Məhkəmə qərarları › İş №2(102)-2762/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2762/2025

01.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2762/2025 01.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və İspəndiyar Əsəd oğlu Şəfiyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi" tələbinə dаir mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)2303/2025 nömrəli iş üzrə 23 may 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 01 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmə nin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli abunə müqaviləsinə əsasən “***-***-**-**” mobil nömrəsi Cavabdeh MMC tərəfindən İddiaçı istifadəsinə verilmişdir.

2. Cavabdeh MMC-nın 25 iyun 2016-24 iyul 2016-cı il dövr üçün kəsilən hesabfakturasından görünür ki, İddiaçı MMC-yə borcu 3,13 manatdır.

3. Cavabdeh MMC-nın 25 iyul 2016-24 avqust 2016-cı il dövr üçün kəsilən hesabfakturasından görünür ki, İddiaçı MMC-yə borcu 0,05 manatdır.

4. Azercell Telekom” MMC-nın 25 avqust 2016-24 sentyabr 2016-cı il dövr üçün kəsilən hesab-fakturasından görünür ki, İddiaçı MMC-yə borcu 3,19 manatdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçının n ümayəndəsi Nümayəndə1 iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı ilə Azercell Telekom MMC arasında “***-***-**-**” mobil nömrəsi ilə əlaqədar bağlanmış abunə müqaviləsinin cavabdeh tərəfindən birtərəfli qaydada xitamının qanunsuz sayılması, cavabdehin üzərinə müqavilə üzrə öhdəliklərini yerinə yetirmək, müqavilədə göstərilən və birtərəfli qaydada sistem üzərindən ləğv edilmiş “050-211- 30-70” nömrəsini sistem üzərində bərpa edərək yenidən İddiaçı istifadəsinə vermək vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29 oktyabr 2011-ci il tarixdə Cavabdeh MMC ilə İddiaçı arasında Abunə müqaviləsi bağlanılmışdır. Həmin müqavilə ilə “***-***-****” mobil nömrəsi Cavabdeh MMC tərəfindən İddiaçı istifadəsi nə verilmiş və Cavabdeh MMC tərəfindən 04.07.24-cü il tarixli 14271 nömrəli məktuba əsasən 2016-cı ilədək ödənişlər vaxtı vaxtında həyata keçirilməklə xətt sistemi çərçivəsində istifadə edilmişdir. xx.xx.2014-cü il tarixdən İddiaçı cinayət məsuliyyətinə cəlb olunduğundan həmin ərəfədən başlayaraq “***-***-**-**” mobil nömrəsindən faktiki olaraq istifadə etmək imkanından məhrum olmuş və ödənişlərin vaxtı-vaxtında nəzarət etmək iqtidarında olmamışdır. Nümayəndə1 daha sonra etibarnamə verilmiş, Nümayəndə1 isə 07 iyun 2024-cü il tarixdə həmin etibarnamədə qeyd edilmiş səlahiyyətlərdən yararlanaraq, “***-***-**-**” mobil nömrələrdən istifadənin bərpası üçün Cavabdeh MMC-nin “Müştəri Xidmətləri”nə müraciət etmişdir. “Müştəri Xidmətləri”dən təqdim edilən 14271 nömrəli məktuba əsasən, göstərilmişd ir ki, müvafiq məsələ ilə əlaqədar Cavabdeh MMC-də elektron məlumat bazaları əsasında araşdırma aparılmış, araşdırma zamanı “050-211- 30-70” mobil nömrəsi ilə bağlı 2016-cı il 25 iyul, 25 avqust və 25 sentyabr tarixlərdə müvafiq hesab-fakturaların kəsilmiş, həmin hesab-fakturalar üzrə ümumilikdə 6 manat 37 qəpik məbləğində borc məbləğinin yaranması müəyyən edilmiş, həmin borc məbləğinin “son ödəmə tarixinədək” ödənilməməsi səbəbindən Cavabdeh MMC tərəfindən 29 oktyabr 2011-ci il tarixli müqavilə 07 fevral 2017-ci il tarixdə ləğv edilmişdir. Cavabdeh MMC tərəfindən müqavilə əsasında istifadəyə verilmiş “***-***-**-**” mobil nömrəsinin son ödəmə tarixinədək ödənilməməsi səbəbindən eyni nömrənin başqa şəxsin istifadəsinə verilməsi və müqavilənin təktərəfli ləğvi həmin müqavilənin şərtlərinə z iddir. Nəzərə alınmalıdır ki, tərəflər müqaviləyə əsasən birtərəfli ləğv qaydalarını qabaqcadan razılaşdırmış və ondan irəli gələn şərtlərə əsasən öz hüquqlarını və öhdəliklərini həyata keçirmək iradələrini ifadə etmişlər. Ali Məhkəmənin № 2(102)- 3251/2021 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli Qərarında qeyd edildiyi kimi, "Mobil telefon nömrəsindən istifadə ilə əlaqədar hüquq münasibəti tərəflər arasında bağlanmış 30 dekabr 2005-ci il tarixli abunə müqaviləsinə əsasən yarandığından, kollegiya hesab edir ki, mübahisə həmin müqavilənin tələbləri baxımından həll edilməlidir". Məsələ ondadır ki, Cavabdeh MMC öz məktubunda da qeyd etdiyi kimi son ödəmə tarixinədək ödənişlərin edilməməsini nömrənin və müqavilənin ləğvinə əsas bilir. 2(102)3251/2021 nömrəli iş üzrə qərarda açı q aydın qeyd edilmişdir ki, "telefon xəttinin bağlanması və telefon nömrəsinin ləğv edilməsinə dair abunə müqaviləsinin müddəası həmin müqavilənin ləğvi imkanı kimi qiymətləndirilə bilməz". Bu müddəa hazırkı işdə də böyük rol oynayır. Belə ki, son ödəmə tarixinədək ödənişlər həyata keçirilmədiyi təqdirdə "xxxx" MMC xidməti dayandıra bilər, lakin bu sadəcə ödənişin edilməsi üçün bir tədbirdir və müqavilənin ləğvinə əsas ola bilməz. Müqavilənin 8.5-ci maddəsində qeyd edilmişdir ki, “hər-hansı səbəbdən müqaviləyə xitam verilməsi nəticəsində ləğv edilmiş nömrə “Azercell tərəfindən başqa istifadəçiyə verilə bilər". Bu müddəadan bir daha məlum olur ki, nömrədən istifadə başqa şəxsə yalnız müqaviləyə xitam verildikdən sonra ötürülə bilərdi. Eyni müqavilənin şərtinə əsasən isə həmin müqavilənin bi rtərəfli ləğvi üçün xidmət göstərilməsi dayandırıldıqdan sonra 6 (altı) ay müddət keçməli idi.

7. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, bildirdi ki, iddia tələbi hüquqi baxımdan əsassızdır. Belə ki, 29 oktyabr 2011-ci il tarixində "xxxx" MMC ilə İddiaçı arasında müqavilə bağlanmış, həmin müqavilə ilə "050-211-30- 70" mobil nömrə onun istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci maddəsinə əsasən bu müqavilənin predmetini "AZERCELL" tərəfindən Telekommunikasiya xidmətlərinin göstərilməsi (bundan sonra "xidmət"), "Abunəçi" tərəfindən isə bu xidmətin müqabilində haqqın ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. İddiaçının istifadəsində olmuş ***-***-**-** nömrədə xx.xx.2016-cı il tarixində (avans məbləği nəzərə almaqla ödəniləcək məbləğ 3,13 manat təşkil edib) 3,19 manat məbləğində, xx.xx.2016-cı il tarixində 0,05 manat, xx.xx.2016-a il tarixində 3,19 manat məbləğində fakturalar kəsilmişdir. Qeyd olunan faktura borclarının son ödəmə tarixinədək ödənilməməsi səbəbindən ***-***-**-** nömrə Müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2017-ci il tarixində ləğv edilməklə cavabdehin istifadəsindən çıxarılmışdır. ***-***-**-** nömrədə hesablanmış ümumilikdə 6,37 manat məbləğində faktura borcu xx.xx.2017-ci il tarixində digər abunəçinin istifadəsinə verilmək məqsədi ilə tam şəkildə silinmişdir. Beləliklə, iddiaçının Cavabdeh MMC-yə qarşı tələbi faktiki və hüquqi baxımdan əsassız olduğundan rədd edilməlidir.

8. Cavabdeh MMC-nin İddiaçı ünvanlanmış 04 iyul 2024-cü il tarixli məktubun məzmunundan görünür ki, “...xx.xx.2011-ci il tarixli Abunə Müqaviləsinə əsas ən fakturalı xətt sistemində İddiaçı Faiq oğlunun istifadəsində olmuş 050 *** ** ** nömrədə xx.xx.2016cı il tarixində (avans məbləği nəzərə alınmaqla ödəniləcək məbləğ 3,13 manat təşkil edib) 3,19 manat məbləğində, xx.xx.2016-cı il tarixində 0,05 manat, xx.xx.2016-cı il tarixində 3,19 manat məbləğində fakturalar kəsilmişdir. Qeyd olunan faktura borclarının son ödəmə tarixinədək ödənilməməsi səbəbindən 050 *** ** ** nömrə Abunə Müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2017-ci il tarixində ləğv edilməklə İddiaçı istifadəsindən çıxarılmışdır. 050 *** ** ** nömrədə hesablanmış ümumilikdə 6,37 manat məbləğində faktura borcu xx.xx.2017-ci il tarixində digər abunəçinin istifadəsinə verilmək məqsədi ilə tam şəkildə silinmişdir. Göstərilənləri nəzərə alaraq bildiririk ki, 050 *** ** ** nömrədə h əmin fakturalar ilə əlaqədar hazırda borc məbləği mövcud deyil. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının qanunvericiliyinə və Abunə Müqavilələrinin şərtlərinə əsasən "xxxx" MMC tərəfindən nömrə abunəçinin mülkiyyətinə deyil, istifadəsinə verilir. Abunəçinin istifadəsinə verilmiş nömrə, müqavilənin şərtlərinə əməl edilmədikdə həmin müqaviləyə xitam verilməklə abunəçinin istifadəsindən çıxarılır. Abunə Müqaviləsinin müddəalarına uyğun olaraq abunəçinin istifadəsinə verilmiş nömrə, müqavilə ləğv edildikdə başqa abunəçinin istifadəsinə verilə bilər. İstifadədən çıxarılmış nömrənin başqa abunəçinin istifadəsinə verilməsi "xxxx" MMC-nin səlahiyyətlərindədir, hadisələrin belə inkişafında ilkin abunəçiyə məlumat verilməsi nəzərdə tutulmur. "Telekommunikasiya haqqında" Azərbaycan Respub likası Qanununun 7.1-ci maddəsinə əsasən ölkənin nömrə resursu, ölkə kodu, həmçinin ölkə kodlu yüksək səviyyəli domen dövlətə məxsusdur. Beləliklə də nömrə resursu üzrə mülkiyyət hüququ hər hansı abunəçiyə, operatora deyil, yalnız dövlətə məxsusdur. Belə olan halda nömrə resursundan istifadə hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən "xxxx" MMC-yə ödənişli əsaslar ilə verilib. Qeyd edilənləri nəzərə alaraq dövlətin mülkiyyəti olan nömrə resusları heç bir vaxt operatorlar tərəfindən satılmır. Burada yalnız operatora ayrılan nömrə resursundan istifadə hüququ ödənişli əsaslar ilə istifadəçilərə, abunəçilərə verilir. Qüvvədə olan qanunvericilikdə yalnız nömrə resursunun müvafiq icra hakimiyyəti orqanı tərəfindən operatora ayrılması üzrə dövlət tərəfindən qiymətlər müəyyən edilib (X4) nömrə resurslarından istifadə hüququnun abunəçilərə, istifadəçilərə verilməsi ilə bağlı qiymətlər dövlət tərəfindən tənzimlənmir və müvafiq qiymətlər operatorlar tərəfindən sərbəst müəyyən edilir. Abunə Müqaviləsinin 9.1-ci maddəsinə əsasən Müqavilə Abunəçi tərəfindən üçüncü şəxs(lər)ə güzəşt edilə bilməz. Nömrənin və cihazın üçüncü şəxs tərəfindən istismarı zamanı Müqavilə şərtlərinin yerinə yetirilmə məsuliyyəti Abunəçinin üzərinə düşür. Bu şərt cihazın və ya SİM- kartın oğurlanması və ya itirilməsi halında da, Abunəçinin rəsmi müraciəti əsasında xidmət göstərilməsi dayandırılanadək qüvvədə olur. Abunə Müqaviləsinin 9.2-ci maddəsinə əsasən "AZERCELL"in razılığı ilə, Abunəçi istifadəsində olan nömrəni üçüncü şəxsin daimi rəsmi istifadəsinə vermək (nömrəni güzəşt etmək) istəyində olarsa, h əm Abunəçi, həm də nömrəni adına keçirmək istəyən şəxs mütləq ərizə ilə Müştəri Xidmətlərinə müraciət etməlidirlər və Abunəçi bütün borclarını ödəməlidir. Bundan sonra Abunəçi ilə Müqaviləyə xitam verilə və yeni Abunəçi (xeyrinə güzəşt edilən fiziki və ya hüquqi şəxs) ilə bu şərtlərə əsasən yeni Müqavilə bağlanıla bilər. Abunə Müqaviləsinin 9.3-cü maddəsinə əsasən Abunəçi tərəfindən nömrə yuxarıdakı qaydanın pozulması ilə güzəşt edilərsə, "AZERCELL" Müqavilə üzrə öhdəliklərin icrasını, heç bir güzəştin baş vermədiyi kimi, Abunəçidən tələb etməkdə haqlı olur. Abunəçi tərəfindən nömrənin güzəştinə aid öhdəliklərin icra edilməməsi nömrənin bu Müqavilədə nəzərdə tutulmuş qaydada bağlanmasına və Müqaviləyə xitam verilməsinə səbəb ola bilər. Abunə müqaviləsinə əsasən abunəçinin istifadəsində ola n nömrədən maddi və ya qeyri maddi nemətlər müqabilində 3-cü şəxslərin xeyrinə imtina etməsi halı isə nəzərdə tutulmayıb, belə halların araşdırılması və hər hansı tədbir görülməsi də "xxxx" MMC-nin səlahiyyətləri çərçivəsində deyildir. Əksinə abunəçinin istifadəsinə verilmiş nömrə, müqavilənin şərtlərinə əməl edilmədikdə həmin müqaviləyə xitam verilməklə abunəçinin istifadəsindən çıxarılır. Abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin 8.5-ci maddəsinə əsasən hər hansı səbəbdən müqaviləyə xitam verilməsi nəticəsində ləğv edilmiş nömrə "AZERCELL" tərəfindən başqa Abunəçinin istifadəsinə verilə bilər, bu zaman ilkin Abunəçiyə xəbərdarlıq edilməsi nəzərdə tutulmur. Ləğv edilmiş nömrənin ilkin Abunəçinin təkrar istifadəsinə verilməsi "AZERCELL " in öz mülahizəsinə əsasən, əgər nömrə digər Abunəçiyə verilməmişsə, həyata keçirilə bilər. Abunəçinin istifadəsinə verilmiş nömrə, müqavilənin şərtlərinə əməl edilmədikdə həmin müqaviləyə xitam verilməklə abunəçinin istifadəsindən çıxarılır. Abunə Müqaviləsinin müddəalarına uyğun olaraq abunəçinin istifadəsinə verilmiş nömrə, müqavilə ləğv edildikdə başqa abunəçinin istifadəsinə verilə bilər. İstifadədən çıxarılmış nömrənin başqa abunəçinin istifadəsinə verilməsi "xxxx" MMC-nin səlahiyyətlərindədir, hadisələrin belə inkişafında ilkin abunəçiyə məlumat verilməsi nəzərdə tutulmur. Bundan başqa Abunə Müqaviləsinin 11.3cü maddəsinə əsasən "xxxx" MMC xidmətlərindən istifadə ilə bağlı ödənilməmiş borcu olan Abunəçi ilə digər əlavə bir və ya daha çox nömrənin istifadəsi barədə müqavilə bağlamaq dan imtina etmək hüququna malikdir və belə imtinaya görə məsuliyyət daşımır. "xxxx" MMC-də mövcud olan qaydalara əsasən "211" seriyalı nömrələrin bir şəxsin adından digər şəxsin adına keçirildikdə 500 manat xidmət haqqı tətbiq edilir. "211" seriyalı nömrələrində, abunəçidən yalnız valideynlər (övladlığa götürənlər), övladlar, ər-arvad arasında addan-ada əməliyyatına həyata keçirildikdə 3 manat xidmət haqqı tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. "xxxx" MMC tərəfindən isə hər hansı bir şəxs müvafiq məzmunlu Abunə müqavilələri bağlanmasına məcbur edilmir və edilməyib. Göstərilənlərlə yanaşı bildiririk ki, abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə müqaviləsinin şərtlərinə əsasən abunəçinin SİM-kartı nömrə ilə uzlaşdırılır. Nömrə Abunəçi tərəfindən satış vaxtı satışda olan nömrələr arasından seçilir. Satış "AZERCELL" və ya müvafiq səlahiyyətli müstəqil ticarət nümayəndəsi (diler və ya distribütor) tərəfindən həyata keçirilir. SİM-kart paketinin satışı nəticəsində SİM-kart fiziki obyekt olaraq Abunəçinin mülkiyyətinə, nömrə isə onun istifadəsinə keçir. Konkret hər hansı nömrənin sifari ş əsasında abunəçilərin istifadəsinə verilməsi isə nəzərdə tutulmamışdır. Abunəçilərin istifadəsinə verilən mobil telefon nömrələrinin satışı ilə "xxxx" MMC deyil, müvafiq diler və distribütorlar məşğul olurlar. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan diler və distribütorlar tərəfindən həyata keçirilən satış zamanı müəyyən edilən qiymətlər onlar tərəfindən sərbəst müəyyən edilir, "xxxx" MMC bu fəaliyyətə müdaxiləsi və ya cavabdehliyi nəzərdə tutulmur. Müvafiq haqq müqabilində yeni mobil telefon nömrəsi əldə etmək üçün isə "xxxx" MMC-nin rəsmi diler və distribütorlarına müraciət edə bilərsiniz. Eyni zamanda MX ofislərindən, həmçinin www.azercellim.com internet səhifəsi vasitəsi ilə diler və distribütorlarda satışda olan nömrələr barədə məlumat əldə etmək mümkündür.”

9. Cavabdeh MMC-nin sorğu ya 11 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, “...********** X3, Nəsimi rayonu, A. Məhərrəmov küçəsi, ev 33, mənzil 37,xx.xx.1973, AA ******* (Müqavilə həmin şəxsin adına xx.xx.2019-cu ildə rəsmiləşdirilib və hal-hazıradək qeyd edilən şəxsin adınadır). "xxxx" MMC-nin Telekommunikasiya şəbəkəsində xx.xx.2017-ci ilə tarixində ********** mobil telefon nömrəsinə dair bağlanmış hər hansı bir müqavilə mövcud deyil. "xxxx" MMC-də müqavilə sahibinin nömrəni digər şəxslərin istifadəçisinə verməsi hallarına dair məlumatın qeydiyyatı aparılmır.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-353/2025 nömrəli, 16 yanvar 2025-ci il tarixli qətnaməsi (hakim Ayşən Sultanova-Məmmədova) ilə iddia tələbi təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdı r ki, tərəflər arasında bağlanılmış xx.xx.2011-ci il tarixli Abunə müqaviləsinə əsasən “***-***-**-**” mobil nömrəsi Cavabdeh MMC tərəfindən İddiaçı istifadəsinə verilmişdir. Həmin müqavilənin 2.6cı maddəsinə əsasən Abunəçiyə verilən nömrə onun istifadəsində olur və Abunəçi həmin nömrəyə heç bir mülkiyyət hüququna malik deyil. İş materiallarında olan hesabfakturalarından görünür ki, Nümayəndə1 Cavabdeh MMC-ya 25 iyun 2016-24 iyul 2016-cı il dövr üçün 3,13 manat, 25 iyul 2016-24 avqust 2016-cı il dövr üçün 0,05 manat və 25 avqust 2016-24 sentyabr 2016-cı il dövr üçün 3,19 manat borcu yaranmışdır. İddiaçı müqavilə şərtlərinə əməl etməmişdir. Nəticə etibarilə, Cavabdeh sonuncu hesabfakturasından 6 aylıq müddət gözləyib 25 aprel 2017- ci il tarixdə müqaviləyə xitam verməklə, nömrəni ********** X1 istifadəsinə vermişdir. 12. xx.xx.2011-ci il tarixli Abunə müqaviləsinin 8.5-ci maddəsinə əsasən hər hansı səbəbdən müqaviləyə xitam verilməsi nəticəsində ləğv edilmiş nömrə Cavabdeh MMC tərəfindən başqa Abunəçinin istifadəsinə verilə bilər. Bu zaman ilkin Abunəçiyə məlumat verilməsi nəzərdə tutulmur.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1. 390.2, 390.3, 390.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin e- 2(004)-353/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və İddiaçı ilə Azercell Telekom MMC arasında “***-***-**-**” mobil nömrəsi ilə əlaqədar bağlanmış abunə müqaviləsinin cavabdeh tərəfindən birtərəfli qaydada xitamının qanunsuz sayılması, cavabdehin üzərinə müqavilə üzrə öhdəliklərini yerinə yetirmək, müqavilədə göstərilən və birtərəfli qaydada sistem üzərindən ləğv edilmiş “***-***-**-**” nömrəsini sistem üzərində bərpa edərək yenidən İddiaçı istifadəsinə vermək vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəflər arasında imzalanmış xx.xx.2011-ci il tarixli abunə müqaviləsinin şərtlərinə əməl etmədən və hesab fakturada qeyd edilən son ödəmə tarixindən 6 (altı) ay müddəti gözləmədən onun istifadəsində olan nömrənin rabitə xəttini ləğv etməklə xx.xx.2017-ci ildə istifadəsindən çıxarmışdır. O qeyd etmişdir ki, İddiaçı təqdim edilmiş son hesab fakturaya əsasən, son ödəmə tarixi – xx.xx.2 016-cı ildir. Lakin, tərəflər arasında imzalanmış Abunə Müqaviləsinin “Əsas Anlayışlar” başlığına əsasən “son ödəmə tarixi” anlayışı Cavabdeh MMC-nin Abunəçiyə təqdim etdiyi hesab-faktura əsasında “Azercell”ə ödənilməli olan pul məbləğinin son ödəmə tarixi” kimi qeyd edilmişdir. İddiaçı qeyd etmişdir ki, tərəflər arasında imzalanmış müqaviləyə əsasən son ödəmə tarixinədək hesab-fakturalar ödənilmədikdə Azercell aşağıdakı hərəkətləri etmək hüququna malikdir:

1. Müqavilənin 4.2-ci maddəsinə əsasən hesab-fakturada göstərilən ödəniş müddətləri riayət olunmazsa 45 təqvim günü gözlədikdən sonra borc məbləğinə 0.1% dəbbə pulu hesablanmalı və həmin hesablama ümumi borcun məbləğindən artıq olmamalıdır.

2. Müqavilənin 8.2-ci maddəsinə əsasən isə əgər 45 təqvim günü ərzində də borc məbləği ödənilməzs ə Azercell rabitə xəttini ikitərəfli bağlaya bilər, yəni xidməti dayandıra bilər, lakin bu gecikmə faizinin hesablanmasının dayandırılması demək deyildir.

3. Müqavilənin 8.3-cü maddəsinə əsasən, fakturalı xətt sistemində Abunəçi öz borcunu, gecikmə faizi ilə birlikdə son ödəmə tarixindən sonra 6 (altı) ay müddətində ödəməzsə, Abunəçinin istifadəsində olan nömrənin rabitə xətti tamamilə ləğv edilməklə, nömrə onun istifadəsindən çıxarılır və bu müqaviləyə xitam verilir. 4.Müqavilənin 10.2-ci maddəsində təsbit edilmişdir ki, “bu müqavilədə nəzərdə tutulan öhdəliklərin Abunəçi tərəfindən tam və lazımınca yerinə yetirilməməsi və yaxud müqavilə şərtlərinin təqsirli pozulması Cavabdeh MMC-yə hüquq verir ki, Abunəçi qarşısında heç bir məsuliyyət daşımadan ona xidmət göstərilməsini dərhal dayandırs ın və ya məhdudlaşdırsın. Xidmət göstərilməsi dayandırıldıqdan sonra 6 (altı) ay müddətində Abunəçi yol verdiyi pozuntunu aradan qaldırmazsa, bu Abunəçi tərəfindən müqavilədən birtərəfli imtina kimi qiymətləndirilir və müqavilə xitam verilmiş hesab olunur. Məhkəmə tərəflərin müqaviləyə əsasən birtərəfli ləğv qaydalarını qabaqcadan razılaşdırmaqlarını və ondan irəli gələn şərtlərə əsasən öz hüquqlarını və öhdəliklərini həyata keçirmək iradələrini ifadə etdiklərini nəzərə almayıb. O bildirir ki, məhkəmə işin faktiki hallarını dərindən araşdırmadan cavabdehin xx.xx.2024-cü il tarixli təqdim etdiyi məktuba əsaslanaraq qərar qəbul edilmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olduğu mövqeyindədir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər: İlha m Cəfərov (sədrlik edən və məruzəçi) Fuad Abdiyev və Günay Axundova) 2(103)-2303/2025 nömrəli iş üzrə 23 may 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-353/2025 nömrəli qətnaməsi ləğv edilmiş yeni qətnamə çıxarılmaqla iddia tələbinin rədd edilməsi qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi iş üzrə tərəflər arasında mübahisənin hüquqi mahiyyətini qiymətləndirərək belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən müqavilənin 6 aylıq gözləmə müddəti tam şəkildə gözlənilmədən birtərəfli qaydada ləğvi abunə müqaviləsinin texniki və formal tələblərinə uyğun gəlməsə də, bu hal iddiaçının hazırkı tələbinin təmin olunması üçün birmənalı əsas ola bilməz. Belə ki, iddiaçı xx.xx.2017-ci il tarixdə müqavilənin ləğv edilməsindən etibarən faktiki olaraq heç bir hüquqi və ya praktiki tədbir görmədən uzun müddət ərzində yəni təxminən 7 ildən artıq müddətdə passiv mövqe sərgiləmişdir.

18. Bununla bağlı məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli mobil nömrənin başqa bir istifadəçiyə verilməsi ilə hüquqi nəticələr meydana gəlmiş, bu isə həmin yeni abunəçinin daşıdığı hüquq və qanuni gözləntilərin qorunmasını zəruri etmişdir. Hüquqi münasibətlərin sabitliyi və iştirakçıların hüquqlarının balanslaşdırılması prinsipinə əsasən iddiaçının xeyrinə qərar qəbul edilməsi halında artıq həmin nömrədən qanuni əsaslarla istifadə edən üçüncü şəxsin hüquqlarına ciddi zərər vurulacaqdır.

19. Vətəndaş hüquqlarının müdafiəsi onların real və davamlı həyata keçirilməsi ilə bağlıdır. Müqavi lənin ləğvi ilə bağlı narazılıq olduğu təqdirdə, iddiaçının münasibətdə olduqca uzun müddət ərzində hüquqlarını müdafiə etmək üçün heç bir tədbir görməməsi, yalnız 2024-cü ilin iyun ayında cavabdehin müştəri xidmətlərinə müraciətlə kifayətlənməsi iddiaçının hüquqi passivliyini göstərir və bu, tərəflər arasında əvvəlki hüquqi vəziyyətin bərpasını obyektiv şəkildə mümkünsüz edir.

20. Nümayəndə1 Faiq oğlunun 2014-cü ildən həbs olunaraq faktiki olaraq nömrədən istifadə etmək hüququndan məhrum olunması dəlili ilə bağlı qeyd edilmişdir ki, o, 2014-cü ildə həbs olunsa da, mübahisəli nömrəyə 2016-cı ilin iyun ayına qədər müvafiq ödənişlər həyata keçirilmişdir. İddiaçının apellyasiya şikayəti əsasında iddia tələbinin təmin edilməsi üçün əsas yoxdur. Mövcud hüquqi və faktiki vəziyyətin, müddətlərin, müqavilənin icra mexanizminin, eləcə də üçüncü şəxsin maraqlarının nəzərə alınması ilə iddianın təmin edilməməsi düzgün və ədalətli hesab edilməlidir.

21. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin məhkəmənin qətnaməsinin hüquqi əsasları ilə tanış olduqdan sonra belə qənaətə gəlinir ki, birinci instansiya məhkəməsi mübahisənin mahiyyətinə qiymət verərkən tətbiq ediləcək maddi hüquq normalarını düzgün müəyyən etməmiş, nəticə etibarilə hüquqi tənzimetmənin predmetini təşkil edən münasibətlərin hüquqi xarakterini və normativ əsaslarını yanlış dəyərləndirmişdir.

22. Belə ki, birinci instansiya məhkəməsi öz qətnaməsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1, 390.2, 390.3 və 390.5-ci maddələrinə istinad etməklə müqa vilə azadlığı prinsipi kontekstində cavabdehin birtərəfli qaydada müqaviləyə xitam vermə hüququnu əsaslandırmış, lakin bununla mübahisənin hüquqi mahiyyətini, yəni müqaviləyə xitam verilməsinin hüquqi nəticələri və bu nəticələrin tərəflərin davranış modelləri ilə uzlaşması aspektini diqqətdən kənarda qoymuşdur. Birinci instansiya məhkəməsi konkret hüquqi münasibətlərin qiymətləndirilməsi zamanı normativ hüquqi aktların məqsəd və kontekstual təhlilinə lazımi diqqət yetirməmişdir. Mübahisəyə Mülki Məcəllənin 390-cı maddəsi çərçivəsində baxmaqla, sanki müqavilə bağlanması və məcburi müqavilələr institutu məsələsinə toxunmuş, lakin reallıqda tərəflər arasında mübahisənin predmeti bu deyil, müqavilənin birtərəfli qaydada xitam verilməsinin nəticələrinin hüquqazidd olub-olmaması məsələsidir.

23. Bu mübahisə çərçivəsində tətbiq edilməli olan hüquq normaları, xüsusilə də Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmiş vicdanlı davranış prinsipi, 442-ci maddəsində qeyd edilən öhdəliyin icra edilməməsi anlayışı və 427.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin vaxtında icrası ilə bağlı normadır. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin müddəa mülki hüquqda davranışın yalnız formal normativ çərçivədə deyil, eyni zamanda hüquqi münasibətlərin mənəvi və etik çərçivəsində də qiymətləndirilməsini zəruri edir. İddiaçının 2017-ci ilin fevral ayında müqaviləyə xitam verildiyi andan etibarən uzun illər ərzində konkret olaraq 2024-cü ilin iyun ayınadək bu məsələyə hüquqi reaksiya verməməsi, yəni hüquqlarının müdafiəsi üçün müvafiq tədbirlər görməməsi, onun hüquqlarını həyata keçirməkdə passiv və laqeyd mövqe sərgilədiyini açıq şəkildə nümayiş etdirir. Belə bir vəziyyətdə, subyektin hüququnun müdafiəsi məsələsinə baxılarkən onun yalnız formal hüquq sahibi olması deyil, bu hüququ həyata keçirməkdəki aktivlik səviyyəsi və davranış səmimiyyəti də nəzərə alınmalıdır.

24. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan bütün halları nəzərə alaraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəyə baxarkən Mülki Məcəllənin tətbiq edilməli olan müvafiq maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

25. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən məhkəmə araşdırmasının tam və hərtərəfli aparılmaması təmin olunmamışdır. Belə ki, iş materiallarının tədqiqindən məlum olur ki, mübahisəyə səbəb olan “050-211-3070” mobil nömrəsi hal-hazırda X1 istifadəsindədir. Bu şəraitdə birinci instansiya məhkəməsi iş üzrə hüquqi vəziyyəti obyektiv qiymətləndirmək üçün X1 hüquqi maraqlarını da nəzərə almalı, onun bu iş üzrə hüquq və vəzifələrinin müəyyən olunması ehtimalını qiymətləndirməli, eləcə də, gələcəkdə mübahisənin predmeti ola biləcək hallar baxımından onun iştirakı zəruri prosesual tərəf kimi nəzərdən keçirilməli idi. Birinci instansiya məhkəməsinin bu şəxsi prosesə cəlb etmədən işə baxması, qərarın gələcəkdə hüquqi qeyri-müəyyənliyə səbəb ola biləcək nəticələr doğurması riskini artırmış və nəticə etibarilə işin tam, obyektiv və qanunauyğun həllinə mane olmuşdur.

26. Sözügedən hal apellyasiya icraatı zamanı məhkəmə koll egiyasının diqqətdən yayınmamış, X1 işə üçüncü şəxs qismində cəlb olunması qərara alınmışdır. Apellyasiya məhkəməsi həm hüquqi vəziyyətin dəqiqləşdirilməsi, həm də tərəflərin prosessual hüquqlarının müdafiəsi baxımından müvafiq prosedur təminatlarını həyata keçirmişdir. Nəticədə, iş üzrə qərar qəbul olunarkən mövcud pozuntuların aradan qaldırılması üçün qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri tədbirlər görülmüşdür.

27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 427.1, 427.3, 427.5, 442.1, 560.3, 560.3.3, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 372.1, 372.7, 384.0.2, 385.1.1, 386-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. İddi açının nümayəndəsi və vəkili Əsgərov Elxan Əjdər oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2303/2025 nömrəli 23 may 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsinin “iddiaçı tərəfindən 7 il ərzində passiv” mövqe ilə bağlı yanaşması tamamilə absurddur. Müqavilənin tərəfləri razılaşdırılmış müqavilə predmetinin hər bir şərtinə əməl etmək öhdəliyini daşıyırlar. Odur ki, iddiaçının hər hansı səbəbdən öz hüquqlarını ifadə etmək iradəsindən məhrum olmasına baxmayaraq, cavabdeh müqavilənin 8.2 və 8.3-cü bəndləri üzrə şərtlərə qanuni şəkildə əməl etməməsi halı əsas verici hal kimi qiymətləndirilə bilməz. Lakin apelyasiya məhkəməsi MPM-nin 14.1 və 14.2.1-ci maddələrinin tələblərini yəni tərəflər arasında qanunvericiliyə zidd olmayan şəkildə təmin edilmiş münasibətlərin tənzimlənmə qaydasını heçə sayaraq, cavabdehin müqavilədən kənar həmçinin qüvvədə olan qanunvericiliyin tələblərinə zidd olan hərəkətlərinin qanuniliyini təmin etməyə çalışmışdır. Eyni zamanda apelyasiya məhkəməsi cavabdehin qanunsuz hərəkətlərinə haqq qazandırmaq məqsədi ilə bu hala xidmət edəcək daha ayrı səbəblər iddiaçının istifadəsində olan “***-***-**-**” mobil nömrəsinin üçüncü şəxsə ötürülməsini göstərmişdir. İddiaçının iradəsindən kənar qaydada cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuş hüquqlarının bərpa edilməsi hissəsinin üstündən ke çən apelyasiya məhkəməsi üçüncü şəxsin hüquqlarının pozulması ilə əlqaləndirməkdədir. Halbuki, hazırda pozulması ehtimal olunan üçüncü şəxsin hüquqların cavabdehin iddiaçı ilə bağlanmış müqavilənin tələblərinin pozulması ilə bağlı qanunsuz hərəkətləri nəticəsində baş vermişdir. Cavabdeh iddiaçı arasında bağlanmış müqavilə şərtlərini pozaraq iddiaçının qanuni istifadəsində olan “***-***-**-**” mobil nömrəsini qanunsuz olaraq üçüncü şəxsə ötürmüşdür. Lakin buna baxmayaraq apellyasiya məhkəməsi cavabdehin qanunsuz hərəkətlərinə absurd daxili mülahizələrlə qiymət verərək, cavabdeh tərəfindən edilmiş qanunsuz hərəkətləri qəbul edərək, həmin hərəkətlərin önəmli pozuntu olmamasına dair dəyərləndirmə nümayiş etdirmişdir. Bu halda məhkəmə cavabdehin hərəkətlərinə yuxarıda qeyd olunan maddi hüquq no rmasının imperativ tələblərini pozmaqla hüquqi qiymət vermiş olması təsdiq olunur. Kassasiya şikayətində maddi hüquq normalarının imperativ tələblərinin vurğulanmasında səbəb ondan ibarətdir ki, apelyasiya məhkəməsi bu imperativ tələbləri nəzərə almadan öz daxili mülahizəsi əsasında işin faktiki hallarından kənar məqamlara əsasən qətnamə qəbul etməsi olmuşdur. Halbuki maddi hüquq normalarının imperativliyi işin faktiki hallarına normanın tətbiqi zamanı yaranmış hüquq pozuntusunun olub-olmamasını faktını birmənalı təsdiq olunmasına imkan yaradır. Apelyasiya məhkəməsi öz qətnaməsinin əsaslandırmasında bu hüquqi imperativlik təsirində qaçmaq üçün, cavabdeh tərəfindən qanunsuz edilmiş hərəkətlərə qəbullanaraq onlara həmin pozuntular əsasında iddiaçının müqavilənin guya formal və texniki hiss ələri üzrə pozuntulara məruz qalmasını ön plana çəkmişdir. Qeyd olunan bu qanunsuz daxili mülahizəni “***-***-**-**” mobil nömrəsinin üçüncü şəxsə ötürülməsi faktı ilə ədalətli yanaşma təəssüratı yaradaraq iddiaçının qanuni tələbinin təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə tərəflərin təqdim edilmiş iş materiallarında olan sübutları tam araşdırmamışdır. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş iddia tələbinə etiraz ərizəsindən müəyyən olunur ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilənin xitamı ilə bağlı tarixi xx.xx.2017-ci il olduğunu göstərmişdir. Lakin məhkəmə tərəflər arasında bağlanmış müqavilənin cavabdeh tərəfindən xitam edilməsi tarixinin xx.xx.2017-ci il olmasını müəyyən etmişdir. Göründüyü kimi məhkəmə tərəfindən cavabdehin etirazın halları olaraq təqdim etdiyi sübutları mötəbərsizliyini və dolayısı ilə cavabdehin iddia tələbinə qarşı arqumentlərinin olmaması halına qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisəni hərtərəfli araşdırmamış, sübutların hüquqi qiymətləndirməsində daha çox öz daxili mülahizəsinə istinad edərək ədalət mühakiməsini həyata keçirmişdir. Apelyasiya məhkəməsi tərəfindən təsdiq edilmiş cavabdehin iddiaçıya qarşı qanunsuz hərəkətləri ədalətli hesab oluna bilməz. İddiaçının azadlıqdan məhrum edilməsi səbəbindən öz istifadə hüquqlarını təmin etmək imkanından məhrum olmasına baxmayaraq cavabdeh tərəfindən bağlanmış müqavilə üzrə kobud pozuntular edərək onun hüquqlarını pozması faktı ədalət prinsipini tamamilə cavabdeh tərəfindən pozulmasını təsdiq edir.

29. Kassasiya şikayətində, Azərbaycan Respublikası M ülki Məcəlləsinin 6.2, 14.1, 14.2.1, 421.2, 421.3, Mülki Prosessual Məcəllənin 14.2, 88, 217.1-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Cavabdeh tərəfindən “Məhkəmə işlərinin elektron idarəetmə” sisteminə əlavə edilmiş kassasiya şikayətinə qarşı yazılı etirazda tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli Abunə Müqaviləsinin şərtləri qeyd edilməklə əlavə olaraq göstərilmişdir ki, iddiaçının hərəkətləri mülki qanunvericiliyin vicdanlılıq prinsipinə əks olmaqla üçüncü şəxsin hüquqlarına zərər vurmaq məqsədi ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Müqavilənin xitamından sonra 7 il ərzində heç bir tələbin qaldırılmaması Cavabdeh üçün Müqavilə üzrə münasibətlərin faktiki sona çatmasını əsaslandıran hal olmuşdur. Bu müddət ərzində Müqavilənin 8.5-ci maddəsinə uyğun olaraq nömrə başqa şəxsin istifadəsinə verilmiş, mülki dövriyyənin davamlılığı təmin edilmişdir və öz öhdəliklərini pozmasına və 7 il ərzində bu məsələ ilə bağlı heç bir iddia qaldırmamasına baxmayaraq, hal-hazırda məhkəmə qarşısında hüquqlarının pozulması ilə əlaqədar iddia tələbi ilə çıxış etməsi öz hüquqlarının müdafiəsindən çox nömrənin istifadəyə verildiyi digər şəxsin hüquqlarının pozulması xarakterini daşıyır. Bu nöqtədə Apellyasiya Məhkəməsinin qərarı tamamilə yerində olmaqla, İddiaçının əsl niyyətini əks etdirmişdir. Göstərilənlərə əsasən 2(102)-2762/2025 saylı mülki iş üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı qaldırdığı kassasiya şikayətinin rədd edilməsi xahiş olunmuşdur. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlan ılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 5.3.Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

34. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.

35. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

36. Maddə 427.5.Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir.

37. Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə onun poz ulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

38. Maddə 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 76.1.Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar h esab olunur.

41. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan n əticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İ ş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçının hərəkətləri mülki qanunvericiliyin vicdanlılıq prinsipinə əks olmaqla üçüncü şəxsin hüquqlarına zərər vurmaq məqsədi ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Müqavilənin xitamından sonra 7 il ərzində heç bir tələbin qaldırılmaması cavabdeh üçün Müqavilə üzrə münasibətləri n faktiki sona çatmasını əsaslandıran hal olmuşdur. Bu müddət ərzində Müqavilənin 8.5-ci maddəsinə uyğun olaraq nömrə başqa şəxsin istifadəsinə verilmiş, mülki dövriyyənin davamlılığı təmin edilmişdir və öz öhdəliklərini pozmasına və 7 il ərzində bu məsələ ilə bağlı heç bir iddia qaldırmamasına baxmayaraq, hal-hazırda məhkəmə qarşısında hüquqlarının pozulması ilə əlaqədar iddia tələbi ilə çıxış etməsi öz hüquqlarının müdafiəsindən çox nömrənin istifadəyə verildiyi digər şəxsin hüquqlarının pozulması xarakterini daşıyır.

49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmən in gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

50. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş dur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

52. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 may 2025-ci il tarixli, 2(103)2303/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar