Məhkəmə qərarları › İş №2(102)-2763/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2763/2020

21.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2763/2020 21.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdeh və vəkili Nuriyev Emil Xanlar oğlunun iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-784/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim T.Hüseyno va) iddianın təmin edilməsi, Cavabdeh 24.000 (iyirmi dörd min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat, cəmi 24.030 (iyirmi dörd min otuz) manatın alınıb İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(106)-2544/2018, hakimlər İ.Q.Əsədov, Q.B.Kərimov, Z.A.Zeynalov) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Cəbrayıl Rayon Məhkəməsinin xx xxxx 2017ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx xxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən-hakimlər G.Quliyev, Ə.Mirzəyev və T.Qoldman, iş No 2(102)-4392/19 saylı mülki iş) hazırkı iş üzrə Şirvan Apellya siya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya məhkməsinə qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Z.Babayev (sədrlik edən, məruzəçi), N.Mirzəyev və M.Həsənov, 2(103)13981/2019 saylı mülki iş) hazırki iş üzrə Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-784/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən cavabdehdən tutulmalı pulun məbləğinə görə dəyişdirilməsi, Cavabdeh İddiaçı xeyrinə tutulmalı olan pulun məbləği 21.500 (iyirmi beş min beş yüz) manat məbləğində müəyyən edilməsi, qətnamənin Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşi n halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 24.000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə razılığa gələrək mülkiyyətində olan avtomobillərlə bağlı cavabdehə müvafiq etibarnamələr vermiş, cavabdeh həmin avtomobilləri 1 il müddətinə razılaşdıqları qiymətdən də baha satıb pullarını ona verəcəyini, özü də qazanc əldə edəcəyini öhdəsinə götürmüşdür. Beləliklə, xx xxxx 2014-cü il tarixində cavabdehə müvafiq etibarnamə vermiş və bundan sonra mülkiyətində olan “Hunday Accent” markalı **-UR-*** dövlət nömrə nişanlı avtomobili 6.500 manata, VAZ-21154 minik markalı **-RA-*** dövlət nişanlı avtomobilini 7.500 manata, VAZ-21074 minik markalı **-LF-*** dövlət nomrə nişanlı avtomobilini 4.000 manata və “Opel Astra” markalı **-UN-*** dövlət nişanlı avtomobilini isə 6.000 manata razılaşaraq cavabdehə təhvil vermişdir. Cavabdeh həmin avtomobilləri satmış, lakin həmin avtomobillərin pulunu ona qverməmişdir. O, həmin avtomobilləri cavabdehə elə qiymətə vermişdir ki, həmin avtomobilləri cavabdeh satanda özü də qazanc əldə etsin. Lakin cavabdeh həmin avtomobilləri satdıqdan sonra ona çatan pulları qaytarmamışdır. O, bir neçə dəfə cavabdehdən pullarını tələb etsə də cavabdeh ona olan borcunu qaytarmamış və müxtəlif bəhanələrlə ona olan borcunu qaytarmaqdan yayınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiy a instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, avtomaşınlar etibarnamə ilə verildiyi üçün alqı-satqı kimi qiymətləndirilib dəyəri ondan tələb oluna bilməz. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili Nuriyev Emil Xanlar oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hə min maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-ol unmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə razılığa gələrək mülkiyyətində olan avtomobillərlə bağlı cavabdehə müvafiq etibarnamələr vermiş, cavabdeh həmin avtomobilləri 1 il müddətinə razılaşdıqları qiymətdən də baha satıb pullarını iddiaçıya verəcəyini öhdəsinə götürmüşdür. Həmçinin razılığa görə cavabdeh özü də avtomobillərin satışından qazanc əldə etməli idi. İddiaçı xx xxxx 2014-cü il tarixində cavabdehə müvafiq etibarnamələr vermiş və bundan sonra isə iddiaçının mülkiyətində olan “Hunday Accent” markalı **-UR-*** dövlət nömrə nişanlı avtomobili, VAZ-21154 minik markalı **-RA-*** dövlət nişanlı avtomobilini, VAZ-21074 minik markalı **-LF-*** dövlət nomrə nişanlı avtomobilini və “Opel Astra” markalı **-UN-*** dövlət nişanlı avtomobilini qiymətlər müəyyən etməklə razılaşaraq cavabdehə təhvil vermişdir. Cavabdeh həmin avtomobilləri satmış, lakin həmin avtomobillərin pulunu iddiaçıya verməmişdir. İddiaçı bir neçə dəfə cavabdehdən pullarını tələb etsə də cavabdeh ona olan borcunu qaytarmamışdır. xx xxxxxx 2016-cı il tarixdə iddiaçının notariat orqanına müraciəti əsasında etibarnamə ləğv edilmişdir. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh “Hunday Accent” markalı **UR-*** dövlət nömrə nişanlı avtomobil üçün 6.500 manat, VAZ-21154 minik markalı **-RA*** dövlət nişanlı avtomobili üçün 7.500 manat, VAZ-21074 minik markalı **-LF-*** dövlət nomrə nişanlı avtomobil ümün 4.000 manat və “Opel Astra” markalı **-UN-*** dövlət nişanlı avtomobil üçün isə 6.000 manat olmaqla 24.000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlsə də, cavabdehdən tələb olunan avtomobillərin qiymətləri barədə hər hansı araşdırma aparmadan, yalnız iddiaçının təqdim etdiyi sübutlara əsaslanmaqla İddiaçı Cavabdeh qarşı 24.000 manat məbləğ ində pul tələbinə dair iddiasını tam təmin etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli, 016-94792-12 saylı məktubdan və ona əlavə edilmiş kompyuter çıxarışından görünür ki, “Hunday Accent” minik markalı, buraxılış ili 2007, qara rəngli, mühərrik: G4ED7T009311, Ban: NLHXXXXX olan **-UR-*** dövlət nömrə nişanlı avtomobil; “VAZ-21154” minik markalı, buraxılış ili 2012, qara metal rəngli, mühərrik: 5682397, Ban: XTA21154XXXX olan **-RA-*** dövlət nömrə nişanlı avtomobil; “VAZ21074” minik markalı, buraxılış ili 2011, qara metal rəngli, mühərrik: 9799830, Ban: XTA2107XXXXX olan **-LF-*** dövlət nömrə nişanlı avtomobil; “Opel Astra” minik markalı, buraxılış ili 2000, yaşıl metal rəngli, mühərrik: 20R3 9143, Ban: WOLOTGF********** olan **-UN-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı mülkiyyətində olmuş, İddiaçı verdiyi etibarnaməyə əsasən başqa şəxslərə satılmışdır. Bakı şəhəri 6 saylı notariat kontorunda Cəbrayıl rayonunun Daşversəlli kəndində yaşayan Cavabdeh verilmiş, 7E reyestrdə 36921 nömrə ilə qeyd olunmuş AR-İ № 345945 saylı, xx xxxx 2014-cü il tarixdə etibarnamənin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh mülkiyyət hüququnun həyata keçirilməsi ilə bağlı bütün səlahiyyətlər verilməlidir. Etibarnamədə etibarnamə üzrə səlahiyyətlərin başqa şəxsə verilə bilməsi qeyd olunmuşdur. Etibarnamə xx xxxx 2024-cü il tarixə kimi verilmişdir. xx xxxxxxx 2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh tərəfindən “Hunday Accent” minik markalı **-UR-*** dövlət nömrə niş anlı avtomobili İddiaçı adından X4 1 il müddətinə etibar etmişdir. xx xxxx 2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh tərəfindən “VAZ-21074” minik markalı **-LF-*** dövlət nömrə nişanlı avtomobili İddiaçı adından X5 1 il müddətinə etibar etmişdir. xx xxxxxx 2016-cı il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh tərəfindən VAZ-21154 markalı **-RA-*** dövlət nömrə nişanlı avtomobili X6 1 il müddətinə etibar etmişdir. Bakı şəhəri 6 saylı notariat kontorunun xx xxxxxx 2016-cı il tarixli, X-2288 saylı məktubun surətindən görünür ki, Cavabdeh verilmiş, xx xxxx 2014-cü il tarixli, 7E/-36921 saylı reyestr əsasında mülkiyyət hüququna dair İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə şəxsi ərizəsinə əsasən ləğv edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirli yi Baş X15 İdarəsi tərəfindən verilmiş xx xxxx 2017-ci il tarixli, 016-73459-1217 saylı məktubdan və ona əlavə edilmiş kompyuter çıxarışından görünür ki, “Hunday Accent’’ markalı **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adından qeydiyyatdan çıxarılaraq X7 adına qeydiyyata alınmış, VAZ21154 minik markalı **-RA-*** dövlət qeydiyyatnişanlı avtomobil İddiaçı adından qeydiyyatdan çıxarılaraq X1 adına qeydiyyata alınmış, VAZ-21074 minik markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adından qeydiyyatdan çıxarılaraq X3 adına qeydiyyata alınmış və “Opel Astra” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adından qeydiyyatdan çıxarılaraq X2 adına qeydiyyata alınmışdır. Cəbrayıl Rayon məhkəməsinin 2(072)-1499/2016 saylı,xx xxxxxx 2016-cı il tarixli qətnaməsi nin surətindən görünür ki, Cavabdeh 12.000 manat məbləğində pul alınıb İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibəti olmuş və cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 25610 saylı rəyindən görünür ki, “Hunday Accent” markalı **-UR*** dövlət nömrə nişanlı avtomobilin xx xxxx 2014-cü il tarixdən xx.xx.2016-cı il tarixə kimi olan aralıq dövrdə nəzəri orta bazar qiyməti – 6.000,00 – 6.500,00 manat; -VAZ-21154 minik markalı **-RA-*** dövlət nişanlı avtomobilin xx xxxx 2014-cü il tarixdən xx.xx.2016-cı il tarixə kimi olan aralıq dövrdə nəzəri orta bazar qiyməti – 6.000,00 – 7.000,00 manat; -VAZ-21074 min ik markalı **-LF-*** dövlət nomrə nişanlı avtomobilin xx xxxx 2014cü il tarixdən xx.xx.2016-cı il tarixə kimi olan aralıq dövrdə nəzəri orta bazar qiyməti – 4.000,00 – 4.500,00 manat; -“Opel Astra” markalı **-UN-*** dövlət nişanlı avtomobilin xx xxxx 2014-cü il tarixdən xx.xx.2016-cı il tarixə kimi olan aralıq dövrdə nəzəri orta bazar qiyməti – 5.500,00 6.000,00 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 326-cı maddəsinə əsasən birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. Əqd başqa şəxslər üçün yalnız bu Məcəllədə və ya həmin şəxslərlə razılaşmada müəyyənləşdirilmiş hallarda vəzifələr yarada bilər. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin ic ra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Məcəllənin 780.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı şəxsən özü icra etməlidir. Həmin Məcəllənin 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Sadalanan hüquq normaların ın məzmunundan göründüyü kimi etibarnamə əsasında hərəkət edən şəxs bütün hərəkətləri etibarnamə verən şəxsin mənafeyi naminə həyata keçirməlidir. Qanunvericinin bu göstərişi etibarnamə verilmiş şəxsin etibar edilmiş və əvəzli şəkildə özgəninkiləşdirilmiş əmlaka görə həmin əqd əsasında aldıqlarını etibarnamə vermiş şəxsə təhvil verməsi öhdəliyini də ehtiva edir. Bu halda əvəzli şəkildə özgəninkiləşdirilmiş əmlakın hansı qiymətə satılması və əldə edilmiş pul vəsaitinin mülkiyyətçiyə ödənilməsini sübut etmək vəzifəsi təmsilçinin üzərinə düşür. İddiaçı istinad etdiyi hallar, yəni ona məxsus olmuş avtomobillərin məhz Cavabdeh verdiyi etibarnamə və həmin etibarnamə əsasında verilmiş başqa etibarnamə əsasında bağlanmış alqı-satqı müqavilələləri əsasında üçüncü şəxslərin mülkiyyətinə keçməsi Baş X15 İdarəsi tərəfindən təqdim edilmiş sənədlərlə mübahisəsiz qaydada təsdiq edilir. Lakin Cavabdeh İddiaçı məxsus olan, etibarnamə və həmin etibarnamə əsasında verilmiş başqa etibarnamə əsasında bağlanmış alqı-satqı müqavilələləri əsasında üçüncü şəxslərin mülkiyyətinə keçməsini qəbul edərək, satılmış avtomobillərin pulunun iddiaçıya çatdığını qeyd etsə də, həmin halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin mənasına görə tələblərinin əsası kimi istinad etdiyi halları tərəf özü sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutu n məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar