik hüquq münasibətləri lizinq müqaviləsinə əsasən əmələ gəlib və iddiaçı cavabdehin hesabına hər hansı əmlak əldə etməyib və iddiaçı, məhz həmin müqaviləyə istinad edərək cavabdehə lizinqə, istifadəyə verdiyi lizinq obyektinə görə ödənilməmiş muzdu tələb edir. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsində göstərilir ki, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli və onlar ın prosessual hüquqlarının həyata keçməsinə bilavasitə kömək göstərməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni olmaqla yanaşı, eyni zamanda əsaslı olmalıdır. Qətnamənin əsaslılığı dedikdə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o, vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Bu baxımdan kasasiya instansiyası məhkəməsi iddiaçının kasasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq n ormalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respubl ikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı “xxxx” Lizinq Şirkəti QSC hüquq varisi “xxxx” MMC-nin kasasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 noyabr 2020-ci il tarixli, 2(103)-7498/2020 saylı qətnaməsi ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2760/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2760/2021
04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Liz
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver