Məhkəmə qərarları › İş №2(102)-2764/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-2764/2025

15.08.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2764/2025 15.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və İspəndiyar Əsəd oğlu Şəfiyevdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4102/2024 nömrəli, 2024-cü il 15 avqust tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 2025-ci il 15 avqust tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh1 qarşı naturada payın ayrılması, bu mümkün olmadıqda əmlakın satılaraq pulun mütənasib qaydada bölünməsi barədə ilk, Cavabdeh1 İddiaçı1 v ə Cavabdeh2nə qarşı kompensasiya ödənilməklə avtomobilin sahiblik və istifadəyə verilməsi, ekspert rəyinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələblərinə dair iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(005)-811/2023 nömrəli, 2023-cü il 22 sentyabr tarixli qətnaməsi ilə (hakim S.Ədilova) ilk iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi isə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4102/2024 nömrəli, 2024-cü il 15 avqust tarixli qətnaməsi ilə (hakimlər F.Abdıyev (sədrlik edən və məruzəçi), X.Sarıyev və F.Qasımov) Cavabdeh1 tərəfindən əlavə qətnamədən verilmiş apellyasiya şikayəti rədd edilmiş, Cavabdeh1 tərəfindən qətnamədən verilmiş a pellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-811/2023 nömrəli qətnaməsi “723.000 manat məbləğin mənzilin ilkin satış qiyməti kimi müəyyənləşdirilməsi” hissəsində dəyişdirilmiş, 723.000 manat məbləği Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin bazar qiyməti kimi müəyyən edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin eyni tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “qarşılıqlı iddia tələbinin Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli rəyinin etibarsız hesab edilməsinin rədd edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Cavabdeh1 (Vəkil1) həmin qətnamə və qərardaddan ayrı-a yrılıqda kassasiya şikayətləri vermiş və qərardaddan verilmiş kassasiya şikayəti 2025-ci il 13 avqust tarixli qərardadla icraata qəbul edilmişdir. Ali Məhkəməyə daxil olmuş Bakı Apellyasiya Məhkəməsinin 2025-ci 13 avqust tarixli məktubu ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4102/2024 nömrəli, 2025-ci il 18 aprel tarixli qərardadından (xx.xx.2025 tarixli qətnamədən verdiyi kassasiya şikayətinin geri qaytarılması barədə) İddiaçı2 tərəfindən kassasiya şikayəti verildiyi və kassasiya şikayətininin mümkünlüyünə baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məc əlləsinin (bundan sonra – MPM) 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməli, bu səbəbdən də kassasiya baxışından çıxarılmalıdır. MPM-ə əsasən kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir (maddə 406.1). Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır (maddə 409). Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarm aqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər (maddə 417.1.7). Qeyd olunanlara əsasən və MPM-in 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Hazırkı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)4102/2024 nömrəli, 2024-cü il 15 avqust tarixli qərardadından Cavabdeh1 verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki kollegiyasının 2025-ci 13 avqust tarixli qərardadı ləğv edilsin. 2(102)-2764/2025 nömrəli mülki iş kassasiya baxışından çıxarılsın. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4102/2024 nömrəli, 2025-ci il 18 aprel tarixli qərardadından İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinin MPM-in 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar