Məhkəmə qərarları › İş №2(103)-591/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-591/2023

15.03.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-591/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Qələndəroviçə və Musayeva (Eyyubova) Afət Aqverdi qızına qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarma və pul tələbi) Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1 Qələndəroviçin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-72/2022 saylı iş üzrə 09 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 Qələndəroviçin nümayəndəsi və vəkili Vəkil2 və iddiaçının vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İşin faktiki hallarına görə, "xxxx" MTK ilə iddiaçı arasında xx.xx.2013-cü il tarixdə Mənzilə dair müqavilə bağlanmış, müqaviləyə əsasən "xxxx" MTK Bakı şəhəri, Xocalı prosepkti 32 ünvanında inşa olunan yüksək mərtəbəli binanın A-1 girişinin 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 124,7 m2 olan yaşayış sahəsini inşa edib iddiaçıya təhvil verməyi, iddiaçı da yaşayış sahəsinin dəyəri olan 56 188 manatı "xxxx" MTK-ya ödəməyi öhdəsinə götürmüşdür.

2. "xxxx" MTK-nın xx.xx.2013-cü il tarixli maliyyə arayışına əsasən Mənzilin dəyəri - 56 188 manat iddiaçı tərəfindən tam ödənilmişdir.

3. Mənzilə dair əvvəllər də məhkəmə mübahisələri olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Yığıtdöl Hikmət Süleyman oğlunun AR CM-nin 29, 178.3.2 və 308.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2020-ci il tarixli hökmü ilə Mənzilin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi müəyyən edilmişdir. Həmçinin, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5748/2018 saylı, 29 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının Eyyubova Sabiqə Əmirovnaya qarşı “mənzildən çıxarma” tələbinə dair ilkin iddiası qismən təmin edilərək, S.Eyyubovanın mənzildən çıxarılması, qarşılıqlı iddia üzrə Eyyubova Sabiqə Əmirovna və Cavabdeh1 Qələndəroviçin iddiaçıya və "xxxx" MTKya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının Həmin iş üzrə ikinci dəfə işə baxan Bakı Apellyasiya Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Eyyubova Sabiqə Əmirovnanın və Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 iyun 2020 ci il tarixli 2(102)- 2134/2020 saylı qərarı ilə sonuncuların kassasiya şikayətləri təmin edilməmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ona məxsus olan Xətai rayonu, Xocalı prospekti 32 saylı evin A1 blokunun 6- cı mərtəbəsində yerləşən sahəsi 124,7 kv.m olan 3 otaqlı 9 saylı mənzili (bundan sonra – Mənzil) qanunsuz zəbt edən Cavabdeh1 Qələndəroviç, onun həyat yoldaşı Musayeva (Eyyubova) Afət Aqverdi qızı, eləcə də mənzilə dair hüququ olmayan istənilən şəxslərin mənzilindən məcburi qaydada çıxarılmaları, cavabdehin mənzilinə hər hansı hüququ olmasına dair etdiyi qanunsuzluqlara son qoyulması, mənzilinin tam boşaldılaraq (bütün əşyalar çıxarılmaqla) sahibliyinə və istifadəsinə qaytarılması, onun mənzilinə köçürülməsi, cavabdehdən mənzilinin qapısının açarlarının alınaraq ona təhvil verilməsi, mənzilini qanunsuz zəbtinə görə vurulmuş maddi zərər və əldə çıxmış fayda qismində 43200 manat zərərin və 70000 manat mənəvi zərərin cavabdehdən tutulması barədə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçının vəkili və nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Xətai rayonu, Xocalı prospekti 32 saylı evin A1 blokunun 6-cı mərtəbəsində yerləşən sahəsi 124,7 kv.m olan 3 otaqlı 9 saylı mənzili (bundan sonra – Mənzil) qanunsuz zəbt edən Cavabdeh1 Qələndəroviç, onun həyat yoldaşı Musayeva (Eyyubova) Afət Aqverdi qızının, eləcə də mənzilə dair hüququ olmayan istənilən şəxslərin mənzilindən məcburi qaydada çıxarılmaları, cavabdehin mənzilinə hər hansı hüququ olmasına dair etdiyi qanunsuzluqlara son qoyulması, mənzilinin tam boşaldılaraq (bütün əşyalar çıxarılmaqla) sahibliyinə və istifadəsinə qaytarılması, onun mənzilinə köçürülməsi, cavabdehdən mənzilinin qapısının açarlarının alınaraq ona təhvil verilməsi, mənzilini qanunsuz zəbtinə görə vurulmuş maddi zərər və əldə çıxmış fayda qismində 63600 manat zərərin və 80000 manat mənəvi zərərin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Mənzilə dair Eyyubova Sabiqə Əmirovna və Cavabdeh1 Qələdənroviç arasında olmuş məhkəmə mübahisələri üzrə məhkəmə qətnaməsi 2 illik müddətdən sonra qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Xətai rayon İcra şöbəsinə göndərilmiş, icra məmurları tərəfindən aktlar tərtib edilərək cavabdeh Eyyubova Sabiqə Əmirovnanın mübahisəli mənzildə yaşamaması əsası ilə icra olunmamışdır. Cavabdeh1 öz ailə üzvləri ilə həmin mənzildə yaşadığını və onun həmin mənzildən çıxarılması ilə bağlı məhkəmə qətnaməsinin olmaması bəhanəsini əldə rəhbər tutaraq qanunun aliliyini və məhkəmə qətnaməsinin məcburiliyin şübhə altına almışdır. Nəticədə illərlə məhkəmə mübahisələrində qalib gəlmiş iddiaçı cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində ailəsiylə birlikdə mənzilinə köçə bilməmiş və ədalətsizliklə üz-üzə qalmışdır. İş üzrə qanuni qüvvədə olan və hazırki iş üzrə də preyudisial əhəmiyyətə malik olan məhkəmə qətnamə və qərarları ilə Mənzilin ona məxsus olması tam təsdiqini tapıb və bu hal qanunla işin mübahisəsiz halıdır. Cavabdeh və onun ailə üzvlərinin onun mənzilini zəbt etmələri də işin mübahisəsiz halıdır. Həmin məhkəmə mübahisələri zamanı təyin edilmiş ekspertiza rəyi ilə müəyyən olunub ki mənzil ona məxsusdur. Onun mənzili 2018-ci ildən cavabdeh və onun ailə üzvləri tərəfindən qanunsuz zəbt edilib. O, ailəsiylə mənziliə köçüb yaşamaq, mülkiyyəti barəsində istədiyi kimi hərəkət etmək hüququndan məhrum olmuşdur. Cavabdeh mənzilini zəbt nəticəsində o hər ay 1200 manat maddi ziyan dəyir. Belə ki, mənzilini cavabdeh qanunsuz zəbt etməsəydi o adi mülki dövriyyə şəraitində mənzilini kirayə verib fayda götürə ailəsinin maddi təminatini saxlaya bilərdi. Ya damənzilinə köçüb mənzil şəraitini alan zaman necə arzulamışdısa, elə təşkil edib hazırda məcburiyyətdən yaşadığı mənzilini kirayə verib yenə də ailəsinin saxlanma şəraitini təmin edərdi. Ancaq o, cavabdehin öz ailəsi ilə ona qarşı qanunsuz zəbtindən və mənzilindən çıxmamasına görə bu maddi gəlirlərindən və adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olmuşdur. Cavabdehlərin hərəkətləri nəticəsində sarsıntılar keçirmişdir, sarsıntılarına görə cavabdehdən vurulmuş mənəvi zərərə görə 80000 manat zərərin tutulmasında tam haqlıdır. Cavabdeh öz qanunsuz zəbt metodları ilə qanunların aliliyini şübhə altına alır. Öz müqaviləsi ləğv olunmasına və anasının adına hazirda müqavilə olmasına baxmayaraq ləğv edilmiş müqaviləsini əsas tutaraq və məhkəmə qətnaməsində məhz onun adının yox, anasının mənzildən çıxarılmalı olmasını göstərməklə bu metodla qanunsuz zəbtininin müddətini artırır.

7. Cavabdeh1 Qələndəroviç Mənzilin təmirinə və mebellərin quraşdırılmasına birlikdə çəkilmiş xərcə görə pul vəsaitinin iddiaçıdan alınıb ona verilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-72/2022 saylı 09 iyun 2022-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-72/2022 saylı iş üzrə 09 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia qismən təmin edilmiş, Cavabdeh1 Qələndəroviç və Musayeva (Eyyubova) Afət Aqverdi qızı, eləcə də hüququ olmayan istənilən şəxslər Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 saylı evin A1 blokunun 6-cı mərtəbəsində yerləşən sahəsi 124,7 kv.m olan 3 otaqlı 9 saylı mənzilindən məcburi qaydada çıxarılmaları, mənzil əşyalarla birlikdə tam boşaldılaraq iddiaçının sahibliyinə və istifadəsinə qaytarılması, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 saylı evin A1 blokunun 6-cı mərtəbəsində yerləşən sahəsi 124,7 kv.m olan 3 otaqlı 9 saylı mənzilə köçürülməsi, mənzilin açarları Cavabdeh1 Qələndəroviçdən və Musayeva (Eyyubova) Afət Aqverdi qızından alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 157.2, 152.5-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycan qarşı” işi üzrə xx.xx.2007-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarına, Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh1 Qələndəroviçin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tamamilə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 157.2-ci maddəsini mübahisənin həllinə tətbiq edərkən qanunsuz və əsassız olmuşdur. Belə ki, mülki işdə olan Azərbaycan Respublikası CM-nin 29, 178.3.2, 178.3.2, 308.2-cimaddələri ilə təqsirləndirlən Yığıtdöl Hikmət Süleyman oğlunun barəsində olan cinayət işi üzrə Bakı Ağır Cinayətlər məhkəməsinin 1(101)- 78/2020 saylı 11 noyabr 2020-ci il tarixli hökmü ilə aşağıdakı hallar müəyyən olunmuşdur: Həmin cinayət işi üzrə Yığıtdöl Hikmet Süleyman oğluna mübahisəli mənzillə bağlı aşağdakı ittiham irəli sürülmüşdür: - «…təkrarən, həmin binanın A 1 girişindən ümumi sahəsi 136,1 m2 olan 8-ci mərtəbədə yerləşən mənzilin 2013-cü ilin fevral ayında "xxxx" MTK-nın sədri kimi Əzizov Emil Bürhanoviçə 100.000 manata, sonuncu tərəfindən isə qeyd olunan mənzilin xx.xx.2013-cü il tarixdə Abasov İsgəndər Adil oğluna aldığı qiymətə satmasına baxmayaraq, həmin mənzili əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadaraq 29 sentyabr 2013-cü il tarixdə Teymurov Emin Adil oğluna 100.000 manata satıb, göstərilən məbləğdə pul vəsaitini həmin gün kooperativin qeyd olunan ofisində sonuncudan alaraq, mənzilin EminTeymurovun adına rəsmiləşdirilməsi barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 29 sentyabr 2013-cü il tarixli alqı-satqı müqaviləsini və eyni tarixli maliyyə arayışını imzalayıb MTK-nın möhürü ilə təsdiq edərək sonuncuya verib, EminTeymurovdan aldığı 100.000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləməklə – ona məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törətmiş, təkrarən, həmin mənzili əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadaraq 7 noyabr 2013-cü il tarixdə 120.000 manata Məmmədov Elmar Elşad oğluna satıb, göstərilən məbləğdə pul vəsaitini qeyd olunan tarixdə kooperativin ofisində sonuncudan alıb, mənzilin Elmar Məmmədovun adına rəsmiləşdirilməsi barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 07 noyabr 2013-cü il tarixli alqı-satqı müqaviləsini və eyni tarixli maliyyəarayışını imzalayıb MTK-nin möhürü ilə təsdiq edib verməklə, Elmar Məmmədova məxsus 120.000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləməklə - ona məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törətmiş, təkrarən, Elmar Məmmədov həmin mənzilin əvvəlcədən başqa şəxsə satılmasını bildiyi zaman dəymiş ziyanın aradan qaldırılması görüntüsünü yaratmaqdan ötrü öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, həmin binanınA 1 girişindən ümumi sahəsi 124,7 m2 olan 5-ci mərtəbədə yerləşən mənzili xx.xx.2009-cu il tarixdə "xxxx" MTK-nin sədri kimi Hüseynov Cəfər Əlisəf oğluna 56.188 manata, sonuncu tərəfindən isə qeyd olunan mənzilin xx.xx.2013-cü iltarixdə İddiaçı aldığı qiymətə satmasını bildiyi halda, 2017-ci ilin aprel ayında həmin mənzili köhnə tarixə, yəni xx.xx.2012-ci il tarixə Elmar Məmmədova 120.000 manata satılmasını rəsmiləşdirərək, yəni mənzilin Elmar Məmmədovun adına rəsmiləşdirilməsi barədə məzmununa tamah niyyətilə biləbilə yalanməlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 07 noyabr 2012-ci il tarixli alqı-satqı müqaviləsini və eyni tarixli maliyyə arayışını imzalayıb MTK-nin möhürü ilə təsdiq edib vermiş, təkrarən həmin mənzilin əsl sahibi barədə məlumatları alıcıdan gizlədərək cinayətdən xəbərsiz olan Emin Teymurov vasitəsilə qeyd olunan mənzili 17 dekabr 2013-cü il tarixdə 100.000 manata Rüstəmova Natəvan İbrahim qızına satılmasına və həmin məbləğin E.Teymurov tərəfindən alınmasına şərait yaradaraq, mənzilin Rüstəmova Natəvan İbrahim qızının adına rəsmiləşdirilməsi ilə bağlı vəzifəli şəxs kimi təkrarən məzmununa tamah niyyətiilə biləbilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsini və mənzilin dəyərinin tam ödənilməsi barədəeyni tarixli maliyyə arayışını tərtib edib imzası və MTK-nin möhürü ilə təsdiq edib verərək, sonuncuya məxsus 100.000 manat pul vəsaitinin üçüncü şəxsə, yəni Emin Teymurova verilməsini təşkil etməklə Natəvan Rüstəmovanın külli miqdarda ziyan vurmaqla əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə qulluq mövqeyindən istifadə edərək ələ keçirib təkrarən dələduzluq, tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törətmiş, Elmar Məmmədova həmin binanın saxtakarlığı törətmiş, Elmar Məmmədova həmin binanın A 1 girişindən ümumi sahəsi 124,7 m2 olan 5-ci mərtəbədə yerləşən mənzili təqdim edib təmir etdirməsinə şərait yaradaraq İsgəndər Abasov və İddiaçı öz əmlaklarından istifadə ilə bağlı hüquqlarından məhrumetməklə hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə vətəkrarən vəzifə saxtakarlığı törətmişdir (səh 17); Hökmdən gürünür ki, məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxs Yığıtdöl Hikmət Süleyman oğlu mübahisəli mənzilə dair aşağıdakı kimi ifadə vermişdir: - «…Təqdim edilmiş xx.xx.2009-cu il tarixli il tarixli Hüseynov CəfərƏlisəf oğlunun adına olan müqavilə və maliyyəarayışının, xx.xx.2013-cü iltarixli İddiaçı adına olan müqavilə və maliyyə arayışının, xx.xx.2011-ci il tarixli Kərimova Kəmalə Kərim qızının adına olan müqavilə və maliyyə arayışının, xx.xx.2011-ci il tarixli Cavabdeh1 Qələndəroviçin adına olan müqavilə və maliyyə arayışının, eləcə də xx.xx.2012-ci il tarixli Məmmədov Elmar Elşad oğlunun adına olan müqavilə və maliyyəarayışının surətlərində "xxxx" MTK-nın sədri qrafasının qarşısındakı imzalar ona məxsusdur. Cəfər Hüseynova 5-ci mərətbədəki 124,7 kvm sahəsi olan mənzili xx.xx.2009cu il tarixdə 56.188 manata satmış, sonradan Cəfər həmin mənzili İddiaçı satmış, o da mənzili Eminin adına rasmiləşdirmişdir. Lakin Eminin müqaviləsində mənzilin mərtəbəsini 6-cı mərətəbə kimi göstərmiş, 6-cı mərtəbənin boş olduğunu zənn etdiyi üçün Cəfər 5-ci mərtəbədəki mənzilini Eminə satan zaman Eminin müqaviləsində mənzilin 6-cı mərtəbədə yerləşməsini yazıb qeyd etmiş, bu səhvən olmuş, əslində Emin 5-ci mərtəbədəki Cəfərin mənzilini almışdır. Bundan başqa, Kərimova Kəmalə Kərim qızına xx.xx.2011-ci il tarixdə 5-ci mərətbədə yerləşən 124,7 kv.m sahəsi olan mənzili 97.141 manata satmış, sonradan həmin mərtəbədə problem olduğu üçün Qabil Kəmaləni 6- cı mərətbədə Ləman adlı qadının mənzilinə razılığı ilə keçirtmiş, Ləmana da Qabil yeni C blokundan mənzil vermişdir. Məmmədov Elmar Elşad oğluna da xx.xx.2013- cü il tarixdə 8-ci mərətbədə yerləşən 136.1 kv.m sahəsi olan mənzili 120.000 manata satmış, sonradan həmin mərtəbədə problemlər ortaya çıxmış, bir mənzil bir neçə şəxsə satıldığı üçün beşinci mərtəbənin boş olmasını zənn edib təqribən 2017-ci il tarixdə Elmara 5-ci mərətbədə 124.7 kv.m sahəsi olan mənzili köhnə tarixə, yəni xx.xx.2012-ci il tarixə adına rəsmiləşdirib vermişdir. Cavabdeh1 isə 6-cı mərtəbədə 124,7 kv.m sahəsi olan mənzili xx.xx.2011-ci il tarixdə almış, həmin mənzilə görə də ona 62.350 manat pul ödəmiş, sonradan Xusan mənzilinianasının adına rəsmiləşdirməyi xahiş etdiyi üçün həmin mənzili xx.xx.2014-cü il tarixdə Xusanın anası Eyyubova Sabiqə Əmirovnanınalına rəsmiləşdirmişdir. Eminin mənzilini səhvən 6-cı mərtəbəyə yazdığı üçün Xusan ilə Emin arasında mübahisə yaranmış, hazırda onların işi məhkəmədə davam etdirilir, əslində 6-cı mərtəbədəki mənzil Xusana, 5-ci mərtəbədəki mənzil isə Eminə məxsusdur. Lakin 5-ci mərtəbədəki mənzilin boş olmasını zənn edib həmin mənzili Elmarın adına rəsmiləşdirmiş, Elmar da mənzili təmir etmişdir. Əvvəlki eskiz layihədə blokun qeyri-yaşayış sahəsinin üç mərtəbə olması göstərilsə də, binanı inşa edən zaman dörd mərtəbəli qeyri-yaşayış sahəsi tikilməsini nəzərdə tutmuş, bina tikiləndə də, 4 mərtəbəli qeyri-yaşayış sahəsi kimi tikilmiş, sonradan da 2012-ci il tarixdə eskiz layihəni dəyişdirib qeyri-yaşayş sahəsinin 4 mərtəbə olmasını rəsmiləşdirmişdir. Sahəsinin 4 mərtəbə olmasını rəsmiləşdirmişdir. Məmmədov Elmar Elşad oğluna xx.xx.2013-cü il tarixdə 8-ci mərtəbədə yerləşən 136,1 kv.m sahəsi olan mənzili 120.000 manata satmış, sonradan həmin mərtəbədə problemlər ortaya çıxmış, bir mənzili bir neçə şəxsə satdığı üçün beşinci mərtəbənin boş olmasını zənn edib təqribən 2017-ci il tarixdə Elmara 5-cimərətbədə 124.7 kvmsahəsi olan mənzili köhnə tarixə, yəni xx.xx.2012-ci il tarixə adına rəsmiləşdirib vermiş, Elmar da həmin mənzili təmir etdirmişdir…» (səh 23). Yığıtdöl Hikmət Süleyman oğlunun məhkəmə istintaqı zamanı verdiyi bu ifadəsi Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idərisinin mühüm işlər üzrə müstəntiqi, kiçik ədlliyyə müşaviri Zeynalov Şəhriyar Əkbər oğlunun ********* nömrəli cinayət işi üzrə qəbul etidyi və hazırda da qanuni qüvvədə olan 16 mart 2018-ci il tarixli «Sübutların qiymətləndirilməsi haqqında» Qərarında, həmin cinayət işi üzrə məhkəməyə göndərilmiş 16 aprel 2018-ci il tarixli İttiham aktında da öz əksin itapmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 78/2020 saylı 11 noyabr 2020-ci il tarixli hökmündən görünür ki, məhkəmə həmin cinayət işi üzrə binanın A 1 girişindən ümumi sahəsi 124,7 kv.m olan 5-ci mərtəbədə yerləşən mənzilin və həmin yaşayış binasının A1 girişindən ümumi sahəsi 124.7 kvm olan 6-cı mərtəbədə yerləşən mənzilin alınıb-satılmlası ilə bağlı aşağıdakı qənaətə gəlmişdir: «Beləliklə, istintaq zamanı toplanmış sənədlərlə sübuta yetirilmşdir ki, Yığıtdöl Hikmət Süleyman oğlu … təkrarən, həmin binanın A 1 girişindən ümumi sahəsi 124,7 kvmolan 5ci mərtəbədə yerləşən mənzilin xx.xx.2009-cu il tarixdə "xxxx" MTK-nın sədri kimi Hüseynov Cəfər Əlisəf oğluna 56.188 manata, sonuncu tərəfindən isə qeyd olunan mənzilin xx.xx.2013-cü il tarixdə İddiaçı aldığı qiymətə satılmasına baxmayaraq, həmin mənzili əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadaraq 11 fevral 2011-ci il tarixdə Kərimova Kəmalə Kərim qızına 97.141 manata satıb, göstərilən məbləğdə pul vəsaitini qeyd olunan tarixdə kooperativin ofisində souncudan alıb, mənizilin Kəmalə Kərimovanınadına rəsmiləşdirilməsi barədə məzmununa həmin ofisdə tamah niyyətilə biləbilə yalan məlümatları daxil etdiyi saxta rəsmi sənədləri – 11 fevral 2011-ci il tarixli alqısatqı müqaviləsini və eyni tarixli maliyyə arayışını imzalayıb Kooperativin möhürü ilə təsdiq edərək Kəmalə Kərimovadan aldığı 97.141 manat pulu öz şəxsi ehtiyaclarına xərcləməklə – ona məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törədib, İddiaçı öz əmlakından istifadə ilə bağlı hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək törətmiş, təkrarən, özünün qanunsuz əməllərini davam etdirməklə, ikili satışları və İddiaçı guya dəymiş ziyanın aradan qaldırılması görünütüsünü yaratmaqdan ötrü öz vəzifıə səlahiyyətlərindən sui-istifadə edərək, "xxxx" MTK-nın sədri kimi həmin yaşayış binasınınA 1 girişindən ümumi sahəsi 124.7 kvmolan 6-cı mərtəbədə yerləşən mənzilin xx.xx.2011-ci il tarixdə Cavabdeh1 Qələndəroviçə 62.350 manata satılmasını bildiyi halda, Cəfər Hüseynov tərəfindən A 1 girişində ümumi sahəsi 124.7 kvm olan 5-ci mərtəbədə yerləşən mənzilin xx.xx.2013-cü il tarixdə İddiaçı satılmasına baxmayaraq, İddiaçı satılmasına baxmayaraq, qeyd olunan tarixdə Cəfər Hüseynovun özünə məxsus 5-ci mərtəbədə yerləşən mənzili İddiaçı qəsdən 6-cı mərətəbədə yerləşən mənzil kimi, yəni Cavabdeh1 məxsus mənzilin satılması kimi rəsmiləşdirərək, mənzilin İddiaçı alına rəsmiləşdirilməsi barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri – 16 fevral 2013-cü il tarixli alqı-satqı müqaviləsini və eyni tarixli maliyə arayışını imzalayıb MTK-nın möhürü ilə təsdiq edib verməklə, Cavabdeh1 faktiki olaraq mənzildən məhrum etməklə hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında ifadə olunan həmin əməli ağır nəiticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törətmişdir (səh-8). Hökmdən görünür ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Məmmədov Elmar Elşad oğlu ifadəsində göstərmişdir ki, 2013-cü ilin axırlarında özünə mənzil almaq qərarına gəldiyi üçün maraqlanıb Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında "xxxx" MTK-nın tikilməkdə olan binasından mənzil satılmasını öyrənmiş, 2013-cü ilin noyabr ayının əvvəllərində həmin ünvana gedib MTK-nın sədri Hikmetlə görüşmüş, Hikmet ona girişdən ikinci binada, yəni özü tərəfindən tikdiyi binada satışda mənzillər olmasını bildirdiyi üçün 8ci mərtəbədə yerləşən 136,1 kv.m sahəsi olan mənzili almaq qərarına gəlmiş, Hikmətlə danışıb mənzilin qiymətinin 120.000 manata olması barədə razılaşmışlar. Bundan sonra, xx.xx.2013-cü il tarixdə həmin ünvana gedib binanın ofisində 120.000 manat pulu Hikmetə verib 8-ci mərtəbədə yerləşən 136,1 kv.m sahəsi olan mənzili almış, mənzil adına rəsmiləşdirilmiş, lakin maliyyə arayışında texniki səhv olaraq tarix xx.xx.2013 kimi göstərilmiş, mərtəbə isə 4-cü mərtəbə kimi qeyd edilmişdir. 2016-cı ilin sentyabr ayında mənzilinin başqa şəxsə satılmasını eşitmiş, lakin kimə satılmasını bilməmiş, Türkiyə Respulikasında olduğu üçün Hikmetə zəng etmiş, sonuncu ona «narahat olma, yaxın vaxtlarda gəlib məsələni həll edəcəm» demiş, 2017-ci ilin mart ayında Hikmet Azərbaycan Respublikasına gəldiyi üçün onunla görüşmüş, sonuncu ona məsələni həll edəcəyinəsöz vermiş, təqribən iki həftəsonra, yəni 2017-ci ilin aprelayında Hikmetin yanına getmiş, Hikmet ona «8-ci mərtəbədə olan mənzil başqa şəxsə satılıb, gəl sənə 5-ci mərtəbədən problemsiz mənzil verin, həmin mənzilin sahəsi 124,7 kv.m-dir, həmin mənzildə heç bir problem yoxdur» demiş, məcbur olub 8-ci mərtəbədə olan 136,1 kv.m sahəsi olan mənzilinin 5-ci mərtəbədə olan 124,7 kv.m sahəsi olan mənzillə dəyişdirməyi qəbul etmiş, həmin mənzilin sahəsi az olsa da, Hikmet ona pul verməmiş, məcbur olub güzəştə gedərək onunla razılaşmış, 2017-ci ilin aprel ayında Hikmet mənzili köhnə tarixə, yəni xx.xx.2012-ci il tarixə adına rəsmiləşdirmişdir. 5-ci mərtəbə olan mənzil təhvil verildikdən sonra həmin mənzili təmir etdirmiş, təmirə təqribən 50.000 manat pul xərcləmiş, hazırda mənzil onun sahibliyindədir. Hal-hazıra kimi həmin mənzillə bağlı heç kimin ona qarşı iddiası olmamış, lakin Emin və Sabiqə adlı şəxslərin Xətai rayon məhkəməsində mənzillə bağlı çəkişmələri davam edir, məhkəmədən onu da üçüncü şəxs qismində cəlb etmişlər (səh 35-36). Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, 2013-cü ilin fevral ayında özünə mənzil almaq qərarına gəldiyi üçün maraqlanıb Hüseynov Cəfər Əlisəf oğlunun özünə məxsus Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında məxsus Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında "xxxx" MTK-nın tikilməkdə olan binasından mənzil satdığını öyrənmiş, Cəfərlə görüşüb ona məxsus mənzilə baxmaq istədiyini bildirdiyi üçün birlikdə "xxxx" MTK-nın tikilməkdə olan binasına getmişlər, Cəfər ona Hikmet Yiğitdöl tərəfindən tikilmiş binanın 6-cı mərtəbəsində yerləşən 124,7 kv.m sahəsi olan, 9 saylı mənzili göstərib həmin mənzilin özünə məxsus olmasını və satdığını demiş, mənzilin qiymətini Cəfərlə danışıb 56.188 manata razılaşmış, Cəfər də mənzili Hikmetdən həmin qiymətə almışdır. Almaq istədiyi mənzilin pulunu, yəni 56.188 manat pulu binanın yaxınlığında Cəfərə vermiş, Cəfərin müqaviləsinə baxdıqda sonuncunun mənzili xx.xx.2009-cu il tarixdə Hikmetdən 56.188 manata almasını, lakin müqavilədə mənzilin 5-ci mərtəbədə yerləşdiyini görmüş, Cəfərdən bunun səbəbini soruşduqda sonuncu ona «2009-cu il tarixdə mənzili alan zaman binanın 3 mərtəbəsi qeyri-yaşayış sahəsi olmuş, birinci mərtəbənin hündürlüyü 5,80 metr, 2-ci və 3-cü mərtəbələrin hündürlükləri isə hər biri üç metr olmuş, 2012-ci ilin dekabr ayında eskiz layihəyə uyğun olaraq birinci mərtəbə yarıdan bölünmüş, ona görə də mənzil avtomatik olaraq 6-cı mərtəbədə 9 saylı mənzil kimi qalmışdır» demiş, bundan sonra həmin günü, yəni xx.xx.2013-cü il tarixdə Cəfərlə birlikdə Hikmetin yanına getmiş, Hikmet mənzili adına rəsmiləşdirmiş, Hikmet də mənzilin 6-cı mərtəbədə yerləşən 9 saylı mənzil olmasını müqavilədə yazıb qeyd etmişdir. 2018-ci ilin fevral ayında isə mənzilinin Sabiqə Eyyubovaya da satılmasını, Sabiqə və oğlu Cavabdeh1 mənzildə təmir işləri apardığını eşitmiş, ona görə də 2018-ci ilin iyun ayında mənzilə hüquqlarının tanınması və təmirin dayandırılması ilə bağlı Xətai rayon məhkəməsinə müraciət etmişdir. Həmin mülki iş üzrə Eyyubova Sabiqə Əmirovna və Cavabdeh1 Qələndəroviç də ona və "xxxx" MTK-ya qarşı“müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MTK ilə onun arasında xx.xx.2013-cü il tarixdə Bakı şəhəri, Xocalı prospektində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının A1 blokunda, 6-cı mərtəbəsində yerləşən sahəsi 124,7 kv.m. olan 3 otaqlı mənzilə dair müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmələr tərəfindən baxılaraq nəticə etibarı ilə onun iddiasının təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmuşdur. Beləliklə də, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş binanın 6-cı mərtəbəsində yerləşən 124,7 kv.m sahəsi olan, 9 saylı mənzilin ona məxsus olması sübut olunmuşdur. Bu səbəbdən həmin mənzilin ona verilməsini tələb edir (səh 37- 38). Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Cavabdeh1 Qələndəroviç ifadəsində göstərmişdir ki, 2011-ci ilin əvvəllərində özünə mənzil almaq qərarına gəldiyi üçün maraqlanıb Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında "xxxx" MTK-nın tikilməkdə olan binasından mənzil satılmasını öyrənmiş, 2011-ci ilin fevral ayının əvvəllərində həmin ünvana gedib Hikmetlə görüşmüş, Hikmet ona girişdən ikinci binada, yəni özü tərəfindən tikdiyi binada satılıq mənzillər olmasını bildirdiyi üçün 6-cı mərtəbədə yerləşən 124,7 kv.m sahəsi olan mənzili almaq qərarına gəlmiş, Hikmetlə danışıb mənzilin qiymətinin 62.350 manata olması barədə razılaşmışlar. Bundan sonra, xx.xx.2011-ci il tarixdə həmin ünvana gedib binanın ofisində 62.350 manat pulu Hikmetə verib 6-cı mərtəbədə yerləşən 124,7 kv.m sahəsi olan mənzili almışdır. Tez-tez Rusiya Federasiyasının Moskva şəhərinə getdiyi üçün xx.xx.2014-cü il tarixdə mənzili Bakı şəhərində yaşayan anası Eyyubova Sabiqə Əmirovnanın adına rəsmiləşdirməyi qərarlaşdırmış, Hikmet də mənzili anasının adına rəsmiləşdirib imzalamış, yenidən ona tam ödəmə barədə maliyyə arayışı vermişdir. 2018ci ilin yanvar ayında Hikmeti əvəz edən Qabil Əliyev zəng edib ona İddiaçı adlı şəxsin mənzilə iddiası olduğunu bildirmiş, Eminlə görüşdükdə sonuncu ona həmin mənzilin ona da satıldığını bildirmiş, Eminin sənədlərinə baxdıqda isə onun 5-ci mərtəbənin sənədlərinə baxdıqda isə onun 5-ci mərtəbənin mənzilini Cəfər adlı şəxsdən 6-cı mərtəbənin adı ilə aldığını görmüş, Eminə onun mənzilinin 5-ci mərtəbədə olduğunu bildirsə də, Emin layihədə dəyişiklik olmasını, mərtəbələrin bir pillə yuxarı qalxdığını, onun mənzilin də 5-ci mərtəbədən 6-cı mərtəbəyə qalxdığını bildirmiş, o da Eminə «əgər layihə dəyişikliyinə görə sənin mənzilinin mərtəbəsi bir mərtəbə yuxarı qalxıbsa mənim də mənzilimin mərtəbəsi bir mərtəbə yuxarı qalxmalı idi, lakin belə bir hal olmamışdır» demiş, Emin isə onunla razılaşmayıb mənzilə hüququnun tanınması ilə bağlı Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət etmiş, hazırda işə həmin məhkəmədə baxılır. 2018-ci ilin yay aylarında mənzilini təmir edib bitirmiş, hazırda həmin mənzildə yaşayır. Elmar Məmmədov adlı şəxs də həmin binanın 8-ci mərtəbəsindən əvvəllər 136 kv.m sahəsi olan mənzilialmış, sonradan isə 8-ci mərtəbədəki həmin mənzil bir neçə şəxsə satıldığından Hikmet onun mənzilini 5-ci mərtəbəyə Eminin aldığı mənzil ilə dəyişdirmiş, Hikmet Emini də aldadıb guya onun mənzilinin 6-cı mərtəbədə olmasını iddia etmişdir (səh 55- 56). Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş şahid Eyyubova Sabiqə Əmirovnanın ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs Cavabdeh1 Qələndəroviç ilə eyni məzmunlu ifadə vermişdir (səh 56). Məhkəmədə şahid qismində dindirilmiş Əliyev Qabil Tofiq oğlu ifadəsində göstərmişdir ki, ...təqdim edilmiş xx.xx.2009-cu il tarixli Hüseynov Cəfər Əlisəf oğlunun adına olan müqavilə və maliyyə arayışının, xx.xx.2013-cü il tarixli İddiaçı adına olan müqavilə və maliyyə arayşının, xx.xx.2011-ci il tarixli Kərimova Kəmalə Kərim qızının adına olan müqavilə və maliyyə arayışının, xx.xx.2011-ci il tarixli Cavabdeh1Qələndəroviçin adına olan müqavilə və maliyyə arayışının,eləcə də xx.xx.2012-ci il tarixli Məmmədov Elmar Elşad oğlunun adına olan müqavilə və maliyyə arayışının surətlərində "xxxx" MTKnın sədri qrafasının qarşısındakı imzalar Hikmet tərəfindən icra olunmuşdur. Hikmet Cəfər Hüseynova 5-ci mərtəbdəki 124,7 kv.m sahəsi olan mənzili xx.xx.2009- cu il tarixdə 56.188 manata satmış, sonradan Cəfər həmin mənzilini İddiaçı satmış, Hikmet mənzili Eminin adına rəsmiləşdirmiş, lakin Eminin müqaviləsində mənzilin mərtəbəsi 6-cı mərtəbə kimi göstərilmiş, Hikmet 6-cı mərtəbənin boş olmasını zənn etdiyi üçün Cəfər mənzili Eminə satan zamanHikmet Eminin müqaviləsində 6-cı mərtəbə kimi yazıb qeyd etmiş, əslində Emin 5-ci mərtəbədəki Cəfərin mənzilini almışdır. Yenə Hikmet Kərimova Kəmalə Kərim qızına xx.xx.2011-ci il tarixdə 5-ci mərtəbdə yerləşən 124,7 kv.m sahəsi olan mənzili 97.141 manata satmış, sonradan həmin mərtəbədə problem olduğu üçün Kəmaləni 6-cı mərtəbədə Ləmanadlı qadının mənzilinə sonuncunun razılığı ilə keçirtmiş, Ləmana da yeni tikdiyi C blokundan mənzil vermişdir. Məmmədov Elmar Elşad oğluna da xx.xx.2013-cü il tarixdə 8-ci mərtəbədə yerləşən 136,1 kv.m sahəsi olan mənzili Hikmet 120.000 manata satmış, sonradan həmin mərtəbədə problemlər ortaya çıxmış, bir mənzil bir neçə şəxsə satıldığından Hikmet beşinci mərtəbənin boş olmasını zənn edib təqribən 2017-ci il tarixdə Elmara 5-ci mərtəbədə 124,7 kv.m sahəsi olan mənzili köhnə tarixə, yəni xx.xx.2012-ci il tarixə adına rəsmiləşdirib vermişdir. Cavabdeh1 isə 6-cı mərtəbədə 124,7 kv.m sahəsi olan mənzili xx.xx.2011- ci il tarixdə almış, həmin mənzilə görə də Hikmetə 62.350 manat pul ödəmiş, sonradan Xusan Hikmet vasitəsi ilə mənzilini anasının adına rəsmiləşdirmişdir. Hikmet Eminin mənzilini 6-cı mərtəbəyə yazdığı üçün Xusan ilə Eminin arasında mübahisə yaranmış, hazırda onların işi məhkəmədədir. Əslində 6-cı mərtəbədəki mənzili Xusana, 5-ci mərtəbədəki mənzil isə Eminə məxsusdur, lakin Hikmet 5-ci mərtəbədəki mənzili Elmarın adına rəsmiləşdirmiş, Elmar da həmin mənzili təmir etmişdir. Bu satışların heç birində iştirak etməmiş, həmin satışların hamısını Hikmetin özü icra etmiş, mənzillərin pulunu da hamısını Hikmetin özü icra etmiş, mənzillərin pulunu da Hikmetin özü almışdır. Əvvəlki eskiz layihədə blokun qeyri-yaşayış sahəsinin üç mərtəbə olması göstərilsə də, Hikmet binanı inşa edən zaman dörd mərtəbəli qeyri-yaşayış sahəsi tikilməsini nəzərdə tutmuş, bina tikiləndə də 4 mərtəbəli qeyri-yaşayış sahəsi kimi tikilmiş, sonradan da 2012-ci il tarixdə Hikmet eskiz layihəni dəyişdirib qeyri-yaşayış sahəsinin 4 mərtəbə olmasını rəsmiləşdirmişdir. Bina tikilən zaman qeyri-yaşayış 4 mərtəbəli inşa edilmiş, ona görə də müştərilərin mərtəbələri öz yerlərində qalmışdır. Əgər Hikmet sonradan mərtəbəni artırmış olsaydı hər bir müştərinin mərtəbəsi bir mərtəbə yuxarı qalxacaqdı, belə bir hal olmamışdır, çünki binanın əvvəlcədən 4 mərtəbəsi qeyri-yaşayış sahəsi kimi tikilmişdir. A1 girişinin 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 136,1 kv.m olan mənzilin xx.xx.2013-cü il tarixdə Məmmədov Elmar Elşad oğluna, xx.xx.2013-cü iltarixdə Teymurov Emin Adil oğluna, xx.xx.2013-cü il tarixdə Rüstəmova Natəvan İbrahim qızına, 2013-cü ilin fevral ayında Əzizov Emil Bürhanoviçə, xx.xx.2013-cü il tarixdə Abasov İsgəndər Adil oğluna, eləcə də 2009-cu il tarixdə Axundov İsfəndiyar Məhəmməd oğluna satılması xüsusatı ilə bağlı bildirir ki, Məmmədov Elmar Elşad oğluna xx.xx.2013-cü il tarixdə 8-ci mərtəbədə yerləşən 136,1 kv.m sahəsi olan mənzili Hikmet 120.000 manata satmış, sonradan həmin mərtəbədə problemlər ortaya çıxdığı, bir mənzil bir neçə şəxsə satıldığı üçün Hikmet təqribən 2017-ci il tarixdə Elmara 5-cimərtəbədə 124,7 kv.m sahəsi olan mənzili köhnə tarixə, yəni xx.xx.2012-ci il tarixə adına rəsmiləşdirib vermiş, Elmar da həmin mənzili təmir etdirmişdir...” (səh 63, 66). Məhkəmədə şahid qismində dindirilmiş Hüseynov Cəfər Əlisəf oğlu ifadəsində göstərmişdir ki, 2009-cu ilin yay aylarında özünə mənzil almaq qərarına gəldiyi üçün maraqlanıb Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında "xxxx" MTK tərəfindən tikilən binada mənzil satılmasını öyrənmiş, 2009-cu ilin iyul ayının ortalarında həmin ünvana getmiş, həmin vaxt hazırda Hikmet tərəfindən tikilmiş binanın 3-cü mərtəbəsinin tikintisi davam etdirilmiş, orada MTK-nın sədri Hikmet Yigitdöl ilə tanış olmuş, Hikmet binanın layihəsini göstərib həmin ünvanda bina tikəcəklərini bildirmişdir. Hazırda Hikmet tərəfindən tikilmiş A1 blokunun 5-ci mərtəbəsində 124,7 kv.m sahəsi olan mənzilin qiymətini 56.188 manata razılaşmışlar. Bundan sonra, xx.xx.2009-cu il tarixdə yenidən tikilən binanın alt mərtəbəsində yerləşən Hikmetin ofisinə gedib 56.188 manat pulu Hikmetə ödəyərək binanın 5-ci mərtəbəsində yerləşən 124,7 kv.m sahəsi olan mənzili almış, mənzil adına rəsmiləşdirilmişdir. Müqavilədə mənzilin 5-ci mərtəbədə olması göstərilmiş, lakin birinci mərtəbənin hündürlüyü 5,80 metr, 2-ci və 3-cü mərtəbələrin hündürlükləri isə hər biri üç metr olduğundan 2012-ci ilin dekabr ayında eskiz layihəyə uyğun olaraq birinci mərtəbə yarıdan bölünmüş, ona görə də mənzili avtomatik olaraq 6-cı mərtəbədə 9 saylı mənzil kimi qalmışdır. Bundan sonra, özünə pul lazım olduğu üçün xx.xx.2013-cü il tarixdə almış olduğu həmin mənzili İddiaçı aldığı qiymətə, yəni 56.188 manata satmış, Hikmet mənzili Eminin adına rəsmiləşdirmişdir. Hazırda həmin mənzili Eminə satmış, mənzillə bağlı heç bir iddiası yoxdur (səh 74). Cinayət işinin materiallarında olan xx.xx.2013-cü il tarixli müqavilənin və həmin tarixli maliyyə arayışının surətindən görünür ki, A1 girişinin 6-cı mərtəbəsində yerləşən 124,7 kv.m sahəsi olan mənzil xx.xx.2013-cü il tarixdə "xxxx" MTK-nın sədri Hikmet Yiğitdölün adından İddiaçı 56.188 manata satılmış və mənzilin pay dəyəri tam ödənilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2009-cu il tarixli müqavilənin və həmin tarixli maliyyə arayışının surətindən görünür ki, binanın 5-ci mərtəbəsində yerləşən 124,7 kv.m sahəsi olan mənzil xx.xx.2009cu il tarixdə "xxxx" MTK-nın sədri Hikmet Yiğitdölün adından Hüseynov Cəfər Əlisəf oğluna 56.188 manata adından Hüseynov Cəfər Əlisəf oğluna 56.188 manata satılmış və mənzilin pay dəyəri tam ödənilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2011-ci il tarixli müqavilənin və həmin tarixli maliyyə arayışının surətindən görünür ki, A1 girişinin 6-cı mərtəbəsində yerləşən 124,7 kv.m sahəsi olan mənzil xx.xx.2011-ci il tarixdə "xxxx" MTKnın sədri Hikmet Yiğitdölün adından Cavabdeh1 Qələndəroviçə 62.350 manata satılmış və mənzilin pay dəyəri tam ödənilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2014-cü il tarixli müqavilənin və həmin tarixli maliyyə arayışının surətindən görünür ki, A1 girişinin 6cı mərtəbəsində yerləşən 124,7 kv.m sahəsi olan mənzil xx.xx.2014-cü il tarixdə "xxxx" MTK-nın sədri Hikmet Yiğitdölün adından Eyyubova Sabiqə Əmirovnaya 62.350 manata satılmış və mənzilin pay dəyəri tam ödənilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2013-cü il tarixli müqavilə və maliyyə arayışının surətindən görünür ki, A1 girişində yaşayışın 4-cü mərtəbəsində yerləşən 136,1 kv.m sahəsi olan mənzil xx.xx.2013-cü il tarixdə "xxxx" MTK-nın sədri Hikmet Yiğitdölün adından Məmmədov Elmar Elşad oğluna 120.000 manata satılmış və mənzilin pay dəyəri tam ödənilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2012-ci il tarixlimüqavilə və həmin tarixli maliyyə arayışının surətindən görünür ki, A1 girişinin 5-ci mərtəbəsində yerləşən 124,7 kv.m sahəsi olan mənzil xx.xx.2012-ci il tarixdə "xxxx" MTK-nın sədri Hikmet Yiğitdölün adından Məmmədov Elmar Elşad oğluna 120.000 manata satılmış və mənzilin pay dəyəri tam ödənilmişdir (səh 88). Cinayət işi üzrə ibtidai istintaq zamanı təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 07 yanvar 2019-cu il tarixli, 32097 №-li rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş, Məmmədov Elmar Elşad oğlunun adına tərtib edilmiş xx.xx.2012 və xx.xx.2013-cü il tarixli, Hüseynov Cəfər Əlisəf oğlunun adına tərtib edilmiş xx.xx.2009-cu il tarixli, İddiaçı adına tərtib edilmiş xx.xx.2013-cü il tarixli, Kərimova Kəmalə Kərim qızının adına tərtib edilmiş xx.xx.2011 tarixli, Cavabdeh1 Qələndəroviçin adına tərtib edilmiş xx.xx.2011-ci il tarixli arayışda "xxxx" MTK-nın sədri qrafasındakı imza Yiğitdöl Hikmet Süleyman oğlu tərəfindən icra olunmuşdur (səh 100-101). Cinayət işinin materiallarına əlavə edilmiş kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışlarının surətindən görünür ki, Yiğitdöl Hikmet Süleyman oğlu xx.xx.2005-ci il tarixdən "xxxx" MTK-nın qanuni təmsilçisidir (səh 103). Cinayət işinin materiallarında olan kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışlarının surətindən görünür ki, Yiğitdöl Hikmet Süleyman oğlu xx.xx.2005-ci il tarixdən "xxxx" MTK-nın təsisçisidir (səh 103). Təqsirləndirilən şəxs Yiğitdöl Hikmet Süleyman oğlunun öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni qeydiyyat kitabı olmadığı üçün səhvən bir mənzili bir neçə şəxsə satmasını, bilərəkdən eyni mənzil və ya qeyri-yaşayış sahələrini bir neçə şəxsə satmaması barədə göstərmiş olduğu xüsusatlar cinayət işi üzrə toplanılmış sənədlərlə, yəni şahidlərin ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, üzləşmə protokolları, ekspertiza rəyləri, auditor rəyi, əldə edilmiş sənədlər və digər sübut növləri ilə təkzib edilmişdir (səh 104). Həmçinin cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı MübarizəBaş İdarəsinin İstintaq idərisinin mühüm işlər üzrə müstəntiqi, kiçik ədlliyyə müşaviri Zeynalov Şəhriyar Əkbər oğlunun ********* nömrəli cinayət işi üzrə qəbul etidyi və hazırda da qanuni qüvvədə olan 16 mart 2018-ci il tarixli «Sübutların qiymətləndirilməsi haqqında» Qərarından görünür ki, istintaq zamanı toplanmış sənədlərlə sübuta yetirilmişdir ki, Yığıtdöl Hikmət sənədlərlə sübuta yetirilmişdir ki, YığıtdölHikmət Süleyman oğlu … təkrarən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti1181-ci məhəllədə 2007-ci il tarixdən inşasına başlanılmış 2 girişli, 18 mərtəbəli binanınA 1 girişindən ümumi sahəsi 124,7 kvm olan 5-ci mərtəbədə yerləşən mənzilin xx.xx.2009-cu il tarixdə "xxxx" MTK-nın sədri kimi Hüseynov Cəfər Əlisəfa oğluna 56.188 manata, sonuncu tərəfindən isə qeyd olunan mənzilin xx.xx.2013-cü il tarixdə İddiaçıTofiq oğluna aldığı qiymətə satılmasına baxmayaraq, həmin mənzili əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadaraq 11 fevral 2011-ci il tarixdə Kərimova Kəmalə Kərim qızına 97.141 manata satıb, göstərilən məbləğdə pul vəsaitini qeyd olunan tarixdə kooperativin ofisində souncudan alıb, mənizilin Kəmalə Kərimovanın adına rəsmiləşdirilməsi barədə məzmununa həmin ofisdə tamah niyyətilə bilə-bilə yalan məlümatları daxil etdiyi saxta rəsmi sənədləri – 11 fevral 2011-ci il tarixli alqı-satqı müqaviləsini və eyni tarixli maliyyə arayışını imzalayıb Kooperativin möhürü ilə təsdiq edərək Kəmalə Kərimovadan aldığı 97.141 manat pulu öz şəxsi ehtiyaclarına xərcləməklə – ona məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törədib, İddiaçı öz əmlakından istifadə ilə bağlı hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək törətmiş, təkrarən, özünün qanunsuz əməllərini davam etdirməklə, ikili satışları və İddiaçı guya dəymiş ziyanın aradan qaldırılması görünütüsünü yaratmaqdan ötrü öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, "xxxx" MTK-nın sədri kimi həmin yaşayış binasının A 1 girişindən ümumi sahəsi 124.7 kv.m olan 6-cı mərtəbədə yerləşən mənzilin xx.xx.2011-ci il tarixdə Cavabdeh1 Qələndəroviçə 62.350 manata satılmasını bildiyi halda, Cəfər Hüseynov tərəfindən A1 girişində ümumi sahəsi 124.7 kvmolan 5-ci mərtəbədə yerləşən mənzilin xx.xx.2013-cü il tarixdə İddiaçı satılmasına baxmayaraq, qeyd olunan tarixdə Cəfər Hüseynovun özünə məxsus 5-ci mərtəbədə yerləşən mənzili İddiaçı qəsdən 6-cı mərətəbədə yerləşən mənzil kimi, yəni Cavabdeh1 məxsus mənzilin satılması kimi rəsmiləşdirərək, mənzilin İddiaçı alına rəsmiləşdirilməsi barədə məzmununa tamah niyyətilə biləbilə yalanməlumatları daxil etdiyi saxta rəsmi sənədləri – 16 fevral 2013-cü il tarixli alqı-satqı müqaviləsini və eyni tarixli maliyə arayışını imzalayıb MTK-nın möhürü ilə təsdiq edib verməklə, Cavabdeh1 faktiki olaraq mənzildən məhrum etməklə hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında ifadə olunan həmin əməli ağır nəiticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törətmişdir (səh 148, 156). Təkrarən, həmin binanın A1 girişindən ümumi sahəsi 136,1 m2 olan 8-ci mərtəbədə yerləşən mənzilin 2013-cü ilin fevral ayında "xxxx" MTK-nın sədri kimi Əzizov Emil Bürhanoviçə 100.000 manata, sonuncu tərəfindən isə qeyd olunan mənzilin xx.xx.2013-cü il tarixdə Abasov İsgəndər Adil oğluna aldığı qiymətə satmasına baxmayaraq, həmin mənzili əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadaraq 29 sentyabr 2013-cü il tarixdə Teymurov Emin Adil oğluna 100.000 manata satıb, göstərilən məbləğdə pul vəsaitini həmin gün kooperativin qeyd olunan ofisində sonuncudan alaraq, mənzilin Emin Teymurovun adına rəsmiləşdirilməsi barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyisaxta rəsmi sənədləri – 29 sentyabr 2013-cü il tarixli alqı-satqı müqaviləsini və eyni tarixli maliyyə arayışını imzalayıb MTK-nın möhürü ilə təsdiq edərək sonuncuya verib, Emin Teymurovdan aldığı 100.000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləməklə – ona məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törətmiş, təkrarən, həmin mənzili əvvəlcədən digər şəxsə satılmamasını bildirməklə aldadaraq 7 noyabr 2013-cü il tarixdə 120.000 manata Məmmədov Elmar Elşad oğluna satıb, göstərilən məbləğdə pul vəsaitini qeyd olunan tarixdə kooperativin ofisində sonuncudan alıb, mənzilin Elmar Məmmədovunadına rəsmiləşdirilməsi barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 07 noyabr 2013-cü il tarixl ialqı-satqı müqaviləsini və eyni tarixli maliyyəarayışını imzalayıb MTK-nin möhürü ilə təsdiq edib verməklə, Elmar Məmmədova məxsus 120.000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləməklə - ona məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törətmiş, təkrarən, Elmar Məmmədov həmin mənzilin əvvəlcədən başqa şəxsə satılmasını bildiyi zaman dəymiş ziyanın aradan qaldırılması görüntüsünü yaratmaqdan ötrü öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, həmin binanı nA 1 girişindən ümumi sahəsi 124,7 m2 olan 5-ci mərtəbədə yerləşən mənzili xx.xx.2009-cu il tarixdə "xxxx" MTK-nin sədri kimi Hüseynov Cəfər Əlisəf oğluna 56.188 manata, sonuncu tərəfindən isə qeyd olunan mənzilin xx.xx.2013-cü il tarixdə İddiaçı aldığı qiymətə satmasını bildiyi halda, 2017-ciilin aprel ayında həmin mənzili köhnə tarixə, yəni xx.xx.2012-ci il tarixə Elmar Məmmədova 120.000 manata satılmasını rəsmiləşdirərək, yəni mənzilin Elmar Məmmədovun adına rəsmiləşdirilməsi barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyisaxta rəsmi sənədləri – 07 noyabr 2012-ci il tarixli alqı-satqı müqaviləsini və eyni tarixli maliyyə arayışını imzalayıb MTK-nin möhürü ilə təsdiq edib vermiş, təkrarən həmin mənzilin əsl sahibi barədə məlumatları alıcıdan gizlədərək cinayətdən xəbərsiz olan Emin Teymurov vasitəsilə qeyd olunan mənzili 17 dekabr 2013-cü il tarixdə 100.000 manata Rüstəmova Natəvan İbrahim qızına satılmasına və həmin məbləğin E.Teymurov tərəfindən alınmasına şərait yaradaraq, mənzilin Rüstəmova Natəvan İbrahim qızının adına rəsmiləşdirilməsiilə bağlı vəzifəli şəxs kimi təkrarən məzmununa tamah niyyətiilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – xx.xx.2013-cü iltarixli alqı-satqı müqaviləsini və mənzilin dəyərinin tam ödənilməsi barədə eyni tarixli maliyyə arayışını tərtib edib imzası və MTK-nin möhürü ilə təsdiqedib verərək, sonuncuya məxsus 100.000 manat pul vəsaitinin üçüncü şəxsə, yəni Emin Teymurova verilməsini təşkil etməklə Natəvan Rüstəmovanın külli miqdarda ziyan vurmaqla əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə qulluq mövqeyindən istifadə edərək ələ keçirib təkrarən dələduzluq, tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı törətmiş, Elmar Məmmədova həmin binanın A 1 girişindən ümumi sahəsi 124,7 m2 olan 5ci mərtəbədə yerləşən mənzili təqdim edib təmir etdirməsinə şərait yaradaraq İsgəndər Abasov və İddiaçı öz əmlaklarından istifadəilə bağlı hüquqlarından məhrum etməklə hüquqlarına və qanuni mənafelərinə məhrum etməklə hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə və təkrarən vəzifə saxtakarlığı törətmişdir (səh166- 167). Həmçinin, həmin Qərardan görünür ki, istintaq zamanıMmmədov Elmar Elşad oğlunaA1 girişindən ümumi sahəsi 136,1 kvm olan 8-ci mərtəbədə yerləşən mənzilin satılmasına dair "xxxx"MTK-nın sədri Hikmet Yigitdöl tərəfindən mənzilin dəyərinin ödənilməsinə dair maliyyə arayışında tarix xx.xx.2013-cü il, mənzilin yerləşdiyi mərtəbə isə 4-cü mərtəbə kimi göstərilsə də, istintaq zamanı tarixin texniki səhv olaraq xx.xx.2013-cü il, mərtəbənin də səhvən 4-cü mərtəbə kimi yazılması, maiyyə arayışının tarixinin xx.xx.2013-cü il, mərtəbənin isə 8-ci mərtəbə kimi olması müəyyən edilmişdir. Ona görə də iş materiallarına əlavə edilmiş həmin maliyyə arayışının tarixi 07 noyabr 2013-cü il, mənzilin yerləşdiyi mərtəbə isə 8-ci mərtəbə kimi qiymətləndirilməlidir. İstintaq zamanı zərərçəkmiş şəxs İddiaçı ifadəsində Hüseynov Cəfər Əlisəf oğlundan A 1 girişinin 6-cı mərtəbəsində yerləşən 124,7 kv.m sahəsi olan mənzili almasını göstərsə də, aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, İddiaçı Hüseynov Cəfər Əlisəf oğlundan A 1 girişinin 5-ci mərtəbəsində yerləşən 124,7 kvm sahəsi olan mənzili almış, həmin mənzil sonradan ziyanın ödənilməsi məqsədilə Məmmədov Elmar Elşad oğluna verilmişdir. Cəfər Hüseyenovun adına olan müqavilədə də mənzilin 5-ci mərtəbədə yerləşməsi qeyd edilmiş, mənzil C.Hüseynov tərəfindən İddiaçı satılarkən MTK-nın sədri Hikmet Yigitdöl tərəfindən texniki səhv olaraq İddiaçı satılmış müqavilədə mənzilin mərtəbəsi 5-ci mərtəbə əvəzinə səhvən 6-cı mərtəbə kimi göstərilmişdir. Ona görə də iş materialarına əlavə edilmiş həmin müqavilədə mənzilin yerləşdiyi mərtəbə 5-ci mərtəbə kimi qiymətləndirilməlidir (səh 171). Göründüyü kimi mübahisəli mənzil cavabdehlərin qanunsuz deyil, tam qanuni əsaslarla sahibliklərində olmuşdur. Təsadüfi deyildir ki, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə istinad edərək əsaslandığı Azərbaycan Respublikas ıAli Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2134/2020 saylı xx.xx.2020-ci il tarixli qərarının və onunla bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının2(103)- 10767/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin Azərbaycan Respublikası Konstitusiyasına və digər qanunlarına uyğunluğunun yoxlanılması ilə bağlı Cavabdeh1 Qələndəroviç və Eyyubova Sabiqə Əmirovna Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayətlə müraciət etmiş, şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının 02 dekabr 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul edilmiş, bundan sonra hazırkı mülki iş üzrə icraat Xətai rayon məhkəməsinin 2(011)- 72/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə dayandırılmış, şikayətə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunda baxılmış, lakin nə yazıq ki, yuxarıda istinad edilən cinayət işi üzrə mübahisəli mənzilin Cavabdeh1 Qələndəroviçə məxsus olması, ilk İddiaçı isə eyni binanın 5-ci mərtəbəsində yerləşən başqa mənzilin satıldığının müəyyən olunmasına baxmayaraq, təmin olunmamışdır. Beləliklə, nə qədər təəccüblü olsa da, mübahisəli 9 saylı mənzilin hazırkı iş üzrə cavabdehlərə, ilk iddiaçıya isə eyni binanın 5-ci mərtəbəsində yerləşən tamamilə başqa eyni binanın 5-ci mərtəbəsində yerləşən tamamilə başqa mənzilinin satılmasına və bunun həmcinayət işində, həmdə tərəflər arasında olmuş, hazırkı mülki iş də daxil olmaqla, mülki işlər üzrə toplanmış mötəbər sübutlarla sübut olunmasına baxmayaraq, bu halların tamamilə ziddinə olaraq qanuni qüvvədə olan məhkəmə aktlarında 6-cı mərtəbədə yerləşən 9 saylı mənzilin İddiaçı məxsus olduğu göstərilmişdir («müəyyən edilmişdir»). Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152-ci maddələrinin, bunun nəticəsində isə cavabdehlərin mülkiyyət hüquqlarını pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 saylı evin A1 blokunun 6-cı mərtəbəsində yerləşən sahəsi 124,7 kvm olan 3 otaqlı 9 saylı mənzilinin açarlarının Cavabdeh1 Qələndəroviç və Musayeva (Eyyubova) Afət Aqverdi qızından alınaraq İddiaçı verilməsini qət etmişdir. Lakin buna qədər birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli mənzildə olan bütün əşyalar, o cümlədən mənzilin açarları da cavabdehlərə xüsusi mülkiyyət hüququ əsasında məxsusdur.

12. Qətnamədən həmçinin iddiaçının vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin qismən-əldən çıxmış fayda, vurulmuş maddi və mənəvi zərərin tutulması hissəsində ləğv edilməsi və iddia tələblərinin həmin hissələrdə də tam təmin olunması barədə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qanuni və ədalətli iddia tələbin vurulmuş ziyanın, əldən çıxmış faydanın və mənəvi zərərin ödənilməsi hissəsində təmin etməməsi qanunsuz olmuşdur. Buna görə də apelyasiya şikayəti təmin edilərək iddia tələbi təmin olunmayan hissələrdə də tam təmin olunmalı, qanunun aliliyit əmin olunmalıdır. Məhkəmə iddia tələbinin vurulmuş ziyanın, əldən çıxmış faydanın və mənəvi zərərin ödənilməsi hissəsində təmin etməyərkən yalnız bir əsasa istinad etmişdir: - Lakin iddiaçı cavabdehlərin hərəkətlərinə görə nə real, nə də əldən çıxmış fayda formasında ona zərər dəydiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı ona mənəvi zərər dəyməsini də sübuta yetirə bilməmişdir Məhkəmənin gəldiyi bu əsas tamamilə qanunsuzdur. Qanuni qüvvədə olan və hazırki iş üzrə də preyudisial məhkəmə qətnamə və qərarları ilə Xətai rayonu, Xocalı prospekti 32 saylı evin A1 blokunun 6-cı mərtəbəsində yerləşən sahəsi 124,7 kv.m olan 3 otaqlı 9 saylı mənzilin mənə məxsus olması və cavabdehlərin mənzili qanunsuz zəbt edərək 2018-ci ildən orda yaşaması tam təsdiqini tapıb və bu hal qanunla işin mübahisəsiz halıdır. Hətta Konsititusiya Məhkəməsinin Plenumu bu faktı təsdiqləyib. Mənzili qanunsuz zəbt edən cavabdehlər mənzilin zəbt eləməsəydilər onun mənzili kimi mənzildə yaşamağa kirayə ilə hər ay 1200 manat kirayə haqqı (bu barədə iş materiallarında qiymətləmdirmə hesabatı var) verməli idilər. Amma nəticədə onlar mülkiyyətə qəsd nəticəsində 63600 manat məbləğində əsassız varlanıblar və varlanmaqda davam edirlər. O isə mülkiyyətinə qəsd nəticəsində 63600 manat məbləğində əldə çıxmış fayda qismində zərər dəyib və dəyməkdə də davam edir. Məhz mülkiyyətinə qəsdə görə əsassız varlanan şəxslər ona vurulmuş ziyanı ödəməlidirlər. Eləcə də 4 ildir məhkəmə qapılarında mənzilimi geri qaytarmaq, cavabdehləri mənzildən çıxarmaq, cavabdehlərin qanunsuzluqlarının verdiyi mənəvi sarsıntıları isə sözlə izah etmək çətindir. Məhz bu sarsınları cavabdehlərin qanunsuz mülkiyyətə müdaxiləsi, qanunsuz zəbti nəticəsində yarandığından iddiaçı mənəvi zərər görə 80000 manat tələb etməkdə tam hüquqludur. Məhkəmə iş materiallarında olan aylıq kirayə qiymətini müəyyən edən Qiymətləndirmə hesabatı üzrə heç bir araşdırma aparmadı. Məhz həmin hesabat ilə də təsdiq olunurdu ki, cavabdehlərin mənzili qanunsuz zəbti nəticəsində iddiaçıya hər ay 1200 manat maddi və əldən çıxmış fayda qismində ziyan dəyir. Məhkəmə bu hala araşdıraraq düzgün hüquqi qiymət versəydi mənzilin qanunsuz zəbti faktına görə əsassız varlanan cavabdehlərdən məhz həmin hesabata uyğun vurulmuş ziyanı tutardı. Məhkəmə baxmayaraq mənzilin qanunsuz zəbt olunduğunu, mülkiyyət hüququmun pozulduğunu və illərdir məhkəmə qapılarında qalaraq mənzilindən məhrum olmağını qətnamədə müəyyən etsə də iddiaçıya maddi və mənəvi ziyan dəymədiyini, bu halları sübut edə bilməməyi kimi qanunsuzluğa yol verir. Hərçənd ki bütün sübutlar iş materiallarında olmasına və bu hallarının sübut edilməsinə baxmayaraq məhkəmənin gəldiyi bu nəticə işin hallarına uyğun deyil.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə iclsında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdi.

16. Məhkəmə iclsında iştirak edən Cavabdeh1 Qələndəroviçin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdi.

17. Məhkəmənin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər cavabdeh Musayeva (Eyyubova) Afət Aqverdi qızı məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının:

18. 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur;

19. 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz;

20. 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər;

Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Maddə 21.1 zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

22. Maddə 21.2 zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;

23. Maddə 152.1 mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;

24. Maddə 152.5 mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

25. Maddə 157.2 mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycan qarşı” işi üzrə xx.xx.2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

31. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Hazırki halda qətnaməni həm iddiaçı iddia tələbinin rədd edilməsi hissəsində, cavabdeh isə iddia tələbinin təmin edilməsi hissəsində mübahisələndirdiyindən qətnamə bötövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh1 Qələndəroviçin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilməməli, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 72/2022 saylı iş üzrə 09 iyun 2022-ci il tarixli qətnaməsi iddia tələbinin əldən çıxmış fayda, vurulmuş maddi və mənəvi zərərin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə idda tələbi qismən təmin edilməli, Cavabdeh1 Qələndəroviç və Musayeva (Eyyubova) Afət Aqverdi qızından müştərək qaydada vurulmuş maddi ziyana görə 23766.66 manat, mənəvi ziyana görə isə 2000 manat, cəmi 25766.66 manat pul tutularaq İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

37. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.

38. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması, 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir.

39. Birinci dispozitiv şərtin yəni, mübahisəli Mənzilin iddiaçıya məxsus olması artıq qanuni qüvvəsini almış Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-5748/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, Eyyubova Sabiqə Əmirovna və Cavabdeh1 Qələndəroviçin iddiaçıya və "xxxx" MTK-ya qarşı sonuncu ilə iddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməmiş və qətnamə həmin hissədə yuxarı və kassasiya instansiyası məhkəmələrində dəyişdirilmədən saxlanılmışdır.

40. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

41. Bundan başqa, iş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə "xxxx" MTK arasında Mənzilə dair xx.xx.2013-cü il tarixdə müqavilə bağlanmış və iddiaçı eyni tarixli Maliyyə arayı əsasında Mənzilin dəyəri olan 56.188 manat pulu "xxxx" MTK-ya ödəməklə, həmin mənzilə sahiblik hüququ əldə etmişdir.

42. İkinci dispozitiv şərtin olması, yəni mənzilin başqa şəxsin (cavabdehlərin) sahibliyində olması da iş materialları ilə müəyyən edilir. Belə ki, Cavabdeh1 Qələndəroviç xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim etdiyi qarşılıqlı iddia ərizəsində özü ailə üzvləri ilə birlikdə həmin mənzilə köçüb hazırda da həmin mənzildə yaşadıqlarını qeyd etmişdir.

43. İşin bu halı həm də üçüncü dizpozitiv şərtin mövcudluğuna əsas verir. Çünki iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə qətnamələri mənzilin iddiaçıya məxsus olmasını müəyyən etdiyi halda, cavbdehlər heç bir hüquqi əsas olmadan mənzildə yaşamaqda və onu iddiaçının sahibliyinə və istifadəsinə qaytarmamaqda davam edirlər. Bu isə əmlakın (Mənzilin) cavabdehin qanunsuz sahibliyində olması ilə bağlı üçüncü dispozitiv şərtin olması barədə qənaətə gəlməyə tam əsas vermiş olur.

44. Beləliklə, şərh edilənlər əsasında məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı hazırkı iddia tələbini irəli sürməklə mənzili cavabdehin qanunsuz sahibliyindən geri tələb etməkdə haqlıdır, çünki iddiaçı mənzilin mülkiyyətçisidir. Mülkiyyət hüququ isə həm milli həm də beynəlxalq qanunlarla qorunan ən üstün hüquqlardan biridir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının milli qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, beynəlxalq qanunvericilik baxımından onun mənzilə dair mülkiyyətə gözlənti hüququ olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

46. Məhkəmə kollegiyası iddia tələbinin mənzilinin tam boşaldılaraq (bütün əşyalar çıxarılmaqla) iddiaçının sahibliyinə və istifadəsinə qaytarılması, onun mənzilə köçürülməsi, cavabdehlərdən mənzilinin qapısının açarlarının alınaraq ona təhvil verilməsi ilə bağlı qeyd edir ki, həmin tələblər cavabdehlərin mənzildən çıxarılmaları tələbindən doğan tələbdir. Cavabdehlərin mənzildən çıxarılmaları ilə bağlı tələbin təmin edilməsinin hüquqi əsasları yuxarıda şərh edildiyindən eyni əsaslarla bu tələblərə təkrar hüquqi qiymətin verilməsinə məhkəmə zərurət görmür. Odur ki, məhkəmə haqlı olaraq həmin tələblərin də təmin edilməli olması barədə qənaətə gəlmişdir.

47. Mənzilə dair hüququ olmayan istənilən şəxslərin mənzilindən məcburi qaydada çıxarılmaları ilə bağlı iddia tələbinə gəldikdə, məhkəmə kollegoyası qeyd edir ki, iddia tələbi həmin hissədə ümumi xarakter daşısa da, məhkəmə haqlı olaraq iddia tələbinin bu hissədə də təmin olunması qənaətinə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5748/2018 saylı, 29 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının Eyyubova Sabiqə Əmirovnaya qarşı mənzildən çıxarılması qət edilmiş, lakin qətnamənin icrası zamanı Sabiqə Eyyubovanın mənzildə yaşamadığı müəyyən edilmiş və həmin qətnamənin icrası mümkün olmamışdır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, gələcəkdə baş verə biləcək bu cür hüquqdan suiistifadə hallarının, bununla qətnamənin icrasının mümkün olmamasının və iddiaçının hüquqlarının belə sui-istifadə hallarından pozulmasının qarşısının alınması məqsədilə iddia həmin hissədə də təmin edilməlidir.

48. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlərin mənzildən çıxarılması, cavabdehlərin mənzilə hər hansı hüququ olmasına dair etdiyi qanunsuzluqlara son qoyulması, mənzil cavabdehlərin əşyaları ilə birlikdə tam boşaldılaraq iddiaçının sahibliyinə və istifadəsinə qaytarılmadı, iddiaçının mənzilə köçürülməsi, cavabdehlərdən mənzilinin qapısının açarları alınaraq iddiaçıya təhvil verilməsi hissəsində iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmiş olsa da, iddia tələbinin mənzilin qanunsuz zəbtinə görə vurulmuş maddi zərər (əldən çıxmış fayda) mənəvi zərərin cavabdehlərdən tutulması ilə bağlı iddianı təmin etməməkdə haqlı olmamışdır.

49. Belə ki, məhkəmə qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlərin hərəkətlərinə görə nə real, nə də əldən çıxmış fayda formasında ona zərər dəydiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

50. Kollegiya məhkəmənin qeyd edilən mövqeyi ilə razılaşmır. Belə ki, işin hallarından görünür ki, mənzilə dair əvvəllər də məhkəmə mübahisələri olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Yığıtdöl Hikmət Süleyman oğlunun AR CM-nin 29, 178.3.2 və 308.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2020-ci il tarixli hökmü ilə Mənzilin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi müəyyən edilmişdir. Həmçinin, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5748/2018 saylı, 29 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının Eyyubova Sabiqə Əmirovnaya qarşı “mənzildən çıxarma” tələbinə dair ilkin iddiası qismən təmin edilərək, S.Eyyubovanın mənzildən çıxarılması, qarşılıqlı iddia üzrə Eyyubova Sabiqə Əmirovna və Cavabdeh1 Qələndəroviçin iddiaçıya və "xxxx" MTKya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının Həmin iş üzrə ikinci dəfə işə baxan Bakı Apellyasiya Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Eyyubova Sabiqə Əmirovnanın və Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 iyun 2020 ci il tarixli 2(102)- 2134/2020 saylı qərarı ilə sonuncuların kassasiya şikayətləri təmin edilməmişdir.

51. Göründüyü kimi, mübahisəli Mənzilin iddiaçıya məxsus olması artıq qanuni qüvvəsini almış Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-5748/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir.

52. Əlavə olaraq Eyyubova Sabiqə Əmirovna və Cavabdeh1 Qələndəroviçin iddiaçıya və "xxxx" MTK-ya qarşı sonuncu ilə iddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməmiş və qətnamə həmin hissədə yuxarı və kassasiya instansiyası məhkəmələrində dəyişdirilmədən saxlanılmışdır.

53. Bundan başqa, mənzilin başqa şəxsin (cavabdehlərin) sahibliyində olması da iş materialları ilə müəyyən edilir. Belə ki, Cavabdeh1 Qələndəroviç xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim etdiyi qarşılıqlı iddia ərizəsində özü ailə üzvləri ilə birlikdə həmin mənzilə köçüb hazırda da həmin mənzildə yaşadıqlarını qeyd etmişdir.

54. Lakin cavabdehlər qanuni qüvvəyə minmiş qətnaməni icra etməkdən müxtəlif bəhanələrlə boyun qaçırırlar. Hətta iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5748/2018 saylı, 29 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının Eyyubova Sabiqə Əmirovnaya qarşı mənzildən çıxarılması qət edilmiş, lakin qətnamənin icrası zamanı Sabiqə Eyyubovanın Mənzildə yaşamadığı müəyyən edilmiş və həmin qətnamənin icrası mümkün olmamışdır.

55. Göründüyü kimi, cavabdehlər başqasına (iddiaçıya) məxsus mənzilləri təhvil verməməklə ona maddi ziyan vururlar. İddiaçı uzun müddətdir ki, özünə məxsus mənzildən istifadə edə bilmir.

56. Kollegiya qeyd edir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 5748/2018 saylı, 29 oktyabr 2018-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 iyun 2020-ci il qərarı ilə qanuni qüvvəsini almışdır və 01 iyun 2022-ci il tarixinədək (hazırkı iddia tələbi ilə müraciət edilən günədək) 23 ay 08 gün müddət ərzində icra edilməmişdir.

57. İş materiallarında olan "xxxx" MMC-nin 12 mart 2021-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti ev 32-də yerləşən 124,7 kv.m ümuümi sahəsi olan 9 saylı mənzilin 2018-2021-ci illər üçün əşyasız aylıq kirayə qiyməti 1200 (min iki yüz) manat dəyərləndirilir.

58. İş materiallarında olan və apellyasiya icraatı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin 11 yanvar 2023-cü il tarixli MB 16/0020 nömrəli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti ev 32-də yerləşən 124,7 kv.m ümuümi sahəsi olan 9 saylı mənzilin hesablanmış kirayə bazar dəyəri (əşyalı, əşyasız) aşağıdakı kimi təşkil edir: 2018-ci il üçün-əşyalı 1000 manat, əşyasız 800 manat; 2019-cu il üçün-əşyalı 1100 manat, əşyasız 900 manat; 2020-ci il üçün-əşyalı 1200 manat, əşyasız 1000 manat; 2021-ci il üçün-əşyalı 1250 manat, əşyasız 1000 manat: 2022-ci il üçünəşyalı 1400 manat, əşyasız 1100 manat; 2023-cü il üçün-əşyalı 1500 manat, əşyasız 1200 manat.

59. Kollegiya hesab edir ki, mənzilin kirayə haqqının müəyyənləşdirilməsi üçün mülki iş materiallarında iki ayrı-ayrı qiymətləndirmə rəyi mövcud olsa da, obyektivlik baxımından məhkəmə tərəfindən təyin edilmiş və hər il üzrə ayrı-ayrılıqda qiymətlər müəyyən edilmiş "xxxx" MMC-nin 11 yanvar 2023-cü il tarixli qiymətləndirmə rəyi iş üzrə əsas sübut hesab edilməlidir.

60. Bu halda kollegiya qeyd edir ki, iddiaçı iddia tələbində məhz qeyd olunan mənzilin əşyasız halda kirayə haqqını (2020-2022-ci illər üzrə) tələb etdiyindən və "xxxx" MMC-nin 11 yanvar 2023-cü il tarixli qəymətləndirmə rəyi ilə 2020-2021-ci illər üzrə 1000 manat, 2022-ci ildə isə 1100 manat təşkil etdiyindən dəymiş zərər bu qaydada hesablanmalıdır: (24 iyun 2020-ci ildən-01 yanvar 2022-ci ilədək) 18 ay x 1000 manat=18000 manat, + 08 gün üçün 266.66 manat və (01 yanvar 2022-ci ildən- 01 iyun 2022-ci ilədək) 5 ay x 1100=5500 manat, cəmi 23766.66 manat.

61. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi iddiaçıya dəyən maddi ziyan (əldən çıxmış fayda) hissəsində qismən, yəni 23766.66 manat məbləğində təmin olunmalıdır.

62. Məhkəmə kollegiyası mənəvi zayanın tutulması hissəsi ilə bağlı isə qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

63. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

64. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

65. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

66. Məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkən keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

67. Məhkəmə kollegiyası qeyd edilənlər üzrə dəyərləndirmə apararaq hesab edir ki, iddiaçıya məxsus mənzili təhvil verməməklə ona mənəvi sarsıntı və iztirablara məruz qoyması məhz cavabdehlərin təqsiri nəticəsində baş verməsi işin mübahisələndirilməyən halıdır. Göründüyü kimi, iddia tələbi mənəvi ziyanın vurulması hissəsində əsaslıdır.

68. Kollegiya mənəvi zərərin məbləği hissəsi ilə bağlı isə qeyd edir ki, cavabdehlərdən iddiaçının xeyrinə tələb olunan məbləğdə deyil, 2000 (bir min) manat məbləğində mənəvi zərərin müəyyən edilməsi qanuni olmaqla yanaşı ədalətlidir.

69. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

70. İş materiallarına əlavə edilmiş və apellyasiya icraatı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin 11 yanvar 2023-cü il tarixli № MB 16/0020 saylı məktubdan görünür ki, qiymətləndiricinin xidmət haqqı 500 (beş yüz) manat təşkil edir.

71. Kollegiya hesab edir ki, mənzilin kirayə haqqının müəyyən edilməsi məqsədilə keçirilmiş ekspertiza tədqiqatının xərci qismində 500 (beş yüz) manatın 187 (yüz səksən yeddi) manat hissəsi müştərək qaydada cavabdehlər Cavabdeh1 Qələndəroviç və Musayeva (Eyyubova) Afət Aqverdi qızından, 313 ( üç yüz on üç) manat hissəsi isə İddiaçıdan alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir.

72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 Qələndəroviçin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilməsin. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-72/2022 saylı iş üzrə 09 iyun 2022ci il tarixli qətnaməsi iddia tələbinin əldən çıxmış fayda, vurulmuş maddi və mənəvi zərərin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə idda tələbi qismən təmin edilsin. Cavabdeh1 Qələndəroviç və Musayeva (Eyyubova) Afət Aqverdi qızından müştərək qaydada vurulmuş maddi ziyana görə 23766.66 manat manat, mənəvi ziyana görə isə 2000 manat, cəmi 25766.66 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 500 (beş yüz) manatın 187 (yüz səksən yeddi) manat hissəsi müştərək qaydada cavabdehlər Cavabdeh1 Qələndəroviç və Musayeva (Eyyubova) Afət Aqverdi qızından, 313 ( üç yüz on üç) manat hissəsi isə İddiaçıdan alınaraq tutularaq "xxxx" MMC-nin hesabına (H/h № AZ33İBAZ********************, VÖEN: **********, Benefisiar bank: "xxxx" ASC Yasamal filialı, kodu: 805562, SWİFT BİK: İBAZAZ2X) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar