Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5563/2022 02.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 Qələndəroviçə və Musayeva (Eyyubova) Afət Aqverdi qızına qarşı mənzildən çıxarma və pul tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh1 Qələndəroviçin İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-72/2022 saylı qərardadından iş üzrə Cavabdeh1 Qələndəroviç və vəkili-nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Qələndəroviçə və Musayeva (Eyyubova) Afət Aqverdi qızına qarşı məhkəməyə müraciət edərək, iddiaçı ona məxsus olan Xətai rayonu, Xocalı prospekti 32 saylı evin A1 blokunun 6-cı mərtəbəsində yerləşən sahəsi 124,7 kv.m olan 3 otaqlı 9 saylı mənzili (bundan sonra – Mənzil) qanunsuz zəbt edən Cavabdeh1 Qələndəroviç, onun həyat yoldaşı Musayeva (Eyyubova) Afət Aqverdi qızı, eləcə də mənzilə dair hüququ olmayan istənilən şəxslərin mənzilindən məcburi qaydada çıxarılmaları, cavabdehin mənzilinə hər hansı hüququ olmasına dair etdiyi qanunsuzluqlara son qoyulması, mənzilinin tam boşaldılaraq (bütün əşyalar çıxarılmaqla) sahibliyinə və istifadəsinə qaytarılması, onun mənzilinə köçürülməsi, cavabdehdən mənzilinin qapısının açarlarının alınaraq ona təhvil verilməsi, mənzilini qanunsuz zəbtinə görə vurulmuş maddi zərər və əldə çıxmış fayda qismində 43200 manat zərərin və 70000 manat mənəvi zərərin cavabdehdən tutulması barədə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 Qələndəroviç İddiaçı qarşı məhkəməyə müraciət edərək, mənzilin təmirinə və mebellərin quraşdırılmasına birlikdə çəkilmiş xərcə görə 93500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin iddiaçıdan alınıb ona verilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-72/2022 saylı qərardadı ilə Cavabdeh1 Qələndəroviçin İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi Mülki Prosessual Məcəllənin 259.0.7-ci maddəsinə əsasən baxılmamış saxlanmışdır. Məhkəmənin eyni nömrəli və eyni tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 Qələndəroviç və Musayeva (Eyyubova) Afət Aqverdi qızı, eləcə də hüququ olmayan istənilən şəxslərin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 saylı evin A1 blokunun 6-cı mərtəbəsində yerləşən sahəsi 124,7 kv.m olan 3 otaqlı 9 saylı mənzilindən məcburi qaydada çıxarılmaları, mənzilin əşyalarla birlikdə tam boşaldılaraq iddiaçının sahibliyinə və istifadəsinə qaytarılması, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 saylı evin A1 blokunun 6-cı mərtəbəsində yerləşən sahəsi 124,7 kv.m olan 3 otaqlı 9 saylı mənzilə köçürülməsi, mənzilin açarlarının Cavabdeh1 Qələndəroviçdən və Musayeva (Eyyubova) Afət Aqverdi qızından alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qərardaddan narazı qalan Cavabdeh1 Qələndəroviçin vəkili-nümayəndəsi Vəkil2 şikayət verərək, Xətai rayon məhkəməsinin 2(011)-72/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadını ləğv edib, mülki işə baxılmasına davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məlum olduğu kimi 10-12 iyun 2022-ci il tarixlərində Bakı şəhərində «Formula-1» yarışı keçirilmiş, yarışın keçirilməsi ilə əlaqədar olaraq isə xx.xx.2022-ci il tarixindən başlayaraq Bakı şəhərinin bir çox küçə və prospektləri bağlanmış, bir çox küçə və prospektlərində isə nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdı. Bu səbəbdən o, (cavabdehin vəkili-nümayəndəsi) hazırkı mülki iş üzrə məhkəmənin xx.xx.2022-ci il tarixə saat 17:20-yə təyin olunmuş məhkəmə iclasına gecikmişdir. Lakin gecikməyi barədə iddiaçının məhkəmə iclasında iştirak edən vəkili-nümayəndəsi Vəkil1 070 *** ** ** mobil nömrəsinə zəng vuraraq məlumat vermiş və bu barədə məhkəməyə məlumat verməsini xahiş etmişdir. İddiaçının vəkili Vəkil1 onun bu xahişini məhkəmənin nəzərinə çatdırmış, hətta məhkəmə iclasından onun 050 *** ** ** mobil nömrəsinə zəng vuraraq məhkəmə iclasında olduqlarını, məhkəmə iclasının audio-video yazısının aparıldığını, onunla danışdığını məhkəmənin də eşitdiyini deyib, neçə dəqiqəyə çata biləcəyini ondan soruşmuş, o da tıxacda olduğunu, 10-15 dəqiqəyə gəlib çatacağını bildirmişdir. Təxminən 10-15 dəqiqə sonra o, məhkəmənin binasına daxil olmuş, sədrlik edənlə məhkəmənin dəhlizində qarşılaşmışdır. Belə ki, sədrlik edən müşavirədən qayıdırdı. Sədrlik edən ondan niyə gecikdiyini soruşdu, o da yarışla əlaqədar olaraq yolların bağlı olduğunu, maşınların çox olduğunu, tıxacda olduğunu, buna görə gecikdiyini bildirmişdir. Bundan sonra sədrlik edən zala daxil oldu və hazırkı mülki iş üzrə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Qələndəroviçin ilk iddia üzrə İddiaçı qarşı «mənzilin təmirinə və mebellərin quraşdırılmasına çəkilmiş xərclərin ödənilməsinə dair» qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanıldığını elan etdi. Hesab edir ki, iş üzrə Cavabdeh1 Qələndəroviçin vəkili və vəkalətli nümayəndəsi Vəkil2 10-12 iyun 2022-ci il tarixlərində Bakı şəhərində «Formula-1» yarışı keçirilməsi ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixindən başlayaraq Bakı şəhərinin bir çox küçə və prospektlərinin bağlanması, bir çox küçə və prospektlərində isə nəqliyyatın hərəkətinin məhdudlaşdırılması ilə bağlı hazırkı mülki iş üzrə məhkəmənin xx.xx.2022-ci il tarixə saat 17:20-yə təyin olunmuş iclasına gecikməsinin səbəbi, bu barədə məhkəməyə iddiaçının məhkəmə iclasında olan vəkili Vəkil1 vasitəsilə, özü də sonuncunun məhkəmə iclasından telefonla danışığı zamanı məlumat verilməsi nəzərə alınaraq üzrlü hesab edilməlidir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 Qələndəroviçin vəkili və nümayəndəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-72/2022 saylı, 09 iyun 2022-ci il tarixli qərardadından verdiyi şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş qarşılıqlı iddia tələbləri üzrə icraatın davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən məlumatlı olmasını ehtiva edir (K.Maraevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı). Mülki Prosessual Məcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd etmək lazımdır ki, ərizənin bu əsasla baxılmamış saxlanılması üçün zəruri olan 3 şərtin mövcud olması vacibdir: - iddiaçı məhkəmənin birinci çağırışında gəlməməli; - cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etməməli; - tərəflərin məhkəmə iclasının vaxtı və yeri barədə MPM-nin 11-ci fəslində müəyyən edilmiş qaydada xəbərdar edilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində ilkin və qarşılıqlı iddia tələblərinə mahiyyəti üzrə baxılarkən tərəflər məhkəmə iclaslarında iştirak etmiş, cavabdehin vəkilinümayəndəsi məhkəməyə üzrlü səbəbdən gecikməsi barədə məlumatı lazımi qaydada xəbər versə də, məhkəmə bu gecikməni üzrlü hesab etməmiş və onun məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlməməsi halı müəyyən olunmadığı halda qarşılıqlı iddia ərizəsini MPM-nin 259.0.7-ci maddəsinin tələbləri əsasında baxılmamış saxlamaqla qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, qarşılıqlı iddia ərizəsi xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olduqdan sonra, iddianı təmin etmə tədbiri barədə vəsatətə baxılmış və vəsatət rədd edilmiş, məhkəmə baxışı iclası xx.xx.2021-ci il tarixə, iddianı təmin etmə tədbiri barədə vəsatətin rədd edilməsi barədə şikayətə həmin məhkəmədə və apellyasiya instansiyası məhkəməsində baxılmış, daha sonra yenidən məhkəmə baxışı iclası xx.xx.2021-ci il tarixə, xx.xx.2022-ci il tarixə, xx.xx.2022-ci il tarixə və xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Bu müddət ərzində icraatın dayandırılması vəsatətə baxılmış, daha sonra məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, qarşılıqlı sübutlar təqdim edilmiş və çəkişmə prinsipi əsasında qiymətləndirilmişdir. Kollegiya qeyd edir ki, qarşılıqlı iddia ərizəsinin iddiaçının gəlməməsi əsası ilə baxılmamış saxlanılması üçün nəzərdə tutulmuş qarşılıqlı iddiaçı olan tərəfin məhkəmə iclasına birinci çağırışına gəlmədikdən sonra nəzərə alına bilər. Hazırki halda tərəflər dəfələrlə məhkəmə iclasında iştirak edərək prosessual hüquqlarından istifadə etdiyindən, iddiaçının və ya nümayəndəsinin üzrlü səbəblər olmadan məhkəməyə gəlməməsi müəyyən edilmədiyindən, qeyd olunan hal ərizənin baxılmamış saxlanılması üçün əsas hesab oluna bilməz. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin baxılmamış saxlanılması və sonradan verilmiş şikayət əsasında ləğv edilməməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarın 17-ci bəndinə əsasən iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müracıət edə bilər. Bu zaman ümumi qaydada yeni iş açılmalıdır. Lakin ərizənin baxılmamış saxlanılması MPMnin 259.0.6 və 259.0.7-ci maddələrdə göstərilən əsaslarla əlaqədar olduqda, tərəflər məhkəmə iclasında iştirak etməmələri ilə əlaqədar üzürlü səbəblər göstərdikdə və bu barədə məhkəməyə sübutlar təqdim etdikdə məhkəmə tərəflərin vəsatətinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadını qanunla müəyyən edilmiş müddətdə ləğv edərək həmin işə mahiyyəti üzrə baxmağa haqlıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-72/2022 saylı qərardadı ləğv edilsin. Mülki iş Cavabdeh1 Qələndəroviçin İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5563/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5563/2022
02.08.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver