Məhkəmə qərarları › İş №2(102)-2765/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2765/2024

08.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2765/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Mənaf oğluna qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Mənaf oğluna qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)19/2024 nömrəli, 25 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 08 oktyabr 2024-cü il ta rixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Qeydiyyat nömrəsi seriya RX ******* olan, xx.xx.2018-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən 0,4458 ha torpaq sahəsi İddiaçı (bundan sonra – iddiaçı) mülkiyyətinə verilmiş və dövlət reyestrində 73 nömrəli reyestr kitabının 98 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. JN 263 KOD 60713018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Cavabdeh (bundan sonra – cavabdeh) və onun ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli 58 saylı qərarına əsasən 2,07 ha pay torpaq sahəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh Məna f oğluna (bundan sonra cavabdeh) qarşı qarşı iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan 0,4458 ha torpaq sahəsindən cavabdehin çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Beyləqan rayon İHB-nin 16 noyabr 1998ci il tarixli, 58 saylı Qərarı ilə ona və ailə üzvlərinə JN 518, kod:607000098 saylı “Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı ilə 0,4458 ha torpaq sahəsi qeydə alınmışdır. Həmin torpaq sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların X4 daşınmaz əmlakın Dövlət reyestrində ******* saylı, reyestr nömrəsi **********53 olan, 12 iyul 2018-ci il tarixli çıxarışla mülkiyyətinə keçirmişdir. Cavabdeh onun mülkiyy ətində olan torpaq sahəsini zəbt edərək, ona torpağından istifadə etməyə imkan vermir. Həmin torpaqdan cavabdeh istifadə edir. Mülkiyyət hüquqları kobud surətdə pozulur. Cavabdeh könüllü olaraq mülkiyyətində olan torpaq sahəsindən çıxmaq istəmir.

5. Məhkəmə iclasında cavabdeh izahatı verərək, iddiaya qarşı etiraz etdiyini bildirmiş və qeyd etmişdir ki, o, iddiaçının torpaq sahəsini zəbt etməmişdir. Mübahisəli torpaq sahəsi iki dəfə bölünmüş və 2,76 ha torpaq sahəsinə indiyə qədər vergi ödəyir.

6. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, müvafiq mütəxəssis və ekspert rəyləri alınmışdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci i l tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı Əlağa oğlunun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların X4 daşınmaz əmlakın Dövlət reyestrində ******* saylı, reyestr nömrəli **********53 olan, 12 iyul 2018-ci il tarixli Çıxarışla mülkiyyətinə verilmiş 0.4458 ha torpaq sahəsinin 0.2213 ha hissəsi Cavabdeh tərəfindən, 0.2179 ha hissəsi isə X2 tərəfindən istifadə olunur.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 iyul 2020-ci il tarixli, 1308 saylı ekspertiza rəyindən görünür ki, Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən İddiaçı Əlağa oğlunun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların X4 daşı nmaz əmlakın Dövlət reyestrində ******* saylı, reyestr nömrəli **********53 olan, 12 iyul 2018-ci il tarixli Çıxarışla mülkiyyətinə verilmiş 0.4458 ha torpaq sahəsinin 0.2213 ha hissəsi Cavabdeh tərəfindən, 0.2179 ha hissəsi isə X2 tərəfindən istifadə olunur.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi Cəfər Cəfərov ifadə verərək göstərmişdir ki, mübahisəli torpaq sahəsinə baxış keçirmişdir. Baxış və ölçü zamanı iddiaçı ilə cavabdehə məxsus torpaq sahələrinin üst-üstə düşməməsi müəyyən edilmişdir.

9. Beyləqan Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(020)-125/2020 nömrəli, 14 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ramiz Nurullayev) iddianın qismən təmin edilməsi, cavabdehin Beyləqan rayonu Şahsevən kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların X4 daşınmaz əmlakın Dövlət reyestrində ******* saylı, reyestr nömrəsi **********53 olan, 12 iyul 2018-ci il tarixli Çıxarışla iddiaçının mülkiyyətinə verilmiş 0,4458 ha torpaq sahəsinin 0,2213 hektarından çıxarılması qət edilmişdir. Qətnamə ilə həmçinin məhkəmə xərcləri məsələsidə həll edilmişdir.

10. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların X4 daşınmaz əmlakın Dövlət reyestrində ******* saylı, reyestr nömrəsi **********53 olan, 12 iy ul 2018-ci il tarixli Çıxarışla iddiaçının mülkiyyətinə 0,4458 ha torpaq sahəsi verilmişdir. Həmin çıxarış Daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 98 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı iddia ərizəsində cavabdehin onun mülkiyyətində olan torpaq sahəsini zəbt etməsini göstərsə də, iş üzrə alınmış mütəxəssis rəyi və ekspertizanın rəyindən görünür ki, iddiaçının mülkiyyətində olan 0,4458 ha torpaq sahəsinin 0,2213 hektarı cavabdeh tərəfindən istifadə olunur.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29, 60, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1, 111, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1, 139.1, 152.1, 152.5, 157.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə alınmış mütəxəssis rəyində pay torpağının koordinatlarının müəyyən edilməsi üçün istifadə edilən üsul və vasitələrin adı çəkilsə də, onların nəticələrinə dair heç bir rəsmi məlumatın olmaması, ekspert rəyində isə ekspertin sahəyə baxış keçirmədən, koordinatları müəyyən etmədən və mütəxəssis rəyinə olduğu kimi istinad edərək rəy verməsi həmin rəylərin qərəzli, qanunsuz və əsassız olmasına dəlalət edir. Cavabdehə və onun a iləsi verilmiş 2.66 ha torpaq sahəsinin qonşuları da başqa şəxslər olmaqla yanaşı iddiaçının torpaq sahəsindən 7-8 km aralıda yerləşir. Belə ki, iddiaçı ilə bu vaxta qədər münasibətləri olmuş və 22 il ərzində bu barədə iddiaçı ona heç nə demədən belə bir iddia tələbi irəli sürmüşdür. Bundan başqa mübahisə edilən torpaq sahəsi cavabdehdən başqa 9 ailəyə də məxsus olsa da, məhkəmə qərəzli şəkildə həmin şəxsləri prosesə cəlb etmədən qətnamə qəbul etmişdir.

14. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(106)-381/2021 nömrəli, 25 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Tale Kərimov və İsmayıl Əhmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya mə hkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, JN 263 KOD 60713018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən cavabdeh və onun ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli 58 saylı qərarına əsasən verilmiş 2,07 ha pay torpaq sahəsinə apelyasiya mərhələsində xx.xx.2021-ci il tarixdə çıxarış verilmişdir. Göründüyü kimi iddiaçı ilə cavabdehin torpaq sahələrində sənəd üzrə üst-üstə düşməsi halı mövcud olmamışdır. Əks halda cavabdehə yeni çıxarış verilməsi mümkün olmazdı.

16. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apelyasiya şikayətində qeyd etdiyi iddiaçının iddia etdiyi torpaq sahəsini zəbt etmədiyini, ekspertizanın rəyi ilə də razılaşmadığnı, həmçinin ekspert tərəf indən verilmiş rəy məhkəmə üçün məcburi xarakter daşımamasına baxmayaraq məhkəmə tərəfindən ekspertizanın rəyini əsas götürməsini, cavabdehin nümayəndəsinin apelyasiya icraatı zamanı apelyasiya şikayəti üzrə verdiyi izahatında isə, əslində təmsil etdiyi şəxsin istifadə etdiyi torpaq sahəsi qonşusunun torpaq sahəsi olması və onunla qonşu torpaq sahəsinin sahibi arasında qarşılıqlı razılaşma əsasında torpaq sahələrini qeyri-rəsmi dəyişərək istifadə etmələrini, ümumiyyətlə iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etmədiyini bildirməsini işin həlli üçün əhəmiyyət kəsb etməyən hüquqi baxışları kimi qiymətləndirmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətində verilmiş iddia tələbinə etirazının heç bir əhəmiyyəti yoxdur.

17. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Apellyasiya şikayətində göstərilən dəlillərə münasibətdə isə qeyd etmişdir ki, həmin dəlillər işin həlli üçün əhəmiyyət kəsb etməyən hüquqi baxışlar olduğundan heç bir əhəmiyyəti yoxdur.

18. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 152.1, 152.5, 157.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 84.1, 110, 111-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.1, 218.1, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:

19. Qətnamədən cavabdeh (Vəkil Mə nəf oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının pay torpağı ilə cavabdehin pay torpağı heç bir vaxt üst-üstə düşməsi mümkün deyildir. Ona görə ki, torpaqlar arasında 7-8 km məsafə vardır. Apellyasiya instansiya məhkəməsi tərəfindən bu halın iddiaçının xeyrinə yozulmasının heç bir əsası yoxdur. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandığı "xxxx" MMC-nin Beyləqan Layihə Tədqiqat İdarəsinin mütəxəssisi Cəfər Cəfərovun 27 fevral 2020-ci il tarixli mütəxəssis rəyi qərəzli, qanunsuz və əsasızdır. Həmin rəydə pay torpağının koordinatlarının müəyyən edilməsi üçün istifadə ed ilən üsul və vasitələrin adları çəkilsədə, onların nəticələrinə dair heç bir rəsmi məlumat yoxdur. Məsələn həmin torpaq sahəsinin konturlarına dair heç bir rəsmi rəqəmlər göstərilməmişdir. Yəni, hər bir torpaq sahəsinin koordinatları müəyyən edilərkən həmin koordinatlara dair kontur rəqəmləri mütəxəssis və ya ekspert rəyində göstərilməlidir. Mütəxəssis rəyində olan məlumatlar ümumi sözlərdən ibarətdir və həmin rəydə göstərilən məlumatları təsdiq edən hər hansı bir fakt həmin rəydə əks edilməmişdir. Birinci instansiya məhkəməsi, 27 fevral 2020-ci il tarixli mütəxəssis rəyini bərkitmək üçün, məhkəmə tikintitexniki ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 iyul 2020-ci il tarixli, 1308 saylı ekspert rəyini almışdır. Məhkəmə Eksperti za Mərkəzinin eksperti Elməddin Aslanlı, mübahisə edilən torpaq sahəsinə baxış keçirtmədən, həmin torpaq sahələrinin koordinatlarını müəyyən etmədən, həmin torpaq sahələrinin koordinatlarını müəyyən etmək üçün konturlarını dəqiqləşdirmədən, həmin konturların ifadə edildiyi rəsmi rəqəmləri müəyyən edərək ekspert rəyində göstərmədən, mütəxəssis rəyindəki məlumatları olduğu kimi, heç bir hərif və vergül dəyişmədən təsdiq edərək öz rəyini məhkəməyə təqdim etmişdir. Əslində bu ekspert rəyi deyil, mütəxəssis rəyində göstərilən əsassız və qanunsuz məlumatların olduğu kimi təsdiq edilməsidir. Beyləqan rayon məhkəməsi isə, bu qərəzli və heç bir mötəbər sübutlara əsaslanmayan məlumatlar əsasında tərtib edilmiş rəylərə əsasən qanunsuz və əsasız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi, hər iki rəyin qərəzli olmasını bilməməsi mümkün deyildir. 22 illik müddət ərzində iddiaçı bir dəfə belə pay torpağı ilə bağlı ona hər hansı bir xəbərdarlıq etməmiş və ya aidiyyəti orqanlara müraciət etməmişdir. 22 ildir ki, iddiaçı və cavabdeh özlərinə məxsus pay torpağını becərir və ondan gəlir götürürlər. Bu iddia tələbi verilənədək həmin pay torpağı ilə bağlı heç bir problem olmamışdır. Cavabdehin nümayəndəsi tərəfindən yenidən ekspertiza keçirilməsi barədə vəsatət verilsə də, apellyasiya instansiya məhkəməsi həmin vəsatəti təmin etməyərək, yazılı vəsatəti qəbul etməkdən imtina etmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)5997/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər Elşanə Vəliyeva (sədrlik edən və məruzəçi), Elşad Şamayev və Aqil Abbasov) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, həmin hissədə iş yeni baxışa göndərilmişdir.

22. Kassasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş üzrə keçirilmiş ekspertiza zamanı hər iki tərəfin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərinin olmasına baxmayaraq torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi araşdırılmamış, ekspertlər qarşısında belə sual qoyulmamışdır. Apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni araşdırarkən iş materiallarında olan cavabdehin qanuni istifadəsində olan torpaq sahəsinin koordinatlarını nəzərə almamış, ekspertizalar aparılarkən yalnız iddiaçının torpaq sahəsinin koordinatları əsas götürül müşdür. Halbuki cavabdehin öz torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri mövcuddur və onun faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları həmin torpaq sahəsinə dair sənədlərdə göstərilən koordinatlar daxilində yerləşərsə, bu zaman hər hansı zəbt faktından söhbət gedə bilməz. Bu baxımdan araşdırma zamanı hər iki torpaq sahəsinin koordinatları əsas götürülməklə cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin ona verilmiş torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatlar daxilində olubolmadığının müəyyən edilməsi hazırkı iş üçün mühüm əhəmiyyət daşıyırdı. Yalnız bu məsələ araşdırıldıqdan sonra cavabdehin iddiaçının torpaq sahəsini zəbt edib-etmədiyini müəyyən etmək olar. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

23. Apellyasiya instansiyası məhkə məsinin 24 fevral 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Alınmış mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Qərardadın ikinci sualı üzrə: Beyləqan rayonu İ Şahsevən kəndində yerləşən İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrində ******* saylı, reyestr nömrəsi **********53 olan, 12 iyul 2018-ci il tarixli Çıxarışla mülkiyyətinə verilmiş 0,4458 ha torpaq sahəsinin naturada yerləşdiyi yer və onun sərhədləri müəyyən edilmişdir. Eyni zamanda qərardadın 3-cü sualında qeyd olunan Beyləqan ray on X1 16 noyabr 1998ci il tarixli 58 saylı qərarına əsasən JN 263 kod 60713018 saylı Torpağa mülkiyyət hüquna dair dövlət aktı ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş Beyləqan rayonu İ Şahsevən kəndində yerləşən 2,07 ha pay torpaq sahəsinin də naturada yerləşdiyi yer və onun sərhədləri müəyyən edilmişdir. Mübahisəli ərazidə yerləşən Cavabdeh hal-hazırda faktiki istifadəsində olan 1,67 ha pay torpaq sahəsinin də sərhədləri müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: Beyləqan rayonu İ Şahsevən kəndində yerləşən İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrində ******* saylı, reyestr nömrəsi **********53 olan, 12 iyul 2018-ci il tarixli Çıxarışla mülkiyyətin ə verilmiş 0.4458 ha torpaq sahəsinin 0,03 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Qeyd edilən torpaq sahəsinin 0,14 ha hissəsi Cavabdeh qardaşı X6 tərəfindən istifadə edilir. Qərardadın üçüncü sualı üzrə: Beyləqan rayonu İ Şahsevən kəndində yerləşən İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrində ******* saylı, reyestr nömrəsi **********53 olan, 12 iyul 2018-ci il tarixli Çıxarışla mülkiyyətinə verilmiş 0,4458 ha torpaq sahəsi ilə Beyləqan rayon X1 16 noyabr 1998-ci il tarixli 58 saylı qərarına əsasən JN 263 kod 60713018 saylı Torpağa mülkiyyət hüquna dair dövlət akti ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş Beyləqan rayonu İ Şahsevən kəndində yerlə şən 2,07 ha pay torpaq sahəsi üzrə üst-üstə düşmür.

24. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-19/2024 nömrəli, 25 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Cahid İmanov (sədrlik edən və məruzəçi), Müşfiq Həsənov və Pərviz Əhmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində dəyişdirilməsi, iddianın qismən edilərək cavabdehin iddiaçının mülkiyyətinə verilmiş 0,4458 ha torpaq sahəsinin 0,03 hektarından çıxarılması və iddianın qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

25. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq iş üzrə apellyasiya baxışında məhkəmə tikinti-texniki eksp ertizası keçirilmiş və cavabdehin iddiaçının mülkiyyətinə verilmiş 0,4458 ha torpaq sahəsinin 0,03 hektarından istifadə etdiyi müəyyən edilmişdir.

26. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, kollegiya kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının verdiyi rəyə əsaslanaraq belə qərara gəlmişdir ki, cavabdeh iddiaçının mülkiyyətinə verilmiş 0,4458 ha torpaq sahəsinin 0,03 hektarından istifadə etdiyinə görə həmin ərazidən çıxmalıdır.

27. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublik ası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1 və 157.2-ci, Torpaq Məcəlləsinin 68, 84, 111 və Mülki Prosessual Məcəllənin 392.2, 384.0.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

28. Qətnamədən cavabdeh (Vəkil Manaf oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini, işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsində qərəzli olaraq göstərilməsə də, iddiaçı məhkəmə iclasında bildirmişdir ki, o, atası X3 məxsus olan JN 251 saylı KOD 60713018 olan Dövlət Aktı ilə atasına verilmiş 0,44 ha torpaq sahəsini istəyir. Lakin iddia tələbində öz adına olan torpaq sahəsini istəmişdir. Göründüyü kimi hələ də iddiaçının hansı torpaq sahəsini istədiyi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, iddiaçı hətta atasının torpaq sahəsini istəsə belə iddia tələbi təmin edilməməli idi, çünki cavabdehin torpağına qonşu olan torpaq sahələri başqalarınındır. İddiaçının atasının torpaq sahəsi ilə onun torpaq sahəsi arasında 1 km məsafə vardır və həmin pay torpağını iddiaçı digər kənd sakininə 2018-ci ildə satmışdır. Həmçinin ekspert rəyində göstərilmiş şəxs cavabdehin qardaşı deyil, çöl torpaq sahəsinin sol qonşusudur. Sadəcə qərəzli olaraq ekspert rəyində qardaşı olaraq qeyd edilib. Apellyasiya i nstansiyası məhkəməsi tərəfindən sübutların qiymətlədirilməsində prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, sübutlara düzgün qiymət verilməmiş və nəticədə düzgün olmayan məhkəmə aktı qəbul edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

30. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

31. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs m əhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyaclarıvə ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

32. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

33. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bi lər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

34. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

35. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.

36. Maddə 84. (1-ci hissə). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

37. Maddə

111. Azərbaycan Re spublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir (1, 2 və 3-cü bəndlər). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

45. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

47. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin iş ə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:

48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

50. Məhkəmə koll egiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiya məhkəməsi tərəfindən əməl olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmi n əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

52. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelly asiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

55. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-19/2024 nömrəli, 25 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar