Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2762/2023 12.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma, maddi və mənəzi zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-591/2023 nömrəli iş üzrə 15 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qay dasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ilə "xxxx" MTK arasında xx.xx.2013-cü il tarixdə bağlanmış müqaviləyə əsasən, MTK, Bakı şəhəri Xocalı prospekti 32 ünvanda inşa olunan yüksək mərtəbəli binanın A-1 girişinin 6-cı mərtəbəsində yeləşən ümumi sahəsi 124,7 kv.m. olan yaşayış sahəsini inşa edib iddiaçıya təhvil verməyi, iddiaçı da yaşayış sahəsinin dəyəri olan 56.188 manatı MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. 2. "xxxx" MTK-nın xx.xx.2013-cü il tarixli maliyyə arayışına görə, mənzilin dəyəri 56.188 manat iddiaçı tərəfindən tam ödənilmişdir.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin X1 Azərbaycan Respublikası CinayətProssesual Məcəlləsinin 29, 178.3.2 və 308.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2020-ci il tarixli hökmü ilə mənzilin iddiaçının sahibliyin ə və istifadəsinə verilməsi müəyyən edilmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5748/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının X4rşı mənzildən çıxarma tələbinə dair ilk iddiası qismən təmin edilərək, S.Eyyubovanın mənzildən çıxarılması, qarşılıqlı iddia üzrə X10 və Cavabdeh1 iddiaçıya və "xxxx" MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edillməsi, həmin işə ikinci dəfə işə baxan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə S.Eyyubovanın və Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2134/2020 nömrəli iş üzrə xx.xx.2020 ci il tarixli qərarı ilə sonuncuların kassasiya şikayətləri təmin edilməmişdir. 5. "xxxx" MMC-nin xx.xx.2021 -ci il tarixli qiymətləndirmə rəyinə görə, Bakı şəhəri Xətai rayonu Xocalı prospekti ev 32-də yerləşən 124,7 kv.m. ümuümi sahəsi olan 9 nömrəli mənzilin 2018-2021-ci illər üçün əşyasız aylıq kirayə qiyməti 1.200 manat dəyərləndirilir. 6. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli MB 16/0020 nömrəli qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri Xətai rayonu Xocalı prospekti ev 32-də yerləşən 124,7 kv.m. ümumi sahəsi olan 9 nömrəli mənzilin hesablanmış kirayə bazar dəyəri (əşyalı, əşyasız) aşağıdakı kimi təşkil edir: 2018-ci il üçün - əşyalı 1.000 manat, əşyasız 800 manat; 2019-cu il üçün - əşyalı 1.100 manat, əşyasız 900 manat; 2020-ci il üçün - əşyalı 1.200 manat, əşyasız 1.000 manat; 2021-ci il üçün - əşyalı 1.250 manat, əşyasız 1.000 manat: 2022-ci il üçün - əşyalı 1.400 manat, əşyasız 1.100 manat; 2023-cü il üçün - əşyalı 1.500 manat, əşyasız 1.200 manat. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Xətai rayonu Xocalı prospekti 32 nömrəli evin A1 blokunun 6-cı mərtəbəsində yerləşən sahəsi 124,7 kv.m. olan 3 otaqlı 9 nömrəli mənzili qanunsuz zəbt edən Cavabdeh1, onun həyat yoldaşı Cavabdeh2, eləcə də mənzilə dair hüququ olmayan istənilən şəxslərin mənzilindən məcburi qaydada çıxarılmaları, cavabdehin mənzilinə hər hansı hüququ olmasına dair etdiyi qanunsuzluqlara son qoyulması, mənzilin tam boşaldılaraq (bütün əşyalar çıxarılmaqla) sahibliyinə və istifadəsinə qaytarılması, onun mənzilə köçürülməsi, cavabdehdən mənzilin qapısının açarlarının alınaraq o na təhvil verilməsi, mənzilin qanunsuz zəbtinə görə vurulmuş maddi zərər və əldə çıxmış fayda qismində 63.600 manat zərərin və 80.000 manat mənəvi zərərin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh1 mənzilin təmirinə və mebellərin quraşdırılmasına birlikdə çəkilmiş xərcə görə pul vəsaitinin iddiaçıdan alınıb ona verilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia baxılmamış saxlanılmışdır.
9. İddianın əsaslarına görə, onunla mənzilə dair Sabiqə Eyyubova və Cavabdeh1 arasında olmuş məhkəmə mübahisələri üzrə məhkəmə qətnaməsi 2 illik müddətdən sonra qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Xətai rayon icra şöbəsinə göndərilmiş, icra məmurla rı tərəfindən aktlar tərtib edilərək cavabdeh Sabiqə Eyyubovanın mübahisəli mənzildə yaşamaması əsası ilə icra olunmamışdır. Cavabdeh1 öz ailə üzvləri ilə həmin mənzildə yaşadığını və onun həmin mənzildən çıxarılması ilə bağlı məhkəmə qətnaməsinin olmaması bəhanəsini əldə rəhbər tutaraq qanunun aliliyini və məhkəmə qətnaməsinin məcburiliyin şübhə altına almışdır. Nəticədə illərlə məhkəmə mübahisələrində qalib gəlmiş iddiaçı cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində ailəsiylə birlikdə mənzilinə köçə bilməmiş və ədalətsizliklə üz-üzə qalmışdır. İş üzrə qanuni qüvvədə olan və hazırkı iş üzrə də preyudisial əhəmiyyətə malik olan məhkəmə qətnamə və qərarları ilə mənzilin ona məxsus olması tam təsdiqini tapıb və bu hal qanunla işin mübahisəsiz halıdır. Cavabdeh və onun ailə üzvlərinin onun mənzilini zəbt etmələri də işin mübahisəsiz halıdır. Onun mənzili 2018-ci ildən cavabdeh və onun ailə üzvləri tərəfindən qanunsuz zəbt edilib. O, ailəsiylə mənziliə köçüb yaşamaq, mülkiyyəti barəsində istədiyi kimi hərəkət etmək hüququndan məhrum olmuşdur. Cavabdeh mənzilini zəbt nəticəsində ona hər ay 1.200 manat maddi ziyan dəyir. Belə ki, mənzilini cavabdeh qanunsuz zəbt etməsəydi o, adi mülki dövriyyə şəraitində mənzilini kirayə verib fayda götürə, ailəsinin maddi təminatını saxlaya bilərdi. Ya da mənzilinə köçüb mənzil şəraitini alan zaman necə arzulamışdısa, elə təşkil edib hazırda məcburiyyətdən yaşadığı mənzilini kirayə verib, yenə də ailəsinin saxlanma şəraitini təmin edərdi. Ancaq o, cavabdehin öz ailəsi ilə ona qarşı qanunsuz zəbtindən və mənzilindən çıxmamasına görə bu maddi gə lirlərindən və adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olmuşdur. Cavabdehlərin hərəkətləri nəticəsində sarsıntılar keçirmişdir, sarsıntılarına görə vurulmuş mənəvi zərərə görə 80.000 manat zərərin tutulmasında tam haqlıdır. Cavabdeh öz qanunsuz zəbt metodları ilə qanunların aliliyini şübhə altına alır. Öz müqaviləsinin ləğv olunmasına və anasının adına hazirda müqavilə olmasına baxmayaraq, ləğv edilmiş müqaviləsini əsas tutaraq və məhkəmə qətnaməsində məhz onun adının yox, anasının mənzildən çıxarılmalı olmasını göstərməklə bu metodla qanunsuz zəbtinin müddətini artırır
10. Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-72/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim P.Zamanlı) iddia qismən təmin edilmiş, cavabdehlər, eləcə də hüququ olmayan ist ənilən şəxslərin Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 32 saylı evin A1 blokunun 6-cı mərtəbəsində yerləşən sahəsi 124.7 kv.m. olan 3 otaqlı 9 saylı mənzilindən məcburi qaydada çıxarılmaları, mənzilin əşyalarla birlikdə tam boşaldılaraq iddiaçının sahibliyinə və istifadəsinə qaytarılması, iddiaçının həmin mənzilə köçürülməsi, mənzilin açarlarının cavabdehlərdən alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı və Cavabdeh1 ondan apellyasiya şikayətləri vermişlər.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2023/23 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əs gərov və F.Talışinski) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi iddianın əldən çıxmış fayda, vurulmuş maddi və mənəvi zərərin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə idda qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada vurulmuş maddi ziyana görə 23.766,66 manat manat, mənəvi ziyana görə 2.000 manat, cəmi 25.766,66 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2ci maddəsi təşkil edir. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması, 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. Birinci dispozitiv şərtin yəni, mübahisəli Mənzilin iddiaçıya məxsus olması artıq qanuni qüvvəsini almış Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-5748/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, X10 və Cavabdeh1 iddiaçıya və "xxxx" MTK-ya qarşı sonuncu ilə iddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair q arşılıqlı iddiası təmin edilməmiş və qətnamə həmin hissədə yuxarı və kassasiya instansiyası məhkəmələrində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan başqa, iş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə "xxxx" MTK arasında Mənzilə dair xx.xx.2013-cü il tarixdə müqavilə bağlanmış və iddiaçı eyni tarixli Maliyyə arayı əsasında Mənzilin dəyəri olan 56.188 manat pulu "xxxx" MTK-ya ödəməklə, həmin mənzilə sahiblik hüququ əldə etmişdir. İkinci dispozitiv şərtin olması, yəni mənzilin başqa şəxsin (cavabdehlərin) sahibliyində olması da iş mate rialları ilə müəyyən edilir. Belə ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim etdiyi qarşılıqlı iddia ərizəsində özü ailə üzvləri ilə birlikdə həmin mənzilə köçüb hazırda da həmin mənzildə yaşadıqlarını qeyd etmişdir. İşin bu halı həm də üçüncü dizpozitiv şərtin mövcudluğuna əsas verir. Çünki iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə qətnamələri mənzilin iddiaçıya məxsus olmasını müəyyən etdiyi halda, cavbdehlər heç bir hüquqi əsas olmadan mənzildə yaşamaqda və onu iddiaçının sahibliyinə və istifadəsinə qaytarmamaqda davam edirlər. Bu isə əmlakın (Mənzilin) cavabdehin qanunsuz sahibliyində olması ilə bağlı üçüncü dispozitiv şərtin olması barədə qənaətə gəlməyə tam əsas vermiş olur. Beləliklə, şərh edilənlər əsasında məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı h azırkı iddia tələbini irəli sürməklə mənzili cavabdehin qanunsuz sahibliyindən geri tələb etməkdə haqlıdır, çünki iddiaçı mənzilin mülkiyyətçisidir. Mülkiyyət hüququ isə həm milli həm də beynəlxalq qanunlarla qorunan ən üstün hüquqlardan biridir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının milli qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, beynəlxalq qanunvericilik baxımından onun mənzilə dair mülkiyyətə gözlənti hüququ olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə kollegiyası iddia tələbinin mənzilinin tam boşaldılaraq (bütün əşyalar çıxarılmaqla) iddiaçının sahibliyinə və istifadəsinə qaytarılması, onun mənzilə köçürülməsi, cavabdehlərdən mənzilinin qapısının açarlarının alınaraq ona təhvil verilməsi ilə ba ğlı qeyd edir ki, həmin tələblər cavabdehlərin mənzildən çıxarılmaları tələbindən doğan tələbdir. Cavabdehlərin mənzildən çıxarılmaları ilə bağlı tələbin təmin edilməsinin hüquqi əsasları yuxarıda şərh edildiyindən eyni əsaslarla bu tələblərə təkrar hüquqi qiymətin verilməsinə məhkəmə zərurət görmür. Odur ki, məhkəmə haqlı olaraq həmin tələblərin də təmin edilməli olması barədə qənaətə gəlmişdir. Mənzilə dair hüququ olmayan istənilən şəxslərin mənzilindən məcburi qaydada çıxarılmaları ilə bağlı iddia tələbinə gəldikdə, məhkəmə kollegoyası qeyd edir ki, iddia tələbi həmin hissədə ümumi xarakter daşısa da, məhkəmə haqlı olaraq iddia tələbinin bu hissədə də təmin olunması qənaətinə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5748/20 18 saylı, 29 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının X4rşı mənzildən çıxarılması qət edilmiş, lakin qətnamənin icrası zamanı Sabiqə Eyyubovanın mənzildə yaşamadığı müəyyən edilmiş və həmin qətnamənin icrası mümkün olmamışdır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, gələcəkdə baş verə biləcək bu cür hüquqdan sui- istifadə hallarının, bununla qətnamənin icrasının mümkün olmamasının və iddiaçının hüquqlarının belə sui-istifadə hallarından pozulmasının qarşısının alınması məqsədilə iddia həmin hissədə də təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlərin mənzildən çıxarılması, cavabdehlərin mənzilə hər hansı hüququ olmasına dair etdiyi qanunsuzluqlara son qoyulması, mənzil cavabdehlərin əşyaları ilə birlikdə tam boşaldılaraq iddiaçının sahibliyinə və istifadəsinə qaytarılmadı, iddiaçının mənzilə köçürülməsi, cavabdehlərdən mənzilinin qapısının açarları alınaraq iddiaçıya təhvil verilməsi hissəsində iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmiş olsa da, iddia tələbinin mənzilin qanunsuz zəbtinə görə vurulmuş maddi zərər (əldən çıxmış fayda) mənəvi zərərin cavabdehlərdən tutulması ilə bağlı iddianı təmin etməməkdə haqlı olmamışdır. Belə ki, məhkəmə qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlərin hərəkətlərinə görə nə real, nə də əldən çıxmış fayda formasında ona zərər dəydiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya məhkəmənin qeyd edilən mövqeyi ilə razılaşmır. Belə ki, işin hallarından görünür ki, mənzilə dair əvvəllər də məhkəmə mübahisələri olmuş, Bakı Ağır Cinayətlər Məhk əməsinin X1 AR CM-nin 29, 178.3.2 və 308.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2020-ci il tarixli hökmü ilə Mənzilin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi müəyyən edilmişdir. Həmçinin, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5748/2018 saylı, 29 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının X4rşı “mənzildən çıxarma” tələbinə dair ilkin iddiası qismən təmin edilərək, S.Eyyubovanın mənzildən çıxarılması, qarşılıqlı iddia üzrə X10 və Cavabdeh1 iddiaçıya və "xxxx" MTKya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının Həmin iş üzrə ikinci dəfə işə baxan Bakı Apellyasiya Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə X5 və Cavabdeh1 Qələdəroviçin apelyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 iyun 2020 ci il tarixli 2(102)-2134/2020 saylı qərarı ilə sonuncuların kassasiya şikayətləri təmin edilməmişdir. Göründüyü kimi, mübahisəli Mənzilin iddiaçıya məxsus olması artıq qanuni qüvvəsini almış Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-5748/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Əlavə olaraq X10 və Cavabdeh1 iddiaçıya və "xxxx" MTK-ya qarşı sonuncu ilə iddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməmiş və qətnamə həmin hissədə yuxarı və kassasiya instansiyası məhkəmələrində dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, mənzilin başqa şəxsin (cavabdehlərin) sahibliyində olması da iş materialları ilə müəyyən edilir. Belə ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə mə hkəməyə təqdim etdiyi qarşılıqlı iddia ərizəsində özü ailə üzvləri ilə birlikdə həmin mənzilə köçüb hazırda da həmin mənzildə yaşadıqlarını qeyd etmişdir. Lakin cavabdehlər qanuni qüvvəyə minmiş qətnaməni icra etməkdən müxtəlif bəhanələrlə boyun qaçırırlar. Hətta iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5748/2018 saylı, 29 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının X4rşı mənzildən çıxarılması qət edilmiş, lakin qətnamənin icrası zamanı Sabiqə Eyyubovanın Mənzildə yaşamadığı müəyyən edilmiş və həmin qətnamənin icrası mümkün olmamışdır. Göründüyü kimi, cavabdehlər başqasına (iddiaçıya) məxsus mənzilləri təhvil verməməklə ona maddi ziyan vururlar. İddiaçı uzun müddətdir ki, özünə məxsus mənzildən istifadə edə bilmir. Kollegiya qeyd edir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 5748/2018 saylı, 29 oktyabr 2018-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 iyun 2020-ci il qərarı ilə qanuni qüvvəsini almışdır və 01 iyun 2022-ci il tarixinədək (hazırkı iddia tələbi ilə müraciət edilən günədək) 23 ay 08 gün müddət ərzində icra edilməmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 12 mart 2021-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti ev 32-də yerləşən 124,7 kv.m ümuümi sahəsi olan 9 saylı mənzilin 2018-2021-ci illər üçün əşyasız aylıq kirayə qiyməti 1200 (min iki yüz) manat dəyərləndirilir. İş materiallarında olan və apellyasiya icraatı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin 11 yanvar 2023-cü il tarixli MB 16/0020 nömrəli qiymətləndirmə hesabatından gö rünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti ev 32-də yerləşən 124,7 kv.m ümuümi sahəsi olan 9 saylı mənzilin hesablanmış kirayə bazar dəyəri (əşyalı, əşyasız) aşağıdakı kimi təşkil edir: 2018-ci il üçün-əşyalı 1000 manat, əşyasız 800 manat; 2019-cu il üçün-əşyalı 1100 manat, əşyasız 900 manat; 2020-ci il üçün-əşyalı 1200 manat, əşyasız 1000 manat; 2021-ci il üçün-əşyalı 1250 manat, əşyasız 1000 manat: 2022-ci il üçün-əşyalı 1400 manat, əşyasız 1100 manat; 2023-cü il üçün-əşyalı 1500 manat, əşyasız 1200 manat. Kollegiya hesab edir ki, mənzilin kirayə haqqının müəyyənləşdirilməsi üçün mülki iş materiallarında iki ayrı-ayrı qiymətləndirmə rəyi mövcud olsa da, obyektivlik baxımından məhkəmə tərəfindən təyin edilmiş və hər il üzrə ayrı-ayrılıqda qiymətlər müəyyən edilmiş "xxxx" MMC-ni n 11 yanvar 2023-cü il tarixli qiymətləndirmə rəyi iş üzrə əsas sübut hesab edilməlidir. Bu halda kollegiya qeyd edir ki, iddiaçı iddia tələbində məhz qeyd olunan mənzilin əşyasız halda kirayə haqqını (2020-2022-ci illər üzrə) tələb etdiyindən və "xxxx" MMC-nin 11 yanvar 2023-cü il tarixli qəymətləndirmə rəyi ilə 2020-2021-ci illər üzrə 1000 manat, 2022-ci ildə isə 1100 manat təşkil etdiyindən dəymiş zərər bu qaydada hesablanmalıdır: (24 iyun 2020-ci ildən-01 yanvar 2022-ci ilədək) 18 ay x 1000 manat=18000 manat, + 08 gün üçün 266.66 manat və (01 yanvar 2022-ci ildən- 01 iyun 2022-ci ilədək) 5 ay x 1100=5500 manat, cəmi 23766.66 manat. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi iddiaçıya dəyən maddi ziyan (əldən çıxmış fayda) hissəsində qismən, yəni 23766.66 manat məbləğində təmin olunmalıdır.... Məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkən keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə kollegiyası qeyd edilənlər üzrə dəyərləndirmə apararaq hesab ed ir ki, iddiaçıya məxsus mənzili təhvil verməməklə ona mənəvi sarsıntı və iztirablara məruz qoyması məhz cavabdehlərin təqsiri nəticəsində baş verməsi işin mübahisələndirilməyən halıdır. Göründüyü kimi, iddia tələbi mənəvi ziyanın vurulması hissəsində əsaslıdır. Kollegiya mənəvi zərərin məbləği hissəsi ilə bağlı isə qeyd edir ki, cavabdehlərdən iddiaçının xeyrinə tələb olunan məbləğdə deyil, 2000 (bir min) manat məbləğində mənəvi zərərin müəyyən edilməsi qanuni olmaqla yanaşı ədalətlidir.”
14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 152.5, 157.2, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə xx.xx.2007-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRA ZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh1 ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.
16. Kassasiya şikayətinin dəlillərinə görə, “İstintaq zamanı zərərçəkmişşəxs İddiaçı ifadəsində X3 A 1 girişinin 6-cı mərtəbəsində yerləşən 124,7 kvm sahəsi olan mənzili almasını göstərsə də, aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, EminMəlikov X3 A 1 girişinin 5-ci mərtəbəsindəyerləşən 124,7 kvm sahəsi olan mənzili almış, həmin mənzil sonradan ziyanın ödənilməsi məqsədilə X8 verilmişdir. Cəfər Hüseyenovun adına olan müqavilədə də mənzilin 5-ci mərtəbədə yerləşməsi qeyd edilmiş, mənzil C.Hüseynov tərəfindənİddiaçı satılarkən MTK-nın sədri Hikmet Yigitdöl tə rəfindən texniki səhv olaraq İddiaçısatılmış müqavilədə mənzilin mərtəbəsi 5-ci mərtəbə əvəzinə səhvən 6-cı mərtəbə kimi göstərilmişdir. Ona görə də iş materialarına əlavə edilmiş həmin müqavilədə mənzilin yerləşdiyi mərtəbə 5-ci mərtəbə kimi qiymətləndirilməlidir (səh 171). Göründüyü kimi mübahisəlimənzil cavabdehlərin qanunsuz deyil, tam qanuniəsaslarla sahibliklərində olmuşdur. Təsadüfi deyildir ki, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası MPM-nin 82.3- cü maddəsinə istinad edərək əsaslandığı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)2134/2020 saylı xx.xx.2020-ci il tarixli qərarının və onunla bağlı BakıApellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10767/2019 saylıxx.xx.2019-cu il tarixli qətnaməsinin Azərbaycan Respublikası Konstitusiyasına və digər qanunlarına uyğunluğunun yoxlanılması ilə bağlı Cavabdeh1və X10 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinəşikayətlə müraciət etmiş, şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının 02 dekabr 2021-ci il tarixli qərardadı ilə Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsinin icraatına qəbul edilmiş, bundan sonra hazırkı mülki iş üzrə icraat Xətai rayon məhkəməsinin 2(011)-72/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə dayandırılmış, şikayətə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunda baxılmış, lakin nə yazıq ki, yuxarıda istinad edilən cinayət işi üzrə mübahisəli mənzilin Cavabdeh1 məxsus olması, ilk İddiaçı isə eyni binanın 5-ci mərtəbəsində yerləşən başqa mənzilin satıldığının müəyyən olunmasına baxmayaraq, təmin olunmamışdır. Beləlik lə, nə qədər təəccüblü olsa da, mübahisəli 9 saylı mənzilin hazırkı iş üzrə cavabdehlərə, ilk iddiaçıya isə eyni binanın 5-ci mərtəbəsində yerləşən tamamilə başqa mənzilinin satılmasına və bunun həm cinayət işində, həm də tərəflər arasında olmuş, hazırkı mülki iş də daxil olmaqla, mülki işlər üzrə toplanmış mötəbər sübutlarla sübut olunmasına baxmayaraq, bu halların tamamilə ziddinə olaraq qanuni qüvvədə olan məhkəmə aktlarında 6-cı mərtəbədə yerləşən 9 saylı mənzilin İddiaçı məxsus olduğu göstərilmişdir (“müəyyən edilmişdir”).... Lakin apellyasiya instansiyası məhkəməsi bu zaman diqqətindən qaçırmışdır ki, mübahisəli mənzil əvvəla cavabdehlər tərəfindən təmir edilmişdir. İddiaçı həmin mənzilin təmirinə hər hansı məbləğdə vəsait xərcləməmişdir. Bu baxımdan iddiaçı yalnız həmin mənzilin tə mirsiz (“pod mayak”) vəziyyətinə iddia edə bilər. Təmirsiz (“pod mayak”) vəziyyətində olan mənzil isə, aylıq nəinki 1000-1100 manat, heç 0 manata da kirayəyə verilməz.... Yuxarıda istinad edilən Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idərisinin mühüm işlər üzrə müstəntiqi, kiçik ədlliyyə müşaviri X2 ********* nömrəli cinayət işi üzrə qəbul etidyi və hazırda da qanuni qüvvədə olan 16 mart 2018-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarından da göründüyü kimi, mübahisəli mənzil əslində Cavabdeh1 satılmış olan mənzildir, İddiaçı isə bir mərtəbə aşağıda yerləşən başqa bir mənzil satılmışdır. Doğrudur, qanuni qüvvədə olan məhkəmə aktları ilə, nə qədər təəccüblü olsa da, iddiaçıya hər hansı aidiyyəti olmayan mübahisə li 9 saylı mənzilə iddiaçının hüquqları tanınmış, mübahisəli 9 saylı mənzili alıb, təmir edib, sonra da orada ailəsi ilə birlikdə yaşamağa başlamış Cavabdeh1 isə dəyərini ödəyib aldığı mənzilə hüquqları tanınmamışdır.... İddiaçı mübahisəli mənzilin ona təhvil verilməsini, cavabdehlərin mənzildən çıxarılmasını tələb edir, lakin bu zaman aldığı təmirsiz (“pod mayak”) mənzilə deyil, məhz cavabdehlər tərəfindən külli miqdarda şəxsi vəsaitləri sərf edilərək təmir edilmiş mənzilə köçürələcəyini nəzərə almır. Halbuki mənzilin təmirinin pulu da məhz iddiaçıdan tutularaq cavabdehlərə ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi mənəvi ziyanın tutulmalı olması ilə bağlı da yanlış nəticə çıxarmışdır. Belə ki, mənzil mübahisəli mənzildir, digər tərəfdən həmin mənzilin pulunu məhz Cavabdeh1 ödəmi şdir, yuxarıda istinad edilən qərardan görünür ki, iddiaçı tammilə başqa mənzil üçün pul ödəmişdir, belə bir vəziyyətdə əvvəla 6-cı mərtəbədə aldığı mənzilin 5-ci mərtəbədəymiş kimi göstərildiyi qanuni qüvvədə olan məhkəmə aktlarının qəbulundan aldığı mənəvi zərbə, sonra da məhz həmin məhkəmə aktları əsas götürülərək yaşadığı mənzilindən məcburi qaydada çıxarılmalı olan Cavabdeh1 vurulmuş mənəvi zərər nə olacaq?” b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Madd ə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə
43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 19. “İnsan hüquqlarının və X6 haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 20. “İnsan hüquqlarının və X6 haqqında” Konvensiyaya dair Protokol: Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə ye tirmək hüququnu məhdudlaşdırmır.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 152.1. Mülkiyyət hüququ - s ubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vax tdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir; Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifə sinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzs iz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olun mamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərar: “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.... Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemə tlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.” “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərar: “Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan R espublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı).... Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcb uriliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halları n təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı)....... məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.... Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dai r” xx.xx.2020-ci il tarixli Qərar: “Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.... Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçək miş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.... Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir.”
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarı: Bənd
2. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir; Bənd
4. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsı ntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir; Bənd
8. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formad a qiymətləndirməsini aydınlaşdırmağa borcludur; Bənd
10. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycan qar şı” iş üzrə xx.xx.2007-ci il tarixli Qərarı: “39. Məhkəmə xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər....
42. Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir (Ceyms və digərləri Birləşmiş Krallığa qarşı xx.xx.1986-cı il tarixli qərar, A seriyaları, s. 2930, §37).” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edilsə də, iddiaçı qətnamə ilə razılaşaraq, ondan iddia rədd olunan hissədə kassasiya şikayəti vermədiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı iddia təmin olunan hissədə və şikayətdə irəli sürülən dəlillər üzrə yoxlanılır.
28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tə rəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
31. İlk olaraq, ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bəra bərlik və toxunulmazlıq prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə məhkəmə müdafiəsini nəzərdə tutur.
32. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13cü maddəsi ilə toxunulmaz elan olunaraq, dövlət tərəfindən qorunur.
32. Bu anlamda, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırma qdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.
33. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür.
34. Vindikasiya iddiası petitor iddianın əsas növü sayılır. Vindikasiya iddiası özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək barədə iddiadır. Bu, mülkiyyətçinin əşyaya sahibliyi itirdiyi hal üçün müəyyən edilmişdir və əmlakı özgənin qeyri-qanuni sahibliyindən məcburi tələb etməkdən ibarətdir. Vindika siya iddiasının anlayışı Mülki Məcəllənin 157.2-ci maddəsində verilmişdir. Həmin anlayışa görə, vindikasiya iddiası əşyaya sahib olmayan mülkiyətçinin ona sahib olan qeyri-mülkiyyətçiyə qarşı iddiasıdır. Bununla da, vindikasiya prosesində tərəflər: iddıaçı, əşyaya faktikı sahibliyiyni itirmiş mülkiyyətçi, cavabdeh isə vicdanlı və vicdansız olmasından asılı olmayaraq, əşyaya faktiki malik olan sahibdir. Vindikasiya hüququnun subyekti tələb olunan şeyə öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmlak mülkiyyətçisidir. Burada borclu subyekt iddanın qaldırıldığı anda əşyaya malik olan qeyriqanuni sahibdir. Vindikasiya obyekti natura şəklində fərdi müəyyən edilə bilən əşya olmalıdır.
35. Bu mənada, mübahisəli mənzilin iddiaçıya məxsus olması, mənzilin cavabdehlərin qa nunsuz sahibliyində olması və onların orada yaşaması işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarındandır, işin bu halları sair dəlillərlə təkzib olunmur, cavabdeh də bununla bağlı hər hansı mötəbər sübutu təqdim etməmişdir. Belə olan halda, iddiaçının cavabdehlərin qanunsuz sahibliyindən mənzili geri tələb etməklə yanaşı, həmin şəxslərin sahibliyin qanunsuz olduğunu bildiyi bütün vaxt ərzində götürülməli olan bütün gəlirlərin əvəzinin ödənilməsi tələbi qanuni və faktiki əsaslara söykənir.
36. Həmçinin, cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktları hazırkı iddiaya etirazı ilə yenidən mübahisələndirir və yenidən sübut etməyə çalışır ki, bu da əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olması prins ipinə ziddir. Bu mənada, qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibedilməzlik, müstəsnalıq və məcburilik keyfiyyətlərinə malikdir və məhz qeyd olunan preyudisiya institutunun başlıca funksiyası həmin məhkəmə aktlarına yenidən baxılmasının, başqa ifadə ilə, təftiş edilməsinin qarşısının alınmasından ibarətdir.
37. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzi b edilməsinin mümkünsüzlüyü deməkdir. Bunun da mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.
38. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri (bu Qərar, §39-da qeyd olunan dəlil istisna olmaqla) işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Belə ki, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mahiyyəti üzrə düzgün olubolmamasını yoxlamır, işə, irəli sürülmüş dəlillər üzrə, yalnız həmin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunub-olunmaması hədlərində baxır.
39. Şikayətin mənzilin təmir pulunun iddiaçıdan tutularaq cavabdehlərə ödənilməsi barədə dəlili isə əsassızdır. Belə ki, həmin tələb hazırkı məhkəmə mübahisəsinin araşdırma predmetinə daxil olmadığından ona hüquqi qiymət verilə bilməz, cavabdeh isə məhkəmə müdafiəsi hüququndan istifadə edib, bu barədə iddia qaldıramaq yolu ilə iddiaçıya qarşı sözügedən tələbini müb ahisələndirməkdə haqlıdır.
40. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-591/2023 nömrəli iş üzrə 15 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.