Məhkəmə qərarları › İş №2(102)-2762/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2762/2021

04.05.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2762/2021 04.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı AAAAAAAAAA oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: gediş-gəliş yolunun açılması ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili İsmayılov İsmayıl Mayıl oğlunun iştirakı ilə, İddiaçı AAAAAAAAAA oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyri-qanuni bağlanmış yolun açılması” tələbinə dair Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2105/2020 nömrəli, 02 noyabr 2020-ci il tarixli qət naməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər qonşudurlar. İddiaçı bildirir ki, onn həyətyanı torpaq sahəsinə 10 metr avtomobil və ya pidaya keçidi olmuş, yolun yerləşdiyi ərazi cavabdehlər tərəfindən tutulmuş, gediş-gəliş mümkün deyildir. Ona görə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı AAAAAAAAAA oğlu, Oğuz rayon Kərimli Bələdiyyəsi iş üzrə iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəm əyə müraciət edərək 26.08.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən xüsusi mülkiyyətində olan, Oğuz rayonu Kərimli kəndi ərazisində 0,2159 hektar torpaq sahəsində yerləşən evə avtomobillərin gediş-gəlişi üçün istifadə olunacaq, cavabdehlər tərəfindən qeyri-qanuni bağlanmış yolun 10 (on) metr enində açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır: Oğuz rayon Aqrar İslahat Komissiyasının 05 avqust 1998-ci il tarixli 68 nömrəli qərarı ilə Oğuz rayon Kərimli kəndində yerləşən, islahatdan əvvəl də onun özünün qanuni istifadəsində olan 0,2159 hektar həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə verilməsi qərara alınmışdır. Hazırda həmin həyətyanı torpaq s ahəsinə dair onun adına mülkiyyət hüququnu təsdiq edən 26.08.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi vardır. Həyatyanı torpaq sahəsi onun faktiki və qanuni istifadəsindədir. Həmin həyətyanı torpaq sahəsinə əvvəldən 10 (on) metr enində avtomobil yolu olmasına baxmayaraq hazırda həmin yolun yerləşdiyi ərazi qonşuları Cavabdeh1 və Cavabdeh2 tərəfindən qeyri-qanuni şəkildə bağlanmışdır. Bu səbəbdən onun həyətyanı torpaq sahəsinə həmin ərazidən gediş-gəlişi qeyri-mümkündür. O, həyətyanı torpaq sahəsinə Oğuz rayonu Kərimli Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən yol verilməsi üçün həmin Bələdiyyəyə şifahi müraciət etmişdir. Müraciətinə cavab olaraq qeyd edilən yolun yerləşdiyi ərazinin Kərimli Bəl ədiyyəsinə aid olduğu və cavabdehlərlə yolun açılması barədə söhbət aparıldığı bildirilmişdir. Cavabdehlər yolun açılmasına könüllü olaraq razı olmadıqları üçün o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur.

4. Oğuz Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(054)-5/2020 nömrəli qətnaməsi ilə (hakim Kamran Süleymanov) iddia təmin edilmiş, 26 avqust 2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən İddiaçı AAAAAAAAAA oğlunun mülkiyyətində olan, Oğuz rayonu Kərimli kəndi ərazisində 0,2159 hektar torpaq sahəsində yerləşən evə avtomobillərin gediş-gəlişi üçün istifadə olunacaq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qeyri-qanuni bağlanmış yolun 10 (on) metr enində açılması, idd ia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iş üzrə 50 (əlli) manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

5. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 164, Torpaq Məcəlləsinin 55-ci maddələrinə istinad etmişdir.

6. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti vermişlər. Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Şəki Apelyasiya Məhkəməsi MK-nın 02 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- R.Rəfiy ev (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Oğuz Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(054)-5/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kasasiya şikayəti verərək qətnamənin ləğv olunaraq, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndəri lməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

11. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə yalnız ekspert rəyini və iddiaçının izahatlarını əsas götürərək qətnamə qəbul etmişdir. Halbuki qanunvericiliyin tələbinə görə ekspertin rəyi məhkəmələr üçün məcburi deyildir. AR MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tərəfindən açılması tələb edilən yolun bizə məxsus torpaq sahəsinin arasından keçdiyi, iddiaçının xüsusi mülkiyyətində olatı 0,2159 ha torpaq sahəsinin kənarı ilə cənub tərəfdən digər kəndarası yola birləşdiyi, həmin yolun digər hissəsinin isə iddiaçının özü və d igər qonşular tərəfindən zəbt edilərək bağlandığı müəyyən edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçının vəkili İsmayılov İsmayıl Mayıl oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdehlər və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə - 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiy i kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. Maddə - 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

17. Maddə 164.1.-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

18. Maddə - 164.2.-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 9.1-ci və 9.3. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərl ə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

23. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışın ın hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

26. Belə ki, İşdə оlаn 12 dekabr 2019-cu il tarixli mütəxəssis arayışında qeyd edilmişdir ki, iddiaçının adına tərtib edilmiş 26 avqust 2019-cu il tarixli ********** nömrəli Çıxarış sənədində göstərilən 0,2159 hektar torpaq sahəsinə gediş-gəliş yolu qeyd olunan torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş Texniki pasporta əsasən şimal istiqamətdən göstərilmişdir. 0,2159 hektar torpaq sahəsinə gediş-gəliş yolu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasına əsasən cavabdehlərə məxsus A 085608 nömrəli və A 085609 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədlərində göstərilən torpaq sahələrinin arasından keçir. Yolun başlanğıc nöqtəsi elektron kadastr məlumat bazasına əsasən həmin yola perpendikulyar olan kənd arası yoldan başlayır və yolun müəyyən edilmiş başlanğıc nöqtəsindən iddiaçının mülkiyyətində olan həyə tyanı torpaq sahəsinin şimal nöqtəsinə qədər olan uzunluğu elektron kadastr məlumat bazasında 83,17 metr, eni isə 11,8 metr göstərilir. Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasına əsasən qeyd olunan yol yeri naturada kənar şəxs tərəfindən kol-çəpərlə əhatəyə alınmışdır.

27. İşdə оlаn Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyul 2020-ci il tarixli 2040 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının adına tərtib edilmiş 26.08.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,2159 hektar torpaq sahəsinə gediş-gəliş yolu həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair Ərazi İdarəsi tərəfindən tərtib edilmiş Texniki Pasporta əsasən şimal istiqamətindən göstərilmişdir. 0,2159 hektar torpaq sahəsinə gediş-gəliş yolu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasına əsasən A 085608 nömrəli və A 085609 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədlərində göstərilən torpaq sahələrinin arasından keçir. Yolun başlanğıc nöqtəsi elektron kadastr məlumat bazasına əsasən həmin yola perpendikulyar olan kəndarası yoldan başlayır və yolun müəyyən edilmiş başlanğıc nöqtəsindən iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsinin şimal nöqtəsinə qədər olan uzunluğu elektron kadastr məlumat bazasında 83,17 metr, eni isə 11,8 metr göstərilir. Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasına əsasən qeyd olunan yol yeri naturada k ənar şəxs tərəfindən kol-çəpərlə əhatəyə alınmışdır.

28. İddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolun cavabdehlər tərəfindən bağlanması məhkəmə instansiyalarında sübuta yetirilmişdir. Həmin yolun cavabdehlər tərəfindən qanunsuz və əsassız olaraq bağlanması iddiaçının mülkiyyət hüquqlarının pozulması və onun öz əmlakı üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir.

29. Ekspert rəyinin sübut kimi götürülməməsi ilə bağlı dəlil keçərli deyil. Ekspert rəyi xüsusi biliyə malik olan mütəxəssis tərəfindən verilmişdir. Həmin rəyi şübhə altına alan hallar aşkar edilmədikdə onlar sübut kimi əhəmiyyətə malikdirlər. Məhkəmə ekspert rəyini digər sübutlarla birlikdə qiymətləndirir. Nə qədər ki, cavabdeh tə rəf həmin rəyin həqiqiliyini şübhə altına alan sübutlar təqdim etməmişdir və məhkəmə gedişi zamanı da belə hallar aşkar edilməmişdir, məhkəmələr onu mübahisənin həllində əhəmiyyət kəsb edən subüt kimi dəyərləndirməkdə haqlı olmuşlar.

30. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2105/2020 nömrəli iş üzrə 02 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar