Məhkəmə qərarları › İş №2(102)-2763/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2763/2023

28.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2763/2023 28.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Müstəqil Tele-Radio Kompaniyasına qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: şərəf, ləyaqət və işgüzar nüfuza dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X5 ibarət tərkibdə, İddiaçı Cavabdeh Müstəqil Tele-Radio Kompaniyasına qarşı “şərəf, ləyaqət və işgüzar nüfuza dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-757/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qətnamə sindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 28 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Tərəflər arasında kütləvi informasiya vasitələrində yayımlanmış məlumatlarla bağlı mübahisə yaranmışdır.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4456/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh X4 üzərinə İddiaçı şərəf və ləyaqətini ləkələyən yanlış məlumatların yayıldığı kütləvi informasiya vasitələrinin müvafiq verilişlərdə təkzib edilməsi və İddiaçı üzr istənilməsi vəzifəsinin qoyulması, vurulmuş mənəvi zərərin əvəzi olaraq 3000 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 1 manat 80 qəpik hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödəniməsi qət edilmişdir.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2152/2021 saylı, 03 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh X2 aid “ATV” telekanalında X7 məxsus səs yazısının yayılması qanunsuz hesab edilməklə qətnamə qanuni qüvvəsini aldıqdan sonra bir ay ərzində “ATV” telekanalı vasitəsi ilə Elşən Talıbovdan üzr istənilməsi İddiaçı və Cavabdeh X1 üzərinə vəzifə kimi qoyulması, səs yazısının qanunsuz yazılmasına görə vurulmuş mənəvi ziyanın əvəzi kimi onlardan ayrı-ayrılıqda X6 xeyrinə 1000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsinin cavabdehlərdən tutulması qət olunmuşdur.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 11069/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh X3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Səbail Rayon Məhkəməsinin 2(009)2152/2021 saylı, 03 sentyabr 2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh Müstəqil Tele-Radio Kompaniyasına qarşı həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi, şərəf, ləyaqət və işgüzar nüfuza dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ATV telekanalında xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində yayımlanan “BizimləSən” verilişində iddiaçı barəsində aparıcı da daxil olmaqla verilişin müxtəlif iştirakçılarının səsləndirdiyi böhtan xar akterli fikirlər nəticəsində onun şərəfi və ləyaqəti alçaldılmışdır. Bütün qohum-qonşuları, tanışları arasında rüsvay olmuşdur. Səsləndirilən fikirlər onun ailəsini dağıtmış, müəllim kimi məşğul olduğu şagirdlərinin valideynləri onunla tədrisin davam etdirilməsindən imtina etmiş, bütün bunlar nəticəsində keçirdiyi psixoloji gərginlik və sarsıntılarla əlaqədar həkim müalicəsində olmuş və hətta ölüm həddinə çatmışdır. Qeyd edilənlər ona həm maddi, həm də mənəvi cəhətdən zərər dəyməsinə səbəb olmuşdur. ATV telekanalı reytinqlərinin yüksəldilməsi üçün ondan vasitə kimi istifadə etmişdir. Göstərilənlərə əsasən Cavabdeh Müstəqil Tele-Radio Kompaniyasından mənəvi ziyana görə 20000 manat məbləğində pulun, maddi ziyana görə 1300 manat məbləğində pulun, habelə