Məhkəmə qərarları › İş №2(103)-6992/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6992/2022

26.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6992/2022 26.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-72/2022 saylı iş üzrə 09 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünə dair mülki işə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ona məxsus olan Xətai rayonu, Xocalı prospekti 32 saylı evin A1 blokunun 6cı mərtəbəsində yerləşən sahəsi 124,7 kv.m olan 3 otaqlı 9 saylı mənzili (bundan sonra – Mənzil) qanunsuz zəbt edən Cavabdeh2, onun həyat yoldaşı Musayeva (Eyyubova) Afət Aqverdi qızı, eləcə də mənzilə dair hüququ olmayan istənilən şəxslərin mənzilindən məcburi qaydada çıxarılmaları, cavabdehin mənzilinə hər hansı hüququ olmasına dair etdiyi qanunsuzluqlara son qoyulması, mənzilinin tam boşaldılaraq (bütün əşyalar çıxarılmaqla) sahibliyinə və istifadəsinə qaytarılması, onun mənzilinə köçürülməsi, cavabdehdən mənzilinin qapısının açarlarının alınaraq ona təhvil verilməsi, mənzilini qanunsuz zəbtinə görə vurulmuş maddi zərər və əldə çıxmış fayda qismində 43200 manat zərərin və 70000 manat mənəvi zərərin cavabdehdən tutulması barədə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının vəkili və nümayəndəsi sonuncu dəfə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Xətai rayonu, Xocalı prospekti 32 saylı evin A1 blokunun 6-cı mərtəbəsində yerləşən sahəsi 124,7 kv.m olan 3 otaqlı 9 saylı mənzili (bundan sonra – Mənzil) qanunsuz zəbt edən Cavabdeh2, onun həyat yoldaşı Musayeva (Eyyubova) Afət Aqverdi qızının, eləcə də mənzilə dair hüququ olmayan istənilən şəxslərin mənzilindən məcburi qaydada çıxarılmaları, cavabdehin mənzilinə hər hansı hüququ olmasına dair etdiyi qanunsuzluqlara son qoyulması, mənzilinin tam boşaldılaraq (bütün əşyalar çıxarılmaqla) sahibliyinə və istifadəsinə qaytarılması, onun mənzilinə köçürülməsi, cavabdehdən mənzilinin qapısının açarlarının alınaraq ona təhvil verilməsi, mənzilini qanunsuz zəbtinə görə vurulmuş maddi zərər və əldə çıxmış fayda qismində 63600 manat zərərin və 80000 manat mənəvi zərərin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-72/2022 saylı iş üzrə 09 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 və Musayeva (Eyyubova) Afət Aqverdi qızı, eləcə də hüququ olmayan istənilən şəxslərin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 saylı evin A1 blokunun 6-cı mərtəbəsində yerləşən sahəsi 124,7 kv.m olan 3 otaqlı 9 saylı mənzilindən məcburi qaydada çıxarılmaları, mənzil əşyalarla birlikdə tam boşaldılaraq iddiaçının sahibliyinə və istifadəsinə qaytarılması, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 saylı evin A1 blokunun 6-cı mərtəbəsində yerləşən sahəsi 124,7 kv.m olan 3 otaqlı 9 saylı mənzilə köçürülməsi, mənzilin açarlarını Cavabdeh2 və Musayeva (Eyyubova) Afət Aqverdi qızından alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. Kollegiya hesab edir ki, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş qaydada və formada verilmiş olsa da, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş formada verilməmişdir. Ona görə də iddiaçının vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 363.1.1-1 və 363.1.5 -ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilməmiş, birinci instansiya məhkəməsi isə sonucunun apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlamadan işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Kollegiya qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq, şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-72/2022 saylı iş üzrə 09 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-72/2022 saylı iş üzrə 09 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar