Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2763/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qabil qızı və Cavabdeh3 qarşı iddiaları ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qabil qızı və Cavabdeh3 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiaları ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məh kəməsinin Mülki Kollegiyasının 2(104)-295/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı2 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 08 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Torpağa Mülkiyyət hüququna dair 14 noyabr 1998-ci il tarixli, JN-257 seriyalı KOD 61023038 nömrəli Dövlət Aktına əsasən, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 saylı qərarı ilə Bərdə rayon Uğurbəyli kənd sakinləri X1, X5, İddiaçı1 Qabil oğluna, X2, İddiaçı2 Müzəffər qızına, X3 və İddiaçı3 kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,49 ha torpaq sahəsi verilmişdir.
2. Bərdə rayon Uğurbəyli Bələdiyyəsi tərəfindən verilmiş 74 saylı 3 iyul 2021-ci il tarixli arayışa əsasən Nazirlər Sovetinin 14 dekabr 1998-ci il tarixli qərarına uyğun olaraq hər bir kənd sakininə 0,24 ha pay torpaq sahəsi verilmişdir. O, cümlədən İddiaçı1 və ailə üzvlərinə də 0,96 ha pay torpağı verilmişdir. Lakin həmin pay torpağının 0,84 ha hissəsi bələdiyyəyə keçib və satış edilmişdir. Bərdə rayon Məhkəməsinin 28 iyul 2004-cü il qətnaməsi ilə 0,10 ha torpaq sahəsi İddiaçı1 Qabil oğluna verilmişdir. Lakin həmin pay torpağı bu günə qədər X4 istifadəsindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 (bundan sonra iddiaçılar, yaxud ad, soyadı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qabil qızı və Cavabdeh3 (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə mü raciət edərək, Bərdə rayon Uğurbəyli kəndində yerləşən 1,49 hektar kənd təsərrüfat təyinatlı torpaq sahələrinin onlara aid hissədə istifadə hüquqlarının cavabdehlər tərəfindən pozulması hərəkətlərinə son qoyulması, cavabdehlərin həmin torpaq sahəsinin onlara aid hissəsindən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdilər.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərlə yaxın qohumdurlar və uzun müddət onlar bir yerdə yaşamışlar. Cavabdehlərlə ailə üzvləri olduqları üçün və birlikdə yaşadıqları üçün Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 saylı qərarı ilə onlara Bərdə rayon Uğurbəyli kəndi ərazisində 1,49 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 0257 KOD 61023038 saylı dövlət Aktı da verilmişdir. Daha sonra onlar Bərdə ra yon Alaçadırlı kəndinə köçüb yaşamışlar. Bundan sonra cavabdehlər torpaq sahəsinin onlara məxsus hissəsini zəbt edib əkib-becərərək mənfəət götürmüşlər və onlara torpaq sahəsindən istifadə etməyə imkan verməmişdirlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
5. İddiaçılar Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə iddia həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehlər İCavabdeh1, Simuzər Nəbiyevanın və Cavabdeh3 istifadələrində olan, onlara aid 0,10 hektar torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
6. Bərdə Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(021)1619/2021 nömrəli, 03 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim Qamət Əbilov) iddianın təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçılar cavabdehlərə qarşı iddia qaldıraraq Bərdə rayon Uğurbəyli kəndində yerləşən 1,49 hektar kənd təsərrüfat təyinatlı torpaq sahələrinin onlara aid hissəsindən, yəni 0,10 hissəsindən çıxarılmasını tələb edirlər. Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 nömrəli qərarı ilə həm iddiaçıların, həm də cavabdehlərin (Cavabdeh3 istisna olmaqla) birgə mülkiyyətinə Bərdə rayon Uğurbəyli kəndində 1,49 ha torpaq sahəsi verilmişdir. Məhkəmə qeyd etmişdir ki, həmin torpaq sahəsi birgə mülkiyyətdədir və həmin torpaq sahəsinə mülkiyyətçilərin payları müəyyən olunmamış və naturada ayrılmamışdır.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, həmçinin Bərdə rayon Uğurbəyli Bələdiyyəsi tərəfindən verilmi ş 74 saylı 03 iyul 2021-ci il tarixli Arayışa əsasən Nazirlər Sovetinin 14 dekabr 1998-ci il tarixli qərarına uyğun olaraq hər bir kənd sakininə 0,24 ha pay torpaq sahəsi verilmişdir. O, cümlədən İddiaçı1 və ailə üzvlərinə də 0,96 ha pay torpağı verilmişdir. Lakin həmin pay torpağının 0,84 ha hissəsi bələdiyyəyə keçib və satış edilmişdir. Bərdə rayon Məhkəməsinin 28 iyul 2004-cü il tarixli qətnaməsi ilə 0,10 ha torpaq sahəsi İddiaçı1 verilmişdir. Lakin həmin pay torpağı bu günə qədər İCavabdeh1 istifadəsindədir. Həmin arayışda göstərilən məsələlərə dair, alğı-satqı müqaviləsinin olması, iddiaçı və ya cavabdeh və ya Uğurbəyli Bələdiyyəsi tərəfindən hər hansı bir sübut təqdim olunmamışdır.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 4, 13, 29- cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 213-cü maddələrinə, Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 106.1, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
10. Qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bərdə rayonu Uğurbəyli kəndində hər kənd sakininə 0,24 ha pay torpaq sahəsi verilmişdir. Lakin, onların həyətyanı sahəsində artıq torpaq sahəsi olduğundan zəbt olunma kimi qeyd edilərək, hər birilərinə 0,21 ha pay torpaq sahəsi verilmişdir. Ona görə də onların da həyətyanı sahədə pa yları var. Həmin torpaq sahələri onların birgə mülkiyyətindədir və həmin torpaq sahələrinə mülkiyyətçilər kimi onların da payları müəyyən olunmamış və naturada ayrılmamışdır.
12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(104)-295/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və İslam Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır
13. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
14. Məhkəmə kollegiyasi qeyd etmişdir ki, Bərdə rayon Uğurbəyli kənd sakinləri X1, X5, İddiaçı1 Qabil oğluna, X2, İddiaçı2 Müzəffər qızına, X3 və İddiaçı3 kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,49 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Bərdə Rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 9 nömrəli qərarı əsasında verilmiş və onun mülkiyyət hüquqları 25 may 2006-cı il tarixli JN-257 KOD 61023038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə rəsmiləşdirilmişdir. İddiaçı1 məhz həmin şəhadətnaməyə istinad edərək və bu torpaq sahəsinin ona düşən payının cavabdehlər tərəfindən zəbt edildiyini iddia edir. Yəni, şəhadətnamənin mövcudluğu iddiaçının subyektiv hüququnun olmasına dəlalət edir və sonuncun həmin torpaq sahəsindən gözlənilən mülkiyyəti vardır.
15. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mübahisəli tor paq sahəsi tərəflərin paylı mülkiyyətindədir. Belə ki, həmin torpaq sahəsinin tərəflərə münasibətdə nə qədər pay sahənin olması, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin digər paylı mülkiyyətçilər tərəfindən zəbt edilib-edilməməsinin aydınlaşdırılması üçün hüquqmüəyyənedici sənədlər müəyyən edilməmişdir. Baxılan iddia tələbinin xüsusiyyəti ondan ibarətdir ki, onun düzgün həlli üçün ilk növbədə iddiaçının torpaq sahəsindən onun payına düşən hissəsi hüquqmüəyyənedici sənədlər əsasında naturada müəyyən olunmalı, paylı mülkiyyətçilərin hər birinə münasibətdə paylarına düşən torpaq sahəsinin ölçüsü və sərhədləri (koordinatları) müəyyən edilməli, müvafiq olaraq bundan sonra digər paylı mülkiyyətçilər olan cavabdehlərin iddiaçıya aid olan torpaq sahəsini tutub tutmaması araşdırılmalıdır. La kin, iş materiallarından göründüyü kimi, İddiaçı1 cavabdehlər tərəfindən torpaq sahəsindən ona aid olan hissəsinin zəbt edildiyini bildirir. Bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
16. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 4, 13, 29-cu, Mülki Məcəllənin 139.1, 152.1, 152.2, 152.3, 152.4, 157.4, 157.8, 213.1, 238.1, 239.2-ci, Torpaq Məcəlləsinin 84.1, 111.1, 111.2-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 2.1, 2.2, 12.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 218.1, 218.3, 384.0.1 və 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
17. Qətnamədən İddiaçı2 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmasına dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 9 nömrəli qərarı əsasında 25 may 2006-cı tarixli JN-257 nömrəli 61023038 KOD-lu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə birgə mülkiyyətinın 1,49 ha pay torpaq sahəsi ver ilməsi və həmçinin birgə mülkiyyətinə 1,49 ha pay torpaq sahəsi verilməsi və həmçinin 0.26 ha həyətyanı torpaq sahəsi verilməsi JN 172A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə təsdiq edilmişdir. Lakin məhkəmə həmin torpaq sahəsindən gözlənilən mülkiyyəti olduğunu qeyd etmişdir. Halbuki iddiaçıların həmin torpaq sahələrinə tam mülkiyyəti vardır. Eyni zamanda məhkəmə həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarını nəzərə almamışdır.
19. Belə ki, ilk növbədə iddiaçının torpaq sahəsindən onun payına düşən hissəsi hüquq müəyyənedici sənədlər əsasında naturada müəyyən olunmuş paylı mülkiyyətçilərin hər birinə münasibətdə paylarına düşən torpaq sahəsinin ölçüsü və sərhədləri (koordinatları) müəyyən olunmalı idi. Müvafiq olaraq bundan sonra digər paylı mülkiyyətçilər olan cava bdehlərin iddiaçıya aid olan torpaq sahəsini tutub-tutmaması araşdırılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
20. Maddə
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
21. Maddə
29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.
22. Maddə
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
23. Maddə
60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
24. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə bor cludurlar.
25. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
26. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövl ət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
29. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
31. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
32. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
33. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
34. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
35. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayr ılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
36. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mül kiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
37. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.
38. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
39. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
40. Maddə 66. 2-ci hissə. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
41. Maddə 84. 1-ci hissə. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
42. Maddə 111. 1-ci hissə. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
43. Maddə 111. 2-ci hissə. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmaması na, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
51. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası mə hkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
53. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı2 tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya məhkəməsinin qətnaməsinin bütünlüklə yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin mad di-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
57. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
58. Məhkəmə kollegiyası hə mçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasi ya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 59. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
60. Bel əliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
61. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-295/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən sa xlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.