ödənilmiş 155 manat dövlət rüsumunun id diaçının xeyrinə tutulması, cavabdehin üzərinə “YouTube” kanalında yerləşdirilən 22 iyun 2020-ci il və 23 iyun 2020-ci il tarixlərində yayımlanan “BizimləSən” verilişinin silinməsi və “Bizimləsən” verilişində üzr istəməsi öhdəliyinin qoyulması, gələcəkdə razılığı olmadan onunla bağlı hər hansı fikir səsləndirilməsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsində işə baxılan zaman İddiaçı iddia tələblərini müdafiə edərək göstərmişdir ki, “ATV telekanalı onu “BizimləSən” verilişində rüsvay etmişdir. Keçmiş əri Azər Əsgərovu verilişə dəvət edərək, sonuncununu dili ilə həqiqətən uyğun olmayan, şəxsi həyatına aid olan məlumatlar yayımlanmış, telekanalın aparıcısı tamaşaçılar qarşısında reytinqini artırmaq üçün Azər Əsgərovun danışmasına, onu qohum-qonşularının, tanışlarının arasında rüsvay etməsinə şərait yaratmışdır. Sonradan isə həmin veriliş ATV-nin əməkdaşları tərəfindən “YouTube” internet kanalında yerləşdirilmişdir. Onlara sərt şəkildə etirazını bildirmişdir. Bütün qohumların, işlədyi müəllim və şagir kollektivinin yanında rüsvay olmuşdur. Bu səbəbdən mənəvi ziyana görə 20000 manat məbləğində pulun, maddi ziyana görə 1300 manat məbləğində pulun, habelə ödənilmiş 155 manat dövlət rüsumunun tutulması, cavabdehin üzərinə “YouTube” kanalında yerləşdirdiyi xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində yayımlanan “BizimləSən” verilişinin silinməsi öhdəliyinin qoyulması, cavabdehin üzərinə “BizimləSən” verilişində üzr istəməsi öhdəliyinin qoyulması, gələcəkdə razılığı olmadan onunla bağlı hər hansı fikir səsləndirilməsi nin cavabdehə qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsində işə baxılan zaman iştirak edən Cavabdeh Müstəqil Tele-Radio Kompaniyasının nümayəndəsi göstərmişdir ki, iddiaçının səsləndiridiyi fikirlər və iddia ərizəsində qeyd etdikləri həqiqəti əks etdirmir. Azər Əsgərov Cavabdeh Müstəqil Tele-Radio Kompaniyasına müraciət etmiş və onun müraciətini qəbul edilərək televiziya kanalında işıqlandırmışlar. “BizimləSən” verilişində Nərgiz xanım müdafiə olunmuş, keçmiş həyat yoldaşı isə tənqid edilmişdir. Verilişə heç kəs dəvət olunmur, verilişə müraciət olunduğu təqdirdə araşdırma aparılıb həmin şəxsləri ekrana çıxarırlar. Video görüntüdən görünür ki, verilişdə obyektivlik tam qorunmuş, Nərgiz xanım özü də efirə dəvət olunmuş, studiya arxasında öz fikirlərini səsləndirmişdir. Keçmiş həyat yoldaşı Azərə qarşı verilən iddia ərizəsi təmin edilmiş, 3000 manat mənəvi zərər iddiaçının xeyrinə tutulmuşdur. Məhkəmə efirdə qanunsuz olaraq məlumatların yayılmasına görə Azərə qarşı olan iddianı təmin etmişdir. Maddi zərərlə bağlı iddiaçının təqdim etdiyi sübutlar qətnamənin qəbul edildiyi tarixə, yəni 2020-ci ilə aid olmadığından təmin edilməmişdir. Elşən Talıbov iddiaçını məhkəməyə verdikdən sonra iddiaçı Nərgiz xanım ATV Telekanalına qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. Elşən Talıbovun iddiası təmin edilmiş, Nərgiz və Azərin hər birindən 1000 manat məbləğində pul onun xeyrinə tutulmuşdur. Həmin iddia məbləğini əvəzləmək üçün iddiaçı ATV Telekanalını məhkəməyə vermişdir. Elşən Talıbovun iddiası üzrə işə baxılan zaman da ATV Telekanalı tərəfindən İddiaçı hər hansı hüquq pozuntusunun törədilməsi müəyyən edilməmiş, onlar tərəfindən törədilən əmələ görə iddaçı məsuliyyətə cəlb edilməmidir. Göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş etmişdir

9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ş.Süleymanova) 2(009)1652/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “YouTube” kanalında yerləşdirilən xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli “BizimləSən” verilişinin ATV telekanalı tərəfindən silinməsi, gələcəkdə ATV telekanalında İddiaçı ilə bağlı hər hansı fikir səsləndirilməsi qadağan olunmuş, iddiaçı tərəfindən ödənilən 155 manat dövlət rüsumunun 50 manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.

10. Məhkəmə iddia tələ binə münasibətdə qeyd etmişdir ki, iş materiallarında olan diskdən görünür ki, “BizimləSən” verilişində iştirak edən X10 Cəfərovanın ünvanına mənfi fikirlər səsləndirsə də, verilişin aparıcısı ona bu fikirlərinə görə iradını bildirmiş, İddiaçı da məsələyə münasibət bildirməsi üçün onunla telefon bağlantısı yaradılmışdır. Telekanalın aparıcısının fikirləri isə ümumi xarakter daşıyır, iddiaçının ünvanına konkret mənfi fikir səsləndrilməmişdir.

11. Məhkəmə hesab etmişdir ki, başqa şəxsin canlı efirdə səsləndirdiyi fikirlərə görə Cavabdeh Müstəqil Tele-Radio Kompaniyasının cavabdehlik daşıması tətbiq edilən qanunvericiliyin normasına uyğun gəlmir. Çünki “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 62-ci maddəsinə əsasən həqiqətə uyğun olmayan məlumat canlı yayımla efirə gedən çıxışlarda deyilmişdirsə, yaxud bu Qanuna müvafiq müvafiq surətdə redaktə edilməli olmayan mətnlərdə getmişdirsə, redaksiya (məsul redaktor), eləcə də jurnalist buna görə məsuliyyət daşımır.

12. Məhkəmə həmçinin hesab etmişdir ki, maddi ziyan kimi 1300 manat pul cavabdehdən tutula bilməz. Belə ki, səs yazısı Elşən Talıbovun razılığı olmadan səsləndirildiyindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə həm Cavabdeh Müstəqil Tele-Radio Kompaniyasından, həm də İddiaçı 1000 manat məbləğində pul tutulmuşdur.

13. Məhkəmə eyni zamanda hesab etmişdir ki, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli “BizimləSən” verilişində X8 tərəfindən İddiaçı şərəf və ləyaqətini ləkələyən yanlış məlumatların yayılması Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(001)4456/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə sübuta yetirildiyindən “YouTube” kanalında yerləşdirilən xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli “Bizimləsən” verilişi Cavabdeh Müstəqil Tele-Radio Kompaniyası tərəfindən silinməli və gələcəkdə ATV telekanalında İddiaçı ilə bağlı hər hansı fikir səsləndirilməsi qadağan olunmalıdır.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə, Mülki Məcəllənin 23-cü maddəsinə, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 07 nömrəli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təc rübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, Mülki Prosessual Məcəllənin 14, 76, 77, 88 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayətində işin faktiki hallarına istinad olunaraq göstərilmişdir ki, ATV kanalı öz reytinqi xətrinə onun ailəsini dağıtmışdır. ATV telekanalı Azəri efirə çıxarmasaydı, yəni onun haqqında efirdə şər böhtan xarakterli, namusuyla bağlı ifadələr səslənməsəydi indi onlar xoşbəxt ailə idilər. ATV telekanalı öz reytinqinə görə A zərdən istifadə edib onun ailəsini dağıtdı. Onu bütün nəslin, tanışların, qohumların, qonşuların içində rüsvay etdi. Bu yaşınadək qazandığı bütün hörməti itirdi, hal-hazırda belə əmiləri, bibiləri, dayı və xalaları onu danışdırmırlar. Hamı Azərin yalanlarına inandı. Hansı ki, o, Azəri məhkəməyə verdi və heç bir sübutu olmadığı üçün məhkəməni uduzdu. Qeyd edilən verilişdən sonra iki ilə yaxın müddətdə psixoloji gərginliyinə və sarsıntılarına görə həkim müayinəsində və müalicəsində olmuş, bu müddət ərzində keçirtdiyi depresiya və iztirablar onu ölüm həddinə çatdırmışdı. Çünki onun bədən üzvləri əsəbdən və depressiyadan hərəktsiz halda olmuşdur. Bütün bunların əvəzi isə onun tələb etdiyi mənəvi təzminat məbləği ilə deyil, daha yüksək məbləğlə ödənilməlidir. Lakin maddi imkanı əl vermədiyi üçü n həmin məbləğin tələbi ilə dövlət rüsumunu ödəyə bilmir, ona görə də 20000 manat məbləğlə kifayətlənmişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər İ.S.Şirinov - sədrlik edən və məruzəçi, N.Ş.Cəfərov və E.C.Kazımov) 2(103)-757/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin olunmamış, Səbail Rayon Məhkəməsinin 2(009)-1652/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

19. İddiaçı apellyasiya şikayətinin əsas dəlilli, yəni şəxsi və ailə həyatına, işgü zar nüfuzuna, şərəf və ləyaqətinə hörmətlə yanaşılmaması dəlili ilə bağlı məhkəmə qeyd etmişdir ki, verilişdə iştirak edən Azər Əgərov İddiaçı ünvanına mənfi fikirlər səsləndirsə də, verilişin aparıcısı ona iradını bildirmiş, iddiaçının məsələyə münasibət bildirməsi üçün onunla telefon bağlantısı yaradılmışdır. Həm də aparıcının müzakirə olunan məsələyə dair fikirləri ümumi xarakter daşımış, konkret ünvan göstərməmişdir. Belə halda iddiaçının iddiaçının şəxsi və ailə həyatına, işgüzar nüfuzuna, şərəf və ləyaqətinə hörmətsizlik edilməsi istisna olunur.

20. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə, Mülki Məcəllənin 21, 23 və 1096-cı maddələrinə, “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 65-ci maddəsinə, “Televiziya və radio yayımı haqqında” Qanunun 40-cı maddəsinə, “Media haqqında” Qanunun 14-cü maddəsinə, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999cu il tarixli, 07 nömrəli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdı r ki, məhkəmə işə baxarkən iddiaçının iddia tələbinin mahiyyətini nəzərə almamışdır. Belə ki, iddiaçının cavabdeh qurumu həqiqətə uyğun olmayan məlumatların yayılmasına görə deyil, “Televiziya və radio yayımı haqqında” Qanunun 40.2.4-cümaddəsinin tələblərini pozması səbəbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçının iddia ərizəsində işin faktiki hallarına baxdıqda aydın olur ki, iddiaçı verilişdə səsləndirilən fikirlərin onun şərəf və ləyaqətini alçaltdığını qeyd edir, lakin məhkəmə işə baxarkən belə təəssurat yaradır ki, guya iddiaçı həqiqətə uyğun olmayan məlumatların yayılmasına görə cavabdehdən mənəvi zərər tələb etmişdir. Halbuki tam əksi, iddiaçı cavabdeh təşkilatdan ona görə mənəvi zərər tələb edir ki, cavabdeh təşkilat iddiaçının həyatını iki gün ictimailəşdirmiş və onun r azılığı olmadan onun şəxsi həyatına dair məlumatları ictimaiyyətlə bölüşmüşdür. Məhkəmə hansısa səbəbdən yalnız “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 62-ci maddəsinə istinad etməklə, “Televiziya və radio yayımı haqqında” Qanun 40.2.4-cü maddəsinin tələblərinə əhəmiyyət verməmişdir. Qeyd edilən mübahisəyə “Televiziya və radio yayımı haqqında” Qanunun 40.2.4-cü maddəsi tətbiq edilməli idi. Çünki hazırki mübahisə, həqiqətə uyğun olmayan məlumatın yayılmasına görə deyil, iddiaçının şəxsi həyatına hörmətsizcəsinə yanaşmasından yaranmışdır. Məhkəmə qeyd edilən maddi hüquq normasını nəzərə almadan iddiaçının şərəf və ləyaqətinin alçaldılmasına, şərəf və ləyaqətinə hörmət edilməməsinə qiymət verməmiş, sadəcə qətnamədə bir cümlə qeyd etməklə kifayətlənmişdir ki, cavabdehin verlişdə səsl əndirdiyi fikirlər ümumidir. Lakin işin faktiki hallarında qeyd edilənlərə diqqət yetirilsə görünər ki, aparıcının qeyd etdiyi fikirlər ümumi deyil, tam əksinə iddiaçının şərəf və ləyaqətinin alçaldılmasına yönəlmişdir. Belə ki, aparıcı hər dəfə bir qadının xəyanət etməsindən danışmaqla artıq cəmiyyətdə elə təəssürat yaradır ki, guya iddiaçı həqiqətən də xəyanət etmişdir. Bundan əlavə cavabdeh reytinq xətrinə hər dəfə həm iddiaçının, həm də onun keçmiş həyat yoldaşının adını anons etməklə, verlişdə səsələndirilən fikirlərin ümumi yox, məhz iddiaçı və onun keçmiş həyat yoldaşına aid olmasını cəmiyyətə təlqin etmişdir. İddiaçının müəllimə olması, eyni zamanda bir müəllimənin bu şəkildə cəmiyyətə təqdim edilməsi, onda yaranacaq mənəvi təlatümləri təsəvvür etmək heç də çətin olmamalıdır. Lakin məhkəmə cavabdehin efirində gedən verilişdə səsləndirilən fikirləri ümumi adlandırması yolverilməzdir. Çünki efirdə səsləndirilən fikirlər iddiaçının şərəf və ləyaqətinə hörmət edilməməsinin göstəricisidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 46, 1-ci və 2-ci hissələr. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsan Haqlıra üzrə Avropa Konvensiyası Maddə

8. Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi

24. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləy aqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.

25. Maddə 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Ə gər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.

26. Maddə 23.3 Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır.

27. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanunu (Həmin vaxt qüvvədə olan redaksiyada)

29. Maddə 62, 5-ci bənd. Kütləvi informasiya vasitəsində yayılmış həqiqətə uyğun olmayan məlumat canlı yayımla efirə gedən çıxışlarda deyilmişdirsə, yaxud bu Qanuna müvafiq surətdə redaktə edilməli olmayan mətnlərdə getmişdirsə, redaksiya (məsul redaktor), eləcə də jurnalist buna görə məsuliyyət daşımır. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanunu (Həmin vaxt qüvvədə olan redaksiyada)

30. Maddə 40.2, 40.2.4, 40.2.5 və 40.2.9. Teleradio yayımçılarının vəzifələri aşağıdakılardar: -insanların şəxsi və ailə həyatına, işgüzar nüfuzuna, şərəf və ləyaqətinə hörmətlə yanaşmaq; -yayım zamanı peşə etikasına riayət etmək; -iformasiya qərəzsizliyini və tərəfsizliyi təmin etmək; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayəti ndə irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1 və 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər Maddə 417.2.Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti verməmiş, iddiaçı iddianın rədd olunması hissəsindən apellyasiya şikayəti v ermiş, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin olunmayan hissəsində yoxlamış və dəyişdirmədən saxlamışdır. Ona görə də iddiaçının hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi mənəvi ziyanın rədd olunması hissədə ləğv edilməli, həmin hissədə yeni qərar çıxarılmaqla iddia qismən təmin olunmalı, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

39. İş maieriallarına görə İddiaçı Cavabdeh Müstəqil Tele-Radio Kompaniyasından mənəvi ziyana görə 20000 manat məbləğində, maddi ziyana görə 1300 manat məbləğində pulun, habelə ödənilmiş 155 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, cavabdehin üzərinə “YouTube” kanalında yerləşdirilən 22 iyun 2020-ci il və 23 iyun 2020-ci il tarixlərində yayımlanan “BizimləSən” verilişinin silinməsi və “BizimləSən” verilişində ondan üzr istəməsi öhdəliyinin qoyulması, gələcəkdə razılığı olmadan onunla bağlı hər hansı fikrin səsləndirilməsinin cavabdehə qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, cavabdeh iddianın təmin olunması hissəsindən apellyasiya şikayəti verməmiş, iddiaçı tərəfindən qətnamə iddianın rədd olunması hissədə mübahisələndirilmiş, apellyasiya məhkəməsi həmin hissədə rayon məhkəməsi nin qənati ilə razılaşmış və qətnaməni dəyişdirmədən saxlamışdır.

40. İddianın rədd olunması hissəsi Cavabdeh Müstəqil Tele-Radio Kompaniyasından mənəvi ziyana görə 20000 manat məbləğində, maddi ziyana görə isə 1300 manat məbləğində pulun tutulması, cavabdehin üzərinə ““BizimləSən” verilişində ondan üzr istənilməsi öhdəliyinin qoyulmasından ibarətdir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh Müstəqil Tele-Radio Kompaniyasından maddi ziyana görə 1300 manat məbləğində pulun tutulması və cavabdehin üzərinə ““BizimləSən” verilişində ondan üzr istənilməsi öhdəliyinin qoyulması tələblərinin rədd olunması hissədə apellyasiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmur, ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi göstərilən hissədə dəyişdrilmədən saxlanılmalıdır.

42. Cavabdeh Müstəqil Tele-Radio Kompaniyasından mənəvi ziyana görə 20000 manat məbləğində pulun tutulması tələbinin rədd olunması ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə bu məsələnin həlli zamanı maddi hüquq normalarının təfsirində səhvə yol vermiş, iddiaçının apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verməmişdir.

43. Belə ki, apellyasiya məhkəmələrin qənaətinə görə ATV-nin “BizimləSən” verilişində iş tirak edən Azər Əsgərov iddiaçı olan keçmiş arvadı İddiaçı şəxsi və ailə həyatına, işgüzar nüfuzuna, şərəf və ləyaqətinə xələl gətirən, həqiqətə uyğun olmayan fikirlər səsləndirsə də, verilişin aparıcısı ona bu fikirlərinə görə iradını bildirmiş, İddiaçı ilə telefon bağlantısı yaradılmaqla onun həmin məsələyə münasibəti də efirə verilmişdir. Aparıcının fikirləri isə ümumi xarakter daşımış, onun tərəfindən iddiaçının ünvanına konkret mənfi fikir səsləndrilməmişdir. Həmin vaxt qüvvədə olmuş “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 62-ci maddəsinə görə Azər Əsgərovun canlı efirdə səsləndirdiyi fikirlərə görə Cavabdeh Müstəqil Tele-Radio Kompaniyasının cavabdehlik daşıması istisna olunur.

44. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə ATV-nin “Bi zimləSən” verilişində iştirak edən iddiaçının keçmiş əri Azər Əsgərov İddiaçı şəxsi və ailə həyatına, işgüzar nüfuzuna, şərəf və ləyaqətinə xələl gətirən, həqiqətə uyğun olmayan fikirlər səsləndirmiş və həmin məlumatlar televiziya tamaşıçıları arasında, qeyri-müəyyən sayda şəxslər dairəsində yayılmış, Azər Əsgərovun hərəkətləri nəticəsində İddiaçı mənəvi əzab çəkmişdir. Bu hal Binəqədi Rayon Məhkəməsinin 2(001)-4456/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə də öz təsdiqini tapmışdır.

45. Cavabdeh Azər Əsgərovun İddiaçı qarşı qanunsuz hərəkətləri, onun şəxsi və ailə həyatına, işgüzar nüfuzuna, şərəf və ləyaqətinə xələl gətirən, həqiqətə uyğun olmayan fikirlər səsləndirməsində Cavabdeh Müstəqil Tele-Radio Kompaniyasının, eləcə də “BizimləSən” verilişinin aparıcısının təqsirli olmaması qənaətinə gələn apellyasiya məhkəməsi nəzərə almamışdır ki, keçmiş ər-arvad kimi Azər Əsgərov və İddiaçı kəskin münaqişəli vəziyyədə olmaları, bu vəziyyətdə Azər Əsgərovun ailənin dağılmasında özünün təqsirinin olmamasını təsdiq etmək üçün keçmiş arvadı barəsində əxlaqsız ifadələr işlətmək, onun şəxsi və ailə həyatına dair məlumatları söyləmək ehtimalları yüksək olmuşdur. Azər Əsgərovun televiziyaya müraciət etməkdə məqsədinin keçmiş arvadını “ifşa etməklə” ondan qisas almaq ola biləcəyi də istisna edilməmişdir. Bunlara baxmayaraq televiziya bu verilişi təşkil etmiş, canlı yayımda iddiaçının ünvanına nalayiq ifadələr işlətməyə Azər Əsgərova şərait yaratmışdır. Aparıcı tsə konkret olaraq İddiaçı ünvanına hər hansı ifadə işlətməsə də, ümumi ifadələrlə, Azər Əs gərova yönəldici suallar verməklə sonuncudan İddiaçı şəxsi və ailə həyatına dair daha çox informasiya verilməsi və yayımlanmasına çalışmışdır. 46. “BizimləSən” verilişinin 22 iyun 2020-ci il tarixdə yayımlanan hissəsində Azər Əsgərovun İddiaçı qarşı qanunsuz hərəkətləri, sonuncunun şərəf və ləyaqətini alçaldan, şəxsi və ailə həyatına dair məlumatları söyləməsi aydın olsa da, redaksiya həmin verilişi eyni məzmunda olmaqla 23 iyun 2020-ci li tarixdə də davam etdirmiş, sonradan isə verilişin hər iki hissəsi İddiaçı razılığı olmadan “YouTube” internet kanalında yerləşdirilmiş, məlumatların daha geniş dairədə yayılmasını təşkil etmişdir. Cavabdeh ATV televiziya “YouTube” kanalında yerləşdirilən xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli “BizimləSən” verilişinin ATV telekanalı tərəfindən silin məsi barədə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş, bununla da həmin faktı, yəni Nəgiz Cəfərovanın şəxsi və ailə həyatına, işgüzar nüfuzuna, şərəf və ləyaqətinə xələl gətirən, həqiqətə uyğun olmayan məlumatların yayılmasını təşkil etmələrini qəbul etmişdir.

47. Göründüyü kimi İddiaçı barəsində həqiqətə uyğun olmayan məlumatların yayılmasında Cavabdeh Müstəqil Tele-Radio Kompaniyasının məsuliyyət daşımaması barədə apellyasiya məhkəməsinin gəldiyi qənaət səhv olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi həmin hissədə, yəni mənəvi ziyanın tutulmasının rədd olunması hissədə ləğv edilməli və yeni halların müəyyən olunması və sübutların tədqiq edilməsi zərurəti olmadğına görə həmin hissədə iddianın qismən təmin o lunmasına dair yeni qərar çıxarılmalıdır.

48. Tutulmalı olan mənəvi ziyanın miqdarı ilə bağlı məhkəmə kollegiyası iddiaçı barəsində məlumatların xarakterini və yayılma dairəsini, bu məsələdə cavabdehin təqsirini və əmlak vəziyyətini nəzərə alır, həmin məbləğin 3000 (üç min) manat müəyyən olunmasını qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-757/2023 nömrəli iş üzrə, 27 fevral 2023-cü il tarixli tarixli qətnaməsi qismən, Cavabdeh Müstəqil Tele-Radio Kompaniyasından mənəvi ziyana görə 20000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasının rədd ounması hissəd ə ləğv edilsin, həmin hissədə yeni qərar çıxarılsın. Cavabdeh Müstəqil Tele-Radio Kompaniyasından 3000 (üç min) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar